Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır. 
İnam,  dostluq,  yoldaşlıq,  xeyirxahlıq,  məhəbbət,  insanpərvərlik,  vətənpərvərlik,  borc, 
həya  və  məsuliyyət  hissi,  vətəndaşlıq,  humanizm  və  s.  əxlaqi  hisslərə  misal  ola  bilər. 
Bəzən də elə olur ki, insan mövcud olan əxlaq normalarına uyğun olaraq hərəkət etmir. 
Bu ilk növbədə həmin şəxsin öz mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. Belə 
olan  halda  həmin  şəxs  müvafiq  normalara  müsbət  münasibət  bəsləmədiyi  üçün,  mənfi 
hisslər  keçirir.  Düşmənçilik,  paxıllıq,  fərdiyyətçilik,  məsuliyyətsizlik,  həyasızlıq, 
vicdansızlıq, namuzsuzluq və s. bu cür hisslərdir. 
Bəzən  də  elə  olur  ki,  insan  öz  hərəkətinin,  rəftarının  cəmiyyətdəki  müvafiq  normalara 
uyğun  olmadığını,  düzgün  hərəkət  etmədiyini  sonradan  başa  düşür.  Bu  zaman  əmələ 
gələn  iztirab,  xəcalət,  təəssüf,  peşmançılıq,  rüsvayçılıq  da  əxlaqi  hisslər  hesab  olunur. 
Deməli əxlaqi hisslər qavrayış obyektinə bəslənən müsbət və ya mənfi münasibətlərin əks 
etdirilməsidir.  İnsanın  münasibəti  onun  şüuru  ilə  tənzim  olunur.  Odur  ki,  gənc  nəslin 
tərbiyəsi  işində  əxlaqi  şüurun  inkişaf  etdirilməsi  ön  plana  çəkilməlidir.  Çünki, 
özünüdərketmənin  kökləri  şüurla,  əxlaqi  hisslərlə  bilavasitə  bağlıdır.  Digər  tərəfdən 
mənlik  şüuru  da  bir  qayda  olaraq  əxlaqi  şüura  söykənir  və  onunla  qarşılıqlı  əlaqədə 
daha səmərəli inkişaf edir.  
İntellektual (zehni) hisslər – insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. 
Bu  cür  hisslər  insanı  ətraf  aləmin  sirlərinə,  özünün  eləcə  də  başqasının  rəftar  və 
davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inamsəbr, təəccüb, 
şübhə,  yəqinlik,  fəhm,  heyrət,  yenilik  və  s.  intellektual  hisslər  hesab  olunur.  Beləliklə 
intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən 
və  ətraflı  dərk  etməyə  yönəldən  mürəkkəb  hisslərdir.  Təlim  prosesində  elmi  axtarışlar 
zamanı,  yaradıcı  fəaliyyətdə  zehni  hisslərin  hesabına    insan  fəaliyyəti  daha  da  səmərəli 
olur.  Zehni  hisslərin  təsiri  nəticəsində  insan  ətraf  aləmin  sirlərinə,  həll  etməli  olduğu 
problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll edir. Ümumən insanın idrak 
fəaliyyətinin səmərəliliyi, başqa psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir.  
İdrak  prosesləri  ilə  emosiya  və  hisslərin  dialektik  vəhdət  təşkil  etməsi  –  müasir  təlim 
nəzəriyyəsi üçün fundamental əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim 
təlim  prosesində  şagirdin  idrak  fəaliyyətini,  onun  intellektual  hisslərini  (şübhə,  inam, 
təəccüb, heyrət və s.) fəallaşdırmaq yolu ilə gücləndirməlidir. Bu cür fəallıq nəticə etibarı 
ilə  təfəkkürün,  ağlın  inkişafına  xidmət  edəcəkdir.  Yeni  pedaqoji  təfəkkür,  təhsilin 
humanistləşdirilməsi,  humanitarlaşdırılması,  interaktiv  təlim  metodlarının  geniş  vüsət 
aldığı  bir  şəraitdə,  şagird  təfəkkürünün  emosional  cəhətdən,  zehni  hisslərin  köməyi  ilə 
fəallaşdırılması  müasir  dərsə  verilən  əsas  psixopedaqoji  tələbdir.  Təfəkkür  ilə  hisslərin 
sinxron  surətdə  inkişaf  etdirilməsi  şəxsiyyətin  yetişdirilməsinin  ana  xəttini  təşkil 
etməlidir. 
Estetik  hisslər.  İnsanın  estetik  hisslərinin  obyektini  ətraf  aləmin  cisim  və  hadisələri, 
təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə 

də  şəxsin  özünün  rəftar  və  davranışı  ola  bilər.  Füsünkar  təbiət  mənzərələri,  insan 
gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi və s. insanda estetik hisslər doğurur. Estetik 
hisslərə  insan  ictimai  təcrübəni  mənimsəməklə  yiyələnmişdir.  İnsan  üçün  ən  birinci 
estetik zövq mənbəi elə insanın özüdür.         
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir göstərməklə onun psixi sağlamlığını 
bərpa  etməyə,  müalicəyə  çalışırlar.  Bu  mənada  musiqi  terapiya,  art  terapiya  və 
naturapsixoterapiyada  musiqi,  incəsənət  əsərləri  və  təbiət  gözəlliklərindən  müalicə 
vasitəsi kimi istifadə olunur. Deməli estetik hisslər insan şəxsiyyətinin həm mənəvi, həm 
də  psixi  sağlamlığının  əsas  şərtini  təşkil  edir.  Vaxtılə  Aristotel  incəsənət  əsərlərinin 
qavranılmasının insanın psixoloji və fizioloji vəziyyətinə müsbət təsirini qeyd etmiş və bu 
halı «təmizlənmə» (katarsis) adlandırmışdır. 
Estetik  hisslər  insan  psixikasına  stenik  təsir  göstərməklə  orqanizmin  funksiyasını 
aktivləşdirir, bədəni gümrah edir. Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və 
s.  estetik  hisslər  hesab  olunur.  İnsan  hisslərin  köməyi  ilə  ətrafda  baş  verən  hadisələrə 
münasibətini  bildirir,  başqaları  ilə  qarşılıqlı  münasibətini  tənzimləyir,  həm  də  özünün 
psixoloji  sağlamlığını  təmin  etməyə  cəhd  göstərir.  İnsanın  estetik  hisslərinə  əxlaqi, 
intellektual hissləri, eləcə də dünyagörüşü və yaşadığı sosial mühit də təsir göstərir. 
Praksis  hisslər  –  insanın  öz  fəaliyyətinə  bəslədiyi  emosional  münasibəti  ilə  bağlıdır. 
Fəaliyyət  prosesi  insanda  həm  müsbət,  həm  də  mənfi  emosional  reaksiya  əmələ  gətirir. 
Fəaliyyət prosesində, sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis 
hisslər adlanır. İnsan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər 
hansı fəaliyyət prosesində qarşıya çıxan maneələri aradan qaldırdıqca, işin uğurla yerinə 
yetirilməsindən  alınan  razılıq  hissi  praksis  hisslərə  aiddir.  Dərs  zamanı  qarşılıqlı 
əlaqənin yaranması, izah olunan məsələnin şagirdlər tərəfindən aydın başa düşüldüyünü 
gördükdə, eləcə də pedaqoji refleksiyaya müraciət edərkən keçirilən dərsdə məqsədə nail 
olunması  ilə  bağlı  müəllimin  keçirdiyi  hisslər  praksis  hisslər  hesab  olunur.  Praksis 
hisslər yaradıcı hisslər kimi təzahür edir. 
Beləliklə  fəaliyyət  prosesində  göstərilən  səydən  asılı  olaraq  işin  gedişinə  və  nəticəsinə 
bəslənən  münasibətlə  bağlı  baş  qaldıran  hisslər  praksis  hisslər  adlanır.  Fəaliyyətin,  işin 
mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi hallarda işin gedişi ilə bağlı, 
bəzi  hallarda  isə  fəaliyyətin  nəticəsi  ilə  bağlı  olur.  Çətin  tapşırığın,  məsələnin  düzgün 
həllinin  tapılması  ilə  bağlı  tələbənin  keçirdiyi  sevinc  hissi  praksis  hiss  kimi  xarakterizə 
olunur.  Yaxud  da  problemin  həlli  ilə  bağlı  uğursuz  axtarışlardan  yaranan  həyəcan, 
gərginlik, məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir. 
Beləliklə, insanın şəxsiyyət kimi psixoloji portretinin mühüm cizgiləri olan ali hisslər bir 
–  birindən  təcrid  olunmuş  halda  deyil  vəhdətdə  təzahür  edir.  Odur  ki,  insanın  mənəvi 
aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və 
inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir.                  
 
5.İradə,iradi işin əsas mərhələləri 
 
İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və işləri icra edir. Bunlardan 

bəziləri qeyri-ixtiyari, bəziləri isə ixtiyari şəkildə baş verir.  
Qeyri-ixtiyari  hərəkətlər  düşünülmüş,  şüurlu  şəkildə  deyil,  ya  tamamilə  dərk 
olunmayan  və  ya  bir  o  qədər  də  dərk  edilməyən  təhriklərin  təsiri  altında  baş  verir.  Bu 
cür  hərəkətlər  adətən  impulsiv  xarakter  daşıyır.  Onların  dəqiq  planı  olmur. 
Psixologiyada  qeyri-ixtiyari  hərəkətlərə  insanın  qorxu,  çaşqınlıq,  heyrət,  affekt  halında 
olan və s. hərəkətləri aid edirlər. 
İxtiyari  hərəkətlər  isə  məqsədlə  bağlı,  məqsədəyönəlmiş  hərəkətlərdir.  Bu  cür 
hərəkətləri  yerinə  yetirərkən  insan  öz  məqsədini  həyata  keçirmək  üçün  lazım  olan 
əməliyyatları  əvvəlcədən  təsəvvür  edir.  Bu  cür  hərəkətlər  iradi  xarakter  daşıyır.  Bu 
zaman insan qarşısına çıxan maneələri aradan qaldırmalı olur.  
Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  subyektin  öz  fəaliyyəti  və  davranışı 
zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir. 
İradi iş zamanı insan iki cür maneələri aradan qaldırmalı olur: daxili (subyektiv) və 
xarici (obyektiv) maneələr. 
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və 
meyllərindən  ibarət  ola  bilər.  Məsələn,  şagird  sabah  müəllimə  cavab  vermək  üçün 
hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu 
bir  filmi  nümayiş  etdirəcəklərini  eşidir.  Bu  zaman  o,  öz  istəyini  boğaraq  qonşu  otağa 
keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.  
Xarici  maneə  isə  insanın  qarşısına  qoyduğu  məqsədə  nail  olmasını  çətinləşdirən 
obyektiv,  onun  istəyindən  asılı  olmayan  maneədir.  Məsələn,  şagird  sabahkı  dərsə 
hazırlaşmaq  məqsədini  qarşısına  qoyur.  Bu  zaman  işıqlar  sönür.  Şagird  öz  məqsədinə 
çatmaq  üçün  yaxınlıqda  yaşayan  əmisigilə  gedərək  dərsi  hazırlayırsa  xarici  maneəni 
aradan qaldıraraq öz məqsədinə nail olur. 
Mətin  iradəli  adamlar  qarşılarına  qoyduqları  məqsədə  nail  olmaq  üçün  hər  cür 
maneəni aradan qaldıra bilirlər.  
İradə  –  ali  psixi  funksiya  kimi,  insanın  həyatı  prosesində  formalaşır.  İnsan 
fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır 
və ilk növbədə nitqin köməyi ilə təşəkkül tapır.  
İradənin  fizioloji  mexanizmi  baş-beyin  yarımkürələri  qabığının  fəaliyyəti  ilə 
əlaqədardır.  İ.P.Pavlovun  nəzəriyyəsinə  görə,  insanın  iradəsi  söz  qıcıqlandırıcıları  ilə 
bağlıdır.  İnsanın  iradi  davranışının  fizioloji  əsası  birinci  siqnal  sistemi  ilə  qarşılıqlı 
təsirdə olan ikinci siqnal sistemidir. İradə – psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə 
insanın  öz  davranış  və  fəaliyyətini  idarə  etmək  qabiliyyətində,  qarşısına  qoyduğu 
məqsədə  nail  olmaq  işində  rast  gəldiyi  maneə  və  çətinlikləri  aradan  qaldırmaqda  ifadə 
edilir.  İradə  -  xüsusi  fəaliyyət  forması  kimi  insandan  öz  davranışını  qarşısına  qoyduğu 
məqsədə  müvafiq  olaraq  tənzim  etməyi,  onunla  rəqabətə  girən  başqa  arzu  və  istəkləri 
ləngitməyi, boğmağı tələb edir. 
İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də səciyyələndirmək olar. Çünki, 
hər bir iradi iş, başqa ixtiyari işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun 
yerinə yetirilməsi ilə nəticələnir. Məsələn: eyni otaqda qalan tələbədən A – çoxdan yatıb, 
B – isə yuxusu gəlsə də oturub sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda hər 

iki  tələbə  müəyyən  məqsəd  əsasında  hərəkət  edir.  Ona  görə  də,  hər  cür  sadə  işi  iradi  iş 
kimi  səciyyələndirmək  olmaz.  Yerinə  yetirilən  iş  o  zaman,  iradi  iş  adlandırıla  bilər  ki, 
orada müəyyən iradi səy tələb olunsun. 
Yuxarıdakı  misalda,  B-nin  yuxusu  gəlsə  belə,  oturub  seminara  hazırlaşması,  iradi 
səy hesabına yerinə yetirilmişdir. Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və 
ikiqat ixtiyari adlandırılır.  
Beləliklə, işin həm motivasiya tərzinə, həm də icra mexanizminə görə ixtiyari olması 
onun  psixoloji  cəhətdən  iradi  olmasının  göstəricisidir.  Beləliklə  iradi  iş  mürəkkəb 
xarakter  daşımaqla,  ixtiyari  işin  xüsusi  formasıdır.  İradi  işin  motivi  insanın  bilavasitə 
aktual tələbatları ilə müəyyən olunmur. 
İradi işin funksiyaları. İradə  şəxsiyyəti xarakterizə  edən  ən mühüm psixi keyfiyyət 
kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası. 
İnsanın  qarşısına  qoyduğu  məqsədə  nail  olmaq  üçün  çalışması,  bu  yönümdə 
mübarizə  aparması,  qarşısına  çıxan  maneələri  dəf  etməsi,  eyni  zamanda  özünün  aktual 
tələbatı  ilə  bağlı  olmayan  işlər  görməsi,  dünyagörüşünə,  əqidəsinə,  inam  və  idealına 
uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə 
gerçəkləşir.  Bu  funksiyalar  bir-birilə  qarşılıqlı  surətdə  əlaqədardır.  İradə  şəxsiyyətin 
motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik 
etmir, həm də lazım gəldikdə onun fəallığını ləngidir. 
İradə  başqa  psixi  hadisələr  kimi,  inikasın  bir  formasıdır.  Belə  bir  inikas  zamanı, 
fəaliyyətin  obyektiv  məqsədi  psixikada  əks  olunur.  İradə  özündə  şüurun  3  mühüm 
xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss. 
İnsan fəaliyyətinin məzmununa, onun səmərəliliyinə müxtəlif amillər təsir göstərir. 
Onlardan  biri  iradə  ilə  bağlıdır.  Belə  ki,  insan  iradə  vasitəsilə  öz  fəaliyyətini  həm 
tənzimləyir,  həm  də  onun  motivlərinin  gücləndirilməsinə  şərait  yaradır.  Fəaliyyət 
motivlərinin  aktuallaşdırılması,  şəxsiyyətin  xəyali  motivlərinin  gücləndirilməsi  hesabına 
əmələ gəlir. 
Xəyali motivlərin formalaşması, şəxsiyyətin inkişaf səviyyəsindən asılıdır. Bir halda 
tələbə  gözünün  qabağına  gətirir  ki,  o  beynəlxalq  əhəmiyyətli  konfransda,  xarici 
qonaqların  çıxışlarını  səlist  və  düzgün  qaydada  iştirakçılara  tərcümə  edir,  təşkilat 
komitəsi tərəfindən təşəkkürnamə alır. Tədbirdən sonra, məşhur bir şirkətin prezidenti 
ona  yaxınlaşaraq  onların  şirkətində  tərcüməçi  işləməyi  təklif  edir.  Başqa  halda  isə,  o, 
gözlərinin  qarşısında  rəfiqələrinin  məşhur  estrada  müğənnisinin  konsertində  iştirak 
etmələrini, ondan sonra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır. 
Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə güclü surətdə təsir göstərir, 
onun  səmərəsini  birinci  halda  artırır,  ikinci  halda  isə  zəiflədir.  Müsbət  xəyali  motivin 
köməyi  ilə,  insan  gördüyü  işə  daha  mühüm  məna  verməklə,  özünün  iradi  səyini 
gücləndirmiş  olur.  Deməli,  iradə  həm  də  təxəyyüllə  də  bağlıdır.  Belə  ki,  insan  fəaliyyət 
göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir. 
Təlim  prosesində,  eləcə  də,  tərbiyə  işində  müəllimlər,  tərbiyəçilər  eləcə  də 
valideynlər  uşaqlarda  görəcəkləri  işlə  bağlı  müsbət  xəyali  motivlər  yaratmaqla  onlara 
psixoloji  cəhətdən kömək edə bilərlər. 

 
İradi işin mərhələləri 
 
İnsanın  iradəsi  məhz  fəaliyyət  prosesində  təzahür  edir.  Psixoloji  planda  iradi  iş 
fəaliyyətin  strukturuna  daxil  edilir.  Ümumi  şəkildə  iradi  işi  proses  kimi  təhlil  etdikdə 
onun  iki  əsas  mərhələdən  ibarət  olduğunu  görə  bilərik;  1.  Zehni  və  yaxud  intellektual 
mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ. 
Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin 
ayrılması,  motivlər  mübarizəsi,  qərar  qəbulu  və  işin  planlaşdırması  ilə  xarakterizə 
olunur.  Qərarın  qəbulu  yəni  işin  hansı  şəkildə  icra  edilməsi,  iradi  işin  quruluşunda 
mühüm  mərhələdir.  Həqiqi  iradi  başlanğıc  işin  məhz  hansı  şəkildə  icra  edilməsi 
haqqında qərarın qəbul edilməsində təzahür edir. 
Zehni  mərhələ,  xüsusən  onun  motivlər  mübarizəsi  və  qərar  qəbulu  mərhələsində 
təfəkkür aktivləşdirilir. İradi işin bir elementi risk adlanır. Risk – o halda işə qoşulur ki, 
fəaliyyətin  nəticələrini  proqnozlaşdırmaq  mümkün  olmasın.  Səmərəli  risk,  mahiyyətinə 
görə çox mühüm iradi keyfiyyət hesab olunur. 
İcra  mərhələsi  –  iradi  işin  psixoloji  məzmununu  açıb  göstərən  mərhələ  hesab 
olunur.  Zehni  mərhələ  iradi  işin  icra  mərhələsi  ilə  tamamlanır.  Elə  insanın  iradi 
keyfiyyətləri, ounn nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur. 
Adətən  öz  strukturuna  görə  iradi  işləri  iki  qrupa  bölmək  olar:  sadə  və  mürəkkəb 
iradi işlər. 
Sadə  iradi  iş  qərar  qəbulu  və  onun  icrası  ilə  başa  çatır.  Məsələn,  əgər    dərsə 
hazırlaşmağı  qərara  alır  və  dərhal  stolun  arxasında  əyləşərək  hazırlaşmağa 
başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar.  
Mürəkkəb  iradi  işdə  isə  vəziyyət  tamamilə  dəyişir.  Bu  zaman  qərarın  qəbulu  və 
icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası 
üçün  yol  və  vasitələrin  axtarılması,  qərarın  icrası  və  s.  mərhələlərdən  keçmək  zəruri 
olur. Belə bir misala  nəzər salaq. Fərz edək ki, XI sinif  şagirdi  ali məktəbə daxil olmaq 
məqsədini  qarşısına  qoyur.  Bu  zaman  hansı  ixtisası,  hansı  universiteti  seçmək  məsələsi 
ortaya  çıxır.  Şagirdi  ingilis  dili  ixtisası  maraqlandırır.  Valideynləri  isə  onun  həkim 
olmasını  istəyirlər.  Keçən  il  həmin  məktəbi  bitirən  yoldaşlarından  Dillər  Universitetinə 
daxil  olanlar  ona  bu  ixtisası  seçməyi  məsləhət  bilirlər.  Bütün  bu  motivlər  arasında 
mübarizə  gedir.  Nəhayət  o,  ingilis  dili  üzrə  mütəxəssis  olmaq  qərarına  gəlir.  Bundan 
sonra yeni mərhələ başlayır. Şagird bunun üçün yol və vasitələr arayır. Müəllimlərindən 
məsləhət  alır.  Xüsusi  hazırlıq  kurslarına  gedir.  Ciddi  şəkildə  sınaq  imtahanlarında 
iştirak  edir.  Nəhayət  qəbul  haqqında  elanlar  çıxdıqdan  sonra  sənədlərini  həmin  ixtsas 
üzrə təqdim edir. Bundan sonra test imtahanlarına gedir. Son mərhələdə məqsədinə necə 
nail olduğunu qiymətləndirir. 
 
6. Şəxsiyyətin iradi keyfiyyətləri 
 

Şəxsiyyətin  iradi  keyfiyyətləri  elə  iradi  iş  prosesində  təzahür  edir  və  formalaşır. 
İradi  keyfiyyətlər  –  mürəkkəb  psixi  xüsusiyyətlər  kimi  insanın  həyatı  prosesində 
formalaşır,  psixoloji  səciyyəsinə  görə  vasitəli  xarakter  daşıyır.  Tərbiyə  şəraiti,  sosial 
mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. 
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar: 
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik. 
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam. 
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq. 
İradi  keyfiyyətləri  mənfi  və  müsbət  olmaqla  iki  qrupa  bölmək  olar.  Müsbət  iradi 
keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müs-
təqillik,  səbrlilik  və  s.  aid  edirlər.  Bunların  hər  birinin  əksini  mənfi  iradi  keyfiyyətlər 
təşkil  edir.  Mənfi  iradi  keyfiyyətlərə  iradi  nöqsan  kimi  təqlidçilik,  təlqinə  qapılmaq, 
neqativizm, tərsliyi də aid etmək olar. 
Təkidlilik – qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə 
qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür 
edir. Tərslik – isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək 
və  dəyişmiş  şəraitə  çevik  münasibət  bəsləyə  bilməməkdə  ifadə  olunur.  Tərslik  çox  vaxt 
bilərəkdən öz inadından dönməməkdə özünü göstərir. 
Qətiyyət  –  hər  hansı  məsələ  ilə  bağlı  heç  bir  tərəddüd  etmədən,  vaxtında 
düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyət – iradi keyfiyyət kimi iradi işin 
bütün  mərhələlərində  özünü  göstərir.  Qətiyyətlilik  –  məqsəd  aydınlığı  və  inam  hissi 
(yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsiz adam 
üçün  iradi  işin  bütün  mərhələləri  uzun  və  üzücü  prosesə  çevrilir.  Qətiyyətsizlik–
inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı 
olur. 
Cəsarət  –  iradənin  çox  mühüm  keyfiyyəti  olub,  iradi  işin  icra  mərhələsində  özünü 
göstərən  psixi  xüsusiyyətdir.  Qəbul  edilmiş  qərarın  icrası  zamanı,  tapşırığın,  işin 
müvəffəqiyyətli  həllindən  ötrü  qorxu  hissinə  qalib  gəlmək,  təhlükəyə  qarşı  getməkdə, 
risq  etməkdə  təzahür  edir.  Cəsarət  iradəni  qüvvətləndirir  və  şəxsiyyətin  hörmət  və 
nüfuzunu  artırır.  Özünəinam,  məqsəd  aydınlığı,  ədalət  cəsarətin  aktivatorlarıdır.  Çox 
vaxt  mərdlik,  qəhrəmanlıq,  igidlik,  hünərpərvərlik,  mübarizlik  cəsarətliliklə  sinonim 
sözlər  kimi  işlədilir.  Cəsarətə  əks  olan  keyfiyyət  qorxaqlıqdır.  Qorxaqlıq  –  insanın 
motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə 
münasibətdə  özünü  göstərir.  Qorxaqlıq  –  inamsızlıqla,  cəsarətliliklə,  qətiyyətsizliklə 
çulğalaşan keyfiyyətdir. Qorxu həm də orqanizmin bioloji müdafiə reaksiyasıdır.  
Özünü ələ ala bilmək  əsasən şəxsin iradi iş  zamanı özünü  ələ  ala bilməsində, bütün 
fəaliyyətini  qarşıya  qoyulan  məqsədin  yerinə  yetirilməsinə  səfərbər  etməsində,  qorxuya 
üstün  gəlib,  bütün  maneə  və  çətinlikləri  aradan  qaldırılmasında  ifadə  olunur.  İradənin 
özünü ələ ala bilmək, keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq 
və təmkinliyində ifadə olunur. 
Məsuliyyətlilik  –  mühüm  iradi  keyfiyyətlərdən  biri  olub,  şəxsin  yerinə  yetirdiyi 
fəaliyyət,  davranış  və  rəftarı  qarşısında  daşıdığı  cavabdehlik  hissi  ilə  sıx  bağlıdır. 

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin