Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində Qida Sənayesi Kolleci



Yüklə 37,18 Kb.
tarix17.11.2022
ölçüsü37,18 Kb.
#69627
Çarizmin milli qırğın siyasəti


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində Qida Sənayesi Kolleci

Sərbəst iş

Fakultə: Qida ekspertizası


İxtisas: İstehlak mallarının ekspertizası
Kurs: 1
Qrup: İME021
Tələbə: Gülsumə Möhbalıyeva
Fənn: Azərbaycan tarixi
Müəllim: Gülnar Hacızadə
Mövzu: Çarizmin milli qırğın siyasəti

2022-2023

Azərbaycan öz təbii zəngınliyi, xammal ehtiyatı, həmçinin əlverişli strateji-coğrafi mövqeyi ilə qonşu dövlətlərin diqqətini özünə cəlb edirdi. XVIII əsrin əvvəllərinə qədər Rusiyanin hərbi-siyasi təcavüz üçün qüvvəsi olmadığından Azərbaycana qarşı yalnız iqtisadi siyasət həyata keçirirdi. Lakin bu siyasətin az əhəmiyyətli olduğunu başa düşən I Pyotr hərbi işğal yolu ilə Xəzəryanı bölgəni ələ keçirməyi qərara aldı. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsalmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olursa-olsun Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Çar Pyotr Bakıya və ona yaxın yerlərə xaçpərəstləri köçürməklə buarnın etnodemoqrafik durumunu dəyişdirmək siyasəti yeritməyə başladı. O ölümündən qabaq, 10 noyabr 1724-cü ildə üç erməni katalikos İsayya ilə birlikdə qəbul etmiş, ermənilərə əl tutmaq və Xəzəryanı əyalətlərdə yerləşmək barədə onların xahişini dinləmişdi. Ermənilər heç bir ödənş vermədən Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmək üçün çarın icazəsini almaq istəyirdilər. Beləliklə, tarixi qaynaqlar ”Pyotrun vəsiyyəti“ adlanan sənədin də, onun qarşıya qoyduğu bədnam niyyətlərin də (Qafqazı “zəbt və işğal etmək “, “İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq”, “xristian dini əqidəsini və mədəniyyətini orada yaymaq “ və bu kimi) gerçək olduğunu üzə çıxardır .` Belə buyruq və göstərişlərin, tarixçilikdə “I Pyotrun vəsiyyətnaməsi”, Sovet tarixçiliyində bu vəsiyyətnamənin varlığı və gerçək olması bir sıra başqa tarixi qaynaqlar kimi inkar edilir, onun çar Pyotra aid olmadığı bildirilirdi. Ancaq XVIII-XIX əsirlər boyunca çar Rusiyasının bu vəsiyyətnamə ilə (müəllifin kimliyindən asılı olmayaraq) bir bütövlük yaratmaqdadır. Əsası Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə II Yekaterina ermənilərin himayə edilməsi barədə əmr imzalayır. IX-XIX əsrlər ərzində öz dövlətinə nail olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətinin həyata keçirilməsində alət rolunu oynadılar. 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin (1804- 1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarıxində faciəli rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azəbycanın şimalı, Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsi başlanılır. Bunun da nəticəsində həmin ərazidə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Türkmənçay müqaviləsinindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Navçıvan xanlıqlqrının ərazisində “Erməni əyalətinin” yaradılması haqqında əmr imzalayır. Ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılması aksiyasını həyata keçiriblər. 1905-1906-cı illərdə İrəvan, Gəncə quberniyalarının 2000, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisənin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” və s. kitablarda öz əksini tapıb . 1918-ci ilin mart–aprel aylarında qanlı hadisələr zirvə nöqtəsinə catıb. O aylarda ermənilər tərəfindən edilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabag, Zəngəzur, Naxcıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata kecirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhf edilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkaranda ermənilər 30 mindən cox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur.
Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla aərbaycanların daim yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazılərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılığı faktiki olaraq azərbaycanlıların 1948-1953-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur. Moskva istəyinə nail oldu. Ermənistanda azərbaycanlıların sayı azaldı. Bununla bərabər, Azərbaycanın qərb bölgələrinə-Daşkəsən, Goranboy, Şəmkir, Gəncə, Dağlıq Qarabağa habelə Bakıya Erməni ekspedisiyası gücləndi. Yeni sənaye mərkəzlərinə-Sumqayıta, Əli Bayramlıya, Şirvana, Mingəçevirə, Daşkəsənə başqa respublikalardan minlərlə adam, o cümlədən erməni köçürüldü. Sovet imperiyasının Cənubi Qafqazda yeritdiyi antitürk siyasətinin bir təzahürü də Ermənistan və Gürcüstandakı qədim Azərbaycan torpaqlarında toponimlərin özgələşdirilməsinə geniş rəvac verilməsi idi. 1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırır, lakin həmin dövrdə bu cəhdlərlə öz məqsədinə çatmır. O zaman başqa bir taktika seçilir. 1941-1945-ci illər müharibəsi başa çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır (5, 1). Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumınyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q. Arutyonov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir və təklif edir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pamıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdir. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Nazirlər Sovetinin iki qərarı ilə həyata vəsiqə qazandı. Həmin qərarlarda (1947) 1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min Azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulurdu. Heç bir səbəb, mexanizim və real şərait göstərilmədən statistik göstəricilərə əsasən 1948-ci ildə Azərbaycana 2 min 357 ailə, 1949-cu ildə 2 min 368 ailə, 1950-ci ildə isə 14 min 361 ailə köçürüldü. 1948-1950-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878 yaşayış yeri ilə təmin olunur. Ümumiyyətlə, 1948-1952-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirdilər. Yaşayış yeri ilə təmin olunmamaq da öz təsirini göstərirdi. Köçürülənlər arasında yüzlərlə adam həyatla vidalaşırdı. Hətta belə şəraitdə məngənədə sıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar tərəfindən rədd edildi. Bax, bu pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin daha bir tərəfi...
Bununla yanaşı, 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Ruminyadan Ermənistana cəmi 10 min azərbaycanlı köçürüldü. Yuxarıda göstərilənlərdən ümumi nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisə sadəcə daşnakların köhnə ideyaları və arzuları monomillətçi dövlətinin yaradılması siyasətinin elementi idi (6, 438). 1953-cü ildə Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırır. Ev-eşiklə təmin edilməyən, mövcud şəraitə dözə bilməyən köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskrinimasiyaya baxmayaraq özlərinin dədə-baba yurdlarına qayıtmaq məcburiyyətində qalırdılar. Bu proses erməni şovinizminin yeni dalğasını alovlandırırdı. Azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə “start” verilir. Tədris müəssələrinin bağlanması, azərbaycanlıların təhsil bölmələrinin ləğvi, rəhbər vəzifəsində çalışan azərilərin erməni kadırlarla əvəz olunması, Azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kompaniyasının aparılması (xüsusilə 1965-ci ildə “erməni genosidinin” 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi. 1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış, guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. Moskva, Azərbaycanlılar və ermənilər arasında yaratdığı Dağlıq Qarabağ münaqişə ocağını alovlandırmaq məqsədilə hələ 40-cı illərdə Ermənistanda təşkil edilmiş Qarabağ hərəkatı,”Qarabağ komitəsinin” fəaliyyətini genişləndirmək üçün münasib şərait yaratdı. 1987-ci ilin oktyabrında Yerevanda Qarabağ komitəsinin ilk mitinqi keçirildi. Moskvada ermənilərin “Milli müqəddəratının müstəqil təyin edilməsi birliyi” və “siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi” də bu istiqamətdə fəal iş görürdülər. Sovet imperiyası tənəzzül edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi. Erməni millətçi Daşnaksütyun partiyasının 1985-ci ilin dekabrında Afinada keçirilən XXIII qurultayı sərsəm “Böyük Ermənistan” mübarizəsini yenidən genişləndirmək üçün yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə çağırmışdı. ”Qarabağ komitəsinin” Azərbaycan SSRdə, xüsusən DQMV-də uzun müddət gizli fəalliyyət göstərən yerli “Kurunk” (Durna) təşkilatı bu millətçi təşkilatların bilavasitə köməyi ilə açıq, fəal mübarizəyə başladı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək ugrunda “Miatsum” (birləşmə) hərəkatı genişlənirdi. Ona “55-lər komitəsi” adlı orqan xüsusi rəhbərlik edirdi. İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda yaşayan azərbaycanlılar oldular. Öz dədə-baba yurdunda yaşayan azərbaycanlıların kütləvi şəkildə qovulmasının son dördüncü mərhələsi başlandı. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı. 1987-ci ildə Ermənista nın Qafan və Mehri rayonlarından bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. Onlar əsasən Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşdılar. 1988-ci il fevralın 19-da Yerevanda antitürk mitinqi kecirildi. ”Ermənistanı türklərdən təmizləməli”, “Ermənistanda ermənilər yaşamalıdır” və s. millətci şuarlar irəli sürüldü. 1988-ci ildən başlayaraq kütləvi hədə-qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi, yandırılması həyata kecirilir. Bukakda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın, 6-sı da uşaq idi. Vardenis rayonunda isə 40 nəfər öldürüldü. Ermənistanın digər rayonlarından-Erevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovokan, Qorus, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz evindən-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur, qadın və uşaqlar, yaşlılar qarlı dağları aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-1953-cü illərin tarixi təkrar olundu. İttifaqın mərkəzi hakimiyyətin qərarı ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciyində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib). Sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. “Türksüz Ermənistan” kimi daşnaq ideyası reallaşdı. 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 millyona qədər adam doğma yurdundan didərgin düşdü. Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarıni bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. Qanlı yanvar qırğını həm rus, həm də erməni daşnaqlarının birgə apardıqları antitürk siyasətinin, türk soyqırımının tərkib hissəsiydi.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olmuşdur. Azərbycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini daim yadda saxlamalı və unutmamalıyıq. İki əsr davam edən soyqırımı gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görub. Amma bu yetərli deyil. Çünki hələ də dünya miqyasında ermənilərin saxta “tarixi” bizim gerçək tariximizi üstələyir. Ən əsası odur ki, tarix boyu xalqımızın başına nələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik.
1905-ci ildə Rusiyada hakimiyyət əleyhinə üsyanların və iğtişaşların baş verməsindən və çarizmə qarşı narazılıq dalğasının güclənməsindən istifadə edən ermənilər Cənubi Qafqazın müxtəlif bölgələrində, o cümlədən də Bakı şəhərində kütləvi qırğınlar törətmişlər. Bakıda bu işə rəhbərliyi “Hnçak” və “Daşnaksutyun” partiyaları öz üzərlərinə götürmüşdü. XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu isə əsasən erməni kilsələri, o cümlədən də Bakının mərkəzində yerləşən erməni qriqorian kilsəsi oynayırdı. 12 iyun 1903-cü ildə erməni kilsələrinə məxsus torpaqların və mülkiyyətin Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə ağır zərbə vurmuşdu. Həmin qanunun icrasının qarşısını almaq məqsədilə erməni siyasi partiyalarının terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları həyata keçirməyə başlamışdılar. Ermənilər həmin ilin avqust ayında Cənubi Qafqazın müxtəlif şəhərlərində, o cümlədən də Bakıda iğtişaşlar törətmiş və terror aktları həyata keçirmişdilər.
1905-ci ilin fevralın 6-da Bakıda erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakini Ağarza Babayevin öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bəzi müəlliflərin iddia etdikləri kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanları silah gücünə qovub, erməni dövləti yaradacaqlarına əmin idilər. 1905-ci il fevralın 6-da Sabunçu qəsəbəsinin sakini Ağarza Babayevin Bakının mərkəzində öldürülməsi ilə şəhərdə və ətraf qəsəbələrdə ilk qırğınlar başlamışdır. Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlılar gülləbaran edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. Bakıdakı bir çox fabriklər və müəssisələr yandırılıb dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında acizliyini göstərdi. Bakı qırğınlarının səbəb və nəticələrini araşdıran Rusiya Senatının üzvü Aleksandr Kuzminski 6-9 fevral tarixlərində baş vermiş birinci Bakı qırğınları zamanı 232 nəfərin qətlə yetirildiyini, onların da yarıdan çoxunu ermənilərin təşkil etdiyini yazır. Hər iki tərəfdən yüzlərlə insanın ölməsi və yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırılmışdı. 
Bakının general-qubernatoru knyaz Nakaşidze açıq surətdə bəyan etmişdi ki, iğtişaşların törədilməsində azərbaycanlılar yox, ermənilər təqsirkardırlar. Məhz onun bu mövqeyinə görə, “Daşnaksutyun” partiyası Nakaşidzeni terror yolu ilə aradan götürmək barədə qərar qəbul etmişdi. Bu barədə onun özü də xəbərdar edilmişdi. 1905-ci il mayın 11-də gündüz saat 3-də erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna ermənilər bomba atırlar. Nakaşidze ağır yaralanır və mayın 18-də ölür. Terror aktı zamanı Nakaşidzenin yavəri və həmin vaxt hadisə yerindən təsadüfən keçən iki azərbaycanlı da həlak olurlar. Partlayışa görə məsuliyyəti “Daşnaksutyun” partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürmüşdü.
Terror aktları zamanı istifadə etmək üçün Bakıda ermənilərə məxsus zavod və fabriklərdə partlayıcı maddələr və bomba istehsal edilirdi. Nakaşidzenin öldürülməsindən sonra polis şəhərdə ermənilərə məxsus idarə-müəssisələrdə axtarışlar aparmışdı. Polis tərəfindən 19 may 1905-ci ildə Bakıdakı Telefonnaya küçəsindəki Sarkis Poğosbekovun metaləritmə emalatxanasında partlayıcı mərmilər və 80 hazır bomba aşkar edilmişdi. Həmçinin həmin emalatxananın həyətində qazılmış xəndəkdə daha üç partladılmaya hazır bomba tapılmışdı.
Ermənilər həmin il avqustun 20-də Bakıda ikinci dəfə qırğınlar törətmişdilər. Şəhərin mərkəzində yerləşən erməni kilsəsinin zənginin çalınmasından bir neçə dəqiqə sonra ermənilərin evlərindən, onlara məxsus mağazalardan azərbaycanlıların üzərinə sel kimi atəş açılır. Qısa zamanda iğtişaşlar Bakı ətrafındakı qəsəbələri və neft mədənlərini də bürüyür. Hakimiyyət qüvvələrinin ələ aldığı ciddi tədbirlər sayəsində qırğınlara avqustun 30-da son qoyulur. İkinci qırğınlar zamanı hər iki tərəfdən 500-ə yaxın insan tələf olmuşdu ki, onların da üçdə ikisini müsəlman-türk əhali təşkil edirdi. Avqustun 23-25-də Bakının neft mədənlərində və zavodlarında baş vermiş dəhşətli yanğınlar minlərlə fəhləni işsiz, onların ailələrini çörəksiz qoymuşdu. 1905-ci il sentyabrın 10-da ermənilər və azərbaycanlılar arasında barışıq yaratmaq məqsədilə Qafqaz canişini Voronsov-Daşkov Bakıya gəlir. Sentyabrın 14-də şəhərdə sülh bərpa olunur. Şəhərin Duma meydanında quberniya qazısı Mir Məhəmməd Kərim ağa Mircəfərzadə, erməni keşişi və müvəqqəti general-qubernator S.Fadeyev xalqa müraciətlə çıxış edərək onları sülhə çağırırlar. Danışıqlar aparmaq üçün hər iki tərəfdən nüfuzlu şəxslərdən ibarət xüsusi komissiya yaradılır. Lakin bu sakitlik çox da uzun sürmür. 
Bakıda üçüncü qırğınlar 1905-ci il 20-25 oktyabr tarixində baş vermişdir. 17 oktyabr çar Manifestinin imzalanmasından iki gün sonra - Nakaşidzeni öldürən 5 erməni məhbusunun azadlığa buraxılması üçün “Daşnaksutyun” partiyasının təşkilatçılığı ilə oktyabrın 19-da Bakının mərkəzində mitinqlər keçirilir. İndiki Nizami (keçmiş Torqovaya) küçəsində ermənilərlə müsəlmanlar arşında yenidən silahlı toqquşma baş verir. Yenə də erməni evlərindən və mağazalarından azərbaycanlılar atəşə tutulur. Qəzəblənmiş müsəlmanlar əks hücuma keçir. Erməni terrorçularının cəbbəxanaya çevirdikləri 20-dən artıq erməni evi yandırılır. Sonrakı günlərdə iğtişaşlar Bayıl qəsəbəsində və mədənlərdə davam edir. Güc strukturlarının kəskin müdaxiləsi ilə qırğınlar dayandırılır. Bu zaman şəhərdə 60-dan artıq, Bayıl qəsəbəsində isə 35 nəfər qətlə yetirilir. 
Erməni tədqiqatçısı A. Lalayanın yazır ki, Qafqazın canişini İllarion Vorontsov-Daşkovun xanımı Yelizaveta Qriqoryevna “Daşnaksutyun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri yepiskop Mesropun məşuqəsi idi və Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları canişinin yataq otağında hazırlanırdı. Bir müddət sonra ermənilərin mənafeyinə xidməti müqabilində Vorontsov-Daşkov Balaxanıda neft mədənlərinə sahib olmuşdu. Bu layihənin “Fotoqalereya” bölməsində erməni milyonerlərinin Vorontsov-Daşkova hədiyyə etdikləri neft mədəninin fotosu təqdim edilir. 1906-cı ilin payızında azərbaycanlıların təşkilatlanaraq “Difai” partiyasını yaratmaları nəticəsində ermənilər terror aktlarına müvəqqəti olsa da son qoymuş və 1918-ci ilin mart ayınadək şəhərdə asayiş bərpa edilmişdi.
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «erməni məsələsi» sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin «Qərbi Ermənistan» adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin «Qərbi Ermənistan» adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi.
Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Bu işə rəhbərliyi «Daşnaksutyun» və «Hnçak» siyasi təşkilatları öz üzərilərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar Sultan Əbdülhəmid tərəfindən yatırıldı. Həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti isə Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
Rus müəllifi N. Şavrovun göstərdiyinə görə, 1896-cı ildə Zaqafqaziyada 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi. 1908-ci ildə Rusiya Daxili İşlər Nazirliyi polis departamentinin sənədlərində göstərilirdi ki, «Türkiyədəki məlum hadisələrdən sonra Zaqafqaziyaya yarım milyon erməni gəlmişdir. Bu ermənilər dərhal öz qara əməllərini göstərdilər». Bundan sonra indiki Ermənistan ərazisində «Daşnaksutyun» partiyasının sıraları daha da artmış, Qafqazda antitürk təbliğatı xeyli güclənmişdi. «Novaya vremya» qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü.
Maraqlıdır ki, hələ Türkiyədə erməni iğtişaşları başlamazdan xeyli əvvəl, «Daşnaksutyun» partiyasının qeydə alınmasından cəmisi bir neçə ay sonra, yəni 1891-ci ilin yanvarında Bakıda Tağıyev teatrında Safrazyanın 4 şəkilli pyesi tamaşaya qoyulmuş, tamaşanın 1-ci şəklində erməni qadınına işgəncə verən türk təsvir edilmiş, 2 – ci şəkildə həmin qadının öz azadlığı uğrunda mübarizəsi, 3-cü şəkildə türkü məhv edən həmin qadın, 4-cü şəkildə isə gənc erməni qızı timsalında azadlığa çıxmış Ermənistan təsvir edilmişdi. Həmin tamaşaya görə, pyesin müəllifi Safrazyan Bakının makleri adına layiq görülmüşdü. Bu məlumat Qafqaz canişinliyinin 7 fevral 1891-ci ildə Bakı qubernatoruna göndərdiyi məktubundan götürülmüşdür. Göründüyü kimi, 19-cu əsrin sonunda «Daşnaksutyun» partiyasının antitürk təbliğat maşını təkcə İrəvan və Tiflisdə deyil, hətta Bakıda belə, var gücü ilə işə salınmışdı.
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu erməni kilsəsi məharətlə oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, antitürk, antimüsəlman əhval – ruhiyyəsinin qızışmasına səbəb oldu.
Erməni kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər.
1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqavqaziyada güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər.
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis departamentinin adı çəkilən sənədində deyilir: «Daşnaksutyun» öz qüdrətini göstərdi, müsəlmanlar cəfasını çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Əlixanov-Avarski – müəl.), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakı qubernatoru, ikincisi Yelizavetpol (Gəncə) vitse qubernatoru – müəl.), polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından). Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışdılar”.
Əslində Rusiyanın hakim dairələri də 1905-1906-cı illər erməni-müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etməklə ikili oyun oynamışdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular. Bu məqsədlə xüsusi xəfiyyə şəbəkəsinin qurulması haqqında C. Zeynaloğlunun 1924-cü ildə İstanbulda dərc edilən kitabında belə məlumat verilir: “Yalnız azəri türkləri hələ qəflətdə idilər və iğtişaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri digəri əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı keçinən iki milləti biri digərinə qırdırdı”.
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi.
Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşdular.
Ermənilər fevralın 21-23-də İrəvanda da qırğınlar törətmişdilər. M. S. Ordubadi “Qanlı illər” kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də İrəvan vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir.
Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M. S. Ordubadinin təbirincə, «İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar»dan ibarət idi.
Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər.
İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi».
1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi.
İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan erməni hücumları nəticəsində Cəbrayıl – Qaryagin bölgəsində Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da Şuşada qırğınlar törədilir.
1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər. Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.
1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirilər.
Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və Şuşadakı ikinci məğlubiyyətlərindən sonra “Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik” deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə teleqramlar göndərərək əsgər toplamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi.
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər. Ümumiyyətlə, 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhali soyqırıma məruz qalmışdır.
Çar hökuməti yaxşı bilirdi ki, Cənubi Qafqazda azərbaycanlılarla ermənilər arasında dərin ziddiyyətlər var. Həmin ziddiyyətlər çarizmin milli siyasəti nəticəsində yaradılmışdı. Bu ziddiyyətlər ermənilərin XIX əsrin I yarısında Azərbaycana kütləvi şəkildə köçürülməsi ilə başlanmışdı. Çar Rusiyası tərəfindən yeridilən milli və dini ayrıseçkilik siyasəti nəticəsində yerli azərbaycanlı əhali ilə ermənilər arasındakı ziddiyyətlər regionda gedən ictimai-siyasi hadisələrə də öz təsirini göstərmişdi. Bütün bunları nəzərə alan çarizm 1905-ci il inqilabı zamanı ermənilərdən bir vasitə kimi istifadə edib, onları müsəlmanların əleyhinə qaldırdı. Bu zaman ermənilər bir o qədər də çox deyildilər. Qafqazda olan 54 qəzanın yalnız 5-də ermənilər çoxluq təşkil edirdilər. Bu zaman İrəvan şəhərinin özündə ermənilər azlıq təşkil edirdi. Lakin buna baxmayaraq ermənilər Cənubi Qafqazda yüksək vəzifəli rus məmurları tərəfindən gizli göstərişlər alıb silahlanaraq azərbaycanlılara qarşı soyqırımı cinayətini törətdilər. Həmin hadisələrin şahidi olan yazıçı M.S.Ordubadi 1905-1906-cı illərdə olan qırğına həsr etdiyi "Qanlı illər" əsərində yazmışdı: "Çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladı. Bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb yaxıldı” 2 . Çar Rusiyası dövlətindən himayə görən ermənilər silahlanaraq indiki Ermənistan respublikası ərazisinin hər yerində və Dağlıq Qarabağda dəfələrlə basqınlar edərək silahsız və müdafiəsiz olan Azərbaycan türklərini qırmış, əmlaklarını qarət edərək doğma yurdlarından didərgin salmışlar. Bu cür qırğınlar 1905-1906-cı, və 1915-1920-ci illərdə daha kütləvi şəkil almış, demək olar ki, indiki Ermənistanın hər bölgəsində türklərə qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. 1918-ci il mayın 29-da Qərb dövlətləri və Osmanlı dövlətinin təzyiqi ilə AXC-nin milli şurasının İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min kv.km əraziləri ermənilərə güzəştdə getdikdən sonra “Daşnaksütyun” partiyası Ermənistanın müstəqilliyini elan edərək öz millətçi ideyasını həyata keçirməyə başladı. 1918-1920-ci illərdə daşnak hökuməti Osmanlı imperiyası, Azərbaycan və Gürcüstana qarşı ədalətsiz müharibələr aparmaq mövqeyindən çıxış edirdi. 1918-1920-ci illər statistik məlumatlara əsasən demək olar ki, 1905-1907- ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılar kütləvi şəkildə soyqırımına məruz qalmışlar. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərə çatmışdı. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verirdi. I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Vətən tarixşünaslığında xüsusi aktuallığa malik olan problemlə bağlı çoxlu tədqiqatlar aparılsa da XIX əsrin sonu – XX əsrin əvvəllərində İrəvan quberniyasında etnik münasibətlər tarixşünaslığında kompleks şəkildə tədqiq edilməmişdir.
Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. 1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollec assesoru İ.Şopen erməni vilayətində kameral siyahıya alma keçirmişdir. İ. Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində, 52-si Ordubad dairəsində olmuşdur. Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü45. Deməli, dağıdılmış, xaraba qoyulmuş kəndlərlə birlikdə Erməni vilayətində cəmisi 1111 kənd olmuşdur. İ.Şopenin hesablanmasına görə, xanlıqların işğal edilməsinədək Erməni vilayətinin ərazisində təxminən 23.730 ailə (İrəvan əyalətində 17.000 ailə, Naxçıvan əyalətində 4.600 ailə, Ordubad dairəsində 2.130 ailə) yaşamışdır ki, orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər olar46. Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır. Çarizmin bütün Şimali Azərbaycanda, o cümlədən İrəvan və Naxçıvan əyalətlərində yaratdığı inzibati-idarə sistemi əhali arasında ciddi narazılıq yaradırdı. Çar hökuməti vəziyyəti stabilləşdirmək məqsədilə inzibati-idarə sahəsində islahatlar hazırlamağa başladı 47. 1840-cı ildə Erməni vilayəti ləğv edilərək, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmeret quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Yenibəyazid, Naxıçıvan və Ordubada bölünürdü və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.
rəvan quberniyasının təşkili ilə əlaqədar olaraq, sahəsinə görə əvvəlki İrəvan xanlığı ərazisinə uyğun gələn İrəvan qəzasının (1840-1849) ərazisində dəyişiklik edildi və o yeni yaradılmış İrəvan quberniyası qəzalarından birinə çevrildi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvan qəzasının ərazisi 2724,30 kv.verst (1 verst = 1,0668 km) idi. Bu, İrəvan quberniyası ərazisinin 11,74%-ni təşkil edirdi. Qəzada 154331 nəfər əhali yaşayırdı. Onların 82680 nəfəri (53,57%) kişi, 71651 nəfəri (46,43%) qadın, 148791 nəfəri yerli sakin, 18992 nəfəri müvəqqəti yaşayanlar idi53. İrəvan quberniyası təşkil edildikdən sonra da onun xarici hüdudları və tərkibi müəyyən dəyişikliklərlə müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin olunmuş canişin Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr 1867-ci il dekabrın 9-da Qafqaz və Cənubi Qafqaz diyarının idarə olunmasında dəyişiklik edilməsi haqqında fərman verdi. Bu fərman üzrə Ordubad qəzası on yeddi il mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə birləşdirildi. Onun yerinə Eçmiədzin qəzası təşkil edildi. Mehri sahəsi isə yeni yaradılmış Yelizavetpol quberniyasına birləşdirildi.
1870-ci ilin əvvəllərində qəzaların hüdudlarında dəyişiklik etdi. Sürməli və Ecmiədzin qəzalarının bir hissəsi İrəvan qəzasına birləşdirildi. Şərur sahəsi isə İrəvan qəzasından alınaraq Naxçıvan qəzasına birləşdirildi. Dövlət Şurasının təsdiq edilmiş rəyinə əsasən 1874-cü ildə ŞərurDərələyəz və Sürməli qəzaları yaradıldı. Şərur-Dərələyəz qəzası Naxçıvanın iki sahəsi – Şərur və Dərələyəz əsasında təşkil edilmişdi. Bununla da, Rusiya imperiyası tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə çoxsaylı dəyişikliklər, əsasən, başa çatmışdı 54. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (28 may 1918-ci il) İrəvan qəzasında birinci, üçüncü və dördüncü polis sahələrinin bir hissəsini öz əraziləri sırasına daxil etmişdi. İkinci yarımfəsildə çarizmin xristianlaşdırma siyasəti və onun nəticələri şərh edilir. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra imperiya bölgənin siyasi, iqtisadi və mədəni həyatını tamamilə nəzarət altına almaq məqsədilə bütün potensialını səfərbər etdi.

.

İstifadə olunmuş ədəbiyyat siyahısı




  1. Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı: Qarabağa XYK, 1991, s.100.

  2. Verdiyeva H.Y. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın əhalisi. Bakı, 1993, 133.

  3. Arzumanli V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı: “Qartal”, 1998

Yüklə 37,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin