İLYAS HƏSƏNOV
HƏNDƏSƏ
Çoxbucaqlılar
(Teoremlərin isbatı)
BAKI - 2009
Çoxbucaqlılar
Bir düz xətt üzərində olmayan A1, A2, A3,...., An nöqtələri və onları birləşdirən A1A2, A2A3,....An-1An düz xətt parçalarından birinin sonu, sonrakı parçanın başlanğıcı olarsa, parçaların belə düzülüşünün əmələ gətirdiyi fiqura sadə sınıq xətt deyildir.
Tərəfləri kəsişməyən sınıq xətt sadə sınıq xətt, kəsişənə isə mürəkkəb sınıq xətt deyilir.
Sınıq xəttin ucları üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır.
Sadə qapalı sınıq xəttin qonşu tərəfləri bir düz xətt üzərində olmasa, ona çoxbucaqlı deyilir. Qapalı sınıq xəttin tərəflərinə çoxbucaqlının tərəfləri, A1A2,.....An nöqtələrinə bu çoxbucaqlının təpə nöqtələri deyilir. Çoxbucaqlının iki qonşu tərəfinin əmələ gətirdiyi bucaqlar çoxbucaqlının daxili bucaqları adlanır. Tərəflərinin sayı n-bucaqlı deyilir. Çoxbucaqlının ən azı üç tərəfi olur. Çoxbucaqlının bir tərəfi üzərində yerləşən iki təpə nöqtəsi qonşu təpələr adlanır. Çoxbucaqlının qonşu olmayan iki təpəsini birləşdirən düz xətt parçasına çoxbucaqlının diaqonalı deyilir. Çoxbucaqlının hər bir tərəfi uzadıldıqda, çoxbucaqlı ondan bir tərəfdə qalarsa, belə çoxbucaqlıya qabarıq çoxbucaqlı deyilir.
Dostları ilə paylaş: |