http://www.amu.edu.az
31 may 2014-ъц ил
2
u
Mayın 26-da Böyük
Elmi Şuranın növbəti
yığıncağı keçirildi. Yığıncağı
universitetin rektoru,
millət vəkili, akademik
Əhliman Əmiraslanov
açaraq gündəlikdə duran
məsələləri diqqətə çatdırdı.
Bundan
sonra
“Azərbaycan
Tibb Universitetində 2013/2014-
cü tədris ilində Buraxılış Dövlət
Attestasiyasına və yaz semest-
rinin imtahan sessiyasına ha-
zırlığın vəziyyəti, imtahanların
mütəşəkkil keçirilməsində kollek-
tivin vəzifələri” barədə universi-
tetin tədris işləri üzrə prorektoru,
professor Sabir Əliyevin məruzəsi
dinlənildi.
Əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan və Prezident
İlham Əliyev tərəfindən uğur-
la davam etdirilən Azərbaycan
təhsilində hazırda böyük inkişaf
mərhələsinin başlandığını deyən
Sabir Əliyev bildirdi ki, artıq 3-cü
ildir universitetdə kredit sistemi ilə
təhsil alan tələbələrin imtahanları
rektorluğun bu məqsədlə yarat-
dığı 222 yerlik 2 imtahan zalında
kompyuter vasitəsilə test üsulu ilə
aparılır. Perspektivdə müalicə-
profilaktika və hərbi tibb fakültəsinin
daha 2 kursunda imtahanların bu
üsulla aparılacağı nəzərə alınaraq
cari tədris ilində istifadəyə verilmiş
Tədris Cərrahiyyə Klinikasında 108
yerlik daha 2 zal istifadə üçün ha-
zırlanmışdır.
Universitetimizdə çalışan pro-
fessor-müəllim heyəti, tələbələr,
magistrlər, rezident və dokto-
rantlar, tədris-köməkçi və texniki
işçilərin də ölkənin ictimai-siyasi
həyatında baş verən yeni keyfiyyət
dəyişikliklərində yaxından iştirak
etdiyini söyləyən prorektor həkim-
mütəxəssis, həkim, hərbi həkim və
feldşer, əczaçı kadrların hazırlan-
masına xüsusi diqqət yetirildiyini
vurğuladı.
S.Əliyev tibb təhsilinin yaxşılaş-
dırılması məqsədilə qarşıya qoyul-
muş vəzifələri müvəffəqiyyətlə icra
etmək üçün universitet rektorluğu,
tədris hissəsi, dekanlıqlar və ka-
fedralarımızın əvvəlki illərdə oldu-
ğu kimi 2013/2014-cü tədris ilinin
yaz semestrində də əllərindən
gələni etməyə çalışdıqlarını dedi.
Şura üzvlərinin nəzərinə çatdır-
dı ki, kafedraların maddi-texniki
bazasının yaxşılaşdırılması ilə
bərabər, tələbələrin sosial həyatını
da diqqətdən qaçırmırıq.
O, tələbələrin dərsə davamiy-
yətini gündəlik diqqətdə saxlamaq
məqsədilə tədris binalarında və
klinik bazalarında vaxtaşırı apa-
rılan reydlərin nəticələrinə toxu-
naraq qeyd etdi ki, tələbələrin
dərsə davamiyyəti dekanlıqların
və rektorluq şurasının bütün ic-
laslarının müzakirə predmeti ol-
muş, ayrı-ayrı fakültələrin elmi
şuralarında semestr ərzində bir
neçə dəfə müzakirəyə çıxarıl-
mış və üzürsüz dərsburaxmanın
mini muma endirilməsi üçün əmə-
li tədbirlər həyata keçirilmiş-
dir. Ümumilikdə universitetdə
tələ bələrin
dərsə
davamiyyəti
qənaətbəxşdir. Birmənalı demək
olar ki, cari tədris ilinə qədər kre-
dit sistemi ilə təhsil alan kurslar-
da dərsburaxma problemi yox
idi. Lakin keçən tədris ilindən bu
sistemlə təhsil alan tələbələr belə
Əsasnamənin imkan verdiyi həddə
qədər - fənn üzrə 30%-ə qədər
dərs buraxmağa başlamışlar. Cari
tədris ilinin yaz semestrindən
Nazirlər Kabineti tərəfindən “Ali
təhsil müəssisələrinin bakalavri-
at və magistratura səviyyəsində
kredit sistemi ilə tədrisin təşkili
Qaydaları” təsdiq olunmuş və bu
Qaydaların 3.2.23-cü bəndinə
əsasən “fənn üzrə ayrılmış audito-
riya saatlarının 25 faizdən çoxun-
da iştirak etməyən tələbə həmin
fəndən imtahana buraxılmır” və
beləliklə 30 faizlik hədd 25 faizə
endirilmişdir.
Yeni
Qaydalarin
tətbiqi ilə əlaqədar olaraq “Kredit
sistemi ilə təhsil alan tələbələrin
biliyinin qiymətləndirilməsi haq-
qında” Əsasnamənin (Təhsil Na-
zirliyinin 11.09.2008-ci il tarixli
1060 nömrəli əmri ilə təsdiq edil-
miş) 4-cü bəndində rektorun əmri
ilə dəyişiklik edilmişdir. Tələbə
semestr ərzində fənn üzrə bütün
dərslərdə iştirak etdiyi hallarda ona
10, fənn üzrə dərsburaxma 8 %-ə
qədər olduqda 9, 8-16-%-ə qədər
olduqda 8, 8-25 %-ə qədər olduq-
da 7 bal verilir. Fənn üzrə ayrılmış
auditoriya saatlarının 25 %-dən ço-
xunda iştirak etmədiyi halda tələbə
imtahana buraxılmır.
Klassik üsulla təhsil davam
edən fakültə və kurslarda isə
bu məsələdə müəyyən narahat-
çılıq vardır. Dəfələrlə müzakirə
obyektinə çevrilməsinə baxmaya-
raq, bir sıra kafedralarımızda öz
işinə məsuliyyətlə yanaşmayan
müəllimlərin tədris apardığı ayrı-
ayrı qruplarda tələbələrin dərsə
gecikməsi xroniki hala çevrilir ki,
bu da istər müəllim, istərsə də
tələbə tərəfindən məsuliyyətsizliyə
gətirib çıxarır. Bu haqda istehsa-
lat müşavirələrində də dəfələrlə
məsələ qaldırılmışdır.
Tələbələrin dərsburaxma halla-
rı fakültə və universitet rəhbərliyi
tərəfindən ciddi nəzarətdə sax-
lanılmış və universitetdaxili ni-
zam-intizamı
pozan
tələbələr
ciddi cəzalandırılmışdır. Belə ki,
semestr ərzində çox dərs buraxan
2 nəfər öz xahişi ilə universitetdən
xaric edilmiş, 4 nəfərə akademik
məzuniyyət, 100-dən çox tələbəyə
isə töhmət verilmişdir.
Daha sonra 2013/2014-cü tədris
ilinin yaz semestrinin imtahan ses-
siyasını və fakültələr üzrə buraxılış
Dövlət Attestasiyasını mütəşəkkil
keçirmək məqsədilə universitetdə
imzalanan müvafiq əmrləri şərh
edən natiq keçən tədris ilindən
başlayaraq kredit sistemi ilə
təhsil alan tələbələrin imtahan-
larının universitetdə yaradılmış
Virtual Test Mərkəzinin köməyi ilə
mərkəzləşdirilmiş test şəklində
aparıldığını dedi. Eyni zamanda
imtahan testlərinin ekspertizası və
qəbulunda bəzi dəyişikliklərin apa-
rıldığını deyən prorektor fakültələr
və kurslar üzrə universitet rektoru-
nun təsdiqlədiyi imtahan-məqbul
şəbəkəsini də diqqətə çatdırdı.
Çıxışında
istehsalat
müşa-
virələrinə də kifayət qədər yer ayı-
ran S.Əliyev həmin iclaslarda ka-
fedralarımızı və tələbələri narahat
edən bir sıra məsələlərin müzakirə
olunduğunu söylədi və sonda im-
tahanların mütəşəkkil qaydada
keçirilməsi üçün professor-müəllim
heyətinin bu məsul və çətin işin
öhdəsindən layiqincə gələcəyinə
əminliyini bildirdi.
Kafedra müdirləri Eldar Qasımov,
Mirzə Kazımov, Rafiq Çobanov,
Amalya Əyyubova və İsfəndiyar
İsmayılov çıxışlarında hesaba-
tı qənaətbəxş qiymətləndirərək
bu sahədə qazanılan uğurlardan,
həmçinin mövcud çətinliklərdən
söhbət açdılar.
Məruzə və çıxışlarda səs-
lə nən
fikirlərə
yekun
vuran
Ə.Əmiraslanov müzakirə olunan
məsələnin vacibliyini önə çəkərək
bildirdi ki, kredit sisteminə keçidlə
əlaqədar fikir ayrılığının olma-
sı, yeni təkliflərin irəli sürülməsi
təbiidir. Onu da qeyd etdi ki, uni-
versitetin maddi-texniki bazasının
güclənməsinə rəğmən tədrisin
keyfiyyəti, müəllimlərin tədrisə
münasibəti hələ də qənaətbəxş de-
yil. İmtahanların gedişində əvvəllər
rast gəlinən neqativ halların baş-
qa müstəvidə təkrarlanmasından
təəssüfləndiyini dilə gətirən rektor
nöqsanlara göz yuman kafedra
müdirlərinə qarşı barışmaz möv-
qe tutacağını vurğuladı: “Bir ildən
sonra praktiki olaraq imtahanların
aparılmasındakı yeni qaydalar bü-
tün fakültələrə və kurslara şamil
ediləcək. Şübhəsiz ki, ideal bir sis-
tem yoxdur, istər tədrisdə, istərsə
biliyin
qiymətləndirilməsində
hər hansı bir yeni üsulun da ça-
tışmayan cəhətləri olur. Ancaq
müqayisədə test üsulu ilə bili-
yin qiymətləndirilməsi hələlik ən
obyektiv üsuldur. Əlbəttə, yeni
sistemə münasibət də bir mənalı
deyil. Hətta bəziləri yenidən köhnə
qaydaya qayıtmağın tərəfdarıdır.
Biz isə universitet kollektivi olaraq
artıq bu yolu seçmişik. İmtahan-
larda biliyin qiymətləndirilməsində
mənə elə gəlir ki, heç bir problem
yoxdur. Virtual Test Mərkəzi quru-
lub, get-gedə də təkmilləşir, çatış-
mayan cəhətlər ortadan götürülür.
Bu mərkəz qapalı bir sistemə çev-
rilibdir. Müdaxilə etmək imkanları
minimuma endirilib. Təəssüf ki,
bəzi kafedralarda köhnə qayda-
ların həsrətini çəkənlər universi-
tet rəhbərliyinin neqativ halların
kökünün kəsilməsinə yönəldilmiş
tədbirlərini pozmağa çalışırlar.
Heç kəs fikirləşməsin ki, biz onla-
rı görmürük. Mən həmin kafedra
müdirlərini yaxşı tanıyıram, adları-
nı da çəkə bilərəm. Düşünürəm ki,
hərə öz payını götürüb lazımi nəticə
çıxardacaq. Üzümü onlara tutub
deyirəm ki, s iz bu işləri davam
etdirməklə dövlətin, hökumətin,
cənab
Prezidentin
apardığı
siyasətin əleyhinə gedirsiniz. Res-
publikada korrupsiyaya qarşı necə
ciddi mübarizə aparıldığını yaxşı
bilirsiniz. İnanıram ki, bu insan-
lar yanlış yoldan çəkinəcəklər.
Əks təqdirdə barələrində çox sərt
tədbirlər görüləcək”.
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə öz işini
yekunlaşdırdı.
Arif MƏMMƏDLİ
“2013/2014-cü tədris ilində Buraxılış Dövlət Attestasiyasına və yaz
semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, imtahanların
mütəşəkkil keçirilməsində kollektivin vəzifələri” müzakirə olunub
Fotolar Cənnətalı Çingizindir
BÖYÜK ELMİ ŞURADA
31 may 2014-ъц ил
http://www.amu.edu.az
3
“Enactus” - Azərbaycan Respubli-
kası Gənclər və İdman Nazirliyinin
dəstəyi ilə həyata keçirilən sosial
-iqtisadi layihə yarışmasıdır. Hər
il ənənəvi olaraq universitet ko-
mandaları arasında Milli Yarış ke-
çirilir. Yarışmada ölkənin bir çox
universitetləri öz layihələrini təqdim
edir və qalib gələn komanda ölkəni
təmsil etmək üçün Dünya Kubokuna
yollanır.
Universitetimiz ilk komandası 2007-
ci ildə milli seçimdə qalib gələrək
ölkəmizi Nyu-Yorkda, Dünya Kubo-
kunda təmsil etmişdi. 3 illik fasilədən
sonra 2010-cu ildə yenidən qurulan
komandamız, 2011-ci ildə Milli Yarış-
da 3-cü yeri qazandı. Növbəti il isə
eyni komanda Milli Yarışda birincili-
yi əldə edərək 2012-ci ilin 29 sent-
yabr - 2 oktyabr tarixlərində ölkəmizi
ABŞ-ın Vaşinqton şəhərində Dünya
Kubokunda təmsil etmişdi.
Qeyd edək ki, 2015-ci ildə
keçiriləcək Milli Yarışın qalibi Cənubi
Afrika
Respublikasında
(CAR)
Azərbaycanı təmsil edəcək.
Komandaya üzv olmaq üçün
şərtlər:
• İngilis dili biliyi (minimum
intermediate səviyyəsi)
• MS office proqramlarında işləmək
bacarıqları (Word, Power Point,
Excell)
• Natiqlik, səlis danışıq qabiliyyəti
*Arzu olunan bacarıqlar: sosial
fəaliyyət və İT biliklər.
Komandaya üzv olmaq istəyənlər
8 iyun tarixinə qədər CV formaları-
nı və özləri haqqında qısa yazını (və
ya motivasiya məktubunu) sarkhan.
shukur@gmail.com elektron ünvana
göndərə bilərlər.
Daha ətraflı məlumat üçün Tələbə
Həmkarlar İttifaqı Komitəsinin otağı-
na yaxınlaşa bilərsiniz.
ATU-nun rektoru, millət vəkili,
akademik Əhliman Əmiraslanov 2014-
cü ilin bakalavr, magistr və ali tibb
təhsilinin baza tibb təhsili üzrə dövlət
attestasiya komissiyasının rəhbərliyi
və üzvləri ilə görüşüb.
Rektor Ə.Əmiraslanovun attestasiya
komissiyasının sədrləri ilə görüşündə
ATU-nun
prorektorları
və
tədris
şöbəsinin əməkdaşları iştirak ediblər.
160-a yaxın komissiya üzvlərinin iş-
tirak etdiyi digər görüşdə attestasi-
ya imtahanlarının təşkili, qaydaları,
məzunların hazırlıq dərəcəsinin təhsil
standartının tələblərinə uyğunluğunun
kompleks şəkildə qiymətləndirilməsinə
dair müzakirələr aparıldı. Akademik
Əhliman Əmiraslanov dövlət attestasi-
yası nəticələrinə görə məzuna müvafiq
dərəcə və diplomun verilməsi haqqında
qərar çıxarılmasının şəffaflığı, komissiya-
nın işinin nəticələri əsasında mütəxəssis
hazırlığının
təkmilləşdirilməsi
üzrə
tövsiyələrin işlənilməsi haqda müvafiq
göstərişlər verdi.
ATU-nun I müalicə-profilaktika, II
müalicə-pro filaktika, pediatriya və hərbi
tibb fakültələrinin son kurs tələbələri
arasında attestasiya imtahanları adi
üsulla keçirilir. Tibbi profilaktika və tib-
bi biologiya, stomatologiya və əczaçılıq
fakültələrinin məzunları isə kredit siste-
mi ilə təhsil aldıqları üçün test üsulu ilə
kompyuterlə imtahandan keçəcəklər. Bu
zaman Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 1060 saylı 11.09.2008- ci il
tarixili əmri ilə təsdiqlənmiş “Kredit sis-
temi ilə təhsil alan tələbələrin biliyinin
qiymətləndirilməsinin
çoxballı
siste-
mi haqqında müvəqqəti Əsasnamə”də
göstərilən şərtlər əsas götürülür.
Qeyd edək ki, “Təhsil haqqında” Qanuna
uyğun olaraq ali təhsil müəssisələrində
tələbələrin ayrı-ayrı əsas ixtisas fənləri
üzrə yekun və buraxılış yekun dövlət at-
testasiyasından keçirilməsi məcburidir.
Bu, ali təhsil müəssisəsində müvafiq
baza təhsil proqramları üzrə təşkil olun-
muş dövlət attestasiya komissiyaları
tərəfindən həyata keçirilir.
Azərbaycan Tibb Universiteti
(ATU)
Türkiyədən
növbəti
qonaqları qəbul edib. ATU-nun
rektoru, millət vəkili, akademik
Əhliman
Əmiraslanov
tibb
sahəsində nüfuzlu “Elsevier”
və Gemini LTD şirkətlərinin
təmsilçiləri ilə görüşüb.
Akademik
Əhliman
Əmiraslanov
bu
şirkətlərin təqdim etdiyi
xidmətlərin çox faydalı
olduğunu, Azərbaycan
Tibb
Universitetinin
səhiyyə
sahəsindəki
yeniliklərlə daim maraq-
landığını və modern tex-
nologiyaların tətbiqinə
çalışdığını bildirib. Rek-
torun sözlərinə görə,
tibb sahəsində elm
adamlarının tədqiqatlarını daha uğurla
aparması üçün belə proqramların fay-
dası çoxdur.
Gemini Büro sistemləri və Dona-
tım LTD-nin təmsilçisi Özlem Ta-
nırgan təqdim olunan məhsulların
Türkiyədə çox populyar olduğunu,
yerli universitetlərin tibb fakültələrində
istifadə olunduğunu söyləyib.
“Elsevier” ClinicalKeyTM şirkətinin
meneceri Atilla İkinci təqdim olunan
ClinicalKey sağlamlıq araşdırmala-
rına yeni bir yanaşmanı təklif etdiyini
bildirib. Onun sözlərinə görə, təqdim
olunan axtarış sistemi səhiyyənin və
cərrahiyyənin bütün bölmələrini əhatə
edir. Bu proqram həkimlərin işinin
sürətləndirməsi, elm adamlarının daha
dolğun araşdırma aparmasına imkan
yaradır.
ATU-nun
beynəlxalq
əlaqələr
şöbəsinin rəhbəri Rəhimə Qabulova
Tibb Universitetinin klinikalarında artıq
bu cür sistemlərin tətbiq olunduğunu
bildirib. Onun fikrincə, belə proqramlar
tibb işçilərinin, elm adamlarının elekt-
ron qaynaqlara çatmasını daha da
asanlaşdırır.
Qeyd edək ki, qonaqlar Tədris Tera-
pevtik Klinikada “ClinicalKey tibb ba-
zası” mövzusunda təqdimat keçiriblər.
Qeyd olunub ki, “Elsevier” elm və
səhiyyə sahəsində informasiya-tex-
nologiya həllərini təqdim edən ən bö-
yük qurumlardan biridir. Bu şirkətin
təqdim etdiyi ClinicalKey axtarış siste-
mi özündə 2200 jurnal, 25 min adda
kitab, sorğu kitabçalarını birləşdirir.
Gemini Büro sistemləri və Dona-
tım LTD isə universitetlər də daxil
olmaqla bir çox təhsil və səhiyyə
müəssisələrində elektron kitabxana-
lar quraşdırır. Gemini LTD Türkiyədə
UpToDate, MD Consult, Brill Online,
British Standarts Online, Library Press
Display, Beck Online, Duke University
Press, MyiLibrary kimi önəmli yayım-
çıların təmsilçisidir. Bu şirkət 16 ildir
ki, 3M firmasının kitabxanalar üçün
nəzərdə tutulmuş məhsullarının sa-
tışını həyata keçirir. İndiyə kimi 210-
dan artıq kitabxana üçün 3M kitab
təhlükəsizliyi sistemini qurub.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) biologiya
və tibb elmləri bölməsinin
akademik katibi, akademik Əhliman
Əmiraslanovun iştirakı ilə bu
bölmənin ümumi geniş yığıncağı baş
tutub. Toplantıda AMEA Rəyasət
Heyəti üzvləri də iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ATU-
nun rektoru, akademik Əhliman
Əmiraslanov iclasda “Tibb” ixtisası
üzrə AMEA-nın müxbir üzvlüyünə
keçirilən seçkilər haqqında məlumat
verdi. Ə.Əmiraslanov bu yerlərə Tibb
Universitetindən olan namizədlərin
kimliyini açıqlayaraq bu alimlərin
ATU-nun
Böyük
Elmi
Şurası
tərəfindən dəstəkləndiyini bildir-
di. Tibb Universitetinin rektorunun
sözlərin görə, namizədlər AMEA
tərəfindən yaradılmış xüsusi komissi-
ya tərəfindən qiymətləndiriləcək.
Daha
sonra
AMEA
müxbir
üzvlüyünə Tibb Universitetindən olan
namizədlər çıxış edib özlərinin elmi
fəaliyyəti, əldə etdikləri nailiyyətlərlə
bağlı ətraflı məlumat verdilər.
ATU tərəfindən AMEA biologiya və
tibb elmləri bölməsinə namizədlikləri
dəstəklənən alimlər sırasında ATU-
nun
oftalmologiya
kafedrasının
müdiri, tibb ü.e.d. Paşa Musayev
(Qəlbinur) var. Onun kəşf etdiyi “Ak-
tipol” preparatı bu günə qədər dünya-
da istifadə olunan ən effektli antivirus
dərmanlarından biridir.
Növbəti çıxış edən namizədlər
ATU-nun I cərrahi xəstəlikləri kafed-
rasının müdiri, qaraciyər transplan-
tasiyası, cərrahi və terapevtik hepa-
tologiya, laparoskopik cərrahiyyə,
ümuni və onkoloji cərrahiyyə üzrə
mütəxəssis, professor Nuru Bayra-
mov (Avropa Hepatoloqlar Cəmiyyəti,
Beynəlxalq Qastroenteroloqlar və On-
koloji Cərrahlar Cəmiyyəti və digər
qurumların üzvü, 215 elmi əsərin
müəllifi), ATU-nun histologiya və
embriologiya kafedrasının professo-
ru Habil Muradov (243 elmi işin, 187
elmi məqalənin müəllifi, Elmin İn-
kişaf Fondunun maliyyələşdirdiyi 3
qrant müsabiqəsinin qalibi), ATU-nun
əczaçılıq fakültəsinin dekanı, əczaçılıq
ü.e.d. professor, Prezident yanında Ali
Attestasiya Komissiyasının üzvü Ta-
hir Süleymanov və ATU-nun ağız və
üz-çənə kafedrasının professoru Çin-
giz Rəhimov oldular. Çingiz Rəhimov
elmi-praktik
fəaliyyətinin
əsas
istiqamətləri həmçinin, ağız və üz-
çənə nahiyələrinin şiş xəstəliklərinin
diaqnostika və müalicəsi haqqında da-
nışdı.
Qeyd edək ki, AMEA-nın müxbir
üzvlüyünə olan yerlərin müəy yən-
ləşdirilməsi üçün seçkilərin nəticəsi
gələn ay bəlli olacaq.