Xülasə: Məqalədə soyuq müharibə sonrası Türkiyənin Cənubi Qafqaz siyasəti təhlil edilir. Göstərilir ki


 Azərbaycan, Gürcüstan və Türkiyə Strateji Əməkdaşlığı



Yüklə 400,09 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix02.01.2022
ölçüsü400,09 Kb.
#40871
növüXülasə
1   2   3   4   5   6   7   8   9
AZ örnek bildiri

2. Azərbaycan, Gürcüstan və Türkiyə Strateji Əməkdaşlığı 

Rusiya  hərbçilərinin  dəstəyi  ilə  hərbi  qələbələr  qazanan  ermənilər  Türkiyədə  ciddi  böhrana  səbəb 

olmuşdular.  1993-cü  il  sentyabrın  4-də  Türkiyə  Milli  Təhlükəsizlik  Şurası  ermənilərə  təzyiq  göstərmək 

məqsədilə Türkiyə-Ermənistan sərhədinə tank və qoşun göndərmək qərarına gəlmiş, bu barədə Moskva və 

Yerevan rəsmən xəbərdar edilmişdilər. Baş nazir Tansu Çillər hərbçilərin təsiri altında hamının qarşısında 



bildirmişdi  ki,  əgər  Ermənistan  hücuma  cəhd  göstərərsə,  Ermənistanla  müharibə  mümkündür. 

(Falgenhaur,  2002:41)  “Cənubi  Qafqazda  Rusiya-Ermənistan-İran  birləşməsinin”  əmələ  gəlməsinə  bir 

növ cavab olaraq, Türkiyə Baş Qərargahı  Azərbaycan Respublikası və Gürcüstanla strateji  münasibətlər 

yaratdı. (Turkish Daily News, 01.06.1994) 

Belə  k,  hələ  1991-ci  ilin  əvvəllərində  -  Azərbaycan  və  Gürcüstanla  diplomatik  münasibətlərin 

yaradılmasından  öncə  Baş  Qərargahın  komandanı  Bakıda  qəbul  edilmiş  və  Azərbaycan  ordusunu 

dəstəkləmiş (Turkish Daily News, 15-16.10.1991) və bu məqsədlə 1992-ci ildə təxminən 100 nəfər ali və 

ehtiyatda  olan  türk  zabiti  müşavir  qismində  Azərbaycana  göndərildi.  Yaradılacaq  Azərbaycan  Silahlı 

Qüvvələrinin  gənc  zabit  heyətinə  təlim  vermək,  müxtəlif  təkmilləşdirmə  kurslarında  iştirak  etmək,  eyni 

zamanda yaradılan orduya texniki cəhətdən yardım göstərməsi üçün 1992-ci ildə “Azərbaycan Hökuməti 

ilə  Türkiyə  Hökuməti  arasında  hərbi  sahədə  elmi,  texniki  və  təlim-tədris  üzrə  əməkdaşlıq  haqqında” 

Saziş imzalandı və  elə  həmin ildən etibarən Azərbaycan zabitləri Türkiyənin hərbi  məktəblərində təlim 

keçməyə  başladılar  (Yəhya,  2011:123-131).Ölkənin  hərbi  sənaye  kompleksini  təşkil  edən  Xüsusi 

Maşınqayırma və Konversiya Komitəsinin fəaliyyətini gücləndirmək məqsədilə 2000-ci il sentyabrın 20-

də Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ilə Türkiyənin hərbi təyinatlı məmulatlar istehsal edən 

Maşınqayırma və Kimya Sənayesi Qurumu arasında “Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” 

Müqavilə imzalandı  (Yəhya, 2011:124,126). 

1998-ci ilin iyununda Türkiyə Baş Qərargahı komandanının müavini Çevik Bir bildirdi ki, Türkiyə 

Qafqazda yeni sülhməramlı qüvvələrin yaradılması naminə qətiyyətlə mübarizə aparır və təklif edir ki, bu 

qüvvələr NATO proqramının himayəsi altında, “Sülh naminə tərəfdaşlıq” proqramı kontekstində forma-

laşdırılmalıdır  (Turkish  Daily  News,  16.12.1999:58).  Türk  hərbçiləri  bu  proqram  çərçivəsində 

azərbaycanlı  və  gürcü  hərbçilərinə  təlim  keçməyə  razılaşır.  Türkiyənin  iştirakına  dəstək  verən  NATO 

1998-ci ildə Ankarada Komanda heyətinin yaradılması üzrə Mərkəz açır və 1999-cu ilin ortaları üçün bu 

mərkəzi Cənubi Qafqaz dövlətlərindən 313 dinləyici bitirdi. Ermənistanın Rusiyadan 1 milyard dollarlıq 

silah  alması  barədə  məlumatdan  sonra  1997-ci  ildə  Heydər  Əliyevin  Ankaraya  səfəri  zamanı  strateji 

əməkdaşlığın dərinləşdirilməsi haqqında birgə Azərbaycan-Türkiyə Bəyannaməsi imzalandı (Cumhuriyet, 

06.05.1997). Türkiyənin hərbi-ticarət əməliyyatlarına gəlincə, Azərbaycan türk silahları üçün satış bazası 

olan  18  ölkə  sırasındadır.  1998-ci  ilin  aprelində  Ankaraya  səfər  edən  Azərbaycan  Silahlı  Qüvvələrinin 

komandanı Türkiyəyə təklif  etdi  ki, ABŞ-ın  lisenziyası əsasında istehsal  edilən F-16  qırıcı təyyarələrini 

Azərbaycana satsın (Blank, 1999:451).  

Türkiyə və Gürcüstan hərbçiləri arasında əməkdaşlıq ilk əvvəl passiv olmuş, belə ki, 1996-cı ildə   

Şevardnadze Tokiodakı  çıxışı zamanı  qeyd  etmişdi  ki, Türkiyə  və Gürcüstan arasında hərbi əməkdaşlıq 

Gürcüstan  ərazisində  türk  hərbi  bazalarının  yaradılması  demək  deyil.  1997-ci  ildə  gürcü  zabitləri 

Türkiyədə təlim  keçməklə başlamışdı. Gürcüstanın  müdafiə  naziri  general-leytenant David Tevzadzenin  

(may,1998)  vaxtından  isə  bu  əlaqələr  fəallaşdı.  (Glen,  1998)  1997-ci  ilin  mayında  Gürcüstan 

parlamentinin  Müdafiə  və  milli  təhlükəsizlik  komitəsinin  sədri  Revaz  Adamiya  Ankaraya  səfərinin 

gedişində bildirdi ki, Türkiyə Rusiyanın başçılıq etdiyi missiyanın əvəzinə Abxaziyada yeni sülhməramlı 

qüvvələrin  genişlənməsinə  kömək  edə  bilərdi.  1998-ci  ildən  2000-ci  ilədək  Türkiyə  hakimiyyəti 

Gürcüstan  ordusunun  müdafiə  ehtiyacları  və  modernləşdirilməsi  məqsədilə  öz  gürcü  həmkarlarına 

müvafiq  olaraq  11,2  milyon  dollar  vəsait  ayırdı  (Turkish  Daily  News,  17.04.1998).  Bundan  başqa, 

Türkiyə  Gürcüstan  donanmasının  sərəncamına  iki  patrul  gəmisi  verdi  (Turkish  Daily  News,  17  April, 

1998). 2006-cı ildə isə Saakaşvili höküməti ilə Ərdoğan höküməti arasında müdafiə sahəsində əməkdaşlıq 

müqaviləsi  imzalandı.  Gürcü  zabitlərinin  türkiyədə  davamlı  təlimlərini  nəzərdə  tutan  müqavilə 

çərçivəsində  Ankara  2006-cı  ildə  Tiflisə  1,8  milyard  dollarlıq  hərbi  yardım  təklif  etdi  (Gareth,  2008). 

Türkiyənin  Gürcüstan  ilə  yaxın  hərbi  əməkdaşlığı  inqilabdan  sonra  soyuyan  Rusiya-Gürcüstan 

münasibətlərinin də bir hissəsi olmuşdur. Şübhəsiz ki, gərginliklərlə müşahidə olunan bu münasibətlərin 

zirvə  nöqtəsi  2008-ci  il  Rusiya-Gürcüstan  müharibəsi  oldu.  Rusiya  tərəfi  dolayısı  yollarla  Türkiyənin 

Gürcüstana  göstərmiş  olduğu  hərbi  yardımlardan  məmnun  olmadığın  bəyan  edirdi  və  Türkiyədə  öz 

növbəsində iki fərqli müttəfiqi arasında ən optimal həll axtarışında idi. Hətta Ərdoğan atəşkəsin bərqərar 

edilib  stabilliyin  bərpa  olunması  məqsədilə  Moskva  və  Tiflisə  səfərlər  etmişdi.  Bu  səfərləri  zamanı 

Ərdoğanın Gürcüstanın BMT tərəfindən tanınan sərhədlərini toxunulmaz olduqlarını qəbul etdiklərini və 

bu  sərhədlərə  müvafiq  olaraq  ərazi  bütövlüyünü  tanıdıqlarını  bəyan  etməsi,  Gürcüstana  verilmiş  ciddi 

dəstək olaraq qiymətləndirildi (Yıldırım, 2013).  


Yüklə 400,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin