Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


gerçək  dünyanı  onun  xüsusiyyətlərində,  əlaqə  və  münasibətlərində  inikas  etdirən  dərk



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

gerçək  dünyanı  onun  xüsusiyyətlərində,  əlaqə  və  münasibətlərində  inikas  etdirən  dərk 
etmənin xüsusi formasıdır. 
Hökmlərdə  cisimlər,  hadisələr  arasında  müəyyən  əlaqənin  olduğu,  eləcə  də  cismin, 
hadisənin    müəyyən  keyfiyyətə  malik  olduğu  təsdiq  və  inkar  edilə  bilər.  Bu  baxımdan 

hökmlər  iqraıi  və  inkarı  olmaqla  iki  yerə  bölünür.Məsələn,  «Bu  kitab  maraqlıdır» 
dedikdə  kitabda  maraqlılıq  keyfiyyətinin  olduğunu  təsdiq  edirik.«Bu  tələbə  çalışqan 
deyil»  dedikdə  isə  tələbədə  çalışqanlıq  əlamətinin  olmadığını  göstəririk.Ona  görə  də 
birinci hökm iqrarı, ikinci hökm isə inkarı hökmdür. 
Hökmlər  ümumi, xüsusi və fərdi  də ola bilirlər. Ümumi  hökmlərdə  eyni  sinfə,  qrupa  aid 
olan bütün cisim və hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur. Xüsusi 
hökmlərdə isə iqrari və ya inkar bütün cisim və hadisələrə  deyilonlardan bəzilərinə aid 
edilir. Fərdi hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə aid olur. 
Bütün bunlarla yanaşı hömlərin şərti, təqsimi, zərurət və s. növləri də vardır. 
Psixoloji  planda hökmlər – subyektin  hərəkətidir, müəyyən məqsəd və motivlə bağlıdır, 
insanı  nəyisə  düşünməyə  və  hansı  qərarı  isə  qəbul  etməyə  təhrik  edir.Hökmlər  fikri 
fəaliyyətin  nəticəsidir,  fikirləşən  insanın  müəyyən  münasibətlərinin  fikrin  predmetinə 
olan münasibətidir.Hökmlər hərəki xarakter daşıyır, özündə sosial aspekti ehtiva edir. 
Hökmlərin  sosial  aspekti  onun  strukturunu  şərtləndirir,  onun  az  və  ya  çox  dərəcədə 
mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib. 
Hökmlər  ilk  dəfə  olaraq  hərəkətdə  formalaşır.Hər  hansı  hərəkət  seçici  xarakter 
daşıdığından,  o  nəyi  isə  təsdiq,  inkar  etdiyindən  praktik  əhəmiyyət  daşıyır.Subyektin 
obyektə  və  digər  adamlara  münasibətlərini  ifadə  etdiyindən  hökmlər  emosionallıqla 
zəngindir.Hökmlərdə şəxsiyyət aşkar olunur, o, həmçinin iradi aktı ifadə edir. 
Hökmlərdə  digər  insanlara  qarşı  olan  münasibət  real  aləmə  idraki  münasibət  əsasında 
müəyyənləşir.Hökmlərdə  ehtiva  olunmuş  vəziyyət  obyektiv  olaraq  həqiqətdir  və  ya 
yalandır, bu isə obyektiv gerçəkliyi inikas etdirməsindən asılıdır. 
Hər  hansı  hökmlər  həqiqətə  istiqamətlənib,  lakin  hər  hansı  hökm  özlüyündə  şərtsiz 
həqiqət  deyil.Mühakimə  hökm  üzərində  fikri  işdir  və  həqiqətin  yoxlanılmasına 
istiqamətlənib.Hökmlər  mühakimənin  həm  çıxış,  həm  də  son  nöqtəsidir.Bu  və  ya  digər 
halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər sisteminə qoşularaq ayrıca olmaqdan 
qurtulur.Mühakimələr əqli nəticə forması olaraq çıxış etdiyi hökmlər sistemini açır. 
Əqli nəticə  -vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox 
dərəcədə  mürəkkəbfikri  fəaliyyətə  deyilir.  Əqli  nəticə  prosesində  təfəkkürdə  vasitəli 
hərəkətlər  xüsusi  rol  oynayır.Əqli  nəticədə  və  ya  yekun  hökmlərdə  əldə  olan  biliklər 
əsasında  yeni  biliklərə  yiyələnmək  olur,  biliyə  bilik  vasitəsi  ilə  yiyələnilir,  bilavasitə 
təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi 
meydana  çıxır.Əqli  nəticənin  əsas  qiyməti  bundadır.Fikri  akt  kimi  əqli  nəticə  üçün 
aşağıdakılar  əhəmiyyət  kəsb  edir.Assosiativ  prosesdən  əqli  nəticənin  fərqi  ondadır  ki, 
nəticəyə  aid  etdiyimiz  münasibət  predmetin  obyektiv  məzmununu  açır.Predmetin 
obyektivliyi  hökmlərlə  təfəkkürə  daxil  edilir  və  bu  məlumatlar  bizə  qavrayışdan  verilə 
bilər. 
Əqli nəticə prosesində psixoloji planda 3 əsas halı fərqləndirmək lazımdır.Birincisi, çıxış 
halı  əyani təsəvvür olunur və  ya  yeni münasibətlər  əyani təsəvvürlərdə  açılır.  A-nın  B-
dən  böyük  olması  obrazlar  şəklində  təsəvvür  olunur.  İkincisi,  eyni  münasibətləri 
əyaniliyə  müraciət  etmədən  ancaq  anlayışların  köməyi  ilə  ifadə  etmək  olar.Bu  halda 
nəticə formal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və münasibətlərin 

məzmununun 
əhəmiyyətli 
tərəfləridir, 
konkret 
məzmunla 
müəyyənləşən 
qanunauyğunluqlardır.Üçüncüsü,  müvafiq  əlaqələr,  aşağı  –  yuxarı,  böyük  –  kiçik 
möhkəmlənərək  informasiya  dayaqlarından  nəticəyə  icra  oluna  bilir  və  əsasən  bu  hal 
assosiativ olaraq nitqin  avtomatlaşmasına tabe olur. 
Əyani  sxemlər  əqli  nəticə  proseslərində  əhəmiyyətli  rol  oynayır.Sadə  əqli  nəticə 
proseslərində  şeylərin  faktiki  vəziyyəti  ilə  bağlı  sxematik  təsəvvürlər  əmələ  gəlir,  ondan 
isə öz növbəsində nəticənin yeni məzmunu yaranır. 
Əqlinəticə  bir  və  ya  bir  neçə  hökmə  əsasən  yenihökmün  çıxarılmasından  ibarət  təfəkkür 
formasıdır.  Məsələn,  «ikinci  kursun  bütün  tələbələri  təşəkkür  aldılar»  və  «Təranə  də 
ikinci  kurs  tələbəsidir»  hökmlərinə  əsasən  «Təranə  də  təşəkkür  almışdır»  hökmünü 
çıxarırıq. 
Əqlinəticənin  üç  əsas  növü  qeyd  olunur:  induktiv,  deduktiv  əqlinəticə  və  analogiya 
(təşbeh). 
İnduktiv əqlinəticə xüsusi hallardan, misallardan (hökmlərdən) ümumi nəticə çıxarmaqdan 
ibarətdir.Məsələn, dəmirin, misin, poladın, gümüşün və s.istidən genişləndiyini və onların 
metal  olduğunu  müəyyənləşdirmək  əsasında  «Bütün  metallar  istidən  genişlənir» 
hökmünü çıxarırıq. 
Deduktiv  əqlinəticə  isə  ümumi  hallardan,  misallardan  (hökmlərdən)  xüsusi  nəticə 
çıxarmaqdan  ibarətdir.Məsələn,  «Bütün  xüsusi  isimlər  yazıda  böyük  hərflə 
başlayır».«Bakı» xüsusi isimdir» hökmlərinə əsasən «Deməli, Bakı böyük hərflə yazılır» 
nəticəsini çıxarırıq. 
Analogiyaya gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə üzrə nəticə çıxarılır. 
 
 
3.Təfəkkürün nitqlə qarşılıqlı əlaqəsi 
 
Təfəkkür və dil. Dünyanı dilsiz təsəvvür etsək o anlayışlarsız, mədəniyyətsiz olardı.İnsan 
onlar arasında rabitə rolunu oynayır.Dil insanın fikirləşdiyi, qavradığı və yaddasaxladığı 
şeylərə təsir edir.Müvafiq olaraq təlim insanın sözlü (fikri) gücünü artırmaq məqsədi da-
şıyır.Lakin fikri proseslər əksər hallarda sözsüz baş verir. 
Dilin  təfəkkürə  təsiri  psixologiyada  çox  mübahisəli  məsələdir.Dilçi  B.Uorf  təsdiq  etmək 
istəyirdi  ki,  dil  təfəkkür  üsulunu  müəyyən  edir.Uorfun  linqvistik  nisbilik  nəzəriyyəsinə 
görə  müxtəlif  dillər  gerçəkliyi  müxtəlif  cür  qavramağa  gətirib  çıxarır.«Dil  özü  insanın 
əsas  ideyasını  formalaşdırır».Uorf    təsdiq  edir  ki,  xopi  tayfasında  felin  keçmiş  zaman 
forması yoxdur. Uorfa görə xopi tayfası asanlıqla keçmiş haqqında fikirləşə bilməz. 
Uorfun  nisbilik  nəzəriyyəsi  bir  dildə  danışan  və  dilin  fikrin  ötürücüsü  kimi  başa  düşən 
insanlar üçün yaddır.Amma iki müxtəlif sistemli dillərdə danışan ingilis və yapon yəqin 
ki,  müxtəlif  dillərdə  fərqli  fikirləşir.İki  dildə  danışan  bir  çox  insanlar  hesab  edir  ki, 
istifadə  etdikləri  dildən  asılı  olaraq  fərqli  qavrayış  nümayiş  etdirirlər.Dili  öyrənməklə 
mədəniyyət haqqında çox şey öyrənmək olur. Dili itirməklə dilə  bağlı olan təfəkkürü də 
itiririk. 

Yeni  qvineyalılar  ingilis  və  ya  fransız  dillərindən  istifadə  etmədən  forma  və  rəngi 
bildirən şeyləri qeyd edilən dillərin nümayəndələri kimi qavrayır.Lakin ingilis, fransız və 
ya  forma  və  rəngi  bildirən  sözlərin  olduğu  dillərin  sözləri  insanın  nə  fikirləşdiyinə,  nə 
haqda  düşündüyünə  təsir  edir,  ona  görə  söz  seçimində  insan  çalışır  ki,  sözlər  şeyləri 
dəqiq əks etdirsin. 
Dilin  təfəkkürə  təsir  etməsi  qabiliyyəti  söz  ehtiyatının  artırılması  hesabına  təhsilin  əsas 
hissəsi üçün mühüm rol oynayır. 
Dilin fikri formalaşdırmaq və ya ifadə etmək vasitəsi kimi qiymətləndirilməsi dilin idraki 
fəaliyyəti  ilə  bağlıdır.Dil  ünsiyyət  prosesində  fikrin  ifadə  vasitəsi  kimi  həm  də  qarşılıqlı 
anlama üçün vasitədir.Dilin fikri ifadə etmək, ünsiyyəti yaratmaq, inikas vasitəsi, ətrafda 
baş verən hadisələri, şeylərin əlamət və xassələrini əks etdirmək keyfiyyəti vardır. 
Eksperimental tədqiqatlara görə orta məktəbi bitirən şagird 80 minə qədər söz bilir, bu 
orta  hesabla  hər  ilə  5000,  gündəlik  isə  13  sözün  mənimsənilməsi  deməkdir.  Sintaksisin 
qanunauyğunluqlarını  çətinliklə  izah  etmək  mümkün  olsa  da,  uşaq  dili  çox  asanlıqla 
başa düşür və insanın dilə qabiliyyəti çoxlu suallar doğurur. 
Uşaqlarda dilin inkişafı onun strukturu ilə bağlıdır.Körpə dilə yiyələnməyib (in fautis – 
danışmayan  deməkdir),  lakin  4  aylıq  uşaq  ananın  dodaqlarından  onun  nə  demək 
istədiyini  seçir  və  səsləri  tanımağa  başlayır.Uşaq  sifətə  baxmaqla,  tələffüz  edilən  səsləri 
ayırd etməyə çalışır və səslərin tələffüzü zamanı dodaqların vəziyyəti uşaq üçün həm də 
ona qarşı davranış tərzi kimi anlanılır. 
3-4  aylıq  uşağın  qığıltıları,  müxtəlif  səslərlə  müşayiət  olunur  və    ilk  dövrlərdə  o,  dillə 
bağlı deyil. Uşağın dilə yiyələnməsi bir neçə mərhələ keçir.Bir  sözlü mərhələ 1 yaşdan 2 
yaşa qədər olan dövrdür. Cüttərkibli mərhələ isə 2 yaşdan sonra başlayır, əsasən uşaq iki 
sözdən  ibarət  cümlələr  ifadə  etməyə  başlayır.Universal  qrammatika  artıq  ifadə 
olunmağa başlayır. 
Uşaqların  dilə  yiyələnməsində  səs  və  intonasiyanın  ailədəki  mərhələsi  çərçivəsində  baş 
verir.10  aylıq  uşağın  qığıltıları  ana  üçün  artıq  aydın  səs  rolunu  oynayır.Ana  dilinin 
fonem səslərinə uyğun olmayan səslər yoxa çıxır, uşaq eşitmədiyi səslərin fərqləndirmək 
qabiliyyətinə malik olmur. 
Səsli dil fonemdüzəldən tərkibə malikdir, əl hərəkət və formaları ilə müəyyənləşir, uşaq 
qığıltılarında nitq səsləri ayrılmağa başlayır (4 aylıq), 10 aylığında ana dili səsləri və s. 
inkişaf edir. 
Dilə yiyələnmə anadangəlmə və yaratma olmaqla aşağıdakı mərhələlərdən ibarətdir, irsi 
amil, nitqin anlanılmasına cavab verən mexanizmlərin quruluşuna, dil mühiti inkişafına 
davranış isə ana dilini mənimsəməyə kömək edir. 
Təfəkkür  və  nitq.Nitq  fikrin  mövcudluq  formasıdır.Nitq  və  təfəkkür  arasında  vahidlik 
var.  Lakin  bu  vahidlikdir,  eyniyyət  deyil,  çünki  fikrin  ilkin  formaları  qrammatik 
xarakterə malik olduğundan nitq müvafiq sayda sözlərin köməyi ilə onu dəqiq, düzgün, 
tam  bütöv  şəkildə  ifadə  edə  bilmir.Ona  görə  də  nitqlə  təfəkkür  arasında  bərabərlik 
qoymaq mümkün deyil. 
Nitq  o  zaman  nitq  forması  alır  ki,  onun  dərk  edilmiş  mənası  olsun.Söz,  əyani  obrazlar 
kimi səslə və ya görmə, öz-özlüyündə nitqi təşkil etmir.Nitqi yaradan hərəkətlər sistemi, 

bütöv  nitq  prosesi  söz  və  məna  arsındakı  anlam  münasibətləri  ilə  tənzim  olunur.Nitq 
intellektual  əməliyyatdır.Təfəkkürü  nitqlə  eyniləşdirmək  və  onlar  arasında  bərabərlik 
işarəsi  qoymaq  olmaz,  ona  görə  ki,  nitqin  nitq  kimi  mövcud  olması  onun  təfəkkürə 
münasibəti ilə bağlıdır. 
Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz.Nitq – fikrin xarici görkəmi deyil, 
onu dəyişməklə fikri dəyişmək olmaz.Nitqlə fikir formalaşır, lakin fikri formalaşdıraraq, 
onun  özü  də  formalaşır.  Bu  ideya    Moskva  psixoloqları  tərəfindən  və  müasir  rus 
psixolinqvistləri  tərəfindən  geniş  işıqlandırılmışdır.  Nitq  fikrin  xarici  vasitəsidir,  söz 
təfəkkür  proseslərinə  forma  kimi,  onun  məzmunu  ilə  bağlı  olan  bir  hadisə  kimi  daxil 
olur.Nitq  formasını  yaradaraq  təfəkkür  özü  formalaşır.Təfəkkür  və  nitq 
eyniləşdirilməyərək  eyni  prosesin  vahidliyinin  təminatçısıdırlar.Təfəkkür  nitqdə  nəinki 
ifadə olunur, həm də onda təkmilləşir, tamamlanır, icra olunur. 
Təfəkkürdə  icra  olunan  obrazlar,  nitq  funksiyası  daşıyır  və  bu  obrazlar  təfəkkürdə 
anlamın  məzmununun  hissi  əsasını  təşkil  edir.Nitq  formasını  yaradan  təfəkkürün  özü 
formalaşır. 
Təfəkkürdə  obrazlar  nitqin  funksiyasını  yerinə  yetirirlər.Obrazların  hissi  məzmunu 
təfəkkürdə anlamın məzmununun daşıyıcıları kimi çıxış edir. 
Nitqin strukturu təfəkkürün strukturuna uyğun gəlmir, qrammatika nitqin strukturunu 
ifadə  edir,  məntiq  isə  təfəkkürün  strukturunu  ifadə  edir.Nitq  fikirdən  arxaikdir  və 
arxaik formaları təbiətinə uyğun olaraq saxlayır. 
 
4. Təfəkkürün növləri və fərdi xüsusiyyətləri 
 
Təfəkkürün  növləri  idraki  əhəmiyyətinə  görə  biri-digərindən  fərqlənir.  Hafizədən 
mahiyyətə 
ümumiləşdirmə 
səviyyəsinə 
görə 
müxtəlif 
səviyyəli 
fikirlərin 
fərqləndirilməsinə görə təfəkkür, praktik anlayışlar təfəkkürü, obrazlı təfəkkür, praktik 
– əyani obrazlı, əyani əməli ola bilir. 
Nəzəri təfəkkür, öz predmetinin  qanunauyğunluqlarını açan yüksək təfəkkür növüdür. 
İnsan  məsələ  həlli  zamanı  anlayışlara  müraciət  edir,  hərəkətləri  əqlində  yerinə  yetirir, 
birbaşa  təcrübəyə  müraciət  etmir.  O  məsələnin  həllini  əvvəldən  axıra      hazır  biliklərin 
hesabına  fikrən  yerinə  yetirir.  Bu  hazır  bilik  formaları  anlayışlar,  hökmlər,  əqli 
nəticələrdir.Nəzəri 
anlayışlar 
təfəkkürü 
elmi 
nəzəri 
tədqiqatlar 
üçün 
xarakterikdir.Əyani  təfəkkür  və  nəzəri  təfəkkür  çoxobrazlı  üsullarla  biri  digərinə 
keçir.Onlar arasında fərq nisbidir. 
Nəzəri obrazlı təfəkkür – anlayışlar təfəkküründən obrazların istifadəsi ilə fərqlənir. Hər 
hansı təfəkkür az və  çox dərəcədə əyani –  hissi obrazlarla qarışır. Anlayışlar və obraz- 
təsəvvürlər  bu  təfəkkür  növündə  ayrılmazdır.İnsan  təsəvvürlərsiz  ancaq  anlayışlarla 
hissi  əyanilikdən  uzaq  fikirləşə  bilməz,  o,  həmçinin  təkcə  hissi-əyani  obrazlarla, 
anlayışlarsız fikirləşə bilməz.Ona görə də əyani və anlayışlar təfəkkürünü xarici əksliklər 
kimi qəbul etmək olmaz.Lakin  
 
Təfəkkürün əsas növləri 

unutmaq  olmaz  ki,  təsəvvür  və  anlayışlar  nəinki  bir-biri  ilə  bağlıdır,  həmçinin  bir-
birindən fərqlidir, vahid təfəkkür daxilində bir tərəfdən əyani, digər tərəfdən abstrakt – 
nəzəri təfəkkürü fərqləndirirlər. 
 
Nəzəri  və  obrazlı  təfəkkür  idrakın  müxtəlif  pillələri  kimi  vahid  prosesin  müxtəlif 
tərəflərdir  və  eyni  adekvat  üsullarla  obyektiv  reallığın  dərkinə  yönəlib.Mücərrəd 
təfəkkürün  anlayışları  ümumini  inikas  etdirir.Lakin  ümumi  xüsusi  və  təkcənin 
elementlərindən  xali  deyil.Təkcə  obrazda  əks  olunur.Obraz  təfəkkürün  həm  aşağı,  həm 
də  yuxarı  pilləsində  təkcənin  inikasıdır.Əyani  –obrazlı  təfəkkür  və  nəzəri-mücərrəd 
təfəkkür  təkcə  iki  səviyyə  deyil,  vahid  təfəkkürün  iki  növü  və  ya  iki  aspektidir,  təkcə 
anlayış deyil, həm də obraz ən yüksək təfəkkür səviyyəsində fəaliyyət göstərir. 
Obrazın  fikri  zənginləşdirdiyini    hər  hansı  metaforanın  misalında  görmək  olar.  Hər 
hansı  metafora  ümumi  fikri  ifadə  edir,  metaforanın  anlanılması  obrazlı  formada  onun 
ümumi anlam məzmununun aydınlaşdırılmasını tələb edir.Metaforik ifadələri işlədərkən 
elə  obrazları  axtarıb  tapmaq  tələb  olunur  ki,  bu  obraz  ümumi  fikri  adekvat  ifadə  edə 
bilsin. 
Nəzəri  obrazlar  ya  hafizədən  əldə  edilir,  ya  da  təxəyyüldən  yaradıcılıqla 
yaradılır.Ədəbiyyat, incəsənət yaradıcı əmək adamları belə obrazlı təfəkkürə malikdir. 
Nəzəri  anlayışlar  və  nəzəri  obrazlı  təfəkkür  yanaşı  mövcuddur.Onlar  bir-digərini 
qarşılıqlı  tamamlayır,  qarşılıqlı  əlaqədə  olan  varlığın  müxtəlif  tərəflərini 
aşkarlayır.Nəzəri  anlayışlar  təfəkkürü  mücərrəd  olsa  da,  gerçəkliyi  ümumiləşmiş,  həm 
də daha düzgün əks etdirir. 
Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə 
birbaşa  bağlıdır  və  onsuz  icra  olunmur.Fikir  hissi  –  əyani  olaraq,  insanı  gerçək  aləmə 
bağlayır.Qısamüddətli  və  operativ  hafizədə  təmsil  olunan  obrazlar  təfəkkür  üçün 
zəruridir. 
Təfəkkürün  bu  növündən  istifadə  etdikdə  adam  qavradığı  cisim  və  hadisələrin,  icra 
etmiş  olduğu  praktik  işin  surəti  əsasında  fikirləşir.  Təfəkkürün  bu  növü  bağça  yaşlı 
uşaqlarda özünü qabarıq şəkildə göstərir. 
Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafizədən əldə edir, sonra dəyişdirir.Bu 
təfəkkür forması məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır.Praktik fəaliyyətlə 
məşğul olan yaşlı insanlara da bu təfəkkür növü xasdır. 
Əyani-əməli  təfəkkürün  xüsusiyyəti  ondan  ibarətdir  ki,  təfəkkür  prosesləri  praktik 
dəyişdirmə  fəaliyyəti  xarakteri  daşıyır  və  insan  onu  real  predmetlərlə  icra  edir.  Məsələ 
həlli zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görməkdir. Adətən bu cür təfəkkür 
konkret praktik fəaliyyətdən kənara çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş 
verir.Ona  görə  də  bu  cür  təfəkkürü  eyni  zamanda  praktik  təfəkkür  də 
adlandırırlar.Bəşəriyyətin  tarixi  inkişafı  prosesində  birinci  növbədə  əyani-əməli 
(praktik) təfəkkür özünü göstərir.Üç yaşına qədərki uşaqlarda da təfəkkür əsasən əyani 
əməli  xarakter  daşıyır.  Bu  təfəkkür  növü  istehsal  proseslərində  çalışan  adamlara  da 
məxsusdur və nəticəsi konkret məhsulun hazırlanmasından ibarətdir., 
Mücərrəd  (məntiqi)  təfəkkür  təfəkkürün  ən  yüksək  inkişaf  etmiş  növüdür.Adətən 

məktəb yaşı dövründə praktik təcrübə əsasında, ilk dəfə sadə şəkildə olsa da, mücərrəd 
təfəkkür  yaranır  və  inkişaf  edir.Mücərrəd  təfəkkür  mücərrəd  məfhumlara  istinad edən 
təfəkkür olmaqla, mücərrəd məfhumlar, hökmlər əsasında baş verir. 
Qeyd  etmək  lazımdır  ki,  adını  saydığımız  təfəkkür  növləri  eyni  anda  baş  verir  və 
inkişafın səviyyələri kimi özünü biruzə verir. 
Nəzəri  və  praktik  təfəkkürün  fərqi  ondan  ibarətdir  ki,  onlar  praktika  ilə  müxtəlif  cürə 
bağlıdır.Praktik təfəkkürün işi xüsusi konkret məsələ həllinə yönəlir, nəzəri təfəkkür isə 
ümumi qanunauyğunluqların həllinə istiqamətlənir. 
 
Fikri proseslər 
 
Fikri 
proseslərin 
əsas 
əməliyyatları.Fikri 
proseslər 
problem 
situasiyanın 
mövcudluğundan  asılı  olaraq  başlayır  və  hansısa  problemin  həllinə  istiqamətləniyaları 
subyektin təsəvvürlərində qeyri-adekvat, təsadüfi və qeyri-əsas əlamətlərlə verilib. 
Daha  adekvat  dərk  etmə  təfəkkür  qarşısında  duran  məsələ  həlli  üçün,  idrak  prosesləri 
çoxlu əməliyyatlardan istifadə edir. 
Belə  əməliyyatlara  təhlil,  tərkib,  müqayisə,  mücərrədləşdirmə,  ümumiləşdirmə, 
konkretləşdirməni  aid  edilir.Bütün  bu  əməliyyatlar  təfəkkürün  əsas  əməliyyatlarının 
müxtəlif  tərəflərinin  vasitəli  mahiyyət  əlaqələrinin  və  münasibətlərinin  açılmasına 
yönəlib. 
.  Fikri  proseslərin  və  ya  fikri  əməliyyatların  motivlərinin  –  təhlil  və  tərkib  (analiz  və 
sintez) vasitəsi ilə bu əlamətləri  aydınlaşdırmaq mümkündür. 
Təhlil – əşyanın, hadisənin fikrən hissələrə, anlara, tərəflərə bölünməsidir. Tərkib təhlil 
vasitəsi ilə ayrılmış, parçalanmış tamı bərpa edir, mahiyyəti az və ya çox dərəcədə təhlil 
vasitəsi ilə açılmış əlaqələri birləşdirir. 
Təhlil problemi hissələrə bölür, tərkib yeni əsasda onu həll etmək üçün birləşdirir.Təhlil 
və tərkib əməliyyatlarının köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa 
doğru gedir.Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib vasitəsilə tamın mahiyyət 
əlaqələri açılır. 
Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi, əvvəlcə əşyavi, hərəkət planında əmələ 
gəlir.Təhlil  və  tərkib  bir-biri  ilə  sıx  əlaqədardır.Təhlil  vasitəsi  ilə  ayrılmış  əlamətlər 
tərkibin köməyi ilə fikirdə bütövləşir. 
Bəzi insanlar təhlilə meylli olmaları – dəqiqlik və aydınlığı, digərləri isə tərkibin genişliyi 
ilə  seçilir.Təhlil  və  tərkib  təfəkkürün  bütün  tərəflərini  ifadə  edə  bilmədiyindən,  digər 
münasibətlər mücərrədləşmə və ümumiləşmə ilə aşkarlanır. 
Müqayisə – şeyləri, hadisələri, onların xüsusiyyətlərini qarşılaşdıraraq onların fərqini və 
oxşarlığını  açır,  müəyyən  edir.Onların  digər  fərqli  şeylərdən  oxşar  əlamətləri  müəyyən 
edərək  müqayisə  oxşar  əlamətlərin  təsnifatını  həyata  keçirir.Müqayisə  idrakın 
formasıdır, şeylər əvvəlcə müqayisə yolu ilə dərk olunur.Bu, həm də idrakın elementar 
formasıdır.Oxşar  və  fərqlər  əqli  idrakın  əsas  kateqoriyalarıdır  və  əvvəlcə  xarici 
münasibətlər kimi çıxış edir. 
Mücərrədləşmə  –  cisim  və  hadisələrdə  mövcud  olan  hər  hansı  bir  tərəfin,  əlamətin, 

xassənin 
fikrən 
nəzərdən 
keçirilməsindən 
ibarət 
olan 
təfəkkür 
prosesidir.Mücərrədləşdirmə,  digər  fikri  əməliyyatlar  kimi,  əvvəlcə  hərəkət  planında 
doğulur.Mücərrədə  gedən  yol  konkret  əşyalara  olan  münasibətlərdən  keçir,  fikir 
konkretdən  ayrılmayaraq,  daim  və  zəruri  olaraq  ona  qayıdır.Konkretə,  şeyə,  hadisəyə, 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin