Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


  Azərbaycanda psixoloji fikrin inkişafı



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   2   3   4   5   6   7   8   9   ...   25

3.   Azərbaycanda psixoloji fikrin inkişafı  
Azərbaycanda  hələ  qədim  zamanlardan    fəlsəfə  ilə  yanaşı  pedaqogika,  psixologiya  və  başqa 
elmlər  haqqında  müəyyən  fikirlər  irəli  sürülür.  Təlim-tərbiyə  məsələləri  ilə  bilavasitə  bağlı 
olan psixoloji fikirlər bədii ədəbiyyatda və didaktik şerlərdə irəli sürülürdü. Azərbaycan şifahi 
xalq  ədəbiyyatı  bu  baxımdan  diqqəti  cəlb  edir.  Keçəl,küpəgirən  qarı,  kosa  obrazları  uzun 
müddət  həm  də  xalqın  sosial  etalon  və  stereotiplərini  ifadə  etmişdir.Hələ  e.  ə.  2-1-ci 
minilliklərdə  “Avesta”  da  ruh  və  psixi  hadisələr  haqqında  müxtəlif    məzmunlu  təsəvvür  və 
ideyalar  öz  əksini  tapmışdır.  Azərbaycan  xalq  ədəbiyyatının  ən  qədim  yazılı  abidəsi  “Kitabi-
Dədə  Qorqud”  da  insanın  müxtəlif  emosional  halətləri  təsvir  edilmiş,  davranış  normalarında 
özünü  büruzə  verən  xəyanət,  həsəd,  qorxaqlıq,  fərarilik kimi mənfi  sifətlər  tənqid  edilmişdir. 
XI  əsrdən  başlayaraq  Azərbaycanda  psixoloji  ideyalar  fəlsəfi  traktatvə  bədii  ədəbiyyat 
nümunələrində  daha  geniş  surətdə  öz  əksini  tapıb.Azərbaycanda  psixoloji  ideyaların 
inkişafında bəhmənyar, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, 
Məhəmməd  Füzuli,  Abasquluağa  Bakıxanov,  Mirzə  Fətəli  Axundov,  Üzeyir  Hacıbəyov, 
Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli ictimai-elmi fikir nümayəndələrinin, mütəfəkkir 
şair  və  yazıçıların  böyük  xidməti  olmuşdur.  Bəhmənyarın  zəngin  fəlsəfi  irsində  maraqlı 
psixoloji ideyalara rast gəlinir. O, fikri “insan zehninin hərəkəti” adlandırmış, idrakda hissi və 
rasional  anların  əlaqəsini,  təfəkkür  formalarının  psixoloji  mahiyyətini  geniş  şərh 
etmişdir.Xaqani ünsiyyət prosesində mühüm rol oynayan doğruçuluq, təvəzökarlıq, işgüzarlıq, 
mərdlik  kimi  psixoloji  keyfiyyətlərə  böyük  əhəmiyyət  verirdi.Nizaminin  bədii  əsərləri  çox 
zəngin,  orijinal  psixoloji  ideyaları  ilə  fərqlənir.Nizami  ruhla  bədənin  vəhdətini  qeyd  etmiş, 
insanın  daxili  aləminə  dərindən  nüfuz  edərək  əsərlərində  dəqiq  psixoloji  təsvirlər  vermiş, 
mühitin təsiri ilə şəxsiyyətdə baş verən psixoloji dəyişiklikləri və s. kimi psixoloji məsələlərə 
toxunmuşdur.  Azərbaycanda  inqilabdan  əvvəl  tarixin,  pedaqogika  və  psixologiyanınnın  zəif 
inkişafinın tarixi kökləri vardır. İqtisadi ictimai münasibətlərin Azərbaycanda geridə qalması, 
çarizmin  xalq  kütlələrini  avamlıqda  saxlaması,    müstəmləkəçilik  siyasəti,  müsəlman 
ruhanilərinin  dini  xürafatı  kütlələr  arasında  yaymaq  cəhti  Azərbaycanda  elmin,  psixikanın 
inkişaf  etməsinə  ciddi  mane  olurdu.  Lakin  bütün  bunlara  baxmayaraq    Azərbaycanda  da  bu 
istiqamətdə  inkişaf  müəyyən  dərəcədə  olumuşdur.  XIX  əsrin    sonuXX  əsrin  əvvəllərində 
mütərəqqi  rus  pedaqoq  və  psixoloqlarının  əsərləri  vasitəsilə  psixoloji  biliklər  Azərbaycan 
maarifçiləri  arasında  geniş  yayılmışdır.  Artıq  XX    əsrin  əvvəllərində  Azərbaycanda 
psixologiyanın  inkişafı  üçün  geniş  imkanlar  açıldı.  İlk  Azərbaycan  psixoloqları  kimi 
Makovelski,  Zəkuyevin,  İbrahimbəyovun  adını  qeyd  etmək  olar.  Makovelski  Azərbaycan 
filosof  və  psixoloqu  1920-ci  ildən  Kazan  universitetindən  Bakıya  dəvət  olunmuş,  o  vaxtdan 
1930-cu  ilə  qədər  psixoloji  tədqiqatlar  aparmışdır.Ə.  Zəkuyev  Azərbaycan  filosofu  və 
psixoloqu olaraq Azərbaycan və Şərq psixoloji fikir tarixi sahələrində fundamental tədqiqatları 

vardır.  1935-ci  ildə  “Psixologiya  oçerkləri”  adlı  dərsliyi  çapdan  çıxmışdır.  Azərbaycanda 
psixologiyanın  inkişafında  Fuad  İbrahimbəyovun  da  xüsusi  xidmətləri  olmuşdur.  O,  1926-cı 
ildə  İlk  dəfə    olaraq  eksprimental  lobaratoriya  təşkil  etmişdir.  F.  İbrahimbəyov    əsasən  kiçik 
yaşlı  uşaqlarda  nitqin  inkişafı  problemlərini  öyrənmiş,  ana  dilinin  və  rus  dilinin 
mənimsənilməsi  sahəsində  əsaslı  tədqiqatlar  aparmışdır.  XX  əsrin  20-ci  və  30-cu  illərində 
psixologiyanın  bir  sıra  sahələri,  o  cümlədən  yaş  və  pedaqoji  psixologiya  inkişaf  etməyə 
başladı.1920-ci  ildən  başlayaraq  Azərbaycanda  psixologiya  sahəsində  elmi  tədqiqat  işləri 
aparılmış,  namizədlik  və  doktorluq    disertasiyaları,  elmi-kütləvi  əsərlər,  dərslik  və  dərs 
vəsaitləri  yazılmış,  elmi  fikirlər  inkişaf  edərək    müasir  səviyyəyə  çatmışdır.Azərbaycanda 
praktik  psixologiya  istiqamətində  aparılan  işlərə  həmçinin  1949-cu  ildə  M.N.Mustafayevanın 
müdafiə etdiyi “Böyük bağça yaşlı azərbaycanlı uşaqlarda söz ehtiyatının inkişafı”disertasiya 
işini də əlavə etmək olar. Müxtəlif dövrlərdə Ş. S. Ağayevin “Uşaq psixologiyası məsələləri” 
(B.,  1966),  “Əmək,  tərbiyə  və  inkişaf”  (B.,  1967),  M.  Ə.  Həmzəyevin  “Ailədə  uşaqların 
oyunlarına  rəhbərlik”  (B.1965),  Ə.  Ə.  Əlizadənin  “Uşaqlarda  diqqətin  tərbiyə  edilməsi”  (B., 
1963),    “Yoldaşlıq  və  dostluq  tərbiyəsi”  (B.,  1964),  Ə.  S.  Bayramovun  “Şagirdlərdə 
təfəkkürün inkişafı” (B., 1962),  Z. M. Mehdizadənin “Uşaqlarda təfəkkür və nitqin inkişafı” 
(B., 1966) praktik psixologiya istiqamətində yazılmış əsərlər kimi baxmaq olar. 
 
 
Mövzu 3. Psixika və şüur 
Plan: 
1. Psixikanın filogenezdə inkişafı 
2 .Qıcıqlanmalar, instinktlər və intellektual davranış formaları 
3. Şüur psixikanın yüksək forması kimi 
4. Şüurun funksiyaları 
1.Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə  bağlıdır. 
Canlı  materiyaya  keçid  zamanı  təbiətin  inkişafının  hərəkət  formaları  da  keyfiyyətcə  dəyisir. 
Cansız təbiətdə  hərəkət cism və maddələrin mexaniki, fiziki, kimyəvi şəkildə qarşılıqlı təsiri 
kimi  meydana  çıxırsa,  canlı  organizmə  isə  bioloji  inikas  formaları  xasdır  ki,  onun  da  ilk 
əlaməti  qıcıqlanmadır.Canlı  orqanizmlərin  biotik  və  abiotik  təsirlərə  cavab  vermə 
qabiliyyətinə  qıcıqlanma  deyilir.    Qıcıqlanma  elementar  formada  hələ  birhüceyrəli 
orqanizmlərdə  özünü  göstərir:  onlar  mühitin  təsirinə  seçici  səciyyə  daşıyan  hərəkətlə  cavab 
verirlər.Biotik amillərə özünəməxsus hərəkətlərlə cavab vermək üsulları tropizmlər və ya 
taksislər  adlanır.  Tropizmin  aşağıdakı  növləri  fərqləndirilir;    fototropizmlər-  canlı 
orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; termotropizm- istinin təsiri ilə hərəkət etmə 
meyli; xemotropizm- müəyyən fiziki- kimyəvi mühiti seçməyə meyl; topotropizm- mexaniki 
qıcıqlandırıcıların  təsiri  ilə  hərəkət  etmək  meyli  və  başqa  tropizmlər.Təkamül  prosesində 
heyvanlarda  qıcıqlanmanın  yeni  forması  həssaslıq  meydana  çıxır.  Heyvanlar  biotik  təsirləri 
daha  adekvat  surətdə,  məsələn,  iyinə,  rənginə  və  ya  formasına  görə  fərqləndirməyə 
başlamışlar.  Bu  da  duyğunun  əmələ  gəlməsi  deməkdir.  Psixikanın  filogenezdə  (yunanca 
phule-növ,  genesis,  mənşə)  yəni,  təkamül  prosesində  əmələ  gəlməsi  və  inkişafı  mürəkkəb  və 
çoxcəhətli prosesdir. O, muxtəlif  amillərlə  xüsusilə  mühitin təsiri və sinir sisteminin təkamül 

və  inkişafı  ilə  bağlıdır.  Canlı  organizmin  mövcudluğu  mühitin  həyat  şəraitinin  təsirləri    ilə 
şərtlənir, onunla təyin olunur. Lakin heyvanların davranısının psixoloji baxımdan təhlili əsaslı 
sürətdə  göstərir  ki,  heyvanların  mühitə  uygunlasması  bilavasitə  onun  sinir  sisteminin 
xüsusiyyətləri  ilə  bağlıdır.  Sinir  sisteminin  3  tipi    fərqləndirilir.1)  torvari  və  ya  səpkili  sinir 
sistemi tipi;2) düyünlü sinir sistemi tipi;3) borulu sinir sistemi tipi. 
1.  Torvari  sinir  sistemi ən bəsit sinir sistemidir.Birhüceyrəli orqanizmlərdə sinir hüceyrələri 
bədənin səthinə tor şəklində səpələnərək bir-biri ilə çıxıntılar vasitəsilə birləşir. Hər hansı bir 
sinir  hüceyrəsində  əmələ  gələn  oyanma  bütün  hüceyrələrə  yayılır  və  təsir  edən  qıcığa 
orqanizm bütün bədənini yığmaqla cavab verir. 
2.  Düyünlü  sinir  sistemində  sinir  hüceyrələri  qruplaşır,  mərkəzi  düyünlər  əmələ  gəlir:    sinir 
hüceyrələri  əsas  etibarilə  heyvanın  mühitlə  daha  çox  təmasda  olan  baş  hissəsində  toplaşır  və 
sinir sisteminin aşağı ətraf hissələri yuxarı mərkəzi hissələrə tabe vəziyyətdə olur. 
3.  Borulu  sinir  sistemi  ali  sinir  sistemi  tipidir.  O,  boruda  yerləşən  sinir  hüceyrələrini 
birləşməsindən  ibarətdir.  Təkamül  nəticəsində  onurğalılarda  onurğa  beyni  və  baş  beyin-
mərkəzi  sinir  sistemi  meydana  gəlmiş  və  inkişaf  etmişdir.  Düyünlü  sinir  sistemi  səviyəsində 
heyvanların davranışında tropizmlər müşahidə olunsa da, əsas yeri instinktiv davranış forması 
tutur.  İnstinktlər  (latınca-instinktus-oyanma  deməkdir)  genitik  cəhətdən  tropizmlərlə  bağlı 
olsa da, mahiyyət etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinkt termini müxtəlif 
vaxtlarda  müxtəlif  məzmun  ifadə  etmişdir.  Bir  sıra  hallarda  şüurun  əksini  təşkil  edən  halları, 
bəzən  insanın  düşünülməmiş,  “impulsiv”  hərəkətlərini,  insan  psixikasında  heyvani  cəhətləri, 
bəzən  isə  mürəkkəb  şərtsiz  refleksləri  ifadə  etmək  üçün  instinkt  terminindən  istifadə 
olunmuşdur.  Müasir  psixologiyada  terminin  mənası  dəqiqləşmişdir.  O,  elmi  termin  kimi 
“genetik  cəhətdən  təsbit  olunmuş”,  “irsən  möhkəmlənmiş”,  “anadangəlmə  davranış” 
mənasını ifadə edir. Bundan əlavə, son zamanlar aparılmış tətbiqatlar nəticəsində əldə edilmiş 
imprintinq  faktlarını  müəyyən  edilməsi  maraqlıdır:  xüsusilə    K.  Lorentsin  qazlarla  apardığı 
təcrübələrin  təhlili  göstərdi  ki,  vaxtilə,  tamamilə  və  bütünlüklə  anadangəlmə,  irsi,  instinktiv 
davranışa aid olan bir çox davranış formaları əslində həyatda qazanılmadır.  
İnprintinq  (ingiliscə-inprint-həkkolma  deməkdir)  quş  və  heyvan  balalarının  öz  həyatlarının 
ilk  çağlarında  bilavasitə  yaxınlıqda  yerləşən  mütəhərrik  cisimləri  təbit  etmək  və  yadda 
saxlamaq  qabiliyyətinə  deyilir.  Mühüt  dəyişkən  olduğu  üçün,  ona  təkcə  instinktiv  davranış 
formasında uyğunlaşma mümkün deyildir.Bu zəmində heyvanlar mühitə həm də fərdi surətdə 
uyğunlaşırlar.  Onlar  öyrənmə,  eləcə  də  bir  çox  hallarda  təqlid  yolu  ilə  müxtəlif  vərdiçlərə 
yiyələnirlər. Fərdi qazanılmış davranış formaları dedikdə, heyvanların yiyələndikləri vərdişləri 
nəzərdə  tutulur.  Vərdiş  hər  hansı  bir  hərəkətin  dəfələrlə  təkrarlanması  nəticəsində  onların 
avtomatlaşması  formasıdır.  Vərdişlərin  formalaşması  fərdi  xarakter  daşıyır.  Lakin  fərdi 
qazanılmış  davranış  formaları  instinktiv  davranış  formaları  əsasında  təşəkkül 
tapır.İntellektual  davranış  da  genetik  cəhətdən  instinktiv  və  fərdi  qazanılmış  davranış 
formaları  ilə  bilavasitə  bağlıdır.  İntellektual  davranışın  əsasını  ayrı-ayrı  cisimlər  arasındakı 
mürəkkəb  münasibətləri  əks  etdirmək  təşkil  edir  :  bu  zaman  heyvan  iki  cisim  arasındakı 
əlaqəni  tapdığına  görə  bu  davranış  formasını  intellektual  davranış  kimi  xarakterizə  edirlər. 
Cisim  və  hadisələr  arasında  əlaqələrin  tapılması  xüsusiyyəti  intellektual  davranışın 
mahiyyətini  xarakterizə  edir.  Ümümiyətlə  qeyd  etmək  lazımdır  ki,  instiktiv  davranış 

heyvanların  əsas  davranış  formasıdır.  Heyvanlar  fərdi  qazanılmış  davranış  formalarından  və 
intellektual    davranış  formalrandan  bəzi  hallarda  istifadə  edirlər.  İntellektual  davranış 
heyvanlar üçün çox vaxt potensial imkan olaraq qalır. Psixikanın  ən yüksək səviyyəsini şüur 
təşkil  edir.  Şüur  psixika  kimi  beynin  funksiyasıdır.  Şuur  obyektiv  aləmin  insana  məxsus 
inikasıdır.  Heyvanlarda  şüur  yoxdur.  K.  Marks  göstərirdi  ki,  “  məni  mühitimə  mənim 
münasibətim  mənim  şüurumdur”.  Onun  firincə  hər  hansı  münasibət  mövcuddursa  o,  mənim 
üçün  mövcuddur,  heyvan  heç  nəyə  münasibət  bəslənir  və  ümumiyyətlə  münasibət  bəsləmir, 
heyvan  üçün  onun  başqalarına  münasibəti  münasibət  kimi  mövcud  deyildir.  Şuur  ictimai  və 
fərdi  şüur  kimi  öyrənilir.  Psixologiyaya  fərdi    şüurun  xüsusiyyətlərini  tədqiq  edir. 
Psixologiyanın  bəzi  sahələri,  o  cumlədən  sosial  psixologiya  ictimai  şuürun  bəzi  aspektlərini 
öyrənir.  İctimai  suur  dedikdə  bütövlükdə  müəyyən  cəmiyət  və  ya  sosial  qrup  üçün  səciyyəvi 
olan baxışlar, idealar nəzərdə tutulur. İctimai şüur müxtəlif formalarda-ictima- siyasi, huquqi 
nəzəriyyələr və baxışlar, fəlsəfə, əxlaq, incəsənət və din şəklində meydana çıxır, ictimai varlığı 
əks  etdirib,  ona  fəal  təsir  göstərən  bu  formaların  hər  birinin  oz  inikas  obyekti  və  üsulu 
müəyyənləşir.  Hər  biri  insanların  ictimai  varlığına  özünəməxsus  bir  şəkildə  təsir  göstərir. 
Cəmiyyəti təşkil edən insanlar olmadan cəmiyyət mümkün deyildir və deməli, fərdlərin şüuru 
olmadan  ictimai  şüur  da  mümkün  deyildir.Fərdi  şüurun  özünəməxsus  xüsusiyyətləri  vardır. 
Onun  mahiyyəti  ictimai  şüurun  mahiyyətindən  fərqlənir.  Şüur  fərdin  həyat  yolunun 
təkrarolunmaz  əlamətlərini,  təebiyəsinin  xüsusiyyətlərin,  ona  olan  müxtəlif  siyasi  və  ideoloji 
təsirləri ifadə edir. Fərdi şüur makro və mikromühitin, həmçinin ailənin, dostların, tanışların və 
şəxsi  hayat  şəraitinin  təsirinin  nəticəsi  kimi  meydana  çıxır.  Fərdi  şüur  insanın  inkişaf 
səviyyəsi, şəxsi xarakteri və s. kim amillərin də təsiri altında olur.Şüurun bir sıra xarakterik 
xüsusiyətləri vardır.  
Şüurun1-ci xarakteristikası elə adında –şüurda verilir. İnsan şüuru özünə bizi əhatə edən aləm 
haqqında biliklər məzmununu daxil edir. Şuurun sturukturuna ən muhum idrak prosesləri daxil 
olur. İnsan onların koməyi ilə öz biliklərini daim zənginləşdirir.  
Şuurun  2-ci  xarakteristikası subyekt və  obyektin  yəni, insanın  məninə  və  qeyri-məninə  aid 
olanlarin  fərqlənməsindən  ibarətdir.  Mənin  qeyri-məndən  ayrılması  insanın  mənlik  şuurunun 
formalaşması prosesində həyata keçir.  
Şüurun 3-cü xarakteristikası insanın məqsədli fəaliyyətinin təmin olunmasından ibarətdir.  
Şüurun  4-cü  xarakteristikasi  isə  onun  tərkibinə  müəyyən  münasibətlərin  daxil  olmasından 
ibarətdir.  İnsan  süuruna  hisslər  aləmi  zəruri  surətdə  daxildir.  Onda  insanın  daxil  oldugu 
murəkkəb  obyektiv  ictimai  munasibətlər  öz  əksini  tapmişdır.  Psixikanın  aşagı  səviyyəsini 
şüursuzluq təşkil edir. O, psixikanın elə formasından ibarətdir ki, bu zaman icra olunmuş işlər 
barədə  hesabat  verilmlr  .İşin  vaxtına  və  yerinə  tam  bələdləşmə  itirilir,  davranışın  nitq 
vasitəsiylə tənzimi pozulur. 
Şüurun üç əsas funksiyası: 
1. Konqnitiv  funksiya- yalnız şüur səviyyəsində biliklərin fəal, məqsədyönlü 
mənimsənilməsi kimi özünü göstərir. Koqnitiv funksiya fərdi şüurun ictimai şüurla üzvi 
əlaqəsini bilavasitə ifadə edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, insanın mənimsədiyi 
biliklərin- elmi, ideoloji, etik ideyaların, prinsiplərin, normaların və s. özü ictimai xarakter 
daşıyır, onlar ictimai- tarixi xarakter daşıyır, onlar ictimai-tarixi praktikanın gedişində neçə-

neçə nəslin səyi nəticəsində yaranmış və şüur faktına çevrilmişlər. Koqnitiv funksiya idrak 
proseslərinin köməyilə həyata keçirilir, yəni insane onların köməyilə öz biliklərini 
zənginləşdirir. Özünün bu xüsusiyyətlərinə görə idark prosesləri şeurun strukturuna daxil olur. 
2.  Tənzimetmə  funksiyasının    süur səviyyəsində əsas xarakteristikası onun ixtiyari  xarakter 
daşıması  ilə  bağlıdır.Şüurun  tənzimetmə  funksiyası  müxtəlif  formalarda  həyata  keçirilir. 
Burada  iki  cəhətə  diqqət  yetirilməlidir:  a)  şüurlu  məqsəd  fəaliyyət  prosesində  özünəməxsus 
etalon  rolunu  ifadə  edir;  insane  öz  işinin  nəticəsini  onunla  tutuşdurur,  öz  səhvlərin  müəyyən 
edir,  b)  insanın  fəaliyyəti  onun  iradəsinin  təzahürü  kimi  həyata  keçirilir.  O,  iradi  səy 
göstərərək  qarşıya  şıxan  çətinlikləri  aradan  qaldırır,  özünün  bütün  bilik  və  istedadını  şüurlu 
məqsədin  həyata  keçirilməsinə  tabe  edir.  İnsanın  öz  davranışını,  fəaliyətini  şuurlu  səkildə 
tənzim etmək zərurəti onun sosial varlığı ilə şərtlənir.  
3. Şuurun kommunikativ funksiyası isə insanların bir-biriylə ünsiyyəti prosesində formalaşır. 
Komunikativ  funksiya  bir  tərəfdən  insanlar  arasında  bilik  mübadiləsi,  onların  bir-birinin 
təcrübəsini  mənimsəməsi,  digər  tərəfdən  bir-birinin  davranısını    qarşılıqlı    surətdə  tənzm 
etməsi prosesi kimi həyata keeçirilir. Bu o deməkdir ki, bir adamın şüurunun formalaşmasında 
onlarla  adam  iştirak  edir.  Biz  şüuru  ictimai  məhsul  kimi  xarakterizə  edəndə,  ilk  növbədə, 
həmin  cəhəti  nəzərə  alırıq.  Özünün  bu  xüsusiyyətinə  görə  kommunikativ  funksiya  xüsusi 
əhəmiyyət kəsb edir. Şuurla dil vəhdət təşkil edir. İnsan xarici aləmdən aldığı təəssuratı ancaq 
dillə ifadə etdikdən sonar dərk edir və onu yaxşı yadda saxlayır. 
 
Mövzu 4. Fəaliyyət və onun psixoloji səciyyəsi                                                   
Plan:    
          1.Fəaliyyət haqqında anlayış 
          2.Fəaliyyətin strukturu 
          3.Fəaliyyətin əsas növləri 
 
1.Fəaliyyət haqqında anlayış 
 
Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici  (fiziki) 
fəallığıdır. 
Fəaliyyət  genetik  cəhətdən  əvvəlcə  praktik  fəaliyyət  kimi  formalaşmışdır.  Onun  əsasında 
isə  tədricən  nəzəri  fəaliyyət  təşəkkül  etmişdir.  Praktik  fəaliyyət  sahəsində  insan  əşyalarla 
əməliyyat aparır. Onları bu prosesdə dəyişərək dərk edir və xarici aləmi daha adekvat surətdə 
əks etdirir. Belə fəaliyyətə əşyavi fəaliyyət deyilir. Psixologiya fəaliyyətin subyektiv cəhətini 
və  ya  planını  tədqiq  edir.  Fəaliyyətin  tədqiqi  zamanı  birinci  növbədə  onu,  fəaliyyətin 
motivləri, məqsədləri, bu prosesdə: sensor (hissi), perseptiv (qavrayış), mnemik (hafizə), iradi-
emosiyanal  və  başqa  proseslərin  rolu,  funksiyaları,  dinamikası  maraqlandırır.  Fəaliyyət 
psikanın  inkişafını  şərtləndirir.  Insanın  fəallığı  iki  formada  özünü  göstərir:  xarici  (fiziki)  və 
daxili (psixi) fəallıq. Bu baxımdan fəaliyyət  daxili insanın daxili və xarici  fəallığının vəhdəti 
kimi özünü göstərir. Deməli, fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili 
və  xarici  fəallığıdır.  Fəaliyyət  gerçəkliyə  elə  fəal  yanaşma  formasıdır  ki,  onun  vasitəsi  ilə 
insanla  onu  əhatə  edən  aləm  arasında  real  əlaqə  yaranır.  Fəaliyyət  vasitəsi  ilə  insan  təbiətə, 

əşyalara və başqa adamlara təsir göstərir. O, özünün daxili xüsusiyyətlərini fəaliyyətdə həyata 
keçirərək  və  aşkar  edərək  əşyalara  münasibətdə  bir  subiyekt  kimi,  insanlara  münasibətdə  isə 
bir  şəxsiyyət  kimi  çıxış  edir.  Öz  növbəsində  onların  cavab  təsirini  hiss  edərək  bu  yolla 
insanların,  əşyaların,  təbiət  və  cəmiyyətin  həqiqi  obyektiv  mühüm  xüsusiyyətlərini  aşkara 
çıxarır.    Onun  qarşısında  əşyalar  obyekt  kimi,    insanlar  isə  şəxsiyyət  kimi  çıxış 
edir.Heyvanların davranışı bütünlüklə bilavasitə ətraf mühitlə müəyyən edilirsə, insan fəallığı 
artıq  kiçik  yaşlardan  bütün  bəşəriyyətin  təcrübəsi  və  cəmiyyətin  tələbləri  ilə  tənzim  edilir. 
İnsana  məxsus  fəaliyyət  tipinin    fərqləndirici  əlamətləri  vardır.  Ilk  növbədə  fəaliyyətin 
məzmunu  bütünlüklə  onu  doğuran  tələbatlarla  müəyyən  edilir.  Lakin    fəaliyyətin  məzmunu 
özlüyündə  tələbatlarla  deyil,  məqsədlə  müəyyən  edilir.  Fəaliyyətin  müvəffəqiyyətli  olması 
üçün  psixka  şeylərin  xüsusi  obyektiv  xassələrini  əks  etdirməli  və  onların  vəsitəsi  ilə  qarşıya 
qoyulmuş məqsədə nail olmaq üsullarına müəyyənləşdirməlidir. Fəaliyyət idrakla və iradə ilə 
ayrılmaz  surətdə  bağlıdır,  onlara  istinad  edir,  idrak  prosesləri  və  iradi  proseslər  olmadan 
mövcud deyildir. Təkcə motivlər deyil, hətta fəaliyyətin bu və ya digər planını seçməyə səbəb 
olan  bir  çox  fikri  proseslərdə  həmişə  insan  tərəfindən  bütövlükdə  dərk  olnmur.  Fəaliyyətin 
həyata keçirilməsi yollarına gəldikdə, onların bir çoxu şüurdan asılı olmayaraq tənzim olunur. 
Fəaliyyətin  bütün  cəhətlərinin  şüurda  əks  olunma  dərəcəsi  və  tamlığı  müvafiq  fəaliyyətin 
dərkolunma səviyyəsini müəyyən edir. Fəaliyyətin dərkolunma səviyyəsinin necəliyindən asılı 
olmayaraq  məqsədin  dərk  edilməsi  onun  zəruri  əlaməti  olaraq  qalır.  Həmin  əlamət  mövcud 
olmadıqda, insana məxsus fəaliyyət də mövcud ola bilməz.  
 
İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də 
dəyişir.  İnsanla  təbiət  arasındakı  bu  cür  fəal  qarşılıqlı  təsir  prosesi  fəaliyyət  adlandırılır.  Bu 
prosesdə  insan  subyekt  kimi  çıxış  edir,  obyektə  məqsədəyönəlmiş  şəkildə  təsir  göstərməklə 
özünün  tələbatlarını  ödəyir.  Məhz  buna  görə  də  fəaliyyət  həmişə  insanın  şüurlu  məqsədləri 
əsasında, həmin məqsədlərlə tənzim olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji 
ədəbiyyatda  fəaliyyətə  belə  tərif  verilir:  Fəaliyyət  insanın  dərk  olunmuş  məqsədləri  ilə 
tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. 
Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş 
verə  bilir.  Bunların  hər  ikisində  insanın  fəallığı  onun  öz  qarşısına  qoyduğu  dərk  olunmuş 
məqsədləri ilə tənzim edilir. 
Fəaliyyət və şüur qarşılıqlı dialektik vəhdət təşkil edirlər. Fəaliyyət prosesində insan onu 
əhatə  edən  aləmin  cisim  və  hadisələri  ilə  bələd  olur,  onlara  qarşı  insanda  müəyyən 
münasibətlər  sistemi  formalaşır.  Fəaliyyət  prosesində  subyektin  bilik  çərçivəsi  genişlənir, 
psixikası  inkişaf  edir  və  beləliklə  də  şüurluluq  səviyyəsi  güclənir.  Şüurun  inkişafı  isə  öz 
növbəsində fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik dərəcəsini inkişaf etdirir. 
 
2.Fəaliyyətin strukturu. 
 
Fəaliyyətə  verilmiş  tərif  əsasında  onun  sturkturunu  müəyyən  etmək  olar.  Fəaliyyətin 
sturkturunda qeyd olunan tərkib hissələri aşağıdakılardır: 
1.Motiv-məqsəd fəaliyyətin özünəməxsus vektorunu əmələ gətirir. Bu isə öz növbəsində 

onun istiqamətini, eləcə də subyektin fəaliyyət prosesində göstərdiyi səyin dərəcəsini müəyyən 
edir. Motiv insanı fəaliyyətə təhrik edən amillərə aiddir.  Motivin əmələ gəlməsi ilə fəaliyyət 
özünəməxsus emosional boya kəsb edir. İnsan fəaliyyət prosesində meydana çıxan çətinliklərə 
də  özünəməxsus  münasibət  bəsləməyə  başlayır.  Motivsiz  fəaliyyət  yoxdur.  Lakin  fəaliyyətin 
konkret xarakteristikası motivlə deyil, məqsədlə müəyyən olunur. Məqsədə gəldikdə o, insanın 
fəaliyyət  zamanı  hansı  nəticəyə  nail  olmağa  yönəlməsidir.  Son  nəticə  daima  fəaliyyətin 
məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daima dərk olunmuş məqsədləri 
ilə  tənzim  edilir.  İnsanın  həmin  fəaliyyəti  nə  dərəcədə  adekvat  yerinə  yetirməsi  qarşıya 
qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olunur. 
Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün 
xüsusiyyətlərinə  görə  bir-birlərindən  fərqlənirlər.  Məsələn,  tələbədə  olmayan  hər  hansı  bir 
kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv həm də məqsəd rolunu oynaya bilər. 
Lakin  «psixologiya»  dərsliyini  almaq  üçün  kitab  mağazasına  getmək  onun  məqsədi,  həmin 
fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün getməsi isə motivi ola bilər. 
Motivlərdərk edilən və dərkedilməyən olmaqla daha iki qrupda birləşdirirlər. 
Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamagımız, 
dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər nəzərdə tutulur ki, 
həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin