Hələ yüz il əvvəl babalarımız, əsasən, sellülozla zəngin olan bitki mənşəli qidalar qəbul edirdilər. Ət



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü0,95 Mb.
#4095

62

315 Fevral  2013

TƏBABƏT


TƏBABƏT

Hələ yüz il əvvəl babalarımız, əsasən, sellülozla 

zəngin olan bitki mənşəli qidalar qəbul edirdilər. Ət, 

əsasən, qış aylarında yeyilirdi. Yarımfabrikatlardan, 

hər cür şirniyyatlardan söhbət belə gedə bilməzdi.

Müasir insanların əksəriyyətinin qida rasionunu 

isə  tərkibində  bir  qram  da  sellüloz  olmayan 

məhsullar təşkil edir. Onlar bizə gündəlik kalorinin 

90 faizini verir, yalnız yerdə qalan 10 faiz sellülozla 

zəngin qidaların payına düşür. 

Tibb mütəxəssisləri qeyd edirlər ki, əsasən birki 

mənşəli  qidalardan  -  dənli  bitkilər,  qoz,  meyvə-

tərəvəzdən istifadə edən şəxslər demək olar ki, daim 

sağlam  ürəyə  malik  olurlar,  onların  yaddaşla  bağlı 

problemləri, getdikcə bizi daha tez-tez narahat etməyə başlayan piylənmə, diabet xəstəlikləri olmur. Bu ona görə 

baş verir ki, sellülozun orqanizmə vitaminlərin, mikroelementlərin, fol turşusunun çatdırılmasından başqa, həll 

edilə bilən liflər xolesterinin səviyyəsini yaxşı aşağı salır. Məhz kobud bitki qidası arterial təzyiqi və qanda şəkəri 

sabit saxlayır.

Tərkibində sellülozun çox olduğu qidaların az yeyildiyi zəngin, inkişaf etmiş ölkələrin statistikasına görə, 

həmin ölkələrdə ürək xəstəliklərindən ölüm halları çoxlu paxlalı, çəyirdəkli bitkilərlə, tərəvəzlərdən istifadə 

edilən ölkələrdəkindən 5 dəfə daha tez baş verir. Eyni zamanda, ölkəmizdə öd kisəsi daşından əziyyət çəkənlərin 

sayı da durmadan artır. Öd kisəsində daşlar cavanlarda, hətta uşaqlarda da əmələ gəlməyə başlayıb. Sellüloz isə 

öd kisəsində həmin daşların yaranmasına imkan vermir.

Təsadüfi deyil ki, alimlər sellülozla zəngin məhsulları "cavanlıq cövhəri" adlandırırlar. 



Şəhərlərdə yaşayan müasir insanın gündəlik rasionunda  sellülozun çatışmadığını iddia 

edən alimlərin sayı getdikcə artmaqdadır

SELLÜLOZ - CAVANLIĞIN CÖVHƏRİ

Həkimlər  səhər  tezdən  banan  və  yoqurtun  yeyilməsini 

məsləhət  görmürlər.  Bananla  bağlı  əsas  problem  onun 

tərkibində  çoxlu  maqneziumun  olmasıdır.  Ona  görə  də, 

səhərlər  banan  yemək  vərdişi  orqanizmdə  kalsium-

maqnezium balansının pozulmasına gətirib çıxarır ki, bu da 

ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Yoqurtu 

isə səhər yox, səhər yeməyindən iki saat sonra və ya yuxudan 

qabaq yemək daha yaxşıdır.

Portağalın  acqarına  yeyilməsi  o  qədər  də  yaxşı  ideya 

deyil. Çünki bu zaman qastrid və allergik reaksiya riski artır. 

Xurma  və  pomidor  isə  "qara  siyahı"ya  tərkiblərində  olan 

pektin  və  mədə  daşlarının  yaranmasına  şərait  yaradan 

aşılayıcı  turşunun  olması  səbəbindən  düşüblər.  Siyahıda 

habelə  sarımsaq,  konservləşdirilmiş  və  hisə  verilmiş 

məhsullar da var.

Həkimlər mədə qişasını qıcıqlandırmamaq üçün xiyar, bibər və kələm kimi çiy tərəvəzlərdən imtina etməyi 

tövsiyə edirlər. Xüsusilə, həzm sistemində problem olan adamların buna riayət etmələri daha vacibdir. Şirin 

kartof isə "mədədə ağırlıq hissi"nin yaranmasına görə "günahkar"dır.

Habelə soyuq içkilərdən imtina etmək lazımdır. Yeri gəlmişkən, onlar menstrual tsiklin pozulmasına gətirib 

çıxarır.

Onu da yadda saxlamaq lazımdır ki, ac insanın şəkər qəbul etməsi orqanizm üçün əsl gözlənilməzlik olur. 

Belə ki, mədəaltı vəzi sadəcə olaraq lazımi miqdarda insulin ifraz etməyin öhdəsindən gəlmir. Nəticədə, qanda 

şəkərin miqdarı anomal səviyyəyə çatır və turşu-qələvi balansı pozulur.



İnsanın səhərlər yediyi qidalar onun sağlamlıq vəziyyəti baxımından mühüm rol oynayır 

SƏHƏR  YEMƏYİNDƏ  İSTİFADƏSİ  MƏSLƏHƏT  GÖRÜLMƏYƏN  QİDALAR

63

315 Fevral  2013

Alimlər bildirmişlər ki, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus 

kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir. 

Novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi 

nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin 

qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Belə ki, bu maddə 

orqanizmdə asetilxolinin qatılığını artırır. Asetilxolin neyronlardan gələn 

məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır. 

Qalantamin  nərgizin  tərkibində  də  mövcuddur.  Bu  çiçəyin  eyni 

zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda 

bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə 

edilir.  Eyni  zamanda,  Sidneydən  olan  alimlər  müəyyən  etmişlər  ki, 

zəfəran  görmə  hüceyrələrinin  elastikliyinə  kömək  edir  və  yenə  də 

Alzheimer xəstələrində beynin işinə müsbət təsir göstərir.

Krokusa gəldikdə, alimlər tərkibindəki kolxisin sayəsində xərçəng və 

iltihabəleyhinə  xüsusiyyətlərə  malik  olduğuna  əmindirlər.  Lavanda  isə 

qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, eləcə də ağrı və 

aqressivliyi azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O, həm də beyin hüceyrələrini qocalmadan 

qoruyur.

Çin alimləri sübut etmişlər ki, çiçəklər təkcə estetik zövq predmeti deyildir;

 onlar, eyni zamanda, insan beyninin müalicəsində əvəzsiz rol oynayır 

ÇİÇƏKLƏR  İNSAN  BEYNİNİN  MÜALİCƏSİNDƏ  ƏVƏZSİZ  ROL  OYNAYIR

Amerikalı  alimlərin  fikrincə,  burada  əsas  ideya 

günəş  şüası  qəbul  etmiş  qadınlar  arasında  artritdən 

günəş  şüalarının  təsirindən  yaranan  D  vitamininin 

əziyyət  çəkənlərə  günəş  altında  daha  az  vaxt 

orqanizmə müsbət təsir etməsindədir. 

keçirənlərə  nisbətən  21  faiz  az  rast  gəlinmişdir.

Revmatoid artrit xəstəliyi oynaqlarda şiş və güclü 

D vitamininə gəldikdə isə onun dağınıq skleroz kimi 

ağrılarla  müşahidə  olunur.  Bu  xəstəliyə  daha  çox 

başqa immun nasazlıqları ilə əlaqəsi olduğu müəyyən 

qadınlar  arasında  rast  gəlinir.  Harvard  Tibb 

edilmişdir. Bu vitaminin immun hüceyrələrinə təsiri 

Məktəbinin əməkdaşlarının qeyd etdikləri kimi, onlar 

mümkündür.  Hazırda  D  vitamininin  immun 

qadınların iki qrupu üzərində müşahidələr aparmışlar. 

sisteminin aqressiv hücumlarına cavab verməyə qadir 

Təcrübə  iştirakçılarının  sağlamlıq  vəziyyəti  onların 

olub-olmadığı  üzrə  laboratoriya  tədqiqatları 

yaşadıqları  yerdə  ultrabənövşəyi  şüalanmanın 

aparılır.Hələlik  isə  mütəxəssislər  bu  ağır  oynaq 

səviyyəsi ilə müqayisə edilmişdir. Məlum olmuşdur 

xəstəliyindən xilas olmaq üçün yayda günəş altında 

ki, ABŞ-ın ən günəşli hissələrində yaşayan və ən çox 

15 dəqiqə olmağı məsləhət görürlər.

Günəş şüalarının bol olduğu ölkələrdə yaşayan adamlar oynaqlarda şiddətli

 ağrılarla müşahidə olunan revmatoid artritdən daha az əziyyət çəkirlər 

GÜNƏŞ  VANNASI  ARTRİTDƏN  XİLAS  OLMAQ  ÜÇÜN

  ƏN  YAXŞI  VASİTƏDİR

Soyuq  havalarda  mütəxəssislərin  məsləhət  bildiyi 

yeməklər  yeyildiyi  zaman,  bədənin  istiliyini  saxlamaq 

mümkün olur.

Başda  tut  və  üzüm  doşabı  olmaq  üzrə  digər  doşab 

növlərinin  də  bədəni  istilədərək,  soyuqdan  qoruduğunu 

bildirən  mütəxəssislər,  səhərlər  evdən  çıxmazdan  əvvəl 

yarım  çay  stəkanı  doşab  içildiyi  zaman  bədənin  soyuğa 

qarşı  müqavimətinin  artırdığını  söyləmişlər.  Zeytun  və 

pendir  də  soyuqdan  qoruyucu  xüsusiyyətlərə  malikdir.

Mütəxəssislər,  üşüməmək  üçün  qış  aylarında  qırmızı  ət 

istehlakının artırılmasının lazım olduğunu da bildirmişlər. 



MÜTƏXƏSSİSLƏR  İNSAN  BƏDƏNİNİ

  SOYUQDAN  QORUYAN  QİDALARI  AÇIQLAMIŞLAR

Soyuq havalarda geyiləcək paltarlar qədər yeyiləcək qidalar da çox əhəmiyyətlidir

64

315 Fevral  2013

Tədqiqatların müəllifi, doktor Murali Doraysvami bildirmişdir 

ki, 100 könüllünün üzərində aparılmış təcrübədən sonra yoqanın in-

san psixikasına müsbət təsiri aşkar edilmişdir.

Araşdırmalar nəticəsində alimlər sübut etmişlər ki, yoqa yün-

gül depressiyanı müalicə edərək psixikaya müsbət təsir göstərir, 

yuxu problemini aradan qaldırmağa kömək edir, psixi pozğunlu-

ğun  şizofreniya  kimi  simptomlarından  xilas  edir. Alimlər  tədqi-

qatları insan sağlamlığının 

Döyüş meydanlarından dönmüş veteranların psixi sağlamlığı-

nın  bərpası  üzərində  işləyən  aparıcı  dünya  klinikalarında  artıq 

çoxdandır ki, yoqadan müalicə vasitəsi kimi istifadə edilir. Hərbi 

konfliktlərdə iştirak edən böyük dövlətlərin ordularında zədədən 

sonrakı  stress  pozğunluğunun  müalicəsində  yoqadan  istifadə 

olunur.

Tədqiqatçılar  hazırda  yoqanın  psixi  pozğunluğu  olan 



milyonlarla insana müsbət təsiri ilə bağlı əllərində xeyli sübutun 

olduğunu təsdiq edirlər. 



Aparılan son tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki,  yoqa fiziki sağlamlığı 

möhkəmləndirməkdən əlavə, həm də insanın idrakına müsbət təsir göstərir

YOQA  PSİXİ  POZĞUNLUĞU  MÜALİCƏ  EDİR

Zülal,  dəmir  və  kalsium  ilə  zəngin  olan  badamın 

faydaları  saymaqla  bitmir.  Mütəxəssislər  badamın  ən 

əhəmiyyətli  beş  faydasını  müəyyənləşdirmişlər.  Onlar 

aşağıdakılardır:

-  hamilə  qadınların  südünü  artırır  və  körpələrin 

inkişafına kömək edir;

- tərkibində olan yağlar çəkinin azalmasını asanlaşdırır 

və  insanda  toxluq  yaradır.  Çiy,  duzsuz  və  qovrulmamış 

olanı seçsəniz daha faydalı olar;

-  bədənin  və  zehnin  yorğunluğunu  aradan  qaldırır, 

böyrək  və  reproduktiv  yollardakı  iltihabları  yox  edir;

- bədəndə daş əmələ gəlməsinə mane olur;

- tərkibində olan yağ turşuları və fermentlər ürək və damar xəstəliklərindən qorunmağı da təmin edir.



BADAMIN  FAYDASI

Mütəxəssislər badamın ən vacib beş faydasını müəyyənləşdirmişlər

Lakin  tezliklə  qızıl  nanohissəciklərdən  təbabətdə  dərmanların  bilavasitə  orqanizmin  hüceyrələrinə 

“çatdırılması”,  xərçəng  kimi  xəstəliklərin  aşkara  çıxarılması  və  müalicəsi  üçün  istifadə  etmək  mümkün 

olacaqdır. 

ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları qızıl nanohissəciklərdən xərçəngin B-hüceyrə limfoması 

kimi yayılmış formasının müalicəsi üçün istifadə etmişlər. 

İki tibb elmləri doktorunun – Şad Takstonun və Leo Qordonun araşdırmalarını təqdim edən məqalə tezliklə 

“ABŞ Milli Elmlər Akademiyasının əsərləri” jurnalında dərc olunmuşdur. 

Bu alimlər təsdiq edirlər ki, “yaxşı xolesterin” adlandırılan yüksək sıxlıqlı lipoproteinlə (YSLP) qidalanan B-

hüceyrə limfomasının qidasına YSLP əvəzinə qızıl nanohissəciklər əlavə etməklə onu aldada bilirlər. Sevimli 



qidasından məhrum olan limfoma hüceyrələri aclıq çəkməyə başlayır və nəticədə məhv olur.

Nanotexnologiyalarda qızılın tətbiqindən söhbət gedəndə 

bir qayda olaraq hamı elektronikanı düşünür…

QIZIL  NANOHİSSƏCİKLƏR: QEYRİ - TOKSİK  MÜALİCƏ  ÜSULU

Document Outline

  • Page 22
  • Page 23
  • Page 24

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin