Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi
Qarabağ münaqişəsi — Azərbaycan və Ermənistan arasında Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır.27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 1750-ci ildə Qarabağ xanlığı yaradılır. 14 may 1805-ci ildə Qarabağ xanlığı Rusiya dövlətinin himayəsini qəbul edir. 1823-cü ildə ilk rəsmi siyahıyaalmaya görə, Dağlıq Qarabağ ərazisində yaşayan 18563 ailədən yalnız 1559-u və ya 8,4%-i erməni ailələridir. 1827-ci ildə Qafqaz Arxeoqrafiq Komissiyasının aktına əsasən Qarabağın Dağlıq hissəsində 12 min ailə yaşayırdı ki, bunlardan da yalnız 2,5 mini qeyri-müsəlmanlar idi. 1828–1830-cu illərdə Türkmənçay müqaviləsinə əsasən İrandan 40 min, Türkiyədən 84 min nəfər erməni köçürülərək, İrəvan və Yelizavetpol (indiki Gəncə) qəzalarında yerləşdirilir. Gəncə qəzasına göndərilənlərin çoxu indiki Ağdərə rayonu ərazisinə yerləşdirilir. 1832-ci ildə Dağlıq Qarabağ ərazisində köçürmələr nəticəsində ermənilərin sayı 34,8%-ə çatdırılır. 1886-cı ildə "Qafqaz təqvimi" məcmuəsində göstərilir ki, Zəngəzur mahalında azərbaycanlılar 45,7%, ermənilər 24,8%, digər millətlər isə 29,5% təşkil edir.1905-ci ilin fevral ayında erməni terror təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayırlar, 50 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilir. 1905-ci ildə erməni dəstələri Şuşanın azərbaycanlılar yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə qədər azərbaycanlı ödürülür, 20-ə qədər ev yandırılır. 1905-ci il dekabrda Əhməd bəy Ağaoğlunun başçılığı altında "Difai" (Müdafiə) təşkilatı yaradılır. 1905-ci il 26 dekabrda Ağdərə rayonunun 500 nəfərlik Umudlu kənd sakinləri Ağdama pənah apararkən yolda Avram Hampanın dəstəsi tərəfindən qətlə yetirilirlər. 1906-cı ilin iyul ayında erməni silahlıları ikinci dəfə Şuşaya hücum edirlər. 1918-ci ildə İrəvan quberniyasının 4 mahalında 199 Azərbaycan kəndi dağıdılır, 135 min nəfər azərbaycanlı didərgin salınır. 1918-ci il 17 martda Urmiya şəhərində erməni terrorçuları 10 min nəfərdən artıq azərbaycanlını qətlə yetirirlər. Həmin tarixdən başlayaraq bir ay ərzində Urmiya, Salmas, Xoy, Maku, Şərəfxan və digər yerlərdə 100 mindən artıq adam öldürülür. 1918-ci il 18 martda Şamaxı qəzasının 53 kəndində ermənilər 8 min 27 nəfəri, o cümlədən 4190 kişi, 2560 qadın, 1277 uşağı qətlə yetirmişlər. Həmin ayın sonuna qədər öldürülənlərin sayı 12 min nəfərə çatdırılır. 1918-ci il mart ayından aprelə kimi Bakı şəhərində ermənilər tərəfindən 18 min azərbaycanlı qətlə yetirilir və bu hadisələr tarixdə Mart soyqırımı kimi qalır. 1918-ci il 1–9 mayda Quba qəzasında 122 kənd dağıdılır, 2800 nəfər azərbaycanlı öldürülür. 1918-ci il 29 mayda Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir. 1918-ci ilin yay və payız aylarında Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi ermənilər tərəfindən dağıdılır, 7729 azərbaycanlı öldürülür.1919-cu il 29 yanvarda Qarabağ general-qubernatorluğu yaradılır. 1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir. 1923-cü il 7 iyulda Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa [[Dağlıq Qarabağ Muxtar Vilayəti|muxtar vilayətstatusu verilir. 1923-cü il 18 sentyabrda Xankəndinin adı "Stepanakert" adlandırılır. 1929-cu il 18 fevralda Moskva rəhbərliyinin qərarı ilə [[Naxçıvan Muxtar Respublikası]]na məxsus olan 657 km² ərazi — Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.1930-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır. 1938-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.28 noyabr 1945-ci ildə Ermənistan rəhbəri Harri Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. 1947–1953-cü illərdə Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycana köçürülür.1965-ci ildə Xankəndində yaşayan M.Hovenesyan 13 nəfər erməninin imzası ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə məktubu SSRİ Ali Sovetinə göndərir. 1967-ci ilin iyun-avqust aylarında Dağlıq Qarabağın Xocavənd rayonunun Kuropatkin kəndində erməni Benikin uşağı yoxa çıxır, sonra isə onun meyidi Ələmşah Mustafayevin briqadasına məxsus olan sahədən tapılır. Bu hadisəyə görə briqadir Ələmşah, direktor Ərşad, kənd sakini Zöhrab həbs olunurlar. Bu şəxslərin günahı sübut olunmadığına görə məhkəmə işi yenidən istintaqa qaytarılır. Lakin ermənilər yolda həbsxana maşınını saxladır, onu çevirir, hər üç nəfəri öldürür, sonra da yandırırlar. Az sonra sübut olunur ki, uşağı öz dayısı öldürüb.1969-cu ildə Xankəndidə "Qarabağ" mehmanxanasının eyvanından qumbara atılır, üç azərbaycanlı yaralanır. 1969-cu ildə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir. 1982-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qayınaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir. 1985-ci ilin dekabr ayında Daşnaksütyun partiyasının Afinada keçirilən XXII qurultayı "Böyük Ermənistan" uğrunda mübarizəni genişləndirmək qərarını qəbul edir. 1986-cı ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.1987-ci ildə akademik Abel Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1987-ci il iyun-iyul aylarında rmənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci il oktyabr ayında İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. 1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.