Milli iqtisadiyyatın mahiyyəti
haqqında müxtəlif iqtisadi
baxışlar
Sahələrin, istehsal növlərinin və
ərazi komplekslərinin qarşılıqlı
əlaqəli sistemi
Hər bir ölkənin milli sərhədləri
çərçivəsində təşəkkül tapməış
iqtisadiyyat
Çoxlu sayda müxtəlif növ
qarşılıqlı əlaqəli fəaliyyət
növlərindən ibarət olan öz-özünə
tənzimlənən sistem
8
3. ictimai təsərrüfat;
4. natural təsərrüfat;
5. sənət təsərrüfatı;
6. kəndli təsərrüfatı.
Qərbi Almaniyada neoliberalizmin yaradıcılıarından biri də
Frayburq Universitetinin professoru Valter Oyken (1891-1950) hesab
olunub. Oyken “Milli iqtisadiyyatın əsasları” əsərində cəmiyyətin
inkişafının müxtəlif tarixi mərhələləri, o cümlədən kapitalizmi müəyyən
bir iqtisadi sistem kimi qəbul edən marksiz iqtisadi məktəbin ictimai
iqtisadi formasiya anlayışına inkar edərək göstərmişdir ki, təsərrüfat
mərhələləri anlayışı döğru deyildir. O, “təsərrüfat mərhələləri” anlayışına
qarşı “təsərrüfat qaydaları” anlayışını irəli sürmüşdür. Müəllif iqtisadi
sistemin müəyyən edilməsində mülkiyyətin rolunu əhəmiyyətli hesab
etmir. Cəmiyyətin sosial və təsərrüfat məsələlərinin həllini mülkiyyətin
quruluşu ilə əlaqələndirməyisəhv hesab edir. Oyken iqtisadi nəzəriyyə və
iqtisadi siyasəti vəghdət halında götürmüşdür. Onun sosial bazar
təsərrüfatı nəzəriyyəsi sosial ədaləti təmin etmək üçün inhisar və
rəqabətin tənzimlənməsidir. Dövlətin iqtisadi siyasətinə isə azad bazarı və
azad rəqabəti birbaşa və dolayı yolla tənzimləmək üçün hüquqi
normaların yaradılmasına aid edir.