Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   17   18   19   20   21   22   23   24   25

 

 
Mövzu 22. Müəllim-şagird şəxsiyyətinin psixologiyası 
                                  Plan: 
    1.Müəllim şəxsiyyətinə verilən tələblər 
    2.Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu 
    3.Müəllim şəxsiyyətinin peşə-pedaqoji istiqamətləri və pedaqoji bacarıqları 
    4.Müəllimin pedaqoji qabiliyyətləri 
 
1.Müəllim şəxsiyyətinə verilən tələblər 
 
Pedaqoji fəaliyyətdə müəllim şəxsiyyəti nəzərə alınana vacib məsələlərdaən sayılır.Bildiyimiz 
kimi  müəllim  gələcək  vətəndaş,gələcəyə  şəxsiyyət  yetişdirir.Ona  görə  də  müəllimin  öz 
şəxsiyyəti  inkişaf  etmiş  dərəcədə  olmalıdır  ki,o  şagirdləinidə  bu  yönümdə  inkişaf  etdirə 
bilsin.Müəllimin  şəxsiyyətini  müəyyənləşdirən  bir  çox  xüsusiyyətlər  var.Onlara  aşağıdakıları 
aid edə bilərik: 
-müəllimin  şagirdləri  başa  düşməsi  və  onların  hərəkət  və  uğurlarını  qiymətləndirə 
bilməsi.Bəzən müəllimin şəxsi xarakteri onun şagirdlərindən uzaqlaşmasına səbəb olur. 
        -müəllimin  dərsi  təşlkil  etmək  və  öz  üzərində  işləyib  bunun  üçün  yeni  metodlar 
hazırlaması.Hər bir müəllimin öz şəxsi üslubu var və pedaqoji fəaliyyətini də bu istiqamətdə 
qurur.Müəllimin bu cür yanaşması onun şəxsiyyətindən xəbər verir. 
        -müəllimin  sərvət  meyilləri,əqidəsi,ideya  inamı  onun  şəxsiyyətinin  göstəricisidir.müəllim 
qarşıdakı  məqsədin  dəyərini  hiss  etməli,əqidəsi  və  özünəinamından  istifadə  edərək  bu  işin 
öhdəsindən layiqincə gəlməyi bacarmalıdır. 
        -müəllim bilikli,təcrübəli olmalı və şagirdləriə bu bilikləri ötürməlidir. 
        -müəllimin  qabiliyyətləri,yaradıcıllıq  bacarığı  onun  şəxsiyyətinin  inkişafından  xəbər 
verir.Belə  müəllimlər  şagirdlərlə  daha  çox  iş  görür,sinifdənkənar  işlərə  onları  cəlb  edir  və 
kollektivlə işləməyi bacarır. 
        -müəllimin  şagirdləri  tərbiyə  etmək  və  inkişaf  etdirmək  bacarığı  onun  şəxsiyyətinin 
göstəricisidir. 
        -müəllim şagirdlərini düzgün istiqamətə yönəltməli və bu yolda onlara kömək etməlidir
        Qeyd olunan bu keyfiyyətlər pedaqoji fəaliyyətlə məşğul olan müəllimin şəxsiyyətinin nə 
dərəcədə  inkişafını  göstərir.Hər  müəllimdə  bu  göstəricic  eyni  səviyyədə  deyil.Kimində 
az,kimində çox dərəcədədi.Məhz müəllimləridə fərqləndirən bu göstəricilərdir. 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
2.Müəllim şəxsiyyətinin pedoqoji fəaliyyətdə rolu 
 
Pedaqoji fəaliyyətdə şagirdlərlə daima ünsiyyətdə olan müəllimlərin fərdi keyfiyyətləri 
tədricən şagirdlərinə keçir və onların xarakterik əlamətlərinə çevrilir.Müəllim özüdə bilmədən 
öz  xüsusiyyətlərini  şagirdlərinə  ötürür.Buna  gördə  pedaqoji  işdə  müəllimin  şəxsi 
keyfiyyətlərinə  və  şəxsiyyətinə  böyük  yer  verilir.Müsbət  əxlaqi  keyfiyyətləri  olan    və 
şəxsiyyəti  inkişaf  etmiş  müəllimlər  şagirdlərinə  yaxşı  örnək  olurlar.Müəllimin  şəxsiyyətinin 
inkişafı və pedaqoji fəaliyyətdə uğurları onun bir sıra keyfiyyətlərindən asılıdır. 
       -müəllimin öz fəaliyyətini məqsəd əsasında qurması və məqsədin həyata keçirilməsi üçün 
onun iradi səy göstərməsidir.Belə müəllimlər şagirdlərinin işlərini və hərəkətlərini nəzarətdə 
saxlayır və onlara planla işləməyi öyrədir. 
       -müəllimin  təkidliliyi,bu  təkcə  müəllimin  şagirdlərinə  və  başqalarına  qarşı  təkidliliyi  ilə 
ölçülmür.Eyni  zamanda  müəllimin  öz  üzərinə  düşən  işi  yerinə  yetirməsində  və  özündə  olan 
nöqsanları  aradan  qaldırmasında  və  öz  məqsədinə  çatmasında  da  təkidlik  göstərməsi  ilə 
bağlıdır. 
       -müəllimin  dözümlü,hövsələli  və  özünüələ  ala  bilməsidir.Müəllim  dərsdə  qabaqcadan 
qarşılaşacağı psixoloji iqlimi bilmədiyi üçün o,hər şeyə hazır olmalı,çətin vəziyyətlərdən çıxış 
yolu tapmağı və özünü ələ almağı bacarmalıdır
        Görkəmli rus pedaqoqu K.D.Uşunuski müəllimə çox böyük tələblər verirdi.Onun fikrincə 
müəllim  hərtərəfli  inkişaf  etmiş  bir  şəxsiyyət  olmalıdır.Çünki  onu  özüdə  şəxsiyyət 
yetişdirir.Müəllim şagirdi hərtərəfli kəşf rtməli və ona yaxşı bələd olmalıdır ki,onu tərbiyə edə 
bilsin.Bildiyimiz  kimi  tərbiyə  ikitərəfli  bi  prosesdir  və  burada  müəllimlə-şagird  qarşılıqlı 
təmasda olduqları üçün onlar bir-birinə psixoloji təsir göstərir və bir-birinin dəyişməsinə səbəb 
olurlar.Trəbiyə işində müəllimi və ümumiyyətlə insanı ikinci bir qüvvə əvəz edə bilməz. 
        Müəllimin  şəxsi  keyfiyyətləri  uşaqların  sonrakı  həyatında  da  təsir.Onlarin  müəllimləri 
haqqındakı  fikirlərinin  formalaşmasına  müəllimlərin  şəxsiyyəti  və  əxlaqi  keyfiyyətləri  təsir 
edir. 
 
 
3.Müəllim şəxsiyyətinin peşə-pedoqoji istiqamətləri və pedoqoji bacarıqlar 
 

Müəllimin  peşə-pedaqoji  istiqaməti  dedikdə,müəllimin  öz  işini  həyata  keçirməsi  üçün 
tutduğu  yol  nəzərdə  tutulur.Müəllimin  öz  peşəsinin  arxasınca  getməsi  və  bu  istiqamətdə 
addımlaması  onun  davamlı  və  sabit  motivləri  əsasında  yaranır.Müəllimin  peşə-pedaqoji 
istiqaməti  onun  əqidəsinin,ideyalarının  əsasında  formalaşır.Onun  peşə-pedaqoji  istiqamətə 
yönəlməsi və bu yolu tutması sadalanan amillərlə yanaşı indi qeyd edəcəyimiz iki əlamətdəndə 
çox asılıdır: 
       -müəllimin uşaqlara olan sonsuz məhəbbəti.Paixoloqların fikrincə müəllimlik sənətinin ən 
baçlıca  sirri  uşaqları  sevmək  və  onların  istəyərəkdən  qayğısına  qalmaqdan  ibarətdir.Bəzən 
uşaqları  sevməyi  onlara  qarşı  hədsiz  inamda,inanıb  heç  maraqlanmamaqda,onları  özbaşına 
buraxmaqda və ürəyiyumşaqlıqda görürlər.Amma bu düzgün yanaşma deyil.  
        -müəllimin ixtisasa marağı və onu sevməsidir.Müəllim öz  peşəsini sevməsə,öz işinə can 
yandırmasa,onda pedaqoji işdə heç bir uğur əldə 
 edə  bilməz.Öz  peşəsini  sevə  müəllim  öz  işi  ilə  daima  maraqlanar  və  yenilikəri  izləməyədə 
həvəsi  olar.Bəzən  həvəsi  olmayan  və  bu  peşəni  sevməyən  insanlar  bi  işdə  çalışrlar.Onlar  bu 
işin öhdəsindən layiqincə gələ bilmirlər və çünki bu peşəyə həvəsləri olmur. 
        Amma  lazımdır  ki,bu  peşəyə  həvəsi  olan  və  onu  sevən,ona  hörmət  edən  insanlar  bu 
peşəyə  yiyələnsin.Müəllim  peşəsini  sevməsə,onda  motivlər  yaranmasa  o  bu  peşənin 
istiqamətini müəyyən edə və onun arxasınca gedə bilməz. 
 
 
 
4.Müəllimin pedoqoji qabiliyyətləri 
 
Müəllimin  pedaqoji  fəaliyyətində  uğurlar  təkcə  onu  şəxsi  keyfiyyətləri  ilə 
ölçülmlür.Bundan  baçaqa  nəzərə  alınması  zəruri  hesab  edilən  bir  çox  məsələlərdə 
var.Bunlardan  müəllimin  nəinki  təkcə  öz  peşəsi  haqqında  dərin  biliyə  malik  olması  eyni 
zamanda  bu  bilikləri  şagirdlərə  çatdırma  yollarını  da  bilməlidir.Müəllimin  şagirdləri  bir 
qrupda  cəmləşdirib,onları  təlim  və    tərbiyəyə  cəlb  etmə  bacarığının  olmas  müəllimin  ən  əsas 
bacarığı hesab olunur.Bundan başqa müəllimin bacarıq və vərdişləridə var.A.İ.Şerbakov onları 
aşağıdakı kimi qruplaşdırmışdır. 
Məlimatverici  bacarıq  və  vərdişlərə-müəllimin  şagirdlərə  öz  biliyini  çatdırması  yolları  aid 
edilir.Müəllim  dərsi  şagirdlərə  yeni  metodlardan  istifadə  etməklə,yerli-yerində  texniki 
vasitələri  tətbiq  etməklə,material  şagirdlərin  yaxşı  yadında  qalsın  deyə  əyani  vasitələrdən 
istifadə  etməklə aşılamalıdıır.Müəllim daima yenilikləri izləməli və bu məlumatları şagirdlərə 
çatdırmalıdır.Dərs  yeni  proqram  yəni,problemli  və  proqramlaşmış  təlim  əsasında  təşkil  etsə 
daha uğurlu alınar.Müəllim dərsdə şagirdlərlə əks-əlaqədə olmalı və dərs sual-cavab əsasında 
qurulmalıdır.Müəllim  şagird  kollektivlə  işləməyi  bacarmalı  və  dərsdənkənar  işləri  təşkil 
etməlidir.Şagirdlər müəllimə ianmalı və onun verdiyi məsləhətlərə qulaq asmalıdır.Müəllimlər 
şagirdlərləri 
dərslə,yəni 
təlimlə 
və 
tərbiyə 
ilə 
əlaqədar 
ekskursiyalara,teatra,kinoya,muzeylərə,tarixi abidələrə səyahətə apara bilərlər. 
         Səfərbəredici  bacarıq  və  vərdişlər-müəllimi  öz  gücündən  maksimum  istifadə  etməklə 
şagirdləri  bir  kollektiv  halında  bir  yerə  yığıb,onları  təşkil  edib,öz  imkanlarından  istifadə 

etməyi öyrətmək  və təlimə yiyələnmək üçün  öz üzərində işləməyi,kitablar üzərində işləməyi, 
bacarmağı  öyrətmədən  ibarətdir.Şagirdlər  müəllimləri  tərəfindən  əldə  etdikləri  bilikəri 
mənimsəməklə kifayətlənməməli həmdə onları prktikaya tətbiq etməyi bacarmalıdır. 
        İnkişafetdirici  bacarıq  və  vərdişlər-müəllimlər  şagirdlərə  verdikiləri  bilikləri  inkişaf 
etidirməyi  bacarmalıdırlar.Beləki,onlar  bilikləri  təcrübədə  tətbiq  etməli  və  yeniliklər  əldə 
etməlidirlər.Bunun  üçün  özlərinə  yeni  metodlar  seçməli  və  bu  metodlara  əsasən  bilikləri 
praktikaya tətbiq etməlidirlər. 
        İstiqamətləndirici 
bacarıq 
və 
vərdişlərə-müəllimin 
şagirdlərini 
gələcəyə 
hazırlaması,bunun  üçün  onlara  məsləhət  vermək,onları  düzgün  istiqamətləndirmək  bacarığı 
aiddir.Müəllim şagirdləri imkanlarına bələd olmalıdlrki.onlara öz imkanlarına uyğyn məsləhət 
verə bilsin.Müəllimin bu bacarıq və vərdişlərinin sayəsində şagirdlərdə dünyagörüş,əqidə,əqli 
və əxlaq keyfiyyətlər formalaşır və inkişaf edir. 
        Təlimin uğurlu alınması bu cür bacarıq və vərdişlərdən asılıdır. 
Müəllimin  pedaqoji  fəaliyyətinin  uğurlu  alınması  həm  müəllimin  pedaqoji  fəaliyyət 
zamanı  yaranan  bacarıq  və  vərdişlərindən,həmdə  müəllimin  formalaşan  qabiliyyətlərindən 
asılıdır.Təlimdə  həm  müəllimin  sahib  olduğu  bacarıq  və  vərdişlər,həmdə  qabiliyyətlər  bir-
birindən ayrılmaz surətdə həyata keçirilir.Müəllimin pedaqoji qabiliyyətlərinə aid edilir: 
Şəxsi  pedaqoji  qabiliyyətlər-buna  müəllimin  öz  şəxsi  keyfiyyətləri  və  əlamətləri  aid 
edilir.Buna  müəllimi  dözümlülük  və  səbrlilik  qabiliyyəti  daxildir.Şagirdlər  müəllimin  həqiqi 
sevgisini duyur və ona qarşıda eyni cavabı verir.Müəllim öz peşəsini sevdiyi kimi bu peşənin 
özəyini təşkil edən şagirdləri də sevməli və onlara hörmət etməlidir.Müəllim dərsdə özünü ələ 
almalı    və  özünə  sahib  olmaıdır.Çünki,müəllim  şagirdlərlə  kobud  danışmamalı,onları  təhqir 
edən  heç  bir  söz  deməməlidir.Bu  o  demək  deyil  ki,müəllim  şagirdlərə  mənfi  hərəkətlərini 
bildirməsin və həmişə üstündən keçsin.Buda düzgün yanaşma deyil.Müəllim gülər üzlü olmalı 
və onlara pozitiv enerji verməlidir. 
Müəllimin  didaktik  qabilyyəti-buna  müəllimin  təlimi  şagirdlərin  anlaq  səviyyələrinə,yaş  və 
qabiliyyətlərinə  uyğun  təşkil  edə  bilməsi  aid  edilir.Müəllim  şagirdlərdə  təlimə  qarşı  maraq 
yaratmalı və onlara öz fənnlərini sevdirməlidirlər. Buraya müəllimin materialı izah edə bilmə 
qabiliyyəti  aid  edilir.O,  çətin  anlaşılan  mövzunu  asand  etməli  özündə  asand  çatdırılmalı 
yollarını seçməli və şagirdlərə tətbiq etməlidir. Müəllim pedaqoji fəaliyyətində şagirdləri başa 
düşməli və onlara uyğun dərsi qurmalıdır.Elə müəllimlər varki,özləri hər şeyi bildikləri kimi 
elə bilirlərki,şagirdlərdə hər şeyi bilir və onlara izahat verməyə  ehtiyac yoxdur. Buna görədə 
şagirdlər  materialı  yaxşı  mənimsəyə  və  təhlil  apara  bilmirlər.Amma  şagirdləri  başa  düşən 
müəllim  onların  yerində  olmağı  bacarır  və  onlara  dərsi  yaxşı  başa  düşməkləri  üçün  bütün 
köməkliyi  edirlər.  Müəllimin  natiqlik  qabiliyyəti-nitq  ikinci  siqnal  sistemidir,buna  görədə 
müəllimlər  öz  fikirlərini  şagirdlərə  bu  üsulla  çatdırır.  Müəllim  nitqlə  yanaşı  mimika  və 
pantomimikadan  da  istifadə  edir.  Müəllimin  nitqi  aydın,ifadəli,dəqiq  və  səlis  olmalı  və 
şagirdlərin başa düşəcəyi dildə ,onların anlaq səviyyələrinə uyğun tərzdə danışmalıdır.Dərsin 
təşkili zamanı müəllimin nitqi monotonlu olmamalıdır.Şagirdin diqqətinin yayınmaması üçün 
müəllimin  nitqi  yeri  gəldikdə  ucalmalıdır.Müəllimin  öz  fənnini  dərindən  bilməsi  və  bunu 
hərtərəfli şagirdlərə çatdırması pedaqoji fəaliyyətə vacib məsələlərdəndir. 

 Müəllimin  təşkilati-kommunikativ  qabiliyyətləri-buna  müəllimin  şagird  kollektivini  təşkil 
etməsi,ona rəhbərliyin öhdəsindən məharətlə gəlməsi,şagirdləri kollektivin normaları ilə tanış 
etməsi və s. aid edilir. Kommunikativ qabiliyyətlərə müəllimin şagirdlərlə ünsiyyət qura bilmə 
bacarığı aid edilir. Beləki,müəllimlər şagirdlərlə həmişə demokratik ünsiyyət üslubunda olmalı 
və ən çox bu ünsiyyət üslubuna üstünlük verməlidir. Belə olduğu halda şagirdlər müəllimlərini 
sevər  və  onlara  hörmət  edər.  Müəllimin  pedaqoji  mərifəti,pedaqoji  təxəyyülü  onun  başaq 
müəllimlərdən fərqləndirən və şagirdlərinə sevdirən müsbət xüsusiyyətləridir. Müəllim dərsdə 
diqqətini  bir  yox  bir  neçə  istiiqamətə  payalaya  bilər.  Beləki,  pedaqoji  fəaliyyət  zamanı 
müəllim  diqqətini  həm  özünə,  həm  izah  etdiyi  materiala,  həm  şagirdlərə  paylamağı 
bacarmalıdır.  Bu  halada  müəllim  sinfi  təşkil  etmiş  olur.  Pedaqoji  fəaliyyətdə  bu  bacarıqlar, 
vərdişlər və qabiliyyətlər  yerinə yetirilsə onda bu işdə uğur əldə etmək mümkün olar.   
 
1. Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti pedaqoji qabiliyyətlərin srukturunda əsas özəyini 
təşkil  edir.  Bu  cür  pedaqoji  qabiliyyətlər  anlayışı  altında  uşaqlara  qarşı  ağıllı  məhəbbət  və 
onlara bağlılıq, onlara qarşı xeyirxah münasibət, onlarla ünsiyyətdə olmaq və işləmək arzusu 
və  cəhdi  başa  düşülür.  Bu  cür  pedaqoji  qabiliyyətə  malik  olan  müəllim  uşaqlarla  pedaqoji 
ünsiyyətdən,  qəribə  uşaq  aləminə  daxil  olmaqdan  həzz  alır,  onlara  qarşı  diqqətli,  xeyirxah 
münasibət  bəsləyir.  Lakin  bu  münasibətlərin  heç  birinin  ürəyiyumşaqlıq,  güzəştə  getmək, 
məsuliyyətsizlik  səviyyəsinə  enməsinə  yol  vermir.  Uşaqlar  həqiqi  və  ya  süni  münasibəti  bir-
birlərindən  asanlıqla  ayıra  bilirlər.  Onlar  müəllimin  özlərinə  qarşı  həqiqi  münasibətini  hiss 
etdikdə eyni münasibətlə də cavab verirlər. Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək 
üçün lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də dözümlülük və özünəsahib 
olmaq qabiliyyətidir. Müəllim həmişə, hər cür, hətta gözlənilməyən şəraitdə özünü ələ almağı, 
özünə  sahib  olmağı,  öz  hisslərini,  temperamentini  cilovlamağı  bacarmalı,  öz  davranışına 
nəzarəti itirməməlidir. Lakin bu heç də o demək deyildir ki, müəllim öz hisslərini daima süni 
şəkildə boğmalıdır. O, şagirdlərlə birlikdə şadlana, sevinə də bilər. Lazım gəldikdə tərbiyevi 
məqsədlə  qəzəb  və  narazılığını  da  nümayiş  etdirə  biİər.  Lakin  bu  zaman  o  heç  vaxt  özündən 
çıxmamalı,  qışqıra-qışqıra,  kobud  və  təhqiramiz  tonla  danışmamalıdır.  Bununla  belə 
müəllimin dözümlülüyü özünə sahib olması etinasızlıq səviyyəsinə qalxmamalıdır. Müəllimin 
digər mühüm şəxsi qabiliyyəti dərsdə şagirlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada 
bilməsidir.  Bu  cür  qabiliyyətə  malik  olan  müəllimlər  özlərinin  gümrahlığı  həyatsevərliyi, 
kifayət  qədər  canlılığı  ilə  fərqlənirlər.  Nə  olursa  olsun,  müəllim  həmişə  nikbin,arzuolunan 
əhval-ruhiyyə  ilə  sinfə  daxil  olmalıdır.  Məhz  buna  görə  də  müəllim  özünün  əhvalını  idarə 
etməyi, tənzimləməyi bacarmalıdır.  
2.  Didaktik  qabiliyyətlər-müəllimin  zəruri  məlumatları  şagirdlərə  çatdıra  bilmək,  öyrədə 
bilmək,  materialı  uşaqlarm  səviyyələrinə  uyğunlaşdırmaqla  onlara  çatdırmaq,  material  və  ya 
problemi aydın və  ya  anlaşıqlı şəkildə  şagirdlərə  təqdim etmək, fənnə  qarşı  maraq  oyatmaq, 
şagirdlərdə  fəal  müstəqil  fıkir  yarada  bilmək  qabiliyyətlərindən  ibarətdir.  Buraya  konkret 
olaraq müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv-nitq (natiqlik) qabiliyyətini, nəzəri 
qabiliyyətləri (akademik qabiliyyət) aid etmək olar.  
Müəllimin  izah  edə  bilmək  qabiliyyəti.  Bu  cür  qabiliyyətə  malilk  olan  müəllimin  fıkri 
şagirdlər  üçün  aydın  olur.  Onlar  çətin,  anlaşılmaz  materialı  şagirdlər  üçün  anlaşıqlı  edə 

bilərlər.  Təlim  materialının  məzmununu  şagirdlərin  səviyyəsinə  uyğun,  aydın  və  anlaşıqlı, 
sadə  şəkildə  izah  edə,  çatdıra  bilirlər.  Nəticədə  onlar  şagirdlərdə  tədris  etdikləri  fənnə  qarşı 
maraq oyadır, onların fıkrinin fəal müstəqil işləməsinə şərait yaradırlar. Belə müəllimlər zəruri 
hallarda çətini asan etməyi, mürəkkəbi sadələşdirməyi, anlaşıqsızı anlaşıqlı etməyi bacarırlar. 
Bu  cür  qabiliyyətə  malik  olan  müəllim  şagirdiərin  hazırlıq,  inkişaf  səviyyələrini,  nəyi 
bildildərini  və  nəyi  bilmədiklərini,  nəyi  artıq  unuda  bildiklərini  nəzərə  alır,  şagirdlərin 
qarşılaşa  biləcəkləri  çətinlikləri  görür  və  onlann  qarşısını  almağa  çalışır.  Qeyd  edilən 
qabiliyyətə malilk olan müəllim özünü şagirdin yerinə hiss edə bilir, onun mövqeyində dayanır 
və özünə aydın olan fikirlərin şagird üçün aydın ola bilməməsi hallarının mümkünlüyünü başa 
düşür. Ona görə də öz izahatını xarakter və formasını xüsusi şəkildə düşünür.  
Ekspressiv-nitq  (natiqlik)  qabiliyyətləri.  Pedaqoji  fəaliyyətin  müvəffəqiyyətli  icrasında  nitq 
qabiliyyətləri  də  həlledici  rol  oynayır.  Nitq  qabiliyyətləri  lazımi  səviyyədə  inkişaf  etməyən 
müəllim  nəzərdə  tutulan  təlim  materialını  şagirdlərə  çatdırmaqda  çətinlik  çəkir.  Bu  cür 
qabiliyyətlərə  malik  olan  müəllim  öz  fıkir  və  hisslərini  nitqin,  eləcə  də  mimika  və 
pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə, nitqin köməyilə şagirdlərin fıkir və diqqətini 
maksimum dərəcədə fəallaşdıra bilir. Müəllimin peşəsi üçün bu ən zəruri qabiliyyətlərdən biri 
hesab  olunur.  Bu  cür  qabiliyyətə  malik  olan  miiəllimlər  dolaşıq,  mürəkkəb  danışıq  tərzindən 
qaçır,  öz  fikirlərini şagirdlərin başa  düşəcəyi  sadə, aydın dildə  ifadə  edirlər. Müəllimin nitqi 
canlı,  obrazlı,  ifadəli,  emosional,  aydın,  stilistik,  qrammatik  və  fonetik  cəhətdən  qüsursuz 
olmalıdır. 
 Nəzəri  qabiliyyətlər.  Bu  cür  anlayış  altında  müəllimin  miivafiq  fənn,  daha  doğrusu  elm 
sahəsinə  aid  qabiliyyətləri  nəzərdə  tutulur.  Müəllimin  tədris  etdiyi  fənni  dərindən  bilməsində 
ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəliim öz fənnini təkcə tədris kursunun həcmində 
deyil,  daha  geniş,  dərindən  bilir,  tədris  etdiyi  elm  sahəsində  olan  kəşfləri  daima  izləyir, 
materiala tam sərbəst yiyələnir, ona böyük maraq göstərir, kiçicik də olsa öz ixtisası sahəsində 
tədqiqat işi aparır.  
3.Təşkilati  kommunikativ  qabiliyyətlər.  Bu  cür  pedaqoji  qabiliyyətlər  müəllimin  təşkilatçılıq 
funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə konkret olaraq aşağıdakıları 
aid  etmək  olar:  təşkilatçılıq  qabiliyyəti,  avtoritar  qabiliyyət,  kommunikativ  qabiliyyət, 
perseptiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya 
bilmək  qabiliyyəti,  pedaqoji  refleksiya.  Təşkilatçılıq  qabiliyyətləri.  Bu  cür  qabiliyyətlər  də 
pedaqoji  fəaliyyət  üçün  az  əhəmiyyətə  malik  deyildir.  Təlim  və  tərbiyənin  səmərəliliyi 
müəllimin təşkilatçılıq qabiliyyətindən çox asılıdır. Müəllimin təşkilatçılıq qabiliyyətləri təlim 
tərbiyə  prosesində  özünü  dərhal  büruzə  verir.  Bu  cür  qabiliyyətlər  iki  formada  təzahür  edir. 
Birincisi,  şagird  kollektivini  təşkil  etmək,  möhkəmləndirmək,  mühüm  vəzifələrin  həyata 
keçirilməsinə  ruhlandırmaq,  ona  düşünülmüş  səviyyədə  təşəbbüs  və  müstəqillik  verə  bilmək 
qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik, işgüzarlılıq, 
dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünəzarəti təşkil etmək bacarığı.  
Avtoritar  qabiliyyətlər.  Müəllim  daima  bu  və  ya  digər  cəhətdən  bir-birindən  fərqlənən 
şagirdlərlə,  onların  təlim  tərbiyəsi  ilə  məşğul  olur.  bu  işdə  müvəffəqiyyət  qazanmaq  onun 
şagirdlər  arasında  hörmətindən  (avtoritetindən)  çox  asılıdır.  Belə  qabiliyyətə  malik  olan 
müəllim  şagirdlərə  bilavasitə  emosional-iradi  təsir  göstərə  bilir  və  bunun  əsasında  onların 

hörmətini  qazanmağı  bacarır.  Bu  cür  qabiliyyətlərin  əsasını  müəllimin  öz  fənnini  mükəmməl 
bilməsi,  onun  incəliklərini  şagirdlərə  çatdıra  bilməsi,  müsbət  iradi  keyfiyyətləri,  öz 
yetişdirmələrini  hədsiz  sevməsi,  gördüyü  işin  doğruluğuna  inamı,  öz  əqidəsini  şagirdlərinə 
aşılaya bilməsi bacarığı və s. asılıdır. 
 Kommunikativ  qabiliyyətlər.  Müəllim  şagirdlərlə  daimi  ünsiyyətdə  olduğuna  görə  onun 
pedaqoji  fəaliyyətində  kommunikativ  qabiliyyətlər  də  mühüm  yer  tutur.  Kommunikativ 
qabiliyyətlər  uşaqlarla  düzgün  qarşılıqlı  əlaqə  yaratmağa  imkan  verir.  Kommunikativ 
qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq 
bacarığı,  şagirdlərlə  pedaqoji  nöqteyi-nəzərdən  məqsədə  müvafıq  qarşılıqlı  əlaqə  yarada 
bilmək bacarığı aiddir.  
Perseptiv qabiliyyətlər - şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun 
müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir.  Bu 
cür qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini 
qavrayır  və  eləcə  də  anlayır,  ötəri  bir  əlamətə,  kiçicik  zahiri  ifadəyə  əsasən  şagirdin  daxili 
aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir.  
Suqqestik  qabiliyyət  (latın  dilindən  tərcümədə  “təlqinə  əsaslanan”).  Bu,  şagirdlərə  iradi  təsir 
göstərmək  qabiliyyəti)  müəyyən  tələbi  irəli  sürmək  və  onun  yerinə  yetirilməsinə  mütləq  nail 
olmaq qabiliyyətindən ibarətdir.  
Suqqestik  qabiliyyətlər  müəllimdə  iradənin  inkişafından,  özünə  qarşı  dərin  inammdan, 
şagirdlərin təlim və tərbiyəsinə məsuliyyət hissindən, eyni zamanda müəllimin özünün düzgün 
hərəkət  etməyinə  dərin  inamından  asılıdır.  Burada  söhbət  müəllimin  sakit,  şagirdləri 
kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona 
nail olmasından gedir.  
Pedaqoji mərifət. Bu cür qabiliyyət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və 
konkret  şəraiti  nəzərə  alaraq  daha  məqsədəuyğun  təsir  üslubundan  istifadəni  müəyyənləşdirə 
bilməsində  təzahür  edir.  Pedaqoji  mərifətdə  şagirdə  qarşı  hörmət  və  tələbkarlıq  bacarıqla 
birləşdirilir.  (Pedaqoji  mərifət  barədə  aşağıda  pedaqoji  ünsiyyətdən  danışarkən  geniş  bəhs 
olunmuşdur).  
Pedaqoji  təxəyyül.  Şagirdlərlə  daima  ünsiyyətdə  olan  müəllim  öz  təlim  və  tərbiyə  işinin 
nəticəsini  qabaqcadan  görməyi,  təsəvviir  etməyi  bacarmalıdır.  Burada  pedaqoji  təxəyyül 
mühüm  rol  oynayır.  Pedaqoji  təxəyyülə  malik  olan  müəllim  öz  əməllərinin  nəticəsini 
qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda 
hansı keyfıyyətləri ınkişaf etdirməyin mümkün olduğunu görür.  
Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllim öz diqqətini iki və 
daha  artıq  fəaliyyət  və  ya  obyekt  üzərinə  paylaya  bilir.  Bu  cür  müəllim  materialı  necə  şərh 
etdiyini,  şagirdlərin  cavabını  necə  dinlədiyini  izləməklə  nəzər  diqqətini  bütün  şagirdlərin 
üzərinə  yönəldə  bilir,  yorğunluq,  diqqətsizlik,  anlamamaq,  intizamın  pozulması  hallarına  öz 
münasibətini bildirmək və nəhayət, öz davranış tərzini (poza, jest, yeriş və s.) izləyir.  
Pedaqoji refleksiya. Bu cür qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır, 
müəyyən  pedaqoji  şəraitdə  nəzarət,  qiymətləndirmə,  tənzim  və  təkmilləşdirmə  məqsədilə 
özünün  pedaqoji  fəaliyyət  və  pedaqoji  ünsiyyətinin  məqsəd  və  vəzifələri  ilə  əldə  olunmuş 
nəticəni qarşılaşdıra, müqayisə edə bilir. 

 
 
 
 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin