Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   2   3   4   5   6   7   8   9   10   ...   25

mənbəyidir. 
Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, çürümüş ətin üfunətliliyi mənfi 
emosional halın yaranmasına səbəb olur. 
Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu faktı xatırlamaq yerinə düşər. 
Məşhur  həkim  Botqin  öz  klinikasında  belə  bir  hadisə  ilə  rastlaşmışdır:  Xəstə  bütün 
duyğulardan  məhrumdur.  Onun  ancaq  bir  gözü  azacıq  görmə  qabiliyyətini 
saxlamışdır.Bir də əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim göstərir 
ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki hissiyyatın qaldığı sahəyə heç kim 
toxunmursa, bu zaman xəstə huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır. 
 
 
4.Qavrayış və onun xüsusiyyətləri 
        Qavrayış  haqqında  anlayış.  Cisim  və  hadisələr  hiss  üzvlərimizə  təsir  edir  və  duyğu 
şəklində subyektiv effekt yaranır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə 
heç  bir  fəallıq  göstərmir.  Duymaq  qabilliyyəti  anadangəlmə  sinir  sisteminə  malik  olan 
həm  bizə,  həm  də  bütün  canlılara  xasdır.  Aləmi  obrazlar  şəklində  qavrama  ancaq 
insanlara  və  ali  heyvanlara  aiddir.  Bu  prosses  həyat  təcrübəsinin  genişlənməsi  ilə  bağlı 
olaraq inkişaf edir. 
        Həm  duyğu,  həm  də  qavrayış  hər  ikisi  hissi  idrak  prossesləridir.  Varlığın,  aləmin 
dərki  duyğu  və  qavrayışdan  başlanır.  Bunların  hər  ikisi  cisimlərin,  hadisələrin  insanın 
duyğu  üzvlərinə  bilavasitə  təsiri  zamanı  əmələ  gəlir.  Bununla  belə  bu  iki  psixi  proses 
arasında prinsipial fərq mövcuddur.   
Məlum olduğu kimi, duyğu hal-hazırki anda hiss üzvlərimizə bilavasitə təsir edən cisim 
və 
hadisələrin 
ayrı-ayrı  xassələrinin  inikasından  ibarət  olan  sadə  psixi 
prossesdir.Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir.Cisim və hadisələrin 
hiss  üzvlərinə  bilavasitə  təsiri  nəticəsində  onların  insan  beynində  bütövlükdə  inikasından 
ibarət olan psixi prosesə qavrayış deyilir. 
Qavrayışın  özünəməxsus  xüsusiyyətləri  vardır.Bunlara  qavrayışın  əşyaviliyi,  tamlığı, 
sabitliyi, mənalılığı, seçiciliyini aid etmək olar.Qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks 
etdirən duyğulardan fərqli olaraq, qavrayış cisimləri bütövlükdə, onun bütün əlamətləri 
ilə birlikdə əks etdirir.Bir psixi prosses kimi qavrayışın özünəməxsus xüsusiyyətləri var. 
Bu  xüsusiyyətlərdən  biri  qavrayışın  əşyaviliyidir.Qavrayışın  əşyaviliyi  obyektləşdirmə 
aktında ifadə olunur.Yəni biz ayrı-ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni 
aləmdə  mövcud  cisimlər,  hadisələr  qrupuna  aid  edirik,  xarici  aləmdən  alınan 
məlumatları  həmin  aləmin  özünə  aid  edir  və  onu  əks  etdiririk.Qavrayışın  əşyaviliyi 
anadangəlmə  keyfiyyət  deyil.  O,  həyat  fəaliyyəti  prosesində  lamisə  və  hərəkət 
duyğularının  görmə  duyğusuna  qoşulması  nəticəsində  formalaşır.  Belə  bir  fakta  diqqət 
yetirək.Kliniki  müşahidələr  göstərir  ki,  kantuziya  nəticəsində  beyni  zədələnmiş  xəstədə 
göz almacıqlarının tam hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər şeyi işıq seli kimi 
duyur.Predmetləri  qavraya  bilmir.Lakin  müəyyən  müalicə  aldıqdan  sonra  göz 
almacıqlarının hərəkəti bərpa olunur.Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu 
fakt  onu  göstərir  ki,  cisimlərin  qavranılmasında    görmə  duyğusu  ilə  yanaşı  hərəkət 

duyğusunun da iştirakı vacibdir. Qavrayışın əşyaviliyi, onun əşyaviliyi deyilən keyfiyyəti 
ancaq bu zaman meydana çıxır. 
Qavrayışın  əşyaviliyi  xüsusiyyəti  davranışın  tənzim  olunmasında  mühüm  rol 
oynayır.Adətən  insan  əşyaları  onların  görkəminə  görə  deyil,  təcrübədə  onlardan  necə 
istifadə  etdiyimizə,  onların  əsas  xassəllərinə  görə  xarakterizə  edirik.Bu  isə  qavrayışın 
əşyaviliyi  xüsusiyyəti  sayəsində  mümkün  olur.Məsələn,  biz  oyuncaq  tapançanı  həqiqi 
tapançadan,  yaxud  bir  quşun  müqəvvasını  canlı  quşdan  ayıra  biliriksə  və  onlarla 
müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi xüsusiyyəti özünü göstərir. 
Qavrayışın  digər  bir  xüsusiyyəti  isə  onun  tamlığıdır.Qavrayış  cisimlərin  ayrı-ayrı 
xassələrini, əlamətlərini əks etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi 
təzahür edir. 
Qavrayışın sabitliyi onun digər bir xüsusiyyətidir.Qavrayışın sabitliyi qavranılan cismin 
surətinin, onun dərk edilmə şəraitinin dəyişilməsinə baxmayaraq, sabit qalmasında ifadə 
olunur.Bu daha çox görmə qavrayışında özünü büruzə verir.Məsələn, eyni bir karandaş 
həm 20 sm, həm də 1 metr məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır. 
Yaxud,  biz  qarşımızdakı  boşqabı  üstdən  dairə  şəklində,  yandan  baxanda  isə  ellepis 
şəklində  görməli  idik.Lakin  biz  onu  hansı  tərəfdən  baxmağımıza  baxmayaraq  dairə 
şəklində qavrayırıq.Bu qavrayışın sabitliyi ilə əlaqədardır. 
Qavrayışın  sabitliyinin  həqiqi  mənbəyi  perseptiv  sistemin  fəaliyyətindən  ibarətdir.Sıx 
meşə şəraitində yaşayan adamlar üzərində aparılan müşahidələr göstərmişdir ki, həmin 
adamlara  uzaqda  olan  obyektləri  göstərdikdə  onlar  bu  əşyaları  uzaqda  olan  əşya  kimi 
deyil, kiçik əşya kimi qavramışlar. 
Qavrayışın  sabitliyi  anadangəlmə  bir  xüsusiyyət  deyil.Belə  bir  fakta  diqqət 
yetirək.Uşaqlıqda  gözləri  tutulmuş  bir  insanın  görmə  qabiliyyəti  cərrahiyə  əməliyyatı 
sayəsində  bərpa  edilir.Əməliyyatdan  sonrakı  ilk  vaxtlarda  ona  elə  gəlir  ki,  10-12  metr 
hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç bir ziyan dəyməz. Bu o deməkdir 
ki,  həmin  adam  aşağıda  olan  obyektləri  uzaqda  olan  obyekt  kimi  yox,  kiçik  obyektlər 
kimi qavramışdır. Bu qavrayışın sabitliyinin pozulmasıdır.Yaxud da belə demək olar ki, 
perseptiv  sistemin  fəaliyyət  göstərməməsidir.Müalicə  dövrü  keçir.Perseptiv  sistem 
fəaliyyətə başlayır, qavrayışın sabitliyi də bərpa olunur. 
Qavrayışın  mənalılığı  xüsusiyyəti  də  qavrayışı  xarakterizə  edən  başqa  bir 
cəhətdir.Qavrayış  zamanı  yaranan  obrazlar  qıcıqlandırıcıların  bilavasitə  təsiri 
nəticəsində yaransa da, bu zaman yaranan surətlər həmişə müəyyən məna əhəmiyyətinə 
malik olur.İnsanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla sıx şəkildə bağlı 
olur.Əşyanı  şüurlu  surətdə  qavramaq  onu  fikrən  adlandırmaq,  yəni  qavranılan  əşyanı 
müəyyən predmetlər qrupuna aid etmək, onu sözdə ümumiləşdirmək deməkdir.Qavrayış 
obyekti, hətta bizə naməlum olarsa, biz onun məlum predmetlərə oxşar olan cəhətlərini 
axtarır,  tapır,  onu  müəyyən  cisimlər  qrupuna  aid  etməyə  cəhd  edirik.Qavrayış 
prosesində  bu  cür  ilkin  təfəkkür  elementlərinin  iştirakı  qavrayışın  mənalılıq  kimi 
xüsusiyyətə malik olduğunu göstərir. 
         Qavrayışın  mənalılığını  əyani  şəkildə  görmək  üçün  iki  mənalı  adlanan  şəkillərə 
baxmaq kifayətdir (bax, şəkil 12) . 

 
 
              A                                              

Qavrayışın mənalılığı 
Şəkil  A-ya  baxdıqda  gah  ağac, 
gah  da  insan  silueti,  şəkil  B-yə 
baxdıqda  isə,  gah  vaza,  gah  da 
iki  adamın  profilini  gördüyümüzü 
söyləriksə, elə bu qavrayışın mənalılığı deməkdir. 
Deyilənlərdə əlavə qavrayışın seçiciliyi və strukturluğu kimi xüsusiyyətləri də var. 
Qavrayış  fəal  bir  prosesdir,  belə  ki,  qavrayış  prosesində  hərəki  sinirlər  fəalliyyətə 
gəlir.Bu zaman əllərin, gözün, bədənin hərəkəti zəruriyyətə çevrilir. 
Appersepsiya.Qavrayış  təkcə  qıcıqlandırıcılardan  asılı  deyil,  həm  də  qavrayanın 
özündən də asılıdır.Qavrayan adamın şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə 
münasibəti,  tələbatları,  maraqları,  arzu  və  hissləri  həmişə  qavrayışda  bu  və  ya  başqa 
şəkildə  özünü  büruzə  verir.Qavrayışın  insanın  psixi  həyatının  məzmunundan, 
şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya deyilir.Appersepsiya hadisəsi də 
qavrayışın mühüm xüsusiyyətlərindəndir. 
Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun həyat təcrübəsi ilə, onun keçmiş 
fəaliyyəti  ilə  bağlı  olur.Məsələn,  biz  bilmədiyimiz  bir  dildə  olan  sözü  qavrayarkən  onu 
tanımırıq,  ancaq  ana  dilində  o  qədər  də  səlis  tələffüz  edilməyən  sözü  eşitdikdə  onu 
anlayırıq. 
Qavrayış  insanın  qarşısına  qoyduğu  məqsədlə,  fəaliyyətinin  motivləri  ilə  və  onun 
maraqları,  şəxsiyyəti  ilə  də  bağlı  olur.  Məsələn,  texnika  ilə  maraqlanmayan  bir  adam 
müxtəlif  konstruksiyaya  malik  olan  maşınlarda  ancaq  zahiri  fərqləri  qavrayır,  bir  sıra 
digər çox sayda olan konstruksiya fərqlərini qavraya bilmir. 
Appersepsiya zamanı insanın emosiyaları, onun yönəlişliyi mühüm rol oynayır.Məsələn, 
qorxu ilə bağlı yaranan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir.«İlan vuran ala 
çatıdan  qorxar»  xalq  məsəlində  bu  çox  aydın  görünür.  M.F.Axundovun  «Hacı  Qara» 
komediyasında  belə  bir  səhnə  var:  Hacı  Qaranın  Arazın  o  tayından  keçirilən  qaçaq 
malını  ata  yükləyir,  yükün  də  üstündə  Kərəməlini  əyləşdirir,  atın  da  yüyənini  verirlər 
Hacının  əlinə.  Hacı  Qara  yolda  əylis  ermənilərinə  rast  gəlir.Hacı  Qara  əllərində  oraq 
dayanan ermənilərin quldur olduğunu söyləyir, hətta atəş də açır.Biçinlərin quldur kimi 
qavranılmasına səbəb xəsis bir adamın öz malını itirməsindən keçirdiyi qorxu hissi idi. 
Şəxsiyyətin  yönəlişliyi  də  qavrayışa  təsir  edir.Gecə  yatarkən  ana  otaqda,  küçədə  olan 
səslərə  heç  bir  reaksiya  vermədiyi  halda,  uşağın  yatdığı  tərəfdən  gələn  kiçik  bir  səsə 
dərhal  oyanır.Bu  qavrayışla  şəxsiyyətin  yönəlişliyinin  iştirakı,  appersepsiya  hadisəsi  ilə 
bağlıdır. 
 
5. Qavrayışın növləri 
 

Adətən qavrayış prosesində müxtəlif duyğular birləşir, birlikdə iştirak edir və mürəkkəb 
qavrayışı  yaradır.Məsələn,  şagird  mətni  oxuyarkən  onun  qavrayışında  görmə,  eşitmə, 
kinestezik  duyğular  birlikdə  iştirak  edir.Daha  doğrusu  qavrayışın  bu  növlərində 
duyğudan fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir. 
İkinci  növ  təsnifat  isə,  qavranılan  obyektin,  materiyanın    mövcudluq  formasına  görə 
aparılır.  Bu  baxımdan  qavrayışın  məkan,  zaman  və  hərəkət  kimi  mürəkkəb  növləri 
mövcuddur. 
Məkan  qavrayışı.Məkan  materiyanın  mövcudluq  formasıdır.Məkanın  qavranılması 
dedikdə  cisimlərin  obyektiv  məkan  xüsusiyyətlərinin  və  münasibətlərinin  formasının, 
həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının qavranılması başa düşülür. 
Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru əsas rol oynayır.Onun köməyi 
ilə  müxtəlif  analizatorlar  arasında  əlaqə  yaranır.  Məkan  bələdləşməsinin  xüsusi 
mexanizmlərinə  analizator  fəaliyyətinin  hər  iki  yarımkürə  arasındakı  sinir  əlaqələrini: 
binokulyar  görməni,  binaural  eşitməni,  bimanual  lamisəni,  dirinik  iybilməni  və  s.aid 
etmək lazımdır. Əşyaların məkan xassələrinin inikasında bütün qoşa analizatorlar üçün 
xarakterik olan asimmetriya mühüm rol oynayır. 
Cisimlərin  məkan  xüsusiyyətlərinin  beynimizdə  inikası  mürəkkəb  prosesdir.Məkan 
qavrayışında  başlıca  olaraq  görmə  analizatoru iştirak edir.Lakin tədqiqat  göstərmişdir 
ki,  bu  mürəkkəb  prosesdə  təkcə  görmə  deyil,  bununla  birlikdə  lamisə,  əzələ-hərəkət 
duyğuları,  bəzi  hallarda  eşitmə  duyğuları  da  iştirak  edir.Bu  duyğuların  birgə  və 
qarşılıqlı fəaliyyəti, cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və dəqiq 
qavranılmasını  təmin  edir.Məkanın  qavranılmasında  həyat  təcrübəsi  də  böyük 
əhəmiyyətə malikdir. 
Cisimlərin  həcminin  qavranılması  onların  gözün  torlu  qişasında  alınan  əksinin 
böyüklüyündən  və  həmin  cisimlərin  müşahidəçinin  gözündən  nə  dərəcədə  uzaqda 
olmasından  asılıdır.  Bununla  bağlı  olaraq  uzaqda  olan  cisimlərin  həcminin  düzgün 
qavranılması  iki  cür  mexanizmin:  akkomodasiya  və  konvergensiya  vasitəsilə  həyata 
keçirilir. Akkomodasiya göz büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı 
sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir.Göz bülluru qavranılan cismin yaxın və 
ya  uzaqda  olmasından  asılı  olaraq  öz  əyriliyini  dəyişir.Məsələn,  yaxında  olan  cisimlərə 
baxdıqda əzələ yığılması baş verir və nəticədə göz büllurunun gərilmə dərəcəsi azaldığına 
görə onun forması daha qabarıq olur.Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal 
baş  verir.Bu  hal  yaxında  və  uzaqda  olan  cisimlərin  həcmini  düzgün  qavramağa  imkan 
yaradır.Adətən,  yaş  artdıqca  büllur  cismin  elastikliyi  tədricən  azalır  və  göz  özünün 
akkomodasiya  qabiliyətini  itirir.Nəticədə  uzaqgörmə  inkişaf  edir.Ona  görə  də  göz 
büllurunun  həmin  funksiyasını  (gərilmə  və  açılma  funksiyasını)  eynəkdə  qoyulan 
linzalarla əvəz etmək lazim gəlir. 
Akkomodasiya  hadisəsi  konvergensiya  ilə  əlaqədardır.Konvergensiya  görmə  oxlarının 
qavranılan  cismin  üzərinə  düşməsindən  ibarətdir.Adətən  müəyyən  akkomodasiya 
vəziyyəti  görmə  oxlarının  müvafiq  qovuşma  dərəcəsini  tələb  edir  və  əksinə,  müəyyən 
akkomodasiya  dərəcəsi  görmə  oxunun  bu  və  ya  digər  kəsişməsinə  uyğun  gəlir.Bunlar 
olmadan cisimlərin həcmini düzgün qavraya bilməzdik. 

Zaman  qavrayışı.Zaman  da  məkan  kimi  materiyanın  mövcudluq  formalarından 
biridir.Zaman  qavrayışı  gerçəkliyin  hadisələrinin  obyektiv  müddətinin,  sürətinin  və 
ardıcıllığının  inikasından  ibarətdir.Zaman  qavrayışı  obyektiv  gerçəkliyi  əks  etdirməklə 
insana, ətraf mühitə bələdiləşmək imkanı verir. 
Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, bununla belə kineztesik (hərəki) 
və  eşitmə  duyğuları  əsas  rol  oynayır.Hərəkət  duyğuları  hadisələrin  müddətini,  surətini, 
ardıcıllığını  daha  dəqiq  əks  etdirməyi  təmin  edir.Bu  duyğu  ritmin  qavranılmasında  da 
mühüm rol oynayır. 
Ritmin  qavranılması,  adətən  hərəkətlə  müşayət  olunur.  Psixoloqlardan  B.M.Teplovun 
yazdığına  görə  «ritm  hissi  öz  əsasına  görə  hərəki  təbiətə  malikdir».  Ritmi  eşitmək 
mümkün deyil.Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik. 
Zaman  obyektiv  mövcudluqdur,  lakin  onun  qavranılması  subyektiv  xarakterdə 
olur.Əgər  qavradığımız  zaman  maraqlı  hadisələrlə  zəngindirsə,  bizə  elə  gəlir  ki,  vaxt 
əslində  olduğundan  sürətlə  keçir.Əksinə,  həmin  vaxtda  baş  verən  hadisələr 
maraqsızdırsa  biz vaxtın çox ağır, ləng keçdiyini  zənn edirik.Hadisələrə  münasibətimiz 
keçirdiyimiz hisslər də zamanın qavranılmasına təsir edir.Hadisələr bizdə müsbət hisslər 
yaradırsa  vaxt  sürətlə  keçir.  Deməli,  zaman  qavrayışı  çox  dəqiq  olmur,  ona  subyektiv 
amillər  təsir  göstərir,  adam  vaxtı  qiymətləndirməkdə  ciddi  səhvlərə  yol  verir.  Elə  buna 
görə də vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edirik. 
Hərəkət  qavrayışı.Hərəkət  qavrayışı  həm  məkan,  həm  də  zaman  amillərindən  -  cismin 
uzaqlığından,  onların  yerdəyişmə  sürətindən,  həm  də  qavrayanın  özünün  məkanda 
hərəkətindən asılıdır.Məsələn, saatın əqrəbinin hərəkətini bilavasitə görmək olmur.Onun 
əvvəlki yeri ilə hazırki yerini müqayisə etməklə hərəkət etdiyini söyləyirik.Həddən artıq 
surətli  hərəkətləri  də  qavramaq  mümkün  olmur.Hərəkətin  qavranılması  bir  sıra 
analizatorların  fəaliyyəti  ilə  bağlıdır.Belə  ki,  görmə,  hərəkət,  eşitmə  analizatorları 
hərəkətin qavranılmasında iştirak edir. 
Hərəkətin 
qavranılmasında  hərəkətin  müxtəlif  xassə  və  xüsusiyyətləri  əks 
olunur.Məsələn,  hərəkətin  səciyyəsi  (əyilmə,  qalxma),  forması  (düzxətli,  əyrixətli), 
istiqaməti  (aşağı,  yuxarı,  sola,  sağa),  müddəti  (uzun,  yoxsa  qısa  müddət),  sürəti  (cəld, 
ağır və s.). 
Qarşıda məqsədin olub-olmasından asılı olaraq  qavrayışın iki növü mövcuddur: 
1.Qeyri ixtiyari qavrayış 
2.İxtiyari qavrayış  
Qarşıya  xüsusi  məqsəd  qoymadan  hər  hansı  bir  obyektin  qavranılmasına  qeyri-ixtiyari 
qavrayış  deyilir.Öz  qeyri-adiliyi,  yeniliyi,  cazibədarlığı  ilə  fərqlənən  bu  cür  obyektləri 
xüsusi niyyət olmadan qavrayırıq. 
Qarşıya  qoyduğumuz  məqsədə  müvafiq  olaraq  bir  obyekti  başqalarından  ayıraraq 
qavradıqda  baş  verən  inikas  prosesinə  ixtiyari  qavrayış  deyilir.Müəllimin  mühazirəsini 
dinlədikdə, teatr tamaşasına baxdıqda, kitab oxuduqda biz bu cür hərəkət edirik. 
 
Qavrayışda illuziyalar. 
            Hiss  üzvlərimizə  bilavasitə  təsir  edən  cisimlər  bəzən  olduğu  kimi  deyil,  təhrif 

edilmiş şəkildə qavranılır. Belə təhrif edilmiş, düzgün olmayan qavrayışa illuziya deyilir. 
Görmə qavrayışında illuziya daha çox özünü göstərir.Şəkildə  göründüyü kimi, üfüqi düz 
xəttlər  fondan  asılı  olaraq,  əyri  xəttlər  kimi  qavranılır.  İlluziyalar  təkcə  görmə  ilə  bağlı 
deyil, hərəkət, lamisə, ağırlıq, temperaturun qavranılmasında da baş verə bilir. 
İnsanın  psixoloji  haləti  ilə  bağlı  olaraq  da  qavrayış  təhrif  olunur.Məsələn,  diqqətin 
zəifləməsi, affekt halı zamanı illuziya hadisəsi özünü göstərir. 
 
 
Mövzu10.  Diqqət və hafizə 
Plan: 
1.  Diqqətin psixoloji səciyyəsi və mahiyyəti 
2.  Diqqətin növləri və fizioloji mexanizmi 
3.  Diqqətin xüsusiyyətləri 
4.  Hafizə prosesləri 
5.  Hafizənin növləri 
 
1.Diqqətin psixoloji səciyyəsi və mahiyyəti 
 
Diqqət haqqında ümümi məlumat. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir 
edir.  Biz  bunların  hamısını  eyni  aydınlığı  ilə    qavraya  bilmirik.  Onlardan  bəzilərini 
aydın  qavradığımız  halda,  digərlərini  ya  olduqca  solğun  qavrayır  və  ya  heç  cür 
qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır. 
Diqqət  psixi  proseslərin  (qavrayış,  hafizə,  təfəkkür  və  s.)  tərkibində  çıxış  edərək, 
onların  daha  müvəffəqiyyətli  cərəyanını  təmin  edir.  Diqqətin  rus  alimi  N.F.Dobrınin 
tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir 
obyekt üzərinə yönəlməsi vəonun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak 
fəaliyyətinin  seçici  xarakter  daşımasını,  mərkəzləşmə  dedikdə  isə  hal-hazırkı  fəaliyyətə 
aid  olmayan  bütün  obyektlərdən  uzaqlaşmanı  nəzərdə  tuturuq.  Əgər  insan psixikasının 
strukturuna  istinad  etsək,  biz  diqqəti  həm  bir  proses  kimi  (və  yaxud  psixi  prosesin  bir 
tərəfi  kimi:  məsələn,    sensor,  perseptiv,  intellektual  diqqət),  həm  psixi  halət  kimi 
(məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən 
keçirə  bilərik.  Lakin  bildiyimiz  kimi  diqqətin  müstəqil  psixi  proses  olması  haqqında 
psixoloji  ədəbiyyatda  fikirlər  üst-üstə  düşmür.  Bəzi  tədqiqatçılar  diqqətin  digər  psixi 
proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid 
etmirlər.  Digər  tədqiqatcılar  isə  diqqəti  idrak  proseslərindən  biri  hesab  edərək,  onu 
əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər. 
Diqqətin funksiyaları. Psixoloqlar diqqətin üc əsas funksiyası üzərində xüsusi olaraq 
dayanırlar: seçmə, saxlama və nəzarət funksiyaları. 
Adətən,  insan  ona  təsir  edən  çisim  və  hadisələrdən  həyatı  üçün  daha  əhəmiyyətli 
olanı seçir, psixi fəaliyyətini onun üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir. Bu 
zaman  ikinçi  dərəçəli,  kənar  təsirlərə  əhəmiyyət  vermir.  Şübhəsiz  bu  çür  seçmə  halı 
olmasa  insanın  lazımi  obyektləri  aydın  qavraması  mümkün  olmazdı.  Əhəmiyyətli  və 
əhəmiyyətsiz obyektləri bir birindən ayırmaq məhz diqqətin seçmə funksiyasının köməyi 

ilə həyata keçir. Diqqətin həyata keçirdiyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. 
İnsanın hər hansı bir obyekti lazımı şəkildə dərk etməsi üçün psixi fəaliyyətini, diqqətini 
müəyyən  vaxt  ərzində  həmin  obyektin  üzərində  saxlaması  tələb  olunur.  Bu  baxımdan 
diqqətin həmin funksiyanı yerinə yetirməsi də mühüm əhəmiyyət kəsb edir. 
Nəhayət,  diqqətin  üçünçü  mühüm  funkiyası  fəaliyyətin  gedişini  tənzim  etmək  və 
ona nəzarət etməkdir. Bu funksiyanı yerinə yetirməklə diqqət insanın fəaliyyətini bir növ 
tənzim edir. 
Diqqətin  insanın  həyat  və  fəaliyyətində  rolu.    Diqqətin  insanın  həyat  və 
fəaliyyətində    rolu  əvəzolunmazdır.  Diqqət  olmadan  insan  nə  duya,  nə  qavraya,  nə 
fikirləşə,  nə  də  hər  hansı  bir  işi,  hərəkəti  yerinə  yetirə  bilməzdi.  Təlim  prosesində 
diqqətin  oynadığı  rol  xüsusilə  böyükdür.  Dərs  zamanı  tədris  materiallarını  qavrama, 
anlama  və  mənimsəmə  müxtəlif  amillərdən  asılıdır.  Onların  içərisində  əsas  yeri  diqqət 
tutur.  Hətta  əyani  vəsaitlərlə  təchiz  olunan,  məzmun  baxımından  fərqlənən  bir  dərsdə 
müəllim  şagirdlərin  diqqətini  səfərbər  edə  bilməzsə,  o  təlim  materiallarını  yaxşı 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin