TÜRKİYƏNİN CƏNUBİ QAFQAZ SİYASƏTİ
Prof. Gülzar İBRAHİMOVA
Xülasə: Məqalədə soyuq müharibə sonrası Türkiyənin Cənubi Qafqaz siyasəti təhlil edilir. Göstərilir ki,
Türkiyə bir sıra iqtisadi və texniki sahələrdə hökumət və qeyri-hökumət səviyyələrində əməkdaşlığı
möhkəmləndirmək yolu ilə regionda sabitliyi təmin etmək üçün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
təsis edilməsinə kömək etmiş, eləcə də Cənubi Qafqazın yeni suveren dövlətlərinin iqtisadi və siyasi
müstəqilliyi üçün müvafiq islahatları dəstəkləmişdir. Həmçinin Türkiyənin Cənubi Qafqazdakı proseslərə
hərbi yolla müdaxilə imkanı, “Qafqaz sabitlik paktı”nın uğursuzluğu, regional layihələrin əhəmiyyəti, etnik
qarşıdurmalarda Türkiyənin mövqeyi, ticarət və iqtisadi məsələlər istiqamətində yürütdüyü siyasət şərh edilir.
Açar sözlər: Cənubi Qafqaz, siyasət, iqtisadi, hərbi, regional layihələr