Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


Mövzu 23.Məktəbdə psixoloji xidmətin istiqamətləri



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   17   18   19   20   21   22   23   24   25

Mövzu 23.Məktəbdə psixoloji xidmətin istiqamətləri 
 
Plan:  
1.  Məktəbə psixoloji xidmətin əsas istiqamətləri 
2.  Psixoloji xidmətin elmi aspektləri 
3.  Şagird şəxsiyyətinin və sinif kollektivinin öyrənilməsi 
4.  Dərsin psixoloji təhlili 
 
 
1.Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri 
 
 
 
Son illər psixologiya elminin sürətlə inkişak etməkdə olan sahələrindən biri praktik 
psixologiyadır. Onun meydana gəlməsi istehsal, tibb, hüquq, ailə və nikah, əməyin elmi təşkili 
və  s.praktik  fəaliyyət  sahələrində  psixoloji  biliklərdən  ekspertiza,  diaqnostika  və  konstulsiya 
kimi tətbiqi ehtiyacların tələbləri ilə şərtlənmişdir. Praktik psixologiya psixoloq – mütəxəssisin 
fəaliyyətinin  strategiya  və  taktikasını  müəyyən  edən  iş  prinsiplərinin  və  peşəkar 
ustanovkalarının  özünəməxsus  sistemidir.  Onun  tərkibində  fərdi  və  qrup  psixoterapiyası, 
ünsiyyət  treninqi,  ailədaxili  münasibət  məsələləri  ilə  bağlı  psixoloji  məsləhətlər  və  məktəb 
psixoloji xidməti diqqəti xüsusi olaraq cəlb edir. 
         XXI yüzillikdə Azərbaycan məktəbinin, bütövlükdə təhsil sisteminin uğurları 
bütün  başqa  şərtlərlə  yanaaşı,  həm  də  məhz  psixoloji  biliklərin  məktəb  təcrübəsində  nə 
dərəcədə  səriştə  ilə  gerçəkləşməsindən,  psixoloji  xidmətin  təhsil  sistemindəki  rolundan  asılı 
olacaqdır. 
          Təhsil  sistemində  psixoloji  xidmət  pedaqoji  psixologiyanın  formalaşma 
mərhələsində  olan  yeni  sahələrindən  biridir.  Artıq  son  dövrlərdə  tətbiqi  pedaqoji,  sosial 
psixologiya  və  şəxsiyyət  psixologiyası  kimi  sahələr  doğru  olaraq  ümumi  bir  adla  –  praktik 
psixologiya adlandırılır. 
          Praktik  psixologiyanın  konstruktiv  nəzəriyyəsi  praktik  psixologiya  → 
nəzəriyyə →  praktik psixologiya silsiləsi üzrə inkişaf edir. 
          Təhsil  sistemində  psixoloji  xidmət  cəmiyyətinin  inkişafının  müasir 
mərhələsində  və  perspektivdə  ən  zəruri  komponentlərindən  biridir.  Onun  tətbiqinin 
məqsədəmüvafiqliyi  hər  bir  uşağın  fərdi  xüsusiyyətlərinin,  həyata  yaradıcı  münasibətinin 
inkişaf etdirilməsi tələbatı ilə müəyyənləşdirilir. 
           Müasir  dövrdə  bu  vəzifələrin  yerinə  yetirilməsində  təhsil  sistemi  xeyli 
çətinliklərlə  qarşılaşır.  Bu  çətinliklərin  yaranmasının  başlıca  səbəblərindən  biri  təlim  və 
tərbiyə  proseslərinin  uşağın  inkişafı,  onun  şəxsiyyətinin  formalaşması  haqqında  mövcud 
biliklər  kompleksinə  zəif  istinad  edilməsi  ilə  əlaqədardır.  Uzun  illər  boyu  təlim  –  tərbiyə 
vəzifələrinin  işlənib  hazırlanmasında  təhsil  sisteminin  rəhbər  orqanları  deklarativ  şəkildə 
şagirdin  şəxsiyyətinin  formalaşdırılması  zərurətini  irəli  sürsə  də,  əslində  məktəblərin 

fəaliyyətinin  nəticələri  qiymətləndirilərkən,  şagirdlərin  psixoloji  xarakteristikaları,  psixi 
inkişaf  göstəriciləri  heç  vaxt  nəzəə  alınmamışdır.  Məktəblərdə  təlim  –  tərbiyə  işlərinin 
səmərəliliyi  bir  qayda  olaraq  bilik,  bacarıq  və  vərdişlərin  inkişaf  səviyyəsi  ilə 
müəyyənləşdilirmişdir. Bu meyar vacib, zəruri olsa da, müasir dövrdə kafi hesab edilə bilməz. 
Çünki  bu  göstəricilər  uşağın  şəxsi  və  psixi  inkişafının  tam  mənzərəsini  əks  etdirməyindən, 
öyrənilmiş  materialların  şagirdin  şəxsi  sərvətinə  çevrilmə  vəziyyətini,  mənimsənilmiş  təlim 
materiallarının  şagirdin  təfəkkürünün  və  qabiliyyətinin  gələcək  inkişafına  təsirini  açmağa 
imkan  vermir.  Başqa  sözlə  desək,  bu  halda  təlim  –  tərbiyə  prosesinin  özünün  nə  dərəcədə 
səmərəli olması məsələsi aydın olmur. 
            Təhsil  sistemində  psixoloji  xidmət  təhsil  müəssisələrində  psixoloji 
biliklərdən  ekspertiza,  diaqnostika,  korreksiya,  konsultasiya  və  s.məqsədləri  üçün  kompleks 
istifadəni nəzərdə tutan praktik fəaliyyət sistemidir. 
            Müasir dövrdə təhsil sistemi məktəb psixoloqlarının simasında pedaqoji, yaş 
və  sosial  psixologiya  sahəsindəki  yeni  nailiyyətlərin  gündəlik  məktəb  həyatına  tətiqini 
reallaşdıran mütəxəssislərlə təmin olunmaqdadır. 
           Müasir  təhsil  sistemində  geniş  tətbiq  olunan  psixoloji  xidmət  haqqında 
konsepsiyalar içərisində İ.V.Dubrovina və L.M.Fridmanın konsepsiyaları özlərinin orijinallığı 
ilə  fərqlənir.  Onların  konsepsiyalarının  modifikasıyaları  əsasında  bir  sıra  digər  konsepsiyalar 
da yaradılmışdır. 
          İ. V. Dubrovinanın təklif etdiyi konsepsiyanın əsas mahiyyəti ondan ibarətdir 
ki,  bir  nəfər  psixoloq  təkbaşına  yüzlərlə  məktəbli  ilə  çoxcəhətli  iş  qurmalıdır.  Fikrimizcə, 
“Təhsil  sistemində  psixoloji  xidmət  haqqında  Əsasnamə”  də  göstərilən  vəzifələri  bir  nəfər 
psixoloqun təkbaşına icra etməsi o qədər də inandırıcı görünmür. 
          İ.  V.  Dubrovinanın  konsepsiyanda  məktəb  psixoloqunun  işinin  “həkim 
modeli”  əsasında  qurulmasına  üstün  əhəmiyyət  verilir.  Burada  psixoloqun  əsas  vəzifəsinin 
profilaktika və psixi inkişafdakı qüsurların korreksiyasından ibarət olması ön plana çəkilir. 
         L.M.Fridmanın  təklif  etdiyi  psixoloji  xidmət  konsepsiyasında  isə  psixoloq 
pedaqoji kollektivin üzvü kimi öz məqsəd və  vəzifələrini təkbaşına,  birbaşa şagirdlərlə deyil, 
müəllimlər,  məktəb  və  sinif  rəhbərləri,  həmçinin  şagird  özünüidarə  orqanları  vasitəsilə 
reallaşdırılması nəzərdə tutulur. 
         Təhsildə praktik psixoloji xidmətin qarşısında duran məqsədlərdən irəli gələn 
bir  sıra  mühüm  və  təxirəsalınmaz  vəzifələri  vardır.  Psixoloji  ədəbiyyatlarda  həmin  vəzifələr 
ümumi  və  konkret  olmaqla  iki  əsas  yerə  ayrılır.  Praktik  psixoloqun  ümumi  vəzifələrinə 
aşağıdakılar aiddir: 
1.  Uşaqlarla  iş  zamanı  hər  bir  yaş  dövrünün  potensial  imkanlarının 
reallaşdırılmasını təmin etmək; 
2.  Uşaqların  maraq,  qabiliyyət,  meyl,  hiss,  münasibət,  əyləncə  və  həyat 
planlarının gerçəkləşdirilməsi üçün onların fərdi xüsusiyyətlərini inkişaf etdirmək; 
3.   Uşaq  bağçasında,  internatda,  məktəbdə  və  s.uşağın  normal  inkişafı  üçün 
əlverişli  psixoloji  iqlim  yaratmaq,  yaşlılar  və  yaşıdları  ilə  onun  məhsuldar  ünsiyyət  şəraitini 
təmin etmək; 
4.  Uşaqlarla  yanaşı,  müəllimlərə,  valideynlərə,  tərbiyəçilərə  vaxtında  psixoloji 
yardım göstərmək. 

            Məktəb psixoloqun konkret vəzifələrinə aşağıdakılar daxildir: 
1.  Şagird şəxsiyyətinin və sinif kollektivinin öyrənilməsi; 
2.  Uşaqların məktəb şəraitinə adaptasiyasının təhlili; 
3.  Uşağın yaşlılar və yaşıdları ilə qarşılıqlı münasibətlərinin öyrənilməsi; 
4.  Profilaktik və korreksiyaedici işin təşkili üçün diaqnostik metodikalar paketinin 
seçilməsi; 
5.  Şagirdlərin  maraq,  meyl  və  qabiliyyətlərini  aşkara  çıxarmaq  və  onları  inkişaf 
etdirmək; 
6.  Psixoloji yardıma ehtiyacı olan uşaqlara kömək etmək. 
           Təhsil sistemində psixoloji xidmətin qarşısında duran ən başlıca, həm də ən 
mürəkkəb  vəzifə  təlim  və  tərbiyənin  keyfiyyətinin  yüksəldilməsinə  xidmət  edən  tədbirlərin 
daim nəzarətdə saxlanılmasıdır. Bu proseslərin uşaqların inkişafının təbii və sosial qanunlarına 
uyğunlaşdırılması, təlim və tərbiyə nəzəriyyəsinin əsas müddəaları ilə uzlaşmasının zəruriliyi 
praktik psixoloqun fəaliyyətinin əsas sahələrindən biridir. 
           Təhsil  sistemində  psixoloji  xidmətin  başlıca  məqsədi  məktəbəqədər  və 
məktəb  yaşı  dövründə  uşaqların,  böyüməkdə  olan  nəslin  fərdiyyətinin,  həyata  yaradıcı 
münasibətinin  formalaşdırılmasına  digər  subyektlərlə  birlikdə  fəal  təsir  göstərməkdən 
ibarətdir. 
           Təhsil  sistemində  çalışan  psixoloqun    işi  müəyyən  prinsiplər  –  onun 
fəaliyyəti üçün zəruri olan bir sıra başlıca tələblər üzərində qurulur. Həmin prinsiplər ümumi 
və  xüsusi  olaraq  iki  qrupa  ayrılır.  Bu  prinsiplərdən  biri  fərdi  yanaşmadır.  Psixoloqun  işi 
formalaşmaqda  olan  şəxsiyyətin  fərdi  xüsusiyyətlərinin  aşkara  çıxarılmasına,  onun  fərdi 
inkişafı  və  korreksiyası  üsullarının  axtarışına,  təlim  və  davranışında  onun  üzləşdiyi  fərdi 
problemlərin  və  çətinliklərin  aradan  qaldırılmasına  yönəlmişdir.  Psixoloqun  pedaqoqlar  və 
valideynlərlə  əlbir  fəaliyyəti  adlanan  ikinci  mühüm  prinsip  uşağın  inkişafı,  təlimi  və 
tərbiyəsində  marağı  və  payı  olan  hər  bir  subyektin  –  ailənin  və  pedaqoji  kollektivin  ümumi 
pedaqoji  məqsəd  ətrafında  birləşməsini  –  cəmiyyətin  layiqli  vətəndaşının  formalaşması 
istiqamətində  birgə  fəaliyyətini  nəzərdə  tutur.  Praktik  psixoloqun  fəaliyyətini  tənzimləyən 
üçüncü  prinsip  psixoloqun  hüquq  və  vəzifələrinin  gözlənilməsi  adlanır  ki,  bunlar  da  “Təhsil 
sistemində  psixoloji  xidmət  haqqında  Əsasnamə”nin  “Psixoloji  xidmət  işçisinin  hüquq  və 
vəzifələri” adlanan IV bölməsində konkret şəkildə öz əksini tapmışdır. 
           Təhsil sistemində psixoloji xidmətin ümumi prinsipləri aşağıdakılardır: 
•  Sistemlilik  –  psixoloji  xidmət  işində  diaqnostik,  inkişafetdirici  –  korreksiya, 
profilaktik, konsultativ və maarifləndirmənin tamlığı. 
•  Elmilik  –  müayinələrin  keçirilməsində  sınaqdan  çıxarılmış,  etibarlı 
metodikalardan  istifadə.  Psixoloji  informasiyanın  analitik  təhlili  üçün  riyazi  statistikadan 
istifadə, psixoloji və sosioloji proseslərin modelləşdirilməsi. 
•  Məxfilik  –  sosial  –  psixoloji  xarakterli  məlumatlardan  korrekt  istifadənin 
zəruriliyi.  Bütün  növ  işlərin  uşağın  və  ya  onun  valideynlərinin  razılığı  ilə  keçirilməsi.  Uşaq 
haqqında şəxsi informasiyanın yayılmasının yolverilməzliyi; 
•  Müvafiqlik  –  xidmətin  məqsəd  və  vəzifələrinin  təhsilləndirici  prosesin  imkan 
və tələbatlarına uyğunluğu; 
•  Səriştəlilik – mütəxəssisin işində peşəkarlıq və məharət; 

•  Komplekslilik  və  çoxvariantivlik  –  xidmətin  təhsil  müəssisəsinin  bütün 
sahələrinə məqsədəyönəlmiş təsirdə olması; 
•  Səmərəlilik  –  diaqnostik,  analitik  qiymətləndirici,  inkişafetdirici  –  korreksiya 
texnologiyalarından istifadənin nəticələrində səmərəlilik; nəzərdə tutur; 
•  Asanlıq  –  şagirdlər,  müəllimlər  və  valideynlər  üçün  anlaşıqlı  və  asan 
tövsiyələrin hazırlanması. 
Psixoloji  xidmət  sistemli  konkret  bir  fəaliyyət  sahəsidir.Onun  həyata  keçirilməsi 
aktual və perspektiv olmaqla iki əsas istiqamətə əsaslanır. 
Aktual  istiqamət  çərçivəsində  uşaqların  təlimi  və  tərbiyəsi  işindəki  konkert 
çətinliklər,  davranışdakı  pozuntular,  münasibətlər  sistemində  yaranan  ünsiyyət  çətinlikləri  ilə 
bağlı təxirəsalınmaz problemlər və vəzifələr müzakirə edilir və həll olunur. 
Perspektiv istiqamət çərçivəsində uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə 
bağlı  proqnozlaşdırıcı  proqramlar,  ahəngdar  inkişaf,  yaradıcı  həyata  psixoloji  hazırlıq  üçün 
konkret proqramlar hazırlanır və həyata keçirilir.Bu isə öz növbəsində hamının və hər bir kəsin 
inkişafı üçün əlverişli psixoloji şəraitin yaradılması zəminində mümkündür. 
Praktik 
psixoloqun 
işgüzar  fəaliyyətinin  önəmli  istiqamətlərdən  biri 
psixoprofilaktikadır.Onun  başlıca  vəzifəsi  uşağın  normal  intellektual  və  mənəvi  inkişafına 
əngəl  yaradan,  ləngidici  təsirə  malik  amilləri  vaxtında  aşkara  çıxarmaq  və  aradan 
qaldırmaqdan ibarətdir.Bu məsələ ilə məşğul olan psixoloji xidmət işçisi kimi praktik məktəb 
psixoloqu öz fəaliyyətində uşaqların psixi inkişaf qanunauyğunluqlarından irəli gələn biliklərə, 
ilk  növbədə  psixologiya  və  tibbin  hüdudlarında  yerləşən  patopsixologiya  və  defektologiya 
elmlərinin təqdim etdiyi praktik biliklərə istinad edir. 
Psixoloji  xidmət  mürəkkəb,  çoxsəviyyəli  struktura  malikdir.  O,  təhsil  sistemini 
yuxarıdan  aşağıya  doğru  –  Təhsil  Nazirliyindən  başamış,  məktəbəqədər  müəssisələrdə  və 
məktəbdə  mövcud  olan  uşaq  qruplarınadək  bütün  pillələri  əhatə  edir.  Bu  məqsədlə  bir  çox 
xarici ölkələrin təhsil nazirliklərində və baş idarələrdə baş psixoloq vəzifəsi fəaliyyət göstərir, 
psixoloji xidmət işi aparan xüsusi şöbələr ayrılır. 
Müasir  dövrdə  dünya  psixoloji  xidmət  sistemində  praktik  psixoloqun  ixtisaslaşma 
və  peşə  hazırlığı  baxımdan  tətbiqi  xarakterli,  dörd  əsas  istiqamət  mövcuddur.Bunların 
sırasında psixodiaqnostika, psixoloji məsləhətlər, psixoprofilaktika və psixokorreksiya diqqəti 
cəlb  edir.Psixodiaqnostika  adlanan  birinci  istiqamət  uşağın  psixoloji  müayinəsində  peşəkar 
metodların  tətbiqi  nəzərdə  tutur.  Bu  metodlar  sırasında  standartlaşdırılmış  test  metodları  və 
kliniki  ekspert  metodları  iki  əsas  qrup  olaraq  fərqləndirilir.  Bunlarla  yanaşı,  müasir 
psixodiaqnostika təcrübəsində əsas tədqiqat metodları sırasında müşahidə, sorğu, eksperiment 
kimi metodların da tətbiqi geni vüsət almışdır. 
Praktik psixoloqun fəaliyyətində xüsusi ixtisas hazırlığı tələb edən ikinci istiqamət 
psixoloji konsultasiyadır. Bu istiqamət özündə aşağıdakı xüsusi iş formalarını əks etdirir: 
1.  Keçirilmiş  psixodiaqnostik  müayinələrin  nəticələrinə  əsasən  psixoloji  – 
pedaqoji  tövsiyyələrin  işlənib  hazırlanması  və  dəqiq  formulə  edilməsi;  Bu  tövsiyələt  uşaqlar 
və yaşlılar üçün müvafiq formada, icrası baxımdan anlaşıqlı və asan olmalıdır. 
2.  Psixoloji  məsləhətlərə  ehtiyacı  olan  şəxslərlə  söhbətlərin  keçirilməsi.  Bu 
söhbətlər uşaq və ya yaşlının praktik psixoloqdan zəruri tövsiyələri alması ilə başa çatmalıdır. 

3.  Müəllimlər və valideynlərin ixtisasının və təcrübəsinin artırılması çərçivəsində 
psixoloji maarifləndirmə sahəsində təfbirlərin həyata keçirilməsi. 
Praktik psixoloqun fəaliyyətində üçüncü istiqamət xəbərdarlıq xarakterli vəzifələrin 
yerinə  yetirilməsinə  yönəldilmiş  psixoprofilaktik  işlərdir.  Onun  məzmununda  uşağın 
inkişafında arzuedilməz nəticələrə gətirib çıxara biləcək halların qarşısının alınması: məsələn, 
inkişafda,  təlim  və  tərbiyədə  ləngimə,  geridəqalma,  arzuedilməz  vərdişlərin  və  xarakter 
əlamətlərinin, axmaq adətlər və meyllərin təzahürü. 
Psixoloji  korreksiya  adlanan  dördüncü  istiqamət  psixoloqun  uşağa  və  yaşlıya 
mövcud  qüsurların  və  çatışmazlıqların  aradan  qaldırılması  məqsədinə  xidmət  edən  birbaşa 
təsir  göstərməsini  nəzərdə  tutur.Bu  istiqamətdə  çalışan  praktik  psixoloq  psixokorreksiyanın 
psixoterapiya,  sosial  –  psixoloji  trenninq,  autotrenninq,  birbaşa  hipnotik  təlqin  texnikasını, 
müştəriyə təlqinedici təsir üsullarını peşəkarcasına mənimsəmiş olmalıdır. 
Bu  gün  Azərbaycanda  totalitar  və  avtoritar  sistem  demokratik  cəmiyyətlə  əvəz 
olunmuş,  təhsil  sistemi  inzibati  buxovlardan  azad  olunmuşdur.Yeni  pedaqoji  strategiya  və 
taktika,  konsepsual  –  strateji  məqsədlər  müəyyənləşdirilmiş,  beynəlxalq  aləmə  inteqrasiya 
prosesləri  güclənmişdir.Təlim  –  tərbiyə  prosesində  yeni  mütərəqqi  pedaqoji  texnologiyalar, 
inkişaf və diaqnostika texnologiyaları bərqərar olmuşdur.Təhsil sistemi yeni innovativ metod 
və vasitələrin öyrənilməsi üçün eksperimental meydançaya çevrilmişdir. 
Cəmiyyətin sürətlə informasiyalaşması, demokratikləşməsi, təhsilin rolunun artması 
Avropa  və  dünya  təhsil  məkanına  inteqrasiyası  Azərbaycanın  təhsil  sistemində  əsaslı 
islahatların  aparılması  zərurətini  yaratmışdır.Azərbaycanda  təhsil  islahatının  üç  mərhələdə 
həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
         Birinci mərhələ hazırlıq mərhələsi adlanır və bu bir il müddətində - 1999 – cu 
ildə  Azərbaycan  Respublikası  vətəndaşlarının  Konstitusiyada  müəyyən  olunmuş  təhsilalma 
hüququnu  təmin  edən  yeni  təhsil  sisteminin  hüquqi  –  normativ  bazasının  yaradılmasını 
nəzərdə tutur. 
Ikinci  mərhələdə  (2000-2003-cü  illər)  təhsil  sahəsinin  sosial  –  iqtisadi  sabitliyini 
təmin edən təxirəsalınmaz məsələlərin həlli, həmçinin islahatın aparılması üçün kadr, maliyyə, 
maddi  –  texniki  təminatın,  yeni  idarəetmə  modelinin  yaradılmasının  təmin  edilməsi  nəzərdə 
tutulmuşdur. 
Üçüncü  mərhələ  2004  –  cü  ildən  sonrakı  uzunmüddətli  dövr  ərzində  aparılacaq 
köklü islahat prosesini əhatə edir. 
Islahat  Proqramında  konkret  olaraq  128  tədbirin  keçirilməsi  nəzədə 
tutulmuşdur.Ötən  illər  ərzində  İslahatın  həyata  keçirilməsinin  hüquqi  –  normativ  bazası 
yaradılmış, 2004 – cü ildən etibarən isə köklü islahatlar mərhələsi başlanmışdır. 
          Azərbaycan Respublikasının prezidentinin 13 iyun 2000 – ci il tarixli “Təhsil 
sisteminin  təkmilləşdirilməsi  haqqında”  fərmanı  ilə  ali  və  orta  ixtisas  təhsilli  sistemində 
struktur  və  status  dəyişiklikləri  həyata  keçirilmiş,  yeni  tipli  ali  məktəb  –  Azərbaycan 
Müəllimlər  İnstitutu  və  onun  bölgə  filialları,  həmçinin  Təhsil  Problemləri  İnstitutu  adlı  yeni 
statuslu  elmi  –  tədqiqat  mərkəzi  yaradılmışdır.  Respublikada  Ali  Təhsil  sisteminin  Boloniya 
prosesinə  inteqrasiyası  istiqamətində  ciddi  addımlar  atılmış,  2005  –  ci  ilin  may  ayından 

Azərbaycan Boloniya prosesinə qoşulmuş, 2008 – ci ildən etibarən həmin sistemə tam şəkildə 
keçidin təmin olunması nəzərdə tutulmuşdur. 
          2006  –  cı  ildə  “Azərbaycan  respublikasında  ümumi  təhsilin  Milli 
kurrikulumu”  layihəsi  hazırlanmış  və  geniş  müzakirədən  sonra  çərçivə  sənədi  olub,  ümumi 
təhsil  üzrə  məzmun  standartlarını  və  təlim  nəticələrini,  pedaqoji  prosesin  təşkili,  şagird 
nailiyyətlərinin  qiymətləndirilməsi  və  monitorinqi  üzrə  əsas  prinsipləri,  fənn  proqramlarının 
strukturunu  əhatə  edir.  Milli  kurrikulum  layihəsində  orta  təhsilin  hər  üç  pilləsində  təhsilin 
məqsədi,  ümumi    nəticələri,  hər  bir  pillədə  tədris  olunan  fənlər,  onların  tədrisi  varisliyinin 
əsaslandırılması,  hər  bir  konkret  fənn  üzrə  təlim  nəticələrinin  qiymətləndirilməsi  nəzərdə 
tutulmuşdur. 
 
2.Psixoloji xidmətin elmi aspektləri 
 
Psixoloji xidmət anlayışı və məktəbə psixoloji xidmətin zəruriliyi.İnsan fəaliyətinin 
elə  bir  sahəsi  yoxdur  ki,  orada  psixoloji  biliklərin  zəruriliyi  duyulmasın.Mübaliğəsiz  demək 
olar  ki,  hazırkı  dövrdə  bütün  dünyada  hər  cür  fəaliyətin  və  insan  münasibətlərinin 
səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər.Ona görə də psixolologiya insan haqqında 
əsas  elmlərdən  biri  kimi  insana  xidməti  ön  plana  çəkmişdir.  İndiki  dövrdə  hər  bir 
müvəffəqiyəti  və  çətinliyi  doğuran  psixoloji  mexanizmi  açmağa  cəhd  göstərilir,  bu  sahədəki 
qanunauyğunluqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk baxışda hər şey öz 
yerində,  öz  qaydasında  olduğu  halda,  nəticə  sevindirici  olmur:  əmək  məhsuldarlığı  aşağı 
düşür,  qarşılıqlı  münasibətlər  pozulur,  işçi  axını  başla-  nır.  Yaxud,  hər  cəhətdən  yüksək 
imkanlara malik hesab edilən idman kollektivi birdən-birə sanki dəyişilir, öz pərəstişkarlarını 
narahat  etməyə  başlayır  və  s.  Bu  kimi  hallarda  psioxoloji  işin  aparılması,  başqa  sözlə 
psixoloqun  işə  qarışması  lazım  gəlir  və  səmərəli  nəticə  verir.  Deməli,  həmin  sahələrdə 
psixoloji  xidmət  həyata  keçirilmiş  olur.Məhz  bu  cür  münasibət  tərzindən  "psixoloji  xidmət" 
anlayışı meydana gəlmiş və qeyd etdiyimiz kimi özünə geniş yer  etmişdir.Məktəbə psixoloji 
xidmət  də  eyni  zərürət  üzündən  meydana  gəlmişdir.Müasir  məktəbin  qarşısında  duran 
vəzifələri  yerinə  yetirə  bilməsi  üçün  psixoloji  köməyə  ehtiyacı  böyükdür.Biz  tez-tez 
şagirdlərin  təlimə  münasibətlərinin  zəifləməsi,  tərbiyəlilik  səviyyəsinin  aşağı  düşməsi, 
müəllim-şagird 
münasibətlərində, 
eləcə 
də 
müəllim-müəllim, 
müəllim-valideyn 
münasibətlərində  çətinliklərin  olması  barədə  mülahizələrin  şahidi  olmuşuq.Şagirdlərin 
intellektual  səviyələrinin  müxtəlifliyi,  çətin  tərbiyə  olunan  uşaqların  xüsusiyyətləri 
müəllimdən onlan hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir.Müasir psixologiyada 
belə  bir  cəhət  əsas  götürülür  ki,  hər  bir  sağlam  uşaq,  yeniyetmə  və  gənc  müvafiq  sosial 
şəraitdə özünün geniş inkişaf imkanına malikdir.Bununla birlikdə bütün uşaqlar eyni imkana 
malik  deyildirlər.Hər  bir  şagirdin  imkanını  aşkara  çıxarmaq,  onun  inkişafına  təkan  vermək 
məktəbdə  təlim-tərbiyəni  optimallaşdırmağın  əsas  tələblərindəndir.Məhz  buna  görə  də  uşaq 
psixologiyası  və  pedaqoji  psixologiya,  eləcə  də  sosial  psixologiya  sahəsində  əldə  edilmiş 
nailiyyətlərdən  istifadə  olunması  ən  ciddi  məsələ  kimi  qarşıda  durur.Uşaq  psixologiyası  və 
pedaqoji  psixologiyanın  nailiyyətlərinin  məktəb  təcrübəsinə  tətbiqinin  ən  perspektiv 
yollarından  biri  xalq  təhsili  sisteminin  bütün  sahələrində  psixoloji  xidmətin  təşkilindən 

ibarətdir.  Bu  cür  xidməti  həyata  keçirmədən  gənc  nəslin  təlim  və  tərbiyəsində  istədiyimiz 
müvəffəqiyyətə nail ola bilmərik. 
Məktəbə  psixoloji  xidmətin  vəzifələri.Pedaqoji  və  yaş  psixologiyasının  əsas 
istiqamətlərindən  biri  kimi  inkişaf  edən  məktəbə  psixoloji  xidmət  psixologiyasının  həmin 
sahələrinin  bir  növ  inteqral  birliyini  təşkil  edir.  Ona  görə  də  məktəbə  psixoloji  xidmətin  üç 
mühüm  əhatə  sahəsi  mövcuddur;müasir  məktəb  şəraitində  psixoloji  biliklərin  professional 
tətbiqinin  yol,  vasitə  və  metodlarını  yaratmaq  məqsədilə  şagirdlərdə  psixi  inkişafın  və 
şəxsiyətin  formalaşmasının  qanunauyqunluqlarını  öyrənmək  (elmi  aspekt);  tədris 
proqramlarının  tərtibi,  dərsliklərin  hazırlanması,  didaktik  və  metodik  materialların  psixoloji 
əsaslarının  işlənməsi,  müəllimin  psixoloji  hazırlığı  və  s.  sahələri  özünə  daxil  etməklə  bütün 
təlim  və  tərbiyə  prosesini  psixoloji  cəhətdən  təmin  etmək  (tətbiqi  aspekt);  psixoloqlarm 
məktəbdə  bilavasitə  işləmələri  (praktikaspekt).  Bu  aspektlərin  vəhdəti  məktəbə  psixoloji 
xidmətin mövzusunu təşkil edir.Şübhəsiz vəhdətdə olan bu sahələrin hər birinin öz məqsəd və 
vəzifələri  vardır  ki,  onları  həyata  keçirmədən  psixoloji  xidmətin  səmərəliliyi  mümkün 
deyildir.Birinci  aspekt  bilavasitə  həmin  sahədə  çalışan  tədqiqatçılarla  bağlıdır.Bu  sahədə 
aparılan  tədqiqatlar  elə  olmalıdır  ki,  onlar  bu  və  ya  digər  psixoloji  qanunauyğunluqları  və 
mexanizmləri  açarkən  bilavasitə  məktəbdə  işləyən,  psixoloqun,  məktəb  müəllimlərinin 
fəaliyyəti  nəzərə  alınmış  olsun,  əldə  edilmiş  elmi  nəticələr  elə  olmalıdır  ki,  onlar  konkret 
məktəb  şəraitinə,  konkret  uşaqda  şəxsiyyətin  formalaşdırılmasına  xidmət  göstərə 
bilsin.Məktəbə  psixoloji  xidmətin  tətbiqi  aspekti  tələb  edir  ki,  proqram,  dərslik,  didaktik  və 
metodik materiallar hazırlayarken psixoloji biliklərdən kifayət qədər istifadə olunsun.Bu cəhət 
nəzərə alındıqda, yeri gəldikcə həmin sahələrdə psixoloqların bilavasitə iştirakı daima səmərəli 
nəticə verir.Psixoloji xidmətin praktik aspektinə gəldikdə, daha çox nəzərə çarpan, əsl mənada 
məktəbə  psixoloji  xidmətı  təmin  edən  cəhətlərdir.Məktəbəpsixoloji  xidmətin  həmin  sahəsini 
bilavasitə  məktəb  psixoloqları  həyata  keçirməlidir.Bu  zaman  onlar  konkret  problemləri  həll 
etmək  üçün  ayrı-ayrı  şagirdlərlə,  sinif  kollektivi  ilə,  müəllim  və  valideynlərlə  işləməli 
olurlar.Bəs  konkret  olaraq  məktəbə  psixoloji  xidmətin  vəzifələrindən  ibarətdir?Həmin 
vəzifələr  əsasən  məktəbə  psixoloji  xidmətlə  əlaqədar  əsasnamədə  öz  əksini  tapmışdır.həmin 
vəzifələri  aşağıdakı  şəkildə  xarakterizə  etməkolar.  Məktəbə  psixoloji  xidmətin  əsas  vəzifəsi  
şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı 
qüsurları  aradan  qaldırmaqla,  bununla  da  təlim-tərbiyə  sahəsində  məktəbdə  aparılan  işin 
səmərəliliyini  yüksəltməkdə,  sosial  çəhətdən  fəal,  yüksək  ideya  inamına  malik  şəxsiyyətin 
formalaşdırılmasında  pedaqoji  kollektivə  köməklik  göstərməkdən  ibarətdir.  Psixoloji 
ədəbiyyatda  məktəbə  psixoloji  xidmət  fəaliyyətinin  iki  istiqaməti  qeyd  olunur:  aktual  və 
perspektiv  (İ.  V.  Dubrovina).  Məktəbə  psixoloji  xidmət  fəaliyyətinin  aktual  istiqaməti 
şagirdlərin  təlim  və  tərbiyəsindəki  bu  və  ya  digər  çətinlikləri,  onların  davranışlarında, 
ünsiyyətlərində,  şəxsiyətlərinin  formalaşmasındakı  qüsurlarla  bağlı  bügünkü  problemlərin; 
həllinə yönəldilmiş istiqamətdir.Məktəbin gündəlik həyatında həmişə bir sıra problemlərə rast 
gelmək olur və müəllim, şagird, valideynlərə konkret köməklik göstərməyə ehtiyac duyulur ki, 
bunlar məktəbə psixoloji xidmətin bügünkü mühüm vəzifəsi hesab olunur. 
Məktəbə  psixoloji  xidmət  fəaliyyətinin  perspektiv  istiqaməti  hər  bir  şagirdin 
inkişafı,  cəmiyyətdə  yaradıcı  həyata  onun  psixoloji  hazırlığının  formalaşması  məqsədinin 

həyata keçirilməsinə yönəldilmiş istiqamətdir. Psixoloq pedaqoji kollektivin fəaliyyətinə əsas 
psixoloji ideya olan hər bir şagirdin şəxsiyyətinin ahəngdar inkişafı imkanı ideyasını daxil edir 
və praktik işdə onu həyata keçirməyə köməklik göstərir.Bu zaman onun əsas vəzifəsi hamının 
və  hər  bir  şagirdin  qabiliyyətlərinin  inkişafı  üçün  psixoloji  şərait  yaratmaqdan 
ibarətdir.Şübhəsiz 
ayrı-ayrı  şagirdlərin  qabiliyətlərinin  inkişaf  səviyəsi  müxtəlif 
olacaqdır.Burada başqa cür düşünmək də olmaz.Şagirdlərin hamısında eyni inkişaf səviyəsini 
yaratmaq  mümkün  deyildir,  burada  birinci  növbədə  onların  imkanları  rol  oynayır.Məhz  buna 
görə  də  hər  bir  şagirdlə  əlaqədar  psixoloqun  yerinə  yetirəcəyi  vəzifə  də  müxtəlif 
olacaqdır.Qeyd  etdiyimiz  hər  iki  istiqamət  bir-biri  ilə  sıx  bağlıdır.Adətən,  psixoloji  xidmət 
zamanı psixoloq perspektiv vəzifələri həll etməklə, gündəlik prosesdə onun köməyinə ehtiyacı 
olan şagirdlərə, onların valideynlərinə, müəllimlərə konkret köməklik göstərir.Lakin məktəbə 
psixoloji xidmətin əsas məqsədi şagirdlərin psixikasının və şəxsiyyətinin inkişafına maksimum 
kömək göstərməyə yönəldilmiş perspektiv istiqamət fəaliyyəti ilə bağlı olmalıdır.Burada əsas 
amil  qabiliyyətlərdən  ibarətdir.  Qabiliyyətlər  isə  şəxsiyyətin  hərtərəfli  və  ahəngdar  inkişafı 
üçün  zəmin  olan  ümumi  və  şagirdin  fərdiyyətinin  formalaşmasının  əsasını  təşkil  edən  xüsusi 
qabiliyyətlərə  bölünür.  Qeyd  etdiyimiz  bu  ümumi  istiqamətlərlə  yanaşı  məktəbə  psixoloji 
xidmətin konkret məzmunu, praktik fəaliyyət sahələri, istiqamətləri də vardır. 
Məktəbə psixoloji xidmətin prinsipləri və həyata keçirilmə mərhələləri 
Məktəb  ilkin  sosial  institut  kimi,  gənc  nəsli  həyata  hazırlamalıdır.Həyat  isə  yalnız 
akademik biliklərdən ibarət deyildir.Sosiallaşma yalnız elmlərin əsası haqqında məlumatların 
verilməsi  sayəsində  həyata  keçmir.  İnsanm  bir  şəxsiyyət  və  fəaliyyətin  subyekti  kimi 
məktəbdə inkişafı aşağıdakılann həyata keçirilməsini tələb edir:  
l)intellektin  inkişafı,  2)emosional  sahənin  inkişafı,  3)stresə  qarşı  dözümlülüyün  inkişafı, 
4)özünə  inamın  inkişafı,  5)gerçək  aləmə  pozitiv  münasibətin  və  başqalarını  qəbul  etmənin 
inkişafı,6)müstəqilliyin,  avtonomluğun  inkişafı,7)özünüaktuallaşdırma,  özünütəkmilləşdirmə 
motivləşməsinin  inkişafı.  Buraya  özünüinkişaf  motivləşməsinin  mühüm  elementi  kimi  təlim 
motivləşməsinin  inkişafını  da  aid  etmək  olar.Bütövlükdə  götürmüş  olsaq,  bütün  bu  ideyaları 
pozitiv  pedaqogika  və  yaxud  tərbiyə  və  təlimin  humanistik  psixologiyası  adlandırmaq  olar 
(L.D.Stolyarenko).Bunların məktəb təcrübəsində praktik şəkildə həyata keçirilməsi məktəbdə 
psixoloji  xidmətin  nəticələrinin  mühüm  praktik  tələblərə  uyğun  olması,  həmin  psixoloji 
xidmət  fəaliyyətinin  məktəbdə  təlim  və  tərbiyənin  səmərəliliyini  əsaslı  şəkildə  yüksəltməsini 
təmin  etmək  üçün  burada  psixoloji  xidmətin  pedaqoji  prosesin  real  şəraitinə  uyğun,  sistemli 
əsasda aparılması zəruridir. Məktəbə psixoloji xidmətin təşkilininin sistemli xarakter daşıması 
üçün aşağıdakı prinsiplərə əməl edilməsi tələb olunur:  
l.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə görə məktəbdə psixoloji xidmətə 
daha  ümumi  olan  «məktəb»  sisteminin  tərkib  hissəsi  kimi  baxmaq  lazımdır.Burada  system 
yaradan  komponent  məqsəd  və  nəticədən  ibarətdir(məqsədə  nail  olmaq  dərəcəsi 
kimi).«Məktəb»  sistemində  bu  cür  məqsəd  (və  nəticə)  şagird  şəxsiyyətinin  inkişafından 
ibarətdir.  Həmin  sistemin  tərkib  hissəsi,  o  cümlədən  psixoloji  xidmət  ümumi  istiqaməti 
konkretləşdirən özünün spesifık məqsədinə malik ola bilər. l.Tamlıq prinsipi. Bu prinsipə görə 
psixoloji  xidmət  bir  tam  sistem  olan  tədris  müəssisəsinə  istiqamətlənməli,  yönəlməli,  onu 

əhatə  etməlidir.Bu  o  deməkdir  ki,  psixoloji  xidmət  məktəbdə  oxuyan  şagirdlərin  tam 
əksəıiyyətini (ən azı 70 %-ni) əhatə etməlidir. 
3.Peşə-pedaqoji  fəallıq  prinsipi.  Bu  prinsipə  görə  məktəb  müəllimləri  məktəbə 
psixoloji xidmətin struktrunda, onun həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman 
müəllimin  üzərinə  şagirdlərlə  fərdi  psixoloji-pedaqoji  iş  (məsləhət,  korreksiya,  tərbiyəvi  iş) 
aparmaq  vəzifəsi  düşür.  Bu  prinsipin  həyata  keçırilməsi  mahiyyət  etibarilə  klassik  fərdi 
psixoloji  məsləhət  modeli  olan  «psixoloq-  şagird»  modelindən  xüsusi  model  olan  «psixoloq-
müəllim  -  şagird»  modelinə  keçmək  deməkdir.  Bu  modelin  həyata  keçirilməsi  müəllimdən 
yüksək peşəkarlıq tələb edir. 
4.Kifayət  qədər  məhdudluq  prinsipi.  Bu  prinsip  diaqnostik  metodikanı  seçməklə 
bağlıdır.Bu  prinsipə  görə  konkret  məktəbdə  şagirdlərin  bir  şəxsiyyət  kimi  və  tədris-  idrak 
fəaliyyətinin  subyekti  kimi  öyrənilməsinin  sistemi  yaradılmalıdır.Seçilmiş  metodika  vaxta 
qənaət  nöqteyi-nəzərdən  olduqca  qısa  olmalıdır.  Bununla  yanaşı  olaraq  yaradılan  metodik 
sistem kifayət qədər tam olmalıdır ki, şəxsiyyətin strukturunun bütün komponentlərinin: psixi 
proseslərin,  emosional  sahənin,  şəxsiyyətin  xassələrinin,  motivləşməsinin  psixodiaqnostik 
tədqiqini həyata keçirməyə im- kan versin.  
Qarşılıqlı əlaqə prinsipi.Bu prinsipə görə psixoloq, müəllim və məktəb rəhbərlərinin 
fəaliyyəti təkcə onların fəallıq dərəcəsı ilə məhdudlaşmalıdır.Məktəb sisteminin ünsürləri kimi 
onların qarşılıqlı əlaqəsinə də xüsusi yer verilməlidir. 
İnkişaf  prinsipi.Bu  prinsip  mərkəzi  sistemyaradıcı  komponentdir.Lakin  müasir 
məktəb  təcrübəsində  «inkişaf»  heç  də  həmişə  kompleks  vəzifə  kimi  anlaşılmır.Burada  çox 
vaxt  əqli  və  şəxsiyyətin  inkişafında  disbalans  özünü  göstərir,  birinciyə  daha  çox  üstünlük 
verilir.Qeyd  olunan  prinsiplərə  əməl  edilməsi  məktəbə  psixoloji  xidmətin  səmərəli  şəkildə 
həyata  keçirilməsinə  imkan  yaradır.Bəs  məktəbə  psixoloji  xidmət  hansı  mərhələlərdə  həyata 
keçir?Mövcud  psixoloji  ədəbiyyatda  qeyd  olunan  prinsipləri  əsas  götürməklə  məktəbdə 
psixoloji xidmətin aşağıdakı mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar. 
1.Birinci  mərhələ  bir  növ  məktəbdə  psixoloji  xidmətin  ilkin  mərhələsi  olub  bunun 
düzgün həyata keçirilməsindən onun sonrakı davamı çox asılıdır. İlkin mərhələdə əvvəlcədən 
seçilmiş  psixodiaqnostik  metodların  köməyi  ilə  imkan  daxilində  məktəbin  bütün  şagirdləri 
yoxlamadan  keçirilir.Məktəb  daxilində  bu  cür  ekspres  diaqnostikanın  aparılmasını  direktor 
müavinlərindən biri təşkil edir. 
2.Psixodiaqnostika  prosedurasınm  apanlması  ilə  bir  vaxtda  məktəbin  müəllimləri 
üçün psixoloji-pedaqoji seminarlar seriyası keçirilir. Adətən, 4-5 bu cür seminar keçirilir.  Bu 
məşğələlərin  məqsədi  müəllimləri  aparılacaq  işlərlətanış  etmək,  şagirdlərin  hansı  cəhətlərini 
öyrənməklə tanışlıq, metodikalarla tanış olmaq, diaqnostikadan keçiriləcək keyfiyyət, xassə və 
proseslərin psixologiyası qısaca nəzərdən keçirməkdən ibarət olut.  
3.Diaqnostik  işlər  başa  çatdıqdan  sonra  əldə  edilmiş  nəticələrin  işlənməsi  həyata 
keçirilir.  Hər  bir  şagird  haqqında  məlumat  sinfin  xüsusi  psixoloji  xəritəsində  qeyd 
olunıır.Psixoloji xəritələr adətən psixologiya kabinetində saxlanılır. 
4.Əldə  edilmiş  nəticələr  psixoloq  tərəfindən  təhlil  edildikdən  və  yoxlanılan  bütün 
siniflər  üzrə  psixoloji  xəritələr;  doldurulduqdan  sonra  daha  mühüm  mərhələ  -  əldə  edilmiş 

nəticələrin psixoloq və müəllimlər tərəfindən birgə  təhlili mərhələsi başlayır. Bu iş aşağıdakı 
şəkildə həyata keçirilir:  
Bütün  siniflər  üzrə  fərdi  («psixoloq-sinif  rəhbəri»  diadmda)  qrafık  tərtib 
olunur.Psixodiaqnostikanın  psixoloji  xəritələrilə  əks  olunan  nəticələrinin  təhlili  prosesində 
sinif  rəhbəri  psixoloqun  köməyi  ilə  sinifdəki  psixoloji  iqlimi  müəyyənləşdirir  və  bu  və  ya 
digər şagirdə fərdi yanaşmağın pedaqoji strategiyasını, eləcə də şəxsiyyətlərarası səviyyədə və 
bütövlükdə sinifdə qarşılıqlı təsirin taktikasını işləyib hazırlayır. 
Şagirdlərin  psixoloji-pedaqoji  aspektdə  psixodiaqnostikasının  nəticələri  onların 
valideynləri  ilə  müzakirə  oluna  bilər.Bu  ən  çox  valideynlərə  psixoloji  məsləhət  məqsədi 
daşıyır.Əldə  edilmiş  nəticələr  əsasında  məktəb  psixoloqu  tərəfindən  şagirdlərlə 
psixokorreksiya  işlərinin  aparılması  mərhələsi.İşin  nəticələri  barədə  valideyn  iclasında 
ümumiləşmiş məlumat verilir, eləcə də məktəbin pedaqoji şurasında müzakirə olunur. 
 
 
3.Şagird şəxsiyyətinin və sinif kollektivinin öyrənilməsi 
 
Şagird  şəxsiyyətini  öyrənmək  və  bunun  əsasında  da  sinfi  təşkil  etmək  üçün  ilk 
növbədə  müəllimlər  şagirdləri  hərtərəfli  öyrənməli  və  onarın  imkanlarını  özləri  üçün  kəşf 
etməlidirlər.Müəllimlər şagirdləri hərtərəfli öyrənmədən onların potensialını bilmədən onlarla 
kollektivdə  işləmək,onları  tərbiyə  etmək  mümükün  olmaz.Hər  bir  müəllim  şagirdinin  bütün 
xüsusiyyətlərini  bilməli  və  təlim  zamanı  nəzərə  almalıdır.Təlim  fəaliyyəti  zamanı  şagirdlərin 
hələ  indiyə  qədər  özlərində  kəşf  etmədikləri  imkanları  da  üzə  çıxır.  Müəllim  isə  çalışmalıdır 
ki,şagirdlərin bu imkanları inkişaf etsin. Şagirdlər özləridə  təlimə  yiyələnməklə  özlərində  bu 
cür qabiliyyətlərini genişləndirə bilərlər. Bunu isə onlar fəaliyyət zamanı əldə edirlər. Müəllim 
kollektivdə  onların  qabilyyətlərinə  uyğyn  işlər  verə  və  təlimi  bu  əsasda  təşkil  edə 
bilər.Şagirdlərin  fərdi  keyfiyyətlərinə  uyğun  dərsin  qurulması  müasir  dövrün  əsas 
tələblərindəndir.Şagird  şəxsiyyəti  pedaqoji  fəaliyyətdə  formalaşır.Bunun  düzgün  istiqamətdə 
formalaşması isə müəllimlərdən asılıdır.Bəzən müəllim və valideyin uşaqların hansı istiqamətə 
həvəsi  olduğunu  və  hansı  istiqamətə  getmək  istədiklərini  bilmədiklərindən  onların  fikirlərini 
başqa səmtə yönəltməyə çalışırlar.Bu isə onlar arasında narazılığa səbəb olur.Bəzəndə uşağın 
hansı  peşəyə  həvəsi  olduğunu  bildikləri  halada  onu  bu  yoldan  çəkindirmək  istəyirlər.Bu  da 
uşağın psixologiyasına və şəxsiyyətinə mənfi təsir göstürərir.Bu cür halların yaranmaması və 
aradan qaldırılması üçün müəllim hər bir şagirdi yaxşı öyrənməli və sonra ona məsləhət verə 
və  düzgün  yol  seçməsində  köməklik  edə  bilər.Bunun  üçün  müəllimlər  uzunmüddət  şagirdi 
müşahidə  etməli  və  öyrənməlidir.Ən  əsasda  şagirdi  təbii  şəraitdə,yəni,fəaliyyətdə  olanda 
öyrənsə  daha  çox  məlumat  əldə  edə  bilər.Çünki,burada  şagirdi  özünü  təbii  olaraq  heç  bir 
hərəkətini gizlətməyə çalışmadan müşahidə etmək olar. 
2.Müəllimlər 
şagirdlərin  fərdi  imkanları,xarakteri,qabiliyyətləri,temprament 
xüsusiyyətləri 
haqqında,onların 
valideyinlərindən,özlərindən 
və 
şəxsi 
psixoloji 
xarakteristikasından  əldə  edə  bilərlər.Sinfə  yenicə  qədəm  qoyan  şagirdin  xarakteritikasıda 
onun  oxuduğu  məktəbə  verilir  və  şagird  haqqında  bütün  məlumatlar  orada  öz  əksini 
tapır.Şagirdin  xarakteristikasını  sonralar  müəllimləri  özləri  tərtib  edirlər.Müəllim  hər  dəfə 

şagirddə yaranan yenilikləri qeyd edirlər.Bu qeyd davamlı aparılmalıdır,yoxsa hansısa bir detal 
unudular  və  şagirdin  xarakteristikası  düzgün  tərtib  edilməz.Müəllimlər  tərtib  olunana  bu 
xarakteristikaya  əsasən  şagirdlərlə,siniflə  və  sinif  kollektivi  ilə  daha  asand  işlər  tərtib  edə 
bilərlər.Xarakteristikaya  daxil  olan  əlamətlər  lazımdır  ki,şagirdin  xarakterik  keyfiyyətləindən 
olsun,Yoxsa  təsadüfən,şəraitlə  bağlı  yaranan  hər  hansı  bir  sözü  və  ya  bir  hərəkəti  şagirdin 
psixoloji xarakterinə daxil etmək olmaz.  
          Şagird  şəxsiyyətinin  psixoloji  xarakteristikasında  aşağıdakı  xüsusiyyətər 
qeyd olunur: 
          -şagird şəxsiyyəti haqqında qısaca məlumat. 
          -şagirdin  daxil  olduğu  qrup  və  ya  kollektiv  və  bu  kollektiv  haqqında 
məlumat, 
          -kollektivdə və ya sinfdə şagirdin tutduğu mövqe, 
          -şagirdin 
dünyagörüşü,əqidəsi,fərdi  xüsusiyətləri,qabiliyyəti  haqqında 
məlumat, 
          -onu psixi imkanları.yəni,xarakteri,tempramentinin xüsusiyyətləri, 
 Bunlar şagird şəxsiyyətinin qısa xülasəsidir. 
  3. Şagird şəxsiyyətinin öyrənilməsi üçün təxmini tərtib olunan sxemlə tanış olaq. 
          -şagird 
şəxsiyyəti 
haqqında 
ümümi 
məlumat-şagirdi 
adı,atasının 
adı,soyadı,ünvanı,pxuduöu 
məktəbin 
nömrəsi,neçənci 
sinifdə 
oxuması,məktəbinin 
nömrəsi,hansı sinifdə oxuması,fiziki və psixi sağlamlığılı və s. 
          -şagirdin ailə şəraiti və ailə tərbiyəsi-valideyinlərinin harada işləməsi.onların 
tərbiyəlilik dərəcisi,onları uşaqların tərbiyəsi ilə məşğul olma dərəcəsi,şagirdlərin hisslərinə və 
fikirlərinə yanaşma tərzləri,onlarla davranış qaydaları,yəni,ailədəki qarşılıqlı münasibət və s. 
          -şagirdin  üzv  olduğu  kollektivə  qarşı  olan  münasibəti-şagirdin  qrupda 
yoldaşları  ilə  davranış  qaydaları,kollektivdə  mövqeyi,kollektivin  normalarına  nə  dərəcədə 
əməl etməsi və s.  
          -şagird  şəxsiyyətinin  istiqaməti-şagirdin  inamı,tutduğu  yol,dərk  etdiyi  və 
bunun əsasında təlimə davamlı maraqları və s. 
          -şagirdəlirin  idrakının  xüsusiyyətləri-diqqətini  paylaya  bilməsi,dərsdə 
diqqətini 
cəmləməsi,hafizəsinin 
tipləri,yaradıcı 
yoxsa 
bərpaedici 
təxəyyülünün 
inkişafı,fikirlərini yazılı yoxsa şifahi nitqlə ifadə edə bilməsi,lüğət ehtiyat və s.  
          -şagirdin 
qabiliyyətləri,tempramenti,xarakteri 
və 
s. 
Xarakter 
deyəndə,yəni,şagirdin 
müəllimlərinə,sinif 
yoldaşlarına 
münasibəti,əşyalarına 
qarşı 
səliqəliliyi.əməksevərliliyi və s. 
         Sinif kollektivinin psixoloji xarakterstikasına bunlar aid edilir: 
        -sinfə daxil olan şagirdlərin xarakteristikası, 
        -sinfin məqsəd və vəzifələri, 
        -sinfin psixoloji iqlimi, 
        -sinifəki qarşılıqlı münasibətlər və s. 
4. Sinif kollektivinin öyrənilməsi üçün tərtib olunması təxmini sxemlə tanış olaq. 
        -sinfin  bir  kollektiv  kimi  nə  kimi  imkanlarının  olması  və  müəllimlərinin 
köməyi ilə ondan istifadə qaydası, 

 -sinifdəki şagirdlərin sayı,onların mövqüyi,fəallar,sinif nümayəndələri, 
       -sinfin təlimə yiyəlnənməsi və bunun üçün öz üzərilərində işləməsi, 
       -sinfin qayda və normalara nə dərəcədə əməl etməsi, 
       -sinifdə  şəxsiyyətlərarası  münasibətlər,onların  bir-birinə  qarşə  olan  inamı  və 
hörməti, 
       -sinif kollektivinə müəllimlərin,valideyinlərin,rəhbərliyin göstərdiyi köməklik, 
       -məktəbtəbin  həyatında,əlamətdar  günlərdə  onların  görə  biləcəyi  işlər  və 
onların miqdarı, 
       -sinif  kplektivinə  daxil  olan  hər  bir  şagirdin  ayrıca  xüsusiyyətləri  və 
bacarıqları, 
       Bu  cür  xarakterstika  şagirdlərin  gələcək  planları  haqqında  fikir  söyləməyə 
imkan 
verir.Həmçinin 
bubun 
vasitəsilə 
şagirdlərlə  görüləcək  işlərin  tiplərini 
müəyyənləşdirmək mümkündür. 
 
4.Dərsin psixoloji təhlili 
 
Hər bir müəllim dərsin psixoloji təhlilini verməyi bacarmalıdır.Müasir dərsə verilən 
tələbləri  müəllim  bilmədən  dərsin  psixoloji  təhlilinidə  verə  bilməz.Dərsin  psixoloji  təhlili 
zamanı nəzərə alınan birinci cəhət müəllimin materialı yaxşı mənimsəyə və onu sadə bir dildə 
şagirdlərə  çatdırma  qaydasının  bilməkdir.Müəllim  dərsin  izahını  şagirdlərin  bilik,anlaq 
səviyyələrinə  uyğun  qurmalıdır.Müəllim  uşaqların  dünyagörüşünə,davranışına,hərəkətlərinə 
təsir  edir.Dəsrdə  müəllim  şagirdlərin  psixi  xüsusiyyətlərini  inkişaf  etdirməlidir.Yəni  onlarda 
təfəkkürün 
inkişafı  vəs.  nəzərdə  tutulur.Diqqətin  inkişaf  xüsusiyyətləri  nəzərə 
alınmalıdır.Dərsin  psixoloji  təhlili  nəinki,təkcə  şagirdlərdən  eyni  zamanda  müəllimlərəd  də 
asılıdır.Beləki,müəəlinin 
pedaqoji 
fəaliyyətdə 
özününü 
hazırlıq 
bacarığı.pedaqoji 
ustalığı,pedaqoji mərifəti,nitqi,şagirdlərlə qurduğu ünsiyyət üslubu və s. aid edilir. 
 
Dərsin psixoloji təhlilinin təxmini sxeminə nəzər salaq: 
       -dərsin mövzusu və onun hansı tipdə qurulması, 
       -dərsin keçiriləcəyi psixloji şəraitin hazırlanması və dərsin təşkil olunması. 
       -dərsin  məqsədinin  nədən  ibarət  olması,yəni  şagirdlərə  öyrədiləcək  materialın 
nədən ibarət olması və oradakı ibrətamiz fikirlər, 
       -şagirdlərə  tapşırılan  və  evə  verilən  tapşırıqlar.Şagirdlərin  onları  yerinə 
yetirmək  üçün  istifadə  etdikləri  yol  və  vasitələr.Müəllimlərin  şagirdlərin  əqli  qabiliyyətlərini 
inkişaf etdirmək üçün onlarla təlimin düzgün təşkili, 
      -müəllimin  dərsi  şərh  etmə  bacarığı,bunun  üçün  istifadə  etdiyi  nitqin 
səliqəliliyi,düzgünlüyü,doğruluğu,mimika  və  pantomimikası.  Özündə  yaratdığı  ifadəli 
hərəkətlər.  Dərsin  izahı  zamanı  istifadə  etdiyi  əyani  vasitələrin  növləri.  Onlardan  şagirdlərin 
başa düşəcəyi dildə istifadə qaydası və s. 
      -müəllimin  və  şagirdliərin  bir-birinə  verdiyi  qiymət  və  bəslədiyi  münasibət 
dərsin psixoloji təhlilinin verilməsində böyük rol oynayır.     
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin