tabe olur, onlarla şərtlənir, digər halda əsas əlamətlərlə uyğunlaşa bilmir.
Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri. Xarakter əlamətləri şəxsiyyətin
müxtəlif münasibətləri ilə müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər
eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək üçün əsas rol oynayır. Bu
baxımdan şəxsiyyətin münasibətlər sistemini və xarakter əlamətlərini aşağıdakı şəkildə
qruplaşdırmaq olar:
1. İnsanın başqa adamlara: doğma və yaxın adamlara, təhsil və iş yoldaşlarına,
tanıdığı və az tanıdığı adamlara münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara
sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və qapalılıq, doğruçuluq və
yalançılıq, mərifətlilik və kobudluq, qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.
2. İnsanın özünün özünə münasibətini bildirən xarakter əlamətləri. Bunlara
heysiyyət, öz gücünə inam və inamsızlıq, şöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü
haqqında yüksək fikirdə olmaq və s. aid etmək olar.
3. Əməyə münasibətdə özünü göstərən xarakter əlamətləri. Bunlalara vicdanlılıq,
əməksevərlik, tənbəllik, təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət,
ciddilik və s. aid etmək olar.
4. İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri. Bunlara səliqəlilik
və ya pintilik, əşyalara qayğılı və qayğısız münasibət və s. aid etmək olar.
3.Xarakterin aksentuasiyası
Məşhur alman psixiatrı K.Leonqardın fikrincə, 20%-50% insanlarda xarakterin
bəzi əlamətləri o qədər kəskinləşir ki, (diqqəti cəlb edir) mübahisələrə və əsəb
pozuntusuna gətirib çıxarır. Xarakterin aksentuasiyası onun ayrı-ayrı xüsusiyyətlərinin,
digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir və bunun nəticəsində də ətrafdakı
adamlarla qarşılıqlı əlaqəni çətinləşdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.
Xarakterin aksentuasiyasına daha çox yeniyetmə və gənclərdə rast gəlinir (50-80%).
Aksentuasiyanın tiplərini xüsusi psixoloji testlərin köməyi ilə müəyyən etmək olar.
Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını vermişdir.
1.Gipertim tip – bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı
sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, azdanışan, başladıqları
söhbətdən spontan şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə
fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən,
optimist, təşəbbüskar olurlar. Onlar çətin işi, tənhalığı sevmirlər.
2.Distim tip – onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü
xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyllidirlər. Onlarla
dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik,
lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır.
3.Tsikloid tip – bunlara əhval-ruhiyyənin tez-tez dəyişməsi xarakterikdir və bunun
nəticəsində ətrafdakılarla ünsiyyət qaydaları dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli,
pis olduqda qapalı olurlar;
4.Təsirlənən (qıcıqlanan) tip – ünsiyyətdə təmasə az həvəsliliyə , mübahisələrə və söyüşə
meyillidir;
5.Ləngiyən tip – orta ünsiyyət, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən
artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli
sürəndir.
6.Pedant (xırdaçı) tip – münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe
tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, eyni zamanda konfliktə meyllilik
xüsusiyyətlərinə malikdir.
7.Həyəcanlı tip – ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-
ruhiyyədə olur, az halarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa
meyllidirlər.
8.Emativ tip – seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, nadir hallarda
mübahisəyə girişir, həddən artıq həssas və ağlağandır;
9.Nümayişkar tip – ünsiyyətlidir, liderliyə can atır, hakimiyyətə və tərifə çox həvəslidir.
İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük,
lovğalıq, intriqalara meylini nümayiş etdirir;
10.Coşğun tip – yüksək ünsiyyətlilik bacarığı, çox danışan (qeybətçil), tez-tez aşiq olmaq
onlar üçün xasdır. Onlar alturistdirlər, ürəyi yumşaqdırlar, yaxşı zövqləri var,
hisslərində səmimi və açıqdırlar, hay-küyçüdürlər;
11.Ekstravert tip – ünsiyyətlidirlər, onların çoxlu dostları var, çox danışandırlar, hər bir
məlumatı müzakirə etməyi xoşlayırlar, tez-tez liderliyi başqalarına verirlər, itaət etməyi
və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər, yüngülxasiyyətlidirlər,
əyləncələrə, dedi-qodulara meyllidirlər;
12.İntrovert tip – o az təmaslıdır, qapalıdır, xəyalpərvərdir, filosofluğa meyllidir.
Həmçinin bu insanlar təkliyi sevirlər, prinsipiallıq və təmkinlilik kimi cəzbedici
xüsusiyyətlərə malikdirlər. Xoşagəlməz xüsusiyyətləri bunlardır: inadkarlıq, təfəkkürdə
lənglik, öz ideyalarını (hətta səhv olsa belə) inadkarcasına müdafiə etmək.
Sonralar Yeniyetmələrdə xarakterin aksentuasiyasının təsnifatını A.E.Liçko (1983)
vermişdir. Bunlar aşağıdakılardır:
13.Gipertim tip – hərəkətlidir, ünsiyyətlidir, şuluqluğa meyllidir; Onların əhvalı həmişə
yaxşı, yüksək olur. Tez-tez konfliktə girirlər. Onlar çox şeyə həvəs göstərirlər, lakin axıra
qədər çatdırmırlar.
14.Tsikloid tip – tez qıcıqlanır, fəaliyyətsizliyə meyllilidir, əhval-ruhiyyəsi tez-tez dəyişir.
Evdə tək qalmağa üstünlük verirlər.
15.Qərarsız tip - əhval-ruhiyyəsi həddən artıq tez-tez, həm də daha çox gözlənilməz
surətdə dəyişir;
16.Astenonevrotik tip – bu tip həddən artıq vasvasılığı, şıltağlığı, yoruculuğu və
tündməcazlığı ilə xarakterizə olunur;
17.Senzitiv tip – o hər şeyə qarşı yüksək həssaslıq göstərir. Bu yeniyetmələr böyük
məclisləri və hərəkətli oyunları sevmirlər, onlar adətən utancaq və qorxaqdırlar;
18.Psixoastenik tip – bu tipli yeniyetmələr intellektin erkən və sürətli inkişafı ilə, düşüncə
və xəyallara dalmağa meylliliklə xarakterizə edilirlər. Buna baxmayaraq, onlar çox vaxt
işdə deyil, sözdə güclü olurlar. Özünə inam qərarsızlıqla uyğunlaşır. Tanış adamlar
arasında özlərini daha yaxşı hiss edirlər.
19.Şizoid tip - əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif
fantaziyalarla zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər,
heç də həmişə ətrafdakılar onları başa düşmür. Qaradinməz, bir iş olanda özünü kənara
çəkəndir.
20.Epileptoid tip – bu tipli yeniyetmələr tez-tez ağlayırlar, ətrafdakıları təngə gətirirlər,
xüsusən də erkən uşaqlıqda. Liçkonun qeyd etdiyi kimi, bu uşaqlar həmçinin heyvanlara
əzab verməyi, özlərindən balacalara sataşmağı, köməksizləri lağa qoymağı sevirlər. Uşaq
kompaniyalarında özlərini diktator kimi aparırlar. Onların tipik xüsusiyyətləri -
qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur.
21.İsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm, şəxsən özünə daima diqqət
duyğusudur. Bu cür yeniyetmələrdə tez-tez şıltaqlığa, özünü göstərməyə, teatrallığa meyl
özünü biruzə verir. Onlar üçün ətrafdakıların diqqətini özünə cəlb etmək və öz
ünvanına ona məftun olduqlarını, təriflədiklərini eşitmək arzusu ən zəruri
ehtiyaclardan birinə çevrilir.
22.Qeyri-sabit tip – bu tipi həmişə səhv olaraq zəif iradəli, kütlədən seçilməyən bir tip
kimi xarakterizə edirlər. Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir.
23.Konform tip – bu tipə aid olan yeniyetmələr hər hansı avtoritetə sözsüz itaət nümayiş
etdirirlər. “Hamı necə, mən də elə” ideyasını əsas götürürlər. Öz şəxsi maraqları naminə
yoldaşlarını satmağa hazırdırlar.
4.Qabilyyətlər haqqında anlayış
Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda olan və eyni sinifdə oxuyan
uşaqlara eyni bir işin icrası tapşırılır. Onlar üçün tam eyni olan iş şəraiti yaradılır. Buna
baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik çəkmədən yerinə yetirdiyi halda,
başqaları çətinlik çəkir. Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı
olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir ki, müvafiq
qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri bilik, bacarıq və vərdişlərə asanlıqla
yiyələnir və əldə etdikləri nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də
insanda müvafiq qabiliyyətlərin olması onun həyat və fəaliyyətində mühüm rol oynayır,
onun daha çox hansı fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir. Bu
cəhəti nəzərə alaraq qabiliyyətə belə tərif vermək mümkündür: insanın hər hansı bir və
ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəyə
qabiliyyət deyilir.
Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayışı altında hər insanın hansı bir və ya bir
neçə fəaliyyətin müvəffəqiyyətlə icrası üçün şərt olan fərdi-psixi xassəsi başa düşülür. Bu
cür yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul olunmuşdur. Bununla belə
bu cür yanaşma tərzi bir çox müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Bu
sahədə özünü göstərən yanaşma tərzlərinin psixoloji ədəbiyyatda üç variantı qeyd
olunur. Birinci halda qabiliyyət anlayışı altında mümkün olan bütün psixi proses və
halların məzmununu başa düşürlər. Bu cür yanaşma tərzi «qabiliyyət» anlayışının ən
geniş və qədim şərhindən ibarətdir. Hazırda bu cür yanaşma tərzindən demək olar ki,
istifadə olunmur.
İkinci yanaşma tərzinə görə qabiliyyətlər insanın müxtəlif fəaliyyət növlərinin
müvəffəqiyyətlə icrasını təmin edən ümumi və xüsusi bilik, bacarıq və vərdişlərin yüksək
inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixologiyada XVIII-XIX əsrlərdə
meydana gəlmiş və müasir dövrdə də özünü göstərir.
Üçüncü yanaşma tərzinə gəldikdə, bu yanaşma tərzinə görə qabiliyyətləri bilik, bacarıq
və vərdişlərlə eyniləşdirmək olmaz. O (qabiliyyətlər) həmin bilik, bacarıq və vərdişlərə
surətlə yiyələnməyi, təcrübədə onlardan səmərəli istifadə etməyi təmin edir. Üçüncü
yanaşma tərzi müasir psixologiyada ən çox yayılmış yanaşma tərzidir. Bu sahədə
görkəmli rus psixoloqu B.M.Teplovun tədqiqatları xüsusilə diqqəti cəlb edir. B.M.Teplov
«qabiliyyət» anlayışının üç əsas əlamətini qeyd etmişdir.
5
B.M.Teplova görə qabiliyyətlər altında, birincisi, insanları bir-birlərindən fərqləndirən
fərdi-psixoloji xüsusiyyətlər başa düşülür. İkincisi, ümumiyyətlə hər cür fərdi xüsusiyyəti
deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti müvəffəqiyyətlə icra etməyə imkan
verən fərdi xüsusiyyəti qabiliyyət adlandırmaq olar.
Üçüncü, «qabiliyyət» anlayışını hər hansı bir insanda artıq yaranmış olan bilik, vərdiş və
bacarıqlarla eyniləşdirmək olmaz.
A.V.Petrovskinin və M.Q.Yaroşevskinin fikrincə qabiliyyətlər və bilik, qabiliyyətlər və
bacarıq, qabiliyyətlər və vərdişlər eyniyyət təşkil etmir. Bilik, bacarıq və vərdişlərə
nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir. Onların fikrincə psixologiya elmi
qabiliyyətlər ilə fəaliyyətin mühüm komponentləri olan bilik, bacarıq və vərdişlərin eyni
olmadıqlarını inkar etməklə yanaşı, onların vəhdətini də xüsusi olaraq göstərir.
Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası mümkün
olmayan fəaliyyətdə aşkar olunur.
Bəs qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti nədə ifadə olunur? Qabiliyyətlər
bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni
bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik və bacarıqlara
yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təzahür
edir.
Qeyd edilənlərdən aydın olur ki, qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri
olub, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət
üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri
meydana çıxarır.
Qabiliyyətlərin növləri
Əvvəlki bölmədə qeyd olunduğu kimi, qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi
üçün daha çox yararlı olduğunu ğöstərən fərdi-psixi xassəsidir. Bu baxımdan
qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə şərtlənir. Məhz buna görə də hər
bir fəaliyyət növü müvafiq qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz.
Məsələn,
müəllimin
pedaqoji
qabiliyyətlərin
strukturuna
pedaqoji
fəaliyyəti
müvəffəqiyyətlə yerinə yetirmək üçün zəruri olan şəxsi pedaqoji qabiliyyətlər
(müşahidəçilik, uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib olmaq);
didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik, nəzəri); təşkilati-kommunikativ
qabiliyyətlər (təşkilatçılıq, avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət,
artistlik) və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uşaqlara hüsn rəğbət
bəsləmək, müşahidəçilik, pedaqoji mərifət, izah edə bilmək, təşkilatçılıq və s.) əsas,
aparıcı, digərləri isə (natiqlik, artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji
qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin müvəffəqiyyətlə həyata
keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün zəruri olan
qabiliyyətlərin strukturunda da bu cür xüsusiyyəti müşahidə etmək mümkün olur.
Məsələn, ədəbi qabiliyyətlərin strukturuna estetik hisslərin inkişafı, əyani hafizə
surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək, fantaziya zənginliyi, insan
psixologiyasını dərindən bilmək və s. qabiliyyətlər özünəməxsus şəkildə birləşir.
Ümumi və xüsusi qabiliyyətlər. Adətən, hər şeydən əvvəl insan üçün spesifik olan
qabiliyyətlərin ümumi və xüsusi olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə yerinə
yetirilməsi üçün zəruri olan qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər,
hafizə, müşahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə aid etmək olar. Məsələn,
müşahidəçilik qabiliyyətini şagird, müəllim, yazıçı, rəssam, kəşfiyatçı, alim və başqa
fəaliyyət növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab etmək olar.
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər insanın hər hansı bir spesifik
fəaliyyət növünü müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan qabiliyyətlərdir. Bu
cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman və s. qabiliyyətləri aid
etmək olar. Adətən, xüsusi qabiliyyətlər insanda müvafiq təbii imkanların olması
zəruridir. Adətən, ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəli
nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül
və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar.
Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə
yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin
formalaşması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi və xüsusi qabiliyyətlər
bir-biri ilə ziddiyyət təşkil etmirlər. Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır,
fəaliyyətin müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəsislərin fikrincə ümumi
qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza rolunu oynayırlar. Xüsusi
qabiliyyətlər, alimlərin fikirincə, «ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin
fəaliyyət prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə» əmələ gəlir
1
. Bu cür
modifikasiyanın gedişini prof. Ə.Ə. Əlizadə belə şərh edir:
«Qavrayış ədəbi yaradıcılıqda poetik görmə, texniki-konstruktiv yaradıcılıqda məkan
qavrayışı kimi formalaşmağa başlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya
prosesi belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq), məkan təsəvvürləri
(texniki-konstruktiv yaradıcılıq). Təxəyyül ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül,
texniki-konstruktiv yaradıcılıqda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi
yaradıcılıqda obrazlı təfəkkürə, texniki-konstruktiv yaradıcılıqda texniki təfəkkürə
çevrilir.Bu proses qabiliyyətlərin «ixtisaslaşması» prosesidir»
6
.
Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün həm
ümumi, həm də xüsusi qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir.
Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. Həmin funksiyadan asılı
olaraq, fəaliyyətin bir mərhələsində, tutaq ki, poetik qavrayış əsas rol oynadığı halda,
başqa bir mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə bilər.Talant
qabiliyyətlərin inkişaf mərhələsi kimi. Əksər psixoloji ədəbiyyatda talant qabiliyyətlərin
ən yüksək inkişaf mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir ki, o,
insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə, müstəqil və orijinal şəkildə
yerinə yetirmək imkanı verir. Talant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə
imkan verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf mərhələsidir.
Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda yüksək ustalıq və əsaslı
müvəffəqiyyət əldə etmək üçün yalnız imkan rolunu oynayır. Lakin potensial imkan kimi
talantla onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi məhsulun əldə edilməsi
arasında bərabərlik işarəsi qoymaq olmaz. Bu sahədə tədqiqat aparmış psixoloqların
(A.V. Petroviski, M.Q. Yaroşevski) fikrincə özünün tam dəyərli inkişafı üçün hansı
istedadın daha əlverişli şərait əldə etməsi dövrün tələbatından və dövlət qarşısında duran
konkret məsələlərin xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə sərkərdəlik talantı,
dinc dövrdə mühəndis, konstruktor və s. talantı daha sürətlə inkişaf edir.
Talantın strukturuna gəldikdə, o, qabiliyyətlər kompleksindən, onların məcmuundan
ibarətdir. Əgər ən yüksək inkişaf səviyyəsinə çatsa,nəqədər parlaq təzahür etsə belə,
ayrıca götürülmüş qabiliyyətləri talantın analoqu kimi götürmək olmaz. Bunu həyatı
faktlar və aparılmış tədqiqatlar da təsdiq etmişdir.
Talant və dahilik. Qabiliyyətlərin yüksək inkişaf pilləsi talantla məhdudlaşmır. Bəzi
adamlar öz istedadlarının yüksək səviyyəsi ilə də fərqlənir, onların yaradıcı nailiyyətləri
cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü, epoxanı əhatə edir.
İnsanda qabiliyyətin bu cür inkişaf səviyyəsi dahilik adlanır. Dahilik şəxsiyyətin elə bir
ali yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında
ağlagəlməz yüksək rol oynayır. Dahi insan, obrazlı şəkildə demiş olsaq, öz fəaliyyəti
sahəsində yeni dövr yaradır. Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq, keçmişin
mədəni miraslarına yiyələnmək və bununla yanaşı köhnəlmiş norma və ənənələri aradan
qaldırmaq xarakterik haldır. Dahi şəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin
proqressiv inkişafına təsir göstərir. Dahi şəxsiyyət hadisələrin gələcəyini qabaqcadan
görə bilir və öz fəaliyyətini buna uyğun qurmağa çalışır. Dahi insanlar olduqca azdır.
Belə hesab edirlər ki, sivilizasiyanın beş min illik tarixində bu cür adamların sayı 400-
dən artıq olmamışdır. Dahini xarakterizə edən yüksək istedad səviyyəsi fəaliyyətin
müxtəlif sahələrinin qeyri adiliyi ilə əlaqədar olur. Tarixən bu cür universallığa malik
olan dahilərdən Aristotelin, Leonarda da Vinçinin, M.V.Lomonosovun, Nizami
Gəncəvinin, Tusinin və b. adını çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik sahələrində öz
əvəzolunmaz nailiyyətləri ilə fərqlənmişdir. Lakin bu o demək deyildir ki, dahi
adamlarda bütün fərdi keyfiyyətlər eyni dərəcədə inkişaf etmiş olur. Adətən, dahilik öz
Dostları ilə paylaş: |