Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


Məsuliyyətliliyin  əsasən  borc  hissinin,  eləcə  də  cavabdehlik  hissinin  inkişafı  ilə  bağlı



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

Məsuliyyətliliyin  əsasən  borc  hissinin,  eləcə  də  cavabdehlik  hissinin  inkişafı  ilə  bağlı 
olması, sosial-mənəvi-psixoloji yetkinliyin göstəricisi kimi qəbul edilir.  
İntizamlılıq  –  şəxsin  qəbul edilmiş qayda  və  qanunlara  əməl etməsi ilə  xarakterizə 
olunan keyfiyyətdir. İnsanın fəaliyyət və ünsiyyət  prosesində, mövcud sosial normalara, 
etalonlara  və  s.  hörmətlə  yanaşması,  şəxsin  intizamlı  olmasını  bildirir.  Görkəmli  alman 
filosofu  İ.Kant  –  nizam-intizamın  insanda  vəhşiliyi  ləğvetmə  vasitəsi  olduğunu 
göstərmişdir.  İnsanların  qrup  və  kollektiv  şəraitdə  birgə  fəaliyyət  göstərməsi,  başqa 
səbəblərlə  paralel  olaraq  intizamlılıq  keyfiyyətinin  dərk  olunması  ilə  bağlıdır. 
İntizamlılıq  –  şəxsiyyətin  işgüzarlığı  və  sosiallığının  göstəricisidir.  İntizamlılıq  həm  də 
əxlaqi qiymətdir. 
İşgüzarlıq  –  mühüm  iradi  keyfiyyətlərdən  biri  olub,  başlanan  hər  hansı  bir  işi, 
fəaliyyəti  tədriclə,  ardıcıl  olaraq,  axıra  qədər  icra  etməkdir.  İşgüzarlıq,  ardıcıllıq  və 
icraçılıq  bir-birilə  sıx  vəhdət  təşkil  edən  keyfiyyətlərdir.  Tənbəllik  –  işgüzarlığın  əksi 
hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır. 
Müstəqillik  –  insanın  hər  hansı  fəaliyyəti  heç  bir  kömək,  göstəriş  olmadan  həyata 
keçirmək  qabiliyyətidir.  O,  əsasən  qərar  qəbulunda  və  icra  olunmuş  işə  görə 
cavabdehlikdə özünü göstərir. Müstəqil adam məsuliyyət hissinə, tənqidi ağıla, möhkəm 
əqidəyə və dərin inam hissinə malikdir. Müstəqillik ən mühüm iradi keyfiyyət kimi iradi 
işin  həm  intellektual,  həm  də  icra  mərhələsində  təzahür  edir.  Başqa  iradi  keyfiyyətlər 
kimi, müstəqillik də sosial həyat şəraitindən, mühit və tərbiyədən asılı olaraq formalaşan 
psixi xüsusiyyətdir. 
Müstəqilliyin  əksini  təqlidçilik  və  təlqinə  qapılma  təşkil  edir.  Təqlid  başqalarının 
davranışını  olduğu  kimi  yamsılamaq,  təkrar  etməkdən  ibarətdir.  Təlqinə  qapılmaq  isə 
dərk etmədən başqalarının təsiri altına düşməkdir.  
Səbrlilik.  Psixologiyada  iradənin  təzahürü  haqqında  danışdıqda,  elə  ilk  növbədə 
səbirli  olmaq  başa  düşülür.  Səbrli  olmaq  –  iradi  güc,  təkidlilik,  özünü  ələ  almaq,  inam, 
dözümlülük  kimi  keyfiyyətlərlə  vəhdətdə  təzahür  edir.  Azərbaycan  şer  kəhkəşanının  ən 
parlaq və sönməyən ulduzu böyük Sabirin dediyi kimi: 
Hansı bir müşküldü kim, səbr ilə asan olmasın? 
Patopsixologiyada  psixi  vəziyyət,  iradəsizlik,  fəaliyyətə  həvəs  düşkünlüyü  iradənin 
patopsixologiyasıdır və buna abuliya deyilir (yunanca: abulia - qətiyyətsizlik) 
Zəif  iradəlilik  –  məqsədəuyğunluğun  və  yüksək  niyyətlərin  yoxluğudur.  Zəif 
iradəlilər üçün özlərinin maraq dairələrini genişləndlirmək faydalıdır. İradə «lazımdır», 
iradəsizlik isə «istəyirəm» motivi ilə hərəkətə gəlir. Bernard Şou yazırdı: «İradə olmayan 
yerdə  yol  da  yoxdur».  Kibernetiklər  iradəni  həyati  mübarizəni  əks  etdirən  bir  oyun 
anlayışı  kimi  təyin  edirlər.  Qədim  romalılar  deyirdilər:  Cəsurlara  tale  kömək  edir 
(audaces fortuna adjuvat) 
 
 
 
Mövzu 13. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: temperament 
Plan: 

1.Temperament haqqında anlayış 
2.Temperamentin təsnifatı və sinir sisteminin xassələri 
3.Temperamentin xassələri  
4.Temperamentin tipləri 
 
 
1.Temperament haqqında anlayış 
 
Adətən,  hər  hansı  bir  insan  qrupunda  müşahidə  apardıqda  qrupdakı  insanların  birinin  cəld, 
digərinin  təmkinli,  birinin  tez  özündən  çıxan,  digərinin  müvazinətli,  birinin  hər  şeyə  tez 
reaksiya  verən,  digərinin  ləng  olduğunu  görürük.İnsanların  bir-birlərindən  bu  cür  fərqli 
xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət 
lap  qədimdən  müxtəlif  adamların  psixi  xasiyyətinin  tipik  xüsusiyyətlərini  ayırmağa,  onların 
ümumiləşmiş portretlərini tipologiyasını verməyə cəhd göstərmişlər, temperament tiplərinin az 
sayınıazaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi 
ilə konkret həyat şəraitində bu və ya digər  insanın davranışını qabaqcadan görmək  və nəzərə 
almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin  xüsusiyyətlərə «temperament» 
adı verilmişdir.  
Temperament  –  insanın  elə  bir  anadangəlmə  xüsusiyyətləridir  ki,  onlar  intensivliyin,  təsirə 
cavabvermə  sürətinin  dinamik  xarakteristikalarını,  emosional  qıcıqlanma  və  tarazlıq  dərəcəsini, 
ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir. 
Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin 
yaradıcısı  qədim  yunan  görkəmli    həkimi  Hippokrat  (e.ə.  təxminən  460-377  illər)  sayılır.  O 
təsdiq  edir  ki,  insanlar  4  əsas  «orqanizm  şirəsi»  nin  nisbətinə  görə  fərqlənirlər:  qan,  fleqma, 
sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu 
ki,  sonralar  həmin  sözü  yunanca  temperamentum  –  «mütənasiblik»  sözü  ilə  əvəz  edildi. 
Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy Qalen  (təxminən 
130-200-ci illər) məşhur traktatı «De temperamentum» kitabında şərh etdiyi temperamentlərin 
tipologiyasını işləyib hazırladı. 
Onun  təliminə  əsasən  temperamentin  tipi  orqanizimdə  bu  şirələrdən  birinin  üstünlüyündən 
asılıdır..  Temperamentin  bu  4  tipinin  adı  həmin  şirələrin  adına  uyğun  verilmişdir:sanqvinik 
(latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm),  xolerik (yunanca chole-öd), 
melanxolik (yunanca melian chole – qara öd). 
Temperament haqqında təlimlər tarixindən 
 
İnsanların  psixi  fəaliyətlərinin  dinamikliyinə  görə    fərqlənmələri  hələ  qədim  zamanlardan 
diqqəti  cəlb  etmişdir.  Bu  cür  fərqlərin  yaranmasının  səbəbləri  müxtəlif  istiqamətdə 
öyrənilmişdir.  Müasir  dövrə  qədər  temperament  haqqında  əsasən  üç  nəzəriyyə  geniş 
yayılmışdır: humoral nəzəriyyə, somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi. 
Temperament  haqqında  humoral    nəzəriyyənin  banisi  Hippokrat  olmuşdur.  Bu  nəzəriyyənin 
adı latınca humor (maye) sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nəzəriyyəni 
əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı müasir dövrdə də saxlanmışdır. Hippokratın 

nəzəriyyəsi temperamentin  öyrənilməsi  üçün əsaslı təkan  rolunu oynamışdır.  
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları göstərirlər ki, orqanizm daxilində hormonların 
nisbəti  və  balansı  temperamentin  təzahürlərini  müəyyən  edir,  məsələn,  qalxana  bənzər  vəzin 
hormonlarının çoxluğu insanın yüksək əsəbililik və qıcıqlanması ilə şərtlənir. 
Sonrakı  əsrlərdə  tədqiqatçılar  davranışın  bədən  quruluşundakı  və  fizioloji  funksiyalardakı  
fərqlərlə  üst-üstə  düşən  müxtəlifliyi  müşahidə  edərək  bu  fərqləri  nizama  salmağa  və 
qruplaşdırmağa  çalışıblar.  Nəticədə  temperamentin  çoxsaylı  konsepsiyaları  və  tipologiyaları 
meydana çıxmışdır. Bu konsepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyulmuşdu. 
Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri irsi və anadangəlmə kimi başa düşülür 
və  bədən  quruluşunun  xüsusiyyətlərində  fərdi  fərqlərlə  əlaqələndirilirdi.  Belə  tipologiyalar 
konstitusion tipologiya adını  alır.Bu tipologiya temperament haqqında somatik nəzəriyyənin 
əsasını qoymuşdur. Burada bədən quruluşu temperament tipi  üçün əsas kimi götürülmüşdür. 
Onların  sırasında  ən  geniş  yayılmış  tipologiya  1921-ci  ildə  öz  məşhur  «Bədən  quruluşu  və 
xarakter»  əsərini  nəşr  etdirmiş  E.Kreçmerin  təklif  etdiyi  tipologiya  oldu.  Onun  başlıca 
ideyasına  görə  müəyyən  bədən  quruluşu  tipinə  malik  olan  insanlar  müəyyən  psixi 
xüsusiyyətlərə malikdir. E. Kreçmer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, 
bu  da  ona  4  konstitusional  tipini:    leptosomatik,  piknik,  atletik,  displastik  ayırmağa  imkan 
verdi. 
1.Leptosomatik  –  kövrək  bədən  quruluşu,  hündür  boy,  yastı  döş  qəfəsi,  dar  çiyinlər  uzun  və 
arıq aşağı ətraflarla xarakterizə edilir. 
2.Piknik, – ifrat piy toxumu,  balaca və ya orta boyla, böyük qarınlı, qısa boyunda girdə başlı, 
şişkin bədənlə xarakterizə edilir. 
3.Atletik–inkişaf  etmiş  əzələləri,  möhkəm  bədən  quruluşu,  hündür  və  ya  orta  boylu,  enli, 
çiyinləri olan adamdır. 
4.Displastik–formasız,düzgün olmayan quruluşa malik adamdır. Bu tipdən olan fərqlər bədən 
quruluşunun müxtəlif deformasiyaları ilə xarakterizə edilir. 
Bədən  quruluşunun  adı    çəkilən  tiplərinə  Kreçmer  onun  şizotimik,  iksptimik  və  siklotimik 
adlandırdığı 3 temperament tipini aid edir. 
Şizotimik  –  astenik  bədən  quruluşuna  malikdir,  özünə  qapanıb,  əhval-ruhiyyəsi  sıçrayır, 
inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır. 
Ondan fərqli olaraq iksatimik – atletik bədən quruluşuna  malikdir.  Bu, sakit təmkinli, jest və 
mimikaları,  yüksək  olmayan  elastik  düşüncəli  həssas  olmayan,  çax  vaxt  xırdaca  adamdır. 
Piknik  bədən  quruluşuna  siklotimikdə  malikdir.  Onun  emosiyalarıı  sevinc  və  kədər  arasında 
sıçrayır, adamlarla asanlıqla əlaqəyə girir, realist baxışlara malikdir. 
Kreçmerin  nəzəriyyəsi  Avropada  daha  geniş  yayılmışdır  ABŞ-da  XX  əsrin  40-cı  illərində 
U.Şeldonun temperament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən quruluşunun 
əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən  çıxış edirdi. Bu fərziyyəni  təsvir edərkən 
embriologiyadan  götürülmüş  terminlərdən    istifadə  etməklə  o,  üç  tipi    müəyyən  etmişdir:  1) 
endomorf; 2) mezomorf; 3) ektomorf. 
Şeldona  görə  bədən  quruluşunun  bu  tiplərinə  temperamentin  müəyyən  tipləri  müvafiqdir. 
Müasir psixologiya elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda insanın psixoloji 
xüsusiyyətlərinin formalaşmasında mühit və sosial  şəraitin rolunun tonu qiymətləndirilməsinə 

görə kəskin təngidə məruz qalır. 
 
2.Temperamentin təsnifatı və sinir siteminin xassələri 
 
Əvvəlki  bölmədə  qeyd  olduğu  kimi,  temperament  haqqında  geniş  yayılmış,    bütün  dünya 
miqyasında  qəbul edilən üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P. Pavlov 
tərəfindən  irəli    sürülmüş  bu  nəzəriyyə    ali  sinir    fəaliyyəti  (ASF)  sahəsində  ən  əsaslı 
kəşflərdən biri olmuşdur. İ.P. Pavlov bu yolla temperamentin fizioloji  əsasları  haqqında təlim 
yarada  bilmişdir.  Akademik  İ.P.Pavlov  belə  bir  qənaətə  gəlmişdir  ki,    temperamentin  tipləri 
sinir  sisteminin  tiplərinə  əsasən  formalaşır.  Başqa  sözlə  sinir  sistemi  tipləri  temperament 
tiplərinin fizioloji əsasını  təşkil edir.  Sinir sisteminin bu tipləri anadan gəlmə xarakter daşıyır.  
Ona görə də İ.P.Pavlov bu tipləri  genotiplər adlandırmışdır.  
Ali  sinir  sisteminin  bu  tiplərini  müəyyənləşdirmək  üçün  akademik  İ.P.Pavlov    əsas  sinir 
prosesləri olan oyanma və ləngimənin üç xassəsini əsas götürmüşdür: 1)oyanma və ləngimənin 
qüvvəsi;  2)  oyanma  və  ləngimənin  müvazinət  dərəcəsi;  3)    oyanma  və  ləngimənin 
mütəhərrikliyi. 
İtlər  üzərində  apardığı  uzunmüddətli  tədqiqatlar  əsasında  akademik  İ.P.Pavlov  ali  sinir 
fəaliyyəti  tiplərinin    təsnifatını  vermişdir.  O,  oyanma    və  ləngimənin  güvvəsi  xassəsinə  görə 
itləri güvvətli və zəif olmaqla  iki yeə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını  
qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə qüvvətli 
xassəyə malik olan heyvanların  da iki yerə  ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. 
Nəticədə ali sinir fəaliyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu 
aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ;  
3) diribaş (cəld); 4) sakit. 
Aşağıdakı şəkildə bu tuplərin necə yarandığını əyani şəkiuldə görə bilirik. 
 
 
 
 
 
                         Şəkil 16 
Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, güvvətli, müvazinətsiz xassəyə malik olan 
hövsələsiz  (coşğun  sinir  sistemi  tipi  xolerik  temperament  tipinin;  qüvvətli,  müvazinətli; 
Sinir sistemi tipləri 
Müvazinətli 
Müvazinətsiz S.S.T. 
 
Qüvvətli 
Zəif S.S.T. 
 
Diribaş S.S.T. 
Sakit S.S.T. 
 

mütəhərrik  xassəyə  malik  olan  diribaş  (zirək)  sinir  sistemi    tipi    sanqvinik  temperament 
tipinin;  qüvvətli,  müvazinətli,  asta  xassəyə  malik  olan  sakit  sinir  sistemi  tipi  fleqmatik  tem-
perament tipinin fizioloji əsasını təşkil edir. 
 
4.Temperamentin tipləri 
 
Yuxarıda qeyd etdiyimiz kimi, müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: 
sanqvinik,  xolerik,  fleqmatik,  melanxolik.  İnsanları  temperamentlərinə  görə  fərqləndirərkən 
həmin  tiplərdən  istifadə  olunur.  İnsanların  hansı  tipə  məxsus  olduqlarını  müəyyənləşdirmək 
üçün  müasir  psixologiyadatemperamentin  özünə  məxsus  xassələrinə  istinad  edirlər.  Bunlara 
aktivlik, reaktivlik, emosionallıq aiddir.  : 
Aktivlik.  Bu  xassə  altında  insanın  məqsədə  çatmaq  üçün  xarici  aləmə  nə  dərəcədə  fəal  təsir 
göstərməsi, qarşılaşdığı maneələri necə aradan qaldırması  nəzərdə tutulur. 
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən zəif xarici və daxili təsirləri hiss etmək 
qabiliyyəti başa düşülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə və kəsilməsi 
xüsusiyyətlərini  xarakterizə  edən  xassə  və  keyfiyyətlər  emosionallığa  bağlıdır.  Psixologiyada 
onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional  labilliyi fərqləndirirlər. 
Emosiyaların gücü.  Burada emosional oyanmanın intensivliyi və modallığı əsas götürülür. 
Həyəcanlılıq.  Psixologiyada  ən  çox  həyəcanlılıq  altında    qorxulu  şəraitdə  özünü  göstərən 
emosional oyanıqlıq başa düşülür. 
Qeyri-ixtiyari  hərəkətlərin  reaktivlik  dərəcəsi.Plastiklik  və  onun  əksi  olan  rigidlik  keyfiyyəti. 
Bu  xassəni  insanın  xarici  təsirlərə  nə  qədərtez  uyğunlaşmasından    (plastiklik)  və  ya,  əksinə, 
davranış adət və mülahizələrinin nə qədər ətalətli, dəyişkən  olmamasından (rigid) bilmək olar. 
Qeyd  edilən  xassələrin  olub-olmadığını  nəzər  almaqla  insanların  temperament  tiplərini 
müəyyənləşdirmək mümkündür. 
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə 
olur.  Diqqətini  cəlb  edən  hər  şeyə  canlı  reaksiya  verir.    Mimikaları  və  hərəkətləri  canlə  və 
ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, 
həmişə  birinci  olmağa  çalışır,  yorulmadan  uzun  muddət  işləyə  bilir.  Sanqviniklər  həddindən 
artıq  qayda-qanuna  əməl  edən  olurlar.  Sürətli  hərəkətə,  çevik  təfəkkürə,  sürtli  nitq  tempinə 
malik  olurlar.  Onlarda  plastiklik  yüksək  olur.  Hissləri  asanlıqla  bir-birini  əvəz  edə  bilir. 
Düşdüyü yeni şəraitə  asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə  bilir, 
bir işdən digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək olur. 
Xolerik.  Sanqviniklərdə  olduğu  kimi  xoleriklərdə  də  senzitivlik  aşağı,  reaktivlik    və  aktivlik 
yüksək  olur.  Lakin  xoleriklərdə  reaktivlik  aktivliyi  üstünlük  təşkil  edir.      Ona  görə  də 
xoleriklər  həddindən  artıq  hövsələsiz,  tez  özlərindən  çıxan  olurlar.Onlarda  plastiklik  zəif, 
rigidlik yüksək olur. Bu işi onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, 
dözümlülük  mövcud  olur.  Başladıqları  işi  axıra  qədər  yerinə  yetirməyə    meylli  olurlar. 
Diqqətlərini  keçirməkdə  çətinlik  çəkirlər.  Sanqviniklərdə  olduğu  kimi  xoleriklərdə  də  eks-
travertlik yüksək olur. Müvazinətsiz olurlar. 
Fleqmatik.  Özlərini  hər  yerdə  sakit  aparırlar.  Həddindən  artıq  soyuqqanlıdırlar, 
qaradinməzdirlər.  Uğursuzluğa  məruz  qaldıqda  buna  əhəmiyyət  vermirlər.  İşə  dərhal  gi-

rişmirlər,  lakin  başladıqları  işi  axıra  qədər  yerinə  yetirirlər.  Onlarda  plastiklik  aşağı,  rigidlik 
yüksək  olur.  Onların  mimikaları  kasıb,  ifadəsiz  olur.  Onlar  öz  diqqətlərini  çətinliklə  keçirə 
bilirlər,  yeni  şəraitə  çətinliklə  alışırlar.  Fleqmatiklərdə  daxili  əksolunma  yüksək  olur.  Təkliyi 
sevirlər.  Vərdiş  və  adətlərini  olduqca  ləng  dəyişə  bilirlər.    Bunlarla  yanaşı  fleqmatiklər 
olduqca  işgüzar  olurlar.  Dözümlü  və  özlərini  ələ  ala  biləndirlər.  Onlar  asanlıqla  özlərindən 
çıxması olmur. Yeni adamlara çətin alışırlar. 
Melanxolik.  Onlarda  senzitivlik,  həssaslıq  həddindən  artıq  yüksək  olur.  Kiçicik  bir  işdən, 
hərəkətdən  dərindən  təsirlənirlər.  Hədsiz  dərəcədə    küsəyəndir.  Mimika  və  hərəkətləri 
dərindən  ifadəli  deyildir.  Səsləri  zəif,  hərəkətləri  süstdür.  Onlarda  özlərinə  inam  hədsiz 
dərəcədə  aşağı  olur.  Kiçik  uğursuzluq  onlarda  dərin,  bəzən  ciddi  əhval  pozğunluğu  yaradır. 
Həmişə  başqalarının  onların    halına  yanmalarına  gözləyirlər.  Həddindən  artıq    təklikliyə 
qapılırlar. O tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmir. Onlarda 
introvertlik yüksək olur. 
Nəzərə  almaq  lazımdır  ki,  temperamentin  təmiz    bir  tipinə  malik  olan  adam  tapmaq  çətindir. 
Hər bir adamda bu tiplərin hamısının  əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan 
birinin əlamətləri üstünlük təşkil   etdikdə adamı həmin tipə aid edirlər. 
Bütün  bunlarla  yanaşı  olaraq  temperamentin  bu  tiplərindən  birini  yaxşı,  digərini  pis 
adlandırmaq olmaz. Hər tipin  özünəməxsus   müsbət və mənfi cəhətləri vardır. 
 
Mövzu 14. Xarakter və qabiliyyətlər 
                 Plan: 
                1.Xarakter və şəxsiyyətin motivasiya sahəsi 
                2.Xarakterin əlamətləri 
                3.Xarakterin aksentuasiyası 
                4.Qabiliyyətlər haqqında anlayış 
                5.Qabiliyyətin formalaşması 
 
1.Xarakter və şəxsiyyətin motivasiya sahəsi. 
 
        Xarakterin  tərifi.  İnsanları  bir-birlərindən  fərqləndirən  şəxsiyyətin  davamlı  fərdi 
psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən  
onların  xasiyyətini,  xarakterini  ön  plana    çəkirlər.  Bu  baxımdan  yunanca  “xarakter” 
“möhür”,  “naxış”  mənasini  bildirir.  Xarakter  bir  növ  insanın    yalnız  özünəməxsus 
davranış  formasını  əks  etdirir.  Onun  ən  mühüm  cəhəti  ondan  ibarətdir  ki,  xarakter 
şəxsiyyətin  hər  cür    xüsusiyyətlərini  deyil,  mühüm  və  davamlı  fərdi  xüsusiyyətlərinin  
məcmuunu  özündə  əks  etdirir.    Digər  tərəfdən    xarakteri  bir  psixi  fenomen  kimi  fərq-
ləndirən  başlıca  cəhət  ondan    ibarətdir  ki,  o  həmişə  fəaliyyət  və  ünsiyyət  prosesində, 
insanın  onu  əhatə  edən  gerçək  aləmə  və  insanlara  münasibətdə  təzahür  edir.  Xarakter 
həyatda  qazanılmış  davranış formasıdır.  Heç kim anadan  tənbəl və ya işgüzar, kobud 
və  ya  mehriban,  qəddar  və  ya  humanist,  səliqəli  və  ya  pinti,  təvazökar  və  ya  xüdbin 
doğulmur.  Bu  kimi  keyfiyətləri  həyat  prosesində,  tipik  şəraitin,  təlim  və  tərbiyəsinin 
təsiri  altında  əldə  edir.  Həmin  əlamətlər  həmin  insanın    xarakterini  təşkil  edən  tipik 

əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır. 
          Bütün bunlarla yanaşı olaraq insan xarakteri onun  dünyagörüş və əqidəsilə də sıx 
bağlıdır. İnsanın  münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz 
onun  xarakter    əlamətlərinin  formalaşmasına  zəmin  yaradır.  Adətən,  xarakter 
formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir. 
        Yuxarıda qeyd edilənlərə əsasən xarakterə belə tərif vermək olar: 
        Konkret  şəsiyyət  üçün  tipik  olan  fəaliyət  və  ünsiyyət  prosesində  formalaşan  və 
təzahür  edən,  tipik  şəraitdə  üzə  çıxan  və  şəxsiyyyətin  bu  şəraitə    olan  münasibəti  ilə 
müəyyən  edilən  özünəməxsus  fərdi  psixoloji  xüsusiyyətlərinin  məcmusuna    xarakter 
deyilir. 
        Psixoloqların apardıqları tədqiqatlar  belə bir qənaətə gəlməyə imkan vermişdir  ki, 
şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünə məxsusluğunu  iki cəhətdən 
müəyyənləşdirir.  Birinci, insanın düşdüyü  hər bir tipik şəraitdə  emosional həyəcanların 
fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır.  Həyati faktlar xarakterin 
hər  bir  xüsusiyyətinin  məhz  bu  cür  tipik  şəraitdə  özünü  büruzə  verdiyini  göstərir. 
İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin  təzahür edən davranış fomasının özünəməxsus 
fərdi  xüsusiyyətləri də onun münasibətindən asılıdır. 
 
 
 
2.Xarakterin əlamətləri 
 
Xarakter  əlamətlərinin  qarşılıqlı  əlaqəsi.  Həyati  faktlardan  göründüyü  kimi,  insan 
xarakteri  çoxcəhətli  xüsusiyyətə  malikdir.  İnsan  xarakterində  müxtəlif  özünəməxsus 
əlamətləri müşahidə etmək mümkündür. Bu əlamətlər bir-birindən ayrı, təcrid olunmuş 
şəkildə deyil, vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır.  
Xarakterin  strukturunda  olan  əlamətlər  bir-biri  ilə  qanunauyğun  şəkildə  bağlıdır. 
Təcrübə  göstərir  ki,  əgər  insan  qorxaqdırsa  o  düşünməyə  belə  bir  əsas  verir  ki,  həmin 
adam  təşəbbüskarlıq,  qətiyyətlilik  və  müstəqillik,  əliaçıqlıq  keyfiyyətlərinə  malik  ola 
bilməz.  Bununla  belə  xaraktercə  qorxaq  olan  adamda  mütləq  sünilik  və  yaltaqlıq, 
konformluq,  acgözlük,  xəsislik,  satqınlığa  hazır  olmaq,  inamsızlıq  və  s.  əlamətlər  özünü 
göstərəcəkdir.  Lakin  bu  zaman  həmin  əlamətlər  arasında  qorxaqlıq  üstünlük  təşkil 
edəcəkdir. 
Xarakter  əlamətləri  içərisində  bəziləri  əsas,  aparıcı  əlamət  kimi  özünü  göstərəcək  və 
bütün  kompleksin  təzahürünün  inkişafına  istiqamət  verəcəkdir.  Bunlarla  yanaşı  olaraq 
xarakterdə  ikinci  dərəcəli  əlamətlər  də  mövcud  olur  ki,  onlar  bir  halda  əsas  əlamətlərə 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin