http://www.amu.edu.az
31 may 2014-ъц ил
4
Mayın 2-də Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 91-
ci ildönümünə həsr olunmuş Azərbaycan
Tibb Universiteti rezidentlərinin 2-ci elmi-
təcrübi
konfransı
keçirilib.
Konfrans
iştirakçıları əvvəlcə ulu öndər Heydər
Əliyevin universitetin foyesindəki büstünün
önünə əklil qoyub və gül dəstələri düzüblər.
Sonra ATU-nun böyük akt zalında davam
edən tədbirdə Azərbaycan Respublikasının
dövlət himni səsləndirilib.
Konfrasın açılışı zamanı giriş nitqi söyləyən
universitetin rektoru, millət vəkili, akademik
Əhliman Əmiraslanov tədbir iştirakçılarını sa-
lamlayaraq ulu öndər Heydər
Əliyevin Azərbaycan elminin və
təhsilinin himayədarı olduğunu,
bu sahədə çalışanlara, xüsusilə
səhiyyə
işçilərinə
həmişə
diqqət və qayğı göstərdiyini
xatırladıb.
Bildirib
ki,
Azərbaycanda səhiyyənin inki-
şafı, universitetin maddi-texniki
bazasının möhkəmləndirilməsi
və ölkəmizdə tibb kadrlarının
hazırlanması məhz ulu öndərin
adı ilə bağlıdır.
ATU-nun
klinikalarının
ümummilli lider Heydər Əliyevin böyük qay-
ğısı sayəsində yaradıldığını söyləyən rek-
tor onun layiqli davamçısı Prezident İlham
Əliyevin dəstəyi ilə inşa olunmuş universite-
tin çoxprofilli tədris-terapevtik və cərrahiyyə
klinikalarının ən müasir avadanlıqlarla təchiz
olunduğunu, məhz maddi-texniki bazanın
möhkəmləndiriməsi nəticəsində rezidentlərlə
işləməyin asanlaşdığını diqqətə çatdırıb.
Rezidentlərin
elmi-praktiki
konfransının
əhəmiyyətindən danışan rektor bu sistemə ke-
çidin asan olmadığını vurğulayıb: “Əvvəllər re-
zidenturanın özü bizim üçün bir xəyal idi və ça-
lışırdıq ki, Azərbaycanda rezidentura sisteminə
keçilsin. Mane olan əsas səbəblərdən biri
“Təhsil qanunu”nda rezidenturanın nəzərdə tu-
tulmaması idi. Yeni “Təhsil qanunu” qəbul olu-
nandan sonra rezidentura sisteminə keçdik.
Ənənəvi internatura sistemi özünü doğrultma-
dı. Şübhəsiz ki, bir il ərzində yaxşı mütəxəssis
hazırlaya bilməzdik. Rezidentlərimizin ilk el-
mi-praktiki konfransı ulu öndərimiz Heydər
Əliyevin 90 illiyinə həsr olundu. Çünki həmişə
Azərbaycanda yüksək ixtisaslı həkim kadrları-
nın hazırlanmasına ciddi fikir verən ulu öndərin
arzusu idi ki, rezidenturaya tez keçək. Bu, tibb
sahəsində yüksək ixtisaslı mütəxəssis ha-
zırlamaq üçün bütün dünyanın, Amerikanın,
Avropanın qəbul elədiyi bir yoldur. Ölkəmizdə
2011-ci ildən etibarən ali tibb təhsili əsasında
həkim mütəxəssislərin hazırlanması məqsədi
ilə rezidenturaya qəbul Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən aparılır. Hazır-
da ATU-da 38 ixtisas üzrə rezidenturada 390
nəfər təhsil alır. Rezidentlərin elmi hazırlığına
da xüsusi diqqət yetirilir. Klinikalarda bütün
laboratoriya və diaqnostik
kabinetlər elmi araşdırma
aparmaq istəyən rezidentlərin
ixtiyarına verilib.
Hesab edirik ki, rezidentlər
yüksək ixtisaslı mütəxəssis,
həkim kimi hazırlanmaqla
yanaşı, elmi tədqiqat işlərinə
də cəlb olunmalıdır. Material-
lara baxdım. Beynəlxalq konf-
ransların təlabatına cavab
verən səviyyədədir, çox yaxşı
hazırlanıb. Gələcəkdə Azərbaycanın başqa
klinikalarının rezidentlərini də bu konfranslara
cəlb etmək lazımdır”.
Rezidentlərdə elmi vərdişlər aşılamağın
vacibliyinə toxunan Ə.Əmiraslanov reziden-
tura haqqında əsasnamədə də elmi-tədqiqat
işləri ilə məşğul olmağa heç bir məhdudiyyətin
qoyulmadığını deyib. Başlıca məqsədi bu
istiqamətdə rezidentlərin qabiliyyətini üzə çı-
xarmaq olan konfransın işinə uğurlar arzulayıb.
Konfransa sədrlik edən universitetin elmi işlər
üzrə prorektoru, professor İbrahim İsa-
yev də yüksək ixtisaslı mütəxəssis ol-
maq arzusu ilə universitetimizə qəbul
olunmuş rezidentlərin elmi tədqiqat
işlərinə cəlb edilməsini yüksək
qiymətləndirib. II elmi-təcrübi konf-
ransın gündəliyində duran məsələləri
diqqətə çatdıraraq bu gün çıxış edən
hər bir rezidentin gələcəkdə aparıcı
mütəxəssis, alim kimi yetişəcəyinə
inandiğinı söyləyib.
Bundan sonra plenar məruzələrin
təqdimatına başlanılıb. Plenar iclas-
da rezidentlərin tibbin müxtəlif sahələri üzrə
məruzələri dinlənilib və müzakirələr aparılıb.
Konfrans işini bölmə iclaslarında davam et-
dirib.
İki gün davam edən konfransda yekun nitqi
söyləyən universitetin elmi işlər üzrə prorekto-
ru, professor İbrahim İsayev bu cür beynəlxalq
konfransların universitetimizdə keçirilməsinin
artıq bir ənənə şəkli aldığını, gələcəkdə də da-
vam etdiriləcəyini bildirib.
Konfransın yekununda münsiflər heyəti
tərəfindən seçilmış ən maraqlı tezislərin
müəllifləri xüsusi hazırlanmış diplom və
hədiyyələrlə mükafatlandırılıb, həmçinin konf-
ransın bütün iştirakçılarına “İştirak Sertfikatı”
təqdim olunub.
Sonda rezidentlərin bir sıra kafedralarda və
klinikalarda öyrəndikləri yeniliklər, yaxından
təmasda olduqları xəstələrlə bağlı videoçarx
nümayiş olunub, tədbir iştirakçıları xatirə şəkli
çəkdiriblər.
A.KAMRANOĞLU
Milli Onkologiya Mərkəzinin
və
Respublika
Endokrinoloji
Mərkəzinin birgə təşkilatçılığı ilə
Bakıda Beynəlxalq Qalxanabənzər
Vəzi Gününə həsr olunmuş elmi-
praktik konfrans keçirilib.
Konfransda Səhiyyə Nazirliyinin
baş endokrinoloqu, Əməkdar Elm
Xadimi Rafiq Məmmədhəsənov
ölkəmizdə həyata keçirilən uğurlu
səhiyyə islahatlarından, səhiyyə
sisteminin müasirləşdirilməsi və
yüksək texnologiyalara əsaslanan
tibbi
avadanlıqlarla
təminatı
istiqamətində görülən işlərdən danı-
şıb. Bildirib ki, son illər ərzində Pre-
zident İlham Əliyevin Sərəncam və
tapşırıqlarına uyğun olaraq ölkədə
500-dən artıq yeni tibb müəssisəsi
tikilmiş və ya əsaslı şəkildə təmir
olunaraq istifadəyə verilmişdir.
Baş
endokrinoloq,
həmçinin
ayrı-ayrı xəstəliklərin müayinə,
müalicə və profilaktikası sahəsində
əldə olunan uğurlardan, eləcə də
qalxanabənzər vəzi xəstəliklərinin
müalicəsində
tətbiq
olunan
yeniliklərdən söz açıb.
Qeyd olunub ki, bu xəstəlik bütün
dünyada şəkərli diabetdən sonra ən
geniş yayılan xəstəliklərdən biridir.
Respublikamızda
qalxanabənzər
vəzi xəstəlikləri əsasən dağlıq
ərazilərdə, xüsusən Balakən, Şəki,
Zaqatala və digər bölgələrdə daha
geniş yayılmışdır ki, bu da yod ça-
tışmazlığı ilə bağlıdır.
Sonra Ukrayna Endokrinologiya
və Maddələr Mübadiləsi İnstitutu-
nun şöbə rəhbəri Valeri Oleynik
“Qalxanabənzər vəzinin xərçəngi”
mövzusunda geniş məruzə ilə çıxış
edib.
Konfransda çıxış edən Respubli-
ka Endokrinoloji Mərkəzinin direk-
toru Rauf Cabbarov və başqaları
qalxanabənzər vəzi xəstəliklərinin
müayinə və müalicəsi, profilaktikası
istiqamətində tətbiq edilən müasir
metodlardan danışıblar.
Konfrans işini müzakirələrlə da-
vam etdirib.
Azərbaycan Tibb
U n i v e r s i t e t i n i n
Tədris
Terapevtik
Klinikasında robot
xəstələr “yaşayır”.
İnsanın bütün xü-
su siyyətlərini
öz-
lə rində
daşıyan
“METİ” adlı robotları
cansız
məxluq
da
adlandırmaq
olmur. Tələbələr bu
robotların üzərində təcrübə keçir,
onları «öldürüb-dirildirlər».
İnsanda olduğu kimi, bu qurğular-
da da qan dövranı, sinir, tənəffüs
və sidik sistemi var. Robotun hətta
cinsini də dəyişmək olur. Bu da
cinsi xəstəliklərin öyrənilməsində
tələbələrin işinə yarayır.
Klinikanın əməkdaşları “METİ”lərə
əsil xəstə kimi qulluq edir, qayğısı-
na qalır, onları sabit temperaturda
saxlayırlar.
Robotlara
proqramlaşdır-
ma vasitəsilə 200-dək müxtəlif
xəstəliklərin
simptomlarını
yükləmək olur. Bu zaman robot
özünü həmin xəstə kimi aparmağa
başlayır. Onlar xəstələnəndə ağ-
layır, zarıyır, nəfəsləri daralanda
gözləri bərəlir, soyuqdəyməsi olan-
da tərləyir, ağız suyu tökülür və bur-
nu axır. Astma zamanı isə “METİ”
təngnəfəs olur, boğulmağa başlayır.
Otaqdakı böyük monitorda xəstənin
şikayətləri, qanın oksigenlə doy-
ma dərəcəsi, qanda fermentlərin
səviyyəsi və s. bu kimi göstəricilər
yazılır. Tələbə də bu məlumatlara
əsasən
xəstənin
durumunu
müəyyənləşdirir və ona müalicə ya-
zır. Reseptdəki dərmanlar xəstəyə
veriləndən sonra “METİ” sağalırsa,
deməli, tələbə düzgün diaqnoz qoy-
muşdur.
Bundan başqa, “METİ”də 200
növ xəstəliyin klinikasını, ağırlıq
dərəcəsinin modelini yaratmaq
olur. Əsasən də intensiv terapiya,
xəstənin ağır vəziyyətə salınması
kimi hallar tətbiq edilir. Məsələn,
robot xəstənin əsl kardioqramı çıxa-
rılır. Tələbə də robotun nəbzini tu-
tur, kardioqrama əsasən müəyyən
preparat təyin edir. Əgər “METİ”-nin
aritmiyası artırsa, deməli, vəziyyət
pisdir, tələbə əks-göstəriş olan
dərman yazıbmış.
Robotların
venasına
dərman
yeritmək imkanı da var. Onlar
öləndə monitorda ürək döyüntüləri
dayanır.
Robotların tədris prosesində üs-
tünlüyü odur ki, tələbələrin öz
səhvləri üzərində öyrənə bilirlər.
Həkim kimi işləyəndə isə onlara
belə şans verilməyəcəkdir. Hələlik
“METİ”lərimizi öldürən tələbə olma-
mışdır.
“TƏBİB”
Azərbaycan Tibb Universiteti rezidentlərinin
2-ci elmi-təcrübi konfransı
Bakıda Beynəlxalq Qalxanabənzər
Vəzi Gününə həsr olunmuş elmi-
praktik konfrans keçirilib
Tələbələr robotlar
üzərində təcrübə keçirlər
31 may 2014-ъц ил
http://www.amu.edu.az
5
Bu
gün
ölkəmizin
ən ünlü klinikalarında
calışan,
ad-sanları
və
əməli fəaliyyətləri ilə
səhiy yəmizin
Avropa
tib binə
inteqrasiyasına
çalışan
həkimlərimizin
sayı onlarcadır. Bu sırada
Türkiyənin səhiyyə mü-
əsisələrində böyük həyat
yoluna və akademik təh-
silə
yiyələnmiş
gənc-
lərimizdən biri də həm-
yerlimiz professor Afiq
Bərdəlidir.
Mayın 16-da Türkiyənin
Ege Universitetinin tibb
fakültəsinin uşaq sağ-
lamlığı və uşaq genetik
xəstəlikləri uzmanı, tanın-
mış professor Afiq
Bərdəli ilə ATU- nun
Tədris Cərrahiyyə
K l i n i k a s ı n d a
ə m ə kd a ş l a r ımızın
görüşü olmuşdur
Qonağı tədbir iş-
tirakçılarına
təqdim
edən
universitetin
elmi işlər üzrə prorek-
toru, professor İbra-
him İsayev məlumat
üçün bildirdi ki, Afiq
Bərdəli 1962-ci ildə
respublikamızın dil-
bər guşələrindən biri
Bərdə rayonunda ana-
dan olub. O, 1979-1985-ci
illərdə Azərbaycan Tibb
Universitetinin pediat ri ya
fakültəsində təhsil almış,
bir müddət Rusiyada Fe-
derasiyasında calış dıqdan
sonra, qardaş Türkiyədə
28 yaşında olarkən tibb
elmləri doktoru adını al-
mışdır. O, tibb elminin çox
mühüm və modern bir
sahəsində tanınmış bir
mütəxəssisdir.
Sözünə
davam edən İ.İsayev vur-
ğuladı ki, Afiq Bərdəli
Türkiyənin İzmir şəhərində
“Şəfa Özəl Xəstəxanalar”
şəbəkəsinin Genetik Di-
aqnostika
Mərkəzini
yaratmış və rəhbəri ol-
muş, eyni zamanda
Ege Universitetində Kök
Hüceyrəsi
kafedrasının
qurucusu və professo ru, o
cümlədən həmin Univer-
sitetin tibb fakültəsində
Molekulyar Tibb labora-
toriyasının müdiridir. O,
beynəlxalq dərəcəli tib-
bi nəşrlərdə dərc olun-
muş 25 elmi və 129 araş-
dırma
istiqamətli
mə-
qalənin müəllifidir. Tibb
sahəsində fəaliyyətinə və
tədqiqatlarına görə 23 me-
dala və onlarca sertifikata
layiq görülmüşdür.
Tədbirdə o da vurğulan-
dı ki, tibb elmləri doktoru,
professor Afiq Bərdəlinin
yaratdığı Molyekulyar Tib-
bi Laboratoriya Türkiyədə
ilk və tək, dünyada isə 3
elmi mərkəzdən biridir. Bu
laboratoriyanın
qurucu-
su professor Afiq Bərdəli
“Avropada çox yüksək bir
bal alaraq akkreditə olma-
ğa haqq qazanıb. Qeyd
edimişdir ki, Türkiyənin
bütün universitet və dövlət
xəstəxanalarından xəstə
qəbul edən bu laboratori-
ya “Genetik böyrək nara-
hatlıqlarının diaqnozu”nu
qoyan yeganə mərkəzdir.
Ayrıca
olaraq
tiroid
xərçənginin
molekulyar
erkən diaqnozunu ilk qo-
yan mərkəz də bura ol-
muşdur. Ege Universiteti-
nin Uşaq xəstəxanasında
yaradılan bu laboratoriya
bütün Türkiyənin səhiyyə
sistemində
barmaqla
göstərilən və istinad edilən
bir elm mərkəzidir. Bu
günə qədər 30 mindən çox
xəstə burada müayinədən
keçmişdir.
Daha sonra bildirildi ki,
Afiq Bərdəli ölkəmizdə
də “Afgen” Genetik Diaq-
noz Mərkəzini yaratmışdır
və hazırda bu mərkəzdə
hər hansı bir genetik tes-
tin edilməsi və ya genetik
ətraflı genetik məsləhətlər
verilir.
Sonra professor Afiq
Bərdəli “Tibdə müasir
genetikanın nailliyyətəri”
mövzusunda mühazirə
oxumuş, və tibbin bu
sahəsində onun əldə et-
diyi nailiyyətlərlə bağlı, o
cümlədən qazandığı uğur-
lar barədə həmkarlarını
maraqlandıran sualları da
cavablandırmışdır.
Professor Afiq Bərdəli
onun üçün doğma olan
Tibb Universitetində -
elm və sağlamlıq məbə-
dinin əməkdaşları ilə belə
yüksək səviyyədə görü-
şün keçirilməsini təşkil
edənlərə, şəxsən uni-
versitetin rektoru, millət
vəkili, akademik Əhliman
Əmiraslanova
dərin
təşəkkürünü bildirmiş və
tədbir iştirakçılarının hər
birinə öz minnətdarlığını
çatdırmışdır.
Görüşdə Tədris Cər-
rahiyyə Klinikasının direk-
toru, dosent Hacıqulu Ba-
ğırov iştirak edirdi.
MƏNSUR
Tanınmış həmyerlimiz professor Afiq Bərdəli
ilə universitetimizdə görüş olmuşdur
R
adiasiya
təhlükəsizliyinin
tədrisi üzrə görülən
işlər haqqında
məlumat almaq, bu
sahə üzrə işə cəlb
edilmiş müəllimlərlə
birgə müzakirələr
aparmaq və onların
təkliflərini dinləmək
üçün Azərbaycan
Respublikası
FHN-nin Nüvə və
Radioloji Fəaliyyətin
Tənzimlənməsi üzrə
Dövlət Agentliyinin və
Litva Respublikasının
Radiasiyadan Qorunma Mərkəzinin
nümayəndələrinin birgə iştiraki ilə
Azərbaycan Tibb Universitetində
görüş keçirilmişdir.
Görüş Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyi (FHN) ilə Litva Respublikasının Radiasi-
yadan Qorunma Mərkəzi və Litva Respublikasının
Layihələrin İdarə Edilməsi Agentliyi arasında imza-
lanmış AZ12/ENP-PCA/OT/21 nömrəli “Azərbaycan
Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastruk-
turunun gücləndirilməsi və Dəstəkləyici Xidmətlərin
İnkişaf Etdirilməsi” adlı Tvininq layihəsi çərçivəsində
keçirilmişdir.
Toplantıda, ümumi gigiyena kafedrasının müdi-
ri, professor Mirzə Kazımov geniş məruzə ilə çıxış
etmiş və ətraflı müzakirələr aparılmışdır.
Məruzə və müzakirələr zamanı verilmiş təkliflər
radiasiya təhlükəsizliyi üzrə təlim və təhsil işinin
təkmilləşdirilməsi istiqamətində hazırlanacaq dövlət
proqramında öz əksini tapacaq.
Görüşdə universitetin Mülki Müdafiə Qərargahı,
ümumi gigiyena kafedrasının və MMTX kursu-
nun professor-müəllim heyəti, Tədris Cərrahiyyə və
Stomatologiya kilinikalarının nümayəndələri iştirak
etmişlər.
F.MƏMMƏDOV,
Mülki Müdafiə Qərargahının rəisi
HƏYAT VƏ RADİASİYA TƏHLÜKƏSİZLİYİ
http://www.amu.edu.az
31 may 2014-ъц ил
6
Bu gün ölkəmizdə uşaq əhalisinə ix-
tisaslaşmış tibbi xidmətin göstərilməsi
məqsədilə mütəxəssislərin hazırlanma-
sında Azərbaycan Tibb Universitetinin
(ATU) Müalicə-profilaktika fakültəsinin
Uşaq xəstəlikləri kafedrasının rolu da-
nılmazdır. İlk dəfə 1924-cü ildə Bakı
Dövlət Universitetinin tibb fakültəsinin
nəzdində yaradılan adı çəkilən kafedra
ATU-nun ən qocaman kafedralarından
hesab olunur. Kafedranın fəaliyyəti, o
cümlədən bizi maraqlandıran bir sıra
məqamlarla bağlı kafedraya rəhbərlik
edən Səhiyyə Nazirliyinin baş pediatrı,
əməkdar elm xadimi, professor Nəsib
Quliyevə müraciət etdik.
Qısa arayış
Nəsib Quliyev 1992-ci ildən kafedraya
rəhbərlik etməklə yanaşı, həmçinin
1994-cü ildən K.Y.Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutunun
direktoru, Türk Dünyası Pediatrlar
Birliyinin prezidentidir. Eyni zamanda
350-ə qədər elmi məqalənin müəllifi,
25-dən artıq namizədlik, 2 doktorluq
dissertasiyalarının elmi rəhbəri və
konsultantıdır.
Avropanın bir hissəsi olaraq müasir
dövrün tələblərindən kənar deyilik
- Rəhbərlik etdiyim Uşaq xəstəliləri kafed-
rası ilk dəfə 1924-cü ildə Bakı Dövlət Univer-
sitetinin tibb fakültəsinin nəzdində yaradılıb.
O vaxtdan indiyədək də fəaliyyətini davam
etdirir. Faktiki olaraq rəhbərlik etdiyim ka-
fedranın bu il 90 yaşı tamam olur. Kafedra
hazırda iki böyük bazada yerləşib. Onlardan
biri – K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pedi-
atriya İnstitutu, digəri isə ATU-nun Tədris Te-
rapevtik Klinikasıdır. 1992-ci ildən kafedraya
rəhbərlik edirəm. Bilirsiniz ki, Tədris Terapev-
tik Klinika ölkə prezidentinin sərəncamı ilə
inşa olunub və müasir tələblərə cavab verən
tibbi avadanlıqlarla təchiz edilibdir.
Təbiidir ki, adı çəkilən institut və klinikanın
burada müalicə olunan xəstə uşaqların di-
aqnostikası, müalicəsi və tədris prosesinin
təşkilində böyük rolu vardır. Kafedramızda
bu gün məndən başqa 2 nəfər elmlər dok-
toru, professor fəaliyyət göstərir. Kafedrada
9 dosent fəaliyyət göstərir, 17 nəfərinin elmi
dərəcəsi var. Bayaq qeyd etdiyim kimi, 3
nəfər tibb elmləri doktoru, professor, 14 nəfər
isə elmlər namizədidir.
Möhtərəm
Prezident
İlham
Əliyev
cənablarının 2010-cu il aprelin 10-da imza-
ladığı xüsusi sərəcamla kafedramızın 2-ci
bazası olan K.Fərəcov adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunun yenidən qurulması
və maddi-texniki bazasının yaxşılaşdırılması
məqsədilə Prezidentin Ehtiyat Fondundan
başlanğıc olaraq vəsait ayrılıb. Hazırda insti-
tutun əsaslı təmiri, yenidənqurulması və mü-
asir avadanlıqla təchiz olunması işi davam
etdirilir. Nəzərdə tutulub ki, bu ilin sonuna
kimi institutda təmir işləri tamamilə başa çat-
dırılsın.
Təbiidir ki, bu da həm burada çalışan-
ların, həm kafedra əməkdaşlarının iş
şəraitini, həm də burada müalicə olunan
pasiyentlərin müalicə-diaqnostika işlərinin
keyfiyyətinin və tədrisin səviyyəsinin daha
da yüksəlməsinə səbəb olacaqdır.
Bildiyiniz kimi, ATU-da pediatriya fakültəsi
öz fəaliyyətini dayandırıbdır. ATU-nun
tələbələri klinik ixtisas üzrə yalnız müalicə
işi fakültəsində təhsil aldığından üzərimizə
düşən məsuliyyət bir az da artıbdır. Buna
görə də biz ciddi-cəhdlə çalışmalıyıq ki,
tələbələrimiz uşaqların anatomik-fizioloji
xüsusiyyətləri, sağlam uşaqların qidalan-
dırılması, körpə uşaqlara qulluq, uşaqlar
arasında rast gəlinən xəstəliklər, onların
diaqnostikası və müalicə məsələləri, uşaq-
larda xəstəliklərin qarşısının alınması ilə
bağlı həyata keçirilən peyvənd işi (immu-
nizasiya) və s. ilə bağlı məlumatları yaxşı
mənimsəyə bilsinlər. Avropanın bir hissəsi
olaraq müasir dövrün tələblərindən kənar
deyilik. Bu səbəbdən artıq bizim kafedrada
da bu ildən etibarən müalicə fakültəsinin
tələbələri kredit sistemi ilə təhsil almağa
başlayıblar. Bu məsələ ilə bağlı qısa müddət
ərzində fənnimizə aid bütün proqramı əhatə
etməklə 1500-ə yaxın test hazırlanaraq
test mərkəzinə təqdim olunubdur. Mövqeyi-
miz isə ondan ibarət oldu ki, test suallarını
tələbələrdən gizlətmək məqsədəuyğun de-
yil. Tələbələrin məlumatlı olması üçün hamı-
sı internetə yerləşdirilməlidir. Bunu etməkdə
məqsəd də ondan ibarətdir ki, tələbələrimiz
testdə nəzərdə tutulmuş biliklərə sahib ola
bilsinlər. Bəzi insanlar belə düşünürlər ki,
test üsulu ilə tələbə, mütəxəssis hazırlamaq
olmaz, burada əzbərçiliyə yol verilir. Əslində
belə deyil, tələbələr universitetdə qiyabi oxu-
murlar. Onlar əyani təhsil alır, gün ərzində
kurrasiya məşğələlərində olur, kafedranın
əməkdaşları ilə bilavasitə ünsiyyətdədirlər.
Həmçinin dərs keçdikləri yerdə xəstələri
görürlər. Bu da əzbərçiliyin qarşısını alır,
tələbələrin əhatəli şəkildə bilik və təcrübə
əldə etməsinə şərait yaradır.
Bir sözlə, bu gün kafedramızın istər
tədris bazaları, istərsə də müəllim nöqteyi-
nəzərdən elə bir ciddi problemi yoxdur. Dü-
şünürük ki, həm tədrisin, həm müalicə işi-
nin, həm əməkdaşlarımız tərəfindən aparılan
elmi-tədqiqat işlərinin keyfiyyətinin daha da
yüksəlməsinə qısa zaman ərzində nail ola
biləcəyik.
Dostları ilə paylaş: