4.Türkiyənin Cənubi Qafqaz Siyasətində İqtisadi İstiqamətlər
Türkiyə ilə Cənubi Qafqaz arasındakı işgüzar və ticarət əməliyyatlarına gəlincə, bu, Türkiyə-
Rusiya kommersiya layihələri ilə müqayisə oluna bilməz. 1998-ci ilin yanvarında dövlət naziri Əhəd
Əndican bildirirdi ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar vəsait qoymuşlar.
(Milliyet, 31.06.2000). Gürcüstan Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin məlumatına görə,
Türkiyənin Gürcüstan iqtisadiyyatında iştirakı 1998-ci ildə Gürcüstana olan ümumi xarici investisiya
axınının cəmi 4,7 faizini təşkil edirdi (TN, 1999). Son illərdə Türkiyə Gürcüstanın ən böyük ticarət
tərəfdaşı olmuşdur. 2013-cü ildə 1,52 milyard ABŞ dolları olan ticarət dövriyyəsi 23.5% artaraq 2014-ci
ildə 1.96 milyard təşkil etmişdir. Eyni ildə Türkiyədən idxalatın həcmi 22,6 % artaraq 1.72 milyard,
Türkiyəyə gürcü mallarının ixracatı isə 30.8% artaraq 239.3 milyon dollar səviyyəsinə yüksəlmişdir. Ölkə
idxalatında Türkiyənin payı 17%-ə bərabərdir (civil.ge, 20.04.2016). Bütün bu rəqəmlər onu deməyə əsas
verir ki, nəticə etibariylə Rusiyanın Gürcüstanla keçmiş illərdəki iqtisadi əlaqələrində dominant mövqeni
Türkiyə ələ keçirmişdir. Aİ ilə 2014-ci ilin iyun ayında imzaladığı Assosiasiya sazişindən sonra iki ölkə
arasında ticari əlaqələrin daha da artacağı proqnozlaşdırılır.
Ermənistana gəlincə, ona embarqo qoyulması səbəbindən bu ölkə ilə iqtisadi əlaqələr xeyli
zəifləmişdir. Lakin əslində isə yetərincə çoxlu sayda türk geniş istehlak malları, eləcə də ərzaq məhsulları
Gürcüstan və İran vasitəsilə Ermənistan bazarına daxil olur. Belə ki, Türkiyədən Ermənistana idxalın
dəyəri Köçəryanın hakimiyyəti dövründə 100 milyon dollara qədər artmışdır. (Radikal, 01.02.2000).
Türkiyə biznes birliyinin “erməni lobbisi” adlanan hissəsi erməni yurddaşları ilə birgə işləyərək
Türkiyə ilə Ermənistan arasındakı ticarət dövriyyəsini artırmağa və sərhədlərin açılmasına nail olmağa
çalışırlar. 1997-ci ilin mayında birgə Türkiyə-Ermənistan İşgüzar İnkişaf Komitəsi təsis edildi. Avqustda
keçirilən ilk iclasda Türkiyə və Ermənistan biznesmenləri arasında Ermənistanda Türkiyə ticarət
mərkəzinin açılmasına və bank sistemi, kapital qoyuluşu və toxuculuq sənayesində əməkdaşlığın
genişləndirilməsinə icazə verən protokol imzalandı.
Qərar qəbulu prosesinə təsir göstərən qruplar (bir sıra nazirliklər də daxil olmaqla, biznes-qruplar
və etnik lobbilər) arasındakı fikir ayrılıqlarına görə Türkiyə heç də həmişə Cənubi Qafqazda ardıcıl
strategiyaya malik ola bilmirdi. Bu isə Türkiyə XİN-i Cənubi Qafqazla bağlı siyasətinin heç də həmişə
mükəmməl olmasına imkan vermirdi. Belə ki,Türkiyə və Azərbaycan sərhədləri bağlı olan Ermənistan,
2008-ci ilin avqust müharibəsində Gürcüstan sərhədi da bağlanınca Türkiyə ilə əlaqələrin normallaşması
və sərhədin açılmasının iqtisadi təhlükəsizlik baxımından vacibliyi müzakirə edərək, ABŞ və AB-nin də
təsiri ilə protokollarla əlaqədar danışıqlara başladı. 2009-ci ildə imzalanan protokollar və Ermənistanın
qeyri-konstruktiv olaraq protokollarla əlaqədar müddəti dayandırmış olması Türkiyənin Cənubi Qafqaz
siyəsətinə təsirsiz ötüşmədi. Türkiyə-Azərbaycan əlaqələrində isə, 2010-ci ildə protokollardan sonra
yaranmış etirazlar hər iki ölkə tərəfəndən aradan qaldırılması üçün səylər göstərildi.
Türkiyənin Rusiyadan enerji sahəsindəki asılılığı da Qafqaz siyasətinə təsir edən əsas
faktorlardandır. Xəzər bölgəsi təbii qazı Türkiyənin Rusiyadan asılılığını azaldacaq bir faktor olaraq
qiymətləndirilir. Rusiyanın siyasi təsirinin artması NABUCCO layihəsi üçün ciddi təhlükədir. 2015-ci
ilin martında Ankarada Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının işlənilməsinin ikinci
mərhələsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək
Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) üzrə Ortaqlıq Anlaşması imzalandı. Türkiyə və
Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası
baxımından böyük önəm daşıyan TANAP layihəsi üzrə anlaşmanın imzalanmasından sonra ortaqlar
arasında paylar belə müəyyənləşdirilmişdir: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP -
12%. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlanlaşdırılır.
Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard
kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Türkiyənin energetika və təbii
sərvətlər naziri Tanər Yıldız TANAP Layihəsinə ortaq olunmasına baxmayaraq “Mavi Axını” layihəsinin
də inkişaf etdiriləcək bir layihə olduğunu və bunula bağlı Qazpromla danışıqlar davam etdirildiyini
bildirir. (Faiqov, 19.04.2016).
Buradan belə qənaətə gəlmək olar ki, Rusiya qazını Avropaya daşıyacaq “Mavi axın” lahiyəsi
Azərbaycan qazını Avropaya ixrac edəcək TANAP layihəsinin rəqibinə çevrilmə ehtimal çoxdur. Çünki,
Rusiya Avropaya yeganə qaz ixracatçısı qismində çıxış etməklə Qərbi özündən asılı saxlamağa çalışır. Bu
məqsədlə ilkin olaraq 2011-ci ildə “Şimal axını” layihəsi reallaşdırıldı. Rusiyanın planlaşdırdığı digər
layihə “Cənub axını”nın tikintisi isə AB tərəfindən dayandırıldıqdan sonra Rusiya ilə Türkiyə arasında
əldə olunan razılaşmaya əsasən, rus qazı Qara dənizin dibi ilə Türkiyəyə buradan isə Avropaya ixrac
olunması nəzərdə tutulur. Ümumi tutumu 63 mlrd. kub metr olan qaz xəttinin artıq 2016-cı ilin əvvəlində
16 mlrd. kub metr ixrac potensialı olacaq birinci qolunun Türkiyəyə qədər olan hissəsi istismara
veriləcək. Azərbaycanda çəkilən TANAP-ın isə 16 mlrd. kub metr potensialının olduğu bildirilir. Türkiyə
tərəfi iki paralel xəttin bir-birinə mane və rəqib olmadığını bildirməklə Azərbaycanın narahatçılığını
aradan qaldırmaq istəsə də, Bakı mümkün risklərdən məlumatlıdır və vaxtında lazimi tədbirlər görür.
Düzdür, Türkiyə ilə Rusiya arasında “Mavi axın” layihəsilə bağlı danışıqlarda belə ehtimal irəli sürülürdü
ki, Rusiya özü də TANAP-a qoşulsun və bununla öz qazını Avropa bazarına çıxarmaq üçün əlavə
marşruta sahib olsun. Bunun müqabilində isə Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərsin.
Lakin, sonda Rusiyanı Azərbaycanla şərikli deyil, tək başına satmaq istəyi və Avropanı əvvəlki kimi
özündən asılı saxlamaq ambisiyası özünü daha qabarıq göstərir. Ankaranın Azərbaycanın qaz xəttinə
rəqib ola biləcək xəttin çəkilməsinə razılıq verməsi Türkiyənin maraqları ilə bağlıdır. Lakin bütün
hallarda hansı mənbənin cənubda söz sahibi olması ilə bağlı nəticə Brüsselin kimin qazını almağa
üstünlük verməsindən asılıdır. Türkiyə vasitəsilə Avropaya çəkilməsi planlaşdırılan “Mavi axın” elə rus
qazıdır və Avropanın yenə də Rusiyadan asılı vəziyyətdə qalma ehtimalı ola bilər. Avropanın TANAP-a
üstünlük verməsi onların məhz mənbələrin şaxələndirilməsi siyasətinə uyğun gəlir. Rəsmi Bakının
Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan iqtisadi əməkdaşlıq formatına son
dövrlər üstünlük verməsinin səbəbi də məhz TANAP-la əlaqədardır. Cənubi Qafqazda və Xəzər
hövzəsində bu cür əməkdaşlıq Rusiya-Türkiyə və Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı
üçün həlledici amildir.
Azərbaycanla Türkiyə arasında enerji sektorunda əlaqələrin yeni vəziyyəti yeni dövrdə alternativ
enerji mənbələrindən birgə istifadə təşkil etməkdədir. Bu sferada Azərbaycanın Türkiyənin zəngin
təcrübəsinə və texnologiyasına, Türkiyənin isə Azərbaycanın alternativ enerji resurslarına ehtiyacı var.
Nəticə
Belə nəticəyə gəlmək olar ki, enerji ehtiyatlarının beynəlxalq bazarlara daşınmasında söz sahibi
olmaq istəyən Türkiyə üçün Azərbaycan və Gürcüstan yolunun təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır.
Bakı-Tiflis-Ceyhan Neft Boru Kəməri və Bakı-Tiflis-Ərzurum Təbii qaz Boru Xətti layihələrinin
kəsişdiyi ölkə kimi Azərbaycanın ərazi bütövlüyü problemi bu layihələrin gerçəkləşməsini gecikdirsə də,
yenə də nəticədə layihələrin tamamlanmış olması Türkiyənin Cənubi Qafqaz siyasəti baxımından uğuru
hesab etmək olar.
Dostları ilə paylaş: |