1. Verilmiş iki nöqtədən keçən düz xəttin tənliyi



Yüklə 100,71 Kb.
tarix02.01.2022
ölçüsü100,71 Kb.
#45779
xetti cebr -serbest is



1.Verilmiş iki nöqtədən keçən düz xəttin tənliyi

 1) Koordinat müstəvisində A (2; 1) və (4; 5)


nöqtələrindən keçən düz xətti çəkin.
2) A nöqtəsindən absis oxuna paralel çəkin və
şəkildə göstərildiyi kimi C nöqtəsini
qeyd edin.
3) ΔABC-də BC
AC nisbətini k ilə işarə edin.
4) Şəklə görə AC və BC parçalarının uzunluqlarını
tapın və k- nı hesablayın.

Düz xəttin tənliyi

Tutaq ki, A (x1y1) və B (x2y2) nöqtələri nə absis, nə də ordinat oxuna paralel olan düz xətlərin üzərində deyillər. A(x1y1) və B (x2y2) nöqtələrindən keçən düz xəttin üzərində ixtiyari N (x;y) nöqtəsini qeyd edək.

 k bucaq əmsalı adlanır
ΔABC∼ΔAND olduğundan k = BC
AC = ND
AD
Buradan, 

y − y1 = k (x − x1) tənliyi A (x1y1) nöqtəsindən keçən və bucaq əmsalı k olan düz xəttin tənliyidir.

Burada y1 − kx1 = b işarə etməklə y = kx + b şəklində yazmaq olar.   düsturu ilə tapılır.



Nümunə 1. A (−1; 3) və B (1; 7) nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapaq.



Nümunə 2. A (−1; 4) və B (2; −5) nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapaq və tənliyini yazaq.



Qeyd 1. A və B nöqtələrindən keçən düz xətt absis oxuna paralel olarsa, bu düz xəttin üzərindəki nöqtələrin ordinatı sabit qalır və onun tənliyi y = n şəklində yazılır.



Qeyd 2. A və B nöqtələrindən keçən düz xətt ordinat oxuna paralel olarsa, bu düz xəttin üzərindəki nöqtələrin absisləri sabit qalır və onun tənliyi x = m şəklində yazılır.


Yüklə 100,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin