Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


emosiyalar  idrak  proseslərini  nəinki  fəallaşdırır,  həm  də  problemlə  bağlı  qavrayışın



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

emosiyalar  idrak  proseslərini  nəinki  fəallaşdırır,  həm  də  problemlə  bağlı  qavrayışın, 
hafizənin,  təfəkkürün  məzmununa  seçici  təsir  göstərir.Müasir  təlim  nəzəriyyəsinin 
mühüm  tələbi  -  şagirdlərin  təfəkkürünün  inkişaf    etdirilməsi  problemini  yalnız  hiss  və 
emosiyaların  fəallaşdırılması  zəminində,  təfəkkürlə  hissin  vəhdətinin  təmin  edilməsi 
əsasında  uğurla  həll  etmək  olar.Təxəyyül  ali  psixi  funksiya  kimi  idrak  fəaliyyətində 
mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaşdırmağın başlıca vasitəsidir. Təxəyyül 
gücündən itsifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini 
daha da rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə  münasibəti dəyişir və tələbə 
daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən 
fəallaşdırılmasının  önəmli  şərtlərindən  biridir.Beləliklə,  idrak  poseslərinin  motivasiya 
əsası  bilavasitə  hisslərlə  bağlıdır.  Hiss  və  emosiyaların  köməyi  ilə  şagirdlərin  idrak 
fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir. 
2.Hisslərin funksiyaları və fizioloji əsasları 
 
Hisslər  əsasən  3  mühüm  funksiyanı  yerinə  yetirir:siqnal,  tənzimetmə  və    kommunikativ 
funksiya. Bu funksiyalar ümumilikdə insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona 
uyğunlaşmasına  xidmət  göstərir.  Biz  emosiyaların  köməyi  ilə  nitqdən  istifadə  etmədən 
biz tərəf müqabilimizin emosional durumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət 
qururuq.  Hiss  və  emosiyaların  xarici  təzahürlərinə  əsasən  müxtəlif  mədəniyyətə  malik 
olan, dilini bilmədiyimiz hər hansı xalqın nümayəndəsinin emosional halını, şad, kədərli, 
qəzəbli olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən edə bilərik.Hisslər 
insanın idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır.  
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız 
üçün  faydalı  və  ya  təhlükəli  olduğunu  dərk  edirik.  Bundan  sonra  davranış  və 
rəftarımızda  həmin  cəhətləri  nəzərə  alaraq  fəaliyyətimizdə  müəyyən  dəyişikliklər 
edirik.İkincisi,  hisslər  insanın  hərəkət  və  fəaliyyətinin  motivi  kimi  çıxış  edərək  onları 
müəyyən  istiqamətə  yönəldə  bilir.  Bu  hisslərin  tənzim  etmə  funksiyası  ilə  bağlıdır.  
Məsələn:  hər  hansı  dilə  olan  maraq,  onu  öyrənmək  istəyi  insanı  müvafiq  ali  məktəbdə 
oxumağa  təhrik  edir.  Dilə  olan  həvəs  insanı  həmin  xalqın  tarixindən,  mədəniyyətindən 

bəhs edən kitablar oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar 
edir. 
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun 
mimikasında,  səsində,  tənəffüs  ahəngində  və  s.  təzahür  edir.  Hisslərin  bu  cür  ekspres-
siyası, qarşı  tərəf  üçün informasiya mənbəyinə  çevrilir.  Beləliklə, həmin kommunikativ 
funksiya  şəxsiyyətlərarası  qarşılıqlı  münasibətlərin  tənzimlənməsinə  xidmət  göstərir. 
Məsələn:  kədəri  ekspressiya  etməklə  insan  qarşı  tərəfə  özünün  pis,  çətin  vəziyyətdə 
olduğunu  bildirir.  Bu  hal  onun  köməyə  ehtiyacı  olduğu  haqqında  başqasına  məlumat 
verir. Bundan sonra  biz həmin  adama kömək etmək istəyir, onun dərdinə şərik olur və 
təsəlli  veririk.Amerikan  psixoloqu  K.İzard  qeyd  olunan  funksiyalarla  yanaşı 
emosiyaların  motivasiya  və  sosializasiya  funksiyalarının  olduğunu  da  qeyd  etmişdir. 
Məsələn:  qorxu  hissi  insanı  kömək  axtarmağa  məcbur  edir.  Güclü  yanğın  təhlükəsi 
qonşularda  qorxu  hissi  yaradır.  Bu  da  onların  birləşməsinə  və  mütəşəkkil  formada 
qorxu  mənbəyinə  qarşı  mübarizə  aparmalarına  səbəb  olur.  Bu  qorxunun  yaratdığı 
sosializasiyadır.  Hər  bir  emosiyanın  özünə  məxsus  sosializasiya  funksiyası  var.  İkrah 
emosiyası  olmasaydı,  insanların  gigiyenik  qaydalara  əməl  etməsi,  estetik  tələbatları 
ödəməyə  ehtiyac  qalmazdı.  Bu  mənada  fərdin  sosiallaşması  prosesi  hiss  və  emosiyanın 
hesabına həyata keçirilir. 
Ümumiyyətlə  hiss  və  emosiyaların  yerinə  yetirdiyi  funksiyalar  bir-birilə  vəhdət  təşkil 
edir.  Psixoloji  araşdırmalarda  aşağıdakı  fundamental  emosiyalar  müəyyən  olunmuş  və 
təsvir  edilmişdir  (K.  İzard,  1980)  maraq,  sevinc,  heyrət,  kədər,  qəzəb,  nifrət,  həqarət, 
qorxu, həya, günah, həyəcan, əzab. 
Hisslərin  fiziologiyası.Hər  bir  psixi  prosesin  əsasını  insanın  beyin  fəaliyyəti  təşkil  edir. 
Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən 
sinir  prosesləri  ilə  bağlıdır.  Hiss  və  emosiyaların  əmələ  gəlməsi  və  idarə  olunması 
vegetativ  sinir  sisteminin  funksiyasına  daxildir.  Xüsusilə,  hisslərin  əmələ  gəlməsində 
beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə 
tənəffüs  prosesini,  ürək  döyüntüsünü,  nəbz  vurmanı,  orqanizmin  ayrı-ayrı  hissələrinin 
qan  ilə  təchizini,  hərarəti,  bəzi  orqanların  və  ifrazat  vəzilərinin  fəaliyyətini  tənzimləyir. 
Ona görə  də hər hansı hissin baş verməsi  müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ 
gəlməsi  ilə  nəticələnir.  Məsələn:  tənəffüs  ahəngi  dəyişir,  ürək  döyüntüsü  ya  artır,  ya  da 
azalır,  nəbz  vurma  dəyişir,  göz  bəbəyi  genişlənir,  tüklər  biz-biz  olur,  tərləmə  artır, 
ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər 
nəbz  vurma  kəşf  etmişdir.  Odur  ki,  ürəyin  döyüntüsü  emosiyanın  ən  həssas 
indikatorudur.  Ona  görə  də  çox  vaxt  insanlar  öz  emosiyalarını  ürəyin  fəaliyyəti  ilə 
əlaqələndirirlər. 
Hisslərin  əmələ  gəlməsində  dinamik  stereotipin  yaranması  və  ya  pozulması  mühüm  rol 
oynayır.  Yəni  həyat  tərzindən,  münasibətindən  asılı  olaraq  beyində  müəyyən  rabitələr 
əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin rabitələrdə hər hansı dəyişikliyin 
baş  verməsi  mövcud  rabitələrin  pozulması  ilə  nəticələnir.  Bu  da  insanda  razılıq, 
narazılıq,  sevinc,  heyrət,  şübhə,  maraq,  qəzəb  və  s.  kimi  hisslərin  əmələ  gəlməsi  ilə 
nəticələnir. 

Deməli,  müəyyən  dinamik  stereotipin  əmələ  gəliməsi  və  ya  pozulması  ilə  əlaqədar  olan 
sinir  prosesləri,  hisslərin  fizioloji  əsasını  təşkil  edir.  Hiss  və  emosiyaların  əmələ 
gəlməsində və cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır. Çünki hər hansı 
emosional halı elə sözün köməyi ilə də yaratmaq olar. 
Beləliklə  beyin  qabığında  və  qabıqaltı  sahədə  baş  verən  sinir  prosesləri,  hiss  və 
emosiyaların fizioloji əsası hesab olunur. 
Psixologiya tarixində hiss və emosiyaların əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr 
mövcud olmuşdur. Bunlardan Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və S.Şixterin 
konsepsiyasını qeyd etmək olar. 
İnsanın emosional və hiss halına simpatik və parasimpatik sinir sistemi nəzarət edir. 
Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpatik sistem insan orqanizmində müəyyən 
dəyişikliklər  etməklə  (məsələn:  qan  təzyiqi  artır,  qanın  laxtalanma  dərəcəsi  yüksəlir, 
tərləmə  artır  və  s.)  onu  düşdüyü  vəziyyətə  hazırlayır  və  enerji  dolu  qanı  bütün 
hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra parasimpatik 
sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu normalaşdırır. 
Adi  vəziyyətdə  müəyyən  duyğu  və  emosiyaların,  təhlükəli  vaxtlarda  isə  qorxu  və  qəzəb 
emosiyalarının müşayəti  ilə  yaşayırıq.  İnsan  oğlunun  ətrafıyla  etdiyi çoxəsrlik  davadan, 
vuruşmadan  salamat  çıxmasına  bu  iki  sistem  yardım  etmişdir.  Deməli,  emosiyalar 
orqanizmin  düşdüyü  vəziyyətə  uyğunlaşmasını  təmin  etməklə,  insan  həyatının  davam 
etməsində önəmli rol oynayır. 
 
3. Hisslərin keçirilməsi formaları 
 
Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilir. 
Bu  baxımdan  hisslərin  aşağıdakı  əsas  keçirilmə  formalarını  qeyd  etmək  olar:  əhvallar, 
affektlər, gərginlik, frustrasiya. 
Əhvallar.  Əhval  tədricən  yaranan,  orta  qüvvəyə  malik  olan,  xeyli  müddət  davam  edən 
emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə 
keçirməyimizə  səbəb  ola  bilər.  Bu  baxımdan  əhval  xeyli  müddət  insanın davranışına  və 
psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət 
və  ya  mənfi  xarakter  daşıya  bilər.  Məsələn,  müsbət  xarakter  daşıyan  gümrah,  şən, 
işgüzar  əhval  xeyli  müddət,  bəzən  bir  və  ya  bir  neçə  gün  davam  etməklə  insanın 
fəaliyətinə  də  öz  müsbət  təsirini  göstərə  bilir.  Bunun  təsiri  altında  insan  öz  işini  ruh 
yüksəkliyi,  inamla  yerinə  yetirir.  Mənfi  əhval-ruhiyyə  isə    insanın  fəaliyyətinə  ləngidici 
təsir  göstərir.  Bir  çox  hallarda  əhvalın  yaranması  və  dəyişməsi  böyük  emosional 
təəssürat  yaradan,  bəzi  hissləri  canlandıran,  digərlərini  zəiflədən  müxtəlif  həyat 
hadisələrindən  ibarət  ola  bilər.  Ona  görə  də  birinci  növbədə  məktəblilərdə  pis  əhvalın 
yaranmasına təsir edən mənbələrin aşkara çıxarılması, imkan daxilində onların aradan 
qaldırılması,  məktəbliyə  nəzakətli  yanaşmaq  lazım  gəlir.  Bu  prosesdə  şagirdin  fərdi-
psixoloji xüsusiyyətlərinin nəzərə alınması da zəruridir. 
Affektlər.  Affektlər  surətlə  yaranan,  qüvvətli,  nisbətən  tez  keçib  gedən  emosional 
hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə 
səciyyələnən  emosional  prosesdir.  Bu  zaman  insan  keçirdiyi  qorxu,  hiddət,  qəzəb  və  s. 

hisslərə güclü şəkildə qapılır. Adətən, insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən, 
mənliyə toxunan hərəkətlər onu bir anda,  sürətlə özündən çıxarır və kəskin hərəkətlərə 
yol  verməsinə  səbəb  olur.  İnsan  bu  cür  hərəkətlərin  icrasına  əvvəlcədən  hazırlaşmır. 
Onun bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji affekt adlanan bu 
hal tez də keçib gedə bilir. 
Stress  (ingiliscə  –  stress  –  təzyiq,  gərginlik  deməkdir)  –  insanın  fəaliyyət  və  ünsiyyət 
prosesində  çətin  və  mürəkkəb  fiziki,  zehni  işlər  görərkən,  eləcə  də  təhlükə  zamanı  təcili 
və  məsuliyyətli  qərar  qəbul  etmək  zərurəti  qarşısındaqaldıqda  keçirdiyi  psixi 
vəziyyətdir.  Mahiyyətcə  stress  –  insanın  keçirdiyi  normal  vəziyyətlərdən  biridir.  Onun 
insana pis təsiri həmin emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə 
ki,  stress  halı  bəzi  vaxtlarda  insanın  məqsədyönlü  fəaliyyətinə  pozucu  təsir  göstərir, 
bəzən isə  əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, 
çətin  məsələnin  tez  və  asanlıqla  həll  olunmasına  şərait  yaradır.  Bu  mənada  görkəmli 
Kanada fizioloqu H.Selye stressi «ümumi adaptasiya sindromu» adlandırmış və onun üç 
mərhələdən  ibarət  olduğunu  göstərmişdir:  1.  həyəcanlanma.  2.  müqavimət.  3.  əldən 
düşmə  və  üzülmə.  H.Selye  stressi  –  hər  hansı  fövqaladə  təsirə  qarşı  qeyri  –  spesifik 
müdafiə  reaksiyası  adlandırmışdır.  Deməli  psixi  proseslərin  diqqətin,  qavrayışın, 
hafizənin,  təfəkkürün  gedişinə  dolaşıqlıq  yaradan  psixi  vəziyyəti  distress    adlandırmaq 
olar.  Uzunmüddətli  distress  vəziyyəti  insanda  bəzi  xəstəliklərin  (infarkt,  beyin  insultu, 
keçəllik,  diş  tökülməsi  və  s.)  yaranmasına  səbəb  olur.  Psixoloji  stress  emosional  və 
informasion  stressə  bölünür.  Emosional  stress  təhlükəli,  çətin,  qorxulu  şəraitdə  özünü 
biruzə  verir.  Belə  olan  halda  psixi  fəaliyyətin  gedişində  neqativ  məzmunlu  dəyişiklik 
təzahür  edir.  İnformasion  stress  isə  informasiya  gününün  həddən  ziyadə  çoxluğu 
nəticəsində tapşırığın öhdəsindən gələ bilməkdə özünü göstərir.  
Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, yaradıcılıq müvəffəqiyyəti, xoşa 
gələn  fiziki  iş  və  s.  nəticəsində  yaranan  müsbət  gərginlik  vəziyyətidir.  Eustress  –  əmək 
fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini gücləndirir.      
Frustrasiya.  Frustrasifa  -  (latınca  frustrasio  –  aldanma,  nahaq  gözləmə,  əhval 
pozuntuluğu)  –    insanın  düşdüyü  psixi  vəziyyət  formasıdır.  İnsanın  öz  məqsədinə 
çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi 
emosional  hal  –  frustrasiya  adlanır.  Onun  mahiyyətini  daha  yaxşı  başa  düşmək  üçün 
aşağıdakı nümunə ilə tanış olaq: 
İmatahan  olduğu  üçün,  gecə  saat  3-ə  qədər  yatmayıb  suallara  hazrlaşmısınız.  Gec 
yatdığınıza görə, otaq yoldaşınızın  da nə vaxt oyandığını və evdən çıxdığını da bilməmisiniz. 
Zəngli  saatı  da  qurmağı  unutmusunuz.  Belə  olan  halda,  imtahana  gecikdiyiniz  üçün  bir 
fincan  çay  da  içməyib  tələsik  avtobus  dayanacağına  yollanırsınız.  Dayanacağa  çatan  kimi 
universitetin  yanından  ötən  avtobusun  elə  indicə  uzaqlaşdığını  görürsünüz.  İmtahana 
gecikməmək  üçün  universitetə  qismən  yaxın  gedən  başqa  avtobusla  getməyə  qərar 
verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu olduğu  üçün sizi götürmək üçün 
saxlamırlar.  Artıq  sınağa  yarım  saat  qalıdığı  üçün  məcbur  olub  taksi  saxlayırsınız.  Yolda 
tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə 
azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur. Sürücü maşını yolun kənarında 

saxlayaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb 
imtahana  8  dəqiqə  qaldığını  görürsünüz.  Sürücü  «Mən  gedə  bilmərəm»  –  deyib,  yol 
polisinin gəlməsini gözləyir. Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur 
olursunuz.  Auditoriyaya  girəndə  müəllimin  sizi  soruşduğunu  eşidirsiniz.  Bileti  çəkib 
əyləşəndə, qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz 
arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan qələm istəyirsiniz. 
Yuxarıda  göstərdiyimiz  misalda,  tələbənin  düşdüyü  psixi  vəziyyət  onun  keçirdiyi 
emosional  hal,  frustrasiya  halıdır.  Bu  cür  halı,  psixi  vəziyyəti  elə  dilimizdə  işlədilən 
əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı, əngəllənmə duyğusu, hissi kimi 
xarakterizə etmək olar. 
Beləliklə,  insanın  qarşısına  qoyduğu  məqsədə  nail  olmasına,  onu  əldə  etməsinə  real  və 
xəyali  surətdə  əngəllər  törədən  cisim  və  hadisələrlə  qarşılaşdığı  zaman  keçirdiyi  hisslər 
frustrasiya  və  ya  əngəllənmə  hissi  adlanır.  Başqa  sözlə  frustasiya  insanın  hər  hansı  bir 
uğursuzluğa,  itgiyə  əlacsızlıq  hissi,  bihadə  sərf  olunan  cəhdlə  müşayət  olunan  mənfi  – 
emosional təəssüratıdır. 
Frustrasiya  əsasən  insanın  narazılıq  və  ya  təmin  olunmamaq  səviyyəsi  onun  dözüm 
səviyyəsindən  üstün  olduqda  əmələ  gəlir.  Frustrasiya  özünü  itirmək,  qəzəb  aqressiya, 
küskünlük, həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – frustrasiya halətinin 
katalizatorudur.  Həyəcan  –  mövcud  vəziyyətin  və  davranışın  gələcəkdə  ortalığa 
çıxaracağı  nəticə  ilə  bağlı  olaraq  yaranır.  Bu  hiss  insanı  gələcəkdə  arzu  etmədiyi  bir 
durumda olmaqdan qorunmasına yönəldir. Frustrasiya həyəcan və aqressivliklə müşayət 
olunan  prosesdir.  Yuxarıda,  imtahana  gecikən  tələbənin  həm  həyəcan,  həm  də 
frustrasiya halətinə düşməsi bunu  sübut edir. 
İmtahandan  müvəffəqiyyət  qazanıb-qazanmamasını  düşünərkən  həyəcanlanan  tələbə, 
onu  oyatmadığı  üçün  otaq  yoldaşına,  saatı  qurmadığı  və  qələmi  unutduğu  üçün  özünə 
hirslənir,  acığı  tutur.  Frustrasiya  şəraitində  narazılıq  səviyyəsi  üstünlük  təşkil  etdiyi 
üçün  ətrafda  baş  verən  hadisələri  qavrayarkən  və  qiymətləndirərkən  emosional 
qiymətləndirmə ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər hər şeydə 
qərəz axtarırlar və tapırlar. 
Frustrasiyanın  müxtəlif  formaları  var.  Onlardan  biri  sosial  frustrasiyadır.  Sosial 
frustrasiya  yalnız  ayrıca  götürülmüş  bir  şəxsdə  deyil,  həm  də  ayrı-ayrı  qrup  və 
zümrələrdə, hətta xalqın böyük əksəriyyətində özünü biruzə verən psixoloji vəziyyətdir. 
Frustrasiya haləti müxtəlif səbəblərlə bağlı şəkildə meydana gəlir. Lakin, burada ən əsas 
şəxsiyyət  amilidir.  Yəni  baş  verən  səbəblər,  maneə  və  əngəllərə  insanın  münasibəti 
necədir?  İstər  azərbayan  dilli,  istərsə  də  əcnəbi  dilli  mənbələrdə  frustrasiyanın 
mərkəzində  əsasən  gecikmə,  ləngimə,  sosial  və  ya  etnik  qadağanın,  konfliktin  və  s. 
səbəblərin  dayandığı  qeyd  olunur.  Şəxsiyyətdaxili  konfliktlər  frustrasiyanın  daha  tez 
təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt müəyyən edilmişdir. 
1.Arzu  olunan  –  arzu  olunan  tipli  konflikt  –  İnsanın  istədiyi  iki  arzudan  birini  seçmək 
zəruriyyəti  qarşısında  qalması.  Məsələn:  həm  erkən  yatıb  yaxşı  dincəlmək,  həm  də 
televiziyadakı gecə proqramına tamaşa etmək istəyi ilə bağlı.  
2.İnsanın  istəmədiyi  iki,  lakin  birini  seçmək  məcburiyyəti  qarşısında  qaldığı  zaman 

düşdüyü konflikt şərait. Məsələn, bir tərəfdən amansız ögey ananın acı sözlərini, kinayəli 
baxışlarını  qəbul  edərək  onunla  bir  evdə  yaşamaq,  digər  tərəfdən  sevmədiyin  3  uşağı 
olan dul kişiyə ərə getmək məcburiyyəti. 
3.Bu tip konflikt arzu etdiyiniz, gerçəkləşdirmək istədiyiniz müəyyən hərəkət qorxu, ağrı 
ilə  nəticələnən  və  ya  müşayət  olunan  halda  meydana  çıxır.  Məsələn:  ziyafətdə  iştirak 
edən  şəxsin  bir  tərəfdən  spirtli  içki  içmək,  şənlənmək  istəməsi,  digər  tərəfdən  isə  içkili 
halda  maşınla  evə  qaytmaq  üçün  uzun  yol  qət  edəcəyini  və  bu  zaman  qəzaya 
düşməsindən ehtiyat etməsi buna misaldır. 
Qeyd  etdiyimiz  konfliktlər  frustrasiya  törədən  amillərdir.  Frustrasiya  həm  də  insanın 
özünü  reallaşdıra  bilməməsi,  özünü  aktuallaşdırma  tələbatını  ödəməməsi  ilə  də  bağlı 
olaraq  yaranır  və  inkişaf  edir.  Çox  vaxt  belə  hallar  insanın  öz  peşəsindən,  onun 
məzmunundan  və  nəticəsindən  razı  qalmadıqda    daha  da  inkişaf  edir.  Belə  olan  halda 
insan  həyatda  heç  bir  iz  qoymadığını,  öz  həyat  enerjisini  boş-boşuna  sərf  etdiyini, 
halbuki  daha  yaxşı  və  mənalı  yaşamağın  mümkün  olduğunu  etiraf  edir.  Belələri 
ömrünün  qalan  hissəsində  psixoloji  müdafiə  vasitəsi  kimi  şəraitin  olmamasını,  maddi 
vəziyyətin çətinliyini, ailə qayğısının çoxluğunu və başqa bir bəhanə gətirərək özlərindən 
başqa hamını və hər şeyi günahlandırırlar.Beləliklə, frustrasiya haləti neqativ emosional 
vəziyyət kimi insanların davranış və rəftarına mənfi təsir edir. 
 
4. Ali hisslər 
Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən 
sosial gerçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri ilə 
təzahür  edir.  Deməli,  insanın  təbiət  hadisələrinə,  cəmiyyətə  və  cəmiyyətdəki  əxlaq 
normalarına,  qanunlara,  başqa  insanlara,  millətlərə,  eləcə  də  təbiət  və  insan 
gözəlliklərinə,  bir  sözlə  gerçəkliyə  olan  münasibəti  onun  ali  hisslərinin  obyektini  təşkil 
edir.İnsanların  davranışı,  qruplar  arasındakı  qarşılıqlı  münasibətlər,  insan 
mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış 
qayda-qanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən 
hisslər  doğurur.  Belə  hisslər  ali  hisslər  kimi  səciyyələndirilir.  Ali  hisslərin  məzmunu 
şəxsiyyətin  inkişaf  səviyyəsindən,  dünyagörüşündən,  bilik  və  bacarığından,  əqidə  və 
inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.  
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, 
intellektual, estetik və praksis hisslər. 
Ali  hisslər  –  şəxsiyyətin  formalaşması  prosesində,  mürəkkəb  sosial  tələbatların 
ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam, dostluq və s. 
Sadə  (ibtidai)  hisslər  –  isə  bütün  canlı  orqanizmlərin,  o  cümlədən,  insanların  üzvi 
tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır. 
Əxlaqi  hissləri  həm  də  mənəvi,  dünyagörüşü  hissləri  də  adlandırırlar.  Əxlaqi  hisslərin 
obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai 
hadisələr,  insan  münasibətləri,  mövcud  qanunlar,  qaydalar  və  insanın  özü  və  keçirdiyi 
hisslər ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq 
normaları  əsasında  sosial  gerçəkliyin  hadisələrinin  qavranılması  zamanı  insanın 

keçirdiyi  hisslərdir.  İnsanın  əxlaqi  hissləri,  müvafiq  əxlaq  normalarına  bəslədiyi  
subyektiv münasibətlə bağlı olur. 
Əxlaqi  hisslər  sosial    mahiyyət  kəsb  etdiyi  üçün  əsasən  ailə,  məktəb  və  digər  sosial 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin