CorelDraw proqramında “Edit” əmrlər qrupu



Yüklə 15,69 Kb.
tarix10.05.2022
ölçüsü15,69 Kb.
#57337
Corel Drav X3 qrafik dizayn, vektor qrafikanın yaradılması




CorelDraw proqramında “Edit” əmrlər qrupu

CorelDRAW vektor qrafik redaktoru Corel Corporation Kanada firmasi tərəfindən hazırlanmiş və geniş imkanları ilə (hazır təsvirlərə malik böyük həcmli kitabxananın olması, geniş imkanlara malik ğüclü qurulmuş öyrədici sistemi və s.) bütün istifadəçilər tərəfindən məmnuniyyətlə istifadə edilən proqramdır. CorelDRAW qrafik redaktorunda digər redaktorlarda analoqu olmayan bəzi vasitələrin olması onun nadir qrafik redaktor olmasına sübutdur. Proqramdan bəhrələnən istifadəçi ondan istifadə etməklə bu sahədə demək olar ki, məqsədinə tamamilə nail ola bilir.

Qrafik redaktorun köməyi ilə obyektlər üzərində çoxlu sayda əməliyyatları aparmaqla yanaşı, yüksək keyfiyyətli təsvirlərin alınmasına görə proqram ona yaxın olan proqramlar arasında lider sayıla bilər. CorelDRAW vektor qrafik redaktorunda istənilən nəticəni əldə etmək üçün az sayda əməliyyatın həyata keçirilməsi kifayətdir.

CorelDraw proqramının “Edit” əmrlər qrupunda obyektləri redaktə etmək üçün bir sıra əmrlər mövcuddur.

İlk əmr “Undo”(Ctrl+Z) əmridir.Biz bu əmr vasitəsilə obyekti verdiyimiz əmrdən əvvəlki vəziyyətə qaytara bilərik.Məsələn biz sadə bir xətt çəkmişiksə,onda “Edit” bölməsindəki həmin əmr “undo create line” formasında olur.Bu isə o deməkdir ki,görünüşü yaratdığımız xətdən əvvəlki vəziyyətə bərpa et.

İkinci əmr “Redo” (Ctrl-Shift-Z) əmridir.Bu əmr “undo” əmrinin əksidir deyə bilərik.

“Redo” əmri vasitəsilə biz “Undo” əmri ilə ləğv etdiyimiz əmrləri geri qaytara bilərik.Məsələn biz “undo” əmri vasitəsilə son 6 dənə əmri sıra ilə ləğv etmişiksə,bu əmrin vasitəsilə həmin əmrləri eyni ardıcıllıqla geri qaytara bilərik.

3-cü əmr “Repeat”(Ctrl-R) əmridir.Bu əmr vasitəsilə biz verilmiş əmri təkrarlaya bilərik.Məsələn biz bir adi xətt çəkmişiksə,bu əmr “Repeat Duplicate” şəklində olur.Yəni çəkilən xəttin eynisini təkrar et və ya dublikatını yarat.

Sonrakı 3 əmr hamımızın bildiyi və gündəlik komputer işlərində çox istifadə etdiyimiz “Cut”(Ctrl-X),”Copy” (Ctrl-C) və “Paste”(Ctrl-V) (kəsmək,köçürmək və yapışdırmaq) əmrləridir.Bu əmrlər vasitəsilə biz çəkdiymiz obyektin işarələdiyimiz hər hansı bir hissəsini kəsə,digər bir yerə köçürə,həmçinin hər hansı bir obyekti bu proqramın müəyyən yerinə yapışdıra bilərik.

Sonrakı əmr “Paste Special” əmridir.Bu əmr bizə köçürmək istədiyimiz hər hansı bir obyektin hansı formalarda proqrama köçməsini soruşur.Biz bu əmrə aid düyməni basdıqda qarşımıza bir dialoq pəncərəsi çıxır.Burada biz iki düymə görürük:1.“paste” və “paste link”.Məsələn mən Word 2003-də yaziılmış bir mətndən bir cədvəl seçdim və onu bu əmrin vasitəsilə proqrama köçürmək istəyirəm.Onda mənim qarşıma çıxan dialoq pəncərəsində “MS Word 97-2003,Picture(metafile),Rich text format ,Text və Picture(Enhanced Metafile)” kimi seçimlər çıxır.Yəni bunlardan hansı birinin formasında köçürmək istəyirik.

Növbəti əmr “Delete” əmridir.Bu əmr vasitəsilə biz seçdiyimiz obyekti silə bilərik.

Sonrakı əmr “Symbol” əmridir.Bu əmrlə biz yeni simvollar yarada bilərik.Bu əmr “New symbol,Edit symbol,Finish editing symbol,Revert to objects,Break Link,Update from Link,Export Library,Symbol managment” əmrlər qrupundan ibar ətdir.” Symbol managment” pəncərəsini biz Ctrl-F3 düyməsi vasitəsilə aktivləşdirə bilərik.Burada biz “Symbol Preview” nü gorə bilərik,yəni burada biz simvola önbaxış edə bilərik.Həmçinin kitabxanaya export edə bilərikBunun üçün orada “Export Library” düyməsi var.

Bir sonrakı əmr “duplicate”(Ctrl-D) əmridir.Bu əmr vasitəsilə biz seçilmiş obyektin eynisindən yarada bilərik.

“Clone “ əmri vasitəsilə biz obyekti klonlaşdıra ,yəni çoxalta bilərik.

“Copy Properties From” .Bu əmri seçəndə qarşımıza dialoq pəncərəsi çıxır.Burada bizə köçurmək üçün seçimlər çıxır.Burada “Outline pen,outline color,fill” düymələri var.Biz bunlardan hər hansi birin,ya da hər üçün seçdikdən sonra xətt konturunda,rəng konturundan ya da fill dən kopyalaya bilərik.

Digər düymə “Step and Repeat”(Ctrl-Shift-D) düyməsidir.Bu düyməni basdıqda və ya kombinasiyanı yerinə yetirdikdə sağ tərəfdə pəncərə əmələ gəlir.Burada seçilmiş obyektin addımla təkrarlanmasının horizontal və vertikal quraşdırmaları və obyektlərin bir-birindən hansı məsafədə yerləşməsi seçimləri göstərilib.



Digər əmrlər qrupu “Overprint Outline,Overprint Fill,Overprint Bitmap,Object Hinting”dir.Bu əmrlərlə biz xətt konturunun,tam konturun bitməp təsvirin üzərindən yaza bilərik.Sonuncu əmr obyekti işarələmək deməkdir.

Sonrakı əmrlər bütün obyektləri seçmək,obyektləri tapmaq və yenidən yerləşdirmək,həmçinin ştrixkodu ,başqa obyektləri yerləşdirmək əmrləridir.
Yüklə 15,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin