Dünyagörüşü və yaradıcılıq Dünyagörüşü


Aktyorun səhnə yaşantılarının təbiəti



Yüklə 44,64 Kb.
səhifə3/12
tarix02.01.2022
ölçüsü44,64 Kb.
#40670
1   2   3   4   5   6   7   8   9   ...   12
3-cü fənn

Aktyorun səhnə yaşantılarının təbiəti

Teatr da, səhnə də dialoqda mövcuddur, dialoqla nəfəs alır, dialoqla yaşayır: teatr iki nəfər - seyrçi və oyunçu olduğu zaman mövcuddur. Teatr tamaşaçı ilə aktyorun dialoqudur, dünya, sosial mühit, onun törətdiyi qanunlar haqqında dialoq-söhbətidir. Gəlin, düşünək, görək teatrda tamaşanın sonunda səslənən alqışlar nəyi bildirir. Əlbəttə ki, seyrçi təşəkkürünü. Əlbəttə ki, tamaşaçı coşqusunu, tamaşaçı yaşantılarını. Lakin bütün bunlarla yanaşı alqışların mahiyyəti teatrda ikitərəfli əlaqənin mövcudluğunu xatırlatmaqdan ibarətdir. Görkəmli alman dramaturqu və rejissoru Bertolt Brext yazırdı: “Mən soruşaraq və cavab verərək, sualdan və cavabdan mövcud oluram”. Məgər teatrda tamaşa zamanı bu proses davamlı surətdə gerçəkləşmirmi? Məhz dərin psixoloji qatlarda rellaşan sual – cavabda, Mən və Sən dialoqunda tamaşa yaşayır, canlı olur, təsirləndirmək qüdrəti qazanır. Mən və Sən arasındakı ünsiyyətin, dialoqun, qarşılıqlı təsir və zənginləşmənin psixoloji, kulturoloji xarakteri, ritmi, dinamikası təbiəti toplumun strukturunu, onun qanunlarının mahiyyətini, etik – estetik normalarını müəyyənləşdirir. Mənin “mən”ə çevrilməsini Sən şərtləndirir və əksinə: bu, həqiqətin özüdür.

Dialoq isə, ilk növbədə, mübadilədir, informasiya, fikir, enerji mübadiləsidir. Fikrimizi bir qədər daha dəqiqləşdirək: belə ki, dialoqun özü mübadilə ehtiyacından doğur, mübadilə ehtiyacını rəmzləşdirir. Hətta adicə təmənnasız ünsiyyətdə, yəni söhbətdə, dialoqda olmağın özü ünsiyyət ehtiyacıdır, ünsiyyət mübadiləsidir, Mən – Sən asılılığıdır. Teatrın tarixi başlanğıcı Allaha olan itaətdən başlamışdır. Təbiətdə, həyatda baş verən hadisələri önəmləyən insanlar müxtəlif dini və şaman ayinlərinin personajları vasitəsilə Allaha vəsf olunan tamaşalar nümayiş etdirir və maraqlı burasıdır ki, bu tamaşaların ilk “seyrçisi” də Allahın özü olur. Allahla dialoqa girən bəndə düşünür ki, bu vasitə ilə Tanrının öz qullarına qarşı mərhəməti artır. Nəticədə isə kahinlər kütlə üzərində öz hakimiyyətini möhkəmləndirdi. Bütün bunlar bizə deməyə imkan verir ki, teatrın sosial nəzəriyyə kontekstindən ideoloji funksiyası danılmazdır. Fikrimizcə, teatr ideoloji funksiyasını əsrlərdən bəri ötürüb və bu günlərə qədər qoruyub saxlamışdır.


Teatr nədir? Sualına cavab verərkən onu gah “məbədgah”, gah da “məktəb” adlandırmışlar, təbii ki, hər bir anlamın izahı var. Bu məsələ ilə bağlı yazıların birində Stanislavskinin bir fikri diqqətimizi cəlb etdi. O, deyir ki, teatrı məktəb adlandırmayaq. Qoy tamaşaçı buranı əyləncə məkanı kimi qəbul etsin. Lakin o (tamaşaçı), bu məkana daxil olduqda və arxasınca qapılar örtüldükdə onun qəlbi, ruhu qarşısında lazım olduğu qədər biz də ürəyimizi boşalda bilərik.

Yəni reformatorun sözlərindən aydın olur ki, asudə vaxtını yaxşı keçirmək, əyləncə üçün gələn tamaşaçının şüuruna, təfəkkürünə teatrın təsiretmə gücü hədsizdir. Biz bu gün tam əminliklə hesab edirik ki, teatr incəsənət ocağıdır. Teatr özünəməxsus meydandır. Burada konfliktli vəziyyətlərin, situasiyaların insanlarla qarşılıqlı halda yaranması baş verir. Tamaşaçı qismən bu hadisələrin iştirakçısı ya da kənardan təklif olunan vəziyyətlərin müşahidəçisi rolunda çıxış edir. Teatr mədəniyyətlərin, monoloqların, sözlərin, rəftarların kəsişdiyi nöqtədir. Səhnə cəmiyyətdəki flüidləri özünə hopduran lakmus kağızı kimi bir şeydir. Obraz məhz bu kağızın üzərində flüidlərin bir-birinə qarışdığı məqamda meydana gəlir. Toplumun vətəndaşının ruhsal ovqatı haqqında bu obraz hər şeyi danışmağa qadirdir. Bədii obraz istər mənfi, istərsə də müsbəti eyni səlahiyyətlərlə, eyni hüquqlarla xalqı və insanlığı təmsil edir. Bu baxımdan səhnə güzgüsü elə bir şeydir ki, orada bütöv bir toplum özünə baxa bilər, özünü görə bilər, özünü tanıya bilər

Qeyd edək ki, teatr çoxfunksialı bir sahədir. Tək ideoloji funksiyadan danışsaq unutmamalıyıq ki, hər hansı bir tamaşanın yaranmasında rejissorun və aktyor kollektivinin mənəvi mövqeyi vacib məsələdir. Təcrübə göstərir ki, tamaşanın təsirli alınması üçün səhnə, aktyor bacarığının imkanlarından və s. istifadəsi yetərli deyil. Müasir tamaşaçının səviyyəsinə, düşüncə tərzinə uyğun olan və insanların mənəvi əxlaqına təsir edə bilən səhnə təcəssümünün yeni formalarını axtarıb tapmaq lazımdır. Mənəvi-ideoloji və intellektual amillər arasında balansın qorunması vacib şərtlərdəndir.



  1. Yüklə 44,64 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin