Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


ustanovkanı aid etmək mümkündür.  Fəaliyyətin vasitələrinə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   2   3   4   5   6   7   8   9   ...   25

ustanovkanı aid etmək mümkündür. 
Fəaliyyətin vasitələrinə gəldikdə o, həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa 
sözlə  insan  həmin  fəaliyyət  zamanı  qarşısına  qoydugu  məqsədə  hansı  yollarla  nail  olur. 
Şəbhəsiz  həmin  yol  və  vasitələrin  düzgün  seçilməsi  fəaliyyətin  səmərəli  şəkildə  həyata 
keçirilməsi üçün mühüm şərtdir. 
Bütövlükdə  götürüldükdə  insanın  hər  cür  fəaliyyətinin  quruluşunda  motiv,  məqsəd, 
müvafiq işlər, onların icrası, qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər özünü 
göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş olsaq fəaliyyətin üç mərhələni keçdiyini 
söyləyə  bilərik:  hazırlıq,  icra    vəqiymətləndirilmə.  Fəaliyyətin  icra  mərhələsində  insan 
müvafiq işləri və hərəkətləri həyata keçirir ki, bu da həmin fəaliyyətin məzmununu, ən mühüm 
komponentini təşkil edir. Onlaraqısanəzərsalaq. 
İşvəhərəkətlər.Fəaliyyətprosesindəinsanistər-
istəməzmüvafiqcariməsələlərihəlletməliolur.Fəaliyyətinsadəbircariməsələnihəlletməyəyönəl
mişnisbətənbitmişelementiişvəyaəməladlanır
2.Fəaliyyətin  şəraiti.Hər  bir  fəaliyyət  müəyyən  bir  obyektiv  şəraitdə  həyata  keçirilir. 
Insan  öz  məqsədini  şərait  baxımından  qiymətləndirirək  bir  tərəfdən  fəaliyyətin  konkret 
vəzifələrini, digər tərəfdən üsul və vasitələrini müəyyən edir.  
3.Xarici  və  daxili  fəallıq.Xarici  fəallıq  iş  və  hərəkətlər  formasında  təzahür  edir. 
Fəaliyyətin  sadə  bir  cari  vəzifəni  həll  etməyə  yönəlmiş.  Nisbətən  bitmiş  elementi  iş  adlanır. 
Məqsəd  işin  mərkəzi  tərkib  hissəsidir.  Onun  daha  iki  tərkib  hissəsi  motor  (hərəki)  və  sensor 
(hissi)    komponentləri  vardır.  Işin  tərkib  hissələri  fəaliyyət  prosesində  mahiyyət  etibarilə 
hərəkətlər kimi təzahür edirlər. Daxili fəallığın reallaşmasında isə idrak prosesləri iştirak edir. 
Fəaliyyətin planlaşdırılması, qərar qəbulu, informasiyaların yoxlanılması və işlənilməsi bütün 
bunlar idrak proseslərinin fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır. 

4.İnteriorizasiya  və  eksteriorizasiya.Psixologiyada  maddi  əməliyyatların  fikri 
əməliyyatlara  çevrilməsi  interiorizasiya  adlanır.  Interiorizasiya  latınca  “  interior”  –  daxili 
deməkdir.  Xarici  əməliyyatlar  daxili  əməliyyatlara  çevrildikcə  əşyavi  fəaliyyət  nəticəsində 
psixika  inkişaf  edir.  Eksteriorizasiya  isə  latınca  “eksterior”  –xarici  deməkdir.  Xarici 
əməlyyatların  daxili  əməliyyatlara  çevrilib  yenidən  xarici  əməliyyatlarda  təcəssüm  etməsi 
eksteriorizasiya  adlanır.  Eksteriorizasiya  prosesləri  vərdişlər  və  bacarıqlar  vasitəsilə  həyata 
keçirilir.  
5.Vərdişlər  və  bacarıqlar.Hər  bir  fəaliyyət  müntəzəm  surətdə  icra  edildikcə  onun 
tərkibinə daxil olan bəzi hərəkətlər qismən avtomatlaşır, yəni şüurun xüsusi nəzarəti olmadan 
icra  edilir.  Fəaliyyət  prosesində  qismən  avtomatlaşan  belə  hərəkətlərə  vərdişlər 
deyilir.Fəaliyyətin  gedişi  zamanı  insanın  işləri  icra,nəzarət  və  tənzim  etmək  üçün    istifadə 
etdiyi yollar həmin fəaliyyətin priyomları adlanır. 
Vərdişlər  və  mümarisələr.  Yuxarıda  qeyd  edilənlərdən  göründüyü  kimi,  fəaliyyətin 
mənimsənilməsi  bacarıq  və  vərdişlərlə  nəticələnir.  Bunun  üçün  biz  fəaliyyət  zamanı  icra 
etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını) təkrar etməli oluruq. Lakin hər cür 
təkrar  fəaliyyətin  mənimsənilməsinin  səmərəliliyini  təmin  edə  bilməz.  Bunun  üçün  həmin 
təkrarlar  mümarisə  səviyyəsinə  yüksəlməlidir.  Mümarisə  şüurlu,  məqsədəyönəlmiş  təkrar 
olub yerinə yetiriləcək işin, fəaliyyətin təkmilləşdirilməsinə, müvafiq bacarıq və vərdişlərin 
yaranmasına, başqa sözlə iş və fəaliyyətinmənimsənilməsinə gətirib çıxarır. 
Qarşıya  qoyulmuş  məqsədə  müvafiq  olaraq  iş  pryomlarının  seçilməsi  və  həyata 
keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasına  bacarıqlar deyilir.Bacarıq 
subyektdə çövcud olan bilik və vərdişlərin  fəaliyyətin məqsəduyğun şəkildə tənzim edilməsi 
üçün zəruri olan mürəkkəb psixi və praktik işlər sisteminə yiyələnmə nəzərdə tutulur. 
 
6.Fəaliyyətin  nəticəsi.Fəaliyyət  prosesinin  öz  məntiqi  var.  Onun  konkret  nəticəsi  olmalıdır. 
Insanlar  işin  nəticəsini  işi  görüb  qurtardıqdan  sonra  deyil,  fəaliyyət  prosesinin  gedişində 
qiymətləndirirlər. Bu onunla əlaqədardır ki, insan fəaliyyətin nəticəsini qabaqcadan görə bilir. 
Psixologiyada  buna  antisipasiya  (  latınca-anticipo-irəlicədən  görmək  deməkdir)-  deyilir. 
Fəliyyət  prosesində  antisipasiya  müxtılif  səviyyələrdə  özünü  göstərir:  o,  hərəkətlərin 
dəqiqliyini  təmin  edir,  obyekləri  dinamik  şəkildə  qavramaq,  işləri  qabaqcadan  planlaşdırmaq 
imkanı  verir.İstifadə  edilməli  olan  bütöv  priyomlar  silsiləsinin  və  ya  seriyasının  şüur 
tərəfindən qabaqcadan bu cür xəbər verilməsi antisipasiya adlanır. 
Bütün  hərəki  fəaliyyətlər  sensor  fəaliyyətlə  tənzimlənir.Əgər  görmə  siqnalları  hər  hansı 
fiziki  hərəkəti  icra  edərkən  0.27  saniyə  yubanarsa  bu  zaman  normal  hərəki  fəaliyyət 
yaranmır.Hərəkətin  idarə  olunması  əks  əlaqə  prinsipi  üzrə  həyata  keçirilir.Bu  cür  əlaqəni 
P.K.Anoxin əks afferentasiya adlandırmışdır. 
Dəmirçi  közərmiş  dəmirə  görə  ona  neçə  zərbənin  endirilməsini  bildiyi  halda,sürücü 
uzaqdan gələn maşının sürətini öz sürəti ilə dəqiqləşdiməklə dəfetmə əməliyyatını aparmağı və 
yaxud nə zaman əyləci sıxmağı dəqiqliklə hiss edə blir. 
3.Fəaliyyətin əsas növləri 
İnsan  fəaliyyəti  mürəkkəb  quruluşa  malik  olduğu  kimibir  sıra  əlamətlərinə  görə  növlərə 
ayrılır.  Fərdin  antogenetik    inkişafında  üç  başlıca  fəaliyyət  növü  ayırd  edilir.  oyun,  təlim  və 
əmək fəaliyyəti. Hər üç fəaliyyət növü fərdin inkişafında mühüm rol oynayır. Lakin onlardan 
əmək fəaliyyəti əsas fəaliyyət növü hesab olunur. Çünki filogenetik inkişafda əmək fəaliyyəti 

insanın  yaranmasında  həlledici  rol  oynamışdır.  Insanın  ən  zəruri  ehtiyacları  həmin  fəaliyyət 
sahəsində  təyin  olunur.  Əmək  fəaliyyəti  başqa  fəaliyyət  praktik,  fikri  və  yaradıcı  fəaliyyət 
növlərinin  əsasını  təşkil  edir.  Fəaliyyət  prosesində  psixi  proseslərin  təkmilləşməsi  baş  verir. 
Ətraf gerçəkliyi dərk etməyin formaları, ictimai təcrübəni mənimsəmək yolları müxtəlif olur. 
Psixoloq  Elkoninin  verdiyi  təsnifata  əsasən  çağalıq  dövründən  gənclik  yaşı  dövrünə  qədər 
fəaliyyətin aşağıdakı növləri ayırd edilir. 
1) Vasitəsiz emosional ünsiyyət 
2) Əşyavi manipulyativ oyunlar 
3) Rollu-süjetli oyunlar 
4) Təlim fəaliyyəti 
5) İntim-şəxsi ünsiyyət 
6) Tədris peşə fəaliyyəti. 
Vasitəsiz emosional ünsiyyət çağanın anası ilə özünəməxsus dialoqudur. 
Əşyavi  –manipulyativ  fəaliyyət  prosesində  uşaq  əşyaları  sökə-sökə  onların  xassələrini 
dərk edir. 
Rollu oyunlar isə mahiyyət etibarilə insan münasibətlərinin mənimsənilməsi prosesidir. 
Təlim fəaliyyətində uşaqlar ictimai təcrübəni məqsədəuyğun şəkildə mənimsəyirlər. Bilik, 
bacarıq və vərdişlərə yiyələndikcə uşaqların həyatında dostların, yoldaşların rolu artır. Ictimai 
şəxsi  ünsiyyət  onların  həyatının  mühüm  sahəsinə  çevrilir.  Fəaliyyətin  vəzifələri  tədricən 
dəyişilir və peşə təlim xarakteri kəsb edir. Qeyd olunan fəaliyyət növlərindən hər biri müxtəlif 
yaş mərhələlərində psixikanın inkişafını  təmin edir. Hər hansı bir yaş mərhələsində psixikanın 
inkişafını  daha  çox  şərtləndirən  fəaliyyət  aparıcı  fəaliyyət  adlanır.  Fəaliyyət  tiplərini 
xarakterinə görə iki qrupa bölmək olar. 
Birinci  qrupa  o  fəaliyyət  növləri  daxildir  ki,  onların  əsasında  insan  fəaliyyətinin  mənası, 
insanlar arasındakı münasibətlərin vəzifələri, motivləri, normaları və s. mənimsənilir. Bunlara 
aşağıdakılar daxildir: 
-vasitəsiz emosional fəaliyyət; 
-rollu oyunlar; 
-intim- şəxsi ünsiyyət. 
Ikinci  qrupa o fəaliyyət növləri daxildir ki, onların əsasında əşyalarla əməliyyat vasitələri, 
əşyalarda bu və ya digər cəhəti fərqləndirmək imkanı verən etalonlar mənimsənilir. Bu qrupa 
aşağıdakılar daxildir: 
- əşyavi- manipulyativ fəaliyyət; 
- təlim fəaliyyəti
- tədris- peşə fəaliyyəti. 
Birinci  qrupa  aid  etdiyimiz  fəaliyyət  növləri  şəxsiyyətin  inkişafında  xüsusilə  mühüm  rol 
oynayır.  Bu  prosesdə  uşaqlar  insan  münasibətlərini,  onların  vəzifə  və  normalarını 
mənimsəyirlər.  İkinci  qrupa  aid  etdiyimiz  fəaliyyət  növlərində  isə  uşaqlar  və  yeniyetmələr 
əşyalarla  əməliyyat  vasitələrini  mənimsəyirlər.  Bu  prosesdə  uşaq  və  yeniyetmələrdə  idrak 
prosesləri, intellektual əməliyyatlar inkişaf edir. 
Beləliklə də fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, emosiya və idrak sahələri 
bir-birinə nüfuz edir, onlar tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar. 

 
 
 
 
 
 
Mövzu 5. Ünsiyyət və onun psixoloji səciyyəsi 
Plan: 
              1.Ünsiyyət haqqında anlayış 
              2.Ünsiyyətin tərəfləri,məzmunu və vasitələri 
              3.Ünsiyyətin funksiyaları 
              4.Verbal və qeyri verbal ünsiyyət.Nitq informasiya mübadiləsi kimi 
              5.Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması yoları 
 
1.Ünsiyyət haqqında anlayış 
İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi  
aparır,  bir-birinə  qarşılıqlı  təsir  göstərir  və  ya  bir-birini  qavrayır  və  anlayırlar.  Başqa  sözlə  
ünsiyyətə  girirlər.  İnsanın  hər  cür  fəaliyyətində  ünsiyyət  zəruri    şərt  kimi  özünü  göstərir. 
Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. 
Ünsiyyət  insanlar  arasında  təmasın  yaranması  və  inkişafı  prosesi  kimi  meydana  çıxır. 
Heç  bir  insan  birliyi  oradakı  adamlar  arasında  təmas  yaradılmadan  birgə  fəaliyyəti  həyata 
keçirə  bilməz  və  onların  arasında  qarşılıqlı  anlama  baş  verməz.  Ünsiyyət  insanlar  arasında 
birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların 
öz  münasibətlərini  aydınlaşdırmaq  və  ümumi  nəticə  əldə  etmək  məqsədilə  öz  səylərini 
əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir
Ümumipsixoloji  baxımdan  nəzərdən  keçirdikdə,  əvvəla,  ünsiyyət  iki  və  daha  çox  şəxs 
arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar 
arasında  informasiya  mübadiləsi  olmaqla  bərabər  qarşılıqlı  təsir  prosesi,  real  gerçəkliyi  əks 
etdirmək  vasitəsidir;  dördüncüsü,  ünsiyyət  dinamik  prosesdir,  onun  müxtəlif  forma  və 
vasitələri  vardır.  Deməli,  ümumipsixoloji  baxımdan  ünsiyyəti  fəaliyyətin  xüsusi  bir  növü 
hesab  etmək  olar.    Ünsiyyət  prosesində  insanlar  arasında  fikir,  bilik,  rəy,  təcrübə  və  hisslər 
mübadiləsi  gedir,  onlar  bir-birinin  inam  və  əqidəsinə  təsiri    olan  müxtəlif  tipli  məlumatları 
əsasən  başqaları  ilə  ünsiyyət  prosesində  əldə  edir,  öz  bilik  və  təsəvvürlərini  başqalarına 
aşılayırlar. Aydındır ki, ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai 
həyatının gedişini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini 
anlaması başa düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların başqalarına verilməsi 
prosesi  (L.S.Vıqotski),  insanların  başqalarına  olan  tələbatı  (Y.L.Kolominski)  və  s.  hesab 
etmişlər. 
Ünsiyyət  prosesində  insanlar  nəinki  mühit  haqqında  məlumat  əldə  edir,  eyni  zamanda 
müxtəlif  adət  və  vərdişlərə  yiyələnir  ki,  bunlar  da  real  varlığın  dərk  edilməsinə  xüsusi 
istiqamət  verir.  Deməli,  ünsiyyət,  hər  şeydən  əvvəl,  obyektiv  varlığın  dərk  edilməsini  təmin 
edən  əsas  şərtdir.Həyati  faktlar  göstərir  ki,  ünsiyyət  eyni  zamanda  psixi  proseslərin 

təzahüründə  özünəməxsus  tərzdə  iştirak  edir.  Ünsiyyət  psixi  proseslərin  dinamikasına, 
təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. 
Ünsiyyət  eyni  zamanda  şəxsiyyətin  formalaşmasına  da  müəyyən  tərzdə  istiqamət  verir. 
Demək olar ki, şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhsuludur. 
Ümumi  psixologiya  baxımından  ünsiyyət  probleminin  maraqlı  cəhətlərindən  biri  də 
ondan  ibarətdir  ki,  insanın  özünü  dərk  etməsi,  öz  məninə  nəzər  salması,  özünü  başqaları  ilə 
müqayisə  edərək  qiymətləndirməsi  belə  ünsiyyət  prosesinin  məhsulu  kimi  qəbul  edilə  bilir. 
İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir.   
 
 
2.Ünsiyyətin tərəfləri,məzmunu və vasitələri 
 
Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur: 
1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi; 
2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi
3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi. 
Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcuddur (R.S.Nemov). 
Ünsiyyətin  məzmunu  dedikdə  fərdi  təmas  zamanı  bir  insandan  digərinə  ötürülən  informasiya 
nəzərdə  tutulur.  Məhz  öz  məzmunundan  asılı  olaraq  insanların  ünsiyyəti  müxtəlif  xarakter 
daşıya və fərqlənə bilir. 
Ünsiyyətin  məzmununu,  hər  şeydən  əvvəl,  insanın  daxili  motivasiya  və  emosianal 
vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, 
emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları 
çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim 
rolunu oynaya bilər. 
Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haqqında məlumatlardan da 
ibarət  ola  bilər.  Bu  zaman  ünsiyyətdə  olan  insanlar  bir-birlərinə  mövcud  təhlükə,  həyati 
əhəmiyyətə  malik  olan  amillər  haqqında  məlumat  verə  bilərlər.  Ünsiyyətin  məqsədinə 
gəldikdə,  insanda  müvafiq  fəallığın  nə  üçün,  nəyin  xatirinə  həyata  keçirilməsindən  ibarətdir. 
Bu  baxımdan  insanların  ünsiyyətə  girməsinin  məqsədi  geniş  və  çox  sahəlidir.  İnsanların 
ünsiyyətə  girmə  məqsədinə  onların  dünya,  təlim  və  tərbiyə,  şəxsi  və  işgüzar  qarşılıqlı 
əlaqələrin  yaradılması  və  s.  haqqında  obyektiv  məlumatın  verilməsi  və  ya  alınmasını  daxil 
edirlər (R.S.Nemov). 
İnsanda 
ünsiyyətin 
vasitələri 
ünsiyyət 
zamanı 
ötürülən 
informasiyaların 
kodlaşdırılmasında,  ötürülməsində,  işləmə  və  açılmasında  özünü  göstərir.İnformasiyaların 
kodlaşdırılması  onun  bir  canlı  varlıqdan  digərinə  ötürülmə  tərzindən  ibarətdir.İnformasiya 
insanlar  tərəfindən  müəyyən  məsafədən,  hiss  üzvləri  vasitəsilə  ötürülə  və  qavranıla  bilir. 
İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir. 
Ünsiyyət  çoxcəhətli,  çoxplanlı  bir  prosesdir.  Onun  özünəməxsus  növləri  də  vardır.  Hər 
şeydən  əvvəl,  psixoloji  ədəbiyyatda  məzmunu,  məqsədi  və  vasitələrindən  asılı  olaraq 
ünsiyyətin bir sıra növləri qeyd olunur. 
Məzmunundan      asılı  olaraq  ünsiyyətin    aşağıdakı  növlərini  göstərə  bilərik:    maddi 

ünsiyyət  (əşyalar  və  fəaliyyət  məhsullarının  mübadiləsi  yolu  ilə);  koqnitiv  ünsiyyət  (bilik 
mübadiləsi);  kondision  ünsiyyət  (psixi  və  fizioloji  vəziyyətin  mübadiləsi);  motivlərlə  bağlı 
ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı 
ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi). 
 Məqsəddən  asılı  olaraq  psixoloqlar  ünsiyyətin  bioloji  və  sosial  növlərini  qeyd  edirlər. 
Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, qorumaq, saxlamaq və inkişaf    etdirməklə bağlı 
ünsiyyətdir.  Sosial  ünsiyyətə  gəldikdə  o,  şəxsiyyətlərarası  təması,  münasibətləri  yaratmaq  və 
inkişaf  etdirmək,  fərdin  şəxsi  yüksəlişini  genişləndirmək  və  möhkəmləndirmək  məqsədi 
güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq  vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. 
Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə 
olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur.  
Vasitəli  ünsiyyətə  gəldikdə  o,  vasitəçilərin  köməyi  ilə  həyata  keçirilən  ünsiyyətdir. 
Adətən,  çox  vaxt  partnyorlar  zaman  və  məkanca  bir-birlərindən  təcrid  olunduqda  vasitəli 
ünsiyyət  özünə  yer  edir.  Bu  zaman  ünsiyyət  aləti  kimi  partnyorlar  arasında  onları  bir-biri  ilə 
əlaqələndirən  vasitəçidən    istifadə  olunur.  Bunlara  əşyaları,  qeydləri,  kitabları,  mədəniyyət 
obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, 
televizoru,  kompyüteri  və  s.  aid  etmək  olar.  Elmi-texniki  tərəqqi  bu  cür  vasitələrin  daha 
mütərəqqi  formalarının  aşkara  çıxmasına  səbəb  olmuşdur.  Məsələn,  qlobal  internet  sistemi 
istədiyin  adamla  əlaqə  yaratmağa,  maraqlandığın  mövzuda  məlumatları  əldə  etmək  üçün 
ünsiyyətə  girməyə  imkan  verir.  Müasir  texniki  ünsiyyət  vasitələri  ictimai  həyatın  bir  çox 
sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır. 
Ünsiyyət  vasitələrindən  asılı  olaraq  ünsiyyətin  verbal  və  qeyri  verbalnövləri  xüsusilə 
diqqəti cəlb edir (bunlar barədə sonrakı bölmədə bəhs olunacaqdır).    
3.Ünsiyyətin funksiyaları. 
Ünsiyyət  bir  sıra  mühüm  funksiyaları  həyata  keçirir.  Psixoloji  ədəbiyyatda  ünsiyyətin 
funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Karpenko ünsiyyətin məqsədindən asılı 
olaraq 8 funksiyasını qeyd etmişdir: 
1.Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi 
üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir. 
2.İnformasiya  funksiyası.  Bu  funksiyanın  məqsədi  məlumat  mübadiləsindən,  daha  doğrusu, 
sorğuya qarşı fikir mübadiləsindən ibarətdir. 
3.Təhrikedici  funksiya.  Bu  funksiyanın  məqsədi  ünsiyyət  tərəf  müqabilini  bu  və  ya  digər  işi 
yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir. 
4.Əlaqələndirmə  funksiyası.  Bu  funksiyanın  məqsədi  birgə  fəaliyyətin  təşkili  zamanı  yerinə 
yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.  
5.Anlama  funksiyası.  Bu  funksiyanın  məqsədi  təkcə  məlumatın  mənasının  adekvat 
qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, 
həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından  ibarətdir.  
6.Amotiv  funksiya.  Bu  funksiyanın  məqsədi  tərəf  müqabilində  emosional  təəssürat  yaratmaq, 
eyni  zamanda  bunun  köməyi  ilə  özünün  həyəcan  və  vəziyyətini  dəyişdirməkdən  ibarətdir 
(«emosiyaların mübadiləsi»). 
7.Münasibətlərin 
yaradılması  funksiyası.  Bu  funksiyanın  məqsədi  rol,  işgüzar, 

şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir. 
8.Təsir  göstərmək  funksiyası.  Bu  funksiyanın  məqsədi  tərəf  müqabilinin  vəziyyətini, 
davranışını,  eləcə  də  onun  niyyətini,  fikrini,  təsəvvürünü,  tələbatlarını,  fəallığını  və  s. 
dəyişdirməkdən ibarətdir. 
 
4.Verbal və qeyri verbal ünsiyyət.Nitq İnformasiya mübadiləsi kimi 
Ünsiyyət  zamanı  həyata  keçirilən  informasiya  mübadiləsində  iki  tərəf  iştirak  edir: 
məlumatı,  informasiyanı  verən  və  məlumatı  qəbul  edən.  Birinci  tərəf  –  informasiyanı  verən 
kommunikator, ikinci tərəf – informasiyanı qəbul edən isə resipient adlandırılır. Beləliklə hər 
cür  informasiya  mübadiləsi  K  –  İ  –  R  (kommunikator-  informasiya-  resipient)  sxemi  üzrə 
həyata keçir. 
Kommunikasiya vasitələri. İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək 
vasitələr  çox  və  müxtəlifdir.  Psixoloji  ədəbiyyatda  bu  cür  kommunikasiya  vasitələrini  iki 
qrupda  birləşdirirlər.  Birinci  qrup  kommunikasiya  vasitələri  sözlərin,  dilin  köməyi  ilə  bağlı 
olan  vasitələrdir.  Bu  cür  kommunikasiya  vasitələrini  verbalkommunikasiya  vasitələri 
adlandırırlar. Burada hansı dil qrupuna aid olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları 
və  həmin  dili  mənimsəmiş  insanlar  dildən  ünsiyyət  prosesində  ünsiyyət  vasitəsi  kimi  istifadə 
edirlər. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi nitq adlanır.  
İkinci qrup kommunikasiya vasitələri dildən, nitqdən kənar vasitələrdir. Bu cür vasitələr 
qeyri  verbal  kommunikasiya  vasitələri  adlandırılır.  Onlara  müxtəlif  ifadəli  hərəkətləri, 
mimikanı,  pantomimikanı,  işarələr  sistemini  və  s.  aid  etmək  olar.  Hər  iki  kommunikasiya 
vasitələrini ayrı-ayrılıqda nəzərdən keçirək.  
Verbal ünsiyyət. Nitq verbal ünsiyyət kimi. İnsanların birgəyaşayış zərurətinin meydana 
gəlməsi  onların  ünsiyyət  tələbatının  da  yaranmasına  səbəb  olmuşdur.  Tarixən  insanların  dil 
vasitəsilə  ünsiyyət  forması  meydana  gəlmişdir.  Nəticədə  dildən  istifadə  edərək  öz  fikirlərini, 
istək  və  arzularını  bir-birinə  çatdırmaq  imkanına  malik  olmuşlar.  Bu  proses  nitq  prosesi 
adlandırılmışdır.  Buradan  da  verbal  ünsiyyət  prosesi  olan  nitqə  belə  tərif  vermək  mümkün 
olmuşdur:  insanlar  arasında  dil  vasitəsilə  həyata  keçirilən  ünsiyyət  prosesinənitq  deyilir
Tərifdən  göründüyü  kimi  dil  verbal  ünsiyyət  üçün  vasitə,  nitq  isə  həmin  prosesin  özüdür. 
İnsanlar  dilə  yiyələnməklə  onun vasitəsilə  ünsiyyət saxlaya  bilirlər. Başqa  sözlə  onlar  nitqə 
yiyələnmiş  olurlar.  Hər  hansı  bir  xarici  dildə  danışa  bilmək  həmin  dili  başa  düşmək,  başqa 
sözlə  verbal  ünsiyyətə  girə  bilmək  üçün  o  dili  bilmək  və  ondan  istifadə  etməyi  bacarmaq 
lazımdır.  Psixologiyada  «dili»  və  «nitqi»  fərqləndirən  digər  cəhətlərə  də  diqqət  yetirilir. 
Adətən,  dili  şərti  danışıq  işarələri  sistemi  kimi  qəbul  edirlər.  Onun  köməyi  ilə  insanlar  üçün 
müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə olunur. Dil cəmiyyət tərəfindən 
yaradılır.  Dil  ümumxalqa  məxsus  olduğu  üçün  həmin  dilin  ölməsi  xalqın  ölməsi  deməkdir. 
Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir. 
Nitqin  funksiyaları  və  xüsusiyyətləri.    Yuxarıda  deyilənlərdən  nitqin  insan  həyatında 
əvəzolunmaz əhəmiyyətə malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların fikir, 
təcrübə  mübadiləsinə  imkan  yaradır.  Nitqin  əhə    miyyəti  onun  funksiyalarında  özünü  aydın 
göstərir.  Nitqin  funksiyalarını  nəzərdən  keçirməzdən  əvvəl  ünsiyyət  vasitəsi  olan  dilin 
funksiyalarına diqqət  yetirək. Adətən, dilin üç funksiyasını qeyd edirlər: 1) dil ictimai-tarixi 

təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir; 2) dil kommunikasiya,  eləcə 
də insanın davranışını tənzim etmək vasitəsidir; 3)  dil intellektual fəaliyyətin silahıdır. 
Dilin  bu  funksiyaları  nitqin  də  fəaliyyət  istiqamətini  təyin  edir.  Mövcud    psixoloji 
ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək olar.  
Nitqin  birincifunksiyası  əşyaları,  hərəkəti,  vəziyyəti  adlandırmaqdır.  Bu,  nitqin 
siqnifikativ  və  ya  semantik  funksiyası  adlanır.  Bu  funksiya  insan  nitqini  heyvanların  ünsiy-
yətindən  fərqləndirir.  Heyvanların  çıxardığı  səs  əşyaları  deyil,  onların  öz  vəziyyətlərini 
bildirir.  İnsanda  isə  müəyyən  söz  deyilərkən  həmin  sözlə  bağlı  hər  hansı  cismin,  hadisənin 
təsəvvürləri canlanır.  
Nitqin sonrakı funksiyası onun ümumiləşdirməfunksiyasıdır. Nitq sözlərə  əsaslandığına 
görə daima ümumiləşdirməyə imkan yaradır.  
Nitqin  mühüm  funksiyalarından  biri  di  kommunikativ  funksiyadır.  Bu  funksiya  da  öz 
növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.  
Ümumiyyətlə  götürdükdə  nitqin  köməyi  ilə  başqaları  ilə  ünsiyyət  saxlayır,  fikir 
mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.  
Nitq  vasitəsi  ilə  hisslərimizi,  arzu  və  istəklərimizi,  bu  və  ya  digər  cismə,    hadisəyə 
münasibətimizi bildiririk.  
Nəhayət  nitq  vasitəsilə  başqalarına  təsir  edir,  onların  davranış  və  rəftarlarında  müəyyən 
dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.  
Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus xüsusiyyətləri də mövcuddur. 
Bunlara  nitqin  məzmunluluğu,  anlaşıqlılığı,  təsirliliyi  və  ifadəliliyini    aid  etmək  olar.  Nitqin 
məzmunluluğu  onda  ifadə  olunan  məlumatın  əhatə  dairəsindən  asılıdır.  Nitqdə  ifadə  olunan 
fikir  və  hisslərin  həcmi  nə  qədər  geniş  olarsa,  verilən  məlumatlar  gerçəkliyə  nə  dərəcədə 
uyğun  gələrsə  və  nə  dərəcə    də  əhəmiyyətli  olarsa  o  bir  o  qədər  məzmunlu  hesab  olunur. 
Nitqin  məzmunlu    olması    üçün  insanın  geniş  biliyi,  həmin  bilikdən  və  istilahlardan  düzgün 
istifadə  etmək  bacarığı  olmalıdır.  Bunlar  olmadan  nitq  özünün  məlumat  vermə  vəzifəsini 
həyata keçirə bilməz.   
Nitqimizin  bizi  dinləyənlər  tərəfindən  qavranılması  üçün  onun  anlaşıqlı  olması  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Nitqin  anlaşıqlılığı  ikitərəfli  xarakter  daşıyır.  Bir  tərəfdən 
kommunikatorun  nitqinin  nə  qədər  səlis,  aydın  olması,  yersiz  ibarələrlə  yüklənməməsi,  dilin 
qrammatik qayda və qanunlarına uyğun  olmasından asılıdır. Danışan adam öz fikrini konkret 
nümunələrlə  əsaslandırmağı,  dinləyicilərin  səviyyəsini  nəzərə  almağı  bacarmalıdır.  Eyni  bir 
mövzunu    bir  müəllimin  olduqca  aydın,  anlaşıqlı,  digərinin  isə  qarmaqarışıq  şəkildə  şərh  
etdiyinin  şahidi  oluruq.  Nəticədə  birinci  müəllimi  dinləyicilər  həvəslə  dinləyir,    onun 
dərsindən  yeni  biliklərlə  çıxışlar,  ikinci  müəllimin  verdiyi  məlumatları  qavraya  bilmir,  onu 
dinləməyə həvəs göstərmirlər.  
Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən də asılı olur. Dinləyicinin mövzu 
ilə  bağlı  zəruri  biliyə  malik  olmaması  onu  anlamasını  da  çətinləşdirir.  Ona  görə  də  müəllim 
müəyyən  məlumatları  çatdırarkən  dinləyicilərin  bu  sahədəki  hazırlıq  səviyyəsini  nəzərə 
almalıdır.  
Nitqin  bu  xüsusiyyəti  xüsusilə  xarici  dil  dərslərində  nəzərə  alınmalıdır.  Bunun  üçün 
müəllim  şagirdlərin  tədris  etdiyi  dilə  hazırlıq  səviyyələrini  aşkara  çıxarmalı  və  öz  fikrini 

onların başa düşəcəyi səviyyədə  şərh  etməlidir.  
Ünsiyyət  prosesində  nitqin  təsirlilik  xüsusiyyətinin  nəzərə  alınması  da    az  əhəmiyyətə 
malik  deyildir.  Nitqin  təsirliliyi  onun  fəaliyyətə  təhrik  etmək  funksiyasını  yerinə  yetirməyə 
imkan  verir.  Nitqin  təsirliliyi  inandırma,  sübut,  təlqin,  məsləhət,  tapşırıq,  təlimat,  xahiş,  əmr, 
qadağan, komanda və s. şəklində həyata keçir. Bu cür təsir vasitələrindən yerində və müvafiq 
şəkildə istifadə olunması lazımi nəticəni verə bilir.  
Nitqin  ifadəliliyi  yüksək  nitq  mədəniyyətinə  yiyələnməyin  əsas  göstəricilərindən  biri 
hesab olunur. Danışan və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna münasibətini nitqin 
ifadəliliyinin köməyi ilə bildirir. 
Şifahi və yazılı nitqdə nitqin ifadəliliyi müxtəlif şəkildə həyata keçir. Şifahi nitqdə təsvir 
olunan cisim və hadisələrə münasibətin nitqin ifadəliliyi  vasitəsilə çatdırılması nisbətən asan 
baş  verir.  Burada  mimika  və  pantomimikanın  iştirakı,  səsin  ahəngi  və  s.  nitqin  ifadəliliyini 
gücləndirir.  
Nitqin  növləri  və  formaları.  Nitqin  funksiyaları,  xüsusiyyətləri  ilə  yanaşı  özünəməxsus 
formaları  və  növləri  də  vardır.  Nitqin  növlərini  təsnif  etmək  üçün  psixoloji  ədəbiyyatda 
müxtəlif əlamətlərdən istifadə olunur.  
Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin iki əsas növü mövcuddur: xarici 
və  daxili  nitq.  Xarici  nitq  başqaları  ilə  ünsiyyətə,  informasiya  mübadiləsinə  yönəlmiş  olub, 
eşidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə gəldikdə, o hər şeydən əvvəl təfəkkür 
prosesinin  təmin  olunması  ilə    bağlıdır.  O,  psixoloji  nöqteyi  nəzərdən  olduqca  mürəkkəb 
hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir. 
Nitqin  xarici  növü  ilə  bağlı  olaraq  daha  iki  növü  mövcuddur:  şifahi  nitq  və  yazılı  nitq
Nitqin  hansı  formasından  istifadə  etməyimizdən  asılı  olmayaraq  o  həmişə  həmin  əsas 
növlərdən birinə aid olur.  
Şifahi  nitq  tələffüz  edilən,  eşidilərək  qavranılan,  başa  düşülən  nitq  növüdür.  Bu  nitqin 
köməyi  ilə  danışanlar  arasında  bilavasitə  əlaqə  yaranır.  Şifahi  nitq  zamanı    ünsiyyətdə  olan 
adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və bədəninin ifadəli hərəkətləri, 
səsinin  ahəngi  nitqin  məzmununun,  buna  bəslədiyi  münasibətinin  anlaşılmasına  yardım 
göstərir. 
Ünsiyyət şəraitindən, onun məqsəd və məzmunundan asılı olaraq şifahi nitq ya dialoji, ya 
da monoloji formada cərəyan edə bilər.   
İstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola bilir. Hər iki termin şərti xarakter 
daşımaqla danışanın və ya dinləyənin fəaliyyətini səciyyələndirir. Aktiv nitq forması ünsiyyət 
zamanı danışan adamın, başqa sözlə kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu 
zaman  bir  növ  passiv  formada  cərəyan  edir.  Belə  ki,  biz  başqasını    dinləyən  zaman  bir  növ 
danışanın  sözlərini  ürəyimizdə  öz-özümüzə  təkrar  edirik.  Bu  zaman  nitq  zahirən  təzahür 
etməsə də nitq fəaliyyəti burada özünü göstərir. 
Bir  cəhəti  xüsusilə  qeyd  etmək  lazımdır  ki,  uşaqlarda  nitqin  aktiv  və  passiv  formaları 
eyni  vaxtda  baş  vermir.Belə  ki,  uşaqlar  birinci  növbədə  passiv  nitqə  yiyələnirlər.Onlar 
böyüklərin danışığını başa düşür, onların dedikləri sözlərə reaksiya verirlər.Tədricən uşaqlarda 
aktiv  nitq  formalaşır  və  onlar  da  sözlərdən  bilavasitə  fəal  şəkildə  istifadə  etməklə  ünsiyyətə 
girirlər.Xarici  dillərin  öyrənilməsi  zamanı  bu  hal  daha  aydın  təzahür  edir.Xarici  dilin 

öyrənilməsinin  ilkin  mərhələsində  passiv  nitq  üstünlük  təşkil  edir.  Xarici  dili  öyrənən  adam 
həmin  mərhələdə  xeyli  sözü  aydın  başa  düşdüyü  halda  onlardan  öz  fəal  nitqində    istifadə 
etməkdə çətinlik çəkir. Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən sonra 
aktiv nitq formasından istifadədə də çətinlik çəkmir. 
Yazılı nitq. Şifahi nitq kimi yazılı nitq də xarici nitqin bir növü kimi verbal  ünsiyyətə 
aiddir.  Yazılı  nitq  vasitəsilə  ünsiyyət  yazılı  mətnlərin  köməyi  ilə  həyata  keçirilir,  görmə 
vasitəsilə  qavranılır.Mütəxəssislər  yazılı  nitqi  şifahi  monoloji  nitqə  nisbətən  daha  müfəssəl 
nitq hesab edirlər.Adətən, yazılı nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur.Ona görə də biz 
hər şeyi əvvəlcədən yazdığımız mətndə ona izah etməliyik. 
Yazılı  nitqi  şifahi  nitqdən  fərqləndirən  cəhətlərdən  biri  ondan  ibarətdir  ki,  yazılı  nitqin 
köməyi  ilə  biz  öz  fikrimizi,  istək  və  arzularımızı  müəyyən  məsafədən  istədiyimiz  adamlara 
çatdıra  bilirik.Yazılı  nitq  informasiyaları  müəyyən  məsafədən  ötürməyə  imkan  verməklə 
yanaşı mühafizə edib saxlamağa, gələcək nəslə çatdırmağa da imkan verir. 
Yazılı nitq şifahi nitqdən təkcə qrafikadan istifadə olunmasına görə deyil, eyni zamanda 
onun  özünəməxsus  qrammatik,  orfoqrafik,  stilistik  xüsusiyyətlərinə  görə  də  fərqlənir.  Məhz 
buna görə də həmin xüsusiyyətlərə mükəmməl  yiyələnmək yazılı nitqdən düzgün istifadə edə  
bilmək üçün zəruri şərtdir.  
Daxili  nitq.İnteriorizasiya  əlamətinə  görə  nitqin  xarici  nitqdən  fərqli  olan  bir  növünü  – 
daxili  nitqi  qeyd  edirlər.Bu  real  kommunikasiyadan  kənarda  baş  verən  nitqdir.Daxili  nitq 
insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir.Daxili nitq tələffüz edilməyən, 
səssiz nitqdir. O çox qısa, bəzən də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin 
nüvəsini  təşkil  edir.Ona  görə  də  daxili  nitq  üçün  fraqmentliyin,  qırıqlığın  xarakterik  hal 
olduğunu  qeyd  edirlər.Daxili  nitq  eyni  zamanda  sürətli  nitqdir.Əgər  hər  hansı  bir  hadisəni 
xarici  nitqin  köməyilə  çatdırmaq  üçün  xeyli  vaxt  sərf  etmək  lazım  gəlirsə,  daxili  nitqdə  onu 
ani olaraq, sürətlə təsəvvürümüzdən keçiririk. 
Psixoloji ədəbiyyatda daxili nitqi xarici nitqin bir növ əqli əməliyyatların fikrən icrasına 
yönəldilmiş  törəmə  forması  kimi  qeyd  edirlər.Daxili  nitq  müxtəlif  məsələlərin  əqlən  həlli, 
başqa adamların nitqini diqqətlə dinləmə, mətni öz – özünə (tələffüz etmədən) oxumaq, fikrən 
planlaşdırma,  yaddasaxlama  və  yadasalma  zamanı  özünü  daha  aydın  şəkildə  göstərir.Daxili 
nitqin vasitəsi ilə  sensor məlumatların işlənməsi, onların  müəyyən anlayışlar sistemində  dərk 
olunması  baş  verir,  özünün  davranış  və  təəssüratlarının  təhlili  və  qiymətləndirilməsi  həyata 
keçirilir.  Bütün  bunlar  daxili  nitqi  insanın  əqli    fəaliyyəti  və  şüurunun  olduqca  mühüm  və 
universal  mexanizminə  çevirir.  Daha  dar,  psixolinqvistik  mənada  daxili  nitq  ifadələrinin 
yaranmasının  başlanğıcı,  onun  şifahi  və  yazılı  nitqdə  reallaşdırılmasının  «daxili 
proqramlaşdırılmasından» ibarətdir. 
Daxili nitqin üç əsas tipini qeyd etmək olar: 1) xarici nitqin strukturunu özündə saxlayan, 
lakin fonesiya, səslərin tələffüzü mövcud olmayan və çətin şəraitdə fikri məsələnin həlli üçün 
tipik  olan  daxilən,  öz  –  özünə  danışmaq    («özünə  yönələn  nitq»);  2)  xüsusi  daxili  nitq  –  bu, 
tələffüz  vasitəsi  kimi  özünü  göstərir,  spesifik  vahidlərdən  istifadə  olunur  və  onun  strukturu 
xarici nitqin strukturundan fərqli olur; 3) daxili proqramlaşdırma, başqa sözlə nitq ifadəsinin, 
bütün  mətnin  və  onun  məzmun  hissələrinin  spesifik  məna  vahidlərinin  formalaşması  və 
möhkəmlənməsi.  

Nitqin yuxarıda qeyd  olunan növləri ilə yanaşı daktil,eqosentrik növləri də diqqəti cəlb 
edir. 
Daktil nitq sözlərin daktil hərflərlə ifadə olunmasından ibarət olan nitqdir.Daha doğrusu, 
bu  zaman  barmaqların  müxtəlif  konfiqurasiyalarından  və  hərəkətlərindən  istifadə  olunur. 
Daktil  nitqdən  karlarla  iş  zamanı  surdopedaqoji  köməkçi  nitq  vasitəsi  kimi,  eləcə  də  karlar 
arasında şəxsiyyətlərarası kommunikasiya və eşidən adamlarla onlar arasında ünsiyyət vasitəsi 
kimi istifadə olunur.  
Eqosentrik nitqə gəldikdə bu insanın özünə yönəlmiş nitqdir.Onun köməyi ilə insan (ən 
çox uşaqlar) özünün praktik fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xarici 
(kommunikativ)  nitqdən    nəşət  edir  və    onun  qismən  interiorizasiya  olunmuş  məhsulu  kimi 
özünü göstərir. Eqosentrik  nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi özünü 
göstərir.  
Qeyri-verbal  ünsiyyət.  İnsanlar  heç  də  həmişə    ünsiyyət  prosesində  verbal 
kommunikasiya  vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla 
çatdırdıqları  məlumatları  gücləndirmək  və  ya  daha  səmərəli  təsir  göstərmək  üçün  sözsüz, 
nitqdən  kənar  vasitələrdən  də  istifadə  edirlər.  İnsanlar  özlərinin  hisslərini,  fikir  və    arzularını 
çatdırmaq  üçün  söz  tapa  bilmir  və  ya  onun  barəsində  danışmaq  istəmirlər.  Bu  zaman 
informasiya  mübadiləsi  sözsüz,  sözlərin  köməyi  olmadan  həyata  keçir.Belə  ünsiyyət  qeyri-
verbal  vasitələrin  köməyi  ilə  baş  verir.Bu  cür  qeyri  –  verbal  kommunikasiya  vasitələrinə 
müxtəlif  simvolları,  mimikanı,  pantomimikanı,  müxtəlif  jestləri,  hərəkətləri,  səsin  tembrini, 
intonasiyanı, gülməyi və s. aid etmək olar.Bu mənada qeyri – verbal ünsiyyət vasitəsi rolunu 
müxtəlif amillər oynaya bilər.Onlardan bəzilərini qısaca nəzərdən keçirək. 
Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik  olan insanların 
ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq 
üçün  müxtəlif    ölkələrdən  olan  insanların  başa  düşə  biləcəyi  simvollardan  istifadə  edilir.  Bu 
məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır.Bu 
cür  simvollara  aeroportlarda,  avtotraslarda  daha  çox  rast  gəlmək  olur.  Həmin  simvolların 
köməyi  ilə  insanlar  dayanacaqlar,  yeməkxanalar,  yanacaq  və  təmir  yerləri  və  s.  barədə 
məlumat əldə edirlər.  
Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş  yayılmış  vasitələrə üzün  və bədənin ifadəli 
hərəkətlərini  xüsusilə  qeyd  etmək  lazım  gəlir.  Üzün  ifadəli  hərəkətlərindən  (mimikadan), 
jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini 
və  s.  məlumatları  çatdıra  bilirlər.  Lakin  heç  də  jest  və  mimikalar  həmişə  vahid  şəkildə,  eyni 
cür başa düşülmür və şərh olunmur.Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan 
insanlar  bunları  müxtəlif  şəkildə  dərk  edirlər.Məsələn,  başımızı  yuxarıdan  aşağıya  hərəkət 
etdirdikdə  razılıq,  təsdiq,  yanlara  hərəkət  etdirdikdə  narazılıq,  inkar  kimi  başa  düşülür,  şərh 
olunur.Əksər xalqlarda başın həmin hərəkətləri məhz bu cür də şərh olunur.Lakin bolqarlarda 
bu tamamilə əksinə başa düşülür. 
Bununla  belə  psixoloqlar  aşkara  çıxarmışlar  ki,  çox  vaxt  bədənin,  üzün  ifadəli 
hərəkətləri,  qeyri  –  verbal  yolla  çatdırılan  məlumatlar  həmsöhbətə  verbal  yoldan  daha  güclü 
təsir göstərir. Məsələn, insan sevincdən doğan göz yaşları ilə dostlarını inandırmağa çalışsa ki, 
«Məndə hər şey yaxşıdır!»onlar onun sözünə deyil, daha çox göz yaşına inanacaqlar.  

İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri – verbal  ünsiyyət vasitəsi 
kimi  müxtəlif  intonasiyadan,  bir  anlığa  danışığı  dayandırmaqdan,  öskürməkdən  və  s.  dən 
istifadə  edilir.  Məsələn,  mühazirə  zamanı  tələbələrin  müəyyən  hərəkətlərinə  narazılığını 
bildirmək  üçün  müəllimin  səs  tonunu  yüksəltməsi,  alçaltması,  bir  anlığa  danışığını 
dayandırması,  öskürməsi  tələbələrin  sakitləşməsinə,  müəllimin  nə  demək  istədiyini  başa 
düşmələrinə səbəb  olur. 
İnsanın  geyimi,  paltarı  da  onu  əhatə  edənlərə  onun  əhvalı,  hissləri,  nə  demək  istəməsi, 
ədası barədə məlumat verir. 
İnsanlar onları əhatə edən adamlara öz mənasibətlərini təkcə geyimləri, ədaları ilə deyil, 
həmin  adamlarla  ünsiyyət  zamanı  hansı  distansiyanı,  məsafəni  tutmalarına  əsasən  də  çatdıra 
bilirlər.Bu yolla bir növ qeyri – verbal şəkildə ətrafdakılara öz münasibət tərzlərini çatdırırlar. 
Bu  baxımdan  mütəxəssislər    şəxsiyyətlərarası  ünsiyyətdə  aşağıdakı  dörd  zonanın 
mümkünlüyünü qeyd edirlər. 
Birincisi,  intim  ünsiyyət  zonası  (yarım  metrdən  bilavasitə  bədənlə  təmasa  qədər  olan 
məsafə).Adətən  bu  məsafədə  valideynlər  övladları,  olduqca  yaxın  dostlar,  sevgililər  ünsiyyət 
saxlayırlar.  Adətən,  az  tanıdığın  bir  adam  sənə  bu  zonada  yaxınlaşdıqda  özünü  narahat  hiss 
edirsən.  Başqasına  sənin  bu  cür  yaxınlaşmağın  həmin  adamda  sənin  ona  yaxın  münasibət 
bəsləməyin  barədə  fikir  doğurur.Psixoloji  eksperimentlər  göstərmişdir  ki,  xoşbəxt  ər  –  arvad 
məhz  bu  məsafədə  ünsiyyət  zamanı  özlərini  rahat  hiss  edirlər.Əksinə,  bir  –  biri  ilə  yola 
getməyənlər bu məsafədən uzaq dayanırlar. 
İkincisi,  şəxsi  ünsiyyət  zonası  (0,5  metrdən  1,5  metrə  qədər  olan  məsafə).  Müxtəlif  
mədəniyyət,  mədəni  inkişaf  səviyyəsində  bu  zonanın  sərhəddi  müxtəlif  olur.  Adətən,  bu 
məsafədə  bir  –  biri  ilə  yaxşı,  yaxın  tanış  olan  adamlar    ünsiyyət  saxlayırlar.  Bu  məsafə 
adamların  bir  –  birinə  toxunmalarına,  əl  vermələrinə,  əllə  çiyninə    vurmalarına  imkan  verir. 
Mütəxəssislərin  qeyd  etdiyi  kimi,  adamların  əksəriyyəti  bu  zonanı    özlərinin  şəxsi  məkanı 
hesab edir və yad adamlarla bu zonada ünsiyyətə meylli olmurlar.  
Təsəvvür  edin  ki,  mikroavtobusda  oturmusunuz.Dayanacaqda  yeni  bir  sərnişin  maşına 
minərək  bütün  yerlər  boş  olduğu  halda  sizin  yanınızda  oturur.Bu  zaman  siz  istər  –  istəməz 
özünüzü narahat hiss edirsiniz. Yəqin ki, siz belə halların şahidi olmusunuz ki, adamların sıx 
olduğu  yerdə,  məsələn,  liftdə,  metro  vaqonunda,  avtobusda  insanlar  bir  –  biri  ilə  vizüal 
təmasdan  qaçır,  pəncərədən  baxmağa,  gözlərini  vaqondakı  reklam  şəkillərə  zilləməyə  cəhd 
göstərirlər. Bu  cür davranış tərzi şəxsi məsafə sərhəddini gözləmək cəhdindən irəli  gəlir.  
Üçüncüsü,  formal  ünsiyyət  zonası(1,5  metrdən  3  metrə  qədər  olan  məsafə).  Adətən  bu 
məsafəni  işgüzar  adamlarla  ünsiyyət,  eləcə  də  təsadüfi,  az  əhəmiyyətli  söhbət  zamanı 
gözləyirlər.  
Dördüncüsü,  ümumi  ünsiyyət  zonası  (3  metrdən  uzaq  məsafə).Bu  məsafədə  birinci  və 
ikinci  ünsiyyət  zonalarındakı  davranışı  həyata  keçirmək  mümkün  deyildir  və  yersizdir.Hətta 
bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq,  məsələn, 
mühazirəni dinləyirsən və deyə bilirsən ki, ümumi ünsiyyət sitüasiyasına düşmüsən.  
 
 
 

 
 
 
5.Ünsiyyət çətinliklər və onların aradan qaldırılması yolları 
Ünsiyyət  prosesində  müəyyən  çətinliklər  -  kommunikativ  maneələr  müşhidə  olunur.  Onlar 
adətən sosial və ya psixoloji xarakter daşıyır. 
  Müxtəlif  sosial  qruplara  mənsub  olan  adamlar  arasında  sosial,  siyasi,  dini,  peşə  fərqləri 
kəskin  şəkildə  özünü  göstərdikdə,  onlar  situasiyanı  eyni  şəkildə  başa  düşmür,  anlayışları 
müxtəlif  mənalarda  işlədir,  hadisələrə  müxtəlif  baxımdan  yanaşırlar.  Şübhəsiz  ki,  belə 
maneələr olduqda kommunikasiya prosesi həyata keçir. Hətta hərbi düşmənlər belə danışıqlar 
aparırlar. Lakin bir cəhət aydındır: sosial xarakterli kommunikativ maneələr olduqda ünsiyyət 
şəraiti xeyli mürəkkəbləşir. 
  Ünsiyyət  prosesinə  psixoloji  xarakterli  kommunikativ  maneələr  də  mühüm  təsir  göstərir. 
belə çətinliklər ya müsahiblərin müəyyən fərdi - psixoloji xüsusiyyətlərə malik olması ( məs. 
onlardan  birinin  həddən  artıq  utancaq,  yaxud  qapalı  və  ya  qaradinməz  olması  )  ya  da  onlar 
arasında  xüsusi  növlü  psixoloji  münasibətlərin  -  bir-birinə  qarşı  qərəz,  ədavət,  düşmənçilik, 
inamsızlıq  vəs.nin  əmələ  gəlməsi  nəticəsində  meydana  çıxır.  Belə  hallarda  ünsiyyətin 
münasibətlə əlaqəsi aydın nəzərə çarpır. Məsələnin belə qoyuluşu nəinki elmi, həm də böyük 
praktik əhəmiyyəti olan nəticələr çıxarmaq imkanı verir. 
  Ünsiyyət  prosesində  kommunikativ  maneələri  necə  aradan  qaldırmaq  olar?  Bu  mühüm 
məsələni  praktik  cəhətdən  hansı  yollarla  səmərəli  həll  etmək  mümkündür?  Psixolqoların 
fikrincə  kommunikativ  maneələri  aradan  qaldırmaq  üçün  adamların  ünsiyyətmədəniyyətini 
artırmaq, onlara ünsiyyət vərdişləri aşılamaq lazımdır. 
  Müasir  dövrdə  ünsiyyət  aşılamağın  təsirli  vasitəsi  kimi  sosial  -psixoloji  treninqdən  (ing. 
tranin - öyrənmək, hazırlamaq, məşq etmək ) istifadə olunur. 
  Sosial-psixoloji treninq sosial psixologiyanın tətbiqi məsələlərindən biridir. Özünü dərketmə, 
ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup metodlarının işlənilməsi 
və  tətbiqi  onun  əsas  vəzifəsini  təşkil  edir.  Sosial-psixoloji  terininq  prosesində  başlıca  vasitə 
kimi  müxtəlif  modifikasiyalarda  tətbiq  edilən  qrup  disskussiyalarından  və  rollu  oyunlardan 
istifadə  olunur.Sosial-psixoloji  treninqin  köməyi  ilə  bir  tərəfdən  ünsiyyət  sahəsində  həyati 
çətinliklərlə  rastlaşmış  adamlarda  kommunikativ  hazırlığı  təkmilləşdirilir;  digər  tərəfdən  isə 
adamlarla bağlı olan peşə sahiblərində - rəhbər işçilərdə, pedaqoqlarda, tibb işçilərində, idman 
məşqçilərində vəb. da xüsusi kommunikativ vərdişlər yaradılır. 
  Sosial-psixoloji  treninq  ideyasını  mahiyyət  etibarilə  K.Levin  irəli  sürmüşdür.  Z.Freydin 
psixoanaliz,  C.Morenonun  sosiometriya  nəzəriyyəsində  vəs.-də  də  müəyyən  dərəcədə  öz 
əksini tapmışdır. Lakin bununla belə sosial-psixoloji treninqi ilk dəfə praktik surətdə amerika 
psixiatrı K.Rocers 1947-ci ildə tətbiq etməyə başlamışdır. 
  Rocers  fərdin  davranış  aləminə  xüsusi  əhəmiyyət  verirdi.  Onun  fikrincə  fərdin  davranışı 
guya  onun  qavrayışı  ilə  müəyyən  olunur,  o  reallığı  necə  qavrayırsa,  ona  elə  də  reaksiya 
göstərir.  İnsanın  ətraf  gerçəkliyi  və  özünü  qavraması  sahəsində  dəyişikliklər  baş  verən  kimi 
onun davranışında da dəyişiklik əmələ gəlir. 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin