Soyad: Salahov Fakültə: Texnologiya və dizayn



Yüklə 27,33 Kb.
tarix17.03.2020
ölçüsü27,33 Kb.
Sərbəst iş 8

Ad:Nihad

Soyad:Salahov

Fakültə:Texnologiya və dizayn

İxtisas:Texnoloji maşın avadanlıqlar mühəndisliyi

Qrup:714


Fənn:Fizika

Sərbəst işin adı:Qeyri müəyyənlik prinsipi

Heyzenberqin qeyri-müəyyənlik prinsipi

Gördük ki, elektron bir halda məsələn: Vilson kamerasında özünü zərrəcik kimi, digər halda isə, kristal səthindən əks olunduqda dalğakiçi aparır.

Lakin, bu o demək deyildir ki, elektronda zərrəciklərə xas olan bütün əlamətləri və ya dalğaya aid bütün əlamətləri axtarmaq lazımdır. Zərrəciyin belə ikili təbiəti sayəsində zərrəciyin hərəkəti klassik fizika qanunları ilə izah edilə bilmir. Klassik mexanika qanunlarına görə zərrəciyin istənilən anda fəzada müəyyən yeri (koordinatları) və müəyyən impulsu (sürəti) olmalıdır. Hər bir kooprdonatın qiymətinə zərrəciyin impulsunun dəqiq qiyməti uyğundur.

Dalğa xassələrinə malik mikrozərrəciklərə klassik mexanika anlayışlarının tədbiqi çox vaxt mənasız olur. Məsələn: dalğanın koordinatı anlayışının fiziki mənası olmadığından, kvant mexanikasında zərrəciyin trayektoriyası anlayışıda mənasızdır. Kvant mexanikasında zərrəciyin koordinatları və impulsunun təyin edilməsində prinsipial qeyri-dəqiqliklər mövcuddur. Bu mikrozərrəciyin qeyri-klassik təbiəti ilə əlaqədardır.

Koordinat və impulsun anlayışlarının mikrozərrəciyətətbiq olunmasının dəqiqlik dərəcəsini Heyzenberqin qeyri-müəyyənlik mütənasibləri göstərir.

Koordinatların müəyyən edilməsindəki qeyri-dəqiqlik () impulsun müəyyən edilməsindəki qeyri-dəqiqliklə () əlaqəsi aşağdakı münasibətlə verilir:



(1)

Impuls (kordinat) böyük dəqiqliklə təyin olunarsa, yəni →0 (→0), onda koordinatın (impulsun) təyin olunmasında buraxılan xəta daha böyük olar, yəni →∞ (→∞).

Impuls və enerjinin əlaqəsi düsturundan enerji və zaman üçün qeyri-müəyyənlik münasibəti almaq olar:

(2)

Burada - hər hansı səviyyənin enerjisi, - isə zərrəciyin bu səviyyədəolma müddətidir. Hər hansı bir səviyyədə zərrəciyin enerjisi () o zaman çox dəqiq təyin oluna bilər ki, (yəni →∞) zərrəcik bu səviyyədə uzun müddət qala bilsin (→∞).

Mikrozərrəciyin həm koordinatının, həm də sürətinin (impulsunun) hər ikisini eyni zamanda dəqiq təyin oluna bilməsi ölçmə cihazlarının səhfi nəticəsində yaranmayıb, bu xassə zərrəciyin özünün təbiətinə məxsus olan hadisədir.

Heyzenberqin qeyri-müəyyənlik prinsipi klassik fizaka anlayışlarının mikroaləmə tətbiq olunmasının sərhəddini müəyyən edir.



Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.
Yüklə 27,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə