Dünyagörüşü və yaradıcılıq Dünyagörüşü



Yüklə 44,64 Kb.
səhifə1/12
tarix02.01.2022
ölçüsü44,64 Kb.
#40670
  1   2   3   4   5   6   7   8   9   ...   12
3-cü fənn


  1. Dünyagörüşü və yaradıcılıq

Dünyagörüşü - çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. İnsanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər.

Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər.

Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır. Buna görə də intellektual biliklər bunlarla sintezə girib birgə ifadə olunurlar. Bununla da dünyanın duyulması və anlaşılması prosesi baş verir.

Bununla belə, dünyagörüşü durğunluqda qalmır, dəyişkən olur. Burada həyat boyu olan şübhələr böyük rol oynayır.Öncə aydın olan hər bir şey, zaman keçdikcə şübhə altına düşə bilər və bu normal prosesdir. Bunu etiraf edib dəyişən insanlar şübhələrə cavab axtarıb irəliləyirlər. Şübhələri boğanlar isə irəlləyişi əldə etməyərək ehkamlarda qalırlar.

Dünyagörüşü həyatın təcrübəsi və çalışmalarla əldə olunan biliklər üzərində qurulur. Əski dönəmlərdən bəri sağlam düşüncəyə və gündəlik təcrübəyə arxalanan baxışlar toplusu olmuşdur. Buna "həyat fəlsəfəsi" deyilir. Böyük kütlələri bürüyən "həyat fəlsəfəsinin" vacib olsa belə, o sistemsiz, qarışıq olaraq ortalığa çıxır. O nəzəri təməllərə arxalanmır. Bundan başqa, kütlələr arasında hər bir təcrübə sonda ehkamlaşa, adət halını ala da bilər. Bu da yüzilliklər boyu əsatirlərin yaranmasına gətirmişdir. Bu səbəblərdən də "həyat fəlsəfəsi" qlobal problemlərin çözülməsində yetərsiz olur. Qlobal problemlər yalnız nəzəriyyələrə arxalanaraq çözülə bilərlər. Bunun üzərində qurulmuş dünyagörüşü artıq elmə, nəzəri sistemlərə arxalanır.



  1. Yüklə 44,64 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin