Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti



Yüklə 25 Kb.
səhifə1/2
tarix10.05.2022
ölçüsü25 Kb.
#56976
  1   2
Zərqələm
Angela Merkel, Ümumi kurs Futbol Mühazirə, aviasiya təhlükəsizliyi - 3 M.Ləman, Aviasiya təhlükəsizliyi ZY-1169A #4

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Qızlar Universiteti

Fakültə: Sosial Pedoqoji

İxtisas: İbtidai sinif müəllimliyi

Fənn: Təhsil sistemləri və layihələrin idarə edilməsi

Kurs: 2

Qrup: i2 20

Tələbə: Zərqələm Hümmətova

Müəllim: Baş müəllim Nuranə Əliyeva

Mövzu: Məktəblərdə effektiv ünsiyyət ve idarə etmədə onun rolu

Bakı 2022

Qardnerin çox şaxəli intellekt nəzəriyyəsindən sonra artıq bütün dünya qəbul edir ki, zəka, intellekt və qabiliyyət sadəcə riyazi və məntiqi test suallarını qısa zaman intervalında həll etməkdən ibarət deyil. XXI əsrin ən önəmli həyati bacarıqlarından biri özünü ifadə etmə və natiqlik bacarığıdır. Soft skills, yəni yumşaq bacarıqlar arasında yer alan bu keyfiyyət həyatın bütün məqamlarında insana lazım olmaqla yanaşı, şəxsi və peşəkar inkişafda da vacib amildir. Qədim insan anlayışında insan özü tək başına bir məharət göstərməli olan varlıq idi. Kütləvi təhsil olmadığına görə, insanlar individual yollarla, şəxsi əzm və cəhdlərlə elmdə və savadda önə çıxır, töhfələr verirdilər. Orta əsrlərdən sonra təhsilin kütləviləşməsi sayəsində daha çox insan fundamental savada sahib olmağa başladı. Sənayenin qurulması ilə birlikdə insanlar sadəcə müharibələrdə deyil, bir işə nail olmaq, bir məhsulu ərsəyə gətirmək üçün də komanda şəklində işləməyə başladılar. Amma bu dövrdə hələ də natiqlik, sadəcə liderlərə lazım olan bir bacarıq kimi düşünülür və çox az dövlət adamı tərəfindən xüsusi dərslərlə öyrənilirdi. Müasir dövrümüzdə texnologiyaların inkişafının həyat tərzimizə təsiri nəticəsində insanlar sosial həyatda bir-biri ilə daha çox ünsiyyətdə olmalı olur. Dərs izah edən müəllim, hesabat verən mühəndis, seminar keçən həkim, məhkəmədə çıxış edən hakim və ya seçicilərinə müraciət edən siyasətci natiqliyin özəlliklərini bilməlidir ki, qarşısına qoyduğu məqsədlərə çata bilsin. Şəxsi həyatında belə, insanın dərdini deyə bilməsi, təsirli rəy bildirməsi, ailəvi dialoqları onun gündəlik həyatına və xoşbəxtliyinə təsir edir. Ona görə də deyə bilərik ki, ünsiyyət bacarığı insana danışma qabiliyyəti qədər lazımlı bir keyfiyyətdir. Ümumi olaraq, effektiv ünsiyyətin əhəmiyyətini beş başlıq altında qruplaşdıra bilərik:

1. Ünsiyyət insanın özünü qarşı tərəfə təqdim etmə şəklidir. İnsan gözəl danışıq qabiliyyətinə malikdirsə, sosial həyatında yeni tanış olduğu insanlara xəyallarından, məqsədlərindən bəhs edərkən özünü daha yaxşı təqdim edə biləcək. İnsan ünsiyyətə başladığı anda, tanış olma mərhələsində özünü yaxşı təqdim edə bilsə, deməli ünsiyyət daha möhkəm fundament üzərində qurulmuş olacaq. Belə olduqda daha uğurlu və nəticə yönlü bir münasibət yaranmış olacaq. Əks halda, hələ yeni çıxılan yolda atılan ilk addım uğursuzluğa aparacaq.

2. Ünsiyyət insanın özünü ifadə şəklidir. İnsanlarla ünsiyyətin başlıca məqsədlərindən biri ehtiyacını təmin etmək üçün özünü ifadədir. Əgər insan nə istədiyini qarşı tərəfə düzgün və səlis ifadələrlə izah edə bilərsə, məqsədinə nail ola bilər. Ehtiyac bütün insanlara məxsus bir anlayış olduğu üçün nitq mədəniyyəti hamıya lazımdır. Məsələn, insanların ən vacib ehtiyaclarından biri evdir. Kirayə tutmaq üçün ev tapan insan ev sahibi ilə düzgün ünsiyyət qura bilməsə, onu evini kirayəyə vermə mövzusunda tərəddüdlərə qərq edə bilər. Düzgün nitq bağlı qapıları açan açardır.

3. Ünsiyyət və nitq insanın şəxsiyyətinin güzgüsüdür. İnsanın şəxsiyyətinin keyfiyyəti onun nitqindən başa düşülür. Danışıq tərzi və nitqdə istifadə olunan ifadələr evdən çıxanda geyinmək üçün hazırlanan paltarlara oxşayır. Necə ki, insanlar çölə xüsusi seçdikləri geyimlərlə çıxırlar, eynilə üsniyyətdə də kəlmələr, ifadələr və danışıq tərzi xüsusi seçilməlidir. İstifadə olunan qarışıq və səliqəsiz cümlələr qarşı tərəfi insan haqqında yanlış düşüncəyə sövq edə, yanılda bilər. Məsələn, çox səliqəli geyinən bir insanın düzgün danışmadığı görüldükdə onun paltarları haradansa oğurladığı düşünülə bilər. Yəni nitqin qüsurlarını heç bir bəzəkli qiyafət örtməz.

4. Ünsiyyət çatmaq istədiyimiz hədəfləri izah etməşəklidir. Dünyanın ən yaxşı universitetləri tələbə qəbulu zamanı namizədi müsahibə edirlər və ilk soruşulan suallardan biri “Bu universitetə və bu ixtisasa niyə gəlmək istəyirsən?” olur. Məqsədlər və hədəflər qarşı tərəfə düzgün bir nitq ilə çatdırıla bilmədikdə abituriyent çox qabiliyyətli olsa belə, nəticə mənfi olacaq. Bu vəziyyət iş müsahibələrində də belədir. Namizəd müraciət etdiyi işi niyə seçdiyini, məqsədinin, karyera planının nə olduğunu yaxşı izah edə bilməyəndə, işə qəbul olunma ehtimalı azalır. Ona görə də, məqsədləri gözəl bir nitqlə ifadə etmək labüddür.

5. Ünsiyyət gündəlik həyatın bir hissəsidir. Həyatın hər anında və mərhələsində düzgün başa düşülmək çox vacibdir. Nitq mədəniyyəti sadəcə kritik və xüsusi anlarda ehtiyac duyulan bir anlayış deyil, gündəlik həyatdakı uğurlar da bundan asılıdır. Nitq mədəniyyəti hakimə, müəllimə, siyasətçiyə nə qədər lazımdırsa, sürücüyə, bərbərə, avtomobil ustasına da o qədər lazımdır.

Bəs təsirli ünsiyyət bacarığına necə yiyələnmək olar? Ünsiyyət bacarığının hansı vacib amilləri var?

Ünsiyyət təkcə danışmaq deyil, eyni zamanda qulaq asmaqdır. Düzgün ünsiyyət bəzi hazırlıqlar və müəyyən prinsiplərin qorunmasını tələb edir. Səmərəli və effektiv ünsiyyət üçün aşağıdakı amillər sadalana bilər:

• Özünü tanı.

• Açıq ürəkli və açıq sözlü ol.

• Qulaq asarkən sadəcə qulaq as.

• Empatiya qur.

• Tolerant ol və muhakimə etmə.

• Tənqidə açıq ol.

• Bədən dilinə diqqət et.

• Göz kontaktı qur.

• Danışıq səviyyəsinə fikir ver.

• Səs tembrinə diqqət et.

Qeyd etdiyimiz kimi, natiqin ünsiyyətinin gözəlliyi həm də onun dinləmək bacarığında görülür. Yəni, insanlar adətən qulaq asmağı bacarmayan insanları dinləmək istəmir. Təsirli qulaq asmaq üçün aşağıdakı prinsiplərə əməl etmək vacibdir:

• Diqqətin qulaq asdığın insanda olsun.

• Tərəf müqabilinin sözünü kəsmə.

• Göz kontaktı qur.

• Son sözü demək üçün çalışma.

• Qulaq asarkən cavab hazırlamaq üçün düşünmə.

• Muhakimə etmə.

• Başa düşməyə çalış.

• Qulaq asarkən başqa işlə məşğul olma.

• Sözlərlə birgə, sözsüz mesajlara da diqqət et.

• Danışanın dediklərini başa düşdüyünə dair müəyyən mimikalar göstər, hərəkətlər et.

Effektiv ünsiyyətin müəyyən prioritetləri var ki, onlar nitq mədəniyyətini şərtləndirir. Bu prioritetlər aşağıdakılardır:

• Səmimiyyət.

• Təvazökarlıq.

• Stereotiplərdən uzaq durmaq.

• Özünə inam.

• Hörmət və nəzakət.

• Sevgi dili.

• Sevgi göstərmək və sevgi görmək (simpatiya).

• Empatiya.

• İnandırıcı olmaq (razı sala bilmək).

• Anlayış və tolerantlıq.

• Davranışlardakı ahəngdarlıq.

• Kamillik.

• Özü ilə barışıq olmaq.

Ünsiyyət insanın şəxsiyyətindən, dəyərlərindən xəbər verir. İnsanlar ünsiyyət əsnasında danışan insanı ölçüb-biçir, onu tanımağa çalışırlar. Ünsiyyətin məqsədinə çatması üçün nitqin xaricində olan amillər də vardır ki, bunlar ünsiyyəti daha effektiv edir:

• İnsana dəyər verin.

• Söhbətin ilk saniyəsinə və danışdığınız insanın adına fikir verin.

• Gülümsəyin.

• Əllə görüşürsünüzsə, sıx və tam tutun.

• İnsanları olduqları kimi qəbul edin.

• Fərqli xüsusiyyətləri tolerantlıqla qarşılayın.

• Ortaq tərəflərinizi qabağa çıxarın.

• Birbaşa tənqid etməyin və günahlandırmayın.

• Sakit olun.

Tədqiqatlar effektiv ünsiyyətin 12,5 faizinin biliklə, 87,5 faizinin isə münasibətin düzgün qurulması ilə əlaqədar olduğunu göstərir. Bilmək lazımdır ki, ünsiyyətin effektivliyində danışığın təsiri 7 faizdirsə, göz 55, səs 38 faiz yer tutur. Deməli, nə danışdığınızdan çox, necə danışdığınız vacibdir. Effektiv nitq mədəniyyəti və onun nəticəsində qurulan düzgün ünsiyyətin insanlara bir çox faydaları var. Bu qabiliyətə malik olan insan daha çox məmnun ola bilir və həyata daha nikbin nəzərlərlə baxır. Bu isə, təbii ki, onun iş və şəxsi həyatındakı uğurlarına təsir edir. Effektiv ünsiyyətin faydalarından bəziləri aşağıdakılardır:

• Daxili rahatlıq

• Özünə güvən

Emosional məmnunluq

• Psixoloji rahatlıq

• Təsir edə bilmə

• Səmimiyyət

• Razı sala bilmə qabiliyyəti

• Tolerantlıq

• Simpatiya

• Davranış ahəngi

• Kamillik

• Lütfkarlıq

• İctimai status

• Mövqe və vəzifə

Geniş dost çevrəsi

• Xoşbəxtlik və uğur

Effektiv ünsiyyət anlayışında mədəniyyətlərin və dilin xüsusiyyətlərindən asılı olaraq müxtəlif nüanslar vardır. Nitq mədəniyyətində nitqin səmimi, saf, axıcı, özünəməxsus, açıq, coşqun, emosional və zərif olması nəzərdə tutulur. Nitq mədəniyyətini inkişaf etdirmək üçün lazımlı addımları bilmək vacib olduğu kimi, çox edilən xətaları da bilmək əhəmiyyətlidir. Aşağıdakı xətalardan qaçmaq nitqin daha qəbul edilən və təsirli olmasını təmin edər:

• Əmr vermək

• Hədə-qorxu gəlmək

• Xəbərdarlıq

• Söhbəti yayındırmaq

• Ləqəb qoşmaq

Yoxlamaq

• Nəsihət vermək

• Tənqid etmək

• Muhakimə etmək

• Uzun-uzadı danışmaq

• Günahlandırmaq

• Lağ etmək

Nitq mədəniyyətinin inkişaf etməsi və hədəflənən məqsədə çatması üçün əvvəlcədən hazırlıqlar vacibdir. Aşağıdakı suallar əhəmiyyətlidir:

Auditoriya natiqi tanıyırmı?

Auditoriya natiqi necə tanıyır?

Bundan əvvəlki ünsiyyətlərin auditoriyanın yadında necə qalıb?

Təsirli olmaq üçün əvvəlcə salamlaşmaq, hal-əhval tutmaq, özünü təqdim etmək, lazımi yerdə təşəkkür etmək, üzr istəyə bilmək və təvazökar olmaq vacibdir. Natiqin danışığının təsirli olmasında onun kimliyinin rolu əhəmiyyətlidir. Ona görə də natiqin əvvəlki reputasiyası ilə nitq vəhdət və ahəng içərisində olmalıdır. Natiq mükəmməl olmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1. Özünə güvən və inan.

2. Müsbət fikirləş və müsbət davran.

3. Planlı ol və çox çalış.

4. Zamanı yaxşı idarə et.

5. Fikrini işə cəmləşdir.

6. Ümidini itirmə.

Son olaraq, deyə bilərik ki, nitq mədəniyyəti söz qədər önəmlidir. Sözün hikmətinə dair Şərq və Qərb mütəfəkkirlərinin müxtəlif qiymətli kəlamları var:


Yüklə 25 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə