Mövzu Милли игтисадиййатларын мейарлар вя кейфиййят эюстяриcиляри ясасында тяснифляшдирилмяси


  F  list,  V.Zombrat  və  V.Oykenin  milli  iqtisadiyyata  dair  iqtisadi



Yüklə 337,3 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix02.01.2022
ölçüsü337,3 Kb.
#46375
1   2   3   4   5   6   7
Mövzu 2

3.  F  list,  V.Zombrat  və  V.Oykenin  milli  iqtisadiyyata  dair  iqtisadi 

fikirləri. 

Fridrix List (1789-1846) XIX  əsrin Alman burjasiyasının görkəmli 

ideoloqu  olmuşdur.  XIX  əsrin  40-cı  illərində  Almaniyada  yaranmış 

Alman  siyasi-iqtisad  tarixi  məktəbinin  əsasında  məhs  onun  baxışları 

dururdu. 1841-ci ildə Listin baş əsəri olan “Siyasi iqtisadın milli sistemi” 

çapdan çıxmışdır. Bu əsərin mərkəzi ideyası indan ibarətdir ki, ayrı-ayrı 

ölkələrin iqtisadiyyatı öz xüsusi qasnunları ilə inkişaf etdiyinə görə bütün 

ölkələr  üçün  vahid  siyasi  iqtisad  ola  bilməz.  Hər  bir  ölkənin  öz  milli 

siyasi-iqtisads  sistemi  olmalıdır.  Listin  rəyincə  millətin  müasir  şəraitdə 

bütün  dünyada  xüsusi  milli  münasibətlərin  mövcudluğu  zamanı  özünün 

iqtisadi  vəziyyətin  saxlamaq  və  yaxşılaşdırmaqdan  ibarətdir.  List 

dəfələrlə qeyd etmişdir ki, siyasi (milli) iqtisadın vəzifəsi hər şeydən əvvəl 

millətin  iqtisadi  tərbiyəsindən  ibarətdir.  Müəllif  siyasi  iqtisad  terminini 

əvəz edərək “Milli İqtisad” terminini tətbiq edir. “Milli İqtisad” dedikdə 

o, inkişaf edən Alman burjuaziyası üçün iqtisadi siyasət üzrə tövsiyyələr 

sistemini  başa  düşür.  Milli  siustemdə  List  məhsuldar  qüvvələr 

nəzəriyyəsinə,  həmçinin  onunla  əlaqədar  əmək  bölgüsü  və  millətlərin 

təsərrüfat  inkişafı  və  mərhələləri  haqqında  təlimə  mühüm  yer  ayırırdı. 

List  hesab  edirdi  ki,  Almaniya  üçün  proteksionist  siyasət  əsasında 

sənayenin sürətli inkişafı daha mühümdür. 

List  belə  hesab  edirdi  ki,  millətin  rifahı  var-dövlətin  kəmiyyəti  ilə 

deyil,  bu  sərvəti  yaradan  məhsuldar  qüvvələrin  inkişaf  dərəcəsi  ilə 

şərtləndirilir.  Məhsuldar  qüvvələrin  tərkib  hissəsini  o,  “əqli  kapital”da  , 

yəni onun sərvətin başlıca mənbəyi hesab etdiyi elmdə, incəsənətdə olan 

naliyyətlərdə,  kəşflərdə,  ixtiralarda  görürdü.  List  hesab  edirdi  ki,  geridə 

qalan  ölkələri  onları  qabaqlayan  millətlərin  səviyyəsinə  qaldırmaq  üçün 

yeganə  vasitə  proteksionist  (himayəçilik)  siyasətidir.  List  proteksionizm 

sistemini  “millətin  sənaye  tərbiyyəsi”  vasitəısi  adlandırırdı.  Listə  görə 

Almaniya öz məhsuldar qüvvələrini və sənaye gücünü inkişaf etdirməklə 

birinci dərəcəli sənaye olkəsi olub İngiltərəni ötər.  

Listin  ideyaları  müasir  dövrdə  öz  əhəmiyyətini  saxlayaraq  iqtisadi 

geriliyini  aradan  qaldırmağa,  siyasi  birliyini  möhkəmlətməyə  can  atan, 

inkişaf etməkdə olan ölkələr üçün xüsusilə aktualdır.  



 


Yüklə 337,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin