AZƏrbaycanda insan hüquqlarina daiR 2014-CÜ İl hesabati


Bölmə 2. Vətəndaş azadlığına hörmət, o cümlədən



Yüklə 492,93 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix14.01.2017
ölçüsü492,93 Kb.
#5117
1   2   3   4   5   6

Bölmə 2. Vətəndaş azadlığına hörmət, o cümlədən: 

 

 



a. Söz və Mətbuat Azadlığı  

 

 



Söz və mətbuat azadlığı qanunla təmin edilsə də və xüsusilə də mətbuatda senzuranı 

qadağa etsə də, hökumət çox vaxt bu hüquqlara hörmət etməmişdir. Hökumət söz 

azadlığını və mətbuatın müstəqilliyini məhdudlaşdırmağa davam etmişdir. 

Jurnalistlər hədə-qorxu ilə üzləşmiş və bəzən döyülmüş, həbsə atılmışdır. QHT-lər 

ilin sonunda ən azı 12 jurnalist və bloqqeri siyasi məhbus və ya saxlanılan şəxs 

hesab etmişdir. İnsan hüquqları üzrə fəaliyyət göstərən QHT-lərin cinayət 

istintaqına cəlb olunması daxil olmaqla, QHT və digər təşkilatların hökumətin güc 

tətbiqi kimi təsvir etməsi kontekstində, ölkənin iki aparıcı mətbuat hüquqları 

təşkilatından biri avqust ayında öz fəaliyyətini dayandırmış və təşkilatın direktoru 

gizlənmişdir. Digər təşkilatlar isə öz fəaliyyətlərini əhəmiyyətli dərəcədə 

məhdudlaşdırmışdır.  

 

 



Söz azadlığı:  Konstitusiya söz azadlığını təmin edir, lakin siyasi cəhətdən həssas 

olan mövzularla bağlı hökumətin tətbiq etdiyi məhdudiyyətlər intensivləşib. 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

Öncəki 


 iki il yarım ərzində təkcə may ayından etibarən 11 həbs faktı daxil 

olmaqla, ən azı 50 müstəqil və müxalifətçi siyasi fəala, jurnalistə, bloqqerə qarşı 

əsassız cinayət ittihamları ilə məhkəmə prosesləri və son məhdudlaşdırıcı 

qanunlarla yanaşı, Human Rights Watch 29 sentyabrda məlumat yaymışdır ki, 

azad fikir bildirməyə görə cəzaların tətbiqi “böhran səviyyəsinə” çatmışdır. Söz 

azadlığından istifadə etmiş şəxslərin həbs edilməsi fikir ayrılığına görə cəza 

verilməsi üçün hakimiyyətin məhkəmə sistemindən istifadə etdiyi barədə 

narahatlıqların yaranmasına səbəb olmuşdur. Bundan başqa, hökumət siyasi və 

vətəndaş cəmiyyəti tərəfindən təşkil edilən aksiyalara nəzarət etməklə tənqidə 

maneə olmağa cəhd etmişdir. 

 

 

Mətbuat azadlığı:  Bir sıra müxalifət yönümlü və müstəqil çap və onlayn mətbuat 



vasitələri hökumətin siyasi fəaliyyətlərinə dair fərqli fikirlərini ifadə etmişdir. 

Qəzetlərin tirajı əksər hallarda 5,000-i keçməyərək aşağı olaraq qalmışdır. 

Müvafiq məlumatlara görə, müxalifət yönümlü qəzetlər bir sıra distributorların 

onları daşımaqdan imtina etməsi səbəbindən Bakıdan kənarda yalnız məhdud 

sayda mövcud olmuşdur.  

 

Amerikanın Səsi, AA\AR və BBC daxil olmaqla xarici yayımların FM radio 



tezliklərində yayımlanması qadağa olaraq qalmışdır. 3 dekabr tarixli məqaləsində 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AA\AR işçilərini 

təxribatçı fəaliyyətdə günahlandırıb. 26 dekabr tarixində polis reyd keçirmiş və 

AA\AR -in Bakı bürosunu bağlamışdır. Reyd zamanı polis seyfi sındıraraq açmış 

və maliyyə sənədləri, kompüterlər, sərt diskləri müsadirə etmişdir. AA\AR-in 

verdiyi məlumata görə, səlahiyyətli orqanlar 27-28 dekabr həftə sonlarında Bakı 

işçilərinin bəzilərini məcburi şəkildə evindən çıxararaq onları sorğu-suala tutmuş, 

ən azı bir işçinin öz evindən çıxarkən tam şəkildə geyinməsinə imkan verməmişdir. 

Polis ardıcıl olaraq rayon müxbirlərini sorğu-sual etmişdir. 

 

 



Yerli QHT-lər ilin sonuna qədər ən azı 12 jurnalist və bloqqerin siyasi məhbus 

olduğunu hesab etmişdir. Məsələn, 19 apreldə səlahiyyətli orqanlar Zerkalo 

qəzetinin jurnalisti Rauf Mirqədirovu Türkiyədən deportasiyasından sonra həbs 

etmiş və qəsdən casusluq və dövlətə satqınlıqda ittiham olunaraq məhkəmə öncəsi 

həbsə məhkum etmişdir. Səlahiyyətli orqanlar Mirqədirovu Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə həll edilməsini təşviq edən fəaliyyətlərə cəlb olunarkən 

casusluq etməkdə ittiham etmişdir. Digər halda, 15 may tarixində səlahiyyətli 

orqanlar Bizim Yol qəzetinin jurnalisti, müstəqil xəbərlər internet səhifəni 

Moderator-un redaktoru və insan hüquqları QHT-sinin rəhbəri Pərviz Həşimlini 

silah qaçaqmalçılığına görə səkkiz illik həbsə məhkum etmişdir. Hər iki mətbuat 

vasitəsi korrupsiya və insan haqlarından sui-istifadə hallarını işıqlandırması ilə 

tanınmışdır. 

 

 

5 dekabrda səlahiyyətli orqanlar korrupsiya haqqında məlumatlarına və insan 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

hüquqlarını müdafiə etdiyinə görə yaxşı tanınmış müstəqil jurnalist Xədicə 



İsmayılovanı həbs etmiş və şəxsi özünəqəsd həddinə çatdırmaqda ittiham olunaraq 

iki ay müddətinə məhkəmə öncəsi həbsə məhkum etmişdir. Onun həbsindən iki 

gün əvvəl, dekabrın 3-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 

İsmayılova daxil olmaqla jurnalistləri hökumət əleyhinə fəaliyyətdə 

günahlandırmışdır. O, ATƏT-in İnsan Ölçüsünün İcrası Görüşündən qayıtdıqdan 

sonra səlahiyyətli orqanlar ona qarşı oktyabrda səfər qadağası tətbiq etmişdir. 

“Amnesty International” İsmayılovanı vicdan məhbusu hesab etmişdir, bir sıra 

beynəlxalq jurnalist və insan hüquqları təşkilatları onun azadlığa buraxılmasını 

tələb etmişdir.  

 

 



Səlahiyyətli orqanlar il ərzində həmçinin ölkənin aparıcı mətbuat hüquqları 

vəkilləri və təşkilatlarına da intensiv təzyiq nümayiş etdirmişdir. Beynəlxalq 

səviyyədə tanınmış mətbuat azadlığı vəkili, Reportyorların Azadlıq və 

Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov iyulun sonlarında və 

avqustun əvvəllərində insan hüquqları üzrə tanınmış digər üç vəkilin həbsindən 

sonra qorxuya düşərək avqustun ortalarında gizlənmişdir. RATİ və Media 

Hüquqları İnstitutuna (MHİ) hökumətin təzyiq göstərməsi birincinin avqust ayında 

bağlanması və ikincinin fəaliyyət çərçivəsinə əhəmiyyətli məhdudiyyətlərin 

qoyulması ilə nəticələndi. Məsələn, hökumət rəsmiləri 8 avqustda RATİ-nin ofis 

avadanlığını müsadirə etmiş və 11 avqustda ofisi möhürləmişdir.  Mətbuat azadlığı 

üzrə ATƏT nümayəndəsi və digər beynəlxalq mətbuat azadlığı müdafiəçiləri RATİ 

və onun sədri, MHİ və MHİ direktoru Rəşid Hacılı daxil olmaqla mətbuat azadlığı 

fəalları və təşkilatlarına qarşı intensivləşdirilmiş təzyiqi tənqid etmişdir. Avropa 

Şurasının insan hüquqları üzrə xüsusi səlahiyyətlisi Nils Muiznieksin məlumatına 

görə, Hüseynov polisin göstərdiyi təzyiqlər nəticəsində yüksək qan təzyiqindən 

və əvvəllər aldığı kürək nahiyəsindəki zədədən əziyyət çəkmişdir, onu müayinə 

edən həkimlər bildirmişdir ki, həbs edilərsə, Azərbaycan həbsxanasında sağ 

qalmaya bilər.  

 

 

Zorakılıq və Təzyiq: Yerli müşahidəçilər jurnalistlərə qarşı il ərzində 64 fiziki 



həmlənin olduğunu bildirmişdir. Bu həmlələrin hədəfində əsasən Azadlıq 

Radiosu, Azadlıq və Yeni Müsavat qəzetlərinin, Turan İnformasiya 

Agentliyinin və Obyektiv Televiziyasının jurnalistləri olmuşdur. 

 

Digər bir nümunədə, 21 avqustda Turan jurnalisti, Demokratiya və QHT İnkişaf 



Resurs Mərkəzinin direktoru İlqar Nəsibov Naxçıvandakı ofisində döyülmüş və 

şüursuz formada aşkar edilmişdir. Nəsibov bildirmişdir ki, bu işdə bir neçə 

cinayətkarın əli olmuşdur, lakin səlahiyyətlilər yalnız bir nəfəri – Fərid Əsgərovu 

həbs etmişdir. Hökumətyönümlü mətbuat iddia etmişdir ki, hücum içkili dostlar 

arasındakı davanın nəticəsində meydana gəlmişdir. Sentyabrın 4-də polis 

“sağlamlığa qəsdən ağır zərər vurma ilə bədənə zəif xətərlər yetirmək” ittihamı ilə 

Əsgərovun əleyhinə cinayət işi açmışdır. Sentyabr 20-də polis eyni ittihamı 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

Nəsibovun da üzərinə qoydu. Noyabrın 4 və 5-də Naxçıvan məhkəməsi həm 



Əsgərov, həm də Nəsibovun əleyhinə qaldırılan ittihamları rədd etmişdir. Nəsibova 

edilən hücum beynəlxalq qəzəbə səbəb olmuş, Aİ və digər təşkilatlar bu hücumu 

Nəsibovun insan hüquqları üzrə fəaliyyəti və yerli hökumət rəsmilərini tənqid 

etməsi ilə əlaqələndirmişdir. Aİ və digər müşahidəçilər əvvəllər Nəsibova bir neçə 

dəfə hücum edildiyini və bunların cəzasız olaraq qaldığını qeyd etmişlər. 

 

Hökumət fikir ayrılığına malik olan şəxslərə təzyiq göstərmək və bədnam etmək 



üçün mətbuatdan istifadə etmişdir. Məsələn, iyul ayında hakimiyyət müxalifət 

yönümlü Xalq Cəbhəsi Partiyasının fəalı olan Kəmalə Xəlilovanın cinsəl 

məzmunlu videosunu internetdə yaymışdır. Xəlilovanın verdiyi məlumata görə, 

hakimiyyət müxalifətçi fəaliyyətini dayandırması üçün ona davamlı şəkildə təzyiq 

göstərmişdir və o, özünün ictimai reputasiyasının ləkələnməsinə cəhd kimi bu 

videonun hakimiyyət tərəfindən yayımlandığına əmin olduğunu bildirmişdir.  

 

 

Məlumatlara görə, etiraz etməyə çalışan jurnalistlərə qarşı polis və təhlükəsizlik 



qüvvələri zorakılıq tətbiq etmiş və bəzi hallarda fiziki xəsarətlər yetirmişdir. 

Məsələn, Bakı Dövlət Universitetindəki fevral etirazı zamanı təhlükəsizlik işçisi 

Amerikanın Səsi jurnalisti Tapdıq Fərhadoğluya hücum etmişdir ki, bunun da 

nəticəsində ona təcili əməliyyat lazım olmuşdur. 29 dekabrda Bakı Apelyasiya 

Məhkəməsi səlahiyyətlilərin Fərhadoğluya hücum edən şəxs əleyhinə cinayət işinin 

açmaması barədə Fərhadoğlunun şikayətinin rədd edilməsini təsdiq etmişdir. Aşağı 

instansiyalı məhkəmənin hakimləri şahidlərin olmaması səbəbindən bu işin davam 

etdirilə bilməyəcəyi qənaətinə gəlmişdir. 

 

 

Son illərdə jurnalistlərə qarşı fiziki həmlələrə görə hər hansı polis məmurunun 



səlahiyyətli orqanlar tərəfindən saxlanıldığı barədə məlumat yoxdur. 

 

 



Jurnalistlər və mətbuat hüquqları rəhbərləri İran ruhanisi Böyük Ayatüllah Fazel 

Lənkəraninin adına fitva verdiyi jurnalist Rafiq Tağının 2011-ci ildə qətlə 

yetirilməsi üzrə və müstəqil redaktor, jurnalist Elmar Hüseynovun 2005-ci ildə 

qətlə yetirilməsi üzrə istintaqın aparılmasını tələb etməkdə davam etmişdir. 

 

 

Səlahiyyətli orqanlar bəzən jurnalistlərə sosial və çap mətbuatındakı fəaliyyətlərinə 



görə təzyiq göstərmişdir. Məsələn, jurnalist Arzu Qeybullayeva İstanbulda yerləşən 

Erməni qəzeti Agos-dakı işinə görə hədə-qorxu ilə üzləşmişdir. Azərbaycan 

xəbərlər saytı modern.az-a verdiyi müsahibəsindən sonra Qeybullayeva onun 

ermənilərlə iş birliyində vətənə satqınlıqda ittiham edilərək sosial mətbuat hədə-

qorxuları və Azərbaycan mətbuatında bir sıra düşmən mövqeli məqalələrlə 

üzləşmişdir. 

 

 

Siyasi səbəblərdən şübhəlilərin məhkəmə prosesləri də jurnalistlərə və mətbuat 



vasitələrinə hədə-qorxu gəlinməsi üçün istifadə olunmuşdur. Məlumata görə, il 

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

ərzində jurnalist və mətbuat vasitələri əleyhinə 59 məhkəmə işi qaldırılmışdır ki, 



iddiaçılar 2.5 milyon manat (($3.1 milyon) kompensasiya tələb etmiş; məhkəmələr 

nəticədə 180,000 manat (($225,000) cərimə tətbiq etmişdir. 

 

 

Müstəqil və müxalifyönümlü qəzetlərin əksəriyyətinin maliyyə vəziyyəti riskli 



olaraq qalmış və əmək haqları, vergilər, dövri məhkəmə cərimələrini ödəməkdə 

problemlər yaşamaqda davam etmişdir. Əksəriyyətinin maliyyələşməsi siyasi 

partiyalara, nüfuzlu sponsorlara və ya Dövlət Mətbuat Fonduna əsaslanmışdır. 

Müxalifyönümlü qəzet olan Azadlıq uzun zaman təzyiq altında olduqdan sonra 

maliyyə problemləri səbəbindən iyul ayının sonlarında və avqust ayının 

əvvəllərində nəşri dayandırmış, lakin nəşriyyat evinə qalan borcunun üçdə birini 

ödədikdən sonra nəşrə davam etmişdir. 31 mayda nüfuzlu müstəqil qəzet olan 

Zerkalo hakimiyyətin siyasi təzyiqləri ilə əlaqədar yaranan maliyyə çətinliyi 

səbəbindən nəşrini dayandırmışdır. 

 

 



 

Hökumət bəzi dövlət kitabxanalarının müxalifyönümlü və müstəqil qəzetlərə abunə 

olmasını qadağa etmiş, dövlət təşkilatlarının müxalifyönümlü qəzetlərdə reklam 

verməsinin qarşısını almış və özəl şirkətlərin müxalifyönümlü mətbuatda reklam 

yerləşdirməməsi üçün təzyiq göstərmişdir. Bunun nəticəsində müxalifyönümlü 

mətbuatda ödənişli reklam olmamışdır. Siyasi şərhçilər qeyd etmişdir ki, bu 

təcrübələr müxalifyönümlü və müstəqil mətbuat vasitələrinin öz jurnalistlərinə 

ödəyə biləcəyi əmək haqlarını azaltmışdır ki, bu da hökumətyönümlü mətbuat 

vasitələrinin kvalifikasiyalı kadrları öz tərəfinə çəkməsinə səbəb olmuşdur. Bundan 

əlavə, beynəlxalq mətbuatın monitorinq hesabatları göstərmişdir ki, Vergilər 

Nazirliyi məmurlarının hədə-qorxusu mətbuatın müstəqilliyini bir qədər də 

məhdudlaşdırmışdır.   

 

 

Yerli müşahidəçilərin məlumatına görə, yerli səlahiyyətlilər qəzet köşklərini 



dağıtmış və metrolarda çap materiallarının bütün növ satışına qadağa qoymuşdur, 

bu isə müxalifyönümlü və müstəqil qəzetlərin yayılmasını davamlı olaraq 

azaltmışdır. Müşahidəçilər bildirir ki, bunun üçün köşklər tikilmişdir, lakin bu 

köşklərdə az sayda iqtidaryönümlü qəzetlər satılmış və qəzet-jurnal satışından çox, 

ərzaq xidməti göstərmişdir. 

 

 



Senzura və Məzmun Qadağaları: Əksər mətbuat vasitələri özünü senzuradan 

istifadə etmiş və siyasi cəhətdən həssas olan mövzulara hökumətin 

qorxusundan toxunmamışdır. 

 

Milli Televiziya və Radio Şurası tələb edir ki, yerli, özəl televiziya və radio 



stansiyaları xaricdən gələn xəbər proqramlarını tam şəkildə yayımlamasın. 

 

 



Böhtan haqqında qanunlar\Milli Təhlükəsizlik: Böhtan cinayət pozuntusudur. 

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

Qanun böhtanla ittiham olunan şəxslərdən böyük miqdarda cərimələr tutmağa və 



üç ilə kimi həbs cəzası verməyə icazə verir. Diffamasiya da qadağandır və 100-

1,000 manat (($125 - $1,250) cərimə və altı aydan üç ilə qədər həbs ilə 

cəzalandırılır.  

 

 



İnternet Azadlığı 

 

 



Hökumət ümumən İnternetə çıxışı qadağa etməsə də və məhdudlaşdırmasa da, 

habelə onlayn məzmunu senzuradan keçirməsə də, İnternet xidmət 

provayderlərindən lisenziya almağı, Kommunikasiya və Yüksək Texnologiyalar 

Nazirliyi ilə rəsmi razılaşmalar əldə etməyi tələb etmişdir. Beynəlxalq 

Telekommunikasiya Birliyinin statistikasına görə, ölkə əhalisinin təqribən 70 faizi 

il ərzində İnternetdən istifadə etmişdir.  

Qanun internetdə böhtançılıq və təhqirə görə cərimə tətbiq edir. 

Məlumata görə, hökumət demokratiya fəallarının internet 

kommunikasiyasına nəzarət etmişdir. Məsələn, il ərzində saxlanmış və ya 

həbs edilmiş bir çox gənc fəallar hökumətin korrupsiyası və insan 

hüquqlarının internetdə pozulmasını tez-tez tənqid etmişdir. Ömər 

Məmmədovun mühakimə edilməsindən başqa, hakim dairələr digər iki 

Facebook fəalını – Elsevər Mürsəlli və Əbdül Ədilovu narkotik maddə 

saxlamaqda ittiham edərək onları 2 aprel və 27 mayda müvafiq olaraq beş 

il və beş il yarım həbsə məhkum etmişdir. 3 iyulda apelyasiya məhkəməsi 

Mürsəlli prezidenti dəstəklədiyini bəyan etdikdən sonra onun 

məhkumluğunu iki ilə azaltdı. Mürsəlli əfv edilmiş və 17 oktyabrda 

azadlığa buraxılmışdır. Freedom on the Net –in 2013-cü il üzrə illik 

hesabatında Freedom House əsas texniki qadağaların olmadığını qəbul 

etmiş, lakin “internet üzərindən fikrini bildirənlərin dövlət tərəfindən 

daha çox təzyiqə, hədə-qorxuya və cəriməyə tuş gəldiyini” müşahidə 

etmişdir.  

 

 

 



Freedom House həmçinin 2012-2013-cü illərdə müxalifyönümlü internet səhifələrin 

artdığını qeyd etmişdir. Müxalifətə və bəzi müstəqil QHT internet səhifələrinə olan 

hücumların inkar edilməsi barədə məlumatlar daxil olmuşdur. Məsələn, 

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunda olduğu kimi, müxalifət qəzeti 

olan Azadlıq, xəbər portalı Contact.az və AA\AR-ın internet səhifələri hücumlara 

məruz qalmışdır. Naxçıvanda internet səhifələrin blok edilməsi daha geniş yayılıb.   

 

 

Akademik azadlıq və mədəniyyət tədbirləri 



 

 

Hökumət bəzi hallarda təhsil azadlığını məhdudlaşdırmışdır.  



 

 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

Bəzi yerli müşahidəçilər hökumətin dövlət tərəfindən maliyyələşdirilən xaricdə 



təhsil proqramlarına iştirakçıların seçilməsi siyasətindən və seçim zamanı siyasi 

mənsubluğun nəzərə alınması ilə bağlı öz narahatlıqlarını ifadə etmişdir. Hökumət 

bu məlumatı inkar etmiş və seçim prosesinin şəffaf olduğunu iddia etmişdir.  

 

 



Müxalifət partiyalarının üzvləri məktəb və universitetlərdə müəllim kimi iş 

tapmağın çətin olduğunu bildirmişdir. Hakim dairələr əvvəlki illərdə dövlət təhsil 

müəssisələrində çox tanınan müxalifət partiyası üzvlərini işdən azad etmişdir. 

QHT-lərin məlumatına görə, yerli icra hakimiyyəti orqanları, məsələn, mədəniyyət 

tədbirlərini qadağa etməklə azsaylı xalqların mədəniyyətini nümayiş etdirməsinin 

qarşısını almışdır 

 

b. Sərbəst Toplaşma və Birləşmə Azadlığı  

 

Qanunla toplaşma azadlığı təmin etsə də, hökumət bu hüququ məhdudlaşdırmışdır. 



Hökumət bəzən güc tətbiq etməklə və etirazçıları həbs etməklə sərbəst etiraz və 

toplaşmalara öz reaksiyasını bildirmişdir. Məsələn, 20 fevralda Bakı Dövlət 

Universitetinin yüzlərlə tələbəsi inzibati dəyişikliklərə etiraz etmək üçün toplaşmış, 

polis isə dörd nəfəri saxlamışdır. Növbəti gündəki gərginlik etirazçı Hüseyn 

Novruzlunun polis tərəfindən həbs olunması və döyülməsi ilə nəticələnmişdir. 

Məlumata görə, polis etirazı dayandırmaq üçün zor güc tətbiq etmiş və bir neçə 

tələbəni sorğu-suala çəkilməsi üçün polis idarəsinə aparmışdır. 

 

 



Konstitusiya müvafiq hökumət orqanını əvvəlcədən məlumatlandırmaqla sərbəst 

toplaşmanı təmin etsə də, hökumət bu müddəanı əvvəlcədən icazə almağa dair tələb 

kimi təfsir etməkdə davam etmişdir. Bakının tanınmış ərazilərinə metro və avtobusla 

rahat gediş-gəlişin olmasına baxmayaraq, yerli rəsmilər bütün yürüşlərin əvvəlcədən 

təsdiq edilməsini və əsasən əlverişsiz yerlərdə keçirilməsini tələb etmişdir. Əksər 

siyasi partiya və QHT-lər bu tələbləri qeyri-məqbul hesab etmiş və konstitusiyaya 

uyğun olmadığını bildirmişdir. Ölkənin hər yerində səlahiyyətli orqanlar toplaşmaq 

azadlığını inkar edərək planlaşdırılmış ictimai yürüşləri qəbul etməkdən imtina 

etmişdir.  

 

 



Qanun nalayiq hərəkətlərə görə üç ay, polisə müqavimət göstərməyə görə bir ay 

inzibati həbs cəzasına icazə verir. Məhkəmə qaydasına (o cümlədən cərimə 

ödəməmək) riayət etməyən şəxslər 500 manatdan 1,000 manata qədər (($625 - 

$1,250) cərimələnir və bir aya qədər inzibati həbs cəzasına məhkum edilir. 

 

 

Birləşmə azadlığı 



 

 

Konstitusiya birləşmə azadlığını təmin edir, lakin bu hüquqa qanunla müəyyən 



məhdudiyyətlər qoyulur və il ərzində edilən dəyişikliklər QHT-lərin fəaliyyətini 

məhdudlaşdırmışdır. Bu dəyişiklikləri etməklə hakimiyyət QHT-lərin 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

fəaliyyətlərinə dair bir sıra cinayət-axtarış tədbiri həyata keçirmiş, bank 



hesablarını dondurmuş və yerli kadrlara hədə-qorxu gələrək bəzilərini həbsə 

atmışdır. Bu tədbirlər ən azı üç ofisin rəsmi olaraq bağlanması və təxminən 30 

QHT-nin fəaliyyətlərinin dayandırılması ilə nəticələnmişdir  

(bax bölmə 5). 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

 

 



Bir çox sayda hüquqi müddəalar mövcuddur ki, bunlar hökumətin siyasi 

partiyaların, dini qrupların, biznes qurumlarının və QHT-lərin fəaliyyətlərini 

nizamlanmasına imkan verir, o cümlədən QHT-lərin “hüquqi şəxs” statusunu 

almaq istədikləri halda onların Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb 

edir. Qanun qeydiyyatla bağlı müraciətin daxil olmasından sonra 30 gün ərzində 

baxılmasını tələb etsə də (əlavə araşdırma tələb olunduğu hallarda əlavə 30 gün), 

qeyri-müəyyən, çətin və qeyri-şəffaf qeydiyyat prosedurları vətəndaşların 

birləşmək hüququnu məhdudlaşdırmaqla uzun gecikmələrin yaranması ilə 

nəticələnmişdir. Digər qanunlar da QHT filiallarında rəhbər xarici vətəndaş olduğu 

təqdirdə, müavinin mütləq Azərbaycan vətəndaşı olması tələbini irəli sürməklə 

birləşmək azadlığına məhdudiyyət qoyur. Hakimiyyət orqanları müntəzəm olaraq 

adının tərkibinə “insan hüquqları”, “demokratiya”, “institut” və “cəmiyyət” sözləri 

daxil olan QHT-lərin ərizələrini qeydiyyata almaqdan imtina etmişlər.     

 

Qrant və ianələrin alınmasına təsir edən qanunlar nağd ianələr alan QHT-lər 



üzərində de-fakto qadağa qoymuş və QHT-lərin anonim ianələr almalarını və 

yaxud ümumi cəmiyyətin özündən müəyyən töhfələrdən faydalanmalarını 

demək olar ki qeyri-mümkün etmişdir. 

 

 



Fevral ayında Prezident QHT-lər, qrantlar, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı 

inzibati məcəllə və qanunlarda bir sıra düzəlişləri təsdiq etmişdir ki bunlar da 

QHT-lərin fəaliyyətləri üzərində yeni məhdudiyyətlər qoymuş və qeydiyyatdan 

keçməmiş, müstəqil və xarici QHT-lər üçün bir çox sayda imkanları qapatmışdır. 

Bu düzəlişlər qeydiyyatdan keçməyən və xarici QHT-ləri məcburi olaraq 

bağlanma riski altında qoymuş, potensial fəal və donorların vətəndaş cəmiyyəti 

təşkilatlarına qoşulmamaları və dəstəkləməmələri ilə bağlı hədələyərək, onları 

fikirlərindən daşındırmış və QHT-lərin qeydiyyatdan keçməmiş yerli qruplara və 

yaxud QHT-lərin fərdi rəhbərlərinə qrant vermək imkanlarını məhdudlaşdırmışdır.    

 

 



May ayında hakimiyyət orqanları bir çox sayda yerli və beynəlxalq QHT-lərin 

fəaliyyətləri və yerli idarəçiliyi ilə bağlı geniş miqyasda istintaq işlərinə başlamışdır. 

Bu istintaq prosesi təbii resursların idarə edilməsində şəffaflıq və insan hüquqları 

üzərində köklənmiş görkəmli müstəqil təşkilatları, həmçinin Azərbaycanlılara yardım 

edən beynəlxalq təşkilatları əhatə etmişdir. Nəticə olaraq ən azı üç təşkilat öz işçilərini 

davamlı təzyiqə və perspektiv olaraq həbs cəzasına məruz qalmaqdan qorumaq üçün 

bağlanmışdır.  Verilən məlumatlara əsasən, hakim orqanlar il ərzində onlarla QHT-

nin bank hesabını, həmçinin bir çox sayda təşkilat rəhbərinin şəxsi hesablarını 

dondurmuşdur. Yerli və beynəlxalq QHT-lər cinayət istintaq hallarını, həbsləri, 

bank hesablarının bağlanması və digər təzyiq tədbirlərini ölkə üzrə görülməmiş, 

vətəndaş cəmiyyəti üzərində sərt ölçülərin tətbiqi kimi qiymətləndirmişlər (bax 

Fəsil 5). 

 

 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

Yerli QHT-lərə yardımları daha da məhdudlaşdıran düzəlişlərin parlament 



tərəfindən təsdiqi və noyabrın 16-dan etibarən qüvvəyə minməsi ölkədə ciddi 

rezonans doğurmuşdur. Bu düzəlişlər əsasında qrantların və təşkilatların mümkün 

onlayn qeydiyyatı üçün zəmin yaransa da, donor təşkilatlar həm də hökumətdə 

qeydiyyatdan keçməlidirlər. 18 noyabr tarixinə verilən məlumatlara görə təxminən 

30 QHT fəaliyyət göstərmək iqtidarında olmadıqlarına görə fəaliyyətlərini 

dayandırmışlar.   

 

Hökumət 2009-cu ildə ölkədə fəaliyyət göstərmək istəyən xarici QHT-lərdən saziş 



imzalamalarını və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmələrini tələb edən 

qanunla bağlı 2011-ci ilin qaydalarını icra etməkdə davam etmişdir. Ölkədə öz 

filialını qeydiyyatdan keçirmək istəyən xarici QHT-lərdən “Azərbaycan əhalisinin 

milli və mədəni dəyərlərini” dəstəkləmələrini nümayiş etdirmələri, dini və siyasi 

təbliğata cəlb olunmayacaqları ilə bağlı öhdəliyi üzərilərinə götürmələri tələb 

olunur. Fərman qeydiyyat proseduru ilə bağlı hər hansı vaxt məhdudiyyəti irəli 

sürmür və xarici QHT-ni qeydə almaqla bağlı qərar vermək üçün səmərəli şəkildə 

hökuməti qeyri-məhdud səlahiyyətlərlə təmin edir. 1 noyabr tarixinə görə 2013 və 

2014-cü illər ərzində bu qaydalar çərçivəsində heç bir xarici QHT ölkədə 

qeydiyyatdan keçə bilməmişdir.   

 

 

Ədliyyə Nazirliyi bildirmişdir ki, onlar bu il ərzində 74 QHT-ni qeydiyyata almış 



və heç bir qeydiyyat müraciətini geri çevirməmişlər. Bəzi ekspertlərin 

hesablamalarına görə təxminən 1000 QHT qeydiyyatsız qalmışdır.  

 

 


Yüklə 492,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin