Mühazirə Ümumi məlumat


Statistikanın obyekti, predmeti və funksiyaları



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix24.11.2022
ölçüsü0,5 Mb.
#70354
növüMühazirə
1   2   3   4
MÜHAZIRƏ 1 (1)

Statistikanın obyekti, predmeti və funksiyaları 
Statistikanın predmeti - digər ictimai elmlərdə olduğu kimi cəmiyyət və cəmiyyətdə 
baş verən hadisə və proseslərdir. Qeyd etdiyimiz kimi, statistika hadisə və prosesləri 
araşdıraraq 
qanunauyğunluqları 
üzə 
cıxarır, 
kəmiyyət 
və 
keyfiyyət 
xarakteristikalarını öyrənir, hadisələrin meydanagəlmə səbəblərini müəyyən edir. Bu 
araşdırmalar həm statistika, həm də digər elmlərin tədqiqat üsüllarının tədbiq 
edilməsi ilə aparılır. 
Statistikanın obyekti - çoxluqlar, külliyyatlardır. Çoxluqlar və külliyyatlar çoxlu 
sayda elementlərdən ibarət böyük qruplaşmalardır. Bu elementlər eyni keyfiyyətli və 
bir-birindən fərqlənən ola bilər. Beləliklə, statistikanın obyekti olan çoxluqlar 3 
meyarla müəyyən edilir: 1) Ümumi hadisələr coxlugu; 2) Eyni xususiyyətli hadisələr 
coxlugu; 3) Müxtəlif, bir-birindən fərqlənən hadisələr çoxluğu. 


Statistikanın əsas məsələsi - cəmiyyətin tarixi inkişafının müxtəlif mərhələlərində 
baş verən hadisə və proseslərin qanunauyğunluqlarının, əhalinin həyat səviyyəsini 
xarakterizə edən və bir-biri ilə qarşılıqlı əlaqadə olan statistik göstəricilər sisteminin 
öyrənilməsindən ibarətdir. 
Statistik göstərici dedikdə, konkret şəkildə götürülmüş hadisələrin ümumiləşmiş 
xarakteristikaları başa düşülür. Statistik göstəricilər 4 formada olur: 
1) Fərdi statistik göstəricilər - konkret bir hadisəyə aid olunan göstəricilərdir. 
Məsələn: məhsulun qiymət indeksi, satış həcmi və mal mübadiləsi indeksi və s. 
2) Ümumi statistik göstəricilər - ümumi vəziyyəti xarakterizə edir və dövlət 
səviyyəsində olan statistik göstəricilərdir. Məsələn: ÜDM, ÜMM, Dövlət büdcəsinin 
gəlirləri və xərcləri, inflyasiya göstəriciləri və s. 
3) Sahəvi statistik göstəricilər - konkret bir sahəyə aid olan aqreqativ göstəriciləri 
xarakterizə edir. Məsələn: elm, təhsil, səhiyyə, idman sahələri üzrə göstəricilər. 
4) Regional statistik göstəricilər - regionu sosial-iqtisadi və s. yönümlərdə 
vəziyyətini xarakretizə edən göstəricilərdir. Məsələn, Azərbaycanın cənub 
regionunda çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı ilə bağlı statistik 
göstəricilər. 
Ümumi halda statistika 2 böyük göstəricilər sinfinə bölünür: deskreptiv və inferental. 
Statistik göstəricilərin xüsusiyyətləri və parametrləri təhlil olunduqdan sonra ümumi 
külliyyata cəlb olunmursa bu hal deskreptiv statistika kimi qəbul olunur. Seçmə yolu 
ilə əldə olunan statistik məlumatlar aqreqat göstəricilərə aid edilirsə müşahidə olunan 
hal inferental statistikam xarakterizə edir. 
Statistikanın əsas məsələləri, məqsədləri aşağıdakı funksiyaların yerinə yetirilməsini 
nəzərdə tutur: 
•statistik göstəricilərin metodologiyasının hazırlanması;
•dövlət səviyyəsində statistik modellərin hazırlanması; 
•statistik göstəricilərin beynəlxalq standartlara uyğunlaşdırılınası; 
•statistik informasiyanın operativliyinin və adekvat- lığının təmin edilməsi; 
•statistik informasiyanın toplanması prosesinin proqramlaşdırılması və informasiya 
texnologiyalarının tətbiqi məsələlərinin yüksək səviyyəyə çatdırılması 
Bir elm sahəsi kimi statistikanın aşağıdakı tərkib hissələri mövcuddur: 
- Statistikanın ümumi nəzəriyyəsi; 
- Riyazi statistika; 


- Sosial-iqtisadi statistika. 
Müasir dövrdə Azərbaycanda həyata keçirilən sosial- iqtisadi islahatlar dövlətin 
müvafiq statistika qurumları qarşısında duran vəzifələri xeyli artırmışdır. Azərbaycan 
iqtisadiyyatının dünya iqtisadi münasibətlər arenasına inteqrasiyası statistikada tətbiq 
olunan informasiyanın beynəlxalq göstəricilərlə müqayisə olunmasını və standartlara 
uyğunlaşdırılmasmı tələb edir. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin