İşgüzar kommunikasiyada danışıqlar: danışmaq və dinləmək bacarığı



Yüklə 20,45 Kb.
səhifə1/4
tarix11.05.2023
ölçüsü20,45 Kb.
#111835
  1   2   3   4
5-ci dərs


İşgüzar kommunikasiyada danışıqlar: danışmaq və dinləmək bacarığı
Danışıqlar işgüzar kommunikasiyanın ayrılmaz hissəsidir, bütün uğurlar təkcə müzakirə predmetini yaxşı bilməkdən yox, həm də danışıqların aparılma texnikasından asılıdır. Danışıqların savadlı və inamla aparılması üçün məzmunun nədən ibarət olduğunu, iştirakçılar qarşılarına hansı məqsədlər qoyduğunu, prosesin ümumi modelinin nə olduğunu bilmək vacibdir. İştirakçılar danışıqlar zamanı müxtəlif strategiyadan istifadə edə bilərlər, bu, vəziyyətdən, tərəflərin bir-birinin maraqlarını reallaşdırmağa hazır olmasından, uğurlardan asılıdır. İki əsas strategiya qeyd edilməlidir:
1. mövqeli;
2. qarşılıqlı mənafe uyğunluqlu.
Mövqeli tərəflərin danışıqlar zamanı nail olmaq istəkləri və bəyan etdikləri marağa nail olmaqdır; mövqeləri kifayət qədər aydın ifadə edilirsə, nəzərdə tutulan maraqları tapmaq nisbətən asandır. Mövqeli danışıqlar aşağıdakı xüsusiyyətlərə malikdir:
–danışıq iştirakçıları öz məqsədlərini maksimum tam həcmdə reallaşdırmağa çalışır, opponentin danışıqların yekunlarından nə dərəcədə razı qalacağına çox diqqət yetirilmir;
–danışıqlar tərəflərin ilkin irəli sürdükləri ifrat mövqelərini müdafiə etməyə çalışmaqları əsasında aparılır;
–tərəflər arasında fərq vurğulanır, oxşarlıq isə, hətta mövcud olsa belə, rədd edilir;
–iştirakçıların hərəkətləri, ilk növbədə, problemin həllinə deyil, bir-birilərinə yönəlir;
–tərəflər öz həqiqi niyyətləri və məqsədləri barədə məlumatları gizlətməyə və ya təhrif etməyə çalışırlar;
–danışıqların iflasa uğraması tərəfləri müəyyən yaxınlaşmaya və kompromis müqavilə hazırlamaq cəhdlərinə sövq edə bilər, lakin bu tərəflər arasında məcburi xarakter daşıyır;
–nəticədə, çox vaxt tərəflərin hər birini gözlədiyindən az qane edən razılaşma əldə edilir.
Qarşılıqlı mənafe uyğunluğu əsasında aparılan danışıqların əsas xüsusiyyətləri iştirakçıların problemi birgə təhlil etməsi və onun həlli variantlarını axtarması, rəqib yox, tərəfdaş olduqlarını qarşı tərəfə nümayiş etdirməsi, ümumi maraqların tapılması, qarşılıqlı surətdə faydalı variantların axtarışlarına istiqamətlənməsidir. Yeganə düzgün qərar mümkün variantların sayını artırmaq, digər tərəfin hansı variantı üstün tutduğunu müəyyən etmək, obyektiv meyarlardan istifadə etməyə çalışmaq, bu səbəbdən problemi və qarşılıqlı arqumentləri açıq şəkildə müzakirə etmək, təzyiqlərdən çəkinmək, onun nöqteyi-nəzərini anlamaq, problemi həll etmək istəyilə insanlara hörmətlə yanaşmaq nəzərdə tutulur; əldə edilmiş razılaşma danışıqların bütün iştirakçılarının maraqlarını maksimum dərəcədə nəzərə almalıdır.

Yüklə 20,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin