Plan: Qəbələnin Tarixi



Yüklə 37,53 Kb.
tarix10.11.2019
ölçüsü37,53 Kb.
#29557
qebele

Qəbələ

Plan:
1.Qəbələnin Tarixi
2.Reylefi haqqında
3.İqlimi haqqında
4.Təbiəti haqqında
5.Qəbələnin Görkəmli şəxsləri

Qəbələ — Azərbaycanda şəhər, Qəbələ rayonunun inzibati mərkəzi. 7 fevral 1991-ci ilə qədər Qutqaşen adlanmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 86300 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir.

Qəbələ Böyük Plinidə (23-79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70-147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samur) çayları arasındakı"  Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka  , "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan  kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir.



1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, Covurluçayla Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır. Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndləri ilə yaxşı müdafiə olunurdu. Ən yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır.

Divarlardakı və bürclərdəki mazğallar düzbucaqlı formasındadır. Şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin ərazisindən, ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan Qala hissəsində divarlar, bürc və darvaza yerləri daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7–8 m, diametri 5–6 m olan dairəvi və yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy kərpicdən, çaydaşlarından və əhəng məhlulundan istifadə edilməklə bişmiş kərpicdən hörülmüşdür. Şəhər istehkamlarının bünövrəsinin qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.

Qəbələnin şəhər yerində və antik dövrə aid qəbiristanında aparılan arxeoloji qazıntı işləri nəticəsində şəhər yerinin ən alt təbəqəsinin eramızdan əvvəl III minilliyin ikinci yarısına (erkən Tunc dövrü) aidliyi aşkar edilmişdir. Həmin təbəqədə itilənmiş dəvəgözü daşı, çaxmaq daşı və dəvəgözü daşı qırıntıları, keramika məmulatı parçaları və s. materiallar tapılmışdır. Bu təbəqədən üstə antik dövr təbəqələri gəlir. Onlarda alt təbəqəsi eramızdan əvvəl IV-III əsrlərə aid olunan üç tikinti dövrü ayırd edilir. Burada təsərrüfat oyuqları, bəzi novşəkilli kirəmitlər, yastı kirəmit parçaları, müxtəlif gil qablar, bəzək şeyləri, habelə möhürbəndli fərman tapılmışdır.[9] Yuxarı təbəqə numizmatik tapıntılara (Makedoniyalı İsgəndərin (e.ə. 336-323-cü illər) draxma və tetradraxmalarına oxşatma olan yerli sikkələr, Parfiya hökmdarı III Fraatın (e.ə. təqribən 70-58-ci illər) draxmaları) və digər materiallara əsasən e.ə. II—I əsrin ikinci yarısına aid edilir. Bu təbəqədə daş divar bünövrələri, yastı və novşəkilli dam örtüyü kirəmitləri, çoxlu miqdarda gil qab qırıqları, bəzək əşyaları, gildən qayırılmış insan və heyvan fiquraları, habelə möhürbəndlərində istər şərq, istərsə də antik kemalları üçün səciyyəvi sujetlər olan fərmanlar aşkar edilmişdir.

Qəbələ şəhər yerinin xarabalıqlarında və onun ətrafında I əsrə aid xeyli miqdarda Arşaki və Roma sikkələri, III əsrə aid 200-dən çox Sasani sikkəsi və digər sikkələr tapılmışdır. Qəbələdən, həmçinin, Böyük İsgəndərin və Parfiya padşahı III Fraatın draxmalarına oxşatma olan yerli sikkələr tapılmışdır ki, bu da e.ə. I əsrdə və eramızın əvvəllərində bir sıra ölkələrlə qızğın ticarət getdiyini göstərir. Alvan (ehtimal ki, Alban) və Savalan keçidlərindən keçən ticarət yolları adlanırdı. Ticarət yolları Qəbələni Gürcüstan vasitəsilə Qərblə, Atropatena vasitəsilə İranla və Böyük Qafqaz vasitəsilə Şimalla əlaqələndirirdi. Qəbələ ticarət əhəmiyyətini VIII-IX əsrlərdə də itirməmişdi.

Arxeoloji qazıntı materialları göstərmişdir ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII-IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur. Göründüyü kimi, neft Bakıdan gətirilirdi. Şəhərə su Qəbələnin 5-6 kilometrliyindəki bulaqlardan, kəhrizlərdən gil boru – tünglər vasitəsilə gətirilirdi. Şəhərin həndəvərində dulus kürələri aşkara çıxarılmışdır. VII əsrə qədərki külli miqdarda müxtəlif saxsı qab və VIII əsrdən etibarən qab qırıqlarının tapılması burada dulusçuluğun inkişafından xəbər verir. Şirli qablar müxtəlif ornamentlərlə, bitki, heyvan və insan təsvirləri ilə bəzədilirdi

Relyefi


Rayonun relyefi dağlıq olub şimal hissədə Baş Qafqazın Cənub yamacının yüksək dağlığından başlanmış mərkəzi hissədə Alazan-Həftəran (Qanıx-Əyriçay) vadisində, cənub hissəsi isə Acınohur ön dağlığının Qəbələ yaylasına, bu yaylanın cənub sərhəddi Surxayxan (Axar-baxar) silsiləsinin suayrıcına qədər olan oraqrafik vahidlər bir-birini əvəz edir.

Baş suayrıçaya daxil olan Saral, Çoban baba, Muçuq, Tufan və Ağbulaq şaxələri zəncirvari şəkildə rayonun ərazisini qərbdən-şərqə əhatə edir. 1. Saral şaxəsi – Raqdan yüksəkliyindən Filfilçay və Tikanlıçaya qədər uzanır. Bu şaxə dəniz səviyyəsindən 2000 M- dən (koşukar dağı) cənubdan 1000-ə qədər hündürlükdə dəyişir. 2. Rüstəmbaz şaxəsi – Salavat çayından iki qola ayrılaraq qərbə doğru Səfəryataq, şərqə isə Rüstəmbaz Salavat dağları (şaxələri) adlanır. 3. Muçuq şaxəsi -Salavat aşırımının (2896 m) cənubi-qərbindən başlayaraq Vəndamçayla Dəmiraparançay arasında yerləşir. 4. Ağbulaq şaxəsi – İsmayıllı rayonun Qaraburğu dağlarından Vəndamçayının şərq (sol) sahillərinə qədər olan ərazisini əhatə edir. Qəbələ rayonun ərazisi geemorfoloji cəhətdən üç vilayətə bölünür: 1. Dağlıq –denitatsiyaya uğramış vilayət-şimal hissəni (1000-4466 metrədək) olan ərazili: 2. Düzənlik –akkumliyasiya nəticəsində formalaşmış vilayət-Alazan-Həftaran vadisi (450–800 m) burada yerləşir. 3. Yayla –çöl (step) vilayəti-Şəki-Qəbələ yaylasının Hacallı və Məlikli düzləri qeyd olunan vilayətə daxildir.

Qəbələnin müassir ərazisi təqribən 185 milyon il bundan əvvəl dəniz olmuş, Şərqi Avropa (şimaldan) və Ərəbistan (cənbubdan) platformalarının (iki materik tipli tavanın) toqquşması nəticəsində – Alp dağ əmələ gəlmə mərhələsində burada tədricən quru relyef formalaşaraq, 75-85 milyon il bundan əvvəl hazırki relyef formaları yaranmışdır. 10-12 milyon il bunbdan əvvələ baş vermiş sonuncu materik buzlaşması ərazinin relyefnin, xüsusən yeksək fağlıq hissənin formalaşmasında mühüm rol oynamışdır. Rayonun dağlıq hissəsi Mezazoy erasının Yura və təbaşir dövrünə aid şist, əhəng və qum daşlı suxurların kəskin parçalanması (xüsusi ilə Saralçay, Bumçay və Dəmniraparançayın vadiləri üçün) səciyyəvidir. Vəndam çayının dərəsində qum və sistlərlə yanaşı tufogen (vulkanik) suxurlarda yayılmışdır.

Rayonun ərazisinin cənub – Məlikli və Hacallı düzlərində, Əmilli, kilisə Əmirvan dağlıq tirələrinin (Köndələndağ) Cənub yamacı, Surxayxan dağlarının isə cənub tirələri denitatsiyon (aşınıb parçalanmış) relyef formaları, yarğan – qobu şəbəkəsinin inkişafı ilə seçilir. Alazan – Həftəran vadisində isə akkumiliyativ çöküntülər, çay vadilərində gətirmə konusları, terraslar və s. Ekzogen mənşəli relyef formaları üstünlük təşgil edir.

Ümumiyyətlə Qəbələnin ərazisi yüksək dağlıq sahələrdən tutmuş dağarası vadilərə qədər, çay dərələri ilə parçalanmış sıldırımlı dərin dərələrdən hamar sətli yaylalara qədər bütün dağlıq relyef formaları bir-biri ilə növbələşir. Respublkiamızın daxilində Böyük Qafqazın ən yüksək zirvələri: Bazardüzü (4466 m) Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilərdə yerləşən Şahdağ (4243 m) zirvələri məhz Qəbələnin şimal sərhədlərində su ayrıcı da yerləşir. Qeyd edək ki, Azərbaycan ərazisində olan 6 km 2 dağ buzlaqları yalnız bu zirvələrdə (Qapıcıq zirvəsindəki 0,15 km 2 buzlağı nəzərə almasaq) mövcuddur. Rayonun relyefində onun mərkəzi hissəsini qərbdən şərqə kəsib keçən – eni 18–20 km olan Alazan – Həftaran vadisi, bu vadiyə paralel, ondan cənubda yerləşən Əmilli, Gədik, kilisə, Qızlarqalası və Əmirvan dağları köndələndağ ilə ayrılan, qədim Qəbələ elinin adını yaşadan Şəki – Qəbələ yaylası (Hacallı və Məlikli düzləri) başlıca yer tutur. Şəki yaylasının Şirvan düzündən Surxayxan (Palantökən, Qaş) alçaq öndağ silsiləsi ayırır. Böyük Qafqaz textonik qalxması ilə Kür dağarası textonik çözməsinin sərhədləşdiyi zonada yerləşən Qəbələ rayonunun ərazisi seysmik cəhətdən fəal zona hesab edilir. 832 illik (11391981–ci illər) məlumata görə rayon ərazisində 1949-56-cı illərdə və 1981-ci ilin dekabr ayında dörd dəfə 3-5 bal gücündə zəlzələ hadisəsi qeydə alınmışdır. Mürəkkəb dağlıq relyef və Mezazoy – Kaynazoy eralarının müxtəlif geoloji dövürlərinə məxsus suxurlar Qəbələnin yeraltı təbii sərvətlərinin rəngarəngliyinə və zənginliyinə səbəb olmuşdur.

Mineral sular: Qəmərvan ("Çömçə bulaq") mineral bulağı – Qəmərvan kəndindən 5 km şimalda, Bum çayı dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal-mineral sudur. Təbii tempuratur 39,2 0-dir. Kükürdlü və dəmirli birləşmələrlə zəngindir. 1965-1966-cı illərdə və 1973-1977-ci illərdə Sankt-Peterburq şəhərində xüsusi labaratoriyada Qəbələ rayonundakı ,,Qəmərvan" "Şonqar" və "Yengicə" mineral bulaqlarının suyundan götürülmış nümunələr kimyəvi analizdən keçirilmişdir. Müəyyən edilmişdir ki, bu mineral suyun tərkibində silisumlu birləşmələr 30-40 mq /l, kükürd 3-12 mq/l olub, ümumi minerallığı 1,52-1,79 q/l bərabərdir. Sutqalıq gücü 50 min litrə çatır. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropada (Piriney yarımadasında) məşhur olan Kuldur mineral suyu ilə analoq təşkil edir.


Təbiəti
Rayonun torpaq-bitki örtüyü-Qəbələ rayonunun təbii sərvətləri sistemində onun torpaq-bitki örtüyü özünəməxsus yer tutur. Rayonun ümumi torpaq fondu 150 min hektar olub istifadə olunmasına görə olduqca rəngarəngdir. Rayonda adambaşına düşən torpaq fondu təqribən respublkia üzrə olan göstəriciyə bərabər olub 1,5 hektar təşgil edir. (Respublkia üzrə bu rəqəm 1,2 ha.-a bərabərdir. Torpaq sərvəti insanlar tərəfindən istifadə olunmasına görə müxtəlif sahələrə ayrılır: Əkinə yararlı (o cümlədən şumlanan, çoxillik əkinlər və meyvə bağları) otlaq və biçənəklər üçün istifadə olunan, meşə örtüyü altında olan torpaq sahələri, kənd və şəhərlərin salınmasına sərf olunan torpaqlar, yol çəkilişi, çay, göl və su anbarları, bataqlıq sahələr altında qalan torpaqlar və bütün bu məqsədlər üçün yararsız olan yarğan, uçqun, qayalı, daşlı və ya buzlaq sahələrinə məxsus olan torpaqlarTorpaq tiplərinin müxtəlifliyinə görə Azərbaycanı bəzən,torpaq muzeyidə" adlandırırlar. Burada böyük həqiqət vardır. Ona görə ki, respublkiamızda ekvatorial qurşağının qırmızı-sarı torpaqlarından başlanmış qütübətrafı ərazilərə qədər yer kürəsində yayılmış bütün torpaq tiplərinə rast gəlinir, relyef və iqlim şəraitinin rəngarəngliyi, torpaqəmələgəlmə prosesinə təsir göstərən bu və digər amillərin müxtəlifliyi respublkamızda olduğu kimi Qəbələ rayonunda da torpaq tiplərinin zənginliyinə səbəb olmuşdur. Rayonun cənubunda Şirvan düzü ilə sərhədləşdiyi qlçaq dağlıqdan başlayaraq Böyük Qafqazın suayrıcı zirvələrinə qədər torpaq-bitki örtüyü şauqli qurşaqlıq qanuna uyğun olaraq müxtəlifliyi ilə seçilən areal və zonaların növbələşməsi diqqət cəlb edir.

Quru dağ çöl iqlim şəraitində formalaşan qəhvəyi dağ-meşə torpaqları əsasən rayonun cənubunda kəskin parçalanmış, denidasiyaya uğramış Surxayxan dağlıq ərazisində, həmçinin Alazan-Həftəran vadisində və dağ-meşə qurşağının mütləq hündürlüyü 800–1600 m-ə qədər olan hissəsində bütöv qurşaq əmələ gətirir. Bu torpaq tipində humusun miqdarı 10-12 % olub aşağı zonada (Surxayxan dağlığında) quraqlığa davamlı (arid) seyrək meşələr və kolluqlar yuxarı zonada isə palıd-vələs-fıstıq meşələri yayılmışdır.

Orta dağlığın meşə qurşağı altında yayılan qəhvəyi torpaq tipi şimala doğru tədricən dağ qonur-meşə torpaqları ilə əvəz olunur. (qonur dağ-meşə torpaqlarında humusun miqdarı 7-8 % olub, fısdıq-vələs-cökə meşələri üstünlük təşgil edir. Rayon üzrə Ümumi torpaq fondunun təqribən 38 40 %-ə qədərini təşgil edən qəhvəyi və qonur dağ-meşə torpaqları bağçılıq, xüsusən qərzəkli meyvəçilik üçün əlverişlidir. Cədvəl N-4-də verildiyi kimi Qəbələ ərazisində tutduğu ərazinin genişliyinə görə ikinci torpaq tipi Şərqi Zaqafqaziyanın şabalıdı və açıq şabalıdı torpaqlar təşgil edir. Bu torpaq tipi əsasən Hacallı və Məlikli düzlərində Qaş ərazisində yayılmış, dəmyə və suvarma şəraitində dənli və texniki bitkilər üçün olduqca məhsuldar torpaq olub, tərkibində humusun (çürüntünün) miqdarı 4-6%-ə çatır.

Hündürlük qurşaqlığı üzrə rayonda torpaqların paylanması subalp və alp çəmənliklərinin çimli dağ-çəmən torpaqlarının müxtəlif yarım tipləri ilə başa çatır. 2000 m –dən hündürdə rütubətlənmə kifayət qədər olsa da tempuratur göstəricisi torpaqəmələgəlmə üçün bir o qədər də əlverişli deyildir. Rayonda çimli dağ-çəmən torpaqlarının ( 1800–2500 m. yüksəklikdə yumuşaq-çimli dağ- çəmən, torflu dağ-çəmən və ibtidai dağ-çəmən torpaq yarım tiplərinə bölünür). Ibtidai dağ-çəmən torpaqlarında humusun miqdarı 8-10%-ə çatır. Rütubətlilik normadan çox tempratur isə aşağı olduğu üçün bəzən padzollaşma da müşahidə olunur.

Qeyd olunduğu kimi dağ-çəmən torpaqları rayonun zəngin ot örtüyünə malik subalp və alp çəmənliklərinin inkişafı üçün əlverişli şərait yaradır.

Rayon üzrə torpaq tiplərinin müxtəlifliyi, relyef və iqlim şəraiti bitki örtüyünün zəngilnliyinə səbəb olmuşdur. Qeyd olunan təbii amillərin təsirinin nəticəsidir ki, respublkia ərazisinin cəmi 2 % təşgil edən, Qəbələ rayonunun ərazisində yarımsəhra və səhra bitkiləri olan yovşanlı və şoranotlu bitkilərdən tutmuş dağ tundura təbiətinə xas olan mamır-şibyələrə qədər, quru çöllərin kislofitlərindən düzən və dağ meşələrinin müxtəlif ağac cinslərinə qədər təbii rəngarənglik diqqəti cəlb edir.

Rayon ərazisinin cənub hissəsini yovşanlı, yovşanlı – şoranotlu yarımsəhra bitkiləri, kserafit seyrək meşələr, mərkəzi hissədə (Alazan – Həftəran vadisində) palıd, fısdıq, vələs cinslərindən ibarət meşələrlə yanaşı, yalanqoz, qızılağac, söyüd və qovaq ağaclarının üstünlük təşgil etdiyi düzən meşə landşafı formalaşmışdır. Düzən meşələr tədricən dağ meşə qurşağı ilə əvəz olunur və 1800–2000 m hündürlüyə qədər davam edir.

Meşə qurşağından yuxarıda, 1800-2000-dən 2500–3000 m hündürlüyə qədər subalp və alp çəmənlikləri, daha sonra isə qayalı subnival və qarlı-buzlaqlı nirel qurşaqlar bir-biri ilə növbələşir. Cənubdan şimala Qəbələ təbiətinin seyrinə çıxan hər bir turist təqribən 100–120 km məsafədə Aralıq dənizi sahillərindən Arktikaya qədər rastlaşacağı təbii zonaları müşahidə edə bilər. Rayonda meşə örtüyü 60 min hektar olub, umumi ərazinin 23,1 faizi təşgil edir. (Azərbaycanla müqasiədə 2 dəfə çox). Bitki örtüyünün zənginliyinə və növ tərkibinin müxtəlifliyinə görə seçilən Qafqaz meşələrinin ayrılmaz tərkib hissəsi olan Qəbələ rayonunun meşə örtüyü füsünkarlığı, əl-əlvanlığına və heyrətamizliyinə görə diqqəti cəlb edir. Bu yerlərin təbii gözəlliyini yüksək qiymətləndirən Ümumilli Liderimiz H.Əliyev Qəbələni çox böyük qürurla, Azərbaycanın Isveçirəsi" adlandırmışdır.


Təbiət qoruq və yasaqlıqlarıRedaktə


Rayonun cənub sərhəddində 1958-ci ildə 22.400 ha sahədə arid (quraq) dağ meşə və kol (arcan, saqqız, yabanı nar, meşə üzümü və s) lantşaftını mühafizə etmək məqsədi ilə Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır.

1961-ci ildə qoruğun Qəbələ rayonuna daxil olan 6.994 ha sahəsi qoruq ərazisindən ayrılaraq Qəbələ meşə təsərrüfatı idarəsinin nəzarətinə verilmişdir. Hazırda Türyançay Dövlət qoruğu rayonun cənubi – qərb sərhəddini təşgil edir.

Rayonun şərq sərhəddində, Bakı-Qəbələ şosse yolunun üstündə 1981-ci ildə 5.878 ha sahədə, düzən meşə lantşaftının və xallı maralın mühafizə olunması üçün yaradılmış İsmayıllı Dövlət təbitə qoruğu yerləşir.

1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin Əlvan (Alban) dərəsi ərazisində ümumi sahəsi 39.680 hektar olan Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ meşə lantşaftının müxtəlif ağac və kol bitkiləri, elecə də nəsli kəsilmək təhlükəsi olan dağ kəli, qarapaça, cüyür, ayı, qaban, vaşaq və s. nadir heyvanlar mühafizə olunur.

Şahdağ Milli Parkı Şahdağ Milli Parkı – Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır. Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

İqlimi


İqlimin əsas tipləri Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitki örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.

Gur yağan leysan yağışlar, isti hava şəraiti o zaman bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur. 10 – 12 min il bundan əvvəl planetimizdə baş verən sonuncu materik buzlaşması zamanı rayonun yüksək və orta dağlıq qurşağı dağ buzlaqları ilə örtülü olmuş, sonradan iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əriyərək tədricən kiçilmiş və müassir sərhədlərə yaxınlaşmışdır.

Qəbələnin müassir iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin əraziyə daxil olan lakin hava kütlələrinin xarakteri mühüm rol oynayır. Qeyd olunan bütün bu iqlim əmələgətirici amillər rayon ərazisində tempraturun və yağıntının miqdarına, onun müxtəlif dərəcədə paylanmasına təsir göstərir. Qəbələnin hava və iqlim şəraiti 1936-cı ildən şəhərin və bir müddət Nic qəsəbəsində fəaliyyət göstərən meto stansiyada öyrənilir.

Qəbələ ərazisində çoxillik orta yanvar tempuraturu 0 dərəcədən – 14 dərəcəyə, iyul tempuraturu isə uyuğun olaraq + 24 dərəcədən 2 dərəcəyə qədər dəyişir. Illik orta temperatura cənubda + 10 dərəcə- + 12 dərəcədən şimalda 0 dərəcə – 2 dərəcəyə qədər dəyişir.

Akademik B.Ə.Budaqovun fikirincə rayon ərazisində ən isti yer Quşlar – Kürd – Bayramkoxa kəndləri istiqamətində müşahidə olunur və burada maksimum tempuratura 410 – 420 – yə çatır. Rayonda minimum tempuratura isə Bazardüzü zirvəsində (4466 m). – 50 0 – yə qədər düşə bildiyi qeyd olunur. Rayon ərazisində yağıntıların paytlanmasıda cənubdan şimala doğru dəyişir. Illik yağıntıların ən az düşdüyü Hacallı və Məlikli düzlərinin cənubunda 350 – 400 mm, ə ən çox düşdüyü şimal hissədə 1500 – 200 metr hündürlükdə isə 1200 – 1300 mm-ə çatır. Aparılan müşahidələr zamanı müəyyən edilmişdir ki, rayon ərazisinə düşən illik yağıntıların 25 – 30 % – i may – iyun aylarında yağır.

İ.V.Fiqrovski (1926) Qəbələ rayonunun iqlimini Böyük Qafqazın iqlimi əsasında xarakterizə edərək göstərmişdir ki, buranın iqlimi çox mürəkkəb olub quru subtropik iqlimdən dağlıq tundura iqliminə qədər dəyişir. Ümumiyyətlə rayonun ərazisi Azərbaycanda Lənkaran – Astara zonasından sonra ikinci zonaya (Şəki – Zaqatala) daxil olub subtropikdən mülayim iqlim qurşağına keçid (mötədil) qurşaqda yerləşir. Yer kürəsində mövcud olan 13 ilqim tipindən (əsas və keçid birlikdə) 9 Azərbaycanda, o cümlədən 4-ü Qəbələ rayonunun ərazisində forçalaşmışdır.

İqlimşunas alimlər tərəfindən (İ.V.Fiqrovski və Ə.M.Şıxlınski) Qəbələ ərazisi aşağıdakı iqlim tiplərinə ayrılmışlar. 1. Qışı quraq keçən mülayim-isti iqlim – rayonun cənub hissəsini əhtə edən bu iqlim tipi az yağıntılı, isti – quraq olması ilə xarakterizə olunur. Ağdaş – Göyçay rayonları ilə sərhəddən alçaq dağlıq və Hacallı Məlikli düzünü əhatə edən bu iqlim tipi öz xarakterinə görə Aralıq dənizi tipli subtropik iqlimə çox oxşardır.

2. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim tipi – birinci iqlim tipindən yağıntıların çoxluğu və isti ayın qısa müddətli olması ilə xarakterizə olunaraq əsasən Alazan – Həftəran vadisini və Rayonun 1100 – 1500 m – ə qədər yüksəklikdə olan şimal ərazisini əhatə edir. Burada yağıntıların fəsillər üzrə paylanması bərbərdir. Lakin onun illik miqdarı rayon üzrə maksimum həddə (1200 –1300 mm) çatır. Həmçinin bu iqlim tipi əvvəlki iqlim tiöindən tempuratur rejminə görədə fərqlənir.

3. Yağıntılıları bütün fəsillər üzrə bol düşən soyuq iqlim tipi – rayon ərazisində orta dağlığın yuxarı sərhəddindən başlayaraq okean səviyyəsindən 1500 – 2700 m yüksəkdə olan ərazilər üçün xarakterikdir.

4. Dağlıq tundura iqlim tipi – 2700 m okean səviyyəsindən yüksəkdə olan ərazini əhatə edir. Burada kifayət qədər yağıntı düşməklə yanaşı bütün fəsillərdə hava soyuq keçir. Rayonun yüksək dağ zirvələri daimi qar və buzlaqla örtülü olub tipik dağlıq arktik iqlim şəraiti ilə seçilir. Beləliklə rayon ərazisində cənubdan şimala doğru şaquli qurşaqlar üzrə qeyd edilən iqlim tipləri tempuraturuna və yağıntıların miqdarına görə fərqlənməklə yanaşı fəsillərin növbələməsində də ciddi şəkildə fərqlənir. Savalan və Quşlar kəndlərində yazın gəlişi rayonun ən hündürdə yerləşən Laza (1350 m) və Qəmərvan (1125 m) kəndlərindən ən azı 25 – 30 gün tez müşahidə olur. Payız və qış fəsli isə əksinə. Qəbələnin özünəməxsus iqlimi burada kənd təsərrüfatının çoxsahəli inkişafı üçün tarixən əlverişli şərait yaratmışdır.

Qəbələnin aqroiqlim (kənd təsərrüfatı iqlimi) Azərbaycan Respublkası Milli Elimlər Akademiyasının Coğrafiya İnistitutu tərəfindən 1970-ci illərin ortalarında hərtərəfli tədqiq edilmiş, müxtəlif elmi mənbələrdə bu rayonun aqroiqlim ehtiyatlarına dair geniş məlumat verilmişdir. Rayonun aqroiqlimini müəyyən edən əsas göstəricilər aşağıdakı kimidir. Havanın illik orta tempuraturu 10,6 dərəcə, mütləq minimum–14 dərəcəyə, mütləq maksimum + 37 dərəcə–41 dərəcəyə torpağın səthidndə orta tempuratur + 13 dərəcəyə çatır. Orta illik yağıntıların miqdarı 1027 mm, buxarlanma isə 680 mm olub rütubətlilik əmsalı vahiddən çox (1,5 – ə) nisbi rütubətlilik isə 78 % təşgil edir. Rayon ərazisində əsasən oqroqrafik şəraitlə bağlı dağ – dərə küləkləri müşahidə olunur. Küləyin orta sürəti 0,8 m / san, il ərzində güclü külək əsməsi 3 gün, ,,ağ yelli " günlər 8 gün, dolu düşən günlər isə iki günə qədər davam etdiyi qeydə alınmışdır.

Rayonda qar örtüyü 45 günə qədər yerdə qalır. Birinci payız şaxtası dekabrın II ongünlüyündə və yanvarda, axrıncı yaz şaxtası isə 8 apreldə müşahidə olunur. 5 0 – dən yuxarı orta illik tempuraturlar cəmi 3.769 dərəcəyə, 10 dərəcədən yuxarı (fəal) tempuraturlar cəmi isə 3.361 dərəcəyə çatır. Bir sm 2 sahəyə düşən günəş istiliyinin (enerjisinin) miqdarı dağ ətəyi hissədə 123,6 kkal – a çatır, yüksək dağlıq hissələrdə isə tədricən artması ( buludluluq azaldığı üçün) müşahidə olunur.



Şaxtasız günlərin orta illik miqdarı 241 gün (minimum 208, maksimum 287 gün) veqetasiya d övründə 5 dərəcədən yuxarı tempuratur müşahidə edilən günlərin sayı 265 gün, 10 dərəcədən yuxarı olan günlərin sayı isə 198 günə çatır. Professor Ə.C.Əyyubov. (1978) Azərbaycan Respublkiası üzrə apardığı aqroiqlim rayonlaşdırması Zamanı Qəbələ rayonun daxil olduğu Böyük Qafqaz vilayətinin cənub yamacını altı aqroiqlim rayonuna ayrıldığını göstərmişdir. Qeyd edilən rayonların hər birinin kənd təsərrüfatı sahələrinin inkişafında özünəməxsus yeri və əhəmiyyəti vardır.

17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Qəbələ Beynəlxalq Aeroportu açılmışdır.[6] Rayonda həmçinin tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun ərazisində sənaye əhəmiyyətli gillər, şist, əhəng daşı, çınqıl, çay daşı, mişar daşı (Nic qəsəbəsindən cənubda tosiklə sərhəd bölgədə) yataqları və mineral bulaqları (Qəmərvan, Şonqar, Yengicə, Solqıca və sair) vardır. Metal filiz ehtiyatlarının da olması (Balakən – filizçay polimetal yatağının uyğun geoloji ərazidə yerləşməsinə görə) ehtimal olunur. Dübrar – Babadağ qalxanının Qəbələ ərazisindəki davamında, Vəndam qəsəbəsindən 4–5 km və Laza kəndindən 3 km şimalda əhəngdaşı yataqları vardır. Lakin sıldırımlı dağlıq relyef şəraiti bu yataqların mənimsənilməsini çətinləşdirir. Vəndam qəsəbəsi, Həzrə və Seyidqışlaq kəndlərinin əhatəsində (Vəndam antikilinalında) inşaat əhəmiyyətli əhəng daşı (mişar daşı) bu ərazinin sakinləri tərəfindən müxtəlif məqsədləri üçün istifadə olunmuşdur. Qəbələ şəhərinin şimali – qərbində ("Qafqaz" turist bazasının cənubunda yerləşən bu yatağın geloji ehtiyatı 7 min m 3 olduğu müəyyən edilmişdir.), Küsnət, Böyük Əmilli, Çuxur Qəbələ Soltannuxa, Tövlə, Dızaxlı, Yengicə və s. kəndlərin əhatəsində müxtəlif keyfiyyətə malik inşaat gilləri vardır. Rayonda adları çəkilən yataqlardan yerli əhali hələ eramızdan əvvəldən bu günə qədər tikinti materialları və məişət qabları istehsalında geniş istifadə etmişlər. 1933-cü ildə Vəndam qəsəbəsinin "Şəhərgah" adlanan ərazisində qalınlığı 1,8 m olan boz kömür yatağı kəşf edilmişdir. Geoloji ehtiyatı az olduğu üçün hasilatı iqtisadi cəhətdən əhəmiyyətli hesab olunmur.

Rayonun əhalisi və onun milli tərkibi Rayonun əhalisinin umumi sayı 95,133 nəfər (01.01.2011) ondan 48041nəfər kişilər, 47092 nəfər, isə qadınlar təşkl edir. Əhalinin 13627 nəfəri şəhərdə, 81506 nəfəri isə qəsəbə və kəndlərdə yaşayırlar. Rayon üzrə əhalinin sıxlığı 1 km² 61,1 nəfər düşür. Orta ömür müddəti 70 ildən çoxdur. Yaşı 85-dən çox olan Qəbələ sakinlərinin sayı 186 nəfərdir. Əhalisinin 73235 nəfəri azərbaycanlılar, 17 mindən çox ləzgilər[7], 4640 nəfəri udilər, 209 nəfəri türklər, 37 nəfəri isə digər millətlərin nümayəndələri təşkil edir.

  • İbrahim bəy Musabəyov — Azərbaycan yazıçı.

  • Umnisə Musabəyova — tibb elmləri doktoru, oftalmaloq.

  • Tacəddin Şahdağlı — şair.

  • İsmayıl bəy Qutqaşınlı — yazıçı, ictimai və hərbi xadim.

  • Xalid Əlimirzəyev — filologua elmləri doktoru, professor, yazıçı.

  • Xəlil Əlimirzəyev — tarix elmləri doktoru, professor.

  • Şirin Zəkəriyyəyev (1922)- İkinci dünya müharibəsi iştirakçısı\Veteranı. İtalyanın fəxri vətəndaşı. *

  • Minirə Qarayeva (1937-) — professor, 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri, daha sonra uzun müddət Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində professor, bölüm başqanı işləmişdir.

1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir. Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvüdür. Bu cəmiyyətlərin dəvəti ilə Türkiyədə (Ankara, İstanbul, Ərzurum, Kaysəri, İsparta, Sivas və s.), Şimali Kipr Türk Respublikasında (Qazimağusa, Lefkoşa), Yunanıstanda (Selanik), Almaniyada (Münhen) konfranslarda, assembleya və konqreslərdə məruzə etmişdir. İngilis dilinin fonetikasına həsr olunmuş altı kitab, əlliyə yaxın məqalə müəllifidir. "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na, "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülmüşdür. “Xoş Niyyət” Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidentidir. Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir.

  • Vahid Qəhrəmanov — hüquq elmləri doktoru, professor.

  • Yusif Musabəyov — kimya elmlər doktoru, professor.

  • Cahangir Qəhrəmanov — filologiya elmləri doktoru, professor.

  • Qara Məhəmməd oğlu Əhmədov (1928-2003) — AMEA–nın müxbir üzvü. Qəbələ və Beyləqan şəhərlərini tədqiq etmişdir. Arxeologiya sahəsində Tarix elmləri doktoru adını almış ilk azərbaycanlı alimdir. Arxeologiyaya dair monoqrafiyaları, elmi, elmi-kütləvi kitabları var.

  • Məcid Əhəd oğlu Mərdanov (1913-1982) — Texnika elmləri doktoru, prof. AMEA-nın müxbir üzvü. Yüksək oktanlı benzinin alınması sahəsində elmi nailiyyətləri vardır.

  • Dursun Hüseynov — tibb elmləri doktoru, professor.

  • Elman Məmmədov — kimya elmləri doktoru, professor.

  • Əşrəf Əlimirzəyev — Sosialist Əməyi Qəhrəmanı.

  • Muxlis Haciyev — Elmlər doktoru, professor, Azərbaycan Prezidenti Yanında Ali Atestasiya komissiyasinin inşaat və maşınqayırma üzrə ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Konstruksiyaları kafedrasının müdiri.

  • Raqim Lətifov — Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant.

  • Yadiyar Maqsud oğlu Yunusov (1927-1983) -tibb elmləri doktoru, professor , nevrolog, həkim-alim.1927-ci ildə Qəbələ(Qutqaşın)rayonunda Böyük Piralli kəndində anadan olmuşdur.İlk orta təhsilini Qəbələ (Qutqaşin) rayonunda alib.1943-cü ildə orta məktəbini bitirdiyi ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olaraq 1948-ci ildə həmin institutu fərqləmə diplomu ilə bitirib,《həkim》 ixtisasi almişdir.1954 -1957-ci illərdə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasinda kliniki ordinator.1957 - 1960 ci illərdə həmin institunda aspirant.

1961-ci ildə tibb elmlər namizədi adina, 1967-ci ildə dosent adina , 1970-cı ildə tibb elmləri doktoru adına, 1972-cü ildə professor adına layiq görülmüşdür. Ömrünun sonunadək indiki Azərbaycan Tibb Universitetinin sinir xəstəlikləri kafedrasinda profesor vəzifəsində çalişmişdir. Elmi tədqiqatları əsasən,baş-beyin damar pozulmalari , neyroinfeksiya , epilepsiya , neyrotravma xəstəliklərə həsr edilmişdir. O bir sıra illərdə toplantı və konqreslərdə iştirak etmişdir, geniş ictimai faliyyətlə məşğul olmuşdur.

Qəbələ rayonunun relyefi və rütubətli iqlim şəraiti ərazidə sıx çay şəbəkəsinin formalaşmasına səbəb olmuşdur. Azərbaycan ərazisindən axan 8359 çayın 486-nın uzunluğu 10 km-dən çoxdur ki, bunun 12-si, 100 km-dən çox uzunluğu olan 23 çaydan isə 2-si Qəbələ rayonunun payına düşür. Rayonun çayları Kür hövzəsinin sol qollarına aid olub, öz suyunu ya bir başa Kürə və ya şirvan zonasının çaylarına axıdır.


Türyançay və Göyçay çaylarının qolları olan Qara, Tikanlı Bum Həmzəlli, Dəmiraparan və Vəndam çaylarının özünəməxsus axım rejmi vardır. Tədqiqtçıların (S.Rüstəmov və B.Budaqov) fikrincə rayonun çayları yazda qar, payızda isə yağış sularından daşqın əmələ gətirən çaylar qrupuna daxildir və il ərzində 4 faza keçirilər. Rayondakı çayların qidalanmasında yeraltı sular 40 – 50 %, yağış suları 25 – 30 % və qar suları 20 – 30 % təşkil edir. Türyançay və onun qolları, həmçinin Dəmiraparan çayının yuxarı axarlarında gedən qidalanmada qar və buzlaq (Dəmraparanda göl) suları əsas rol oynayır. Çayların bol sulu dövrü mart – iyul ayları olub illik axının 45 – 50% -ini təşğil edir. Ən aşağı su sərfi isə avqust ayında müşahidə olunur.
Qəbələ və Oğuz rayonlarının sərhədlərindən axan Turyan çay Raqdan (4020 m) zirvəsinin və Saral silsiləsinin cənubi – qərbində 3680 m hündürlükdən mənbə alır. Bu çayın Qəbələ ərazisindən axan və onun sol qolları olan Qara, Tikanlı, Bum çayları və onların çoxlu sayda qolları (Ağçay, Bazarçay, Yataqçay və s) Nic qəsəbəsi yaxınlığında qovuşaraq onun daha gursulu olmasında mühüm rol oynayır. Tüğyan edən, coşub daşan mənasını daşıyan Türyançayın uzunluğu 180 km olub, Okean səviyyəsindən – 4 hündürlükdə (Zərdab rayonu ərazisində) Kür çayına tökülür. Sutoplayıcı hövzəsinin sahəsi 1840 km 2 olub, respublikamızda çoxsulu çaylar qrupuna daxildir. Türyançayın orta illik su sərfi 18 m3/ san olub, illik axım həcmi 565 milyon m 3-dir. Beyli kəndindən cənubda (Savalanın qərbində) Türyançayda rayon mərkəzindən qərbdə olan ərazilərdən toplanan suların Dəmiraparandan ayrılan qolla birlikdə Qaraçay adlı gur sulu əlavə qolun birləşməsi Türyançay yatağının xeyli genişlənməsinə, suyunun ikiqat artmasına səbəb olur. Çayboğazı adlanan keçiddə tikilmiş Türyançay su qovşağından ayrılan kanallar vasitəsi ilə bu çayın suyundan Ağdaş və Göyçay rayonlarının əkin sahələrinin suvarılmasında geniş istifadə olunur.
Rayonun ikinci böyük çayı Göyçay çayı Qəbələnin şərq sərhəddi boyunca İsmayıllı rayonu ilə təbii sərhəd təşgil edir. Baba dağın (3632m) qərb ətəklərindən, 1980 m hündürlükdən mənbə alan Göyçay çayı 133 km məsafədə axaraq, Ucar rayonunun ərazisində -1 m hündürlükdə Kürə qovuşur. Sutoplayıcı sahəsi 1170 km 2 olan Göyçay çayı əsasən yeraltı, yağış və qar suları ilə qidalanır. Orta illik su sərfi 12,5 m 3/ san olub, illik axın həcmi 394,2 milyon m3 bərabərdir.

Qəbələ rayonu ərazisində Tufandağın (4191m) şərq ətəklərində mənbə alan Vəndam çayı (rayonun cənubunda təpələr və ya Qaraçay adlanır) və Dəmiraparan (cənubda qobuçay və ya Zalam qobusu) çayının (Göyçay çayının sağ qolları) suları Göyçay çayının qidalanmasında başlıca rol oynayır.

Rayonun mərkəzi hissəsindən axan və güclü sel hadisələri ilə seçilən Dəmiraparan çayı Böyük Qafqazın cənub yamacından, okean səviyyəsindən 3850 metr yüksəklikdən mənbə alır. 90 km məsafədə axaraq Qəbələ yaylasında ,,Zalam Qobusu” adı ilə adlanır. Və Bayramkoxa kəndinin cənub – şərqində okean səviyyəsindən 385 m hündürlükdə Göyçayçayına birləşir. Dəmiraparanın mənbə hissəsindəki Arpalı, Ağnulaq, Tufan, Səngər, Muçuq, Durca və s qolları qar və buzlaq suları ilə yanaşı hövzədəki onlarca dağ göllərndən yeraltı və yerüstü şəkildə qidalanır. Dəmiraparan çayının sutoplayıcı sahəsi 596 km 2 –dir. Qəbələ şəhərinin şimalında çay iki qola ayrılır. Şəhərin şərqindən axan əsas qol Dəmiraparan, qərbindən axanı isə Qaraçay adlanır. Və bu qol cənubda Həmzəlli çayına və daha sonra Mirzəbəyli, Qocalan və s. Xırda çaylarla birləşərək yenidən Qaraçay adını alır və Dızaxlı kəndinin şəqrindən axaraq ,,çayqovşağında” (Savalan kəndinin şimalında) Türyançaya qovuşur. Beləliklə Dəmiraparan çayını Türyançay və Göyçay çaylarının hövzəayrıcı ,,sərhəd” çayda adlandırmaq olar.

ƏDƏBİYYAT:

1. http://www.heydar-aliyev-foundation.org/az/content/view/137/37/Q%C9%99b%C9%99l%C9%99-Beyn%C9%99lxalq-musiqi-f

2.  http://seyyah.az/1/news/524

3.  http://azertag.az/xeber/Qebele_dunyanin_turizm_merkezlerinden_birine_chevrilir-48853

4. http://kayzen.az/blog/turizm/1145/turizm-v%C9%99-turizmin-n%C3%B6vl%C9%99ri.html

5. İlqar Hüseynov, Nigar Əfəndiyev. Turizmin əsasları. Bakı, Mars-Print, 2007, 443 s.

6. http://azerbaijan.travel/az/region/53-Qebele

7.  http://discoverazerbaijan.az/gabala/

8. Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı, Oğuz eli, 2009, 256 s.

9.  http://gabalacity.com/tarixi-abideler.html

10. http://tufandag.az/otel.html



 
Yüklə 37,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin