1.Dinləmək bacarığıçox mürəkkəb bir sənətdir, hər hansı danışığın əsasını təşkil edir. Tez-tez opponentlər xüsusi səy göstərmədən bir-birini kifayət qədər başa düşdüyünə əmin olurlar. İşgüzar kommunikasiyanın uğuru təkcə məlumat ötürməkdən yox, həm də onu qəbul etmək bacarığından, yəni dinləməkdən asılıdır. Həmsöhbəti dinləyirik, onun dediklərinə maraq göstəririk və qarşı tərəfin hörmətini qazanırıq, bu da işgüzar ünsiyyətə təsir göstərməyə bilməz; dinləmək – qarşılıqlı anlaşmadır. Qulaq asmaq iki cürdür: eşitmək və dinləmək. Eşitmək “hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək”, dinləmək “bir şeyə qulaq asmaq”dır.1Eşitmək səsin fiziki olaraq qavranılmasıdırsa, dinləmək iradə aktıdır – yüksək düşüncə tərzi, məzmunlu səsləri qavramaqdır. Dilimizdə belə ifadələrin olması təsadüfi deyil: Qulaq asıram, amma eşitmirəm və ya Dinləyirəm, amma başa düşmürəm.
Eşitmənin müxtəlif növü vardır:
1.Reflekssiv və qeyri-reflekssiv. Reflekssiv müəyyənləşmiş, hissləri əks etdirən dinləmədir, qeyri-reflekssiv isə həmsöhbətin nitqinin məzmununa öz replika və iradları ilə müdaxilə etmədən qulaq asmaqdır. Qeyri-reflekssiv dinləmənin ən vacib atributu sözsüz reaksiyalar, qeyri-verbal hərəkətlərdir: gözlə işarə etmək, başını tərpətmək, əlləri yelləmək və s. Qeyri-reflekssiv dinləmələrdə cavablar qısa və konkretdir: Aha! Bəli! Yaxşıı! Oldu! Maraqlıdır! və s. Əlbəttə, dinləmə zamanı tərəf müqabilinə hisslərini bildirmək çox vacibdir. Reflekssiv dinləmə həmsöhbətlə aktiv əlaqə yaratmaq, izah, açıqlamalar üçün qarşı tərəfə müraciətdir: Başa düşmədim. Nə demək istəyirsiniz? Zəhmət olmasa, bir də təkrar edin və s., eləcə də fikri başqa şəkildə ifadə etmə, dəqiqliyi yoxlamaq üçündür: Belə başa düşdüm ki,.. Siz demək istəyirsiniz ki,.. Sizin fikrinizcə... və s. Məntiq ifadələrin köməyi ilə dinləyənin emosional vəziyyətini əks etdirməyə yönəldir. Xülasədə natiqin əsas fikirləri və söylədikləri yekunlaşdırılır, belə ifadələr işlənməsi məqsədəuyğundur: Anladığım kimi; Belə düşünürsünüz ki,..; Dediklərinizi ümumiləşdirsək, deməli... və s.
2.