Metodiki vəsait “Yaddan çıxmaz Qarabağ”



Yüklə 111 Kb.
tarix31.01.2017
ölçüsü111 Kb.
#6955
Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki vəsait

Yaddan çıxmaz Qarabağ”





Bakı-2016

Yaddan çıxmaz Qarabağ
Dünyanın görkəmli alimləri Azərbaycanı təbii muzey adlandırmışlar . Bu muzeyin ən unikal nöqtəsi Qarabağdır.

Qarabağ öz gözəlliyi, yeraltı, yerüstü sərvətləti ilə yadellilərin diqqətini cəlb etmiş bu gözəl diyar zaman-zaman qanlı hərb meydanına çevrilmişdir.

Böyük imperiyanın siyasətinin qurbanı olan füsünkar Qarabağ 24 ildir ki, düşmən tapdağındadır.

Azərbaycanın hərbi Konservotoriyası adlandırılan, əfsanəvi gözəlliyə malik Şuşa ,qədim muğam musiqimizin beşiyi Ağdam, şəfalı istisuyu, qızıl yataqları ilə məhşur olan Kəlbəcər tarix boyu düşmən gülləsinə sinəsini sipər etmiş, qəhrəman Laçın, çiçəklər diyarı Cəbrayıl, Qubadlı, Zəngila , bərəkətli Füzuli , XX əsrin ən böyük faciəsini yaşamış, qan içində boğulmuş bu gündə ən ağrılı günlərini yaşayır.

Öz təbii gözəlliyi, bənzərsiz iqlimi ilə Qafqazın yaraşığı olan Qarabağ həm də müalicə ocağıdır.Təbii iqlim şəraitinə görə mütəxəssislər Şuşa kurortu iqlimini Abastumani və Kislovotsk ilə hətta dünyanın məhşur İsveçrə kurortu Davostan üstün hesab edirlər.

Qarabağın, Şuşanın təkrarsız gözəlliyi vaxti ilə Azərbaycanda olmuş böyük rus şairi M.Lermontovun, məhşur fransız ədibi Dümanın, lirika ustası S.Yeseninin də diqqətini cəlb etmişdir.

Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqiçi, 38 xanəndə-muğənni,16 rəssam, 5 astranom, 18 arxitektor,16 həkim yetişmişdir.

Dünya karifeyləri sırasına Ü.Hacıbəyov, Bülbül, R.Behbudov Qarabağlı idilər. Təsadüfü deyil ki ədiblər məskəni Şuşa 1977- ci ildə Azərbaycan Höküməti tərəfindən tarix-memarlıq qoruğu elan olunub.

Əfsuslar olsun ki, 1988- ci ildən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazimizin 20% ilə bərabər qiymətli mədəni sərvətlərimizi də itirdik. Bir milyondan artıq soydaşlarımız öz yurd-yuvalarından qaçqın düşdü.

Köhnə tarix bu gün də təkrar olunur. Şuşa şəhərində Ü.Hacıbəyovun, Bülbülün, Xan Şuşinskinin, Natavanın ev muzeyləri qarət olunmuş bununla kifayətlənməyən ermənilər hər üç korifeyin heykəllərini güllə baraban etmişlər.

Məlumdur ki, kitabxanalardan istifadə edən oxucuların böyük hissəsini gənclər təşkil edir. Deməli kitabxanaçıların gənclərlə işləmək, onlarda vətənpərvərlik duyğularını, milli mənlik hissini oyatmaq, inkişaf etdirmək imkanları böyükdür.

Unutmaq lazım deyil ki müharibədə qalib gəlmək üçün təkcə vətənə məhəbbət kifayət etmir, bu məhəbbətlə yanaşı düşmənə nifrət hissi də olmalıdır. Çox təəssüf olsun ki , bəzən işğal altında olan rayonlarımızın adını və işğal tarixini bilməyənlərdə tapılır. Buna görə də bütün kitabxanaların görkəmli yerində ,daxil olan hər bir kəsin görə biləcəyi hissədə “Qarabağı unutma”,”Əsir torpaqları unutma”,”Əsir torpaqlar bizi çağırır”,”Şəhidlərin ruhu bizi çağırır” adı altında başlıqlar verib stendlər hazırlamaq lazımdır.

Bədii ədəbiyyatın təbliği kitabxanalarda daha çox yayılmış ədəbi-bədii gecələr vasitəsilə də həyata keçrilir. “Qalx ayağa Azərbaycan “ mövzusunda ədəbi-bədii gecə təşkil etməklə kitabxanaçılar Qarabağın qəhrəman oğul və qızları haqqında yazılmış bədii ədəbiyyat nümunələrini oxuculara çatdırmaq, onların bədii zövqlərinin formalaşmasına müsbət təsir göstərmək imkanını qazanarlar.

Ədəbi- bədii gecələr və oxucu konfransları keçirərkən kitabxanaçılar Yazıçılar birliyinin yerli şöbələrinində gücündən istifadə etməlidirlər. Yerli yazıçıların iştirakı ilə keçirilən belə tədbirlər daha maraqlı məzmunlu ola bilər. Onlar öz şeirlərini oxuyar, çıxışlar edə bilərlər. Orada məktəblərin nəzdində fəaliyyət göstərən ədəbi dərnəklərin gücündən də istifadə etmək olar. B u cür tədbirləri mədəniyyət evləri ilə onların nəzdində fəaliyyət göstərən dram dərnəkiərinin iştirakı ilə keçirmək daha maraqlı olardı.

Qarabağ mövzusunda istifadə olunan ən effektiv və təsirli tədbir forması kitab sərgiləri olmalıdır.”Yaddan çıxmaz Qarabağ” adlı kitab sərgisinin daimi fəaliyyət göstərməsi daha məqsədə uyğun olardı.Yalnız bu sərgidə mutamadi olaraq ədəbiyyat yeniləşməlidir. Ayrı-ayrı rayonların işğal günləri və müvafiq anım günləri keçirərkən bu sərgiləri də dəyişdirmək olar.

Müvafiq mövzuyla əlaqədar tədbirlər keçirilərkən ərazidə məskunlaşmış məcburi köçkün və qaçqınların nümayəndələrini dəvət etmək olar. Onların şahidi olduqları hadisələr barədə danışmaları oxucalar , tədbir iştirakçıları üçün çox maraqlı və təsir edici ola bilər.

Qarabağa aid silsilə tədbirlər keçirilərkən kitabxanaçılar internetin imkanlarından da istifadə etməlidirlər. Texniki imkanı olan kitabxanalar da mövzuya dair saytlardan fraqmentlər, əyani materiallar monitor vasitəsilə iştirakçılar qarşısında nümayiş oluna bilər.

Kitabxanaçılar bu tədbirlərdə məktəbli gənclərin əməyində maksimum bəhrələnməlidirlər. Təbii ki belə mərasimlərdə hadisləri işıqlandıran foto-stendlərin, kitab sərgisinin tərtib edilməsi daha yaxşı olardı. Sərgi üçün düşündürücü və təsiredici başlıqlar seçmək lazımdır.


1. Əsrə sığmayan faciə

2. Tariximizin qan yaddaşı

3. Əsir yurdlar bizi çağırır

4. Yaralı torpaqlar bizi gözləyir

5. Tarixin qanlı səhifəsi

6. Qarabağın qəm ocağım

7. Qarabağda talan var


Qarabağın görkəmli şəxsiyyətləri, sənətkarları və Qarabağ mövzusunda yazan şair və yazıçılarla görüşlər keçirmək lazımdır.
1. Qarabağ müharibəsi bədii ədəbiyyatda

2. Qarabağ ağrısıyla yazılan əsərlər

3. Mədəniyyətimizin,musiqimizin beşiyi Qarabağ

adı altında görüşlər , ədəbi –bədii gecələr keçimək olar.


Bütün şəhidlərimizin bir amalı olmuşdur, vətən torpağını yağıdan qorumaq. Onun nə fərqi var ki, könlündə yurd məhəbbəti gəzdirən vətən əsgəri Cəbrayılda, Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə yaxud Ağdarədə əbədiyyətə qovuşub.

Bu torpağı kimin qarğışı tutdu ilahi. Ərən oğullarımızın, Tomris qeyrətli qızlarmızın nə idi günahı.

Torpaqlarımızın müdafiəsinə ilk dəfə qalxan da elə xalqımızın say-seçmə oğulları oldu. Sədərkdən Gədəbəyə, Qubadlıdan Laçına, Kəlbəcərə, Zəngilandan Füzuliyə, Ağdama ordan Tərtərə Ağdərəyə kimi uzanan yaralı torpaqlarımızın harayına yetişən mərd oğullarımızın sırasına Cəbrayıl igidləri də qovuşdular o, gündən.

Xalqımızın çox qəhrəman igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var.


Gəlin unutmayaq:

XX əsrin ən böyük faciəsi olan Xocalı qırğını zamanı 613 nəfər şəhid olub, onlardan 106 nəfəri qadındır. 59 nəfəri 1 yaşından 18 yaşına qədər yeniyetmələrdir. 70 nəfəri ahıldır, 23 nəfəri uşaq, ata və anasız qalmışlar. 230 nəfəri uşaq valideynlərini itirmişdir. 480 nəfər əlil olmuşdur. 150 nəfər itkin düşmüşdür. Hələ də onlardan bu günə kimi bir xəbər yoxdur. 1275 nəfər əsir düşmüşdür və onların taleləri naməlumdur.

Elə bir rayon, bölgə yoxdur ki Milli Qəhrəmanı, şəhidi olmasın. Hər bir kitabxana öz həmyerlisi olan Milli Qəhrəmanının adına guşə yarada bilər. Bu güşədə onun həyatına, döyüş fəaliyyətinə aid materiallar toplanmalıdır.

1. Vətən uğrunda tökülən qan yerdə qalmaz

2 .Qəhrəmanlar gənclərə örnəkdir.

3. Qəhrəmanlar unudulmur

adlarını vermək olar.


Kitabxanalar Qarabağ mövzusu haqqında kifayət qədər elmi və tarixi materiallara malik olduğundan nəzərdə tutulan hər bir tədbir də çox aktual və zəngin olmalıdır. Məsələn,hələ ötən əsrin ilk illərində İrandan Qarabağa köcürülən erməni icmasının Xankəndində yerləsdirilməsi, onlara sıgıncaq veriməsi faktları bir tərəfdən yeniyetmələrdə öz xalqının hümanist mövqeylərinə qarsı məhəbbət hissi oyadarsa, digər tərəfdən erməni millətçilərinin Qarabağa sahib çıxıb onu zəbt etməsi faktları bu millətə qarsı onlarda qəzəb hissinin coşmasına səbəb olar.

Qarabağın ğörkəmli şəxsiyyətləri, sənətkarları və Qarabağ mövzusunda yazan şair və yazıçılarla görüşlər keçirmək lazımdır. “ Qarabağ müharibəsi bədii ədəbiyyatda”, “Qarabağ ağrısı ilə yazılan əsərlər”,” Mədəniyyətimizin, musiqimizin beşiyi Qarabağ” adı altında görüşlər, gecələr və ya bu mövzuda yazılmış bir əsərin müzakirəsini keçirmək faydalı ola bilər. Rayonun mədəniyyət işçilərinin köməyindən istifadə etməklə ədəbi-bədii gecələr təşkil etmək olar.


Kitab sərgilərini təşkil edərkən Qarabağın tarixini, mədəniyyətini, maddi və mənəvi irsini, erməni cəlladlarının törətdikləri vəhşilikləri, onların məkrli siyasətini ifşa edən əsərlər, şəhidlərin və erməni işğaiçılarına qarşı mübarizədə mərdlik, igidlik göstərmiş qəhrəman övladlarımızın bədii obrazlarla əks olunmuş kitabların diqqətlə seçilməsi vacib məsələlərdəndir.
Görkəmli şəxsiyyətlər Qarabağ haqqında
Şəhidlərin xatirəsinə qoyulan ən böyük abidə müstəqil Azərbaycan dövlətidir.
Heydər Əliyev

Ümummilli lider
Azərbaycan öz torpaqlarını qaytarmaq və müdafiə etmək qüdrətinə malikdir.
İlham Əliyev

Azərbaycan Respublikasının

Prezidenti

Şuşasız Qarabağ , Qarabağsız Azərbaycan ola bilməz.


Vasif Adıgözəlov

Xalq artisti, bəstəkar
Azərbaycan! Mayası nur, qayəsi nur ki,

Nur daşından alov dilli ox ola bilər!

Azərbaycan - deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər!


Məmməd Araz

Xalq şairi

Mən aşiqəm Qarabağ,

Qara salxım qara bağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ

Ağabəyim Ağa,

Qarabağ xanının qızı

Qarabağın tarixi, mədəniyyəti, təbiəti zəngin olduğu qədər dərdi, qəmi də çoxdur. Təəssüf ki, ilin elə bir fəsli, ayı yoxdur ki, Qarabağın ağrılarıyla, dərdləriylə ötüşməsin. Nə qədər ki, Qarabağ azad olmayıb, bu qəmli tarixləri qeyd eləyib böyüməkdə olan nəslin diqqətinə çatdırmaq hər bir kəsin, xüsusilə də kitabxanaçıların müqəddəs borcudur.



Bu bir həqiqətdir ki, dağılmış kəndləri,şəhərləri bərpa etmək, maddi ziyanı ödəmək olar, amma itirilmiş mədəniyyəti, yaralanmış mənəviyyatı qaytarmaq ,sağaltmaq mümkün olmur. Haqq səsimizi dünyaya car çəkərək milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq.
Tərtibçi :

Metodika-biblioqrafiya şöbəsinin müdiri: S.Nağıyeva
Yüklə 111 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin