Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


ümumi  qanunauyğunluqlarını  müəyyənləşdirmək  xeyli  çətindir  və  daha  çətini  isə  onun



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

ümumi  qanunauyğunluqlarını  müəyyənləşdirmək  xeyli  çətindir  və  daha  çətini  isə  onun 
səmərəli  şəkildə  idarə  edilməsini  öyrənməkdən  ibarətdir.  Baxmayaraq  ki,  hafizənin 
təkmilləşdirilməsi ilə bağlı çoxsaylı metodikalar işlənmiş, tövsiyələr hazırlanmışdır.  
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emosional münasibətlərdən asılı 
olaraq  mexaniki  yaddasaxlamanın  16  qanunauyğunluqlarını  özündə  birləşdirən  vahid 
sistem təklif etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək. 
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha güclü və uzunmüddətli yadda 
saxlayır.  
2.  Güclü  emosional  reaksiya  doğurmayan,  lakin  kifayət  qədər  mürəkkəb  olan 
informasiya hafizədə hifz olunmur. 
3.  Diqqətin  mərkəzləşdirilməsi  nə  qədər  güclü  olarsa,  yaddasaxlama  da  o  qədər 
sürətli baş verir. 
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha yaxşı yadda saxlanılır.  
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur. 
6.  Məntiqi  əlaqəsi  və  bir-birilə  sıx  bağlı  olan  fakt  və  hadisələr  daha  asan  yadda 
saxlanılır. Çünki bu zaman assosiativ təəssürat daha asan və sistemli olur.Burada sanki 
əşya və hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx bağlanır. 
Qarşıya  qoyulan  məqsəddən  asılı  olaraq  yaddasaxlamanın  qeyri-ixtiyari  və 

ixtiyari  növlərini  qeyd  edirlər.Qeyri-ixtiyari  yaddasaxlama  qarşıya  məqsəd  qoymadan 
duyub-qavradıqlarımızın  yadda  saxlanmasıdır.Çox  vaxt  bizə  emosional  təsir  bağışlayan 
material  qeyri  ixtiyari  olaraq  yadımızda  qalır.İxtiyari  yaddasaxlama  isə  qarşıya 
qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari yaddasaxlamanı xüsusi mnemik iş 
kimi  xarakterizə  edirlər.  İxtiyari  yaddasaxlamanın  müvəffəqiyyəti,  məhsuldarlığı 
mnemik  məqsədin  xüsusiyyətindən  asılı  olur.İxtiyari  yaddasaxlamanın  məhsuldarlığı 
üçün  mühüm  şərt  kimi  yadda  saxlanılacaq  materialın  planını  tutmaq,  qarşıya 
yaddasaxlama,  uzun  müddətdə  yaddasaxlama  məqsədi  qoymaq,  materialı  təsnif  etmək, 
sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. zəruridir. 
Prinsipcə  hər  bir  insanın  hafizəsi,  xüsusilə,  qeyri-ixtiyari  yaddasaxlamanın 
seçiciliyi  baxımından  fərqlənir.İxtiyari  yaddasaxlamanın  müvəffəqiyyəti  isə  qavranılan 
informasiyanın  xarakteri  ilə  bağlıdır.  Məsələn,  tanışları  və  ya  qohumlarında  keçirilən 
qonaqlığın  yada  salınmasına  diqqət    yetirək.  Bəziləri  (xüsusilə  qadınlar)  kimin  və  necə 
geyindiyini,  digərləri  kimin  nə  və  necə  yediyini,  üçüncülər  isə  (yeri  gəlmişkən  çox  az 
qismi) məclisin ümumi təsvirini və söhbətlərin məzmununu xatırlayacaqdır. 
Yaddasaxlamanın  davamlılığından  asılı  olaraq  qısamüddətli  və  uzunmüddətli 
növləri  də  vardır.Qısamüddətli  yaddasaxlama  saniyə  və  dəqiqələrlə,  uzunmüddətli 
yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür. 
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı 
da qeyd edirlər.Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır.  Məsələn, 20.07 
rəqəmini  yaddasaxlamaq  üçün  2007-ci  ili  yada  salmaq  kifayətdir.  Yaxud  yeni  tanış 
olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə 
yadda saxlayırıq. 
Yadasalma əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən 
operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan 
hafizə prosesidir.Yadasalma da ixtiyari və qeyri-ixtiyari olur. 
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin 
baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır. 
Yadasalmada  hadisələrin  hansı  konteksdə  baş  verdiyi  mühüm  əhəmiyyət  kəsb 
edir.  Məsələn,  köhnə  əşyalar,  kitablar,  ev,  uşaqlığın  keçdiyi  yerlər  və  onlarla  bağlı 
olanlar  daha  güclü  təsir  edir.  Bu  mənada  Zeyqarnik  effekti  maraq  kəsb  edir.Təbii 
sonluğu  olmayan  vəziyyətləri,  tamamlanmayan  hərəkətləri  insanlar  daha  yaxşı  yadda 
saxlayır.  Əgər  biz  yeməyi,  içməyi  sona  çatdıra  bilmir,  arzu  etdiyinə  çata  bilməyə  az 
qalmış, amma çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki asanlıqla əldə 
edilən.  Hafizənin  bu  xüsusiyyəti  onunla  bağlıdır  ki,  tamamlanmamış  hərəkətlər  mənfi 
emosiyaların  mənbəyi  olduğundan  müsbət  emosiyalara  nisbətən  daha  güclü  təsirə 
malikdir.Məhz  buna  görə  də  adamlar  uğursuz  sevgini,  bədbəxt  hadisələri,  xəstəliyi, 
əzablarını, həyəcanlarını daha dəqiq və aydın yadda saxlayırlar. 
Tanımaya  gəldikdə  o,  hər  hansı  bir  obyekti  yenidən  qavrama  zamanı  yada 
salmaqdan ibarətdir. Tanıma olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni 
cisim kimi qavrayardıq.  
Unutma.Hafizə 
ilə 
bağlı  çətinliklər  yadasalmadan  daha  çox  xatırlama  ilə 

əlaqədardır.Müasir  psixologiyanın  bir  çox  tədqiqatları  sübut  edir  ki,  sağlam  beyində 
informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. 
Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar 
bunu  bilirdi,  oxumuşdu,  eşitmişdi  və  s.  Psixoloqlar  bunu  unutma  adlandırırlar.  Yəni 
psixikada  olan  informasiyalar  dəqiqliyini,  aydınlığını  itirir  və  ya  azalır.Q.Ebbinhauzun 
təcrübəsi bu baxımdan maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40 faizi yarım 
saat sonra, 66 faizi bir gündən sonra, 75 faizi üç gündən sonra, 79 faizi bir aydan sonra 
unudulur.  Əlbəttə,  burada  fərdi  xüsusiyyətlər,  materialın  mənalılığı,  əhəmiyyətliliyi  də 
böyük rol oynayır. 
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur.Lakin psixika üçün paradoksal 
hallar  da  xasdır.  Məsələn,  yaşlı  adamlar  indicə,  az  müddət  əvvəl  eşitdiklərini  asanlıqla 
unutduqları  halda,  uzaq  keçmişdə  baş  verənləri  çox  da  çətinlik  çəkmədən  və  aydın 
xatırlayırlar. Bu fonomen «Ribo qanunu» adlanır.Unutmanın ikinci mühüm amili adətən 
mövcud  informasiyadan  aktiv  istifadə  olunmasıdır.  O  şeylər  daha  tez  unudulur  ki,  ona 
az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda verbal hafizə daha tez unutqanlıqla 
əvəz  olunur.Uşaqlığın təəssüratı, xatirələri, hərəkət vərdişləri (velosiped  sürmək, gitara 
çalmaq, üzgüçülük, futbol oynamaq və s.) hafizədə daha davamlı, bəzən on illərlə heç də 
çox  iradi  səy  göstərmədən  yada  salınır.  Belə  faktlar  da  məlumdur  ki,  üç  il  həbsxanada 
«oturmuş» adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı bağlamağı belə unudur.  
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və  
şüuraltı  sahələri  sarsıntı  və  pozulmalardan  qoruyur.  İnsana  xüsusilə  kəskin  təsir  etmiş 
hadisələrin  uzun  müddət  həmin  şiddətlə  davam  etməsinə  təbii  ki,  orqanizm  davam 
gətirməz.Vaxt  keçdikcə  onun  təsiri  azalır,  tədricən  unudulur.Ümumiyyətlə,  o  şeylər 
"unudulur" ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır. 
Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir.Onun çoxsaylı pozuntuları 
geniş yayılmışdır.Baxmayaraq ki, insanların çoxu onun pozulduğunu hətta bilmirlər  və 
yaxud  da  çox  sonralar  bilirlər.Hafizənin  pozulması  insanın  fərdi  xüsusiyyətləri  ilə  də 
bağlıdır.Onların təhlili hafizənin bir daha psixoloji fonomen olduğunu təsdiq edir. 
 
5.Hafizənin növləri və tipləri 
 
Yadda saxlanılan materialların növlərinə görə müvafiq olaraq hafizənin aşağıdakı 
dörd  növü  müəyyənləşdirilmişdir.Müxtəlif  hərəkətlərin  və  onların  yadda  saxlanılması, 
hifz  olunması  hərəkət  hafizəsi  adlanır.Maşın  sürmək,  musiqi  alətlərində  ifa  etmək, 
kompyuterdə  yazmaq  və  s.  Hərəki  hafizə  peşə  fəaliyyətini  icra  etmək  üçün 
vacibdir.Sonra  gerçəkliyin  cisim  və  hadisələrinin  keçmişdə  qavramış  olduğumuz 
surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surət hafizəsi 
formalaşır.  Surət  hafizəsində  hansı  analizatorun  daha  aktiv  iştirak  etməsindən  asılı 
olaraq  onun  beş  növünü:  görmə,  eşitmə,  toxunma,  iy  bilmə  və  dadı  ayırırlar.  İnsan 
psixikası üçün görmə və eşitmə hafizəsi daha əhəmiyyətli rol oynayır. 
Praktiki 
olaraq 
hərəkət 
hafizəsi 
ilə 
eyni 
vaxtda 
emosional 
hafizə 
formalaşır.Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin 

yada  salınmasıdır.Həyətdən  qəflətən  çıxan  itdən  qorxan  şəxs  uzun  müddət  oradan 
keçərkən  həmin  hissləri  təkrar  yaşayır.  Hafizənin  ən  yüksək,  ali  növü  verbal  (sözlü-
məntiqli və ya semantik) hafizə hesab olunur. Onun köməyilə insanın intellektual bazası 
yaranır  və  fikri  fəaliyyətinin  (oxumaq,  yazmaq,  hesablamaq  və  s.)  böyük  əksəriyyəti 
həyata keçirilir. 
Verbal  hafizə  təfəkkürün  xüsusi  formasının  məhsulu  kimi  özündə  ana  dilinin 
qrammatik  qaydalarının  əsasını,  təhlili  və  dərk  olunmasını  ehtiva  edir.Yəni  materialın 
mənasının yadda saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır. 
Yaddasaxlama  və  yadasalmanın  iradi  proseslərinin  dərəcələrinə  görə  hafizənin 
qeyri-ixtiyari  (bəzən  özü  də  istəmədən  nəyisə  xatırlayır)  və  ixtiyari  hafizələrə 
ayırırlar.İxtiyari  hafizədə  insan  sanki  qarşısına  məqsəd  qoyur.«Yada  sal».Lakin  iradi 
səy  həmişə  uğurla  tamamlanmır  və  maraqlıdır  ki,  insan  həmişə  unudacağından 
qorxduğu şeyi unudur. 
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır.İnsanın 
hərəkət  və  psixi  reaksiyasının  tənzim  olunmasında  irsi  amillərin  rolu,  çoxalma  və 
özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi həllini tapmamışdır. 
Müxtəlif  növ  məlumatların  yadda  saxlanılması  qabiliyyəti  insanın  hansı  -  sol  və 
sağ  yarımkürələrinin  dominant  olmasından  asılıdır.Birinci  halda  verbal  hafizənin 
(sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə və hərəkət hafizələrinin 
mexanizmləri daha səmərəlidir. 
Hafizə  yadda  saxlanan  informasiyalar  dinamikliyinə  görə  fərqlənir  və  sanki 
psixikada müstəqil «yaşayır». O, bəzən qeyri-ixtiyari olaraq fəallaşır, digər hallarda heç 
bir  səbəb  olmadan  yox  olur.  Dinamikanın  məlum  olan  belə  silsilələri  reminisensiya 
adlanır. 
Yadda saxlama müddətindən asılı olaraq hafizənin qısamüddətli və uzunmüddətli 
növləri  də  vardır.Qısamüddətli  hafizə  qısamüddətli  yaddasaxlamaya  əsaslanır.Uzun-
müddətli  hafizəyə  gəldikdə  isə  bu  zaman  öyrənilən  material  uzun  müddət,  bəzən  bütün 
həyat boyu beyində hifz olunan və istənilən vaxt yada salına bilir. 
Uzunmüddətli  hafizə  ilə  bağlı  toplanmış  materiallar,  keçirilən  təcrübələr  göstərir 
ki,  onun  həcmi  və  müddəti  demək  olar  hüdudsuzdur.İndi  baş  vermiş  və  uzaq  keçmişdə 
olmuş  hadisələrin  hafizədə  hifz  olunması  baxımından  fərqli  cəhətləri  çoxdur.Birincinin 
xatırlanması asan, ikincininki isə xeyli çətin və nisbətən uzun vaxt tələb edən prosesdir. 
Qısamüddətli  hafizə  ilə  uzunmüddətli  hafizənin  fərqi  təxminən  belədir:  «Əvvəlki 
sözünüz  necə  oldu?»  –  qısamüddətli  hafizə.  «Keçən  həftənin  bazar  günü  naharda  nə 
yemişdiniz?» – uzunmüddətli hafizə. Yeni materialın uzunmüddətli hafizəyə daxil olması 
və  sonra  yada  salınması  xeyli  iradi  səy  tələb  edir.Psixikamızın  operativ  və  analitik 
mərkəzi  özünün  informasiya  mərkəzinə  qismən  nəzarət  edir.Məhz  bu  səbəbdən  hifz 
olunan  informasiyaların  içərisindən  lazım  olanını  həminki  anda  seçmək  xeyli 
çətindir.Eyni  zamanda,  bir  sıra  mürəkkəb  əməliyyatlar,  məsələn,  qrammatik 
qaydalardan  istifadə  olunması,  mətnin  oxunması  uzunmüddətli  hafizənin  nəticəsində 
asan və praktik olaraq avtomatlaşdırılmış şəkildə icra olunur. 
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin 

baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır. 
Nəhayət  hafizənin  operativ  növü  də  vardır.Adətən,  insan  müəyyən  məsələni  həll 
edərkən  ona  lazım  olan  məlumatları  xatırlayır  və  ondan  istifadə  edir.Əməliyyat 
qurtardıqdan  sonra  həmin  məlumat  yenidən  beyində  hifz  olunur.  Bu  proses  operativ 
hafizə ilə əlaqədardır. 
Hafizənin tipləri.İnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən 
fərqlənirlər.Bu  cür  fərdi  fərqlər  hafizənin  tiplərində  özünü  daha  aydın  göstərir.Adətən 
psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur. 
Hafizənin 
əyani-obrazlı  tipi  müxtəlif    təəssüratı  yadda  saxlamaqda 
analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.  
Görmə  tipinə  malik  olan  adamlar  ən  çox  gördüklərini,  eşitmə  tipinə    malik  olan 
adamlar  eşitdiklərini,  hərəki  tipə  mənsub  olanlar  isə  bilavasitə  əməliyyat  apardıqları, 
hərəki  analizatorların  iştirak  etdiyi  materialları  daha  yaxşı  yadda  saxlayıb  yada  sala 
bilirlər.  Həyatı  faktlardan  göründüyü  kimi  bu  tiplərə  təmiz  halda  çox  az  rast  gəlmək 
mümkündür.  Həyatda  ən  çox  qarışıq  tipə:  görmə-eşitmə,  görmə-hərəki,  eşitmə-hərəki 
tiplərə  rast  gəlmək  mümkündür.  Məhz  buna  görə  də  təlim  prosesində  hafizənin 
tipologiyasının  nəzərə  alınması  zəruridir.Təlim  fəaliyyəti  elə  təşkil  edilməlidir  ki,  ayrı-
ayrı  tiplərə  mənsub  olan  şagirdlərin  hamısının  mənimsəməsi  üçün  səmərəli  şərait 
yaranmış olsun. 
 
 
Mövzu10.  Diqqət və hafizə 
Plan: 
6.  Diqqətin psixoloji səciyyəsi və mahiyyəti 
7.  Diqqətin növləri və fizioloji mexanizmi 
8.  Diqqətin xüsusiyyətləri 
9.  Hafizə prosesləri 
10. Hafizənin növləri 
 
1.Diqqətin psixoloji səciyyəsi və mahiyyəti 
 
Diqqət haqqında ümümi məlumat. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir 
edir.  Biz  bunların  hamısını  eyni  aydınlığı  ilə    qavraya  bilmirik.  Onlardan  bəzilərini 
aydın  qavradığımız  halda,  digərlərini  ya  olduqca  solğun  qavrayır  və  ya  heç  cür 
qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır. 
Diqqət  psixi  proseslərin  (qavrayış,  hafizə,  təfəkkür  və  s.)  tərkibində  çıxış  edərək, 
onların  daha  müvəffəqiyyətli  cərəyanını  təmin  edir.  Diqqətin  rus  alimi  N.F.Dobrınin 
tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir 
obyekt üzərinə yönəlməsi vəonun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak 
fəaliyyətinin  seçici  xarakter  daşımasını,  mərkəzləşmə  dedikdə  isə  hal-hazırkı  fəaliyyətə 
aid  olmayan  bütün  obyektlərdən  uzaqlaşmanı  nəzərdə  tuturuq.  Əgər  insan psixikasının 
strukturuna  istinad  etsək,  biz  diqqəti  həm  bir  proses  kimi  (və  yaxud  psixi  prosesin  bir 
tərəfi  kimi:  məsələn,    sensor,  perseptiv,  intellektual  diqqət),  həm  psixi  halət  kimi 

(məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən 
keçirə  bilərik.  Lakin  bildiyimiz  kimi  diqqətin  müstəqil  psixi  proses  olması  haqqında 
psixoloji  ədəbiyyatda  fikirlər  üst-üstə  düşmür.  Bəzi  tədqiqatçılar  diqqətin  digər  psixi 
proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid 
etmirlər.  Digər  tədqiqatcılar  isə  diqqəti  idrak  proseslərindən  biri  hesab  edərək,  onu 
əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər. 
Diqqətin funksiyaları. Psixoloqlar diqqətin üc əsas funksiyası üzərində xüsusi olaraq 
dayanırlar: seçmə, saxlama və nəzarət funksiyaları. 
Adətən,  insan  ona  təsir  edən  çisim  və  hadisələrdən  həyatı  üçün  daha  əhəmiyyətli 
olanı seçir, psixi fəaliyyətini onun üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir. Bu 
zaman  ikinçi  dərəçəli,  kənar  təsirlərə  əhəmiyyət  vermir.  Şübhəsiz  bu  çür  seçmə  halı 
olmasa  insanın  lazımi  obyektləri  aydın  qavraması  mümkün  olmazdı.  Əhəmiyyətli  və 
əhəmiyyətsiz obyektləri bir birindən ayırmaq məhz diqqətin seçmə funksiyasının köməyi 
ilə həyata keçir. Diqqətin həyata keçirdiyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. 
İnsanın hər hansı bir obyekti lazımı şəkildə dərk etməsi üçün psixi fəaliyyətini, diqqətini 
müəyyən  vaxt  ərzində  həmin  obyektin  üzərində  saxlaması  tələb  olunur.  Bu  baxımdan 
diqqətin həmin funksiyanı yerinə yetirməsi də mühüm əhəmiyyət kəsb edir. 
Nəhayət,  diqqətin  üçünçü  mühüm  funkiyası  fəaliyyətin  gedişini  tənzim  etmək  və 
ona nəzarət etməkdir. Bu funksiyanı yerinə yetirməklə diqqət insanın fəaliyyətini bir növ 
tənzim edir. 
Diqqətin  insanın  həyat  və  fəaliyyətində  rolu.    Diqqətin  insanın  həyat  və 
fəaliyyətində    rolu  əvəzolunmazdır.  Diqqət  olmadan  insan  nə  duya,  nə  qavraya,  nə 
fikirləşə,  nə  də  hər  hansı  bir  işi,  hərəkəti  yerinə  yetirə  bilməzdi.  Təlim  prosesində 
diqqətin  oynadığı  rol  xüsusilə  böyükdür.  Dərs  zamanı  tədris  materiallarını  qavrama, 
anlama  və  mənimsəmə  müxtəlif  amillərdən  asılıdır.  Onların  içərisində  əsas  yeri  diqqət 
tutur.  Hətta  əyani  vəsaitlərlə  təchiz  olunan,  məzmun  baxımından  fərqlənən  bir  dərsdə 
müəllim  şagirdlərin  diqqətini  səfərbər  edə  bilməzsə,  o  təlim  materiallarını  yaxşı 
mənimsədə  bilməz.  Materialın  ilkin  qavranılması,  onunla  aparılan  iş,  onun  hafizədə 
möhkəmlənməsi şagirdin diqqətinin davamlı olmasını tələb edir. 
K.D.Uşinskinin  sözlərilə  desək,  diqqət  ruhumuzun  elə  yeqanə  qapısıdır  ki, 
şüurumuzda  olan  hər  bir  şey  mutləq  buradan  keçir.  Ona  görə  də  Uşinski  müəllimlərə 
dərs zamanı şagirdləri həmin qapını açıq saxlamağa alışdırmağı məsləhət bilirdi. 
 
2.Diqqətin növləri və fizioloji mexanizimləri 
 
Digər  psixi  proseslər  kimi  diqqət  də  öz  fizioloji  mexanizimlərinə  malikdir.  Diqqəti 
adətən  sinir  sistemlərinin  müxtəlif  səviyyələrində  yerləşən  «süzgəcə»  bənzədirlər  və  bu 
funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq 
olunmuşdur. 
Hələ  vaxtilə  akademik  İ.P.Pavlov  diqqətin  fizioloji  əsasını  birinci  növbədə 
bələdləşmə  refleksi  ilə  izah  etmişdir.  Adətən,  qarşılaşdığımız  hər  bir  yeni  cisim  və  ya 
hadisə,  yenilik  bizi  maraqlandırır,  onunla  tanış  olmağa,  bələdləşməyə  sövq  edir.  Ona 

görə də diqqətimizi özünə cəlb edir. 
Diqqətin fizioloji əsaslarını başa düşməyə İ.P.Pavlovun kəşf etdiyi «optimal oyanma 
ocağı» haqqında təlim də xüsusi rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində 
hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı 
mövcud  olur.  Sinir  proseslərinin  induksiyası  qanununa  görə  isə  beynin  bir  sahəsində 
yaranan  oyanma  prosesləri  baş  beynin  digər  sahələrində  ləngimə  yaradır  və  əksinə. 
Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur. Oyanma nə qədər  güclü olursa onun 
ətrafındakı ləngimə də bir o qədər  güclü olur. Məsələn, çox vaxt hər hansı bir maraqlı 
kitabı oxuduğumuz zaman ona o qədər aludə oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.  
Bundan 
başqa 
diqqətin 
fizioloji 
əsaslarının 
aydınlaşdırılması 
üçün 
A.A.Uxtomskinin  irəli  sürdüyü  dominantlıqprinsipi  də  böyük  rol  oynayır.  Dominant 
oyanma  sahəsi  optimal  oyanma  sahəsindən  yüksək  davamlılığı  ilə  fərqlənir.  Belə 
dominant oyanma ocağı nəinki yeni yaranan oyanma ocaqlarını ləngdir, həm də onların 
hesabına  güclənir.  Məsələn,  gərgin  zehni  fəaliyyətlə  məşğul  olan  şəxslərə  kənar 
qıcıqlandırıcı təsir etdikdə onların əvvəlki problem üzərinə yönəlməsi daha da güclənir. 
Bu halda sanki bütün qüvvələr səfərbərliyə alınır, diqqətin mərkəzləşməsi artır. 
İstər optimal oyanma sahəsi, istərsə də dominantlıq haqqında təlim ixtiyarı diqqətin 
mexanizmlərini  kifayət  qədər  aydınlaşdırmağa  imkan  vermir.  Çünki  ixtiyarı  diqqət 
zamanı insan qarşısına məqsəd qoyur, öz diqqətini tənzim edir, istədiyi obyektə keçirir. 
Müxtəlif  neyrofizioloji  tədqiqatlar  göstərir  ki,  diqqətin  fizioloji  əsasını  passiv 
oyanıqlıqdan  fəal  oyanıqlığa  keçidi  təmin  edən  ümumi  fəallaşma  təşkil  edir.  Bu  isə 
müxtəlif  bələdləşmə reaksiyalarında təzahür edir. Bələdləşmə refleksi  orqanizmin əksər 
üzvlərinin  fəaliyyətində  dəyişikliklərə  səbəb  olur  (başın,  gözün  qıcıqlandırıcıya  tərəf 
çevrilməsi, maddələr mübadiləsi, ürək-damar sisteminin və s-nin fəaliyyətində). 
Bir  çox  klinik  tədqiqatlar  göstərir  ki,  ixtiyarı  diqqət  mexanizmlərinin  idarə 
olunmasında  beynin  alın  payı  xüsusilə  böyük  rol  oynayır.  Beynin  alın  payı  zədələnmiş 
xəstələrdə davamlı gərgin ixtiyarı diqqətin yaradılması əslində mümkin deyildir. 
Diqqətin növləri 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin