Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 72,31 Kb.
tarix10.04.2022
ölçüsü72,31 Kb.
#55096
Ağa Məhəmməd Şah Qacarın Azərbaycanı birləşdirmək uğrunda mübarizəsi


Azərbaycan Dövlət Pedaqoji Universiteti

SƏRBƏST İŞ

Fakültə:Tarix/Coğrafiya

İxtisas: Tarix müəllimliyi

Qrup:2002B

Kurs:2


Tələbə: Ağamirzəyev Elgün

Fənn:Azərbaycan tarixi

Mövzu: Ağa Məhəmməd Şah Qacarın Azərbaycanı birləşdirmək uğrunda mübarizəsi

Elmi rəhbər :B/M.Eldar Hacıyev



Bakı 2022

Ağa Məhəmməd Şah Qacarın Azərbaycanı birləşdirmək uğrunda mübarizəsi

Giriş

1.Qacarın hakimiyyətə gəlməsi

2.Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün məqsədləri

3. Ağa Məhəmməd şah Qacarın Azərbaycana I yürüşü

4.Ağa Məhəmməd şah Qacarın Azərbaycana II yürüşü



İstifadə edilmiş ədəbiyyat siyahısı

Giriş

XVIII əsrin 80-ci illərinin sonunda bütün hakimiyyəti (Xorasan istisna olmaqla) ələ alan Qacar sülaləsinin banisi Ağa Məhəmməd xan sabiq Səfəvi dövlətinin sərhədlərini bərpa etdikdən sonra tae qoymağı qərarladırdı. Məlum olduğu kimi, Səfəvi dövlətinin süqutunadək bütün Cənubi Qafqaz, Azərbaycan və iərqi Gürcüstan bu dövlətin tərkibində idi. Məhz buna görə də Ağa Məhəmməd xan həmin ölkələri özünə tabe etmək fikrinə düşdü. Ağa Məhəmməd xan hərbi yürüşə başlamazdan əvvəl Cənubi və şimali Azərbaycan xanlıqlarına, habelə Kartli-Kaxeti çarlığına fərmanlar göndərdi və onlardan tabelik rəmzi kimi ən yaxın qohumlarından onun sarayına girov göndərməyi tələb etdi. İran sərhədlərindən uzaqda yerləşən Azərbaycan xanlıqları, habelə Kartli-Kaxeti çarlığı Ağa Məhəmməd xanın hədə-qorxu ilə dolu fərmanını rədd etdilər. İran sərhədləri yaxınlığında yerləşən xanlıqların bir çoxu Ağa Məhəmməd xandan ehtiyat edərək, zahirən də olsa, ona itaətə hazır olduqlarını bildirdilər. Azərbaycan xanlıqlarının əksəriyyətini silah gücünə tabe etməyə hazırlaşan Ağa Məhəmməd xan Fars və Şiraz əyalətlərində baş vermiş üsyanlara görə öz yürüşünü təxirə salmalı oldu. 1793-cü ildə Ağa Məhəmməd xan yenidən Azərbaycan xanlıqlarına fərmanlar göndərib onlardan tabe olmağı tələb etdi v ə əks təqdirdə silaha əl ataeağını bildirdi. İran hökmdarının hədəsi bir sıra Azərbaycan xanlıqlarını qorxutmadı. Ağa Məhəmməd xana sərt cavab verənlərdən biri də qarabağlı İbrahimxəlil xan idi. O, İrandan gələn qasidə bildirdi: "Mənim atam vəsiyyət edib ki, heç kəsə bac-xərac verməyim, heç bir dövlətə də tabe olmayım". Cənubdan yaxınlaşan təhlükə qarşısında qarabağlı İbrahimxəlil xan və Talış xanlığının hakimi Mir Mustafa xan ümumi düşmənə qarşı birlikdə müqavimət göstərməyi qərara aldılar. Tezliklə onların ittifaqına Kartli-Kaxeti çarı II İrakli və irəvanlı Məhəmməd xan da qoşuldular.



Qarabağ xanlığı daxilində düşmənə müqavimət məqsədilə qızğın hazırlıq işlərində Azərbaycan xalqının görkəmli şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqif böyük fədakarlıq göstərdi. Tezliklə Şuşa qalasına çərik dəstələri eəm oldu. İbrahimxəlil xan Qarabağ döyüşçülərinin bir hissəsini Şuşada saxlayıb , digər hissəsini qala divarlarından kənardakı yol keçidlərində yerləşdirdi. İbrahimxəlil xan, düşmən keçə bilməsin deyə, Araz çayı üzərindəki Xudafərin körpüsünü dağıtmağı əmr etdi. Ətrafına kifayət qədər qoun toplamış İbrahimxəlil xan dostluq və həmrəylik əlaməti olaraq amaxılı Mustafa xana və II İrakliyə qarabağlılardan ibarət dəstələr göndərdi. II İrakli də öz növbəsində şahzadə Aleksandrın başçılığı altında Qarabağa gürcü qoşunları yolladı. Cənubi Qafqazda, xüsusilə iimali A zərbaycanda ona qarşı görülən tədbirlərdən xəbər tutan Ağa Məhəmməd xan yürüşə başlamağa tərəddüd etdi. Lakin Dərbənd, Gəncə və Şəki xanlıqlarından bir-birinin ardınea gələn elçilər Ağa Məhəmməd xana itaət etməyə hazır olduqlarını bildirdikdən sonra İranhökmdarı bir qədər ürəkləndi. Yuxarıda adları çəkilən xanlıqların elçiləri ilə aparılan danışıqlardan aydın oldu ki, xanlıqlar arasında birlik yoxdur və onlar birgə müqavimət göstərmək üçün hələ də razılığa gələ bilməmişlər. Ağa Məhəmməd xan belə bir əlverişli fursəti əldən vermədi və yürüşə başlamaq üçün son hazırlıq işlərini gördü. Azərbaycan xanlıqları ümumi düşmənə müqavimət üçün vahid cəbhə yaratmasalar da, Şamaxılı Mustafa xan, talış xanlığının hakimi Mir Mustafa xan, bakılı Hüseynqulu xan, naxçıvanlı Kəlbəli xan yerləşdikləri qalaları möhkəmlətməklə yanaşı, ərzaq ehtiyatları da toplayırdılar. Lakin xanlıqlardan heç biri birləşmək qərarına gəlmədi. Bunun əvəzində onlardan bəzisi özlərinə qüvvətli arxa axtararaq sadəlövhlüklə Rusiya dövlətinin vədlərinə inandı və hərbi kömək üçün II Yekaterina hökumətinə müraciət etdi. Azərbaycan xanlarının və eləcə də Kartli-Kaxeti çarlığının Rusiyaya müraciət etməsindən xəbər tutan Ağa Məhəmməd Ərdəbildən iimali Azərbaycana üç istiqamətdə 100 min nəfərdən ibarət ordunun hərəkət etməsi haqqında əmr verdi. İranordusunun birinci dəstəsi Muğan, ikinci dəstəsi Şahın qardaşı Əliqulu xanın başçılığı altında Irəvan, Ağa Məhəmməd xanın özünün rəhbərlik etdiyi üçüncü dəstə isə Qarabağ istiqamətində irəlilədi. Irəvana doğru hərəkət edən sərbazlar Naxçıvan qalasının önündə ayaq saxlamalı oldular. Naxçıvanlılar düşmənə ciddi müqavimət göstərdilər. Ağa Məhəmməd xanın tabe olmaq haqqında qalaya göndərdiyi tələbə naxçıvanlılar Kəlbəli xanın başçılığı altında düşmənə sarsıdıcı zərbələr endirməklə cavab verdilər. Planları 392 pozulmasın deyə Ağa Məhəmməd xan Naxçıvan qalasının mühasirəsindən əl çəkib Irəvana doğru hərəkət etməyi qərara aldı. Müdafıəsi pis təşkil edilmiş Irəvan qalası zəif müqavimət göstərdi və az bir müddət ərzində düşmən əlinə keçdi. Ağa Məhəmməd xanın rəhbərlik etdiyi İranqoşunlarının əsas dəstəsi 1795-ci ilin iyun ayında iuşa qalasını mühasirəyə aldı. Sərbazlar qalaya arasıkəsilmədən atəş açmağa başladılar. Lakin düşmənin həmləsi qarabağlıları əsla qorxutmadı. Onlar bir neçə dəfə qaladan çıxaraq düşmənə ağır zərbələr endirdilər. Nəhayət, Ağa Məhəmməd xan aclıq yolu ilə şuşalıların müqavimətini qırmağı qərara aldı. Lakin iş elə gətirdi ki, sərbazların özləri aclığa məruz qaldılar. Məsələ bundadır ki, şuşalılar bir neçə dəfə qaladan çıxaraq qəflətən İran qoşunlarının ehtiyat ərzağını ələ keçirdilər. Bu hadisədən hiddətlənən Ağa Məhəmməd xan qoşunlarına ətrafdakı kəndləri və yaşayış məntəqələrini talamağı əmr etdi. Şuşanın mühasirəsi bir aydan artıq davam etdi. İransərbazlarının iuşa ətrafında məğlubiyyəti, yubanmaları Şahın planlarını alt-üst edə bilərdi. Odur ki, düz 33 gündən sonra Ağa Məhəmməd xan ordusuna iuşanın mühasirəsindən əl çəkib Tiflis istiqamətində irəliləməyi əmr etdi. Tiflis Şəhərini qarət və darmadağın etdikdən sonra İransərbazları 1795-ci il sentyabrın 20-də külli miqdarda qənimət, habelə 20 min əsirlə Şəhəri tərk etdilər. Həmin ilin noyabrında Ağa Məhəmməd xanın ordusu Gəncəyə çəkildi və buradan o, yenə də iuşaya qasid göndərib tabe olmağı tələb etdi. Bu dəfə də şuşalılar rədd cavabı verdilər. Bundan sonra Ağa Məhəmməd xan qışlamaq üçün ordusunu Muğana çəkdi. İranqoşunları Muğanda yerləşdiyi zamanda Azərbaycanda feodal ara müharibələri kəsilmirdi. Bəzi xanlar Ağa Məhəmmədin Azərbaycanda olmasından öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Şamaxılı Mustafa xanın malikanəsində gözü olan Şəkili Məhəmməd Həsən xan onu Ağa Məhəmmədin nəzərindən salmaq məqsədilə yaxın adamı Hacı Seyid bəyi İran hökmdarının düşərgəsinə göndərdi. Ağa Məhəmməd xan Şamaxılı Mustafa xanı cəzalandırmaq üçün sərkərdəsi Mustafa xan Dəvəlini Şamaxıya yolladı. Şəki xanlığının qoşunu da İran sərbazları ilə birləşdi. Düşmən qüvvələrinin yaxınlaşmasından xəbər tutan Şamaxılı Mustafa xan vaxt itirmədən Şəhər əhalisini Fit dağında yerləşən əlçatmaz qalaya köçürdü. Ağa Məhəmmədin qoşunları heç bir müqavimətə rast gəlmədən Şamaxıya daxil oldular. İransərbazları və Şəkidən gələn dəstələr boşaldılmış Şəhəri qarət etməklə kifayətləndilər. Şamaxıdakı "qələbədən" ruhlanan Ağa Məhəmməd xan Azərbaycanın, eləcə də Dağıstanın feodal hakimlərinə fərman göndərərək tabe olmalarını tələb etdi. Fərmanda Ağa Məhəmməd xan bütün Azərbaycan xanlıqlarının ona tabe olması barədə yalan da yazmışdı. Lakin İranhökmdarının hiyləsi baş tutmadı. Qubalı ieyxəli xan və Gəncəli Cavad xandan başqa Azərbaycanın heç bir feodal hakimi Ağa Məhəmməd xanın fərmanını qəbul etmədi. Ağa Məhəmməd xan Mustafa xan Dəvəlini Şamaxı xanlığına təyin edərək, ona Şamaxı Şəhərində oturmağı əmr etdi. Mustafa xan Dəvəli hakimiyyət başına gələn kimi xanlıq əhalisini qarət etməyə başladı. Lakin qəddarlıq və zorakılıq xalqın iradəsini qıra bilmədi. Yerli əhali silaha əl atıb Mustafa xan Dəvəlini qətlə yetirdi. Bu hadisə Ağa Məhəmməd xanı xeyli məyus etsə də, Mustafa xan Dəvəlinin öldürülməsinə görə əhaliyə divan tutmaqdan ehtiyat etdi. Şamaxı Şəhərini tərk etmiş xanlığın hakimi Mustafa xan da öz növbəsində İransərbazları ilə mübarizəsini davam etdirirdi. Fit dağında mövqeyini möhkəmləndirən Mustafa xan İransərbazlarının Dərbənd istiqamətində hərəkətinə mane oldu. Toqquşma zamanı Şamaxılılar 3000 sərbazı məhv etdikləri halda, özləri 100 döyüşçü itirdilər. Bundan əlavə, Şamaxılılar İranqoşunlarından 4 ədəd top da qənimət götürdülər. Bu topları Ağa Məhəmmədin sərbazları Tiflis Şəhərini qarət etdikləri zaman ələ keçirmişdilər. Şəkili Məhəmmədhəsən xan öz dəstəsi ilə Ağa Məhəmməd xanın qoşunlarının tərkibində hərbi əməliyyatlarda iştirak edərkən, onun kiçik qardaşı Səlim ağa saray çevrilişi edərək Şəki xanlığında hakimiyyəti ələ aldı. Məhəmmədhəsən xanın Ağa Məhəmməd xana xidmət etməsindən narazı olan saray əyanları və əhali Səlinı ağanın hərəkətini müdafıə etdilər. Şəki xanlığının yeni hakimi Ağa Məhəmməd xandan ehtiyat edərək özünə dayaq axtardı. Tezliklə o, qarabağlı İbrahimxəlil xanın simasında müttəfiqini tapdı. O, İransərbazlarının gec-tez Şəkiyə basqın etmələri ehtimalı qarşısında Şəhər əhalisini daha etibarlı olan Gələsən-görəsən qalasına köçürtdü. Şəki xanlığında hakimiyyətdən uzaqlaşdırılan Məhəmmədhəsən xan kömək üçün Ağa Məhəmməd xana müraciət etdi. Lakin həmin vaxt Ağa Məhəmməd xanın özünün yerli hakimlərin köməyinə ehtiyacı vardı. Hakimiyyətdən uzaqlaşdırılmış Məhəmmədhəsən xan artıq Ağa Məhəmməd xana lazım deyildi. Odur ki, onun gözlərini çıxartdırıb İrana göndərdi. Ağa Məhəmməd xanın Cənubi Qafqaza dağıdıcı yürüşündən sonra Rusiya Cənub sərhədlərinin təhlükəsizliyini qorumaq və Xəzər dənizindəki hakim mövqeyini saxlamaq, habelə 1783-cü il Georgiyevsk müqaviləsinin Şərtlərinə əməl etmək məcburiyyəti qarşısında qaldı. 1795-ci ilin noyabr aymda Mozdok Şəhərindən Cənubi Qafqaza ilkin mərhələdə iki istiqamətdə rus qoşunları göndərildi. Tiflisə polkovnik Sıroxnevin başçılığı ilə iki yeger batalyonu, Dağısan və Azərbaycan istiqamətində isə general-mayor Savelyevin komandanlığı altında piyada batalyonu hərəkət etdi. Ağa Məhəmməd xanın Azərbaycanı tərk etməsinin başlıca səbəblərindən biri də bu oldu. Rus qoşunları Cənuba doğru hərəkət etdikləri vaxt Yekaterina general Qudoviçə sərəncam göndərərək ondan bütün Cənubi Qafqazı, habelə Xəzər dənizi sahillərini İrantəcavüzündən qorumağı tələb etdi. Bu dövrdə II Yekaterina hökumətinin məqsədi Qara dənizlə Xəzər dənizini Rusiyanın rəqibləri üçün mübarizə meydanına çevirməkdən ibarət idi. Xəzər dənizi eyni zamanda Rusiyanın Orta Asiya ölkələrinə də nüfuz etməsində böyük rol oynaya bilərdi. Odur ki, II Yekaterinanın əmrinə əsasən İranqoşunları silaha əl atdıqları təqdirdə düşmənə atəş açmaq və Ağa Məhəmməd xanın qoşunlarını Şamaxı, Bakı və Xəzər dənizi sahillərinə buraxmamaq tapşırılmışdı. Sıroxnevin və Savelyevin qoşunları Cənubi Qafqaza çatar-çatmaz Rusiyadan buraya böyük bir hərbi qüvvə göndərilməsi qərarlaşdırıldı. Rus qoşunlarının Cənuba doğru hərəkət etməsi xəbərini eşidən Ağa Məhəmməd xan, yuxarıda qeyd edildiyi kimi, Azərbaycanı tərk etməyə məcbur oldu. 1795-ci ildə Kartli-Kaxeti çarlığını, eləcə də Tiflis Şəhərini darmadağın edən İranqoşunları iuşada qarabağlıların qəhrəmancasına müqavimətinə rast gəlib geri çəkilməyə məcbur oldular. 1796-cı ildə Rusiya qoşunlarının Azərbaycana yürüşü ilə əlaqədar İrantərəfındən təhlükə sovuşdu. Lakin bunu Rusiya tərəfindən Şimali Azərbaycanlılara "kömək" adlandırmaq olmazdı. Çar hökuməti hələ I Pyotrun vaxtından Rusiyanın müstəmləkəçilik siyasətini həyata keçirməyə ean atırdı. Rusiya strateji məqsədlərdən başqa, Xəzər dənizində əlverişli liman olan Bakıda və Azərbaycan ərazisində, digər dayaq məntəqələrində möhkəmlənməyi nəzərdə tuturdu ki, bu da Yaxın və Orta iərq ölkələrinin hamısı ilə ticarət üçün əlverişli zəmin yaratmalı idi. Bu barodə II Yekaterina xüsusi "Manifest" də vermişdi. Nəzərdə tutulmuş bütün bu tədbirlər 1797-ci ildə həyata keçirilməli idi. Cənubi Qafqaza hazırlanan yürüşə rəhbərliyi II Yekaterina özünün sevimlilərindən biri olan V.Zubova həvalə etdi. Rus ordusu Cənubi Qafqaza, daha doğrusu Azərbaycana iki istiqamətdə irəliləməli idi: karvan yolu ilə gedərək, ilk növbədə böyük strateji əhəmiyyətə malik Dərbənd qalasını ələ keçirməli, sonra isə dəniz yolu ilə Dərbəndə doğru bir neçə hərbi gəmi hərəkət etməli idi. V.Zubov Dərbənd və Bakını almalı, burada piyadalarla gəmiləri birləşdirib vahid ordu ilə qarşıda duran tədbirləri həyata keçirməli idi. Bakı Şəhərində V.Zubova rus qoşunları üçün hərbi ləvazimat və ərzaq anbarı yaratmaq da tapşırılmışdı. 395 1796-cı il aprelin 18-də V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü başlandı. Rus qoşunları Savelyevin mühasirəyə aldığı Dərbənd qalasına yaxınlaşdı. Ağa Məhəmnıəd xan Azərbaycanı tərk edəndən sonra meydanda tək qalmış qubalı ieyxəli xan Rusiya tərəfindən yaxınlaşan təhlükənin qarşısını almaq üçün digər Azərbaycan xanlıqlarından kömək istədi. Lakin ieyxəli xanın çağırışına cavab olaraq yalnız bakılı Hüseynqulu xan Dərbəndə iki ədəd top göndərməklə kifayətləndi. Rus qoşunlarının yaxınlaşması ilə əlaqədar olaraq Dərbənddə böyük iğtişaş baş verdi. Iəhərdə bir-birinin əksinə iki cəbhə yarandı: rus qoşunlarının gəlməsini alqışlayanlar və bunu istəməyənlər. Məsələdən xəbər tutan V.Zubov Dərbənd istiqamətindəki yürüşünü sürətləndirdi. Həmin il mayın 2-də rus qoşunu Şəhərin lap yaxınlığında düşərgə saldı. Dərbənd qala divarlarına böyük ümid bəsləyən ieyxəli xan müqavimət göstərməyi qərara aldı. Lakin rus ordusunun toplarından atılan atəşlə qala divarlarının zədələnməsi ieyxəli xanı təslim olmağa vadar etdi. Tarixi mənbələrə görə Şəhərdəki ermənilərin satqınlığı da bu işdə az rol oynamamışdı. Dərbənd qalasında iki həftə qaldıqdan sonra V.Zubov Dərbənd xanlığının idarəsini ieyxəli xanın Rusiyaya meyil edən bacısı Pəricə xanıma tapşıraraq, Bakı istiqamətində hərəkət etdi. Bakılı Hüseynqulu xanın rus qoşunlarının abşeron yarımadasına yaxınlaşmasına mənfi münasibət bəslədiyindən xəbər tutan V.Zubov təcili olaraq ona məktub göndərdi və yürüşün əsl mahiyyətini ört-basdır edərək xoş niyyətlə gəldiyini bildirdi. Hüseynqulu xan V.Zubovun səmimiyyətinə inanmasa da, Rusiyanın hərbi texnikasından ehtiyat edərək onu xoş məramla qarşılamağı daha üstün tutdu. 1796-cı il iyun ayının 13-də Hüseynqulu xan V.Zubovun düşərgəsinə yollandı. Iki gündən sonra rus qoşunları general-mayor Raxmanovun başçılığı və ieyxəli xanın müşayiəti ilə Bakı qalasına, təqribən eyni vaxtda Qubaya daxil oldular. V.Zubovun əmrinə əsasən Qubada Dərbənd xanlığından asılı olmayan müstəqil xanlıq yarandı. Bakıda və Qubada müəyyən miqdarda rus qoşunları saxlayan V.Zubov Şamaxıya doğru irəlilədi. Diplomatiya yolu ilə hərəkət edən Zubov çapar vasitəsilə Şamaxılı Mustafa xana hədiyyələr və məktub yolladı. Hədiyyələri və məktubu alan Mustafa xan Zubova xəbər göndərdi ki, onun pişvazına özü çıxacaq. Rus qoşunları Şamaxıya tərəf hərəkət etdikdə Şəki xanlığının hakimi Səlim xan Zubovun düşərgəsinə gəldi. Həm Şamaxılı Mustafa xan, həm də Şəkili Səlim xan Zubovla yaxşı münasibətdə olmaqla, hər Şeydən əvvəl, Rusiyadan Ağa Məhəmməd xanın əleyhinə hərbi kömək almaq məqsədini güdürdülər. Rus qoşunlarının Azərbaycanda, Dərbənd istisna olmaqla, heç bir müqavimət görülmədən hərəkət etməsinə Ağa Məhəmməd xan biganə qala bilməzdi. Odur ki, İranhökmdan öz adamlarını, o cümlədən qardaşı oğlu Əsgər xanı Azərbaycana 396 - Şəki, Şamaxı və Gəncə xanlıqlarına göndərərək onların ruslar əleyhinə çıxmasını tələb etdi. Ağa Məhəmməd xanın sərbazlarının Azərbaycanda törətdikləri vəhşiliklərin Şahidi olan xanlar İranhökmdarının təbliğatına uymadılar. Gəncəli Cavad xan da Ağa Məhəmməd xanın müraciətini cavabsız qoydu. Cənubi Qafqazda mövqeyini möhkəmlədən Zubov II Yekaterinanın "Manifest‖ inə əsasən Azərbaycanda yuxarıda qeyd edilən tədbirləri həyata keçirməli idi. Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinanın gözlənilməz ölümü Rusiya dövlətinin nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsini bir müddət təxirə saldı. Sankt-Peterburqda taxta çıxan I Pavel Rusiya qoşunlarının tezliklə Cənubi Qafqazdan geri dönməsi barədə əmr verdi. Rus qoşunları Azərbaycandan çıxıb getdikdən sonra Ağa Məhəmməd Şah 1797-ci ildə ona müqavimət göstərənlərə divan tutmaq məqsədilə Qafqaza, xüsusilə Azərbaycana ikinci yürüşə başlamağı qərara aldı. Azərbaycanlıların itaətsizliyindən hiddətlənən Ağa Məhəmməd Şah bu dəfə onlar üçün daha ağır aqibət hazırlayırdı. Yerli əhalinin mübarizliyinə əmin olan Şah öz sələflərinin təcrübəsindən istifadə edərək, Azərbaycanda I iah Abbasın əhalini doğma torpaqlarından zorla qürbət yerlərə köçürülməsi siyasətini tətbiq etməyi və beləliklə, xalqın müqavimətini qırmağı qərara aldı. Bu barədə dövrün müasirlərindən P.Q.Butkov yazırdı: "Onun məqsədi şuşah İbrahim xanı əzdikdən sonra əsas qüvvəsi ilə Gürcüstana tərəf hərəkət etmək, sonra isə vaxtilə böyük iah Abbasın etdiyi kimi, Şamaxılıları, talışları, gürcüləri və başqalarını öz vilayətlərinə -Mazandaran və Astrabada köçürmək idi". Lakin Ağa Məhəmməd Şah Cənubi Azərbaycan xanlıqlarını tamamilə özünə tabe etməmiş Şimala doğru hücumdan çəkindi. Bu məqsədlə o, ilk növbədə qardaşı Əliqulu xan başda olmaqla böyük bir sərbaz dəstəsini Təbriz xanlığına göndərdi. Tezliklə Ağa Məhəmməd Şahın özü də Ərdəbilə gəldi. O, burada birinci yürüşü ərəfəsində olduğu kimi, Azərbaycanın bütün xanlıqlarına və Kartli-Kaxeti çarlığına fərmanlar göndərib onlardan tabe olmağı tələb etdi. Əks təqdirdə, yurdlarını darmadağın edəcəyi ilə hədələdi. Iah cavab gözləmədən yerli əhali arasında çaxnaşma salmaq məqsədilə öz dəstələrini yaxın xanlıqlara yola saldı. Naxçıvana göndərdiyi süvari dəstəsinə Şah konkret əmr vermişdi: xanlığı darmadağın edib, əhalisini İranın ucqarlarına köçürsün. Bu dəfə Ağa Məhəmməd Şahın daha hazırlıqlı qoşunlarına müqavimət göstərə bilməyəcəyinə əmin olan Naxçıvan xanlığının hakimi Kəlbəli xan yurdunu, özünü və əhalisini gözlənilən cəzadan qurtarmaq üçün qiymətli hədiyyələrlə Ərdəbilə gəlib Şahdan imdad dilədi. Ağa Məhəmməd Şah hədiyyələri alandan sonra 1796-cı ildə rus qoşunları Azərbaycanda 397 olarkən onlarla əlaqə saxladığına görə xanın gözlərini çıxartdırıb həbs etdi və Tehrana göndərdi. Ağa Məhəmməd Şah Xoy xanlığının hakimi Hüseyn xanla da belə xaincəsinə rəftar etdi. Xanı danışıqlar aparmaq üçün öz düşərgəsinə dəvət etdi və oradaca həbsə alıb Tehrana yolladı. Iah hələ də 4000 sərbazla Irəvanda qalmaqda olan Təvəkkül xana kömək məqsədilə Zəfər xanı oraya göndərdi. Irəvanlı Məhəmməd xan da rus qoşunlarının komandanı V.Zubovla məktublaşmışdı. Məhəmməd xan "günahını" yumaq məqsədilə, habelə Qacar nəslindən olduğuna görə qiymətli hədiyyələrlə Şahın düşərgəsinə gəldi. Hədiyyələrdən imtina etməyən Ağa Məhəmməd Şah ondan 500000 tümən dəxi tələb etdi. Əks təqdirdə, xanı dar ağacı ilə hədələdi. Məhəmməd xan 200000 tümən nağd pul verdikdən sonra əmlakını satıb daha 300000 tümən verəeəyinə and içdi. Bütün bunlara baxmayaraq, Məhəmməd xan, arvadı və uşaqları həbs edilib Qəzvinə göndərildi. Ağa Məhəmməd Şah talış xanlığını zəbt etməyi Süleyman xana tapşırdı. Düşmənin yaxınlaşdığını eşidən Mir Mustafa xan 200 ailə ilə Sarı adasına köçdü. Lənkəranın yerdə qalan əhalisi əlçatmaz dağlara çəkildi. İranŞahının yürüşünün əsas istiqaməti yenə də Qarabağ idi. Buna görə də Süleyman xan Lənkərandan qayıdan kimi Şah onu Sadıq xan iəqaqi və 10 min sərbazla kəşfiyyat məqsədilə Şahm qoşunlarının keçəeəyi yolların əmin-amanlığını təmin etməyə göndərdi. İranordusunun ön dəstəsi Qarabağa hərəkət edən kimi Ağa Məhəmməd Şah Sadıq xan iəqqaqinin vətəni Sərab xanlığmı zəbt etdi. Bu hadisədən sonra Ağa Məhəmməd Şah Qarabağa doğru hərəkət edib, Araz çaymın kənarında öz sərkərdələrinə çatdı. Sərab xanlığının Ağa Məhəmməd Şah tərəfindən zəbt olunması xəbərini eşidən Sadıq xan bundan qeyzlənsə də, Şaha hiss etdirmədi. Qarabağlı İbrahimxəlil xanın əmri ilə Araz üzərindəki Xudafərin körpüsü uçurulduğuna görə İranqoşunları Araz çayını çox çətinliklə keçə bildilər. Qayıqlardan bəzisi sürətlə axan çay sularına tab gətirməyib çevrildi. Nəticədə bir çox sərbaz həlak oldu. Düşmənin çayı keçdiyini görən qarabağlı İbrahimxəlil xanın əmri ilə onun döyüşçüləri külli miqdarda qayığı arabalarla çayın yuxarı başına daşıyıb düşmən düşərgəsindən bir qədər aralıda boşaltdılar. Qarabağlılar qayıqları ağır daşlarla doldurub qaranlıq düşən kimi çaya buraxdılar. Ağır yüklü qayıqlar suda çox üzə bilməyib bir-birinin ardmea sahildən uzaqlaş madan batdı. Beləliklə, daşla dolu qayıqlar Arazm məerasını dəyişdi. Çay sahildən çıxıb düşmən düşərgəsinə tərəf güclü sel kimi axdı. Gecə axan bu sel sərbazları o qədər çaşdırdı ki, təlaş içərisində hərə bir 398 tərəfə baş götürüb qaçdı. Səs-küyə yuxudan ayılan Ağa Məhəmməd Şah nə baş verdiyini birdən-birə başa düşmədi. Səma tamamilə təmiz idi, yağış yağmırdı, lakin dəhşətli qüvvə ilə gələn sel düşərgənin yerləşdiyi sahədən keçərək qarşısına gələn hər Şeyi özü ilə aparırdı. Iah öz canını bir təhər qurtardı. Sel yalnız hündürlükdə qurulmuş toplara xətər toxundura bilmədi. Səhər seli əmələ gətirən qayıqlardan yaranmış süni bəndi görən Şahın əmri ilə toplardan həmin bəndlərə atəş açıldı. Tezliklə çayın suyu yenidən əvvəlki məerasına qayıtdı. Qəflətən axan sel yalnız sərbazların azuqəsini, geyimini deyil, həmçinin külli miqdarda silahı da aparmışdı. Iah qarabağlıların bu əməlinin əvəzini yerli əhalidən çıxdı. Sərbazlar çəyirtkə kimi kəndlərə daraşıb əhalinin son tikəsini əlindən aldılar. Sənətkarlara, xüsusilə dəmirçilərə zorla silah hazırlatdırdılar. İransərbazları Qarabağın kəndlərində qarətlə məşğul olduqları zaman yerli silahlı dəstələr bir neçə dəfə düşmən düşərgəsinə uğursuz həmlələr etdilər. Ətraf kəndlərdən lazımi miqdarda ərzaq və silah topladıqdan sonra Ağa Məhəmməd Şah ordusunu iuşa qalasına doğru apardı. İranqoşunları Əsgəran qalası ətrafında qarabağlıların güclü müqavimətini qırıb iuşaya yaxınlaşdılar. 1797-ci ildə İbrahimxəlil xan yenə də iuşa qalasının müdafıəsinə rəhbərlik etmiş, mərdlik və vətənpərvərlik nümunəsi göstərmişdir. İbrahimxəlil xanın bu xüsusiyyətlərinə bələd olan və iuşa qalasının 1795-ci il mühasirəsinin acı təcrübəsini unutmamış Ağa Məhəmməd Şah birdən-birə hücuma keçmədi. O, iuşa yaxınlığında mövqeyini möhkəmləndirdiyi zaman İrandan oraya əlavə olaraq bir neçə ədəd top gətirtdi. Qəti hücuma hazırlıq gördükdən sonra Ağa Məhəmməd Şahın əmri ilə sərbazlar iuşaya basqın etdilər. Lakin İranqoşunlarımn hücumu yenə də uğursuz oldu. Axırda Ağa Məhəmməd Şah atəşi qala divarlarının eyni nöqtəsinə vurmağı əmr etdi ki, bəlkə həmin hissədə yarıq əmələ gəlsin. Həqiqətən də toplardan açılan yaylım atəşləri qala divarlarının bir hissəsini zədələyərək düşmən qoşunlarının iuşaya soxulması təhlükəsini artırdı. Bunu görən İbrahimxəlil xan düşmənin topxanasını susdurmağı qərara aldı. İbrahimxəlil xanın başçılığı altında qalanın qapılarından eyni vaxtda üç yüngül süvari dəstəsi çıxaraq cəld düşmən topxanası üzərinə hücum etdi. Qarabağlıların məqsədini tez duyan Ağa Məhəmməd Şah təcili surətdə əks tədbir gördü. O, sərbazları iki hissəyə bölərək, birinə Qarabağ süvarilərinin qarşısını almağı, digərinə isə qala divarı istiqamətində irəliləməyi əmr etdi. Iahın topxanası üzərinə Şığıyan qarabağlılar sayca üstün olan düşmənlə üzüzə gəldilər. Topxana sıradan çıxanlsa da, döyüş meydanında çoxlu qarabağlı həlak oldu. Lakin düşmən piyadaları tərəfindən yol bağlandığından qələbə qazanmış qarabağlılara qalaya qayıtmaq müyəssər olmadı. İbrahimxəlil xan özünün azs aylı 399 dəstəsi ilə mühasirəni yarıb keçməyə və Dağıstan tərəfə pənah aparmağa məcbur oldu. Iuşa qalasının müdafiəçiləri başsız qaldılar. Iəhərdə çaxnaşma yarandı. İranpərəst ünsürlər hərəkətə gəldilər. Belə bir mülahizə yürütmək mümkündür ki, satqınlar tərəfindən qala divarlarının İbrahimxəlil xanın üzünə bağlanması onun Qarabağı tərk etməsinin səbəblərindən biri olmuşdur. Daha bir dəlil sübut edir ki, İbrahimxəlil xan iuşa qalasını qorxaq bir Şəxs kimi tərk etməmişdir. Məsələ burasındadır ki, İbrahimxəlil xanın Dağıstan tərəfə hərəkət etdiyini bilən Ağa Məhəmməd Şah onu yolda haqlamaq üçün cəld 2000 nəfərlik süvari dəstəsi göndərdi. Tərtər çayını keçərkən düşmən İbrahimxəlil xanın dəstəsi ilə qarşılaşmış, lakin baş verən döyüşdə qarabağlılar düşməni darmadağın edib dağlara çəkilmişlər. Ağa Məhəmməd Şah İbrahimxəlil xanın ardınea qoşun göndərməklə bərabər iuşanın müdafiəçilərinə də məktubla müraciət etdi. Məktubda deyilirdi ki, İbrahimxəlil xan qorxaq kimi qaçdı və şuşalıları başsız qoydu. Müqavimət göstərmək mənasızdır. Iuşalılar könüllü surətdə tabe olsalar, onlar məhv edilməyəcək, maldövlətlərinə və namuslarına toxunulmayacaq. Daha sonra Şah məktubda bildirirdi ki, əgər müqavimət görsəm, qalanı alan kimi kişilərin hamısını qılıncdan keçirəcəyəm, qadları isə sərbazlara paylayacaq, Şəhəri Tiflis kimi alt-üst edəcəyəm. Ağa Məhəmmədin məktubu ilə əlaqədar iuşanın ağsaqqalları toplaşıb məşvərətləşdilər. Məclisə toplaşanlar arasında ixtilaf baş verdi. Hərbçilərdən Ismayıl adlı birisi təklif etdi ki, son damla qanımızadək mübarizə aparmalıyıq. Onsuz da Şəhəri aldıqdan sonra Şah hamımızı köləyə çevirəcəkdir. Əgər mübarizə davam etdirilərsə, o vaxta qədər İbrahimxəlil xan da topladığı yeni qüvvə ilə gəlib köməyə çatar. Ruhanilərin başçısı baş müetəhid Hacı Babək bu təklifın əleyhinə çıxaraq bildirdi ki, o, Ağa Məhəmməd Şahın vədinə o qədər də inanmır və danışıqlar aparmaq üçün Şahın düşərgəsinə getmək niyyətindədir. Uzun sürən mübahisədən sonra Hacı Babək qala divarından enib kəcavə ilə Ağa Məhəmməd Şahın hüzuruna yollandı. Görüş zamanı Hacı Babək Ağa Məhəmməd Şaha çatdırdı ki, Tiflis Şəhərinin və gürcülərin aqibətindən xəbərdar olan şuşalılar onu qalaya buraxmaqdan ehtiyat edirlər. Ağa Məhəmməd Şah Quranı götürüb ona öz möhürünü basdı və and içdi ki, müqavimətə rast gəl-məsə, iuşada bir nəfərə də toxunmayacaqdır. Iah eyni zamanda Hacı Babəkə tapşırdı ki, onun gəlişi münasibətilə şuşalılar 500000 əşəfı toplamalıdırlar. Lakin Hacı Babək təzminatı 200000 əşrəfıyə endirməyə nail oldu. Düşmən düşərgəsindən qayıdan Hacı Babək bütün ağsaqqalları yığıb üzərində Ağa Məhəmməd Şahın möhürü olan Quranı onlara göstərdi. Yalnız bundan 400 sonra Şaha təzminat vermək üçün əhalidən pul və daş-qaş toplanıldı. Adların nişan üzüklərini də barmaqlarından zorla çıxarırdılar. Lazımi məbləğ iki günə toplandı. Bundan sonra qalanın əsas darvazası açıldı. Başda Hacı Babək olmaqla iuşanın ağsaqqalları duz-çörəklə Ağa Məhəmməd Şahın pişvazına çıxdılar. Iuşalılar elə güman edirdilər ki, təzminat verməklə qəddar Ağa Məhəmməd Şahın qəzəbindən yaxa qurtara biləcəklər. Lakin onlar əbəs yerə belə səxavətə ümid bəsləyirdilər. Iah tələb etdiyi təzminatı aldıqdan sonra, Qurana and içdiyinə baxmayaraq, sərbazlara Şəhəri qarətə icazə verdi. Vədini pozan Ağa Məhəmməd Şah dinc əhalini qəddarlıqla təhqir edir, şuşalıları 1795-ci ildə ona qarşı göstərdikləri müqavimətə, İbrahimxəlil xana rəğbət və sədaqətə görə təqsirləndirirdi. Iuşada İbrahimxəlil xanın sarayında yerləşən Ağa Məhəmməd Şah sərbazlara əmr etdi ki, qətlə yetirdikləri qurbanların başlarını bədənlərindən ayırıb ayrıca toplasınlar. Iahın məqsədi iuşanın ən yüksək yerində insan kəllələrindən piramida hördürmək idi. Iah istəyirdi ki, həmin piramidanı görən hər kəs dəhşətə gəlib bir daha ona qarşı silah qaldırmasın. Iuşada olarkən Ağa Məhəmməd Şah iimali Azərbaycanın bütün xanlarının yanına gəlməsini, yaxud da ən əziz adamlarını girov göndərmələrini əmr etdi. Lakin xanların əksəriyyəti Şahın birinci çağırışına dərhal cavab vermədi. Bakılı Hüseynqulu xan hətta iki "dəvətdən" sonra belə iuşaya getmədi. Onda Ağa Məhəmməd Şah üçüncü dəfə qasid və məktubla bərabər Bakıya qoşun da göndərdi. Hüseynqulu xan məcburiyyət qarşısında iuşaya getməli oldu. Iuşada Şah 1796-cı ildə rus qoşunlarını qəbul etdiyi üçün onu xeyli danladıqdan sonra özünü və ailəsini həbs edib Tehrana göndərdi. O, həmçinin bakılılardan təzminat almağı əmr etdi. Ağa Məhəmməd Şah eyni zamanda Bakı xanlığının idarəsini ona qulluq göstərən qubalı ieyxəli xana həvalə etdi. Mustafa xan qaçdıqdan sonra Şamaxıda özünü xan elan etmiş Qasım xan, qeyri-səmimi olsa da, İrana tabeliyini bildirdi. Lakin tezliklə o, keçmiş Mustafa xan tərəfindən devrildi və hakimiyyətdə qalmaq naminə Ağa Məhəmməd Şahın sarayına pənah apardı. Şəki xanı qasidlər vasitəsilə İrana tabe olduğunu bildirdi. Ağa Məhəmməd Şahın birinci yürüşü zamanı ona kömək edən Gəncə xanlığının hakimi Cavad xan özünün keçmiş xidmətlərinə güvənərək Şahın hüzuruna gəlməyə tələsdi. Lakin Şah onu da qandallarla "mükafatlandıraraq" edam olunacağı ilə hədələdi. Çünki o da 1796-cı ildə rus qoşunlarına müqavimət göstərməmişdi. Beləliklə, 1797-ci ildəki ikinci yürüşü zamanı iimali A zərbaycan xanlıqlarına qarşı qəsbkarlıq planlarını həyata keçirmək Ağa Məhəmməd Şaha müəyyən dərəcədə müyəssər oldu. 401 qarşıda Gürcüstana da ikinci yürüş gözlənilirdi. Lakin sui-qəsd nəticəsində Ağa Məhəmməd Şahın iuşada öldürülməsi (1797-ci il iyulun 4-də) bu səfəri saxladı. Sui-qəsdin təşkilatçılarından biri İbrahimxəlil xanın qardaşı Mehrəli xanın oğlu Məhəmməd bəy idi. Həmin gecə o öz adamlarını üç dəstəyə bölüb, birinə İransərbazlarının sərkərdələrini həbs etmək, digərinə dustaqları zindandan buraxmaq, o birinə isə plan baş tutmadığı təqdirdə hazır vəziyyətdə olmağı tapşırdı. Səhər açılar-açılmaz sərbazlar Şahın öldürülməsi xəbərini eşidib qeyrimütəşəkkil vəziyyətdə İrana qaçmağa başladılar. Iuşalılar İranqoşunlarını Araz çayının sahillərinə qədər təqib etdilər. Iuşada hakimiyyət müvəqqəti olaraq Məhəmməd bəyin əlinə keçdi. O, Ağa Məhəmmədin öldürülməsi xəbərini əmisi İbrahimxəlil xana çatdırıb, ona geri qayıtmağı təklif etdi. Tezliklə İbrahimxəlil xan iuşaya qayıtdı və minnətdarlıq əvəzinə Məhəmməd bəyə Şübhə ilə yanaşmağa başladı. İbrahim xana çatdırmışdılar ki, xanlığın vəziri Şair Molla Pənah Vaqifin öldürülməsində Məhəmməd bəyin əli olmuşdur. Bundan əlavə, Məhəmməd bəyi bir sıra digər əməllərdə də təqsirləndirirdilər. Məlum olduğu kimi, İbrahimxəlil xan Mehrəli xanı özünün ümdə rəqibi kimi nəinki dövlət işlərindən uzaqlaşdırmış, hətta onu iuşadan çıxmağa məcbur etmişdi. Əmisinin ona qarşı münasibətini görən Məhəmməd bəy təqibdən canını qurtarmaq üçün iuşanı tərk etməli oldu və Şəkiyə pənah gətirdi. Lakin Məhəmməd bəy yanıldı. Şəkidə Səlim xan onu həbs edərək qan düşməni olan Şamaxılı Mustafa xana təhvil verdi. Mustafa xan Məhəmməd bəyi edam etdi. Ağa Məhəmməd Şahın qətlindən sonra Bakı, Gəncə və Irəvan xanları öz Şəhərlərinə qayıtdılar. İranda Ağa Məhəmməd Şahın qardaşı oğlu Baba xan Fətəli Şah adı ilə taxta çıxdı. Elə ilk gündən yeni Şah İranda hakimiyyətini möhkəmləndirməklə məşğul oldu. Beləliklə, Ağa Məhəmməd Şahın ölümü və İranda hökm sürən hərc-mərclik nəticəsində Azərbaycan xarici müdaxilədən bir qədər yaxa qurtardı. Gözləmək olardı ki, yuxarıda sadalanan hadisələrdən sonra Azərbaycan xanlıqları bir mərkəz ətrafında birləşməyin zərurətini dərk edəcək, vahid dövlət yaradacaqlar. Lakin təəssüf ki, belə olmadı. İranqoşunlarının getməsi ilə ölkədə kəskin daxili feodal ara müharibələri başlandı. Bundan istifadə edən İranın yeni hökmdarı Fətəli Şah Cənubi Qafqazı zəbt etmək fıkrinə düşdü. Lakin bunun üçün Rusiya ilə münasibətləri qaydaya salmaq lazım idi. Bu məqsədlə Fətəli Şah 1797-ci ildə özünün nümayəndəsi Ağa Mir Seyid Həsəni I Pavelin sarayına göndərdi. İranŞahının məqsədini öyrəndikdən sonra I Pavel İranhökumətinə Cənubi Qafqaza olan hər cür iddiadan əl çəkməyi məsləhət gördü. 402 Nümayəndəsinin Sankt-Peterburqdan qayıtmasını gözləməyən Fətəli Şah Cənubi Qafqazın bütün hakim feodallarına fərman göndərib onlardan itaət əlaməti olaraq girov və böyük məbləğdə pul tələb etdi. Rədd cavabını alan Fətəli Şah öz qoşunlarına sərhədi keçməyi və feodal pərakəndəliyi hökm sürən Cənubi Qafqazı ələ keçirməyi əmr etdi. Cənubi Qafqazı fəth etmək fikrindən daşınmayan Rusiya dövləti artıq hərbi əməliyyatın başlanması vaxtının çatdığını qət etdi. I Pavel qoşunların Cənubi Qafqaza yeridilməsi haqqında əmr verdi. Rusiya dövlətinin tədbirlərindən xəbər tutan İranqoşunları təcili geri çəkildilər. Belə olduqda Rusiya dövləti də özünün Cənubi Qafqaza yürüşünü dayandırdı. Sərbazlarının müasir texnika ilə silahlanmış Rusiya qoşunlarından qat-qat zəif olduğunu anlayan Fətəli Şah ordusunun təşkilində yeniliklər aparmağa başladı. Döyüşçülərin təlimi üçün Avropa ölkələrindən, əsasən Fransadan hərbi mütə xəssislər dəvət edildi. Beləliklə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Cənubi Qafqaz uğrunda birinci Rusiya-İranmüharibəsinin başlanması üçün zəruri Şərtlər meydana çıxdı.

İstifadə edilmiş ədəbiyyat siyahısı

1.Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. Ilə). Bakı, 1996, 2009 səh.460- 569

2. Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994

3. Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I hissə. Bakı,2004

4. Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. III cild. Səh.347-485

5. Bakıxanov A. Gülüstani-İrəm. Bakı, 1990

6. Əliyev F. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət. Bakı, 1964

7. Qarabağnamələr. I-II-III cildlər. Bakı, 2006,

8. Əliyev F. Əliyev M. Naxçıvan xanlığı. Bakı, 1996

9. Hüseynov Y. Qarabağnamələr Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, 2007

10.İrəvan xanlığı. Bakı,2010

11.İsmayıl M. Bağırova M. Şəki xanlığı. Bakı, 1997

12.Mustafayev T. XVIII yüzillik-XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri. Bakı,2002

13.Mustafayev T. Quba xanlığı. Bakı, 2005

14.Tahirzadə Ə. Nadir şah Əfşar. Bakı, 2005

15.Mahmudov Y. M., Mustafayev C. M Şuşa - Pənahabad. Bakı, 2012.

16.Babazadə E. Gəncə xanlığının tarixindən : monoqrafiya. Bakı. 2012.



17.Mustafayeva N. Cənubi Azərbaycan xanlıqları. В., 1995.


Yüklə 72,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin