2. Müstəqil milli iqtisadiyyat , onun formalaşması və prinsipləri.
Müstəqil
milli
iqtisadiyyatın
formalaşdırılması
bir
sıra
qanunauyğunluqlara əməl olunmasını tələb edir.
1. Müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında ləngimələrə yol
vermək olmaz. Hər bir proses sürətli olmalıdır.
2.
Milli mənafelərimizə uyğun gələn köhnə iqtisadi sitemdə nə varsa
qorunub saxlanılmalı və istifadə olunmalıdır.
3. İqtisadiyyatın təkrar istehsal strukturuna daxil olan bütün
sahələrini eyni vaxtda formalaşdırılması vacibdir.
4. Müstəqil iqtisadiyyat Azərbaycan xalqının milli mənafelərinin
reallaşmasını təmuin edən bir şəkildə formalaşmalıdır.
5. Yeni məzmunlu milli iqtisadiyyatın formalaşdırılması prosesində
xalqın və dövlətin fəal iştirakı təmin olunmalıdır.
Müstəqil milli iqtisadiyyat müəyyən prinsiplərə əsaslanmaqla
formalaşdırılmalıdır. Bu prinsiplər aşağıdakılardır.
Birincisi, əsasən özünün daxili imkanlarına, potensial gücünə
arxalanmaq prinsipi. Belə bir prinsipə arxalanmaqla milli
iqtisadiyyatın sabit və təhlükəsiz inkişafını təmin etmək olar.
İkincisi, milli dəyərlərə, ənənələrə arxalanmaq və onları yaşatma
prinsipi. Yalnız Azərbaycan xalqına mənsub olub onu öz
məhsulları ilə hər yerdə tanıtmağa qadir olan bütün istehsal
sahələri, sənət nümunələri iri və xırdalığından asılı olmayaraq
qorunub saxlanılmalı və inkişaf etdirilməlidir.
Üçüncüsü, tarixilik prinsipi. Bu prinsip müstəqil milli iqtisadiyyatın
formalaşdırılması prosesində və konkret tarixi şətraiti nəzərdə
tutur. Məs. Azərbaycan Respublikası müharibə vəziyyətində
olduğunu, torpaqlarıının 20%-dən çoxunun işğal altında
tapdalandığını heç zaman unutmamalı və ölkənin müdaxiləsi ilə
bağlı bir çox sahələrin inkişaf etdirilməsinə xüsusi fikir verilməlidir.
Dördüncüsü, Azərbaycan İsalam dünyasına məxsus bir ölkə
oolduğu üçün öz iqtisadiyyatını formalaşdırma prosesindən islam
iqtisadi dəyərlərindən də bəhrələnməyi bir prinsip olaraq əsas
tutmalıdır.
5
Beşincisi, optimallıq prinsipi. Bu prinsip müxtəlif iqtisadi
sistemlərdən, bazar modellərindən milli mənafelərimizə ən uyğun
gələnini seçməyi və formalaşdırmağı nəzərdə tutur.
Altıncısı, müasirlik prinsipi. Bu prinsip müstəqil iqtisadiyyatımızı
formalaşdırma proisesində dar milli çərçivədə qalmamağı, dünya
ölkələrinin təcrübəsindən, köməyindən, elmi-texniki tərəqqinin
müasir nailiyyətlərindən istifadə olunmasını nəzərdə tutur.
Sağlam milli iqtisadiyyatın bərqərar olması, təşəkkül tapması,
müxtəlif mülkiyyət formalarının güclü olmasından çox asılıdır. Özəl
mülkiyyətsiz istehsalçı sərbəst, azad hüquqa malik ola bilmir. Bu cəhət
istehsalçıda xüsusilə güclü stimul yaradır. Tarixi təcrübə göstərir ki,
yalnız sahiblik hissi, özəl mülkiyyət, demokratiya, iqtisadi azadlıq,
iqtisadi, şəxsi mənafelər, stimul iqtisadiyyatın inkişafı üçün qüdrətli
vasitədirlər. Məhz buna görə də Azərbaycanda sağlam milli iqtisadiyyat,
bazar münasibətlərini formalaşdırmaaq üçün iqtisadiyyatda inhisarçılıq
aradan qaldırılmalı, dövlət mülkiyyətinə aid olan sahələrin, müəssisələrin,
obyektlərin əsasən özəlləşdirilməsinə keçilməlidir. Sabiq SSRİ dövründə
Azərbaycan sənayesinin əsas fondlarının, istehsal edilən məhsulun 95%-ə
qədəri mərkəzin inhisarında idi.
Azərbaycan suverenlik qazandıqdan sonra milli sərvət dövlətin
sərəncamına keçdi. Bu, ümumən öz-özlüyündə müsbət haldır. Sağlam
milli iqtisadiyyatın bərqərar olmasının mühüm şərtlərindən biri kimi
səmərəlilik və keyfiyyət onun fəaliyyət sahələrini əhatə etməlidir. Hər
şeydən əvvəl aşağıdakı tələblərə cavab verməlidir:
- təbii resursların səmərəli istifadə olunmasına;
- əmək resurslarının səmərəli istifadə olunmasına;
- iqtisadi resursların səmərəli istifadə olunmasına;
- dinamik inkişafa;
- ahəngdar geniş təkrar istehsal tələblərinə;
- xalq təsərrüfatının struktur problemlərinin düzgün həllinə;
- sənayenin mütərəqqi struktur problemlərinin düzgün həllinə;
- maddi dəyərlərin keyfiyyətliliyinə;
- həmin dəyərlərin dünya standartlarına yaxınlaşmasına.
Sağlam milli iqtisadiyyat təşəkkül tapdıqca kənardan asılılıq daim
azalır və öz daxili iqtisadi qüvvələrinə arxalanma prinsipinə tam şərait
yaranır.
Məlumdur ki, müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan
Respublikası öz iqtisadiyyatını mümkün qədər qısa tarixi dövr ərzində
normal inkişaf yoluna salmalıdır. Onun iqtisadiyyatını bir tərəfdən sovet
inzibati amirlik rejimi qeyri sabit bir vəziyyətə salmış, digər tərəfdən
Azərbaycanın müharibə şəraitində olması iqtisadiyyata bir qədər ağır
6
nəticələr vermişdir. Ölkədə sosial-iqtisadi quruluşun dəyişməsinə və
bazar iqtisadiyyatının inkişafına təkan vermək vacibdir. Azərbaycan
birinci növbədə öz daxili imkanlarının maksimum dərəcədə səfərbər
etməklə islahatları uğurla aparmağa, iqtisadiyyatı dirçəltməyə və
yüksəlişə doğru istiqamətləndirməlidir.
Dostları ilə paylaş: |