Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


mənimsədə  bilməz.  Materialın  ilkin  qavranılması,  onunla  aparılan  iş,  onun  hafizədə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

mənimsədə  bilməz.  Materialın  ilkin  qavranılması,  onunla  aparılan  iş,  onun  hafizədə 
möhkəmlənməsi şagirdin diqqətinin davamlı olmasını tələb edir. 
K.D.Uşinskinin  sözlərilə  desək,  diqqət  ruhumuzun  elə  yeqanə  qapısıdır  ki, 
şüurumuzda  olan  hər  bir  şey  mutləq  buradan  keçir.  Ona  görə  də  Uşinski  müəllimlərə 
dərs zamanı şagirdləri həmin qapını açıq saxlamağa alışdırmağı məsləhət bilirdi. 
 
2.Diqqətin növləri və fizioloji mexanizimləri 
 
Digər  psixi  proseslər  kimi  diqqət  də  öz  fizioloji  mexanizimlərinə  malikdir.  Diqqəti 
adətən  sinir  sistemlərinin  müxtəlif  səviyyələrində  yerləşən  «süzgəcə»  bənzədirlər  və  bu 
funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq 
olunmuşdur. 
Hələ  vaxtilə  akademik  İ.P.Pavlov  diqqətin  fizioloji  əsasını  birinci  növbədə 
bələdləşmə  refleksi  ilə  izah  etmişdir.  Adətən,  qarşılaşdığımız  hər  bir  yeni  cisim  və  ya 
hadisə,  yenilik  bizi  maraqlandırır,  onunla  tanış  olmağa,  bələdləşməyə  sövq  edir.  Ona 
görə də diqqətimizi özünə cəlb edir. 
Diqqətin fizioloji əsaslarını başa düşməyə İ.P.Pavlovun kəşf etdiyi «optimal oyanma 
ocağı» haqqında təlim də xüsusi rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində 
hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı 
mövcud  olur.  Sinir  proseslərinin  induksiyası  qanununa  görə  isə  beynin  bir  sahəsində 
yaranan  oyanma  prosesləri  baş  beynin  digər  sahələrində  ləngimə  yaradır  və  əksinə. 
Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur. Oyanma nə qədər  güclü olursa onun 
ətrafındakı ləngimə də bir o qədər  güclü olur. Məsələn, çox vaxt hər hansı bir maraqlı 
kitabı oxuduğumuz zaman ona o qədər aludə oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.  
Bundan 
başqa 
diqqətin 
fizioloji 
əsaslarının 
aydınlaşdırılması 
üçün 
A.A.Uxtomskinin  irəli  sürdüyü  dominantlıqprinsipi  də  böyük  rol  oynayır.  Dominant 
oyanma  sahəsi  optimal  oyanma  sahəsindən  yüksək  davamlılığı  ilə  fərqlənir.  Belə 
dominant oyanma ocağı nəinki yeni yaranan oyanma ocaqlarını ləngdir, həm də onların 

hesabına  güclənir.  Məsələn,  gərgin  zehni  fəaliyyətlə  məşğul  olan  şəxslərə  kənar 
qıcıqlandırıcı təsir etdikdə onların əvvəlki problem üzərinə yönəlməsi daha da güclənir. 
Bu halda sanki bütün qüvvələr səfərbərliyə alınır, diqqətin mərkəzləşməsi artır. 
İstər optimal oyanma sahəsi, istərsə də dominantlıq haqqında təlim ixtiyarı diqqətin 
mexanizmlərini  kifayət  qədər  aydınlaşdırmağa  imkan  vermir.  Çünki  ixtiyarı  diqqət 
zamanı insan qarşısına məqsəd qoyur, öz diqqətini tənzim edir, istədiyi obyektə keçirir. 
Müxtəlif  neyrofizioloji  tədqiqatlar  göstərir  ki,  diqqətin  fizioloji  əsasını  passiv 
oyanıqlıqdan  fəal  oyanıqlığa  keçidi  təmin  edən  ümumi  fəallaşma  təşkil  edir.  Bu  isə 
müxtəlif  bələdləşmə reaksiyalarında təzahür edir. Bələdləşmə refleksi  orqanizmin əksər 
üzvlərinin  fəaliyyətində  dəyişikliklərə  səbəb  olur  (başın,  gözün  qıcıqlandırıcıya  tərəf 
çevrilməsi, maddələr mübadiləsi, ürək-damar sisteminin və s-nin fəaliyyətində). 
Bir  çox  klinik  tədqiqatlar  göstərir  ki,  ixtiyarı  diqqət  mexanizmlərinin  idarə 
olunmasında  beynin  alın  payı  xüsusilə  böyük  rol  oynayır.  Beynin  alın  payı  zədələnmiş 
xəstələrdə davamlı gərgin ixtiyarı diqqətin yaradılması əslində mümkin deyildir. 
Diqqətin növləri 
Psixoloji ədəbiyyatda yönəlişlik və mərkəzləşmənin xarakterindən asılı olaraq diqqətin 3 
növünü  qeyd  edirlər:  qeyri-ixtiyari,  ixtiyari  və  ixtiyaridən  sonrakı  diqqət.  Qeyri-ixtiyari 
diqqət  diqqətin  daha  sadə  növüdür,  o  heç  bir  iradi  cəhdlə,  məqsədlə  bağlı  olmayan 
diqqətdir. 
Qarşıya məqsəd qoymadan psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi 
qeyri-ixtyari diqqət üçün xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr 
diqqətin seçiciliyini təmin edir. 
Qeyri-ixtiyari  diqqətin  yaranması  üçün  qıcıqlandırıcılar  bir  sıra  xüsusiyyətlərə 
malik  olmalıdırlar.  Bura  qıcıqlandırıcıların  intensivliyini,  gözlənilmədən  təsirini,  onlar 
arasındakı kontrastı, təsir etmə müddətini, həmçinin qıcıqlandırıcıların yeniliyi və qeyri-
adiliyini, şəraitin kəskin dəyişməsini və s. aid etmək olar. 
Qeyri-ixtiyari  diqqətə  səbəb  olan  digər  amillərə  isə  biz  insanın  maraq  və 
tələbatlarına,  onun  daxili  vəziyyətinə  üyğun  gələn  qıcıqlandırıcıları  aid  edə  bilərik. 
Qeyri-ixtiyari  diqqətin  fizioloji  mexanizmi  İ.P.Pavlovun  qeyd  etdiyi  bələdləşmə 
refleksidir.  O  hər  bir  yeni  stimula  qarşı  insanın  reaksiyası  kimi  təzahür  edərək,  hiss 
üzvlərini yeni obyektin qavranılmasına hazırlayır. 
Qeyri-ixtiyari  diqqətdən  fərqli  olaraq  ixtiyari  diqqət  insanın  şüurlu  məqsədi  ilə 
bağlıdır.  Onu  bəzən  iradi,  aktiv  diqqət  də  adlandırırlar.  L.S.Vıqotski  qeyd  edirdi  ki, 
ixtiyari  diqqət  vasitəli  prosesdir,  yəni  o    müxtəlif  vasitələrin:  işarə,  nitqin  və  qarşıya 
qoyulmuş məqsədin vasitəsilə həyata keçirilir. 
Ontoqenezdə  də  ixtiyari  diqqətin  inkişafını  izləsək,  görərik  ki,  bu  proses  tədricən 
baş  vermişdir.  Yaşlılar  uşağın  diqqətini  sözlü  təlimat  vasitəsilə    lazım  olan  obyektə 
yönəldirlər, onun qarşısında məqsəd qoyaraq uşağın fəaliyyətini təşkil edirlər. Sonra isə 
uşaq  özü  müstəqil  şəkildə  qarşısına  məqsəd  qoymaq  bacarığına  yiyələnir.  Fizioloji 
səviyyədə ixtiyari diqqətin tənzim olunmasında beynin alın payı iştirak edir. 
Diqqətin  digər  növü  isə  N.F.Dobrinin  tərəfindən  ixtiiyaridən  sonrakı  diqqət 
adlandırılmışdır.  Diqqətin  bu  növü  ixtiyari  diqqət  kimi  əvvəlcə  məqsədyönlü  xarakter 

daşıyır  və  iradi  cəhd  tələb  edir,  lakin  sonra  fəaliyyətin  məzmunu    insan  üçün  o  qədər 
böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olunmur. 
Məhz  buna  görə  də  həmin  diqqəti  ixtiyari  diqqət  adlandırmaq  olmur.  Çünki  bu 
zaman psixi fəaliyyət iradi cəhdlə  başlasa  da sonradan bu cür iradi cəhd  göstərilmədən 
davam  etdirilir.  Onu  qeyri-ixtiyari  diqqət  adlandırmaq  da  mümkün deyildir.  Çünki  bu 
işə iradi cəhdlə başlanılmışdır. Məhz buna görə də diqqətin həmin növünü N.F.Dobrinin 
ixtiyaridən  sonrakı  diqqət  adlandırmışdır.  Adətən,  ixtiyaridən  sonrakı  diqqətə  keçid 
insanın artıq iradi güc sərf etməsinin qarşısını alır. 
3.Diqqətin xüsusiyyətləri 
 
Psixoloji  ədəbiyyatda  diqqətin  5  əsas  xüsusiyyətini  ayırd  edirlər.  Bunlar  diqqətin 
həcmi, paylanması, mərkəzləşməsidavamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün 
adamlarda  eyni  səviyyədə  inkişaf  etmir.  Məsələn,  bəzi  adamlarda  diqqət  daha  çox 
mərkəzləşməyə, digərində isə paylanmaya meyl edir. 
Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin miqdarı ilə müəyyən edilir. 
Diqqətin  həçmi  fərdi  şəkildə  dəyişən  bir  kəmiyyət  olub  və  əsasən  bir-biri  ilə  əlaqəsi 
olmayan  52  obyekti  əhatə  edir.  Əksər  hallarda  diqqətin  həcmini  ölçmək  üçün 
taxistoskop adlanan cihazdan istifadə olunur. Bu cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər, 
fiqurlar,  rəqəmlər  və  s.)  elə  nümayiş  etdirilir  ki,  yoxlanılan  şəxs  nəzərini  bir  obyektdən 
diqərinə keçirə bilməsin. 
Diqqətin  həçmi  qavranılan  cisim  və  hadisələrin  bir-biri  ilə  nə  qədər  sıx  əlaqədar 
olmasından aslıdır. Cisim və hadisələr bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin 
həçmi  də  bir  o  qədər  böyük  olar.  Bunu  aydın  görmək  üçün  aşağıdakı  iki  şəkilə  nəzər 
salaq. 
 
 

 
 
 
 

 
Əgər  birinçi  şəkli  (A)  yoxlanana  ani  olaraq    göstərib  götürsək  və  orada  neçə  xətt 
çəkildiyini soruşsaq dəqiq rəqəmi çətin eşidəçəyik. İkinçi şəkli (B) göstərdikdə isə dər hal 
12 çavabını alacağıq. Burada yoxlanan 3 xəttdən ibarət olan 4 qrupu birləşdirərək cavab 
verir. 
Başqa  bir  misal.  Əgər  yoxlanana  «ü  ə  n  g  n  a  a  x  b»  hərfləri  yazılmış  lövhəni 
göstərib  orada  neçə  hərf  olduğunu  soruşsaq  düzgün  cavab  çətin  alınaçaqdır.  Lakin 
həmin hərfləri bir söz kimi birləşdirib «günəbaxan» şəklində təqdim etsək burada 9 hərf 
olduğunu asanlıqla deyə biləcəkdir. 
Diqqətin  davamlılığı  onun  eyni  bir  obyekt  üzərində  uzun  müddət  saxlanılmasında 

ifadə  olunur.  Tədqiqatlar  göstərir  ki,  insan  diqqətini  yönəltdiyi  obyektdə  yeni  tərəflər, 
yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə qavranılan 
obyekt  daima  yeni  məzmun  kəsb  edərsə  bu  diqqətin  davamlı  olmasına  gətirib  çıxarır. 
Bundan  başqa  diqqətin  davamlılığı  bir  sıra  şərtlərdən,  məsələn,  materialın  çətinlik 
dərəcəsindən,  onun  anlaşıqlılığından,  subyektin  ona  münasibətindən,    insanın  yaşından 
və  şəxsiyyətin  bir  çox  fərdi  keyfiyyətlərindən  asılıdır.  Diqqətin  bu  xüsusiyyətini  nəzərə 
alaraq  dərs  zamanı  hər  10-15  dəqiqədən  sonra  fəaliyyət  növlərinin  dəyişilməsi 
məqsədəuyğun hesab olunur. 
Diqqətin  paylanması    eyni  zamanda  2  və  ya  daha  çox  fəaliyyət  növünü  (və  ya 
müxtəlif işləri) həyata keçirmək qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının 
zəruri  şərtlərindən  biri  odur  ki,  bu  zaman  icra  olunan  fəaliyyətlərdən  biri 
avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan həyata keçirilməlidir. 
Diqqətin  paylanması  insanın  psixoloji  və  fizioloji  vəziyyətindən  çox  asılıdır. 
Yorğunluq  halında,  diqqətin  daha  çox  mərkəzləşməsini  tələb  edən  fəaliyyət  növlərinin 
həyata kecirilməsi zamanı diqqəti paylamaq çətin olur. 
 Bununla  belə,  diqqətin  paylanması  səviyyəsi  eyni  zamanda  icra  edilən  fəaliyyət 
növlərinin  xarakterindən,  onların  mürəkkəblik  dərəçəsindən,  həmin  fəaliyyət  növləri 
sahəsində insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də  asılı olur. 
Diqqətin  keçirilməsi    şüurlu  surətdə  diqqəti  bir  obyektdən  digər  obyektə,  bir 
fəaliyyət  növundən  digərinə  keçirməkdə  təzahür  edir.  Məsələn,  müəllim  dərs  zamanı 
diqqətini müxtəlif şagirdlərə, öz fəaliyyətinə, gözlənilmədən baş verən hadisələrə kecirir 
və  eyni  zamanda  da  o  dərsin  əsas  məzmunundan,  planından  yayınmır.  Keçirilmə  hər 
hansı  bir  dəyişən,  mürəkkəb  situasiyaya  daha  tez  bələdləşmə  qabiliyyəti  ilə  bağlıdır. 
Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan baş vermir və çox şərtlərdən asılıdır. 
Bunlara  əvvəlki  və  sonrakı  fəaliyyətin  qarşılıqlı  əlaqəsini  və  subyektin  onlara 
münasivətini  aid  etmək  olar.  İnsan  asan  işdən  çətin  isə  keçdikdə  keçirilmənin 
göstəriçiləri aşağı düşür. 
Diqqətin keçirilməsi bir fəaliyyətdən digər fəaliyyətə keçmə tezliyində ifadə olunur 
və o həm də sinir sisteminin bəzi xassələrindən - dinamiklik və rigidlikdən asılıdır. 
Diqqətin  mərkəzləşməsi  zamanışüurumiz  yalnız  bir  obyekt  və  ya  fəaliyyətə  yönəlir. 
Fizioloji  baxımdan  mərkəzləşmə  beyində  olan  dominant  oyanma  ocağının  fəaliyyətilə 
bağlıdır.  Mərkəzləşmənin  masksimal  intensivliyi  yalnız  bir  obyektin  qavranılması 
zamanı  baş  verir.  Diqqətin  həcmi  artıqça,  o  mərkəzləşmənin  səviyyəsinin  aşağı 
düşməsinə  səbəb  olur.  Mərkəzləşmə  dərk  etdiyimiz  cism  və  hadisələrin  daha  dərindən 
öyrənilməsinin,  mürəkkəb  əşyavi  fəalliyyətin  yerinə  yetirilməsinin  psixoloji  şərti  kimi 
çıxış edir. 
Diqqətin qeyd olunan xassələri ilə yanaşı bir sıra pozulma hallarına da rast gəlmək 
mümkündür. Bunlara diqqətin tərəddüdünü, yayınmasını, dalğınlığı aid etmək olar. 
Diqqətin  tərəddüdü–müəyyən  fəaliyyət  zamanı  diqqətmizin  gah  bu,  gah  da  başqa 
obyektə yönəlməsi, az və çox müddət onun üzərində mərkəzləşməsidir. 
Hətta çox davamlı və mərkəzləşmiş diqqət zamanı biz onun intensivlik dərəcəsinin 
qısa  müddətli  qeyri-ixtiyarı  dəyişmələri  ilə  rastlaşırıq.  Bu  diqqətin  tərəddüdüdür. 

Diqqətin  tərəddüdü  N.N.Lanqe  tərəfindən  öyrənilmişdir.  Onun  eksperimentlərində 
yoxlanılanlar  saatın  tiqqiltisini  eşidirdilər.  Müəyyən  zaman  intervalı  keçəndən  sonra 
saatın səsi fluktiasiyaya uğqayırdı. N.N.Lanqe qöstərdi ki, tərəddüd dövrü təqribən 2-3 
saniyə  təşkil  edir.  Diqqətin  tərəddüdünün  səbəblərinə  yorğunluğu  və  hiss  üzvlərinin 
adaptasiyasını  aid  etmək  olar.  Diqqətin  tərəddüdü  onun  davamlılığına  əks  olan  bir 
xüsusiyyətdir.  
Diqqətin  yayınmasına  gəldikdə  bu,  hər  hansı  bir  fəaliyyət  zamanı  diqqətin  qeyri-
ixtiyari  olaraq  əsas  işlə  əlaqəsi  olmayan  kənar  cisim  və  ya  hadisəyə  yönəlməsindən 
ibarətdir.  Diqqətin  yayınması  ilə  mübarizə  tədbirlərindən  biri  işlədiyimiz  yerdə  kənar 
qıcıqların  mümkün  qədər  olmamasına  çalışmaqdır.  Lakin  buna  həmişə  nail  olmaq 
mümkün  olmur.  Bəzən  istər-istəməz  bir  sıra  yayındırıcı  qıcıqlandırıcıların  təsir 
göstərdiyi  şəraitdə  işləməli  oluruq.  Ona  görə  də  diqqətimiz  yayınır.  Bu  cəhəti  nəzərə 
alaraq insan özündə həm sakit şəraitdə, həm də kənar qıcıqlandırıcıların təsir göstərdiyi 
şəraitdə işləmək bacarığı aşılamağa çalışmalıdır. 
Diqqətin  yayınması  hallarından  birini  də dalğınlıq  təşkil  edir.  Dalğınlıq  insanın  öz 
diqqətini  mərkəzləşdirə  bilməməsində  ifadə  olunur.  Dalğınlıq  halının  iki  şəklini  ayırd 
edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan dalğınlıqdır. Bu zaman insan 
öz  diqqətini  müəyyən  bir  obyekt  üzərində  mərkəzləşdirə  bilmir,  onun  diqqəti  davamsız 
olur  və  tez-tez  yayınır.  Uşaqlarda  və  yaşlı  adamlarda  bu  cür  dalğınlığa  tez-tez  rast 
gəlmək  olur.  Bunun  səbəbi  çox  yorulmaq,  insana  təsir  edən  güclü  emosional  amillər, 
xəstəlik, uşaqda ixtiyari diqqətin tərbiyəsinin düzgün təşkil edilməməsi ola bilər. 
İkinci  halda  dalğınlıq  diqqətin  hər  hansı  bir  obyekt  üzərində  çox  güclü,  gərgin 
şəkildə  mərkəzləşməsində  ifadə  olunur.  Bunun  sayəsində  kənar  qıcıqlandırıcılar  onu 
yayındıra bilmir, insan sanki ətraf aləmi «unudur». Bu nöqsan diqqəti paylamağı və bir 
obyektdən digərinə vaxtında keçirməyi bacarmamaqda ifadə olunur. 
 
 
4. Hafizə prosesləri 
 
   
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də  informasiyanın fasiləsiz 
olaraq  toplanması  qabiliyyətidir.  Bu  proses  psixi  fəaliyyətin  bütün  dövr  və  sahələrini 
əhatə  etməklə  bir  çox  hallarda  avtomatlaşır,  hətta  az  qala  qeyri-şüuri  mahiyyət  kəsb 
edir.  Nümunə  olaraq  psixologiyada  iki  mötəbər  tarixi  fakt  kimi  göstərilən  hadisəni 
vermək istərdik. 
  Hafizə  bütün  canlılarda  vardır.  Hətta,  bitkilərin  də  yaddaşının  olması  ilə  bağlı  elmi 
fikirlər  söylənilir.  Geniş  mənada,  hafizəni  canlı  orqanizmin  informasiyanı  təsbit  edən 
anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.  
  Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar 
onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. 
Hafizənin  insan  həyatında  və  fəaliyyətində  əhəmiyyəti  olduqca  böyükdür.  Əgər 
hafizə  olmasaydı  hər  şey  insana  həmişə  yeni  görünərdi.  Hafizə  olmasaydı  insan  «əbədi 
olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün psixi proseslərin ən 

mühüm  xarakteristikası  olan  hafizə  insan  şəxsiyyətinin  vahidliyini  və  tamlığını  təmin 
edir.  
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu 
İ.P.Pavlovun  ali  sinir  fəaliyyətinin  qanunauyğunluqları  haqqında  təliminin  əsas  müd-
dəaları  ilə  sıx  bağlıdır.  Başqa  sözlə,  fizioloji  nəzəriyyə  hafizənin  fizioloji  əsasını  beyin 
qabığında müvəqqəti əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə bağlayır. 
Hafizə  haqqında  biokimyəvi  nəzəriyyə  tərəfdarları  belə  hesab  edirlər  ki,  beyində 
müəyyən  üzvlərin  möhkəmlənməsi,  hifz  edilməsi  və  yada  salınması  proseslərinin 
mexanizmləri  əsasında  xarici  qıcıqlandırıcıların  təsiri  altında  sinir  hüceyrələrində  baş 
verən spesifik kimyəvi dəyişmələr durur. 
         Hafizə mərkəzi harada yerləşir? Son illərdə aparılan psixolo;i tədqiqatlar təsdiq edir 
ki,  yadasalma  və  xatırlama  emosiya  və  motivasiya  ilə  sıx  bağlıdır.  Məlum  olur  ki, 
informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və motivasiya fəallığını təmin 
edən  qabıqaltı  sahə  əhəmiyyətli  rol  oynayır.  Bütövlükdə  beynin  psixi  funksiyasının 
lokalizasiyası hələ də tamamilə öyrənilməmişdir. Hələ də informasiyaların beyində necə 
kodlaşdırılması,  deyək  ki,  görmə  reseptorlarının  məlumatlarının  necə  və  beynin  hansı 
sahəsində qorunduğunu tamamilə öyrənmək mümkün olmamışdır.  
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin 
travmaları  almış  xəstələri  müşahidə  etməklə  toplanmışdır.  Müəyyənləşdirilmişdir  ki, 
beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın, 
sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur.  
Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb olan fakt ondan ibarət idi 
ki,  yalnız  heyvanlarda  deyil,  həm  də  insanlarda  da  beynin  böyük  bir  sahəsinin 
zədələnməsinə baxmayaraq, hafizə pozulmur.  
Qəbul  edilən  yeganə  qanunauyğunluq  ondan  ibarət  idi  ki,  beynin  daha  çox 
zədələnməsi  ilə  hafizənin  pozulması  arasında  asılılıq  mövcuddur.  Bu  kütlənin 
təsiriqanunu adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə hafizənin pozulması 
nisbəti  düz  mütənasibdir.  Hətta,  beynin  cərrahiyyə  yolu  ilə  20  faizi  götürüldükdə  belə, 
hafizə  itmir.  Elə  bu  səbəbdən  də  hafizə  mərkəzinin  lokalizasiyasının  olmasına  şübhə 
yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər ki, hafizə orqanı bütövlükdə beyindir.  
Son  vaxtlar  baş  verən  iki  elmi  yenilik  psixikanın  informasiya  mərkəzinin  dəqiq 
öyrənilməsinə  ümidləri  artırmışdır.  Birinci,  müəyyənləşdirilmişdir  ki,  beynin  bir  sıra 
sahələrinə  təsir  göstərilməsi  nəticəsində  şüurda  mürəkkəb  zəncirvari  yadasalma  baş 
verir.  Yəni  insan  çoxdan  unutduqlarını  xatırlayır.  Cərrahiyyə  əməliyyatından  sonra 
unutduqlarını asanlıqla yada sala bilir. İkinci, müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi 
və  ya  hər  halda  məlumatların  qısamüddətli  hafizədən  uzunmüddətli  hafizəyə 
ötürülməsini  tənzim  edən  sahəsinin  fəaliyyəti  yeni  informasiya  daxil  olanadək  mümkün 
olmur.  Bu  mərkəz  «qippokamp»  adlanır  və  beynin  gicgah  sahəsində  yerləşir. 
Qippokampın  iki  tərəfli  götürülməsindən  sonra  xəstələr  cərrahiyyə  əməliyyatına  qədər 
baş verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər. 
Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı hələ də öyrənilməmiş qalır.  
Hafizə  probleminin  yekun  həlli  uzun  illər  boyu  psixologiya  və  fiziologiyanın 

mübahisə  obyekti  olmuşdur.  Onun  həlli  beyində  informasiya  daşıyıcısı  olan  fiziki 
təbiətinin (molekullar, zülallar və s.) öyrənilməsi nəticəsində mümkün olacaqdır.  
 
Hafizənin prosesləri 
 
Yuxarıda  qeyd  olunduğu  kimi,  hafizənin  yaddasaxlama,  yadasalma,  tanıma  və 
unutma kimi prosesləri vardır. 
Hafizə  psixikanın  funksional  bütövlüyünün,  üç  mühüm  prosesin  nəticəsində 
yaranır.  Onlardan  birincisi  yaddasaxlamadır.  Bu  prosesdə  beynə  daxil  olan  müxtəlif 
informasiyaların  təhlili,  identifikasiyası  və  kodlaşdırılması  aparılır.  Hafizə  prosesinin 
ikinci  mərhələsi  informasiyanın  hifz  olunmasıdır.  Prosesin  üçüncü  mərhələsi  ixtiyari  və 
ya  qeyri-ixtiyari  yadasalmadır.  İnformasiyanın  yada  salınmasını  haqlı  olaraq  hafizənin 
əsas funksiyası, insanın öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.  
Yaddasaxlama  duyub  qavradıqlarımızın  beyində  hifz  olunması  prosesidir.  Bu 
zaman  yeni  qavranılanların  əvvəllər  əldə  etdiklərimizlə  əlaqələndirilməsi  yolu  ilə 
möhkəmləndirilməsi baş verir.  
Anlamadan  asılı  olaraq  yaddasaxlamanın  məntiqi  və  mexaniki  növləri 
mövcuddur.  Məntiqi  yaddasaxlamanın  əsasında  anlama  dayanır.  Bu  zaman  insan 
öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, 
bəzən  mənaya  əhəmiyyət  vermədən  yaddasaxlamadır.  Adətən  mexaniki  olaraq  yadda 
saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir. 
Ən  fərdiləşdirilmiş  psixi  hadisələrdən  hesab  olunan  hafizə  çoxsaylı  amillərdən: 
beynin 
xüsusiyyətlərindən, 
mərkəzi 
sinir 
sistemindən, 
mühitdən, 
fəaliyyətin 
xarakterindən və şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda saxlamanın ən 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin