Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
 
Mövzu 19. Tərbiyənin idarə olunması və özünütərbiyə 
Plan:  
1.  Tərbiyənin psixoloji mahiyyəti 
2.  Şəxsiyyətin inkişafı və özünütərbiyə 

3.  “Çətin” uşaqların tərbiyəsinin psixoloji problemləri 
4.  Tərbiyə işinin metodları 
 
 
                   1.Tərbiyənin psixoloji mahiyyəti 
 
              Tərbiyə 
hər 
bir 
cəmiyyətin 
başlıca 
vəzifələrindən 
biridir.                                                                                       
Şəxsiyyətin  formalaşması  məsələsilə  həm  təlim  psixologiyası,həm  də  tərbiyə    psixologiyası 
çox  yaxından  maraqlanmışdır.Hər  ikisi  də  şəxsiyyət  məsələsinə  öz  aspektindən 
yanaşmışlar.Şəxsiyyətin  inkişafı,təşəküllü  müasir  psixologiyanın  əsas  tədqiqat  sahəsidir.Bir 
çox  psixoloqlar  da  öz  fikirlərində  bu  problemə  toxunmuş  və  problemin  həllində  yaxından 
iştirak etmişlər.Hal-hazırda bu sahədə çoxlu eksperimentlər aparılır.Uşağın tərbiyəsilə hələ ana 
bətnində  olarkən  məşğul  olmaq  lazımdır.Tərbiyə-  uşağın  bir  şəxsiyyət  kimi  formalaşmasında 
böyük rol oynayır.İnkişafı tərbiyəsiz təsəvvür etmək səhv olardı. 
        a)müasir  dövrdə  şəxsiyyətin  inkişafı  məsələsi  tərbiyə  ilə  çox  bağlıdır.Tərbiyə-insanın 
inkişafının  idarə  olunması  üçün  vasitədir.Ona  görədə  şəxsiyyət  məsələsində  bu  vasitədən 
yerində,doğru  istifadə  etmək  üçün  tərbiyəçilərdən  yüksək  peşəkarlıq  və  təcrübə  tələbə 
olunur.Hazırki  inkişaf  etmiş  bu  dövrdə  cəmiyyətin  qarşısında  böyük  tələblər  durur.Bu 
tələblərdən  ən  başlıcası  şəxsiyyətin  necə  və  hansı  prinsiplər  əsasında  inkişafı  məsələsidir.Ən 
başlıcası uşaqları hələ kiçik olarkən milli ruhda tərbiyə etmək,vətən anlayışını onlara vaxtında 
aşılamaq,vətəni  sevməyi  öyrətmək,kollektivə  alışmağı,kollektivlə  birgə  iş  qurmağı,bir-
birlərinə  hörmət  etməyi  öyrətmək  lazımdır.Bunların  əsasında  isə  başqa  müsbət  keyfiyyətlər 
formalaşdırılmalıdır. 
Cəmiyyət  valideyinlərdən,  tərbiyəçilərdən,müəllimlərdən-vətənini 
sevən,onu yeri gəlsə hər yerdə təmsil etməyi bacaran,yüksək ixtisaslı və təcrübəli,fəal,fiziki və 
psixi  cəhətdən  sağlam  olan  və  başqa  müsbət  keyfiyyətlərə  yiyələnən  bir  şəxsiyyət 
yetirmələrini tələb edir. 
         Bu iş ailədə-valideyinlərin,uşaq bağçalarında-tərbiyəçilərin,məktəbdə isə müəllimlərin 
öhdəsinə düşür.Bildiyimiz kimi bağça yaşlı uşaqların əsas fəliyyət növü oyundur.Uşaq hələ 
bağçada olarkən tərbiyəçi ona oyun vasitəsilə kollektivə necə öyrənməli,kollrktivlə necə birgə 
iş aparılmalı,münasibətin necə qurulmasını öyrətməlidir.Məktəbdə isə bu iş daha da 
genişlənib,daha çox məsələləri əhatə etməlidir. 
 
         Tərbiyənin idarə olunması 
          Bildiyimiz  kim  tərbiyə  idarə  olunan  prosesdir  və  burada  iki  tərəf  iştirak  edir:tərbiyəni 
idarə edən və idarə olunan.Tərbiyə idarə olunan bir prosesdir ona görə ki,burada istənilən vaxt 
yəni  ehtiyac  duyulan  vaxt  istənilən  bir  cəhəti  tərbiyə  etmək  və  ya  daha  da  inkişaf  etdirmək  
olar.Tərbiyənin  müxtəlif  üsul  və  formaları  var.Hər  bir  uşağın  fərdi  xüsusiyyətlərinə  uyğun 
olaraq  ona  müxtəlif  metodlar  tətbiq  olunur.Müasir  dövrdə  zamanın  tələbinə  uyğun  müxtəlif 
tərbiyə metodları tətbiq etmək lazımdır.Bu tərbiyəçinin iş prinsipindən,işində nə dərəcə yenilik 
etmək  qabiliyyətindən,işini  nə  dərəcədə  sevə  bilməsindən  çox  asılıdır.Gərək  daima  öz  işilə 
əlaqədar yeniliklər axtarışında olsun ki,bu çətin və məsuliyyətli işdə uğur əldə etsin və öz işilə 
həmişə  seçilsin.  Amma  ən  çox  iş  tərbiyə  olunanın  üzərinə  düşür.Çünki,ilk  növbədə  uşaq  özü 

dəyişməyə  çalışmalı  və  özünü  müşahidə  yolu  ilə  özündə  gördüyü  mənfi  halları  aradan 
qaldırmağa  çalışmalıdır.Əgər  uşağı  hərtərəfli  öyrənmək  istəsək  onda  uşağın  daxil  olduğu 
qrupları müşahidə edib,istədiyimiz məlumatları oradan əldə edə bilərik.Şagird bir yox bir neçə 
qrupun  üzvi  ola  bilər,məs:daxil  olduğu  ailə  qrupu,dostları  ilə  üzv  olduğu  referant 
qrupu,məktəb  kontingentini  göstərə  bilərik.Çünki,bu  qrup  üzvlərində  şagird  özünü  sərbəst 
aparır  və  bu  zaman  uşağı  hərtərəfli  öyrənmək  olar.Tərbiyədə  əsas  şüurluluq  səviyyəsi 
götürülür,amma  bu  tək  yol  deyil.Düzdü  şüur  olmasa  insan  özü  nə  tərbiyə  oluna,nədə  inkişaf 
edə  bilər.Buna  görədə  əsas  səbəb  kimi  şüur  götürülür.Yəni,yalnız  şüurlu  insan,əqli  cəhətdən 
heç bir qüsuru olmayan insan tərbiyə oluna bilər.Tərbiyə işində insanın psixi sferasıda inkişaf 
edir.Təxəyyülü,təfəkkürü,hafizəsi,qavrayışı  öz  ali  səviyyəsinə  çevrilir.Tərbiyə  fasiləsiz  və 
hərtərəfli bir prosesdir.Müəyyən edilmişdirki,tərbiyə idarə olunan bir proses olduğu üçün bu iş 
ənənəvi  prinsiplər  əsasında  uzun  müddət  aparıla  bilməz.Cəmiyyətin  durmadan  inkişaf  etdiyi 
bu  dövrdə  lazım  gəlir  ki,bu  işlə  məşğul  olanlar  zamanın  tələbinə  uyğun,sosial  prinsiplərə 
uyğun  olaraq  öz  fəaliyyətlərini  daima  təkmilləşdirsin  və  bu  işdə  yenilikər  axtarışında 
olsun.Hər bir tərbiyə olunanın  fərdi imkanları əsasında tərbiyəçi  və  müəllim onlarla davranış 
və  rəftar  tərzi  qurmalıdır.Müxtəlif  yaşlı  şagirdlərə  eyni  tərbiyə  metod  və  prinsiplərini  tətbiq 
etmək  olmaz.Çünki,onların  nə  anlaq  səviyyələri  nədə,götürmə  qabiliyyətləri  eyni  dərəcədə 
deyil. 
        Tərbiyəyə  estetik  tərbiyəni,əxlaq  tərbiyəsini,zehni  tərbiyəni,əmək  tərbiyəsini,iqtisadi 
tərbiyəni,hüquq  tərbiyəsini  və  başqalarını  misal  çəkmək  olar.Hansıki,bunlar  idarə  olunan  bir 
prosesdir  və  bunları  inkişaf  etdirmək  və  idarə  etmək  mümkündür.Bütün  bunların  həyata 
keçirilmə və inkişaf etdirilmə yolları var.Bu yollar şagirlərin anlaq və yaş səviyyələrinə uyğun 
seçilməli,idarə  olunmalıdır.Bu  yolda  qarşıya  qoyulan  məqsəd  aydın  dərk  olunmalıdır  və 
metodlar 
bu 
məqsədə 
uyğun 
həyata 
keçirirlməlidir.Bunları 
tərbiyəvi 
söhbətlər,disputlar,seminarlar,müzakirələr zəmnində aparmaq mümükündür.Şagirdlərin yaş və 
anlaq  səviyyələrinə  ona  görə  uyğun  seçilməlidir  ki,məs:kiçik  yaşlı  məktəblini 
seminarlar,disputlar,müzakirələr zəmnində həyata keçirmək mümükün deyil.Bu yaşa tərbiyəvi 
söhbətlər daha uyğundur. 
 
 
2.Şəxsiyyətin inkişafı və özünütərbiyyə. 
 
                Şəxsiyyətin formalaşması probleminə yalnız pedaqoji baxımdan yanaşmaq bir 
mənalı  olardı.Çünki,  bunun  psixoloji  tərəfidə  var  və  bu  tərəfi  də  mütləq  açıqlaqmaq 
lazımdır.Psixoloji tərəfin açılması müasir psixologiyanın əsas vəzifəsi hesab olunur. 
         Tərbiyə idarə olunan bir prosesdir.Bu prosesdə iki nəfər iştirak edir: 
         1.idarə edən,yəni,tərbiyəçi və yaxud müəllim
         2.idarə olunan,yəni uşaq 
         Tərbiyədə  psixolji  mexanizmlərin  öyrənilməsi  vacibdir.Psixoloji  mexanizim 
dedikdə-psixi 
prosesləri,temprament 
xüsusiyyətləri,qabiliyyətləri 
və 
s. 
nəzərdə 
tutulur.Çünki,müasir dövrdə tərbiyə işində fərdi yanaşma tələb olunur.Hər bir uşağın psixoloji 
xüsusiyyətlərini  bilmədən  onunla  fərdi  iş  aparmaq  olmaz.  Gərək  hər  bir  uşağın  psixi 

proseslərinin 
məs:hafizəsinin,diqqətinin.qavrayışının 
xüsusiyyətlərini,temprament 
tipini,qabiliyyətini,təfəkkürünün  işləmə  tempini,təxəyyül  səviyəsini  bilə  ki,buna  uyğunda  iş 
qura bilə.Hər bir uşaqda sadalanan bu keyfiyyətlər eyni səviyyədə deyil.Məhz uşaqları da bir-
birindən fərqləndirən bu keyfiyyətlərdir.Bu keyfiyyətləri nəzərə almayan tərbiyəçi və müəllim 
tərbiyə  işində  heç  vaxt  uğur  qazana  bilməz.Bunun  üçündə  onlardan  yüksək  peşə  hazırlığı  və 
təcrübə  tələb  olunur.Hələ  kiçik  yaşlarından  uşaqlarda  özünə,ətrafındakılara  hörmət  hissi 
aşılanmalıdır.Onlarda  özünütərbiyə,özünüqiymətləndirmə,özünüidarə  hissi,öz  mənini  başqa 
mənlərdən  ayırmaq  kimi  müsbət  keyfuyyətlər  öyrədilməlidir.Məhz  bu  cür  xüsusiyyətləri 
yalnız yüksək peşə hazırlığı olan tərbiyəçilər və müəllimlər formalaşdıra bilər. 
 
           Özünütərbiyə-tərbiyə  işində  ən  çətin  bir  prosesdir,bu  qarşıya  qoyulan  məqsədə  uyğun 
bütün  imkanların  həyata  keçməsi  prosesidir.Bu  prosesin  yaranmasına  səbəb  uşaq  yaşlarında 
aparılan  tərbiyə  işində  buraxılan  səhvlərdir.Bunun  səbəbkarı  valideyinlər,tərbiyəçilər  və 
valideyinlərdir.Yarımçıq  ailələrdə  yaşayan  uşaqlarda  bu  daha  çox  nəzərə  çarpır.Uşağın 
özünütərbiyəsində  ailə  tərbiyəsinin  rolu  daha  böyükdür.Özünütərbiyəyə  gedən  yol 
özünüqiymətləndirmədən  keçir.Uşaq  ətrafındakılara  nəzər  salır,onlarda  gördüyü,mənfi  hesab 
etdiyi  hərəkətləri  özündən  uzqlaşdırmaq  və  özündə  təkrarlamamaq    üçün  özünütərbiyə  işinə 
başlayır.Özünə  kənaradan  başqalarının  gözü  ilə  baxır.Uşaq  gərək  özünüdərk  edə  özündə 
dəyişməyə  lazım  olan  hərəkətləri  görməyi  bacaraki,o,özünütərbiyə  ilə  məşğul  ola 
bilsin.Özünütərbiyə işində əsas rolu iddia səviyyəsi oynayır.Çünki,iddia səviyyəsi olmasa heç 
bir  özünütərbiyədən  söz  gedə  bilməz.Çünki,özünütərbiyədə  iradənin  rolu  böyükdür.Burada 
qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  səy  göstərilməlidir.Uşağa  iddialı  olmağı  ona  kiçik 
yaşlarından  öyrətmək  lazımdırki,o,gələcəkdə  bəzi  imkanlarını  daha  da  yüksək  səviyyədə 
inkişaf etdirə bilsin.Gərək iddialı olaki,özündə gördüyü mənfi halları aradan qaldıra bilsin. 
            Uşağın özünütərbiyəsinə səbəb kimi onun daxil olduğu sinif qrupunu,ailəni,dostları ilə 
üzv olduğu referent qrupu və s.misal göstərmək olar.Yəni. bu qruplara  uyğun olaraq dəyişmək 
istəməsi  buna  aid  ola  bilər.Ola  bilərki,şagirdə  yeni  tərbiyə  tətbiq  olunur  və  bu  tərbiyənin 
tələbələrinə  uyğun  olaraq  özündə  çatışmayan  cəhətləri  aradan    qaldırmağa  çalışır.Bunların 
hamısı  özünütərbiyənin  yaranma  səbəbləri  sayıla  bilər.Bəzən  olurki,şagird  hələ  kiçik 
yaşlarında özündə yaranan qüsurları görmür böyüdükdə isə bu qüsurları görür və onları aradan 
qaldırmağa  çalışır.Bu  işdə  yəni,qüsurların  duyulmasında  onlara  valideyinləri,yaxınları 
köməkilik 
göstərə 
bilərlər.Beləki,şagirdlərdə 
gördükləri,mənfi 
hesab 
etdikləri 
hərəkətləri,davranış  və  rəftarı  gərək  nə  valideyinlər,nə  tərbiyəçilər,nədə  müəllimlər  onlara 
keçməsin,belə  hərəkətlərin  tərbiyə  olunub,aradan  qaldırılmasında  onlara  yaxından  köməklik 
etsinlər. 
           Hələ  kiçik  yaşlardan  uşaqlara  yaxşı  və  pis  anlayışlar  aşılanmalıdırki,gələcəkdə  bunları 
dərk  edə  və  öz  hərəkətlərində  göstərə  bilsinlər.Özünütərbiyə  ən  çox  kiçik  yaşlarda 
deyil,yeniyetmə və ondan sonrakı yaşlarda rast gəlinir.Özünüdərk  bu yaşlarda başladığı üçün 
özünütərbiyədə  bu  yaşlardan  başlayır.  Çünki,bu  yaşada  şagird  öz  gələcəyi  haqqında  daha 
aydın fikirləşir və özünü gələcək həyata hazırlayır.Buda onu göstərirki,artıq bu yaşda şagird öz 
hərəkətlərinə  şüurlu  olaraq  yanaşır,öz  işlərini  daha  planlı  olaraq  qurur,qarşısında  məqsəd 

olaraq  qoyduğu  istəyinə  daha  məsuliyyətlə  yanaşır  və  onu  həyata  keçirmək  üçün  bütün 
imkanalrından lazımınca istifadə edir. 
                     Motiv-insanı  fəaliyyətə  təhrik  edən  səbəb  və  ya  amillərdir.Yəni,  şagirdi  fəaliyyətə 
gətirən  səbəb  nədir?Şagird  dəyişirsə  bu  hərəkəti  nəyin  naminə  edir.Buna  hansı  amillər  təsir 
edir.İnsanı  fəaliyyət  dəyişirsə  bu  hərəkəti  nəyin  naminə  edir.Buna  hansı  amillər  təsir 
edir.İnsanı  fəaliyyətə  təhrik  edən  səbəblər  çox  ola  bilər.Bu  hər  bir  şagirdin 
tərbiyəsinə,dünyagörüşünə,əqidəsinə,uyğun  ola  bilər.Özünütərbiyənin  motivləri  dedikdə-
insanı  özünütərbiyəyə  təhrik  edən,onun  özündə  görmək  istəmədiyi  xüsusiyyətlərin  aradan 
qadırmasının  səbəbini  aşkara  çıxartmaq  deməkdir.Motiv  şagirdin  istiqamətini,hərəkətlərini 
müəyyələşdirməkdə  müəllimlərə  yaxından  kömək  edir.Bəzən  olurki,eyni  vaxtda  şagirdə  bir 
yox  bir  neçə  motiv  təsir  göstərə  bilər,amma  şagird  bu  motivlərdən  həmin  anda  yalnız  birini 
seçə və onu həyata keçirə bilər.Bu motivlərdən biri əsas,qalanları isə ikinci dərəcəli əhəmiyyət 
daşıyır.Özünütərbiyənin  motivi-ilk  növbədə  şagird  üçün  sosial  əhəmiyyət  daşıyarsa  bu  daha 
məqsədə  uyğundur.Yəni,şagird  tək  özünü  yox,üzv  olduğu  sinfi,şagird  yoldaşlarınıda 
düşünməli  və  onlarla  birgə  fəaliyyət  göstərməlidirlər.Müəllimlər  özünütərbiyənin  motivinin 
formalaşmasında bunlara diqqət yetirilməlidir: 
           -motiv 
şagird  tərəfindən  aydın  dərk  edilməli,lazım  gələrsə  bu  barədə 
məlumatlandırılmalıdır. 
           -motivin davamlı olması,yəni,inkişafı izlənməli və daimi olmasına əmin olunmalıdır. 
           -motivin heç kimin təhriki olmadan formalaşması və s. 
           Özünütərbiyənin motivləri müxtəlif ola bilər bunlardan bir neçəsi ilə tanış olaq. 
           1.motivin  sosial  xarakter  daşıması,cəmiyyətin  tələblərinə  uyğun  dəyişməyə  onu  təhrik 
edən səbəblər. 
           2.valideyinlərin istəyini qazanmaq,onların istədiyi kimi dəyişmək iddiası. 
           3.hər kəsin hörmətini qazanmaq istəməsi. 
           4.başqalarına nümunə olmaq istəməsi və s. 
           Özünütərbiyənin  motivi  həm  daxili,həm  də  xarici  ola  bilər.Xarici  motiv-şagird 
tərəfindən aydın dərk olunmur,nəyinsə xatirinə,kiminsə təhriki əsasında yaranır.Daxili motiv-
heç  kimin  təhriki  olmadan  şagirdin  özünündərk  etdiyi,özünün  qəbul  etdiyi  özünütərbiyə 
motividir.Daxili motivə-idealı misal göstərə bilərik.İdeal olmaq istəyən insan özündə gördüyü 
bütün  mənfi  hərəkətləri  aradan  qaldırmaq  üçün  bütün    imkanlardan  istifadə  etməyə 
çalışır.İdeal olmaq istəyən insan hər yerdə hər bir hərəkətləri ilə hamıdan fərqlənməyə,hamıya 
nümunə olmağa çalışır. 
           Özünütərbiyənin 
motivini 
hər 
bir 
şagirddə 
aşkara 
çıxarmağı 
bacaran 
müəllimlər,tərbiyəçilər  öz  işlərində  daima  uğur  əldə  edərlər.  Şəxsiyyət  psixologiyada  çox 
mürəkkəb  bir  anlamdır.Bu  anlamın  açılması  çox  çətin  məsələdir.Şəxsiyyət-müəyyən  dövrdə 
yaşayan,tarixi  dəyişdirməyə  qadir  olan,özünü  dərk  edən,özünütərbiyə  etməyi  bacaran,bütün 
müsbət  keyfiyyətləri  özündə  cəmələşdirən  insandır.İnsan  dünyaya  fərd  olaraq  gəlir,yaşadığı 
soial  cəmiyyətin  tələb  və  imkanlarına  uyğun  formalaşır.Məhz  insanı  bir  fərd  kimi  inkişaf 
etdirən  cəmiyyətdir.Yalnız  özünü  dərk  edən,həyatda  layiqincə  yaşamağı  bacaran,cəmiyyətdə 
öz yerini tutmağa çalışan fərd özünütərbiyə ilə məşğul ola və inkişaf etdirə bilər.Amma bütün 
insanlar bir şəxsiyyət kim formalaşa bilmir. Şəxsiyyət ünsiyyət və fəaliyyət prosesində bütün 

psixi keyfiyyətləri inkişaf edən və formalaşan fərddir.Fərdin bir şəxsiyyət  kimi formalaşması 
müəyyən  dövrdə  həyata  keçir.Bu  çox  çətin  prosesdir.Şəxsiyyətin  inkişafına  bir  çox  amillər 
təsir edir,bunlardan xarici və daxili amilləri,tərbiyənini  təsirini,misal göstərmək olar.Bunların  
hamısı  fərdin  inkişafına  təsir  edir.Beləki,fərdin  yaşadığı  sosial  mühit,ailə,üzv  olduğu 
qruplar,özünün  xarakteri,tempramenti  onun  özünütərbiyəsinə  və  şəxsiyyət  kimi  inkişafına 
müsbət  və  yaxud  öz  mənfı  təsirini  göstərir.Şəxsiyyətin  inkişafı  onun  yaşadığı  zamana  uyğun 
olaraq dəyişə bilər.Çünki,hər zamanın bir tələbi var və şəxsiyyət o zamana aid olduğu üçün elə 
o zamanada uğun inkişaf etməli və özünütərbiyə ilə məşğul olmalıdır. 
          Şəxsiyyətin  özünütərbiyəsi  və  inkişafı  hələ  kişik  yaşlardan  başlasada  bu  proses  tam 
planlı  və  şüurlu  surətdə  yeniyetməlıik  yaşlarda  özünü  göstərir.Bu  yaşda  şagird  özünü 
başqalarından  fərqləndirməyə  çalışır.Beləki,yeniyetmə  yaşlı  şagird  özünüdərk  etdiyi  üçün,öz 
mənini başqa mənlərdən daha yaxşı ayırdığı üçün,şəxsi keyfiyyətlərini daha aydın dərk etdiyi 
üçün,  özünü  böyüklər  kim  aparmağa  başlayır,öznün  xoşa  gəlməz  hərəkətlərini  aradan 
qaldırmağa,ört-basdır  etməyə  çalışır.Yaxşı  olardı  bu  xüsusiyyətlər  onlarda  keçici  yox  daimi 
olardı. 
          Şəxsiyyətin  inkişafını  izləmək  və  yeri  gələndə  bəzi  müdaxilələrin  olunması  üçün  onun 
fəaliyyət və ünsiyyətini izləmək kifayətdir.Bu zaman fərdin həyatında baş verən dəyişiklikləri 
aydın görmək olar. 
 
Şagirdlərin özünütərbiyəsinin təşkili formaları 
 
           Bildiyimiz 
kimi 
özünütərbiyə 
yeniyetmə 
yaşlardan  yəni,şagird  yaşlardan 
başlayır.Yəni,özünütərbiyəni  özündə  həyata  keçirən,özündə  formalaşdıran  şagirddir.Bu  öz-
özünə yaranan bir iş deyil.Bu işdə şagirdlərə mütləq kömək lazımdır.Bu müəllimlərin üzərinə 
düşür.Ən  yaxşı  vasitə  isə  onlara  bunu  kollektiv  formasında  aşılamaqdan  ibarətdir.Bəzən 
olurki,müəllimlər  tərbiyəvi  söhbəti  kollektivdə  aparır.Əgər  buda  bir  nəticə  verməsə  onda  bu 
söhbətlər  fərdi  şəkildə  aparılmalıdır.Çünki,elə  şagirdlər  varki,onlara  kollektivdə  aparılan 
söhbətlər  o  qədərdə  kifayət  etmir,yəni  onlar  anlaya  bilmirlər.Buna  görədə  fərdi  aparılan 
söhbətlər 
daha 
uğurlu 
alınır.Özünütərbiyə 
işində 
onalara 
müəllimlər 
öz 
peşəkarlığı,biliyi,bacarığı,ustalığı,öz  sahəsində  yenilikləri  ilə  şagirdlərə    kömək 
etməlidir,beləki,şagirdin  görəcəyi  iş,məqsəd  onlara  qabaqcadan  bildirilməlidir.Özünütərbiyə 
ilə  yanaşı  şagirdlərə  bəzi  adətlərdə  formalaşdırılmalıdır.Məs:bunlara  yeni  müsbət  adətlərin 
yaranması,özünütərbiyəyə 
şagirdlərin 
qabaqcadan 
hazırlanması,şagirdləri 
düzgün 
istiqamətləndirmək,özünütərbiyədə  dəyişmək,gələcək  planları  həyata  keçirmək  üçün  bütün 
imkanlarından  səmərəli  istifadə  etmək  bacarığı  formalaşdırmaq,özünümüşahidə  etməyi 
bacarmaq,özünü  təhlil  zamanı  özünü  düzgün  qiymətləndirə  bilmək  və  s.  aid  etmək 
olar.Özünütərbiyədə  özünüqiymətləndirmə  mühüm  yer  tutur.Beləki,həm  şagirdin  özünün 
özünü  qiymətləndirməsi,yaxud  da  başqasının  yəni,ətrafındakıların  onu  qiymətləndirməsi 
məsəsləsi burada mühüm yer tutur.Şagirdin özünüqiymətləndirməsi onun ətrafındakıların ona 
verdiyi qiymətdən çox asılıdır.Şagirdlərin davranış və rəftarı məhz ona verilən qiymət əsasında 
yaranır.Buna  görədə  həmişə  müəllim,valideyin  və  tərbiyəçilərdən  bu  işdə  daima  diqqətli 
olmaq,heç bir şişirdiləmə hallarına yol verməmək tələb olunur.Çünki,bəzən valideyinlər və ya 

müəllimlər  şagirdləri  çox  sevdikləri  üçün  onun  mənfi  hərəktələrinə  göz  yumurlar.Buda 
sonradan yenidən özünütərbiyənin yaranmasına şərait yaradır. 
         Özünütərbiyədə  şagirdlərə  ən  çox  köməklik  edən,daima  onların  yanında  olan,onlara 
əlindən  gələn  köməkliyi  göstərən  müəllimlərdir.Özünütərbiyənin  özülü  lap  kiçik  yaşlardan 
qoyulur  yəni,kiçik  yaşlardan  uşaqlara  nəyin  pis,nəyin  yaxşı  olması  öyrədilməlidir.Amma 
şüurlu şəkildə bu işin aparılması prosesi böyük məktəbli yaşlard 
Biz tərbiyədən danışarkən ilk növbədə məktəbli şəxsiyyəti yada düşür.Hər bir müəllim 
bacardığı  qədər  şagirdlərin  tərbiyəsi  ilə  yaxından  maraqlanmalıdır.Çünki,bu  vaxtı  tərbiyədə 
buraxılan hər hansısa qüsuru sonra  aradan qaldırmaq çox çətin olur.Tərbiyə  idarə  olunan bir 
proses  olduğu  üçün  bu  iş  xüsusi  diqqət  tələb  edir.Amma  bu  işə  sırf  pedaqoji  baxımdan 
yanaşmaq  olmaz.Bu  işin  psixoloji  mexanizimlərinə  diqqət  yetirmək,onu  açmaq,parametrləri 
təhlil etmək və aydınlıq gətirmək lazımdır. 
 a)tərbiyə  işində  tərbiyə  olunanın,tərbiyə  edənin,onların  qarşılıqlı  əlaqəsini,tərbiyənin 
məqsədini,vəzifəsini  aydınlaşdırmadan  bu  işdə  uğur  qazanmaq  mümkün  deyil.Tərbiyədə 
müxtəlif yaşda olan uşaqlar,müxtəlif cinsdə olan uşaqlar olduğu üçün bu iş xüsusi diqqət tələb 
edir.Nəinki  təkcə  yaşlarında  eyni  zamanda  uşaqların-motivləri,dünyagörüşləri,fikirləri  də 
müxtəlifdir.Bunun  üçündə  bu  işdə  müəllimlər,tərbiyəçilər  xüsusilə  ehtiyatlı  olmalıdırlar.Ən 
əsasıda şagird şəxsiyyətinin formalaşmasında onların tələbatlarının inkişafına,motivinə uyğun 
hərəkət  etmək  daha  məqsədə  uyğundur.Tərbiyə  zamanı  uşağın  yaşadığı  şərait  nəzərə 
alınmalıdır.Çünki,şərait  əlverişli  olmadan  tərbiyəvi  təsir  vasitələrinində  heç  bir  nəticəsi 
olmaz.Bəzən  tərbiyəvi  təsir  vasitəsi  olan  sözün  əhəmiyyəti  olmur.Bu  zaman  uşaq  üçün 
tərbiyəvi şərait yaradılmalıdır.Bəzən müəllim və ya tərbiyəçi tərbiyənin məqsədini aydın dərk 
etmir,bu zamanda alınan nəticələr ürək açan olmur.Tərbiyənin məqsədi aydın olmlalıdır və bu 
məqsəd əsasında da tərbiyəvi təsir vasitələri aydın seçilməlidir.Ən yaxşı tərbiyəvi təsir vasitəsi 
uşağın  fəaliyyət  növüdür.Beləki,uşaqları  fəaliyyətdə  inkişaf  etdirmək  olar.Ən  əsasıda  oyun 
fəaliyyətində  uşaqları  inkişaf  etdirmək  mümükündür.Bunun  üçün  tərbiyənin  məqsədi,vəzifəsi 
aydın dərk olunmalıdır.     
 
 
 
 
 
 
3.“Çətin” uşaqların tərbiyəsinin psixoloji problemləri 
 
           Psixoloji  ədəbiyyatda  müəllimlər  və  tərbiyəçilər  tərəfindən  “çətin”uşaqlar  anlayışına 
tez-tez rast gəlirik.Bunun səbəbini isə bir çox amillərlə izah edirlər.”Çətin”uşaqlar dedikdə çox 
vaxt  sözə  baxmayan,dərsdə  səs  salan,dərsi  pozan  uşaqlar  nəzərdə  tutulur.Buna  pedaqoji 
baxımsızlıq  səbəbindən  yaranan  uşaqları  aid  edirlər.Psixoloji  ədəbiyyatda  “çətin”uşaqların 
psixolji təhlilini belə verirlər. 
        -davranışında,hərəkətlərində çətinlik dərəcəsi müəyyənləşdirilən uşaqlar, 

        -baxımsızlıq  səbəbindən  əxlaqında,dünyagörünüşündə,əqidəsində  yaranan  çətinlik 
dərəcəsi olan uşaqlar, 
        -əlverişsiz,çətin şəraitdə tərbiyə olunana uşaqlarda özünü göstərən çətinlik  dərəcəsi olan 
uşaqlar.Belə şagirdlərlə valideyinlərin,müəllimlərin və tərbiyəçilərin düzgün olmayan,düzgün 
təşkil olunmayan tərbiyə əsasında yaranan çətinlik dərəcəsi qeyd olunan çətin uşaqlar, 
         -düzgü qurulmayan münasibətlər əsasında yaranan çətin uşaqlar. 
         L.D.Stolyarenko “çətin”uşaqları üç qrupa bölür: 
         -Təcavüzkar uşaqlar-bütün uşaqlar həyatlarında təcavüzkar hərəkət edirlər.Bu onların yaş 
və  ya  rastlaşdıqları  sosial  şəraitlə  baölı  ola  bilər.Amma  belə  uşaqları  təcavüzkar  kimim 
adlandırmaq  olmaz.Çünki,belə  uşaqlarda  təcavüzkarlıq  hərdən  şəraitlə  əlaqdar  olaraq 
yaranmır.Bu  onların  xarakterik  əlamətlərinə  çevrilir  və  həmişədə  özünü  göstərir.Ancaq  belə 
olan halda onları təcavüzkar adlandırmaq olar. 
-Yüksək,idarə olunmayan səviyyəyə çatan emosianallığa malik olan uşaqlar-belə uşaqların hər 
hərəkəti yüksək həyəcanlıqla qarşılanır və bunu ətrafındakılara da keçirir.Onlar kədərlənəndə 
də,sevinəndə də bunu yüksək həyəcanlıqala qarşılayır.Yəni,diqqəti cəlb etməyi sevirlər. 
          -Hədsiz  dərəcədə  utancaq,hər  şeydən  tez  təsirlənən,küsəyən,qorxax,həyəcanlı  uşaqlar-
belə uşaqlar diqqət cəlb etməyi sevmirlər.Utandıqlarə üçün problemlərini gizlədir və heç kimə 
demirlər. 
“Çətin”  uşaqların  pedaqoji  baxımsızlıq  və  ailə  tərbiyəsinin  nöqsanları  ilə  bağlılığı 
”Çətin”uşaqların psixoloji təhlilini verərkən müxtəlif səbəblərə toxunurlar.Yəni,belə uşaqların 
yaranma  səbəbi  müxtəlifdir.Bunlaradan  ən  başlıcası  və  birincisi  ailə  tərbiyəsində  yol  verilən 
nöqsanlarla  bağlıdır.Buna  səbəb  yarımçıq  ailənin  olması,ailədə  valideyinlərin  əxlaq 
tərbiyəsinin  normal  səviyyədə  olmaması,ailədə  uşağın  inkişaf  üçün  normal  şəraitin 
olmaması,valideyinlər arasında yaranan söz-söhbət.Ailədə olan hər bir hərəkət və deyilən hər 
bir  söz  uşaq  psixologiyasına  təsir  edir.Bu  uşağın  sonrakı  inkişafında,onun  məktəb 
həyatında,sinif  yoldaşları  ilə  münasibətində  özünü  göstərir.Amma  bütöv  ailədə,uşağın  rəyi 
nəzərə alınan və onunla yaxşı münasibətdə olan ailələrdə uşaqlarda təcavüzkarlıq az olur.Buna 
görədə ailələr uşaqlarla münasibəti düzgün qurmalıdırki,onlarda belə hallar olmasın. 
“Çətin” uşaqlarla işin xüsusiyyətləri 
Çətin  uşaqlarla  iş  məktəb  psixoloqlarının  öhdəsinə  düşür.Beləki,məktəb  psixoloqları 
çalışmalıdırki,uşaqlarda  belə  halların  yaranma  səbəblərini  diaqnostik  metodların  köməyi  ilə 
vaxtında  araşdırıb,səbəbini  vaxtında  tapıb,ona  uyğun  da  psixoprafilaktik  işlər 
aparılmalıdır.Psixoprafilaktik  işləri  aparakən  mütləq  şagirdlərin  fərdi  xüsusiyyətləri  nəzərə 
alınmalıdır.Bəzən  müəllimlər  belə  uşaqlarla  işdən  çəkinir  və  bir  sözlə  onlardan  yaxa 
qurtarmağa  çalışırlar.Belə  olan  halada  müəllimlər  onlarla  heç  bir  tərbiyəvi  tədbirlər 
aparmırlar.Təcrübəsiz  müəllimlərin  isə  bu  uşaqlarla  apardıqları  işlər  plansız  və  məqsədsiz 
olduqları üçün onların işləri heç bir müsbət təsirini vermir və əksinə uşaqların tərbiyəsini daha 
da pozur.Müsair psixologiyanın imkanları genişdir və bu imkanlara əsasən şagirdlərin bu cür 
hallarının qarşısını almaq olar. 
        Şagirdlərdə  yaranan  bu  cür  qüsurları  aradn  qaldırmaq  çüçn  bu  istiqamətlərdən  istifadə 
etmək olar. 

       -müəllimin məktəb həyatına yenicə qədəm qoyan hər  bir şagirdin psixoloji xarakterstikası 
ilə tanış olması və orada göstərilən çətinlikləri özü üçün ayrıd etməsi, 
       -bu  cür  uşaqlarla  işləməyin  yollarını  axtarmaq,bu  içdə  hamılıqla  əlbir  olub.yaranan  çətin 
vəziyyəti  araradn  qaldırmaq  və  belə  şagirdləri  məktəbə  və  sinif  yoldaşlarına  daha  da 
yaxınlaşdırmaq, 
       -belə  şagirdlərin  davranış  və  rəftarında  yaranan  çətinliklərlə  əlaqədar  müəllimləri  və  ya 
pedaqoji fəaliyyətin onlara verdikləri məsləhətlər, 
        Bu  işdə  məktəb  kollektivi  əsasda  uşaqların  valideyinləri  vəməktəb  psixoloqu  birgı  iş 
aparmalıdır. 
 
4.Tərbiyə işinin metodları 
Tərbiyə-insan  var  olan  olan  vaxtdan  mövcuddur.Hələ  qədim  dövrlərdən  insanlar 
tərbiyəyə  üstünlük  vermişlər.Tərbiyə-yaşlıların  görmək  istədikləri  keyfiyyətlərin  uşaqlara 
aşılanması  prosesidir.Bu  proses  qarşılıqlı  proses  olub,uşaqların  inkişafına  yönəlmişdir.Bunu 
qarşılıqlı  əməkdaşlıq  şəraitində  həyata  keçirmək  mümkündür.Tərbiyə  işinin  uğurlu  alınması 
üçün  ilk  növbədə  tərbiyənin  üsül  və  formalarının  düzgün  və  yerində  seçilməsi  çox 
vacibdir.Tərbiyə  işi  kor-korənə  bir  iş  deyil,burada  suniliyə,şablon  sözlərə  və  hərəkətlərə  yol 
vermək  olmaz.Bu  işdə  çox  ehtiyatlı  olmaq  lazımdır.Əvvəldən  bu  iş  düzgün  qurulmadlıdır 
ki,səhvlərə yol verilməsin.Çünki,tərbiyədə buraxılan qüsurları sonradan aradan qaldırmaq çox 
çətin olur.Tərbiyə idarə olunan bir prosesdir.Tərbiyədə iki tərəf iştirak edir:idarə edən və idarə 
olunan 
tərəflər.Ancaq 
ən  üstün  mövqe  tutan,daha  fəal  olan  tərbiyəni  idarə 
edən,yəni,tərbiyəçidir.Tərbiyəçi çox diqqətli və ehtiyatlı olmalıdır.Bu işin uğurlu olması üçün 
hər  iki  tərəf  fəal  olmalıdır.Təriyə  olunanın  iradəsindən  asılı  olaraq  bu  proses  hərədə  bir  cür 
nəticə  veriri.Bu  prosesdə  tərbiyə  olunanın  şəxsi  qüvvələri  daha  çox  rol  oynayır.Gərək  şagird 
özüdə  səy  göstərə  bir  azda  təhrik  olsa  bu  iş  tam  uğurlu  alınar.Tərbiyədə  mütləq      tərbiyə 
olunanın yaş və cinsi xüsusiyyətləri nəzərə alınmalıdır. 
Yaş xüsusiyyətləri ona görə nəzərə alınmalıdır ki,hər bir uşağın yaşına uyğun onunla davranış 
tərzi  qurulmalıdır.Çünki,hər  bir  yaş  dövrünü  başqa  yaş  dövürlərindən  fərqləndirən 
xüsusiyyətlər var.Buna hər  yaş  dövründə fərqli surətdə özünü  göstərən diqqət,hafizə,təfəkkür 
xüsusiyyətlərini  aid  etmək  olar.Məs:6  yaşlı  uşağa  verilən  tapşırıqla  12  yaşlı  uşağa  verilən 
tapşırıqlar  eyni  ola  bilməz.Onların  götürmə  qabiliyyətləri,hafizəsi,iradələri  eyni  ola 
bilməz.Ona  görədə  onlara  verilən  tapşırıqlar  müxtəlif  olmalıdır.Məhz  tərbiyə  vasitəsilə  bu 
keyfiyyətləri  daha  da  inkişaf  etdirmək  olar.Tərbiyə  məhz  müsbət  keyfiyyətlərin  inkişafına 
yönəlmiş prosesdir.Hər bir uşaq özünün bu şəxsi keyfiyyətlərinə görə daha da inkişaf edir və 
başqa  uşaqlardan  seçilir.Tərbiyədə  isə  hər  yaşa  uyğun  tərbiyəvi  təsirlər  seçilməlidir.Yenədə 
kiçik  yaşlarla  böyük  yaşlı  uşaqlara  verilən  tərbiyə  eyni  ola  bilməz.Ən  çox  tərbiyəvi  işlər 
yeniyetmə  yaşlarında  aparılır.Tərbiyəvi  işlərə-əxlaqi  söhbətləri,tərbiyəvi  tədbirləri  aid  etmək 
olar.Buna  görədə  tərbiyədə  üsul  və  metodları  seçərkən  hər  yaş  dövrünün  imkanlarını  mütləq 
nəzərə almaq lazımdır. 
Cinsi xüsusiyyətləri dedikdə isə-oğlan və qızları bir-birindən fərqləndirən keyfiyyətlər nəzərdə 
tutulur.Tərbiyə işində bu mütləq nəzərə alınmalıdır. Bir çox keyfiyyətlərə görə oğlan və qızlar 
fərqlənirlər. Tərbiyə işində üsul və metodlar bu xüsusiyyətlərə görədə düzgün seçilməlidir. 

           Bu  işdə  tərbiyəçilərə  valideyinlər  yaxından  köməklik  göstərə  bilərlər.Uşaqların 
fərdi,yaş  və  cinsi  əlamətlərini  aşkara  çıxarmaqda  tərbiyəçilər  valideyinlərlə  birgə  iş 
aparmalıdırlar.Tərbiyəçilər  valideyinlərlə  sıx  əməkdaşlıq  şəraitində  fəaliyyət  göstərməlidir. 
Uşaqların bu keyfiyyətlərini onların üzv olduqları qrupda,kollektivdə də aydın görmək olar.Ən 
əsası isə əvvəlcədən tərbiyənin məqsədi aydın qurulmalı və dərk edilməlidir. 
Tərbiyənin  formlarından  biridə  özünütərbiyədir.Bu  tərbiyədə  ən  çətin  proses  hesab 
olunur.Bunun yaranama səbəbi tərbiyədə buraxılan səhvlərdir.Bunun üçündə tərbiyəçi həmişə 
qüsurları  vaxtında  duymalı  və  aradan  qaldırmağa  çalışmalıdır  ki,sonradan  özünü  tərbiyəyə 
ehtiyac olmasın. 
 
        Tərbiyə işində nəzərə alınması vacib olan məsələlərdən bunları qeyd etmək olar: 
           a)tərbiyəvi  üsulların  vaxtında  və  yerində    seçilməsi-yəni,hansı  keyfiyyətin  tərbiyə 
olunacağı aydın dərk olunmaldır. 
           b)tərbiyə  olunanların  yaş  və  fərdi  xüsusiyyətlərinin  nəzərə  alınıb,ona  uyğun  tərbiyəvi 
üsulların seçilməsi və buna uyğun işin aparılması. 
           c)uşaqların  daxil  olduğu  qrupun  nəzərdən  keçirilməsi-əgər  tərbiyə  olunan  haqqında 
məlumat əldə etmək istəsək ilk növbədə onun üzv olduğu kollektivə nəzər salmaq,onu qrupda 
öyrənmək,qrupda müşahidə etmək lazımdır. 
           ç)tərbiyənin sistemli və ardıcıl aparılması, 
           d)kollektiv vasitəsilə aparılan tərbiyə işi, 
           f)tərbiyənin müasir tələblər əsasında qurulması və inkişafı, 
           e)tərbiyə ikitərəfli razılıq əsasında aparılmalıdır, 
           V.A.Krutetiski  isə  bu  prinsiplərə  ən  yaxşı  tərbiyəvi  təsir  vasitəsi  hesab  etdiyi  əxlaqi 
söhbətləri aid edir.Ona görə aparılan əxlaqi söhbətlərində öz özəlliyi var və onu apararkən bəzi 
ardıcıllığa əməl olunmalıdır.Onlardan bəzilərini qeyd edək: 
            a)hər  şeydən  əvvəl  aparacağın  əxlaqi  söhbətin  məqsədi  aydın  olmalıdır.Hansı  cəhətin 
tərbiyəsi ilə bağlı apalıcağı qabaqcadan müəyyənləşdirilməlidir. 
            b)çalışmaq  lazımdır  ki,hər  kəsin  diqqətini  tərbiyəçi  özündə  cəmləşdirə  bilsin  və 
diqqətin yayılması hallarına yol verməsin. 
             c)söhbət tərbiyə olunanların yaş və anlaq səviyyəsinə uyğun aparılmalıdır.Yəni,onların 
başa düşəcəyi dildə və yaşlarına uyğun səviyyədə aparılmalıdır. 
             ç)əxlaqi söhbətdə əyaniliyə çox yer verilsə daha yaxşı olar. 
             d)söhbətdə elə inandırıcı və səmimi danışmaq lazımdır ki,tərbiyə olunanların özləri də 
söhbətə  qoşulub  öz  fikirlərini  bildirməyə,mühakimə  yürütməyə  can  atsınlar  və  ən  azından 
buna həvəs göstərsinlər. 
             Tərbiyədə 
nəzərə 
alınması  vacib  olunan  cəhətlərdən  biri  də  “məna 
maneəsinin”yaranmasına  yol  verməməkdir.Məna  maneəsi-yəni,tərbiyəçi  uşağa  fikrində 
tutduğu  sözü  izah  edir,amma  uşaq  isə  bu  fikri  bir  başqa  cür  başa  düşür.Beləliklədə  onlar 
arasında söz anlaşılmazlığı yaraynır.Bu vaxtı da onlar arasında heç bir tərbiyədədən söz gedə 
bilməz.Bu  cür  məna  məaeələri  ən  çox  kiçik  məktəbli  və  yeniyetməlik  yaşı  dövrünə  təsadüf 
edir.Çünki,kiçik  məktəbli  hələ  təzə  məktəbə  qədəm  qoyur,yeni  kollektivə  alışır,yeni 
münasibətlərə  daxil  olduğuna  görə  onun  üçün  diqqətini  cəmləyib  sözə  diqqətlə  qulaq  asmaq  

bir  az  çətin  olur.Buna  görədə  müəllimlə  şagird  arasında  məna  məneələri  tez-tez 
yaşanır.Yeniyetmələrdə  isə-yeniyetmə  tez-tez  özündən  çıxdığı  üçün,böyüklərin  sözlərinə 
qulaq asmaq istəməməsi onlarda daha çox məna maneələrinin yaranmasına səbəb olur.Bunun 
əsas yaranma səbəblərində  biri isə  müəllimlərin şagirdlərin davranış motivini düzgün anlaya 
bilməməsidir.Bu  işin  vaxtında  duyulması  və  aradan  qaldırılması  tərbiyəçilərin  öhdəsinə 
düşür.Bu işə aydınlıq gəlməsə tərbiyə işində heç bir uğur əldə etmək olmaz.  
           Tərbiyə fasiləsiz prosesdir.Bu işi başladınsa gərək sona qədər aparasan,işi yarım qoysan 
onda şagirddə daha da pis adətlərin yaranamasına səbəb olar.İlk öncə bu işlə məşğul olanlar 
gərək  öz  işini  sevə  və  öz  işinin  peşəkarı  ola.  Ən  əsası  tərbiyə  işində  müəllim  və 
valideyinlərdən səbir və məsuliyyət tələb olunur. 
            Ən  çox  tərbiyəvi  təsir  vasitəsi  kimi-rəğbətlənmə,cəzalandırma,tərifləməni,nümunəni 
aid etmək olar.Bu vasitələrdən vaxtında və düzgün istifadə etmək çox vacibdir. 
 
         Məktəblilərin  tərbiyəlilik  kriteriyaları  və  göstəriciləri  dedikdə-tərbiyə  prosesi  gedərkən  
uşaqlarda  baş  verən  dəyişikliklər,gözə  çarpan  inkişaf  nəzərdə  tutulur.Bunu  birinci 
müəllimlər,tərbiyəçilər  və  valideyinlər  hiss  edirlər.Ancaq  bu  zaman  inkişafdan  danışmaq 
düzgün  olardı.Tərbiyənin  mühüm  kriteriyalarından  biri  davranışın  davamlı,sabit,ixtiyari 
olmasıdır.Çünki,bəzən  elə  olurki,insanların  davranışı  səthi  xarakter  daşıyır.Davranış  tərzi 
həmin an üçün nəzərdə tutulur.O an qurtardıqdan sonra davranışıda dəyişir.Bu xüsusi nəzarət 
əsasında  formalaşan  davranış  tərzidir.Yəni,ixtiyri  olaraq  hər  bir  çətinliyi  aradan 
qaldırmaq,hədəfə  doğru  addımlamaq  tərbiyənin  əsas  göstəricisidir.Hər  bir  tərbiyəlilik 
kriteriyası və göstəricisi onların tələbat və motivinin formalaşmasından çox asılıdır.Tərbiyədə 
ən çox əxlaqi kriteriyalara nəzər yetirilir.Çünki,tərbiyənin əsasını məhz əxlaq təşkil edir.Buna 
görədə tərbiyədə əxlaqi keyfiyyətlərə daha çox diqqət yetirilir. 
 
 
 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin