Mövzu Милли игтисадиййатларын мейарлар вя кейфиййят эюстяриcиляри ясасында тяснифляшдирилмяси



Yüklə 337,3 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix02.01.2022
ölçüsü337,3 Kb.
#46375
  1   2   3   4   5   6   7
Mövzu 2
~$ərb. tarixi. Mühazirə 19 mövzu


 

Mövzu 2. Милли игтисадиййатларын мейарлар вя кейфиййят 



эюстяриcиляри ясасында тяснифляшдирилмяси 

 

1.  Milli iqtisadiyyat anlayışı, tədqiqatı və onun tipləri; 

2.  Müstəqil milli iqtisadiyyat, onun formalaşması və prinsipləri; 

3.  F  list,  V.Zombrat  və  V.Oykenin  milli  iqtisadiyyata  dair  iqtisadi 

fikirləri. 

 

1.  Milli iqtisadiyyat anlayışı ,tədqiqatı və onun tipləri. 

Milli  iqtisadiyyat  müəyyən  xalqa,  millətə  məxsus  olub  onun 

mənafelərini  ifadə  edən,  hüdudları  dövlət  sərhədləri  ilə  məhdudlaşan, 

özünün maddi texniki əsası, münasibətlər sistemi, təsərrüfat mexanizmi və 

idarəetmə  strukturu  olan  sosial  iqtisadi  bir  sistemdir.  Ölkənin  milli 

iqtisadiyyatı  əhalinin  mallara  və  millətlərə  olan  təlabatı  ilə  həmçinin 

təlabatların  ödənuilməsində  iştirak  edən  milli  istehsal  ressursları 

arasındakı  uyğunsuzluğu  aradan  qaldırmalıdır.  Milli  iqtisadiyyatın  ən 

başlıca mövcudluq şərti onun müstəqil olmasıdır. İqtisadiyyatın müstəqil 

olması o zaman mümkündür ki, onun: 

1.  Özünün  yetkin  milli  bazarı  və  bu  bazarın  tələblərinə  cavab  verən 

strukturu qərarlaşsın; 

2.  Öz  dayaqları  üzərində  inkişaf  edə  bilsin  və  təkrar  istehsal  edə 

bilmək qabiliyyətinə malik olsun

3.  Müstəqil, möhkəm valyutası, maliyyə-kredit, bank sistemi fəaliyyət 

göstərdin; 

4.  Formalaşmış infrastrukturası olsun; 

5.  Səhmanlı, çevik təsərrüfat mexanizmi və dövlət idarəçilik ənənələri 

olsun. 

Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial istiqamətli ölkənin iş 

qabiliyyətli əhalisini işlə təmin etmək imkanında olmalıdır.  

Alman  iqtisadçısı  F.List  ilk  dəfə  olaraq  milli  iqtisadiyyat  anlayışının 

mahiyyətini  izah  edərək  göstərmişdir  ki,  ayrı-ayrı  ölkələrin  iqtisadiyyatı 

öz qanunlarına uyğun inkişaf edir. 

Milli iqtisadiyyat özü də aşağıdakı tiplərə ayrılır: 

-  Müstəqil  Milli  iqtisadiyyat  –  tam  formalaşmış  sağlam  bir 

iqtisadiyyatdır.  Başlıca  və  ilkin  şərti  dövlətin  siyasi  və  iqtisadi 

müstəqilliyidir.  Müstəqil  iqtisadiyyat  bazar  iqtisadiyyatına 

əsaslanan, çoxnövlü mülkiyyət formalarına mənsub olan, öz-özünü 



 

təkrar  istehsal  etmək  qabiliyyəti  olan,  möhkəm  maliyyə-kredit  və 



vergi sisteminə, yüksək infrastruktura, səmərəli istehsal əlaqələrinə, 

dövlət  idarəçiliyi  ənənələrinə  və  tənzimlənməsinə  malik  olan  bir 

iqtisadiyyatdır. 

-  Yarımasılı Milli iqtisadiyyat – iqtisadi cəhətdən tam azad olmadığı 

üçün  öz  xalqının  mənafeini  qismən  ifadə  edir.  Siyasi  və  iqtisadi 

cəhətdən  formal  müstəqil  olub  iqtisadsiyyatı  tam  azad  surətdə 

inkişaf  edə  bilməyən  ölkələr  bu  qrupa  daxildir.  Bu  baxımdan 

keçmiş  ittifaqın  tərkibində  olan  Azərbaycanın  o  dövrdəki 

iqtisadiyyatını da asılı iqtisadiyyat kimi xarakterizə etmək olar.  

-  Tam asılı Milli iqtisadiyyat – müstəmləkə xarakterlidir. Belə ki, 

bu  ölkələrdə  həm  siyasi,  həm  də  iqtisadi  müstəqillik  mövcud 

olmur.  Onların  iqtisadiyyatı  asılı  olduqları  üçün  dövlətin 

mənafelərinə uyğun formalaşdırılır. 

 


Yüklə 337,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə