ikitərəfli müdafiə öhdəliklərindən imtina etməyə çalışmışdır. Türkiyənin Qafqaz siyasətini dəyişdirən
xarici parametrlər arasında, regionun ən vacib dövləti olan Rusiyanın təqib etdiyi siyasət və həyata
keçirdiyi təşəbbüslər mühüm yer tuturdu və Türkiyə XİN Rusiyanın Cənubi Qafqazda hökmranlığına və
regionda nüfuzunun artmasının bərpasına imkan verməməyə çalışırdı.
1998-ci ildən sonra Ankara öz diqqətini Qafqazda və Mərkəzi Asiyada cəmləşdirdi. Bunun bir çox
səbəbləri vardı. Əvvəla, Suriya lideri Hafiz əl-Əsədin Türkiyənin hərbi təhdidi qarşısında siyasi
kapitulyasiyasından sonra bu ölkənin Yaxın Şərqdə hərbi amilin qabağını alan bir ölkə kimi obrazı daha
nəzərəçarpan oldu. İkincisi, İraqın şimalında PKK-ya qarşı uğurlu əməliyyatlar, həmçinin Keniyada onun
liderinin saxlanması ölkədə daxili vəziyyətin normallaşmasına kömək etdi. Üçüncüsü, 1997-ci ildə Çillər-
Ərbakan hökumətinin süqutundan sonra ölkə islam ekstremizminin və terrorizmin təhdidinə qarşı uğurla
davam gətirə bildi. Daha kəskin xarakter daşıyan daxili və xarici problemləri tədricən həll edən Türkiyə
region dövlətləri yanında “nüfuz” sahibi olmaq üçün lazımi hərbi potensiala və siyasi iradəyə malik
olmağa çalışırdı.
Xarici siyasətində prioritet vəzifələrə aid edilən türk respublikaları ilə münasibətlərin
möhkəmləndirilməsi və onların hökumətlərinin dəstəklənməsi (Hürriyet, 09.08.2001) üçün Türkiyə 2001-
ci ildə regiona yeni diplomatik “hücuma” keçməyi qərara aldı. Bu məqsədlə:diplomatik nümayəndələrin
sayını və keyfiyyətini artırmaq; regional dövlətlər, xüsusilə Azərbaycan və Özbəkistanla hərbi əlaqələri
gücləndirmək və onlara daha çox yardım etmək; Qarabağ münaqişəsinə, Xəzər dənizinin statusuna, eləcə
də islam terrorçuluğuna “xüsusi diqqət” yetirmək; müvafiq hökumət idarə və təşkilatlarının fəaliyyətində
dəqiq koordinasiyanı nizamlamaq nəzərdə tutulurdu. (Radikal, 01.02.2000:10)
Azərbaycanın Rusiya dairəsindən çıxarılması üçün xeyli səylər göstərildi. Kiril qrafikalı əlifbanın
rəsmi əlifba kimi ləğv olunması Azərbaycanın Rusiya mədəni sferasından çıxması yolunda çox
əhəmiyyətli addım oldu. (Milliyet, 31.06.2001) 1999-cu ilin yanvarında Azərbaycan prezidentinin xarici
məsələlər üzrə müşaviri V. Quluzadə NATO-nun hərbi bazalarının Abşeron yarımadasında yerləşdiril-
məsi ideyasını və boru kəmərlərinin mühafizə olunması məqsədilə Türkiyə ilə formal hərbi ittifaq
yaradılması təklifini verdi. Azərbaycan Milli Konqres Partiyasının sədri İ. Şirinov da bunun lehinə çıxış
etdi. Bundan başqa, o, Türkiyə ilə hərbi əməkdaşlıq haqqında müqavilə imzaladı və NATO və Türkiyə
hərbi bazalarının Azərbaycan ərazisində yerləşdirilməsi fikrini dəstəklədi. (Kuzio, Taras, “Geo-
political,104) Müəllimləri, əsasən, türk zabitləri olan Azərbaycan Hərbi Akademiyası 25 avqust 2001-ci
ildə ilk məzunlarını buraxdı. (Cumhuriyet, 26.08.2001).
Türkiyə Prezidenti S. Dəmirəl 14 yanvar 2000-ci ildə Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz
sabitlik paktı” ideyasını irəli sürdü. Paktın ATƏT-in bütün üzv-dövlətləri üçün açıq olması və onun
norma və dəyərlərinə uyğun olaraq fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. S.Dəmrəl Qafqazdakı prob-
lemlər bütün Avroatlantik regionunun sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini və
paktın həyata keçiriləcəyi halda Mərkəzi Asiyada Xəzər vasitəsilə Türkiyəyə dəhliz açılmasının
mükünlüyünü qeyd edirdi. (Emerson, 2000) Ankaradakı rəsmi nümayəndələr əmin edirdilər ki, pakt
regionda siyasi durumun sağlamlaşmasına kömək edəcək və bu da öz növbəsində Cənubi Qafqazda etnik
münaqişələrin dinc yolla həlli prosesini sürətləndirməklə yanaşı, xarici kapitalın Qafqaza axınını
sürətləndirəcək. Ermənistan XİN-in nümayəndəsi bəyan etdi ki, pakt yalnız o zaman imzalana bilər ki,
Türkiyə-Ermənistan münasibətləri normallaşsın. (Hürriyet, 18.02.2000). Rusiya da məhz elə bu səbəbi
əsas götürmələ paktın gerçəkləşməsiniə yardımçı olmadı (Turkish Daily News, 21.02.2000). “Qafqaz
sabitlik paktı” Ankaranın Türkiyənin regional münaqişələrin qarşısını almaq mexanizmi kimi irəli
sürdüyü və sponsoprluq etdiyi daha bir diplomatik təşəbbüs olsa da, təklif uğursuzluğa məruz qaldı.
Dostları ilə paylaş: |