Dünyagörüşü və yaradıcılıq Dünyagörüşü



Yüklə 44,64 Kb.
səhifə6/12
tarix02.01.2022
ölçüsü44,64 Kb.
#40670
1   2   3   4   5   6   7   8   9   ...   12
3-cü fənn

Bədii zövqün tərbiyəsi

Bədii tərbiyə gənc nəsildə incəsənəti qavramaq, duymaq, sevmək, qiymətləndirmək, ondan həzz almaq və bədii dəyərlər yaratmaq qabiliyyətinin məqsədyönlü formalaşdırılması prosesidir. Rəssamlıq təhsili incəsənətə dair bilik, bacarıq və vərdişlərin gənc nəsillər tərəfindən mənimsəməsi, onlarda incəsənətə və bədii yaradıcılığa münasibətin, bədii dünyagörüşün formalaşması prosesidir. Bədii yaradıcılıq incəsənətin müxtəlif sahələrində gənc nəslin qabiliyyət və istedadların məqsədyönlü formalaşdırılması və inkişafı prosesidir.

Gənc nəslin məqsədyönlü şəkildə bədii yaradıcılıq fəaliyyətinə cəlb olunması onların anadangəlmə istedadlarını üzə çıxarmağa, gerçəkliyin estetik təzahürlərini dərindən dərk etməyə zəmin yaradır. Gənclər əsl sənət nümunələrini qəlp təqlidən fərqləndirməyi öyrənir, həqiqi gözəlliyi duymaq və ondan zövq almaq iqtidarında olurlar. Estetik tərbiyə gənc nəsildə humanizm idealları təməlində gözəlliyi görmək, duymaq, başa düşmək və yaratmaq bacarığı formalaşdırır, şəxsiyyətin hərtərəfli inkişafına nail olmaq məqsədi güdür. Estetik tərbiyə gənc nəslin bədii-estetik inkişafını təmin edir, həqiqi bədii zövq aşılayır, bədii təfəkkürünün məhsuldarlığını artırır. Təfəkkürün məhsulu olan bədii obraz təbiət, cəmiyyət, ictimai münasibətlər, ictimai fikir barədə məlumatlarla zəngindir. İnsan bədii obrazlar vasitəsilə düşünür, mühakimə yürüdür, yeni nəticələrə gəlir. O, yaddaşında saxladığı zəngin məlumatı bədii obrazlarda canlandırır.

Gənc nəslin estetik tərbiyəsi subyektiv uyğunsuzluq və obyektiv ziddiyyətlərin həlli yolu ilə həyata keçirilir. İnsanda gözəlliyin dərk edilməsi, gerçəkliyə və sənətə estetik münasibət təbii anadangəlmə qabiliyyətlər və imkanlardır. Eyni zamanda bu qabiliyyət və imkanlar tam və məqsədyönlü şəkildə yalnız mütəşəkkil bədii-estetik təhsil və tərbiyə şəraitində həyata keçirilir. Bədii-estetik dəyərlərə etinasızlıq acı nəticələr verir, insanın məqsədyönlü estetik inkişafdan qalması onu mənəvi inkişafına xələl gətirir, həyat və təbiət gözəlliklərindən məhrum edir, bədii zövqünün formalaşmasına maneə törədir. İnsan daima dünya-aləmin gözəl və iyrənc, dəhşətli və məzəli təzahürləri ilə üzləşir. Ağı qaradan, yaxşını pisdən, həqiqini saxtadan ayırmalı olur. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaların sürətli inkişafı sayəsində gəncləri bir tərəfdən bədii-estetik, digər tərəfdən qəlp mədəniyyətin eybəcərlikləri əhatə edir. Gənclər bu informasiya axınlarının keyfiyyətinə düzgün qiymət vermək, tənqidi təhlil etməkdə çətinlik çəkirlər. Estetik tərbiyə sisteminin həyata keçirilməsi və düzgün təşkili ziddiyyət və uyğunsuzluqları aradan qaldırmağa imkan yaradır.

Estetik qavrama və bədii-estetik təfəkkürün ardıcıllıqla inkişaf etdirilməsi bu sistemin başlıca hərəkətverici qüvvəsi kimi çıxış edir. İncəsənət əsərləri ilə daimi mənəvi ünsiyyətin, habelə bədii yaradıcılıq fəaliyyətinin mənəvi tələbatlar sistemində kök salması gənclərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə, gənclərdə bədii baxışların, bədii zövqün, bədii dünyagörüşünün formalaşmasına səbəb olur.






  1. Yüklə 44,64 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin