Dünyagörüşü və yaradıcılıq Dünyagörüşü



Yüklə 44,64 Kb.
səhifə7/12
tarix02.01.2022
ölçüsü44,64 Kb.
#40670
1   2   3   4   5   6   7   8   9   ...   12
3-cü fənn

Etik tərbiyə

Etika praktikada özünü doğrultmalıdır, əxlaqın isə belə bir mütləq öhdəliyi yoxdur. Əxlaqla etika şahmat taxtası üzərindəki şahla vəzir kimidirlər; əxlaq etika vasitəsi ilə oyunu idarə edir.

Uil Düranta görə, etikanın üç forması var. Bir, Buddadan və İsadan gələn feminen alicənablığa əsaslanan etika. İki, Makiavellinin və Nitsşenin öydüyü maskulin alicənablığın etikası. Üç, Sokratın, Platonun, Aristotelin etikası – bilgili və müdrik insanların mühakimə etikası.  

Əxlaqi olan etik olmaya bilər. Məsələn, dini mətnlər əxlaqidirlər, amma bəzən etik deyillər. Səndən olmayanı öldürməyi əmr etmək etik deyil, amma bu çağırış bir çox əxlaqi mətnin ana sütunlarından biridir.   

Əxlaq, bir növ, sosial inancdır, o, etikadan öz qətiliyi ilə fərqlənir. Məsələn, bir polisin peşə əxlaqına sadıq qalması, onu ötəri ehtiraslara qurban verməməsi əxlaqdır, o polisin qandalladığı oğruya arzuladığı halda siqaret verib-verməməsi isə etik məsələdir. 

Fəlsəfə tarixində bu mövzulara toxunmayan çox az sayda fikir adamı tapmaq olar. Onların bir neçəsinin bu mövzuda fikirlərinə baxmaq yazımıza fəlsəfi ruh verəcəkdir.

İngilis filosofları Hobbs və Hyum əxlaqı tamamilə sekulyar bir norma kimi görürdülər, onun dini, ilahi mənşədən gəldiyini rədd edirdilər. Spenser isə lap ağını çıxararaq əxlaqı bioloji akt kimi izah etməyə cəhd edirdi. Xaksli bunu eşidəndə dəli olmuşdu və bildirmişdi ki, təbiətdə ədalət və məhəbbət yox, dişlər və caynaqlar söz sahibidir.

Yəhudilərin öldürmək istədikləri Spinozaya görə, həyatın ən yaxşı normalarını determinizm yaradır; səbəb-nəticə əlaqələri. Həyatda heç kim günahkar deyil, hər nəticənin özündən asılı olmayan bir səbəbi vardır. Əclaf nə üçün əclaf olduğunu bilmədiyi üçün əclafdır. Əxlaq öz işini o, əclaflıq edənə qədər görməlidir ki, bunun da yolu sosial nizamın ağıl üzərində qurulmasından keçir. "Ensyslopaedia Britannica”nın 1798-ci il nəşrində yazıldığı kimi, "hər kəsi özbaşına buraxsan, zənci olar”. 
Kanta görə, əxlaq ağıl qanunlarıdır. Yaxşını və pisi ağıl müəyyən etdiyi üçün Kant hesab edirdi ki, o, yəni ağıl həm də əxlaqi öhdəliklərin təməlidir. Kantın əxlaqı iradə azadlığına əsaslanır ki, bu da praktik ağlın öz istədiyini etdiyi halda xeyirxahlığa yönələcəyinə inamdır. Kant deyir ki, iradəsi azad olmayan adam əxlaqlı ola bilməz.  

Kantın "azad iradə əxlaqını” öz evində əlisilahlı Napoleon əsgəri kimi görən Hegel isə praktik ağılın xeyirxahlığına şübhə ilə yanaşırdı, çünki o, Kantdan fərqli olaraq, Fransız İnqilabı zamanı Robespyerin öz ağlının gücünü bütün mədəniyyətə qarşı qoyaraq nə hoqqalardan çıxdığını öz gözləri ilə görmüşdü. 

Əslində, bu iki filosofun əxlaqa münasibətini maarifçiliyə münasibəti müəyyən edir. Hegel fransız rasionalistlərinin və Napoleonun qanlı əməllərinin şahidi olduğu üçün maarifçiliyi təkcə ağılın azadlığı kimi anlamağın yanlış olduğunu düşünürdü. Kant isə Russo sentimentalizminin heyranı idi; iddia edirdi ki, ağlın yüyəni hissin əlində olmalıdır. Yalnız bu zaman zəka düzgün qərarlar verə bilər.

Hegelin əxlaq anlayışı bir az qanuna oxşayırdı. Hegel hesab edirdi ki, Fransız İnqilabında baş verən vəhşiliklər Kantın əxlaq dediyi şeyin xarakteristik bir təzahürü idi. Hərəkətə keçən ağlın nəzarətindəki azad iradə bütöv bir ölkəni yaxıb-yandırırdı. Odur ki, Hegel əxlaqi öhdəlikləri fərdin üzərindən götürüb cəmiyyətin üzərinə qoyurdu. Rasional təməllərə fərd yox, cəmiyyət söykənməlidir. Üstəgəl, ağılla bərabər müdrikliyə də ehtiyac var. 




  1. Yüklə 44,64 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin