Mövzu Милли игтисадиййатларын мейарлар вя кейфиййят эюстяриcиляри ясасында тяснифляшдирилмяси


Asılı Milli İqtisadiyyatın Xüsusiyyətləri



Yüklə 337,3 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix02.01.2022
ölçüsü337,3 Kb.
#46375
1   2   3   4   5   6   7
Mövzu 2

Asılı Milli İqtisadiyyatın Xüsusiyyətləri 

Səanaye istehsalının natamam tsikli 

(xammal yönümlü istehsal və xammalın 

təkrar emalı) 

Kənd təsərrüfatında yarımfabrikatlar 

istehsalının üstünlüyü 

Öz iqtisadi resursları üzərində sərbəst 

sərəncam verə bilməməsi 

İnzibati idarəetmə metodlarının 

üstünlüyü 

Qeyri-ekviavalent mal mübadiləsi 

Siyasi və iqtisadi qərarların qəbul 

edilməsində qeyri sərbəstlik 

 

Xarici kapitaldan mütləq asılılıq 




 

Tam  Milli  iqtisadiyyatdan  danışarkən  burada  milli  istehsal 



resursları  da  başlıca  yer  tutur.  Milli  istehsal  resursları  dedikdə  ölkə 

daxilində və xaricində yalnız dövlətə, milli sahhibkarlara məxsus istehsal 

amillərin məcmusu  başa düşülür. Yani milli istehsal resurslari ilə ölkədə 

daxili  milli  məhsul  yaradılır.  Daxili  milli  məhsul  milli  iqtisadiyyatın 

ümumiləşdirilmiş  ilkin  makro  iqtisadi  göstəricisi  hesab  olunur. 

İqtisadiyyatın müstəqil milli əsasının yaradılmasında 4 əsas şərt vacibdir: 

1.  Ərazi birliyinin yaradılması 

2.  Ərazi əmək bölgüsünün olması 

3.  Iqtisadi birlik 

4.  İstehsalın kompleks inkişafı 

Ərazi  birliyi  hər  bir  müstəqil  dövlətin  atributudur.  Yani  ərazi 

bütövlüyü,  sərhədlərin  toxunulmazlığı,  sərhədlərin  qorunması,  inzibati 

ərazi  vahidliyi,  müstəqil  beynəlxalq  subyekt  kimi  dünya  ərazisində  yeri 

müəyyənləşdirilməlidir. 

Ərazi  əmək  bölgüsü  ülkənin  təbii,  coğrafi,  iqtisadi  potensialına 

uyöun istehsal resurslarının ərazi üzrə ölcüsüdür. 

İqtisadi  birlik  daha  həlledici  amildir.  Ölkənin  ayrı-ayrı  əraziləri 

arasında  qarşılıqlı  əlaqələrin  inteqrasiyasıdır.  Iqtisadiyyatın  bütövlüyü, 

tamlığı,  onun  daxilindəki  ərazi  əmək  bölgüsünü  əhatə  edir.  Istehsalın 

kompleks  inkişafı  iqtisadiyyata  birbaşa  təsir  edə  bilməz.  O,  ölkənin 

iqtisadi  birliyindən  irəli  gələrək  milli  iqtisadiyyatın  formalaşmasına 

birbaşa təsir edir. 

İqtisadiyyatın  milli  əsaslarını  isə  milli  məhsuldar  qüvvələrin 

fəaliyyəti nəticəsi olan milli istehsal təşkil edir. Burada ərazidə istehsalın 

kompleksliliyi,  bütövlülüyü,  təkrar  istehsalın  dövriyələri,  onların 

mərhələləri,  aralarındakı  əlaqələrin  sıxlığı  əsas  göstərilir.  Çünki  istehsal 

sahələri əlaqələnməsli, daxili əlaqələr güclənməli və yerli ehtiyatlardan və 

imkanlardan  istifadə  edilməlidir.  Milli  iqtisadiyyatın  əsasında  istehsalın 

texnoloji  və  təsərrüfat  əlaqələrinin  kompleks  inkişafı  əhəmiyyətli  yer 

tutmalıdır. 

Bütün  dünya  ölkələrinin  iqtisadiyyatı  isə  qarşılıqlı  əlaqə  və  asılılıq 

halında  olan  ümumdünya  təsərrüfat  sistemi  olsa  da,  hər  halda  ayrı-ayrı 

olkələrin  inzibati  ərazi  sərhədləri  üzrə  bölünmüşdür.  Hər  bir  ölkənin 

iqtisadiyyatı  özünün  təbii-iqlim,  maddi-texniki  və  sosial  iqtisadi 

əsaslarına  görə  fərdi  xüsusiyyətlərə  malikdir.  Həmin  xüsusiyyətləri 

meydana  gətirən  təbii  tarixi  proses  ictimai  əmək  bölgüsüdür.  İctimai 

əmək  bölgüsünün  bir  başa  davamı  olan  beynəlxalq  əmək  bölgüsü  ölkə 

daxilində  və  ölkələr  arasınsda  iqtisadi  əlaqələri  zəruri  edən  amillərin 

inkişafını qanunauyğun olaraq şərtləndirir.  



 

Tam  halında  olan  vahid  iqtisadiyyat  nisbi  müstəqilliyə  malik 



olmaqla  bir-birindən  təcrid  olunmuş  müstəqil  istehsal  sahələrinə 

parçalanır.  İqtisadiyyat  özü  də  bütöv  olan  istehsal  proseslərinin 

məcmusundan  ibarətdir.  Bütöv  olan  istehsal  prosesinin  ayrı-ayrı 

nmərhələləri müxtəlif ölkələrin müəyyən ərazilərində təmərküzləşmişdir. 

 


Yüklə 337,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin