Xülasə: Məqalədə soyuq müharibə sonrası Türkiyənin Cənubi Qafqaz siyasəti təhlil edilir. Göstərilir ki



Yüklə 400,09 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix02.01.2022
ölçüsü400,09 Kb.
#40871
növüXülasə
1   2   3   4   5   6   7   8   9
AZ örnek bildiri

 

 


3.Cənubi Qafqazda  Etnik Münaqişələrə  Hərbi Əməkdaşlıq  Məsələləri 

 Dağlıq  Qarabağ  hadisələri  ilə  əlaqədar  olaraq  əksər  Türkiyə  vətəndaşları  xarici  siyasət 

problemlərinə  fəal  maraq  göstərərək,  onun  sərtləşdirilməsini  tələb  etmişlər  və  bu  istiqamətdə  ilk  əvvəl 

Türkiyə  hökuməti  bölgəyə  yönəlmiş  siyasətində  qeyri-sabit  və  dəyişkən  mövqe  göstərmişdir.  Bu  ayrıca 

geniş bir tədqiqatın mövzusu olduğu üçün bu yazıda məsələyə qısaca münasibət bildirilir. Belə ki, 1992-ci 

il  fevralın  26-da  Azərbaycanın  Xocalı  şəhərində  baş  verən  soyqrımdan  sonra,  fevralın  axırlarında 

İstanbul,  Ankara  və  Türkiyənin  digər  rayonlarında  çoxsaylı  antierməni  nümayişləri  keçirildi.  Nümayiş 

iştirakçıları  Cənubi  Qafqazda  etnik  münaqişələrə  hərbi  müdaxilə  olunması  çağırışları  edirdilər.  1992-ci 

ildə  prezident  Özal  Türkiyə  tərəfindən  belə  bir  müdaxilənin  mümkünlüyünü  bəyan  etdi  (Cornell,  2001: 

94). 


Prezident  S.Dəmirəl  isə  Cənubi  Qafqazda  etnik  münaqişələrin  nizamlanması  ilə  Avropa  döv-

lətlərini və ATƏT kimi Qərb institutlarını bu məsələdə əməli fəaliyyət göstərməyə çağırdı. Onun fikrincə, 

əgər Rusiya regionda etnik  münaqişələrin  qəti  olaraq nizamlanmasında pozitiv rol oynamaq istəyirsə, o, 

öz  davranış  modelini  dəyişməlidir.  Əgər  Rusiya  buraya  kənardan  müdaxilə  üçün  qapalı  olan  öz  yepar-

xiyası  kimi  baxırsa,  o  zaman  o,  sülhün  bərqərar  olmasında  maraqlı  deyil.  Əgər  Rusiya  hesab  edirsə  ki, 

region dövlətlərini Rusiyanın bir hissəsinə çevirmədən Qafqazda sabitliyi bərqərar etmək mümkün deyil, 

onda hazırkı durum onun üçün çox sərfəlidir.   

Türkiyə cəmiyyətinə assimilyasiya olunmuş, öz mənşəyini Şimali Qafqazdan götürən türk və qeyri-

türk  qrupları  (Winrow,  2000:33)  SSRİ  dağılana  qədər  onlar  özlərini  ümumiləşdirilmiş  halda  “çərkəz” 

adlandırırdılar.  Onlar  gələcəkdə  müstəqil  və  vahid  Şimali  Qafqaz  yaradılacağını  arzulayırdılar.  Sovet 

sisteminin  iflası  bu  qrupların  bəzilərinin  aşkar  siyasiləşməsinə  səbəb  oldu.  Belə  ki,  uğurlu  lobbiçilik 

nəticəsində  Qafqaz  Abxaz  Həmrəyliyi  Komitəsi  Türkiyənin  müxtəlif  siyasi  partiyalarını  təmsil  edən  bir 

sıra deputatların dəstəyini əldə etdi. 1992-ci ilin oktyabrında TBMM-də abxazları dəstəkləyənlərlə Tbilisi 

hakimiyyətini  dəstəkləyənlər  arasında  gərgin  debatlar  baş  verdi.  Gürcüstanın  ərazi  bütövlüyünə  hörmət 

edilməsi  əsasında  kompromissə  gəlmək  mümkün  oldu.  Abxazlara  və  gürcülərə  humanitar  yardım  eyni 

ölçüdə  göstərilirdi. Nümunə  göstərdiyimiz  hal  haqqında onu  demək  olar ki, Türkiyədə  mütəşəkkil  etnik 

qrup  parlament-lobbiçilik  fəaliyyəti  yolu  ilə  Türkiyənin  Qafqaz  siyasətinə  təsir  göstərmək  iqtidarında 

olduğunu sübut etdi.(Winrow, 2000:33) 

1996-cı  ilin  sentyabrında  Türkiyə  abxazları  Gürcüstanda  yaşayan  abxazların  bundan  sonra 

Suxuminin  verdiyi  pasportlar  əsasında  Türkiyəyə  buraxılmayacağı  ilə  bağlı  Türkiyə  XİN-in  qərarına 

etirazlarını  bildirdilər.  Belə  ki,  həmin  qərara  əsasən,  bu  sənədlər  yalnız  mərkəzi  Gürcüstan 

hakimiyyətindən  alınmalı  idi  (Monitor,  The  Jamestown  Foundation).  Bu  dövrdə  Gürcüstanın  potensial 

nəqliyyat-energetik  dəhliz  kimi  artmaqda  olan  əhəmiyyətini  dərk  edən  Türkiyə  hökuməti  bu  ölkə  ilə  sıx 

münasibətlər qurmaq arzusunda idi.  

Türkiyənin  sayı  250  min  nəfərə  çatan  çox  güclü  çeçen  icması  1994-1996-cı  illərdə  Rusiyanın 

Çeçenistana  hərbi  müdaxiləsi  nəticəsində  kifayət  qədər  siyasiləşmişdi.  Çox  yüksək  səviyyədə  təşkil 

olunmuş  Çeçen  Komitəsi  ianələr  toplayaraq  Şimali  Qafqaza  könüllülər  və  silah  göndərirdi.  Antirus 

ovqatlarını  bölüşən  Türkiyənin  müəyyən  islamçı  qrupları,  həmçinin    pantürkist  birliklər    çeçenlərə  - 

müsəlmanlara,  yardım  təklif  edirdilər  (Winrow,  2000:34).  İkinci  çeçen  müharibəsi  zamanı  Qafqaz 

Çeçenləri  Həmrəyliyi  Komitəsinin  prezidenti  Əli  Yandar  Türkiyə  hökuməti  Çeçenistana  humanitar 

yardım göndərməyə və Ankaradan çeçen xalqına qarşı Rusiyanın soyqırım törətməsi faktının beynəlxalq 

birliklər  tərəfindən  tanınması  haqqında  bəyanat  vermələrini  tələb  etməyə  çağırırdı  (Winrow,  2000:34)

.



İslamçı Fəzilət Partiyasından, milliyyətcə çeçen olan Abdullətif Şener 1999-cu ilin dekabrında parlament 



debatları  zamanı  Türkiyə  hökumətini  Çeçenistanla  əlaqədar  kəskin  tənqid  etmişdi.  O,  hökuməti 

Türkiyənin  “Rusiya  lobbisi”  adlanan  və  Rusiya  iqtisadiyyatına  böyük  sərmayələr  yatıran  işgüzar 

dairələrin maraqlarının təmin edilməsinə yönəldilmiş Rusiyapərəsət xətt yeritməkdə ittiham edirdi. Çeçen 

lobbisinin təzyiqinə baxmayaraq, TBMM birgə Bəyannamədə Çeçenistandakı  vəziyyəti “soyqırım”  kimi 

deyil,  “humanitar  faciə”  kimi  müəyyən  etdi.  1999-cu  ilin  dekabrında  və  2000-ci  ilin  yanvarında 

İstanbulda  və  Bursada  ictimaiyyətin  çeçen  xalqına  dəstəklərini  ifadə  edən  kütləvi  mitinqləri  keçirildi. 



(Turkish Daily News, 16.12.1999) 

Bütövlükdə, lobbi və ictimai nümayişlər Türkiyə XİN-in Çeçenistana münasibətdə siyasətini dəyişə 

bilmədi.  XİN  Moskvaya  “kürd  kartı”ndan  istifadə  etmək  üçün  bəhanə  vermək  arzusunda  olmayaraq, 

çeçen  məsələsinə  etinasız  yanaşdı  (Winrow,  2000:4). Bununla  belə,  etnik  lobbinin  abxaz  münaqişəsinə, 

həmçinin Dağlıq Qarabağdakı  vəziyyətə münasibətdə təkcə ictimai rəyə deyil, eləcə də Türkiyənin xarici 

siyasətinə təsir göstərməsi baxımından aşkar uğurları vardı.  





Yüklə 400,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin