Mövzu 9. Psixi proseslər və onların formaları: duyğular və qavrayış
Qısa icmal:
1.Duyğular və onun növləri
2.Həssaslıq və hədlər
3.Duyğuların fizioloji xüsusiyyətləri
4.Qavrayış və onun xüsusiyyətləri
5.Qavrayışın növləri
1.Duyğular və onların növləri
Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu
üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı
qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə
beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu
və s. keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal - hazırda hiss üzvlərimizə təsir
edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasındanibarət
olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və
hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Duyğuların növləri.Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər
əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsnə görə təsnif
etməkdən ibarətdir. Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda
birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.
Ekstreoseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular
da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə,
dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə
intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptivvə ya daxili
duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır.
Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə
yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan duyğular
proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə
daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və
distant duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular
qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu
duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi
kifayətdir.
Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini qısaca nəzərdən keçirək.
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi
duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün
rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli
mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri
zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit
dalğasında isə qırmızı rəngi duyuruq. Hansı uzunluqda olan dalğa hansı rəngi yaradır?
Bunu aşağıdakı cədvəldən görə bilərik:
Dalğanın uzunluğu
Müvafiq uzunluqda olan dalğanın yaratdığı rənglər
380 – 450
480
500
521
540 – 560
Bənövşəyi
Mavi
Göy
Yaşıl
Yaşıl
572
600 – 650
650 - 780
Sarı
Çəhrayı
Qırmızı
Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür
hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri
duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə
yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən
hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən
dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu
cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi,
quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı
saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ
gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən
insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə
duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən
hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən
mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara
təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması
nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.La-
zarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu
reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq,
duzluluq, turşluluq duyğuları.
Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm də müxtəlif dad
qıcıqlandırıcılarına həssaslığı cürbəcürdür. Məsələn adamın dilinin ucu şirinə, ətrafı
turşuya, kökü acıya daha həssasdır.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları
üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini,
yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi
xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər
olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda,
barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri
duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və
hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi
mövcuddur.
İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə
toxunduqda əmələ gəlir.
Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir
etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki
kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox
nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı
duyğularını yaradır.
Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin
istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara
deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti
zamanı olduqca mürəkkəb hərəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət
duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə
qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır.
Müvazinət duyğuları. Bu cür duyğularbaşın və bədəninfəzadakı vəziyyətinin inikasından
ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu
duyğunun reseptoru daxili qulaqda yerləşən yarımdairəvi kanalcıqların içərisindəki
endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti
dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını
qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.
Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin inikasından
ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin
sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir.
Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir
uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.
2.Həssaslıq və həddlər.
Hərbir duyğuya xas olan xarakterik cəhətlərlə yanaşı bütün duyğulara aid olan ümumi
cəhətlər də mövcuddur. Son psixoloji ədəbiyyatlarda bu ümumi cəhətlərin
aşağıdakılardan ibarət olduğu göstərilir.
Keyfiyyət cəhəti. Bu, bir duyğunu başqa duyğulardan fərqləndirən cəhət olub
duyğuya xas olan modallıq xüsusiyyətidir.
Duyğunun intensivliyiduyğulara xas olan başqa bir ümumi cəhət olub, təsir edən başqa
qıcıqlandırıcının qüvvəsi və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir.
Duyğuların davamlılığıonun zaman xarakteristikasından ibarətdir. Bu da hiss üzvlərinin
funksional vəziyyətindən, qıcıqlandırıcının gücü və təsir müddətindən asılıdır. Nəhayət,
duyğulara aid olan ümumi cəhətlərdən biri də duyğuların məkan lokallığıdır. Bu o
deməkdir ki, reseptorların göndərdikləri siqnalların təhlili imkan verir ki, biz
qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. Başqa sözlə, işığın haradan
düşdüyünü, istinin haradan gəldiyini, yaxud, bədənimizin hansı hissəsinə mexaniki
təsirin olduğunu əks etdiririk.
Duyğulara aid olan qanunauyğunluqlardan biri də həssaslıq və onunölçülməsi
məsələsidir.
Həssaslıq analizatorun duyma qabiliyyətidir. Mütəxəssislər həssaslığın iki növünü qeyd
ediblər: mütləq və fərqləndirmə həssaslığı. Mütləq və fərqləndirmə həssaslığı duyğunun
mütləq və fərqləndirmə həddləri ilə ölçülur.
Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirəbilən qıcıqlandırıcının ənkiçik
kəmiyyəti ilə müəyyən edilir. Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir o qədər
yüksək olar. Bu, duyğunun mütləq həddi və həssaslıq arasında tərs mütənasib asılılıq
olduğunu göstərir. Bunu riyazi olaraq belə ifadə etmək olar:
E = 1/p
Burada E-mütləq həssaslıq, P isə qıcıqlandırıcının mütləq hədd kəmiyyətidir.
Duyğuların aşağı həddi müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini müəyyən edir.
Yəni P-nin kəmiyyəti nə qədər kiçik olarsaE-nin göstəricisi bir o qədər yüksək olar və ya
əksinə.
Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı yuxarı duyğu həddi də vardır. Duyğu
yaratmaqda davam edən ən yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə həssaslığın yüksək
mütləq həddi deyilir. Məsələn, eşitmə duyğusunda səs dalğasının 20 hersə bərabər olan
kəmiyyəti duyğunun aşağı mütləq həddi hesab olunursa, 20 000 hersə bərabər kəmiyyəti
bu duyğuda yuxarı mütləq hədd kimi qəbul olunmuşdur. Həm aşağı, həm də yuxarı hədd
kəmiyyətləri insanın fəaliyyətinin xarakterindən, onun yaşından, reseptorun funksional
vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və davamlılığından asılı olaraq dəyişilir.
Fərqləndirmə həddi, fərqləndirmə həssaslığı məsələsi də duyğulara xas olan
qanunauyğunluqlardandır. İnsan nəinki müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni
zamanda təsir edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə həssaslığı
və fərqləndirmə həddi də buradan irəli gəlir. Qıcıqlandırıcılar arasında güclə duyğu
əmələ gətirə biləcək fərq kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən kiçik fərq
kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı adlanır. Belə bir təcrübəyə
nəzər salaq. Əgər bizə min şamlıq işıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 0,9
şam əlavə edilərsə, bu əlavələrin heç biri bizdə yeni duyğu, yəni fərqləndirmə duyğusu
əmələ gətirməyəcəkdir. Əgər bir şam əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq.
Deməli görmə duyğusu üçün fərqləndirmə həddi 1/100-ə bərabərdir. Beləliklə də alman
fizioloqu E.Veber müəyyən etmişdir ki, duyğunun intensivliyi təsir edən qıcığın
kəmiyyətinin mütləq artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım
arasında olan nisbətdən asılıdır. Bu nisbət müxtəlif analizatorlar üçün müxtəlifdir.
Məsələn, görmə analizatorları üçün təxminən 1/100-ə, eşitmə analizatoru üçün 1/10-ə,
toxunma analizatoru üçün 1/30-ə bərabərdir.
Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış edərək duyğunun intensivliyi
ilə qıcığın qüvvəsi arasındakı olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir:
S = K Lg J + C
Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və C isə sabit kəmiyyətləri
ğöstərir. Bu düstur göstərir ki, duyğunun intensivliyi qıcıqlandırıcınınqüvvəsinin
loqarifmasına mütənasibdir. Başqa cür desək qıcığın qüvvəsi həndəsi silsilə üzrə artdıqda
duyğunun intensivliyi ədəbi silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir.
Duyğulara aid qanunauyğunluqlardan adaptasiya, sensibilizasiya, sinesteziya, ardıcıl
surətlər haqqında da danışmaq lazımdır.
Adaptasiya(alışma) duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşması nəticəsndə
həssaslığın dəyişməsinə deyilir. Məsələn qaranlıq otağa daxil olarkən ilk saniyələrdən
heç nəyi görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları görə bilirik. Bu
o deməkdir ki, duyğu üzvümüz-gözümüz qıcıqlandırıcıya, qaranlığa uyğunlaşır və
nəticədə onun həssaslığı artır.
Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn sinif otağında tədricən hava
ağırlaşır. Otaqdakılar adaptasiya prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq
otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu isə iy duyğusu
orqanının həssaslığının aşağı düşməsi ilə bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş
verir:
1.Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duyğunun tamamilə yoxa çıxması kimi;
2.Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların kütləşməsi kimi;
3.Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın artması kimi.
Duyğuların qarşılıqlı təsiri və sensibilizasiya. Duyğuların intensivliyi təkcə
qıcıqlandırıcının qüvvəsindən və adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda
həmin vaxta başqa qıcıqlandırıcıların hiss üzvlərinə olan təsirlərindən də asılıdır. Başqa
hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər analizatorun həssaslığının dəyişməsinə
duyğuların qarşılıqlı təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az və çox
dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın aşağı düşməsinə, başqa
vəziyyətdə həssaslığın artmasına səbəb olur. Məsələn, müəyyən olunmuşdur ki, eşitmə
qıcıqlanmasının təsiri altında görmə analizatorlarının həssaslığı dəyişir. Eyni zamanda
gözə işığın təsiri səslərin daha gur eşidilməsnə səbəb olur.
Analizatorun qarşılıqlı təsiri ilə yanaşı mümarisələr də həssaslığın artmasına səbəb
olur. Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına
sensibilizasiya deyilir.
Sinesteziya. Duyğu ilə bağlı bu qanun daha az ümumiliyə malikdir. Bu hadisə ən çox
özünü rəngli eşitmə deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı
A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında rəng çalarları yaranır, rəng
duyğusu əmələ gəlirmiş. Duyğularımızda sinesteziyanın olmasını dilimizdə olan,
«yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.
Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz kimi, duyğular qıcıqlandırıcıların
təsiri kəsildikdən sonra dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya digər
səviyyədə hələ də duymaqda davam edirik, başqa sözlə onların surəti bizim tərəfimizdən
hələ də duyulur. Bu hadisə elmdə ardıcıl surətləradı ilə qəbul olunmuşdur. Ardıcıl
surətlər həm müsbət, həm də mənfi xarakter daşıya bilir. Adətən müsbət ardıcıl surətlər
özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin qıcığa uyğun gəlir. Məsələn, bir üzündə
quş, o biri üzündə qəfəs şəkli çəkilmiş kardon parçanın iki ucundan bağlanmış iplə
fırlatsaq biz quşu qəfəsin içində duymağa başlayarıq. Bu ona ğörə baş verir ki, kardon
parçasının o biri üzü gələnə qədər hələ bizim gözümüzün tozlu qişasında quşun şəkli
qalır. Nəticədə qəfəs şəkli ilə üst-üstə düşdüyünə görə biz quşu qəfəsdə görməyə
başlayırıq.
Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə duyğularında aydın müşahidə edirik.
Məsələn, əgər ağ vərəq üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən müddət
gözümüzü ona dikdikdən sonra qırmızı rəngli kağızı götürsək onun yerində açığı göy
yaşıl rəng görməyə başlayacağıq. Bu ona görə baş verir ki, ağ rəng üzərindəki qırmızı
rəngə baxdıqda gözün torlu qişasında həmin rəngi duyan qəbuledicilər yorulur, daha az
həssas olmağa başlayır. Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq
düşdükdə digər qəbuledici elementlər yüksək duyma qabiliyyətlərini saxladıqlarına görə
biz göy-yaşıl rəng görürük. Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik.
Məsələn, neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə baxsaq orada adamın həqiqi
pozitiv surətini görə bilərik.
Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə, temperatur, ağrı, dadbilmə
duyğularında da qıcıqlandırıcıların təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
3.Duyğuların fizioloji xüsusiyyətləri.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxardığı səsi, əlimizin
ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun
dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona
görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz
adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə
reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir
prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent
(mərkəzəqaçan) və efferent (mərkəzdənqaçan) sinirlər daxildir: 3) analizatorun beyin
qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin
funksiyası perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir
analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O beyin qabığında müxtəlif
yerlərdə yerləşir. Məsələn görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin
qabığının ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun mərkəzi şöbəsi
beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün
analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin
hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri altında daima özünü yenidən
qurur. Ona görə də demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə
hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır.
Duyğuların insanın həyatında əhəmiyyəti əvəzolunmazdır.Bunu başa düşmək üçün
aşağıdakılara diqqət yetirmək kifayətdir.
1.Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil edir. Gerçək aləmhaqqında ilkin
məlumatı duyğular vasitəsilə əldə edirik.Duyğulardan kənarda heç bir idrak prosesi
yoxdur.
2.Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın da
|