Qeyd etmək lazımdır ki, müxtəlif ölkələrin milli iqtisadiyyatında
meydana gələn tarixi şərait, inkişaf səviyyələri, qanunauyğunluqları və
xarakterləri müxtəlif olur. Azərbaycanda sağlam milli iqtisadiyyatın
formalaşmasının başlıca istiqamətlərindən biri iqtisadi təhlükəsizlkiyin
təmin olunmasıdır. Müstəqil milli iqtisadiyyatın formalaşması üçün
çoxnövlü mülkiyyət formalarının yaradılması, yüksək keyfiyyətli
məhsullar istehsal edə bilən milli sahibkarların inkişafına şərait
yaradılması, müstəqil pul, maliyyə, kredit, bank sistemini olması vacib
şərtlərdən biridir.
Dostları ilə paylaş: |