Mühazirə Ümumi məlumat


Statistik göstəricilərin təsnifatı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix24.11.2022
ölçüsü0,5 Mb.
#70354
növüMühazirə
1   2   3   4
MÜHAZIRƏ 1 (1)

Statistik göstəricilərin təsnifatı 
Cəmiyyətdə baş verən sosial-iqtisadi prosesləri araşdırmaq və təhlil etmək üçün 
statistik məlumatlar bazası olmalıdır. Bu statistik məlumatlar əsasında dövlətin sosial 
siyasətini formalaşdırmaq, onu elmi cəhətdən əsaslandırmaq mümkündür. Sosial-
iqtisadi göstəricilər üç qrupa bölünür: 
sosial göstəricilər
• iqtisadi göstəricilər; 
demoqrafik göstəricilər 
Bəzi ədəbiyyatlarda bu göstəricilər sadəcə iki qrup şəklində təqdim edilir: sosial və 
iqtisadi göstəricilər. Bu halda demoqrafik göstəricilər sosial göstəricilər qrupuna 
daxil edilir. 
Sosial göstəricilərə əhalinin həyat səviyyəsi göstəriciləri, yəni gəlirləri, xərcləri
əmək haqqı, yoxsulluq həddi; əmək bazarı göstəriciləri: məşğulluq, işsizlik, iqtisadi 
aktiv əhali; insan inkişafı indeksi; elm, təhsil, mədəniyyət, idman, turizm və s. 
sahələr üzrə göstəricilər aid olunur. 
Demoqrfik göstəricilər dedikdə əhalinin yaş-cins strukturu üzrə göstəricilər, yaşa 
görə demoqrafik yük əmsalları, əhalinin təbii və mexaniki hərəkəti göstəriciləri, təbii 
artım, ölüm, doğum əmsalları, orta ömür uzunluğu və s. başa düşülür. 


İqtisadi göstəricilərə isə Ümumi daxili məhsul, Ümumi milli gəlir, dövlət büdcəsinin 
gəlirləri, xərcləri, kəsiri, qiymətlər səviyyəsi, investisiya qoyuluşu və sahibkarların 
iqtisadi fəalliğı və s. iqtisadi fəaliyyətlə bağlı göstəricilər aiddir. 
Statistik göstəricilər sistemi üç qrupa bölünür: 
1- ci qrupa həcm göstəriciləri, yəni subyektlərin sayı(mütləq və ya nisbi şəkildə), 
ümumi cəmi aid olunur; 
2- ci qrupa orta göstəricilər (sadə və şəkili halda) aiddir; 
3- cü qrupu variasiya xarakteristikaları, yəni mərkəzi paylanma və
struktur 
göstəriciləri, paylanma formaları, ölşü və bircinslilik əmsalları səciyyələndirir. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin