c. Din Azadlığı
www.state.gov/religiousfreedomreport/
linkindən Dövlət Departamentinin
Beynəlxalq Dini Azadlıq Hesabatına Nəzər salın.
d. Hərəkət Azadlığı, Məcburi Köçkünlər, Qaçqınların və Vətəndaşlığı olmayan
Şəxslərin Müdafiəsi
Qanun ölkə daxili hərəkət, xaricə səyahət, emiqrasiya və repatriasiya ilə bağlı
azadlıq təmin etmiş olsa da, hökumət bəzi hallarda xüsusən istintaqa cəlb
olunmuş vətəndaş cəmiyyəti fəalları olmaqla, hərəkət azadlığını
məhdudlaşdırmışdır.
Hökumət məcburi köçkünlər, qaçqınlar, geri qayıdan qaçqınlar, sığınacaq
axtaranlar, vətəndaşlığı olmayan şəxslərin və digər əlaqədar şəxslərin müdafiə
olunması və onlara yardımların təmin edilməsində BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı (BTM QAK) və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir.
Dövlət Miqrasiya Xidməti qaçqınların statusunun təyin edilməsi daxil olmaqla,
qaçqınlarla bağlı bütün məsələlərə görə cavabdehlik daşımışdır. Beynəlxalq QHT-
lər bu xidmətin səmərəsiz olaraq qaldığını və şəffaf şəkildə fəaliyyət göstərmədiyini
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
bildirməkdə davam etmişlər.
Xaricə səyahət: Əvvəlki illərdən fərqli olaraq hakimiyyət orqanları daha çox sayda
vətəndaş cəmiyyəti fəallarının ölkədən kənara çıxmasının qarşısını almışlar.
Məsələn, 28 aprel tarixində səlahiyyətli orqanlar Sülh və Demokratiya İnstitutunun
Direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusovun konfransda iştirak
etmək üçün Bruselə getmələrini qadağan etmiş və pasportlarını alaraq onları 24
saat saxlamışdır. Hakimiyyət orqanları bu qadağanı casusluqda ittiham olunan
jurnalist Rauf Mirqədirovun istintaq işi ilə əlaqəli olduğunu bildirmişlər.
Hakimiyyət orqanları həmçinin avqustun 2-də həbs edilməsindən öncə İnsan
Hüquqları Klubunun sərdi Rəsul Cəfərovun da ölkə ərazisindən kənara çıxmasına
qadağa qoymuşlar.
5 avqust tarixində hakimiyyət orqanları tanınmış fəal və Reportyorların Azadlığı və
Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynovun Türkiyədə tibbi müalicə
alması üçün səfər etməsinə icazə verməmişlər.
3 sentyabr tarixində səlahiyyətli orqanlar həmçinin gənc fəal və ikili ABŞ və
Azərbaycan vətəndaşlığı olan Səid Nurinin ölkədən kənara çıxmasına mane
olmuş, 11 sentyabr tarixində isə ona ölkəni tərk etməyə icazə verilmişdir. 10
noyabr tarixində bloqqer Mehman Hüseynovun ATƏT-in konfransında iştirak
etməsi üçün ölkəni tərk etməsinə icazə verilməmişdir. Noyabr ayında rəhbər
orqanlar tədqiqatçı jurnalist Xədicə İsmayılovanın Helsinki Komissiyasının
dinləmələrində şahidlik etməsi üçün ölkə xaricinə səfər etməsini qadağan etmişlər.
Hökumət 2006-cı ildən bəri pasportunu yeniləməkdən imtina etməklə Xalq Cəbhəsi
Partiyasının sədri Əli Kərimlinin xaricə səfərlərinin qarşısını almışdır. Bu imtinanın
zəmini kimi hökumət 1994-cü ildən bəri ona qarşı həll olunmamış cinayət xarakterli
şikayətin olduğunu göstərmişdir, hərçənd şikayət verildikdən sonra bir neçə halda
heç bir etiraz olmadan Kərimlinin pasportu yenilənmişdir. Məhkəmə sisteminin
bütün səviyyələri onun şikayətini geri çevirmişlər. 2009-cu ildə Kərimli şikayətini
AİHM-yə təqdim etmiş və bununla bağlı ilin sonuna kimi dinləmə keçirilməmişdir.
Hərbi çağırış yaşına çatmış kişilərin qanuna əsasən xaricə səfər etməzdən öncə hərbi
qurumlarda qeydiyyatdan keçməsi tələb olunur. Ali təhsil almaq istəyən oğlanlar öz
təhsillərini tamamlamaq üçün möhlət götürə bilərlər. Hərbi xidmətlə bağlı qanunda
tələbələr və yaxud aspirantlarla bağlı möhlətlər göstərilməsə də, hərbi idarələr
ümumi olaraq universitetdə qeydə alınma ilə bağlı illik olaraq sübutun təqdim
edilməsi əsasında bu cür möhlətləri təmin etmişlər. Milli təhlükəsizlik
məlumatlarına çıxışı olan bəzi hərbi işçilər üçün müəyyən səyahət məhdudiyyətləri
müəyyən edilmişdir.
Cinayət törətməkdə ittiham olunan və yaxud törətmiş və şərti töhmət cəzası alan
şəxslərə də ölkədən kənara çıxmağa icazə verilməmişdir.
Rəsmi hökumət siyasəti ilə etnik Erməni əsilli vətəndaşlara səyahət etmək imkanı
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
verilsə də, verilən məlumatlara görə aşağı instansiyalarda fəaliyyət göstərən
məmurlar rüşvət istəmiş və yaxud pasport üçün müraciət edən ermənilərə
incitmişdir.
Məcburi Köçkünlər
İlin birinci yarısı üçün BMT QAK ölkədə 161 560 ailəni təmsil edən 622 892
məcburi köçkünün olması ilə bağlı hesabat vermişdir. Bunların da böyük
əksəriyyəti Dağlıq Qarabağ konflikti nəticəsində 1988-ci və 1993-cü illər ərzində
öz evlərini məcburi şəkildə tərk etməli olmuşlar.
İlkin olaraq məcburi köçkünlərdən yaşayış yerlərini səlahiyyətli orqanlarda
qeydiyyatdan keçirmələri tələb olunurdu və onlar yalnız təsdiq edilmiş ərazilərdə
yaşaya bilərdilər. Sovet İttifaqının dağılmasından sonra rəsmi olaraq dayandırılan
bu “propiska” qeydiyyat sistemi əsas etibarilə separatistlərin Dağlıq Qarabağ və
Azərbaycanın digər yeddi rayonu üzərində nəzarəti ələ almalarından sonra evlərini
tərk etməyə məcbur olan şəxslərə qarşı tətbiq olunurdu. Hökumət bunu onunla
əsaslandırır ki qeydiyyat məcburi köçkünlərə yardım göstərilməsi məqsədi ilə
onların izini itirməmək üçün lazım olmuşdur.
Məcburi Köçkünlərin Monitorinq Mərkəzinin verdiyi məlumata əsasən Bakıda
məskunlaşmış məcburi köçkünlərin əksər hissəsi yaşayış yerində qeydiyyatdan
keçə bilməmiş və yaxud rəsmi məşğulluq, hökumət yardımları, səhiyyə
xidmətləri, təhsil və yaxud təqaüdlərdən yararlana bilməmiş və əmlak alan zaman
çətinliklə üzləşmişlər.
Kifayət qədər məcburi köçkün həddən çox sayda insanın yaşadığı kollektiv
mərkəzlərdə yaşamağa davam edir ki, bu yerlərdə onlar məhdud məşğulluq
imkanları və yoxsulluğun yüksək səviyyəsi nəticəsində cəmiyyətdən kənar
qalmışlar. Qanun tələb edir ki, məcburi köçkünlər yaşadıqları rayonlarda
qeydiyyatdan keçməlidirlər və qeydiyyatda məcburi köçkün statusunun alınması
zəruridir. Məcburi köçkünlərin yaşadığı müvəqqəti qeydiyyat ölkə daxilində
miqrasiyanı məhdudlaşdırmır.
Hökumətdən verilən məlumata əsasən il ərzində məcburi köçkünlərə yardım
məqsədi ilə 630 milyon manat (787, 5milyon ABŞ dolları) ayrılmışdır. BMT QAK-
dan bildirilmişdir ki, il ərzində hökumət 4450 ailəni evlə təmin etmişdir ki, bunlar
da təxminən 22000 adamı əhatə edir. Mənzillər ilkin olaraq Abşeron və Mingəçevir
rayonlarında təmin edilmişdir.
Qaçqınların Müdafiə olunması
Sığınacaq əldə etmə imkanı: Qanun sığınacağın təmin edilməsi və yaxud qaçqın
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
statusunun verilməsinə imkan verir və hökumət Dövlət Miqrasiya Xidmətində
Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi vasitəsilə bəzi qaçqınların
müdafiəsini təmin etmək üçün sistem yaratmışdır. BMT QAK müəyyən
irəliləyişlərin olduğunu qeyd etsə də, ölkədəki qaçqın statusunu müəyyən edən
sistem beynəlxalq standartları qarşılamır.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə il ərzində ailə üzvləri daxil
olmaqla, 399 nəfərin adından qaçqın statusunun alınması üçün 202 nəfər şəxs
müraciət etmişdir.
BMT QAK ilin sonu olaraq ölkədə 1667 nəfəri (BMT QAK-ın mandatı ilə
tanınan qaçqınlar, sığınacaq axtaranlar və mandat altına düşən şəxslər) tanımış
və onları BMT QAK-ın müdafiə məktubları ilə təmin etmişdir.
Mənbə/Tranzit Ölkənin Təhlükəsizliyi: BMT QAK-ın verdiyi məlumata əsasən,
ölkə Çeçenistanda baş vermiş konfliktlə əlaqədar olaraq oradan köçmək istəyən
Rusiya vətəndaşlarına milli sığınacaq prosedurlarından istifadə etməyə imkan
verməmişdir. Bununla belə, BMT QAK qeyd etmişdir ki, ölkə Çeçenistandan olan
sığınacaq axtaran şəxslərə qarşı tolerantlıq nümayiş etdirmiş və onlara müdafiə və
humanitar yardımların təmin edilməsində BMT QAK-ın rolunu qəbul etmişdir.
Əsas Xidmətlərdən İstifadə İmkanı: Ölkədə hesablamaya əsasən 1000 nəfər
qaçqının sosial xidmətlərdən istifadə imkanı yoxdur.
Vətəndaşlığı olmayan şəxslər
Uşaqlar doğulduqları ölkənin və yaxud valideynlərinin vətəndaşlığını
götürürlər. Qanun vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq üçün müraciət
etmək hüququnun olduğunu irəli sürsə də, bəzi şəxslər bu müraciət üçün tələb
olunan sənədləri əldə edə bilməmiş və buna görə də rəsmi olaraq statusları
tanınmamışdır. Vətəndaşlıqla bağlı qanun əcnəbilər və vətəndaşlığı olmayan
şəxslərin vətəndaşlıq almasını çətinləşdirir.
BMT QAK-dan verilən məlumatlara əsasən ölkədə 2009-cu ildə aparılmış milli
siyahıya alma prosesində 3585 nəfər özünü vətəndaşlığı olmayan kimi təqdim
etmişdir. Dövlət Miqrasiya Xidmətindən bildirilmişdir ki, 375 nəfər vətəndaşlığı
olmayan şəxs vətəndaşlıq almaq üçün müraciət etmişdir. Dövlət Miqrasiya
Xidməti 96 nəfər vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq vermiş, 83 nəfərə
müvəqqəti yaşamaq üçün icazə, 50 nəfərə daimi yaşamaq üçün icazə və bir
vətəndaşlığı olmayan şəxsə isə işləmək üçün icazə təqdim etmişdir. Vətəndaşlığı
olmayan şəxslərin böyük əksəriyyəti Gürcüstan və yaxud İrandan olan etnik
Azərbaycanlılar olmuşdur. QHT-lər əmindirlər ki, sənədsiz vətəndaşlığı
olmayan şəxslərin sayı çoxdur və bu rəqəm yüz nəfərdən on min nəfərə kimi
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
dəyərləndirilir.
Əsas etibarilə vətəndaşlığı olmayan şəxslər hərəkət azadlığı hüququndan istifadə
edə bilmişlər. Qanunla vətəndaşlığı olmayan şəxslərə tibbi xidmətlər və
məşğulluq kimi ilkin hüquqlardan istifadə imkanları sərgilənir. Buna
baxmayaraq bəzi hallarda vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun
olmaması onların bu hüquqlardan istifadələrinə maneələr yaratmışdır.
Bölmə 3. Siyasi Hüquqlara Hörmət: Vətəndaşların öz Hökumətlərini Dəyişmək
Hüququ
Konstitusiyada vətəndaşlara azad və ədalətli seçki yolu ilə öz hökumətlərini dəyişmək
imkanı tanınsa da, hökumət seçki prosesinə müdaxilə etməklə bu imkanı
məhdudlaşdırmağa davam etmişdir. Qanun müstəqil parlamentin olması üçün zəmin
yaratmış olsa da, Milli Məclisin müstəqil fəaliyyəti məhdudlaşdırılmış və onun icraçı
orqandan müstəqil şəkildə qanunvericilik təşəbbüsü az olmuşdur.
Seçkilər və Siyasi Həyatda İştirak
Son Seçkilər: 2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkiləri beynəlxalq
standartları qarşılamamışdır. ATƏT-in Demokratik Institutlar və İnsan Hüquqları
Bürosu və ATƏT-in Parlament Assambleyasının 2013-cü ilin oktyabr ayında ilkin
aşkar edilmiş faktlar və seçkinin nəticələri ilə bağlı müştərək bəyanatlarında ölkənin
ATƏT qarşısında olan öhdəliklərini tam şəkildə qarşılaması üçün tələb olunan ciddi
çatışmazlıqlar vurğulanmışdır. Seçki günündə ATƏT/DİİHB müşahidəçiləri seçki
qutusunun doldurulması, müşahidə edilmiş seçki məntəqələrinin 58 faizində səslərin
sayılması ilə bağlı ciddi problemlər və qəbul edilmiş səslərin sayını qeydə ala
bilməmək kimi prosedurla bağlı qanun pozuntularını müşahidə etmişlər. Seçki
günündən öncə ATƏT/ DİİHB –dən verilən məlumata əsasən hökumət siyasi mühiti
sıxışdırmışdır ki, bu da azad və ədalətli seçki rəqabəti üçün zəruri olan yığışma,
birləşmə və ifadə azadlıqları kimi əsas azadlıqları məhdudlaşdırmışdır. Hakimiyyət
orqanları müntəzəm olaraq mətbuat və vətəndaş cəmiyyətinə müdaxilələr etmiş, 23
günlük kampaniya ərzində bəzən və yaxud ondan öncə müəyyən hallarda güc tətbiq
etməklə dinc aksiyaları və mitinqləri pozmuş və bir çox sayda müxalif və gənc
fəalları həbs etmişdir. Nə seçki administrasiyası, nə də məhkəmə orqanları
şikayətlərlə bağlı effektiv həll yolu təmin etməmişdir. Seçki Monitorinq və
Demokratik Araşdırmalar Mərkəzi (SMDAM) kimi etibarlı QHT-lər oxşar
çatışmazlıqlarla bağlı məlumat vermişlər.
SMDAM-ın verdiyi məlumata əsasən 2013-cü ilin oktyabr ayında seçkidən sonra
şikayətlərə baxılması prosesində Mərkəzi Seçki Komissiyasının bir üzvü istisna
olmaqla məhkəmə və digərləri lazımi qaydada iştirak etməmişdir. SMDAM
həmçinin müşahidə etmişdir ki, Konstitusiya Məhkəməsi seçkidən sonrakı
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
araşdırmaların tamamlanması üçün təyin olunmuş son tarixdən dörd gün öncə
seçkinin nəticələrini qəbul etmişdir. ATƏT/ DİİHB özünün 2013-cü ilin dekabr
ayında nəşr etdiyi yekun seçki hesabatında eyni qüsurların olduğunu
vurğulamışdır.
2013-cü ilin oktyabr ayının sonlarında SMDAM-ın seçki sonrası tənqidi
hesabatının ardınca hakim orqanlar bu qrup və onun tərəfdaşı olan Beynəlxalq
Könüllülər Kooperasiyası İctimai Birliyinə qarşı vergidən yayınma və digər
ittihamlar əsasında cinayət işi açmışdır. Yerli və beynəlxalq insan hüquqları üzrə
təşkilatlar iki SMDAM rəsmisinin, sədr Anar Məmmədli və icraçı direktor Bəşir
Süleymanlının 26 may tarixində müvafiq olaraq beş il yarım və üç il yarım həbs
cəzası almasını sadəcə təşkilatların düzgün seçki monitorinq hesabat təqdim
etmələri ilə əlaqələndirmişlər (5-ci bölməyə nəzər salın).
Hakimiyyət orqanları seçki kampaniyası ərzində bəzi konstruktiv addımlar
atmışdır ki, bunlara müxalifətin vahid namizədi olan Cəmil Həsənlinin qeydiyyata
alınması, müxalifətin kampaniya çərçivəsində bəzi mitinqlərinə icazələrin
verilməsi, ATƏT/DİİHB-in seçkiyə müşahidə etmək üçün dəvət olunması qərarı
və seçki üçün səmərəli texniki hazırlıq işləri daxildir.
Siyasi Partiyalar və Siyasi Həyatda İştirak: Qeydiyyatdan keçmiş partiyaların sayı
50 olsa da, hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq etməyə
davam etmişdir. Yerli müşahidəçilər bildirmişlər ki, hakim partiyanın üzvü olmaq
dövlət vəzifələrində üstünlüyün verilməsi kimi bir çox üstünlükləri təmin edir.
Ölkənin müstəqillik əldə etməsindən sonra ilk dəfə Milli Məclisə 2010-cu il
seçkilərindən sonra Müsavat və Xalq Cəbhəsi müxalifət partiyalarından heç kim
daxil olmamışdır.
Müxalifət nümayəndələri digər vətəndaşlarla müqayisədə rəsmi təzyiq və əsassız
şəkildə həbs və nəzarət altında saxlanma hallarına daha çox məruz qalmışlar.
Yerli QHT-lərin siyasi məhbuslarla bağlı müştərək siyahılarına əsasən bir çox
sayda siyasi məhbus və məhkumlar müxalifət partiyası və yaxud hərəkatının
üzvləri olmuşdur. Məsələn 13 yanvar tarixində rayon məhkəməsi Müsavat
Partiyası sədrinin müşaviri Yadigar Sadıqovu xuliqanlıqda ittiham edərək altı il
həbs cəzası vermişdir. 22 iyul tarixində apelyasiya məhkəməsi bu qərarı dörd ilə
azaltmışdır. Yerli media və QHT-lər bu ittihamları Sadıqovun regionda müxalif
fəaliyyətləri və hökuməti tənqid etməsi ilə əlaqələndirmişlər. Həmçinin belə
müşahidələr olmuşdur ki, aid olduqları partiyadan istefa vermələrinin əvəzində
hakim orqanlar həbsdən daha erkən çıxarılma kimi təkliflərlə müxalifət partiyası
üzvlərinə təzyiq göstərmişlər.
Rayon partiya üzvləri çox zaman öz toplantılarının məqsədlərini gizlətmələri
olmuş və onları uzaq yerlərdə keçirmişlər. Müxalifət partiyasının üzvləri
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
bildirmişlər ki, polis çox zaman çay evlərində kiçik toplantıları dağıtmış və
iştirakçıları sorğulamaq üçün həbsə almışlar. Müxalifət partiyaları ofis yeri
kirayələməkdə çətinlik çəkməyə davam etmişlər, verilən məlumatlara əsasən
bunun səbəbi ofis sahibləri rəsmi olaraq cəzalanmaqdan qorxmalarıdır, bəzi
partiyalar partiya liderinin mənzilindən fəaliyyət göstərmişlər. 3 mart tarixində
baş verən partlayış nəticəsində Xalq Cəbhəsi Partiyasının ofisi dağıdılmışdır ki,
partiyanın sədri Əli Kərimli hakim orqanları bilərəkdən partiyanı ofisindən
çıxarmağa cəhd etməkdə günahlandırmışdır.
Qadınların və Azlıqların İştirakı: Milli Məclisdə 19 qadın fəaliyyət göstərir. Bir
qadın nazir səviyyəsində vəzifəyə malik olmuşdur. Talışlar, Avarlar, Ruslar və
Yəhudilər kimi azlıqların nümayəndələri də Milli Məclisdə və hökumətdə təmsil
olunmuşlar.
Bölmə 4. Korrupsiya və Hökumətdə Şəffaflığın Olmaması
Qanun vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına görə cərimələr nəzərdə tutur,
lakin hökumət bu qanunu səmərəli şəkildə tətbiq etmir və vəzifəli şəxslər çox
zaman cəza almadan korrupsiya hallarına cəlb olunurlar. Aşağı səviyyədə
korrupsiya halları ilə mübarizədə hökumət müəyyən irəliləyişlər əldə etsə də,
yüksək səviyyədə korrupsiya problem olaraq qalmaqdadır. “Transparency
İnternational” və digər müşahidəçilər korrupsiyanı il ərzində geniş yayılmış bir hal
kimi təsvir etmişlər.
Korrupsiya: İqtisadiyyatın əksər qeyri-neft sektorlarında mövcud olan
monopoliyaların əsas benefisiarlarının bəzi yüksək vəzifəli şəxslərin ailələrinin
olması ilə bağlı məlumatlar gəlməkdə davam etmişdir. Bir neçə sayda yüksək
rütbəli vəzifəli şəxsin ittiham edilməsinə baxmayaraq, rəhbər orqanlar il ərzində
rüşvətxorluq və idarəçilikdə korrupsiyanın digər formaları ilə bağlı müəyyən
cinayət işlərinə başlamışlar. Müstəsna hallardan biri kimi Hərbi Dəniz Qüvvələri,
Vitse Admiral Şahin Sultanovun pulların mənimsənilməsi və saxtakarlıq
ittihamları ilə 23 aprel tarixində nəzarət altında saxlanması ilə bağlı qərar verilmiş
və o, mart ayında Prezident tərəfindən azadlığa buraxılmışdır. 25 dekabr tarixində
hərbi məhkəmə onun nəzarət altında saxlanması qərarını ev həbsi ilə əvəz etmişdir.
5 may tarixində korrupsiya ittihamı ilə verilmiş üç il həbs cəzasının altı ayını
çəkdikdən sonra Bakı apelyasiya məhkəməsi parlamentin keçmiş üzvü Gülər
Əhmədovanı şərti cəza ilə azadlığa buraxmış, onun üç dəfə parlamentə seçilmiş
olması, sosial və siyasi fəaliyyətləri, sağlıq durumu, himayəsində az yaşlının
olması və bu ittihamın onun ilk cinayət işi olması faktları əsas kimi göstərilmişdir.
Əhmədovanın 2005-ci ildə parlamentdə yer üçün bir milyon dollar məbləğində
rüşvət əldə etməyə cəhd etməsi kameraya çəkilmişdir.
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
Hökumətdə korrupsiya halları ilə mübarizə aparmaq istəyən bəzi insan haqları
müdafiəçiləri və jurnalistlərinin hakimiyyət orqanlarının hədəfində olması ilə bağlı
davamlı məlumatlar təqdim edilmişdir. Məsələn, insan hüquqları müdafiəçiləri
tanınmış vəkil Əliabbas Rüstəmovun rüşvət alma ittihamı ilə nəzarət altında
saxlanması halını əsas etibarilə onun həbsindən öncə hökumətin yüksək
səviyyəsində korrupsiyaya qarşı prezidentə ictimai şəkildə müraciət etməsi ilə
əlaqələndirirlər.
Hüquq mühafizə işçiləri arasında korrupsiya problem olaraq qalmışdır, hərçənd ki
yerli QHT-nin verdiyi məlumata əsasən yol polisləri az məbləğdə rüşvət almağa
cəhd etmişlər. Əmək haqlarının aşağı olması polis səviyyəsində korrupsiya
hallarının olmasına yol açmağa davam etmişdir.
Daxili İşlər Nazirliyi məlumat vermişdir ki, ilin ilk doqquz ayı ərzində korrupsiya
ilə bağlı 48 halla əlaqədar olaraq 78 işçisinə qarşı intizam tədbiri görmüş, 35 nəfəri
təşkilatdan çıxarmış və 28 nəfəri öz vəzifəsindən kənarlaşdırmışdır. Bu halların heç
birində hər hansı bir şəxs istintaqa cəlb olunmamışdır.
Geniş yayılmış fikirlərdən biri də ondan ibarətdir ki, 18 yaşdan 35 yaşa kimi kişilər
məcburi olan hərbi xidmətdən yayınmaq üçün rüşvət ödəyə bilər. Vətəndaşlar
həmçinin əmindirlər ki, kiçik rüşvət ödənişləri ilə hərbçilər öz təyinatlarını sadə
hərbi vəzifələrə dəyişə bilərlər.
Prezident və prezident administrasiyası dövlət inzibatçılığının daha aşağı
səviyyələrində korrupsiya hallarını azaltmaq məqsədi ilə əsaslı şəkildə
ictimailəşdirilən proqramın icrasına davam etmişlər. Hökumət İctimai Xidmətlər və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi olan altı “ASAN” xidmət mərkəzi
yaratmışdır ki, bunlar da doğum şəhadətnamələri, evlilik haqda şəhadətnamələrinin
verilməsi kimi doqquz nazirliyin təmin etdiyi dövlət xidmətlərinin göstərildiyi
vahid mərkəz kimi fəaliyyət göstərir.
Baş Prokurorluğun daxilində olan Korrupsiyaya qarşı Mübarizə İdarəsi il ərzində
333 şəxsin məhkəməyə cəlb olunmasını ehtiva edən 206 işi qeydə almışdır. KMİ
cinayət halları nəticəsində əldə edilmiş gəlirlərin geriyə bərpa olunmasına səy
göstərir, tövsiyələr verir və korrupsiyaya şərait yaradan halları aradan qaldırmaq
üçün məcburi təlimatlar təqdim edir.
Ədliyyə Nazirliyində, verilən məlumata əsasən, 68 işçiyə qarşı nizam intizam
tədbiri götürülmüşdür. Səkkiz nəfər işdən çıxarılmış, 22 nəfərin vəzifəsi
kiçildilmiş, 12 nəfərə xəbərdarlıq edilmiş və 26 nəfərə isə töhmət verilmişdir.
Maliyyə Açıqlamaları: Qanun tələb edir ki, vəzifəli şəxslər maliyyə vəziyyətləri ilə
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
bağlı hesabat təqdim etməlidirlər və seçki məcəlləsinə əsasən bütün namizədlər
maliyyə hesabatlarını təqdim etməlidirlər. Hesabatların təqdim edilməsi prosesi
mürəkkəbdir və qeyri-şəffafdır, burada Korrupsiyaya Qarşı Mübarizə İdarəsi,
parlamentin şöbələri, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası daxil olmaqla
qəbul edicilər kimi təyin edilmiş bir neçə sayda agentlik və təşkilatlar daxildir,
hərçənd ki onların monitorinq rolu düzgün anlaşılmır. Bu hesabatlar ictimaiyyət
üçün açıq deyil. Qanun uyğunsuzluğa görə inzibati sanksiyalar irəli sürsə də, bu
sanksiyalar tətbiq edilməmişdir.
Qanun biznes təsisçilərinin adlarının və kapital sərmayələrinin məbləğinin ictimai
olaraq açıqlanmasını qadağan edir. Tənqidçilər iddia edirlər ki, qanuna edilən
dəyişikliklər jurnalistlərin hökumət rəsmilərinin biznes maraqlarını
araşdırmalarını cilovlamaq cəhdidir və informasiyalara ictimaiyyətin çıxışını
azalda bilər.
İnformasiyanın ictimaiyyət üçün açıqlığı: Qanunla fərdlər və təşkilatlara
hökumətlə bağlı informasiyalara çıxış təmin edilsə də, hökumət çox zaman bu
çıxışa icazə vermir. Nazirliklərdə məlumatların əldə edilməsi ilə bağlı
prosedurların mövcud olması iddiaları önə sürülsə də, müxtəlif nazirliklər bu cür
informasiyaların onlarda olmadığını bildirərək, müntəzəm olaraq bu cür
müraciətlərdən imtina etmişlər. Fərdlər bu imtinalarla bağlı məhkəməyə şikayət
etmək hüququna sahib olsalar da, məhkəmələr ümumilikdə nazirliklərin qərarını
qüvvədə saxlayır.
Dostları ilə paylaş: |