AZƏrbaycanda insan hüquqlarina daiR 2014-CÜ İl hesabati



Yüklə 492,93 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix14.01.2017
ölçüsü492,93 Kb.
#5117
  1   2   3   4   5   6

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

AZƏRBAYCANDA İNSAN HÜQUQLARINA DAİR  

2014-CÜ İL HESABATI 

ÜMUMİ MƏLUMAT 

Azərbaycan Konstitusiyasına görə ölkə prezidentli respublikadır. Qanunvericilik 

səlahiyyəti Milli Məslisə məxsusdur (parlament). Prezident hökumətin icra, 

qanunvericilik və məhkəmə qollarında hakim mövqeyə malikdir. 2013 və 2010-cu 

illərdə həyata keçirilən parlament seçkiləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq 

Təşkilatının (ATƏT) demokratik seçkilərlə bağlı bir sıra standartlarına cavab 

verməmişdir.  Ermənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağın əksər 

hissəsinə və Azərbaycanın digər yeddi ərazisinə nəzarət etməkdə davam etmişdir. 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) verdiyi məlumata görə, 

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi nəticəsində 622,892 məcburi 

köçkün vardır.  Dağlıq Qarabağın son statusu Rusiya, Birləşmiş Ştatlar və 

Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu tərəfindən beynəlxalq 

vasitəçiliyin mövzusu olaraq qalmışdır. Təmas xətti və Ermənistan-Azərbaycan 

sərhədi boyu zorakılıq halları artmışdır. İyul, avqust və payız aylarında baş verən 

hərbi hərəkatlar 1994-cü il atəşkəs sazişinin imzalanmasından bəri bir ildə ən 

çoxsaylı ölüm halları ilə nəticələnmişdir. Hakimiyyət təhlükəsizlik qüvvələri 

üzərində effektiv nəzarət saxlamışdır. 

 

 



İl ərzində insan hüquqları ilə bağlı ən əsas problemlər aşağıdakılardan ibarət 

olmuşdur: 

 

 

1.  Hakimiyyət müəyyən dinc müxalifət mitinqlərinə icazə versə də, söz, toplaşma 



və birləşmə azadlığına dair hökumətin tətbiq etdiyi məhdudiyyətlər artmışdır. 

Hədə-qorxu, mübahisəli ittihamlarla həbs etmə və insan hüquqları müdafiəçiləri, 

vətəndaş cəmiyyətinin fəalları və jurnalistlər əleyhinə güc tətbiq etmə bu 

məhdudiyyətlərə daxildir. Hakim orqanlar fəalların və qeyri-hökumət 

təşkilatlarının (QHT-lər) fəaliyyət çərçivəsini daha da daraltmaq üçün 

qanunvericilik, intensiv təzyiq və digər tədbirlərdən istifadə etmişdir. Hökumət 

seçilmiş fəallarla dialoqa girmək üçün oktyabr ayında insan hüquqları 

məsələlərinə dair işçi qrupun fəaliyyətini bərpa etsə də, bir sıra yerli və 

beynəlxalq QHT-lər siyasi səbəblərdən korrupsiyada ittiham olunan işçilərə hədə- 

qorxu gəlmək, onları həbs və məhkum etmək; onların fəaliyyətlərinə dair istintaq 

axtarışı aparmaq; qanunvericiliyə məhdudlaşdırıcı düzəlişlər etmək və /ya bank 

hesablarını dondurmaq daxil olmaqla ölkə üçün heç bir zaman görünməyən güc 

tətbiqi barədə məlumat vermişdir.  Bu cür təzyiq nəticəsində bir çox qruplar 

fəaliyyət göstərə bilməyib, mövcud məlumata əsasən, təxminən 30 qrup öz 

fəaliyyətlərini dayandırmış və ən azı üç təşkilat noyabr ayından etibarən öz 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

ofislərini bağlamışdır.  



 

 

2.  Dövlət rəsmiləri tərəfindən təhlükə kimi qəbul edilən dünyəvi və dindar 



şəxslərin dinc fikir ayrılığı hallarında cəza tətbiq etmək üçün hökumət məhkəmə 

sistemindən istifadə etmişdir – məhkəmə həbsləri və saxlanma halları barədə 

verilən məlumatların, siyasi səbəblərdən həbslərin, məhkəmədə ədalətli davranışın 

olmaması və məhkəmə öncəsi həbs hallarının artması bura daxildir, halbuki bu 

şəxslərə və onların ailə üzvlərinə qarşı həyata keçirilən cinayətlər cəzasız 

qalmışdır.  Eyni zamanda, həssas işləri qəbul etmək istəyən və qəbul edə bilən 

müdafiəçi hüquqşünasların sayı hakimiyyətin təzyiqləri səbəbindən azalmışdır. 

Hakimiyyət əsas azadlıqlarından istifadə etdiyinə görə həbs edilmiş bəzi şəxsləri 

azadlığa buraxmışdır. 

 

 



3.  Azad və ədalətli seçkilərdə səsvermə hüququ ilə vətəndaşların öz 

hökumətini dəyişdirmə imkanına dair tətbiq olunan məhdudiyyətlər.  

 

 

İnsan hüquqlarına dair məlum olan digər problemlərə aşağıdakılar daxildir: hərbi 



xidmətdə fiziki zorakılıq halları; həbsxanalarda işgəncə və ya digər sui-istifadə 

halları; sərt və bəzən həyat üçün təhlükəli olan həbsxana şəraitləri; və order 

olmadan və ya təcrid edilmiş formada bir neçə günlük saxlanma halları.  

Hakimiyyət əmlak hüquqları ilə əlaqədar məhkəmələrdə ədalətli davranış nümayiş 

etdirməmişdir və bu da məcburi şəkildə əmlakdan məhrum edilmə, şübhəli 

malikanələrin torpaq sahələrində mövcud olan tikililərin sökülməsi və dövlət 

tərəfindən müsadirə edilmiş əmlaka görə qeyri-münasib kompensasiya halları ilə 

nəticələnmişdir. Məhkəmə yolu ilə dövlətin digər şəxslərin məxfilik hüququna 

davamlı şəkildə toxunması, din xadimlərinin həbs edilməsi, qeydiyyatdan 

keçməmiş bəzi müsəlman və xristian qruplarının dini azadlığına dair 

məhdudiyyətlərin olması hallarına dair məlumatlar daxil olmuşdur. Bəzən 

hakimiyyət xüsusilə də vətəndaş cəmiyyətinin istintaq altında olan üzvlərinin bir 

yerdən digər yerə sərbəst şəkildə getməyini məhdudlaşdırmışdır. Siyasətdə iştiraka 

tətbiq edilən məhdudiyyətlər qalmışdır.  Bəzi dövlət orqanlarının yerli səviyyədə 

xırda korrupsiyanın azaldılması istiqamətində atdığı addımlara baxmayaraq, 

hökumət üzrə  bütün səviyyələrdə korrupsiyanın geniş yayılması barədə məlumatlar 

əldə edilmişdir.  İnsan hüquqları, qadınlara qarşı zorakılıq, cinsi ayrı-seçkilik və 

insan alverinə qarşı mübarizə üzrə fəaliyyət göstərən QHT-lərin qeydə alınması 

üçün rəsmi maneələrin olması haqqında davamlı məlumatlar daxil olmuşdur. Cinsi 

oriyentasiya və gender identikliyi əsasında sosial dözülməzlik, zorakılıq və ayrı-

seçkilik halları problem olaraq qalmışdır. 

HİV/AİDS xəstəliklərinə yoluxan şəxslərə qarşı sosial bədnamlıq, işə götürmə və 

ya məşğulluqda ayrı-seçkiliyi qadağa edən əmək qanunvericiliyinin dövlət 

tərəfindən icra edilməməsi halları haqqında da məlumatlar verilmişdir.  

 

 

Hökumət insan hüquqları ilə əlaqədar sui-istifadə hallarına yol vermiş bir çox 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

məmurların məhkəməyə cəlb edilməsi və ya cəzalandırılması istiqamətində 



lazımi addımları atmamış və cəzanın verilməməsi halları bir problem olaraq 

qalmışdır.  

 

 

Bölmə 1. İnsan toxunulmazlığına hörmət, o cümlədən: 



 

 

a. Əsassız və ya qeyri-qanuni şəkildə ölüm cəzası tətbiq etmək  

 

 

Hökumət və onun nümayəndələri tərəfindən məhkəmə yolu ilə və ya qeyri-



qanuni şəkildə qətl törətməsi barədə heç bir məlumat daxil olmamışdır.  

 

 



“Dedovşina” hallarının azalması kimi bəzi müsbət dəyişikliklər barədə verilən 

məlumatlara baxmayaraq, hərbi xidmətdə əsgərlərə qarşı fiziki təzyiq halları 

problem olaraq qalmış və bəzən ölümlə nəticələnmişdir. İnsan hüquqları üzrə 

fəaliyyət göstərən yerli təşkilatların 1 noyabr tarixinə verdiyi məlumata görə

hərbidə ən azı 75 ölüm halı olmuşdur ki, bunun da 48-i döyüş zamanı baş 

verməmiş, sui-qəsd hallarını və hərbi xidmətdə olan digər şəxslər tərəfindən 

əsgərlərin öldürülməsi hallarını ehtiva etmişdir. Məsələn, 11 aprel tarixində Nural 

Bünyadlı əsgər yoldaşı olan Tariyel Məmmədova ölümcül zərbə endirmişdir. Hərbi 

Prokurorluq noyabr ayından bəri davam edən cinayət işi açmışdır. Digər bir 

instansiyada 3 noyabr tarixində gizir Xalid Şirəliyevin ailəsi bildirmişdir ki, onun 

ölümü xidməti icazəsiz tərk etdiyi üçün hərbi polis tərəfindən tutulduqdan sonra 

ona verilən işgəncə və qeyri-insani davranışın nəticəsi olmuşdur. Sui-istifadə 

hallarına görə cəzanın tətbiq edilməməsi davam etmişdir.  

 

 



Ermənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağın əksər hissəsinə və 

Azərbaycanın digər yeddi ərazisinə nəzarət etməkdə davam etmişdir. Dağlıq 

Qarabağın son statusu Rusiya, Birləşmiş Ştatlar və Fransanın həmsədrlik etdiyi 

ATƏT-in Minsk Qrupu tərəfindən beynəlxalq vasitəçiliyin mövzusu olaraq 

qalmışdır. Təmas Xətti və Ermənistan-Azərbaycan sərhədi boyu zorakılıq 

hallarında artım olmuşdur. İyul, avqust və payızda baş verən hərbi hərəkatlar 

1994-cü il atəşkəs sazişinin imzalanmasından bəri bir ildə ən çoxsaylı ölüm halları 

ilə nəticələnmişdir.  

 

 

b. İtkin düşmə 



 

 

İl ərzində siyasi motivlər səbəblərdən itkin düşmə hallarına dair heç bir məlumat 



daxil olmamışdır.  

 

 



Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət 

Komissiyasının 10 dekabr tarixinə olan məlumatına görə, Dağlıq Qarabağ 

münaqişəsi nəticəsində 4,009 vətəndaş itkin düşmüş şəxs kimi qeydiyyatdan 

keçmişdir.  



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

 

 



Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi 

nəticəsində itkin düşmüş şəxslərlə bağlı işləri araşdırmağa davam etmiş və itkin 

düşmüş şəxslərin vahid siyahısının hazırlanması üçün hökumətlə birgə işləmişdir.  

 

 



BQXK müharibə dustaqları və nəzarət altında saxlanılanlara yardım etməyə davam 

etmişdir və dustaqların beynəlxalq humanitar qanunvericilik çərçivəsində 

mühafizəsini təmin etmək üçün il ərzində aylıq səfərlər etmişdir. BQXK əlaqələrin 

yenidən qurulması və davam etdirilməsinə yardım göstərmək məqsədi ilə müharibə 

dustaqları/nəzarət altında saxlanılanlarla onların ailələri arasındakı məlumat 

mübadiləsini müntəzəm şəkildə dəstəkləmişdir.  

 

 

c. İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza  



 

 

Konstitusiya və cinayət məcəlləsi belə təcrübəni qadağan etməsi və 10 ilə qədər 



azadlıqdan məhrum etmə cəzası tətbiq etsə də, insan hüquqları üzrə ölkədə aparılan 

monitorinqlər göstərir ki, il ərzində təhlükəsizlik qüvvələri tərəfindən tətbiq edilən 

sui-istifadə halları barədə 324 şikayət daxil olmuşdur (işgəncələr daxil olmaqla). 

Məlumata görə, dörd belə halda verilən işgəncə ölümlə nəticələnmişdir. Məsələn, 

sərt rəftarın fiziki əlamətlərini təsvir edən bacısının sözlərinə görə, 22 dekabrda 

dustaq Elşad Babayev ona verilən işgəncə nəticəsində həyatını itirmişdir. Həbsxana 

səlahiyyətliləri bu ittihamı təkzib etmiş və ilin sonuna kimi davam edən cinayət 

işinin açıldığını bəyan etmişdir.   

 

 

Məlumatlar göstərir ki, pis davranışın əksəriyyəti həbsdə olan şəxslər polis 



kameralarında saxlanıldıqda baş verir. Həmçinin məlumatlara görə, bəzən 

hakimiyyət etirafa məcbur etmək üçün işgəncə və digər təhqiredici metodlardan 

istifadə etmişdir. Məsələn, məlumata görə, 11 avqustda Daxili İşlər Nazirliyinin 

məmurları müxalif Xalq Cəbhəsi Partiyasının üzvü və partiyanın sədri, jurnalist 

Natiq Adilovun qardaşı Murad Adilovun evində və onun valideynlərinin evində 

guya narkotik maddələr aşkar etdikdən sonra narkotik maddə saxladığını etiraf 

etməsi üçün onu döyüblər. 

 

 



Məlumata görə, məcburi yolla etirafların əldə edilməsi hallarına bəzən zorlama 

hədə-qorxuları da daxil olmuşdur. İnsan hüquqları müdafiəçisi və Sülh və 

Demokratiya İnstitutunun direktoru Leyla Yunusun verdiyi məlumata görə, 28-29 

aprel tarixlərində rəsmi şəkildə dustaqxanada olarkən hakim orqanlar ona və həyat 

yoldaşı Arif Yunusova zorlama və yuxudan məhrum etmə kimi təzyiq etmiş və 

onlara qarşı qeyri-düzgün rəftar etmişdir.   

 

 

Məlumata görə, həbsdə olan şəxslər məhkəmədən öncəki saxlanma yerlərinə 



keçdikdə sui-istifadə hallarına son qoyulur. Burada iki diqqətəlayiq istisna 

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

olmuşdur – hüquqşünaslar və QHT-lərin məlumatına görə, məhkəmədən öncəki 



saxlanma yerində Leyla Yunus və Arif Yunusova tətbiq edilən sui-istifadə halları 

davam etmişdir (həmçinin bax 1.d. və 1.e. bölmələrinə). Yunusun hüquqşünasının 

verdiyi məlumata görə, Kürdəxanı həbsxanasının rəisi Mayor Yaqubov 23 

sentyabrda onu yerə itələmiş, saçını dartmış və böyrəklərinə zərbələr endirmişdir. 

Onun vəkilləri də bildirmişdir ki, səlahiyyətli orqanlar onun kamera yoldaşı 

tərəfindən ona yetirilən fiziki təzyiqlə bağlı araşdırma aparmaqdan və yaxud otaq 

yoldaşından ayırmaqdan imtina etmişdir. 

 

 



N!DA-nın yeddi üzvü (Azərbaycan dilində “nida” işarəsi deməkdir”) (Bəxtiyar 

Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Rəşadət Axundov, Şahin Novruzlu, 

Üzeyir Məmmədli və Zaur Qurbanlı) və Azad Gənclər fəalı İlkin Rüstəmzadə 

qəsdən kütləvi iğtişaş törətmə ittihamı ilə məhkəməyə cəlb olunarkən onlara qarşı 

qeyri-düzgün davranışların nümayiş etdirilməsi haqqında məlumatlar daxil 

olmuşdur.  

 

 

Məlumata görə, 24 oktyabrda Kürdəxanı həbsxanasının səlahiyyətliləri hüquqşünas 



İntiqam Əliyevi zəif havalandırılan nəqliyyat vasitəsində məhkəməyə gətirdikdən 

sonra o, tənəffüs və sinir-əzələ problemləri yaşamış və gəzə bilməmişdir. 

 

 

Məlumata görə, hakimiyyət özünə qarşı qeyri-düzgün davranış nümayiş etdirildiyi 



və vəkilləri ilə görüşün gecikdirildiyi iddiasını qaldırmış dustaqların müstəqil 

məhkəmə ekspertizasına de-fakto qadağa tətbiq etmişdir. Belə təcrübələrlə cəzanın 

tətbiq edilməməsi halları problem olaraq qalmışdır.  

 

 



“Dedovşina” hallarının azalması barədə məlumatlar daxil olsa da, yerli 

müşahidəçilərin məlumatına görə, il ərzində hərbi bölmələrdə xuliqanlıq və təzyiq 

halları geniş yayılmışdır.  

 

 



Həbsxana və Saxlanma Mərkəzlərinin Şəraiti  

 

 



Həbsxanaların şəraiti sərt və bəzən də həyat üçün təhlükəli olmuşdur. Sakinlərin 

çoxluğu, qeyri-düzgün qidalanma, istilik və havalandırmanın çatışmazlığı və 

zəif tibbi xidmət bəzi yerlərdə yoluxucu xəstəliklərin yayılması problemini 

meydana gətirmişdir. Hökumət yeni həbsxana yerləri tiksə də, Sovet dövründən 

qalmış bəzi yerlər beynəlxalq standartlara uyğun gəlməmişdir. 

 

 



Fiziki şərait:  Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, həbsxananın sakinləri 

632 nəfəri qadın olmaqla 22,526 nəfər olmuşdur. Bunlardan 137 –si qadın olmaqla 

3,814 nəfəri məhkəmə prosesi başlayana qədər həbs altında olmuşdur. 

Səlahiyyətlilər kişi və qadınları məhkəmə prosesi başlayana qədər eyni yerdə həbs 

altında saxlamış, lakin mühakimə edildikdən sonra qadınları ayrı həbsxanaya 

aparmışdır. İnsan hüquqları müdafiəçisi Leyla Yunusla bağlı diqqətəlayiq istisnanı 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

çıxmaqla yerli QHT müşahidəçiləri məlumat vermişdir ki, qadın dustaqlar kişi 



dustaqlarla müqayisədə daha yaxşı şəraitdə yaşamış, daha müntəzəm şəkildə 

nəzarət edilmiş, təlim və digər fəaliyyətlərdən daha geniş şəkildə istifadə edə 

bilmişdir. Sentyabra olan məlumata görə, yaşı yeddidən az olan dörd uşaq həbs 

edilmiş anaları ilə birlikdə böyüklərə aid olan həbsxanalarda qalmışdır. İttiham edilən 

yeniyetmə cinayətkarlar 20 yaşı tamam olana qədər yeniyetmələrə aid müəssisələrdə 

saxlana bilər. 

 

Ədliyyə Nazirliyi nazirliyin müəssisələrində 104 ölüm halı barədə məlumat 



vermişdir, bunların 79-u tibbi müalicə müəssisələrində baş vermişdir. Daxili İşlər 

Nazirliyi ilin ilk doqquz ayında nazirliyin saxlanma müəssisələrində iki ölüm faktı 

barədə məlumat vermişdir. Ölkə prokurorunun sözlərinə görə, bu insan ölümləri 

tibbi şərait səbəbindən baş vermişdir.  

 

 

Səlahiyyətli orqanlar dustaqlar üçün müvafiq fiziki təlimlərin təmin edilməsi 



cəhdlərinin və onların təlimlərdə iştirak etmə imkanlarının artdığı barədə məlumat 

versələr də, dustaqlar bəzən təlim imkanları olmadan uzun müddət həbsxanada 

saxlanılır. Həmçinin, həbsxanalar dar olur və orada saxlanılanların sayı həddən artıq 

çox olur; həbsxanalarda qeyri-düzgün havalandırma, zəif sanitariya qovşağı vardır, 

tibbi xidmət kifayət deyildir. Məsələn, məlumata əsasən, ciddi sağlamlıq 

problemləri və ağrıya baxmayaraq, səlahiyyətli orqanlar Leyla Yunusun müstəqil 

tibbi müayinə və xidmət müraciətini rədd etmişdir. Yunus həmçinin bildirmişdir ki, 

səlahiyyətlilər onun zəruri dərmanlarla təmin edilməsinə də imkan verməmişdir. 

Qanunvericilik dustaqların əlavə ərzaq qəbul etməsinə imkan versə də, məlumata 

görə, bəzən səlahiyyətlilər Leyla Yunus və onun həyat yoldaşı daxil olmaqla dustaq 

və saxlanılan şəxslərin ərzaq bağlaması almasını məhdudlaşdırmışdır. Həbsxana və 

saxlanma mərkəzlərinin əksəriyyətində içməli su təmin edilmişdir.  

 

 

 



Dustaqların verdiyi məlumata görə, gözətçilər dustaqları döyərək və ya onları 

təcrid edilmiş kameralarda saxlayaraq onlara cəza verir. Yerli və beynəlxalq 

monitorinqlər göstərir ki, ciddi rejimli Qobustan Həbsxanasında daha pis şərait 

mövcuddur.  

 

 

İdarəçilik: Həbsxanada sənədlərin saxlanması məqsədəuyğun olmuşdur. Bəzən 



səlahiyyətlilər xüsusən də siyasi motivlər səbəbindən həbs edilməsi güman 

edilən dustaqların yanına vəkil və ailə üzvlərinin gəlməsini 

məhdudlaşdırmışdır. Səlahiyyətlilər dini ayinlərin icrasına icazə vermişdir.  

 

Əksər dustaqların bildirmişdir ki, onlar nəzarət olmadan öz şikayətlərini məhkəmə 



orqanlarına və Ombudsmana göndərə bilir, lakin həbsxana səlahiyyətliləri 

dustaqların yazışmasını müntəzəm şəkildə oxumuşdur, yerli QHT-lərin verdiyi 

məlumata görə, çox ciddi rejimli müəssisələrdə bəzi dustaqlar öz şikayətlərini 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

təqdim etməkdə çətinliklər yaşamışdır. Ombudsman idarəsi müntəzəm şəkildə 



həbsxanalara səfər edilməsi və şikayətlərin araşdırılması barədə məlumat versə də, 

QHT-lər dustaqların şikayətlərinə hərtərəfli şəkildə baxılmasında idarənin 

marağının az olduğunu bildirmişdir. 

 

 



Müstəqil Monitorinq:  Hökumət BQXK, Avropa Şurası Parlament 

Assambleyasının prezidenti və İşgəncələrə qarşı Azərbaycan Komitəsi daxil 

olmaqla beynəlxalq və yerli təşkilatların müəyyən həbsxanalara səfər etməsinə 

icazə vermişdir. 18 iyunda qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə 

BMT-nin xüsusi müxbiri məlumat vermişdir ki, 2013-cü ilin noyabr-dekabr ayları 

ərzində məhkəmədən öncə saxlanma mərkəzinə girişi səlahiyyətli orqanlar 

tərəfindən qadağa edilmişdir. Ədliyyə Nazirliyi öz müəssisələrinə səfər etməzdən 

öncə ilkin məlumatın əldə edilməsini İşgəncələrə qarşı Azərbaycan Komitəsindən 

tələb etsə də, Daxili İşlər Nazirliyi komitəyə onun məhkəmədən öncəki saxlanma 

mərkəzlərinə birbaşa giriş etməyə imkan verməkdə davam etmişdir. Səlahiyyətli 

orqanlar, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müharibə 

dustaqları/nəzarət altında saxlanılan şəxslər, habelə Ədliyyə Nazirliyi, Daxili İşlər 

Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyəti altında olan müəssisələrdə 

saxlanılan şəxslərlə BQXK-nın görüşməsinə icazə vermişdir. 

 

 

İctimai Komitə kimi tanınan müştərək hökumət-insan hüquqları icması həbsxana 



monitorinq qrupunun penitensiar xidməti əvvəlcədən məlumatlandırmadan 

həbsxanalara girməsinə icazə verilmişdir. Bununla belə, bəzi hallarda digər qruplar 

hətta əvvəlcədən məlumat verdikləri təqdirdə belə, müəssisələrə girməkdə 

çətinliklərlə üzləşmişdir. Bundan başqa, İşgəncələrin Qarşısının Alınması üzrə 

BMT-nin Alt Komitəsinin müstəqil ekspertləri bəyan etmişdir ki, səlahiyyətli 

orqanlar onların bəzi saxlanma mərkəzlərinə səfər etməsinə imkan vermədiklərinə 

görə öz missiyalarını sentyabrın 17-də yarıda kəsməli olmuşdur.  

 

 



İrəliləyişlər:  BQXK-nın verdiyi məlumata görə, hökumət yeni müəssisələr inşa 

etməklə və mövcud saxlanma mərkəzlərini müasirləşdirməklə həbs yerlərinin 

şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atmışdır. Daxili İşlər Nazirliyi il 

ərzində 24 yeni saxlanma müəssisəsi inşa etmiş və 11 rayonda mövcud olan 

müəssisələri təmir etmişdir. Ədliyyə Nazirliyi beş penitensiar müəssisənin inşasını 

davam etdirmişdir.  

 

 

d. Əsassız həbs və ya saxlama 



 

 

Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, hökumət bu qadağalara, 



ümumiyyətlə, əməl etməmiş və cəzanın tətbiq edilməməsi problem olaraq 

qalmışdır. 

 

 

Polis və Təhlükəsizlik Orqanlarının Rolu  



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

 

 



Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyin təmin 

edilməsi üçün cavabdehdir və birbaşa prezidentə hesabat verir. Daxili İşlər 

Nazirliyi yerlərdə polis qüvvələrinə nəzarət edir və daxili mülki müdafiə 

qoşunlarını saxlayır. Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat və əks-kəşfiyyat 

fəaliyyətlərinə nəzarət edir və özünün daxili təhlükəsizlik qüvvələri vardır. QHT-

lərin verdiyi məlumata görə, söz azadlığı daxil olmaqla əsas azadlıq 

hüquqlarından istifadə etmiş şəxslər hər iki nazirlik tərəfindən saxlanılmışdır.  

 

 



Polis nəzarət taktikaları il ərzində fərqli olmuşdur. Bəzi yerlərdə polis dinc 

nümayişçiləri saxlamış və onlara qarşı güc tətbiq etmişdir.  

 

 

Təhlükəsizlik qüvvələri, ümumiyyətlə, bu kimi məsələlərə görə cəzasız qalsa da, 



Daxili İşlər Nazirliyi bildirmişdir ki, il ərzində vətəndaşlarla qeyri-düzgün davranışla 

əlaqədar 98 hadisəyə görə, 20 əsassız saxlanma halına görə və 30 əsassız həbs halına 

görə 190 işçiyə qarşı nizam-intizam tədbirləri görülmüşdür. Nazirlik məlumat 

vermişdir ki, vətəndaşların hüquqlarını pozmaqda ittiham olunan 237 nazirlik işçisinə 

qarşı qeyri-düzgün davranış ilə bağlı 192 iş açılmışdır.  

 

 



 


Yüklə 492,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin