Xülasə: Məqalədə soyuq müharibə sonrası Türkiyənin Cənubi Qafqaz siyasəti təhlil edilir. Göstərilir ki



Yüklə 400,09 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix02.01.2022
ölçüsü400,09 Kb.
#40871
növüXülasə
1   2   3   4   5   6   7   8   9
AZ örnek bildiri

Suverenlik Məsələləri 

Türkiyənin  Cənubi  Qafqazda  apardığı  siyasət  “rəsmi  xətt”  adlanan  istiqaməti  yaradan  bir  sıra 

aparıcı  vəziyyətlərə  əsaslanır  ki,  (Gareth,  2000:58)  burada  region  dövlətlərinin  ərazi  bütövlüyü  və 

suverenliyi  ayrıca  qeyd  olunur.  Türkiyə  Dağlıq  Qarabağ  məsələsində  Azərbaycanı  dəstəkləmiş  və 

Gürcüstanın parçalanmasının əleyhinə çıxmışdır. Ankara, həmçinin, Çeçenistan və Şimali Qafqazın digər 

rayonlarındakı  proseslərə  qarışmamağa  çalışmış,  Türkiyə  hökumətinin  PKK-ya  qarşı  mübarizəsində 

Moskvanın  qisas  ala  biləcəyindən  və  bu  partiyaya  dəstək  göstərəcəyindən  ehtiyatlanmışdır  (Oran, 

1998:455-467). Türkiyə XİN öz fəaliyyətini münaqişələrə deyil, əməkdaşlığa istiqamətlənmiş hərəkətlər 

kimi  təsnif  edir  və  Qafqazın  hərtərəfli  tərəfdaşlıq  obyekti  olmasına  təkid  edir:  hər  hansı  mübahisəli 

vəziyyət  dinc  yollarla  həll  edilməlidir.  Bu  məqsədlə  də  Türkiyə  ATƏT,  BMT  və  NATO  kimi  müxtəlif 

beynəlxalq təşkilatlarla iş aparır. Bundan başqa, Türkiyə Qafqazda regional təşəbbüslərin fəal sponsopu 

                                                   

 



 Bakı Avrasiya Universiteti, Siyasi Analitika şöbəsinin müdiri, e-mail:www.ibrahimova-gulzar@rambler.ru 




qismində  çıxış  edir.  Belə  ki,  1992-ci  ildə  o,  bir  sıra  iqtisadi  və  texniki  sahələrdə  hökumət  və  qeyri-

hökumət  səviyyələrində  əməkdaşlığı  möhkəmləndirmək  yolu  ilə  regionda  sabitliyi  təmin  etmək  üçün 

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) təsis edilməsinə kömək etmişdir.  

Türkiyənin  digər  məqsədi  Cənubi  Qafqazın  yeni  suveren  dövlətlərinin  iqtisadi  və  siyasi 

müstəqilliyi üçün dayaq yaratmaq idi. Bununla bağlı olaraq müvafiq islahatları dəstəklənmişdir. Türkiyə 

Cənubi  Qafqazdakı  proseslərə  xüsusən  də  hərbi  yolla  müdaxilə  etməkdən  çəkinmişdir.  O,  həmçinin 




Yüklə 400,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin